Biseptol 120 mq N20 tablet

Təsiredici maddə: SULFAMETHOXAZOLE + TRIMETHOPRIM
Təsiredici maddəSULFAMETHOXAZOLE + TRIMETHOPRIM
Dərman formasıTablet
Farmakoloji təsirSulfanilamid preparatları
İstehsal ölkəsiPolşa

Onlayn sifariş zamanı 5% endirim.

 Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin

Endirim_5

1,79 ₼

Stokda var

Stokda var

  • Filialdan götürmək

Bu gün götürmək

Ödənişsiz

  • Kuryerlə çatdırılma

Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.

Ödənişli

  • Ekspress çatdırılma

Sürətli çatdırılma

Ödənişli

Ödəniş üsulları:

Məhsulun təsviri

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

Bu dərman vasitəsini qəbul etməzdən əvvəl içlik vərəqəni diqqətlə oxuyun, belə ki, burada Sizə vacib olan məlumatlar vardır. – İçlik vərəqəni saxlamaq lazımdır, belə ki, onu yenidən oxumaq lazım gələ bilər. – Əlavə suallar yarandıqda, həkimə, əczaçıya və ya tibb bacısına müraciət edin. – Bu dərman vasitəsi, yalnız Sizə təyin edilmişdir. Onu başqalarına verməyin. Bu, onlara ziyan vura bilər, hətta onlarda Sizdə olan xəstəliyin simptomları olsa belə. – Hər hansı arzuolunmaz təsirin dərinləşməsi və ya içlik vərəqədə qeyd edilməyən əlavə təsirlər baş verdikdə, həkimə, əczaçıya və ya tibb bacısına müraciət etmık lazımdır (“Əlavə təsirləri” bölməsinə bax). BİSEPTOL tabletlər BISEPTOL Beynəlxalq patentləşdirilməmiş adı: Sulfamethoxazole + Trimethoprim

Tərkibi

Biseptol 120 mq Təsiredici maddə: 1 tabletin tərkibində 100 mq sulfametoksazol, 20 mq trimetoprim vardır. Köməkçi maddələr: kartof nişastası, talk, maqnezium stearat, polivinil spirti. Biseptol 480 mq Təsiredici maddə: 1 tabletin tərkibində 400 mq sulfametoksazol, 80 mq trimetoprim vardır. Köməkçi maddələr: kartof nişastası, talk, maqnezium stearat, polivinil spirti.

Təsviri

Biseptol 120 mq Sarımtıl çalarlı ağ rəngli, dairəvi formalı, hər iki tərəfi qabarıq, hamar səthli, kənarları tam, iti, bir tərəfində “Bs” hərfləri olan tabletlərdir. Biseptol 480 mq Sarımtıl çalarlı ağ rəngli, dairəvi formalı, hər iki tərəfi qabarıq, hamar səthli, kənarları tam, iti, bir tərəfində “-” işarəsi və bu işarənin altında “Bs” hərfləri olan tabletlərdir.

Farmakoterapevtik qrupu

Sulfanilamid preparatları. ATC kodu: J01EE01.

Farmakoloji xüsusiyyətləri

Biseptol – tərkibində ko-trimoksazol – müvafiq nisbətdə trimetoprim və sulfametoksazol (orta təsir müddətinə malik sulfanilamid preparatı) qarışığı olan, kombinəedilmiş antibakterial preparatdır. Preparatın hər iki komponenti biokimyəvi dəyişikliklərin eyni zəncirinə təsir göstərir ki, bu da antibakterial təsirin güclənməsinə və bakterial davamlılığın inkişaf etməsinin ləngiməsinə gətirib çıxarır. Ko-trimoksazol Escherichia coli mikroorqanizmlərinin həssas ştammlarına (o cümlədən, enteropatogen ştammlarına), Proteus spp. (o cümlədən, Proteus vulgaris) mikroorqanizmlərinin indolmüsbət ştammlarına, Morganella morganii, Klebsiella spp., Proteus mirabilis, Enterobacter spp., Haemophilus influenzae, Streptococcus pneumoniae, Shigella flexneri, S. sonnei, Neisseria gonorrhoeae və həmçinin Pneumocystis jirovecii mikroorqanizmlərinə qarşı aktivdir. Dərman preparatının hər iki komponenti mədə-bağırsaq traktından yaxşı sorulur; hər iki kompo- nentin qanda maksimal konsentrasiyası, daxilə istifadə edildikdən 1-4 saat sonra əldə edilir. Hər iki komponent orqanizmin bir çox toxuma və mayelərində terapevtik konsentrasiyalarda aşkar olunur. Biseptol dərman preparatı böyüklərdə, yeniyetmələrdə və 6 yaşdan yuxarı uşaqlarda istifadə etmək üçün nəzərdə tutulmuşdur.

