Bronxolitin 125 ml sirop

Təsiredici maddə: GLAUCINE + EPHEDRINE HCL
Təsiredici maddəGLAUCINE + EPHEDRINE HCL
Dərman formasıSirop
Farmakoloji təsirÖskürəyi zəiflədən vasitə (simpatomimetiklərlə kombinasiyada)
İstehsal ölkəsiBolqarıstan

Onlayn sifariş zamanı 5% endirim.

 Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin

Endirim_5

4,00 ₼

Stokda var

Stokda var

  • Filialdan götürmək

Bu gün götürmək

Ödənişsiz

  • Kuryerlə çatdırılma

Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.

Ödənişli

  • Ekspress çatdırılma

Sürətli çatdırılma

Ödənişli

Ödəniş üsulları:

Məhsulun təsviri

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

BRONXOLİTİN 5,75 mq/4,6 mq/5 ml şərbət Beynəlxalq patentləşdirilməmiş adı: Glaucine + Ephedrine

Tərkibi

Təsiredici maddə: 5 ml şərbətin tərkibində 5,75 mq qlausin hidrobromid (glaucine hydrobromide), 4,6 mq efedrin hidroxlorid (ephedrine hydrochloride) vardır. Köməkçi maddələr:etanol (96%), saxaroza, metilparahidroksibenzoat (E 218), propilparahidroksibenzoat (E 216), reyhan yağı, polisorbat 80, limon turşusu monohidrat, təmizlənmiş su.

Təsviri

Sarımtıl-qəhvəyi, şirin dadlı və spesifik reyhan yağı qoxulu mayedir.

Farmakoterapevtik qrupu

Öskürəyi zəiflədən vasitə (simpatomimetiklərlə kombinasiyada). ATC kodu: R05DB20.

Farmakoloji xüsusiyyətləri

Farmakodinamikası Bronxolitin ifadəolunmuş öskürək əleyhinə, bronxdilatasiyaedici və bronxoantiseptik təsirə malik kombinəolunmuş dərman vasitəsidir. Qlausin alkoloidi öskürək mərkəzini zəiflədir, lakin tənəffüsə təsir etmir. Zəif ifadəolunmuş bronxospazmolitik və adrenolitik təsirə malikdir və adətolma və asılılıq yaratmır. Efedrin birbaşa (alfa- və beta-reseptorları stimulyasiya edir) və dolayı (aminooksidazanın aktivliyini zəiflədir) adrenomimetikdir. Noradrenalinin və adrenalinin onların deposundan azad olmasına səbəb olur. Efedrin bronxların saya əzələsinə spazmolitik təsir göstərir. O, davamlı olaraq bronxial əzələni relaksasiya edir ki, bu da beta -adrenoreseptorlara ifadəolunmuş oyadıcı təsirlə2 əlaqədardır. Efedrinin təsiri altında bronxların selikli qişasının ödemi azalır və onların yolu genişlənir. Bronxolitin şərbətinin farmakoloji tədqiqatları göstərir ki, o histaminin bronxlara spastik təsirini azaldır. Farmakokinetikası Sorulması Peroral qəbulundan sonra qlausin və efedrin mədə-bağırsaq sistemindən tez zamanda və tamamilə rezorbsiya olunur. Paylanması Qlausin maksimal plazma konsentrasiyasına onun qəbulundan 1,5 saat sonra çatır. Efedrin əsasən qaraciyərdə, ağciyərlərdə, böyrəklərdə, dalaqda və beyində toplanaraq, orqanizmdə paylanır. Metabolizmi Qlausin və efedrin (az miqdarı) qaraciyərdə metabolizmə uğrayır. Xaric olması Qlausin metabolitlər və dəyişilməmiş şəkildə sidiklə xaric olur. Efedrinin yarımxaricolma dövrü təqribən 3-6 saat təşkil edir. Əsasən dəyişilməmiş şəkildə sidiklə xaric olur.

İstifadəsinə göstərişlər

Bronxolitin kombinəolunuş preparat olub, öskürəyi zəiflədir, bronxları genişləndirir və tənəffüs yollarında bəlğəmi parçalayır. Zəif ifadəolunmuş bronxoantiseptik təsirə malikdir. Tənəffüs yollarının iltihabi xəstəliklərinin kompleks müalicəsində istifadə edilir.

Əks göstərişlər

– Preparatın istənilən komponentinə qarşı allergiya; – ürəyin işemik xəstəliyi; dekompensasiya təzahürü ilə ürəyin ağır üzvi xəstəlikləri; ağır və/və ya nəzarət edilməyən arterial hipertenziya (yüksəlmiş qan təzyiqi); qalxanabənzər vəzinin funksiyasının artması (tireotoksikoz); feoxromositoma; yüksəlmiş gözdaxili təzyiq (qapalı bucaqlı qlaukoma); sidiyin ləngiməsilə prostat vəzinin böyüməsi; yuxusuzluq; – 3 yaşdan aşağı uşaqlar; – hamiləlik və laktasiya dövrü.

