Ceftem 1 q flakon

Təsiredici maddə: CEFTAZIDIME
Təsiredici maddəCEFTAZIDIME
Dərman formasıİnyeksiya məhlulu üçün toz
Farmakoloji təsirTərkibində beta-laktam həlqəsi olan III nəsil sefalosporin qrupu antibiotiki
İstehsal ölkəsiAzərbaycan

Onlayn sifariş zamanı 5% endirim.

 Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin

Endirim_5

7,36 ₼

Stokda var

Stokda var

  • Filialdan götürmək

Bu gün götürmək

Ödənişsiz

  • Kuryerlə çatdırılma

Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.

Ödənişli

  • Ekspress çatdırılma

Sürətli çatdırılma

Ödənişli

Ödəniş üsulları:

Məhsulun təsviri

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

SEFTEM 1 q inyeksiya məhlulu hazirlamaq üçün toz Beynəlxalq patentləşdirilməmiş adı: Seftazidim

Tərkibi

Təsiredici maddələr: 1 flakonda 1000 mq seftazidim (seftazidim pentahidrat) vardır. Köməkçi maddələr: natrium karbonat.

Təsviri

İnyeksiya məhlulu üçün süd rəngli kristallik tozdur. Həlledici: şəffaf, rəngsiz məhluldur.

Farmakoterapevtik qrupu

Tərkibində beta-laktam həlqəsi olan III nəsil sefalosporin qrupu antibiotiki. ATC-kodu: J01DD02.