İstifadəsinə göstərişlər

Preparat aşağıdakı bakterial infeksiyaların müalicəsində istifadə edilir: – Sidikçıxarıcı yolların E. coli, Klebsiella spp., Enterobacter spp., Morganella morganii, Proteus mirabilis və Proteus vulgaris kimi həssas ştammların törətdiyi infeksiyaları; – Streptococcus pneumoniae və ya H. influenza-nin həssas ştammları ilə törədilən kəskin orta otit; – Streptococcus pneumoniae və ya H. influenza bakteriyalarının həssas ştammları ilə törədilən xroniki bronxitin kəskinləşməsi; – Shigella çöplərilə törədilən mədə-bağırsaq sisteminin infeksiyalaşması; – mikrobioloji tədqiqatlarla təsdiq edilmiş Pneumocystis jirocecii ilə törədilən pnevmoniya və bu mikroorqanizmlərlə törədilən infeksiyanın immuniteti zəifləmiş (məsələn, İİV infeksiyalı) pasiyentlərin profilaktikası; – böyüklərdə E. Coli enteropatogen ştammı ilə törədilən səyahətçi diareyası.

Əks göstərişlər

– Preparatın istənilən komponentinə, sulfonamidə qarşı yüksək həssaslıq; – qaraciyər parenximasının zədələnməsi diaqnozu olan pasiyentlər; – dərman vasitəsinin plazmada konsentrasiyasını müəyyən etmək mümkün olmadığı zaman ağır böyrək çatışmazlığı olan pasiyentlər; – qanyaratma sisteminin ağır formalı xəstəlikləri olan pasiyentlər (“İstifadə qaydası və dozası” bölməsinə bax); – fol turşusunun defitilə törədilən meqaloblast anemiyalı pasiyentlər (eritrositlərin miqdarının azalması); – qlükoza-6-fosfatdehidrogenaza defisiti olan pasiyentlər; – həyatının ilk 6 həftəsində uşaqlar (nüvə sarılığının inkişafı riski).