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

– Pasiyentdə ürək xəstəlikləri, ürək ritminin pozuntusu və ya stenokardiya olduqda, Bronxolitinlə müalicəyə başlamazdan əvvəl həkimlə məsləhətləşmək lazımdır. – Yüksək qan təzyiqi olduqda. – Prostat vəzinin böyüməsi olduqda. – İdmançılar nəzərə almalıdırlar ki, preparatın tərkibində efedrinin olması ilə əlaqədar dopinq sınağının müsbət nəticəsi mümkündür. – Mərkəzi sinir sisteminə zəif stimulyasiyaedici təsirindən və yuxunun mümkün pozulmasından bronxolitin şərbətini saat 16-dan sonra qəbul etmək olmaz. – Efedrinin təsirinə daha həssas olan uşaqlar və yaşlılar; – Dərman asılılığının inkişafına meylli pasiyentlər ehtiyatla qəbul etməlidirlər. – Bronxolitinin tərkibində 1,7 həcm% etanol (alkoqol), daha doğrusu hər dozaya (5 ml) 69 mq-a qədər alkoqol vardır ki, bu da hər dozada 1,7 ml pivə, 0,7 ml çaxıra ekvivalntdir. Alkoqolizmdən əziyyət çəkənlərə zərərlidir. Preparatın tərkibində alkoqolun olmasını hamilə və laktasiya dövründə olan qadınlarda, uşaqlarda və qaraciyər və ya epilepsiya kimi xəstəlikləri olan yüksək risk qrupu pasiyentlərində nəzərə almaq lazımdır. Dərman vasitəsinin tərkibində saxaroza vardır. Pasiyentdə bəzi şəkərlərə qarşı dözümsüzlük olduqda, Bronxolitin şərbətini istifadə etməzdən əvvəl həkimlə məsləhətləşməlidir. Metilparahidroksibenzoat (E 218) və propilparahidroksibenzoat (E 216) allergik reaksiyalara (ləng tipli mümkündür) səbəb ola bilər.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Pasiyent hazırda və ya yaxınlarda qəbul etdiyi, o cümlədən, reseptsiz buraxılan digər dərman vasitələri barədə həkimlə və ya əczaçı ilə məsləhətləşməlidir. Ürəyin işini gücləndirən (ürək qlikozidləri) dərman vasitələrilə, xinidinlə, ümumi anestetiklərlə (halotan), depressiya əleyhinə dərman vasitələri ilə (trisiklik antidepressantlar, MAO inhibitorları), sinir sisteminin stimulyatorları ilə, tonuslaşdırıcı içkilərlə (kofe, çay, koka-kola) daxil olmaqla eyni vaxtda istifadəsi ürək ritminin pozulması riskini artırır və ya qan təzyiqini yüksəldir. Pasiyent depressiyanını müalicəsi üçün dərman vasitələri (MAO inhibitorları) qəbul etdiyi halda onların dayandırılmasından 2 həftə sonra Bronxolitin şərbətlə müalicəyə başlaya bilər. Eyni effekti tərkibində erqoalkoloidlər olan miqrenin müalicəsi üçün dərman vasitələri və ya oksitosinlə eyni vaxtda istifadəsi zamanı da müşahidə etmək olar. Beta-blokatorlarla (propranolol, atenolol, metoprolol) eyni vaxtda istifadəsi zamanı şərbətin bronxolitik təsiri azalır. Bronxolitinlə peroral diabet əleyhinə dərman vasitələrinin eyni vaxtda istifadəsi zamanı onların hipoqlikemik (qanda şəkərin səviyyəsinin azalması) təsirinin azalması mümkündür.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Pasiyent qadın hamilə olduqda və ya ana südü ilə qidalandırda, hamilə olduğuna şübhə etdikdə və ya hamiləlik planlaşdırdıqda, bu dərman vasitəsini istifadə etməzdən əvvəl həkimə və ya əczaçıya müraciət etməlidir. Bronxolitin şərbəti hamiləliyin ilk uç trimestrində və laktasiya dövründə istifadə edilmir. Pediatriyada istifadəsi Bu preparatı 3 yaşdan aşağı uşaqlarda istifadə etmək olmaz. Nəqliyyat vasitəsini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri Bronxolitin şərbətin tərkibində efedrin vardır ki, bu da bəbəklərin genişlənməsinə səbəb ola və nəqliyyat vasitələrini idarə etmək qabiliyyətinə təsir göstərə bilər.