Farmakoloji xüsusiyyətləri

Farmakodinamikası Seftazidim peptidoqlükanın sintezi prosesinə fermentativ təsir göstərən penisillinlə əlaqəli zülalları (PBP 3) parçalayır. Məlumdur ki, PBP -lərin bəzisi transpeptidaza kimi fəaliyyət göstərir. Peptidoqlikan xətti zəncir şəklində sintez olunur. Seftazidim peptidoqlikanın zəncirləri arasında çarpaz əlaqəni pozur. Bu da hüceyrə divarının zədələnməsinə və bakteriya hüceyrəsinin lizisinə səbəb olur. Nəticədə mikroorqanizmlərin hüceyrə divarlarının sintezini pozaraq bakterisid təsir göstərir. Geniş antimikrob təsir spektrinə malikdir (gentamisin və digər aminoqlikozid qrupu antibiotiklərə rezistent olan törədici ştammlar da daxil olmaqla). Bir çox β- laktamazalara,qram mənfi və qarm müsbət bakteriyaların ifraz etdiyi plazmid və ya xromosomlara, ampisillin və digər sefalosporinlərə rezistent olan ştamlara qarşı davamlıdır. İn vitro tədqiqatlarında göstərilmişdir ki, seftazidim qrammənfi bakteriyalara qarşı fəaldır: Pseudomonas aeruginosa, Pseudomonas spp. (o cümlədən Pseudomonas pseudomallei), Klebsiella spp. (o cümlədən Klebsiella pneumoniae), Proteus mirabilis, Proteus vulgaris, Morganella morganii, Proteus rettgeri, Providencia spp., Escherichia coli, Enterobacter spp., Citrobacter spp., Serratia spp., Salmonella spp., Shigella spp., Yersinia enterocolitica, Pasteurella multocida, Acinetobacter spp, Neisseria gonorrhoeae, Neisseria meningitidis, Haemophilus influenzae (ampisillinə qarşı davamlı ştammlar daxil olmaqla), Haemophilus parainfluenzae (ampisillinə qarşı davamlı ştammlar daxil olmaqla); qrammüsbət bakteriyalar: Staphylococcus aureus (metisillinə həssas ştammlar), Staphylococcus epidermidis (metisillinə həssas ştammlar), Micrococcus spp., Streptococcus pyogenes (A qrupu β-hemolitik streptokokk), B qrupu Streptococcus (Streptococcus agalactiae), Streptococcus pneumoniae, Streptococcus mitis, Streptococcus spp. (Streptococcus faecalis istisna olmaqla); anaerob bakteriyalar: Peptococcus spp, Peptostreptococcus spp, Propionibacterium spp, Clostridium perfringens, Fusobacterium spp, Bacteroides spp. (Bacteroides fragilis-in çox ştammları davamlıdır). Seftazidim metisillinə davamlı stafilokokklara, Streptococcus faecalis və bir çox digər Enterococcus spp., Listeria monocytogenes, Campylobacter spp., Clostridium difficile-ə qarşı fəal deyil. Farmakokinetikası Absorbsiyası 1 q seftazidim venadaxilinə yeridildikdən sonra qanın plazmasında maksimal konsentrasiya (Cmax) -139 mkq\ml və əzələdaxilinə yeridildikdən sonra isə maksimal konsentrasiya (Cmax) 43 mkq\ml yaradır. 500 mq və 1,0 q seftazidim vena daxilinə yeridildikdən 5 dəq ərzində C max 45 və 90 mkq\ ml olur. 500 mq, 1.0 q və 2,0 q –ın kişilərdə venadaxili infuziyası zamanı 20 -30 dəq ərzində C max konsentrasiya 42, 69 , 170 mkq/ml –dir.İnfuziyadan 2 saat sonra bu səviyyə 12, 23 və 42 mkq/ml -ə enir. 8 saatdan sonra isə 2,3 və 5 mkq / ml olur. 500 mq və 1,0 seftazidim normal vəziyyətdə olan böyüklərə əzələdaxilinə yeridildikdən 1saat sonra C max 17 və 39 mkq/ml yaranır. Bu dozalarda 6-8 saat ərzində qan zərdabında seftazidimin səviyyəsi 4 mkq/q –dan artıq olur. Paylanması Seftazidimin plazma zülaları ilə birləşməsi 10% -dir. Preparat orqanizmdə yaxşı paylanır. Sidik,öd, sinovial plevral və abdominal mayedə,göz kamerlarının tərkibi,limfatik maye, sümük toxuması,miometrium, miokard, dəri toxuması, skelet əzələsi, bəlğəm və plevrada terapevtik konsentrasiya yaradır.. Preparat orqanizmdə iltihabi proses olmadıqda hematoensefalik baryerdən çətin keçir. Beyin qişalarının iltihabi xəstəliyində baş beyin- onurğa beyni mayesində terapevtik konsentrasiya yaradır. Plasentar baryerdən asan keçir, ana südü ilə xaric olur. Metabolizmi Orqanizmdə metabolizasiya olunmur. Eliminasiyası Preparat parenteral yeridildikdən sonra yarımxaricolma dövrü ( 2 saat ) ilə əlaqədar plazmada onun konsentrasiyası azalır. Seftazidim yumaqcıq filtrasiyası üsulu ilə sidiklə dəyişilməmiş şəkildə eliminasiya olur; əzələdaxilinə və venadaxilinə yeridilən dozanın təxminən 80 -90 % -i 24 saat ərzində sidiklə xaric olur; 82 % -i orqanizmdən ilk 8 saat ərzində ekskresiya olur. Seftazidimin sidikdə səviyyəsi yüksəkdir. Preparatın ödlə ekskresiyası (1 % -dən az hissəsi ) azdır,amma öddə səviyyəsi bəzi patogenlər üçün MİK- dan artıqdır. Probenesid seftazidimin sidiklə ekskresiyasını zəiflətmir.Seftazidimin yarımxaricolma dövrü 1,8 -2,2 saatdır. Preparat hemodializlə orqanimdən xaric edilə bilər. Seftazidim yeganə olaraq böyrəklərlə xaric olunduğuna və orqanizmdə metabolizasiya olunmadığına görə yumaqcıq filtrasiyasının zəifləməsi seftazidimin böyrək klirensini azaldır.Yarımxaricolma dövrü uzanır, AUC artır. Kreatininin klirensi 50 ml/dəq –dən az olan xəstələrdə doza azaldılmalıdır. Mukovissidozu olan xəstələrdə seftazidimin klirensi artır. Yenidoğulmuşlarda yarımxaricolma dövrü böyüklərə nisbətən 3-4 dəfə artır. Böyrək çatmamazlığı olmayan yaşlı şəxslərdə xüsusi ehtiyat tədbirlərinə ehtiyac yoxdur. Rezistentlik Seftazidimə qarşı rezistentlik xromosom mutasiyası və ye R plazmidlərin qazanılması nəticəsində yaranır.Antibiotikin keçiriciliyi azala və ya PBP –nin strukturunun dəyişilməsi ola bilər.Seftazidimə qarşı davamlılığa nadir halda betalaktamazalar tərəfindən hidrolizə uğraması səbəb ola bilər.