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Aşağıda göstərilən vəziyyətlərdə Biseptol preparatından istifadə etdikdə, xüsusi ehtiyat tədbirlərinə riayət etmək lazımdır. Sulfanilamidlərin istifadəsi ilə əlaqəli, həyat üçün təhlükəli ağırlaşmaların, o cümlədən, kəskin qaraciyər nekrozunun, aplastik anemiyanın, aqranulositozun, qan tərkibinin digər pozğunluqlarının və tənəffüs sistemində qeyd olunan yüksək həssaslıq reaksiyalarının meydana çıxmasının nadir halları təsvir olunmuşdur. Sulfametoksazolun istifadəsi ilə müalicə nəticəsində Stivens-Conson sindromu və toksik epidermal nekroliz kimi həyat üçün potensial təhlükəli dəri səpgiləri barədə məlumatlar daxil olmuşdur – əvvəlcə bu səpgilər qırmızı ləkələr və ya mərkəzində qovuqcuqlar olan dairəvi piləklər şəklində meydana çıxmışdır. Diqqət yetirilməli əlavə simptomlara ağız boşluğunun, udlağın, burunun, cinsiyyət orqanlarının selikli qişalarında xoralaşmanın və konyuktivitin (gözlərin qızarmasının və şişkinləşməsinin) meydana çıxması aiddir. Həyat üçün potensial təhlükəli olan həmin dəri səpgiləri, bir çox hallarda qripəbənzər simptomlarla müşayiət olunur. Dəri üzərində səpgilər geniş sahəli qovuqcuqların əmələ gəlməsinə və ya epidermisin ayrılmasına gətirib çıxara bilər. Ciddi dəri reaksiyalarının meydana çıxmasının ən yüksək riski müalicənin ilk həftələrində qeyd olunur. Biseptol preparatı ilə müalicə müddətində pasiyentdə Stivens-Conson sindromu və ya toksik epidermal nekroliz meydana çıxdığı halda, həmin pasiyentdə göstərilən dərman preparatını gələcəkdə bir daha təkrar istifadə etmək olmaz. Dəri üzərində səpgilər və ya yuxarıda göstərilən dəri reaksiyaları meydana çıxdığı hallarda, dərhal həkimə müraciət etmək və istifadə edilən preparat barədə onu məlumatlandırmaq lazımdır. Ko-trimoksazolla müalicə müddətində aşağıda göstərilən hallar meydana çıxa bilər: dəri üzərində səpgilər, udlaq nahiyəsində ağrı, bədən temperaturunun yüksəlməsi, oynaq ağrıları, öskürək, boğulma, sarılıq, sidik ifrazının pozulması, ödemlər, bel nahiyəsində və ya qarın nahiyəsinin yuxarı hissəsində ağrı; bu zaman, preparatın istifadəsini dərhal dayandırmaq və təcili həkimə müraciət etmək lazımdır. Böyrək çatışmazlığından əziyyət çəkən pasiyentlərdə, fol turşusu çatışmazlığı qeyd olunan pasiyentlərdə (məsələn, yaşlı insanlarda, alkoqol asılılığı qeyd olunan şəxslərdə, qıcolmaəleyhinə preparatların istifadəsi ilə müalicə qəbul edən, malabsorbsiyadan əziyyət çəkən və həddindən artıq zəifləmiş pasiyentlərdə), ağır allergik reaksiyaların simptomları qeyd olunan və ya bronxial astmadan əziyyət çəkən pasiyentlərdə ko-trimoksazolu ehtiyatla istifadə etmək lazımdır. Yuxarıda qeyd olunan vəziyyətlərin mövcudluğu barədə həkimi məlumatlandırmaq lazımdır. Ko-trimoksazolun istifadəsindən sonra, ağır arzuolunmayan effektlər (məsələn, böyrəklərin və ya qaraciyərin zədələnməsi, ağır dəri reaksiyaları, sümük iliyi funksiyalarının tormozlanması) yaşlı pasiyentlərdə daha tez-tez meydana çıxır. Ko-trimoksazol ilə müalicə olunan QİÇS-dən əziyyət çəkən pasiyentlərdə aşağıda göstərilən arzuolunmayan effektlər daha tez-tez müşahidə olunur: dəri üzərində səpgilər, bədən temperaturunun yüksəlməsi, leykopeniya (qanda leykositlərin miqdarının aşağı düşməsi), qan zərdabında qaraciyər fermentlərinin (aminotransferazaların) səviyyəsinin