Connettivina plus 0,2 % / 1 % 25 q krem

Dərman formasıKrem
Farmakoloji təsirGümüş sulfadiazin, birləşmələri
İstehsal ölkəsiİtaliya

Onlayn sifariş zamanı 5% endirim.

 Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin

Endirim_5

13,94 ₼

Stokda var

Stokda var

  • Filialdan götürmək

Bu gün götürmək

Ödənişsiz

  • Kuryerlə çatdırılma

Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.

Ödənişli

  • Ekspress çatdırılma

Sürətli çatdırılma

Ödənişli

Ödəniş üsulları:

Məhsulun təsviri

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

KONNETTİVİNA PLYUS 2 mq/q + 10 mq/q xaricə istifadə üçün krem CONNETTIVINA PLUS Beynəlxalq patentləşdirilməmiş adı: Hyaluronic acid sodium salt + sulfadiazine silver

Tərkibi

Təsiredici maddə: 1 q kremin tərkibində 2 mq hialuron turşusunun natrium duzu və 10 mq gümüş sulfadiazin vardır. Köməkçi maddələr: polietilenqlikol 400 monostearat, olein turşusunun desil efiri, qliserol, mum, sorbitolun 70 %-li məhlulu, təmizlənmiş su.

Təsviri

Fil sümüyü ağı rəngində, homogen, özlü, tərkibində yad hissəciklər olmayan kremdir.

Farmakoterapevtik qrupu

Gümüş sulfadiazin, birləşmələri. ATC kodu: D06BA51.

Farmakoloji xüsusiyyətləri

Farmakodinamikası KONNETTİVİNA PLYUS hialuron turşusu və gümüş sulfadiazin birləşməsidir. Hialuron turşusu turş mukopolisaxarid olub, dərinin əsas maddəsinin 50%-dən çoxunu təşkil edir. Həmçinin, şüşəyəbənzər çisimdə, sinovial toxumada, göbək ciyəsində və qığırdaqlarda yüksək konsentrasiyalarda olur. Hialuron turşusunun mövcudluğu yaranın sağalması prosesini təmin edir. Gümüş sulfadiazin bir sıra qrammənfi və qrammüsbət bakteriyalara, həmçinin, göbələklərə qarşı antibakterial aktivliyə malikdir. İnfeksiyalaşmış yaralarda və yanıqlarda Pseudomonas aeruginosa və Enterobacter pyogenes-ə qarşı təsiri təyin edilmişdir. KONNETTİVİNA PLYUS tərkibində olan, bir-birininin təsirini tamamlayan iki aktiv komponentin təsiri nəticəsində ikincili infeksiyanın qarşısını alınır və yaraların sağalmasını sürətləndirir. Farmakokinetikası Hialuron turşusu və sulfadiazinin absorbsiyası kliniki əhəmiyyətli deyil. Sulfadiazinin plazma səviyyəsi sistem təsiri yarada biləcək konsentrasiyadan çox əhəmiyyətli dərəcədə aşağı olur.

İstifadəsinə göstərişlər

Yaraların yerli müalicəsi. I və II dərəcəli yanıqların yerli müalicəsi.

Əks göstərişlər

Preparatın tərkibindəki komponentlərdən hər hansı birinə qarşı yüksək həssaslıq.

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Sulfanilamidlərə qarşı allergik reaksiyaları olan xəstələrdə, həmçinin, qaraciyər və böyrək çatışmazlığı olan xəstələrdə ehtiyatla istifadə edilməlidir.

İstifadə qaydası və dozası

Həkimin təyinatına uyğun olaraq istifadə olunmalıdır. Həkim tərəfindən xüsusi təyinat verilmə- diyi halda aşağıdakı qaydada istifadə olunmalıdır: KONNETTİVİNA PLYUS 2 mq/q+10 mq/q krem Kremi zədələnmiş nahiyəyə gündə 1 və ya 2 dəfə 2–3 mm qalınlıqda çəkməli. KONNETTİVİNA PLYUS istifadə edilməzdən öncə zədələnmiş nahiyə fizioloji məhlulla (NaCl 0,9%) təmizlənməli və antiseptiklərlə (povidon yod və ya xlorheksidindən istifadə etmək məqsədəuyğundur) dezinfeksiya olunmalıdır. Ehtiyac olarsa cərrahi təmizləmə tətbiq etmək lazımdır. Yanıqların müalicəsi zamanı zədələnmiş nahiyəni yalnız su və ya duz məhlulu ilə təmizləmək və KONNETTİVİNA PLYUS kreminin istifadəsindən öncə antiseptik vasitələrlə dezinfeksiya etməkdən qaçınmaq lazımdır. Zədələnmiş nahiyəni təmizlədikdən sonra KONNETTİVİNA PLYUS kremini 2-3 mm qalınlıqda həmcins qat şəklində çəkmək lazımdır. Müalicə infeksiyalaşma ehtimalı tam aradan qalxana və tam sağalma əldə olunana kimi davam etməlidir.

Əlavə təsirləri

KONNETTİVİNA PLYUS vasitəsinin istifadəsindən sonra yerli reaksiyalar (ağrı, yanğı, qaşınma) allergik xarakterli də ola bilər. Sulfanilamidlərin sistem istifadəsinin böyrək çatışmazlığı, hepatit, intoksikasiya, aqranulositoz, trombositopeniya və leykopeniya kimi əlavə təsirləri olduğu üçün, bədənin geniş nahiyələrinin KONNETTİVİNA PLYUS ilə müalicəsi sistem qəbul edilən sulfanilamidlərin klassik əlavə təsirlərinin yaranmasına səbəb ola bilər.

Doza həddinin aşılması

Doza həddinin aşılması halları qeydə alınmayıb. Buraxılış formaları KONNETTİVİNA PLYUS 2 mq/q+10 mq/q krem. 25 q krem, alüminium tublarda. 1 tub içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

Saxlanma şəraiti

o C-dən aşağı temperaturda, uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.30

Yararlılıq müddəti

3 il. Yararlılıq müddəti açılmamış qablaşmada və məsləhət görülən şəraitdə saxlanılmış məhsula aid edilir.

Aptekdən buraxılma şərti

Resept əsasında buraxılır.

İstehsalçı

Fidia Farmaseutici S.p.A. – Via Ponte della Fabbrica, 3/A – 35031 Abano Terme (PD) – İtaliya.

Müştəri rəyləri

Bu məhsul üçün rəy yoxdur.

“Connettivina plus 0,2 % / 1 % 25 q krem” üçün ilk rəyi siz yazın.