İstifadəsinə göstərişlər

Preparat bəzi patogen mikroorqanizmlərin həssas ştammları hesabına yaranan infeksiyaların müalicəsində tövsiyyə olunur: -Tək törədici tərəfindən baş verən infeksiyalar – 2 və ya daha artıq törədici tərəfindən törədilən qarışıq infeksiyalar – Ağır dərəcəli infeksiyalar, xəstəxanadaxili infeksiyalar da daxil olmaqla: septisemiya, bakteriemiya, peritonit, meningit (o cümlədən Pseudomonas aeruginosa mənşəli meningitlər, yalnız Listeria monocytogenes mənşəli infeksiyalar istisna olmaqla), immuniteti zəifləmiş xəstələrdə baş verən respirator infeksiyalar, infeksiyalaşmış yanıqlar – Tənəffüs yollarının infeksiyaları və mukovissidozlu xəstələrdə baş verən infeksiyalar – LOR orqanların infeksiyaları – Sidikçıxarıcı yolların infeksiyaları – Dəri və yumşaq toxumaların infeksiyaları – Sümük və oynaqların infeksiyaları – MBT,öd kisəsi və ödçıxarıcı yolların,qarın boşluğunun infeksiyaları – Müxtəlif orqanlarda aparılan cərrahi əməliyyatdan (əsasən də, prostat vəzidə transuretral rezeksiya) sonra infeksion fəsadların profilaktikası -Hemodializ nəticəsində yaranan infeksiyalar – Ambulator peritoneal dializ (CAPD)

Əks göstərişlər

Seftazidimə və ya preparatın köməkçi maddələrindən hər hansı birinə və ya digər sefalosporin qrupu antibiotiklərinə, penisillinə, monobaktam və karbapenemə qarşı yüksək həssaslıq. Böyrək çatışmazlığı, MBT xəstəlikləri (o cümlədən anamnezdə və qeyri-spesifik xoralı kolit zamanı), hamiləlik, laktasiya zamanı, yenidoğulmuşlara ehtiyatla təyin olunmalıdır.