yüksəlməsi, hiperkaliemiya (qanda kaliumun səviyyəsinin yüksəlməsi) və hiponatriemiya (qanda natriumun səviyyəsinin aşağı düşməsi). Ko-trimoksazoldan istifadə müddətində (digər antibakterial preparatların istifadəsi zamanı olduğu kimi) psevdomembranoz kolit inkişaf edə bilər. Bu səbəbdən, preparatın istifadəsindən sonra ishal meydana çıxdığı halda, dərhal həkimə müraciət etmək lazımdır. Ehtimal ki, preparatın istifadəsinin dayandırılıması və müvafiq müalicənin (metronidazolun və ya vankomisinin daxilə istifadəsi) təyin olunması tələb oluna bilər. Diareyaəleyhinə preparatlardan istifadə etmək olmaz. Yuxarıda göstərilən xəbərdarlıqlar əvvəllər mövcud olan vəziyyətlərlə əlaqəli olduğu halda belə, həkimlə məsləhətləşmək lazımdır. Biseptol preparatının və kalium tərkibli digər preparatların və kalium tərkibli qidanın eyni zamanda istifadəsi, ağır hiperkaliemiyanın (qanda kalium səviyyəsinin yüksəlməsi) inkişaf etməsinə gətirib çıxara bilər. Ağır hiperkaliemiyanın simptomlarına aşağıda göstərilənlər aid ola bilər: əzələ qıcolmaları, ürək ritminin pozulması, diareya, ürəkbulanma, başgicəllənmə və ya baş ağrısı.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Hazırda və ya yaxınlarda istifadə olunan və ya istifadəsi planlaşdırılan istənilən dərman vasitəsi barədə həkimi və ya əczaçını məlumatlandırmaq lazımdır. Tiazid diuretikləri Yaşlı pasiyentlərdə ko-trimoksazolu bəzi diuretiklərlə, xüsusilə tiazidlərlə, eyni vaxtda istifadəsi zamanı hemorragik diatezlə trombositopeniyanın inkişafı riski yüksəlir. Antikoaqulyantlar Ko-trimoksazol antikoaqulyantların təsirini gücləndirə bilər, bu preparatların dozalanmasının modifikasiyası tələb olunur. Fenitoin Ko-trimoksazol fenitoinin metabolizmini zəiflədir; hər iki preparatdan istifdadə edən şəxslərdə fenitoinin yarımxaricolma dövrü artır. Metotreksat Ko-trimoksazol metotreksatın təsirini gücləndirə bilər. Sulfanilsidik cövhərinin törəmələri Eyni vaxtda qəbul edildikdə, ko-trimoksazol hipoqlikemik dərman vasitələrinin, sulfanilsidik cövhəri törəmələrinin, təsirini gücləndirə və beləliklə, qanda qlükozanın səviyyəsini əhəmiyyətli dərəcədə azaltmaq riskini artıra bilər. Diqoksin Ko-trimoksazol bəzi yaşlı pasiyentlərdə plazmada diqoksinin konsentrasiyasını artıra bilər. Trisiklik antidepressantlar Ko-trimoksazol trisiklik antidepressantların effektivliyini azalda bilər. Pirimetamin Ko-trimosazolun pirimetadinlə eyni vaxtda istifadəsi meqaloblast anemiyaya səbəb ola bilər. Siklosporin Ko-trimoksazolla və siklosporinlə müalicə alan pasiyentlərdə zərdabda kreatininin səviyyəsinin artması ilə təzahür olunan böyrəklərin transplantasiyasından sonra transplantasiya olunan böyrəklərin funksiyasında tranzitor pozuntular müşahidə edilir, bunun da, trimetoprimin təsirilə əlaqədar olduğu ehtimal edilir. Sulfonilamidlər oxşar kimyəvi quruluşla əlaqədar olaraq, antitireoid preparatlara, diuretiklərə (asetazolamid və tiazid) və peroralhipoqlikemik preparatlara qarşı yüksək reaksiyası olan şəxslərdə allergiyaya səbəb ola bilər. Laborator tədqiqatların nəticəsinə təsiri Trimetoprim zərdabda enzimatik üsulla metotreksatın konsentrasiyasının müəyyən edilən nəticəsini dəyişə bilər. Ko-trimoksazol Yaffe qələvi pikrinatın istifadəsilə kreatininin müəyyən edilən nəticəsini artıra bilər (təqribən 10%).