İstifadə qaydası və dozası

Bronxolitin şərbətini hər zaman içlik vərəqədə qeyd edilən şəkildə qəbul etmək lazımdır. Hər hansı şübhə olduqda, həkimə və ya əczaçıya müraciət etmək lazımdır. Adi doza Böyüklər və 10 yaşdan yuxarı uşaqlar 10 ml gündə 3-4 dəfə təyin edilir. 3-10 yaşlı uşaqlar 5 ml gündə 3 dəfə istifadə edilir. Şərbət yeməkdən sonra daxilə qəbul edilir. Müalicənin müddəti 5-7 gündür. 5 gündən sonra simptomlar davam etdiyi halda və ya pasiyentin vəziyyəti pisləşdikdə, həkimə müraciət etmək lazımdır. Bronxolitinin qəbulu buraxıldıqda Preparatın 1 dozası buraxıldıqda, onu mümkün qədər tez qəbul etmək lazımdır. Növbəti dozanın vaxtı yaxınlaşdıqda, unudulan dozanı ötürüb, növbəti dozanı adi qaydada qəbul etmək lazımdır. Unudulan dozanı kompensasiya etmək üçün ikiqat doza istifadə etmək olmaz. Pasiyentdə bu dərman vasitəsinin istifadəsilə əlaqədar istənilən əlavə sual yarandıqda, həkimə və ya əczaçıya müraciət etməlidir.

Əlavə təsirləri

Digər dərman vasitələri kimi bronxolitin də əlavə təsirlərə səbəb ola bilər, lakin onlar hamıda təzahür etmir. Şərbətlə müalicə zamanı ağızda quruluq, iştahanın itməsi, ürəkbulanma, qusma, qəbizlik, hiperhəssaslıq reaksiyaları (səpgi, övrə, qaşınma, angionevrotik ödem, bronxospazm), güclü tərləmə, başgicəllənmə, əsmə, həyəcan, gərginlik, yuxusuzluq, sedativ (sakitləşdirici) effekt, ürək fəaliyyətinin tezləşməsi, qan təzyiqinin yüksəlməsi, ətraflarda sirkulyasiyanın pozulması, görmənin pozulması, prostat vəzin böyüməsi olan pasiyentlərdə sidiyəgetmənin çətinləşməsi və ya sidiyin ləngiməsi, təngnəfəslik, adətolma müşahidə edilə bilər. Dəqiq tezliyi məlum olmasa da, bəzi şəxslərdə miokardın işemiyasının və ya sinədə ağrının (stenokardiya kimi ürək pozuntusunun nəticəsində) yaranması mümkündür. Bu halda həkimlə məsləhətləşmək lazımdır. Bronxolitinlə müalicə dövründə qeyd edilən simptomlar yarandıqda, pasiyent həkimə məlumat verməlidir, lakin dərman vasitəsinin istifadəsini həkim rəyi və məsləhəti olmadan dayandırmaq olmaz. Qeyd edilən istənilən əlavə təsir ciddiləşdikdə və ya pasiyent təlimatda qeyd edilməyən digər əlavə təsir aşkar etdikdə, bu barədə həkimə məlumat vermək lazımdır.

Doza həddinin aşılması

İçlik vərəqədə qeyd edilən doza həddi aşıldıqda, pasiyentdə əsəbi oyanıqlıq, ətrafların əsməsi, güclü tərləmə, sidiyəgetmənin çətinləşməsi, ürəkbulanma, yuxusuzluq, bəzi hallarda əzginlik və yuxululuq yarana bilər. Doza həddinin aşılmasından sonra, eləcə də paranoid psixoz, sayıqlama və hallüsinasiya müşahidə edilmişdir. Belə hallarda dərhal həkimlə məsləhətləşmək lazımdır.

Buraxılış forması

125 ml şərbət polietilen qapaqlı tünd şüşə flakonda və ya polietilen qapaqlı tünd polietilentereftalat flakonda. 1 flakon ölçü stəkanı və içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

Saxlanma şəraiti

25ºС temperaturdan yüksək olmayan, orijinal qutusunda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

Yararlılıq müddəti

4 il. Flakon açıldıqdan sonra 1 ay ərzində istifadə edilməlidir. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti

Reseptsiz buraxılır. İstehsalçı/Qeydiyyat vəsiqəsinin sahibi “Sofarma” SC. İlienskoye şosse k. 16, 1220 Sofiya, Bolqarıstan.

Müştəri rəyləri

Bu məhsul üçün rəy yoxdur.

“Bronxolitin 125 ml sirop” üçün ilk rəyi siz yazın.