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Sefalosporinlərlə müalicəyə başlamamışdan əvvəl hərtərəfli anamnez toplamaq lazımdır. Seftazidim digər sefalosporinlərə və ya beta laktam antibiotiklərinə qarşı məlum allergiya olan xəstələrə tövsiyyə olunmur. Penisillinlərə qarşı hiperhəssaslığı olan xəstələrlə xüsusi ilə ehtiyatlı olmaq lazımdır (onlar sefalosporinlərə qarşı immunoloji çarpaz reaksiyalara malikdir). Belə hallarda müalicə ciddi tibbi nəzarət altında başlanmalıdır. Allergik reaksiyanın hər hansı növündə müalicə dərhal dayandırılmalı və müvafiq terapiya (adrenalin, hidrokortizon, antihistaminvə s) aparılmalıdır. Müalicə zamanı Pseudomonas aeruginosa-nın davamlı və Enterobacteriaceae-nin bir sıra ştammlarının seleksiyası (Enterobacter cloacae kimi) haqqında məlumat verilmişdir. Digər antibiotiklər kimi seftazidimin də uzun müddət istifadə edilməsi davamlı ştammların (məs., Candida, enterococci və Serratia spp.) seleksiyasına səbəb ola bilər. Bu halda müalicə dayandırılmalı və müvafiq tədbirlər aparılmalıdır. Xüsusi göstərişlər Seftazidimə qarşı allergik reaksiya baş verərsə preparatın qəbulu dərhal dayandırılmalıdır. Hiperhəssaslıq reaksiyaları yaranan zaman adrenalinin (epinefrin), hidrokortizonun, antihistamin preparatlarının istifadəsi və digər təcili tədbirlərinin aparılması göstəriş ola bilər. Seftazidimin yüksək dozada aminoqlikozid ,digər sefalosporinlər və diuretiklərlə (furosemid) eyni vaxtda istifadəsi zamanı böyrəklərin funksiyasına nəzarət etmək lazımdır. Preparatın terapevtik dozada böyrəklərin funksiyasını pozması haqqında məlumat yoxdur. Seftazidim böyrəklərlə xaric olunduğuna görə böyrəklərin pozulma funksiyasının dərəcəsindən asılı olaraq böyrək çatışmazlığı olan xəstələrdə preparatın dozasını azaltmaq lazımdır. Geniş təsir spektrli antibiotiklərin, o cümlədən Seftemin qəbulu qeyri-həssas mikroorqanizmlərin (məs, Candida, Enterococcus spp.) artımına səbəb ola bilər. Bu zaman müalicə dayandırılmalı və ya müvafiq terapiya aparılmalıdır.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Seftazidimin yüksək dozada və nefrotoksik preparatların eyni zamanda təyini böyrəklərin funksiyasına mənfi təsir göstərə bilər. Preparatın probenesid və və furasemidlə eyni zamanda təyininə dair tədqiqatlar aparılmışdır. “İlgək“ diuretikləri, aminoqlikozidlər, vankomisin, klindamisin seftazidimin klirensini aşağı salır, bunun nəticəsində nefrotoksik təsir riski artır. Bakteriostatik antibiotiklər (xloramfenikol daxil olmaqla) beta-laktam antibiotiklərinin təsirini azaldırlar. Seftazidim bir çox v/d yeridilən məhlullarla uyğun gəlir. Lakin seftazidim natrium bikarbonat məhlulunda az davamlıdır, ona görə də onu həlledici kimi istifadə etmək tövsiyyə olunmur. Seftazidim aminoqlikozidlər, heparin, vankomisin, xloramfenikol ilə uyğun deyildir.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Heyvanlar üzərində aparılan tədqiqatlarda bu sefalosporinin embriona və ya dölə, hamiləliyin təkamülünə, perinatal/postnatal inkişafına mənfi təsiri haqqında məlumat göstərilməyib. Hal – hazırda insanlarda aparılan müvafiq və nəzarət olunan tədqiqatlar yoxdur. Seftem plasentadan keçir və amniotik mayedə aşkar oluna bilər. Seftazidim yalnız təhlükə risk- fayda hesabatı qiymətləndirildikdən sonra hamiləlik zamanı ehtiyatla istifadə oluna bilər. Seftazidim kiçik konsentrasiyada insan südünə ifraz olunur. Mümkün allergik reaksiyaların qarşısını almaq üçün müalicə zamanı körpələri südlə əmizdirməmək tövsiyyə olunur. Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri Mövcud deyil.