Hamiləlik və laktasiya dövründə istifadəsi

Pasiyent hamilə olduqda, körpəsini ana südü ilə qidalandırdıqda, hamilə olduğunu ehtimal etdikdə və ya hamilə olmasını planlaşdırdığı halda, preparatın qəbulundan əvvəl həkimə və ya əczaçıya müraciət etməlidir. Hamiləlik Hamiləlik dövründə dərman vasitəsini, yalnız o zaman istifadə etmək olar ki, ana üçün gözlənilən fayda dölə olan potensial riskdən üstün olsun. Laktasiya dövrü Trimetoprim kimi sulfametosazol da ana südü ilə xaric olur. Laktasiya dövründə ko-trimoksazolu istifadə etmək məsləhət görülmür. Biseptol dərman vasitəsinin uşaqlarda istifadəsi 6 yaşdan aşağı uşaqlar: tabletin tənəffüs yoluna mümkün düşməsilə əlaqədar olaraq preparatın istifadəsi məsləhəti görülmür; 6 yaşa qədər kiçik uşaqlarda preparatın suspenziya forması istifadə edilir. 2 aya qədər südəmər körpələrdə Biseptolun istifadəsi əks göstərişdir. Biseptol dərman vasitəsinin böyrək funksiyası pozulmuş pasiyentlərdə istifadəsi Böyrək funksiyası pozulmuş pasiyentlərdə preparatı ehtiyatla istifadə etmək lazımdır (“İstifadə qaydası və dozası” bölməsinə bax). Biseptol dərman vasitəsinin yaşlı pasiyentlərdə istifadəsi Ciddi əlavə təsirlərin inkişafının yüksək riskilə əlaqədar yaşlılarda ehtiyatla istifadə edilməlidir. Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri Adətən preparat psixoaktivliyə səbəb olmur və nəqliyyat idarə etmək və hərəkət edən mexanizmlərlə iş qabiliyyətinə təsir etmir. Lakin başağrı, qıcolma, əsəbilik, yorğunluq hissi kimi arzuolunmaz simptomlar yarandıqda, nəqliyyat idarə edərkən və mexanizmlərlə işləyərkən ehtiyatlı olmaq lazımdır.

İstifadə qaydası və dozası

Dərman preparatını hər zaman həkim tövsiyələrinə müvafiq istifadə etmək lazımdır. Preparatın istifadəsi ilə əlaqəli istənilən sual və şübhə meydana çıxdığı halda, həkimə müraciət etmək lazımdır. Böyüklərdə və yeniyetmələrdə (12 yaşdan yuxarı) sidik-ifrazat yollarının infeksiyaları, mədə- bağırsaq traktının Shigella mikroorqanizmlərinin çubuqları ilə infeksiyalaşması və xroniki bronxitin kəskinləşməsi Adətən, ko-trimoksazol sutkada 2 dəfə 960 mq dozada (120 mq dozada 8 tablet Biseptol və ya 480 mq dozada 2 tablet Biseptol preparatı) daxilə qəbul edilir. Sidik-ifrazat yolları infeksiyalarında dərman preparatını adətən, 10-14 gün müddətində, xroniki bronxit kəskinləşdiyi halda – 14 gün müddətində, mədə-bağırsaq traktı Shigella mikroorqanizmlərinin çubuqları ilə infeksiyalaşdığı halda – 5 gün müddətində təyin etmək lazımdır. Uşaqlarda sidik-ifrazat yollarının infeksiyaları, mədə-bağırsaq traktının Shigella mikroorqanizmlərinin çubuqları ilə infeksiyalaşması və kəskin orta otit Adətən, sutkada/bədən kütləsinin hər kq-na 6 mq trimetoprim və 30 mq sulfametoksazol təyin edilir – bu dozanı 2 dəfəyə bölünmüş bərabər miqdarda hər 12 saatdan bir qəbul etmək lazımdır. 6-12 yaşlı uşaqlar üçün ko-trimoksazolun orta dozası – hər 12 saatdan bir 480 mq təşkil edir. Preparatı böyüklər üçün təyin olunan dozadan artıq istifadə etmək olmaz. Sidik-ifrazat yollarının infeksiyaları və kəskin orta otit zamanı preparatı, bir qayda olaraq – 10 gün, mədə-bağırsaq traktı Shigella mikroorqanizmlərinin çubuqları ilə infeksiyalaşdığı halda – 5 gün müddətində təyin etmək lazımdır. Böyüklərdə və uşaqlarda Pneumocystis jirovecii mikroorqanizmlərinin törətdikləri pnevmoniya Diaqnozu təsdiq olunmuş infeksiya qeyd olunan pasiyentlər üçün ko-trimoksazolun tövsiyə olunan dozası, 21 gün müddətində sutkada 90-120 mq/kq bədən kütləsinə təşkil edir – bu dozanı, bərabər miqdarda hər 6 saatdan bir qəbul etmək lazımdır. Cədvəl 1. Pneumocystis jirovecii mikroorqanizmlərinin törətdikləri pnevmoniyadan əziyyət çəkən pasiyentlər üçün, Biseptol preparatının bədən kütləsindən asılı olan maksimal dozaları: Bədən kütləsi (kq) Hər 6 saatdan bir istifadə edilən doza (mq, ko-trimoksazol) 16 480 24 720 32 960 40 1200 48 1440 64 1920 80 2400 Pneumocystis jirovecii infeksiyasının profilaktikası Böyüklər və yeniyetmələr: ko-trimoksazol sutkada 1 dəfə 960 mq dozada (120 mq dozada 8 tablet Biseptol və ya 480 mq dozada 2 tablet Biseptol preparatı) 7 gün müddətində təyin edilir. Dərman preparatı pasiyentlər tərəfindən yaxşı keçirilmədiyi halda, sutkalıq dozanın 480 mq-a qədər aşağı salınmasının mümkünlüyünü nəzərdən keçirmək lazımdır. Uşaqlar: sutkada 900 mq ko-trimoksazol/m bədən səthinə (b.s.) – bu dozanı 2 dəfəyə bölünmüş bərabər miqdarda hər 12 saatdan bir, həftənin 3 günü müddətində ardıcıl qəbul etmək lazımdır. Cədvəl 2. Pneumocystis jirovecii mikroorqanizmlərinin törətdikləri pnevmoniyanın profilaktikası zamanı Biseptol preparatının uşaqlar üçün tövsiyə olunan dozaları Bədən səthi (m ) Hər 12 saatdan bir istifadə edilən doza (mq, ko-trimoksazol) 0,53 240 1,06 480 Maksimal sutkalıq doza 1920 mq (480 mq dozada 4 tablet Biseptol preparatı) təşkil edir. Böyüklərdə E. Coli mikroorqanizmlərinin enteropatogen ştammlarının törətdikləri səyahətçilər diareyası Tövsiyə olunan doza – hər 12 saatdan bir 960 mq (120 mq dozada 8 tablet Biseptol və ya 480 mq dozada 2 tablet Biseptol preparatı) təşkil edir. Böyrək çatışmazlığından əziyyət çəkən pasiyentlərdə preparatın dozalanması Kreatinin klirensi 15-30 ml/dəqiqədə olan pasiyentlərdə preparatın dozasını yarısına qədər aşağı salmaq lazımdır; kreatinin klirensi 15 ml/dəqiqədən aşağı olduğu halda, ko-trimoksazolun istifadəsi tövsiyə olunmur (bölmə 2-yə bax). Uşaqlarda istifadəsi 6 yaşdan aşağı uşaqlar: tabletlərin tənəffüs yollarına düşməsi ehtimalını nəzərə alaraq, preparatın istifadəsi tövsiyə olunmur; 6 yaşa qədər kiçik yaşlı uşaqlar üçün preparatı suspenziya şəklində istifadə etmək lazımdır. Tabletləri bölmək olmaz. Biseptol dərman preparatının istifadəsinin ötürülməsi Preparatın ötürülən dozasını dərhal qəbul etmək lazımdır. Ötürülən dozanı bərpa etmək məqsədi ilə, preparatın ikiqat dozasını qəbul etmək olmaz. Gələcəkdə, dərman preparatının istifadəsi ilə əlaqəli hər hansı şübhə meydana çıxdığı halda, həkimə müraciət etmək lazımdır. Biseptol dərman vasitəsinin qida və içkilərlə istifadəsi Dərman vasitəsi yemək vaxtı və ya yeməkdən dərhal sonra daxilə qəbul edilir. Preparatın istifadəsi zamanı kifayət qədər maye qəbul edilməlidir.