İstifadə qaydası və dozası

Doza fərdi olaraq xəstəliyin ağırlıq dərəcəsindən, lokalizasiyasından, törədicinin növü və onun preparata qarşı həssaslığından, xəstənin yaşına və böyrək funksiyasına görə təyin edilir. Seftem venadaxili və ya dərin əzələdaxili istifadə edilir. Sutkalıq doza 1 q -dan 6 q-a qədər təşkil edir. Bu doza 2 – 3 qəbula bölünməklə əzələdaxilinə və ya venadaxilinə yeridilir. Böyüklər və 14 yaşdan yuxarı yeniyetmələr Əksər infeksiyalarda məsləhət görülən sutkalıq doza hər 8saatdan bir 1 q və ya hər 12 saatdan bir 2 q v/d və ya ə/d yeridilir. Sidikçıxarıcı yolların və orta ağır dərəcəli infeksiyalarda 500 mq və ya 1 q hər 12 saatdan bir tətbiq edilir. Çox ağır infeksiyalar zamanı, xüsusilə də zəifləmiş immunitetli, neytropeniyalı xəstələrdə 2 q hər 8 və ya 12 saatdan bir, 3 q hər 12 saatdan bir yeridilir. Ağciyərlərin fibroz –kistoz psevdomonal infeksiyaları zamanı ( normal böyrək funksiyası olan) 100 –dən 150 mq/kq –a qədər doza gün ərzində 3 qəbula bölünməklə tətbiq edilir. Normal böyrək funksiyası olan xəstələrə 9 q/sut doza istifadə olunub. Prostat vəzinin cərrahi əməliyyatının profilaktikası məqsədilə mütləq 1 q seftazidim anesteziyanın induksiyasında yeridilməlidir. İkinci doza kateterin xaric edilməsi zamanı tətbiq edilə bilər. Uşaqlar və 2 aydan yuxarı körpələr Seftazidimin məsləhət olunan sutkalıq dozası hər 8 saatdan bir gündə 3 dəfə qəbula bölünməklə hər kq bədən çəkisinə 30 mq-dan 100 mq-a qədər təşkil edir. Fibroz-kistoz xəstəliyi olan, meningit və immundepressiv uşaqlarda seftazidimin sutkalıq dozası 3 dəfə qəbula bölünməklə hər kq bədən çəkisinə 150 mq-a qədər (gündə 6 q seftazidimdən artıq olmayaraq) artırıla bilər. Yenidoğulmuşlar və 2 aya qədər olan körpələr Klinik tədqiqatlar məhdud olduğuna baxmayaraq,seftazidimin məsləhət olunan sutkalıq dozası gündə 2 qəbula bölünməklə hər kq bədən çəkisinə 25 mq-dan 60 mq-a qədər təşkil edir (yenidoğulmuşlarda yarımparçalanma dövrü böyüklərlə müqayisədə 3 və ya 4 dəfə yüksək ola bilər). Yaşlı, xüsusilə 80 yaşdan yuxarı xəstələr Yaşlı xəstələrdə kreatininin klirensi aşağı olduğu üçün seftazidimin dozası sutkada 3 q-dan artıq olmamalıdır. Böyrək çatışmazlığı olan xəstələr Böyrək çatışmazlığı olan xəstələrdə dozanın azaldılması tələb olunur, çünki seftazidim dəyişilməmiş şəkildə yumaqcıq filtrasiyası ilə böyrəklərlə xaric olunur. Kreatininin klirensi 50 ml/dəq –dən az olan xəstələrdə doza azaldılmalıdır. Başlanğıc doza 1 q təşkil edir. Saxlayıcı dozanı yumaqcıq filtrasiyasının sürətindən asılı olaraq seçirlər. Ağır böyrək çatışmazlığı olan xəstələrdə doza kreatininin klirensindən asılı olaraq yeridiliməlidir. Böyrək çatışmazlığı zamanı seftazidimin saxlayıcı dozası cədvəldə təqdim olunmuşdur. Kreatininin klirensi Zərdabda kreatininin Seftazidimindozası (q) Dozanı qəbuletmə (ml/dəq) həcmi (μmol/l) tezliyi (saat) 150-200 50-31 1,0 12 (1.7-2.3) 200-350 30-16 1,0 24 (2.3-4) 350-500 15-6 0,5 24 (4-5.6) > 500 <5 0,5 48 (> 5.6) Neytropaniya olan 6 q seftazidim yeridilən ağır infeksiyalı xəstələrdə ( böyrək çatışmazlığı olmayan) doza 50% və yeridilmə sayı artırıla bilər.Belə xəstələrdə seftazidimin zərdabda səviyyəsinə nəzarət edilməlidir.Belə ki, seftazidimin səviyyəsi 40 mq/l –dən artıq olmamalıdır. Kreatininin klirensini qiymətləndirmək üçün aşağıdakı formuladan (Kokroft tənliyindən) istifadə etmək olar. Zərdabda kreatinin səviyyəsi böyrək funksiyasının vəziyyətinə uyğun olmalıdır: Kişilər Kreatinin klirensi = çəki (kq) x (140 – yaş) (ml/dəq) 72 x zərdabda kreatinin ( mq/dl) Qadınlar 0,85 x dah artıq Zərdabda kreatininin səviyyəsini mol/litr-dən mq/dl çevirmək üçün 88,4 -ə bölmək lazımdır. Uşaqlarda kreatininin klirensi orqanizm üçün korreksiya olunmalıdır Zərdabda seftazidimin yarımxaricolma dövrü hemodializ zamanı 3-5 saatdır Hemodializ Hər hemodializ seansından sonra seftazidiminin saxlayıcı dozası yuxarıdakı cədvələ uyğun olaraq təyin olunur. Seftazidim peritoneal dializ və fasiləsiz ambulator peitoneal dializ (CAPD) zamanı istifadə oluna bilər.Seftazidimi venadaxilinə olduğu kimi, dializ olunan mayeyə də yeridilə bilər.(125 dən -250 mq hər 2 litr dializ olunan mayeyə). İnyeksiya məhlulunun hazırlanması Kiçik dozaların alınması üçün əlavə olunacaq həcm və konsentrasiyaı Flakon Həlledicinin Təxmini Təxmini Təxmini miqdarı konsentrasiya həcm (ml) işlənilən (ml) mq/ml həcm 1 q əzələdaxili 3,0 260 3.58 0.58 1 q venadaxili 96 10.56 10,0 0.56 Seftem əzələdaxili dərin və ya venadaxili təyin oluna bilər. Əzələdaxili yeridilmə zamanı inyeksiya üçün suyu həlledici kimi istifadə etmək lazımdır. Ə/d inyeksiya üçün digər həlledicilər kimi: 0.5% və ya 1%-li lidokain məhlulu istifadə oluna bilər. Ə/d inyeksiya böyük sağrı əzələsinin yuxarı bayır kvadratı və ya budun lateral nahiyəsinə yeridilməlidir. Seftazidim məhlulu bilavasitə venaya yeridilə bilər. Əgər ehtiyac olarsa böyük dozalar v/d inyeksiya (in bolus) 3-5 dəq. müddətində yeridilə bilər. Venadaxili yeridilmə zamanı inyeksiya üçün su durulaşdırıcı kimi istifadə olunur.. Əzələdaxili inyeksiya Durulaşdırıcı məhlulu flakona yeridin ( 3 ml məhlul 1 q Seftem üçün) və həll olunması üçün çalxalayın. Məhlul 1-2 dəqiqə müddətində şəffaflaşmalıdır. Seftazidim tozu həll olan zaman karbon qazı xaric olunur və flakonun daxilində təzyiq yaranır. Təzyiqin normallaşması üçün qazçıxarıcı iynə rezin tıxaca yeridilməli və inyeksion məhlul çəkilməmişdən əvvəl çıxarılmalıdır. Şprisin porşenini tam axıra qədər basın. Flakonu çevirin, sonra isə iynəni rezin tıxaca yeridin. Əmin olun ki, iynə məhlulun içində qalır və adi qaydada flakonun içindəkini çəkin. Çəkilmiş məhlulun içində karbon qazı qabarcıqları ola bilər, hansılar ki inyeksiyadan əvvəl şprisdən çıxarılmalıdır. Venadaxili inyeksiya 10 ml (1 q və 2 q doza üçün) durulaşdırıcı məhlulu flakona yeridin və həll olunması üçün çalxalayın. Məhlul 1-2 dəqiqə müddətində şəffaflaşmalıdır. Antibiotik həll olan zaman karbon qazı xaric olunur və flakonun daxilində təzyiq yaranır. Flakonda təzyiqi aradan qaldırmaq üçün iynəni yeridin. Məhlul hazırlanan kimi dərhal istifadə olunmalıdır. Əks təqdirdə, flakonun daxilində yarana bilən əlavə təzyiq xəstəyə yeridilməmişdən əvvəl xaric edilməlidir.

Əlavə təsirləri

Həzm sistemində meydana çıxan pozğunluqlar: ishal, ürəkbulanma, qusma, qarında ağrılar, ağız boşluğu və udlağın kandidozu, ALT, AST, LDH, QQT və QF aktivliyinin tranzitor yüksəlməsi, çox nadir hallarda sarılıq. Digər sefalosporinlərin istifadəsində olduğu kimi kolit Clostridium difficile tərəfindən törədilə və psevdomembranoz kolit kimi meydana çıxara bilər. Dəri və yumşaq toxumada meydana çıxan pozğunluqlar: : multiformalı eritema, Stivens – Conson sindromu və toksik epidermal nekroliz, nadir hallarda – qaşınma, urtikrial səpgi, angioödem, toksiki epidermal nekroliz. Qanyaradıcı sistemdə meydana çıxan pozğunluqlar: eozinofiliya, leykopeniya, neytropeniya, aqranulositoz, trombositopeniya, trombositoz, limfositoz, Kumbs testinin müsbət olması (hemolizsiz), hemolitik anemiya. MSS və periferik sinir sistemində meydana çıxan pozğunluqlar: başağrısı, başgicəllənmə, paresteziyalar, dadbilmə hissinin pozulması; adətən böyrək çatışmazlığı olan xəstələrdə – tremor, miokloniya, qıcolmalar, ensefalopatiya, koma kimi nevroloji pozuntular. Sidik-ifrazat sistemində meydana çıxan pozğunluqlar: qanda sidik cövhərinin, sidik cövhəri azotunun və/və ya kreatinin tranzitor yüksəlməsi, böyrək funksiyasının pozulması. Allergik reaksiyalar: makulo-papulyoz səpgi, övrə, qızdırma, qaşınma, angionevrotik ödem, bronxospazm, AT-nin enməsi, eksudativ çoxformalı eritema (Stivens-Conson sindromu daxil olmaqla), toksiki epidermal nekroliz (Layell sindromu). Yerli reaksiyalar: v/d yeridilmə zamanı flebit və ya tromboflebit; ə/d yeridilmə zamanı yeridilmə nahiyəsində ağrı, yanma, qalınlaşma. Digər: kandidoz vaginit

Doza həddinin aşılması

Simptomlar: nevroloji pozulmalar (ensefalopatiya, qıcolma, koma daxil olmaqla). Müalicə: simptomatik və saxlayıcı terapiyanın aparılması. Seftazidimin konsentrasiyası qan zərdabında hemodializin və ya peritoneal dializin aparılması zamanı azala bilər.

Buraxılış forması

1 q toz, rezin tıxac, polipropilen disk ilə təchiz edilmiş alüminium qapaqla möhürlənmiş həcmi 20 ml olan flakonda. 10 ml inyeksiya üçün su, ampulda. 1 flakon və 1 ampul, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırlır.

Saxlanma şəraiti

30ºС-dən yuxarı olmayan temperaturda, quru, günəş şüası düşməyən və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır. Dondurmaq olmaz.

Yararlılıq müddəti

2 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti

Rеsеpt əsasında buraxılır.

İstehsalçı

Maksur Laboratories Ltd. Azərbaycanda rəsmi distribyutor

Müştəri rəyləri

Bu məhsul üçün rəy yoxdur.

“Ceftem 1 q flakon” üçün ilk rəyi siz yazın.