Əlavə təsirləri

Bütün dərman vasitələri kimi, Biseptol da arzuolunmayan halların yaranmasına səbəb ola bilər, lakin bu hallar hamıda müşahidə olunmur. Məsləhət görülən dozalarda Biseptol pasiyent tərəfindən adətən yaxşı qəbul edilir. Allergik reaksiyalar baş verdikdə, Biseptol preparatının istifadəsini dərhal dayandırmaq və tibbi yardım üçün müraciət etmək lazımdır. Allergik reaksiyaların yaranma riski çox nadir hallarda baş verir (10 pasiyentdən 1-də az). Allergik reaksiyaların simptomlarına aşağıdakılar aid ola bilər: – tənəffüs zamanı çətinlik; – üzün ödemi; – dodaqların, dilin və ya udlağın ödemi; – döş qəfəsində ağrı; – dəridə qırmızı ləkələr. Tez-tez (10 pasiyentdən 1-də az, lakin 100 pasiyentdən 1-də çox) yaranan əlavə təsirlərə dəridəki dəyişikliklər (səpgi, övrə) və mədə-bağırsaq sistemində baş verən simptomlar (ürəkbulanma, ishal, qusma) aiddir. Nadir (10 pasiyentdən 1-də az, lakin 10 000 pasiyentdən 1-də çox) hallarda müşahidə edilən əlavə təsirlərə aşağıdakılar aiddir: – qan və limfatik sistemdə baş verən pozuntular: leykositlərin miqdarının azalması (leykopeniya), trombositlərin sayının azalması (trombositopeniya); – immun sistemdə baş verən pozğunluqlar: düyünlü periarterit; – mədə-bağırsaq sistemində baş verən pozğunluqlar: qarın nahiyəsində ağrı, qlossit, stomatit, diareya; – böyrəklərdə və sidikçıxarıcı yollarda baş verən pozğunluqlar: sidikburaxmanın artması; – metabolizmin və alimentasiyanın pozulması: zərdabda qlükozanın səviyyəsinin azalması (hipoqlikemiya). Çox nadir (10 000 pasiyentdən 1-də az): – qan və limfatik sistemdə baş verən pozğunluqlar: leykositlərin miqdarının əhəmiyyətli dərəcədə azalması və ya onların olmaması (aqranulositoz), aplastik, hemolitik və ya meqaloblast anemiya, hemoqlobinin quruluşunun pozulması (methemoqlobinemiya), hipoprotrombinemiya, eozinofiliya, neytropeniya; – immun sistemdə baş verən pozğunluqlar: zərdab xəstəliyinin simptomları (dəri reaksiyaları, oynaqlarda və əzələlərdə ağrı, qızdırma), anafilaktik reaksiyalar (o cümlədən, ağır, həyat üçün təhlükəli), allergik miokardit, angionevrotik ödem (üzü və udlağı bürüyən ödem, bəzən həyat üçün təhlükəli olan təngnəfəslik), medikamentoz qızdırma, Şenleyn-Genox purpurası (kiçik kalibrli damarların sistem iltihabı), qurdeşənəyi sindromu, titrətmə, tənəffüs sistemində baş verən yüksək həssaslıq simptomları, konyunktivanın hiperemiyası və gözlərin sklerasi; – metabolizmin və alimentasiyanın pozulması: zərdabda kaliumun konsentrasiyasının artması (hiperkaliemiya), hiponatriemiya, iştahanın itməsi; – psixi pozuntular: depressiya, halüsinasiya; – sinir sistemində baş verən pozğunluqlar: başağrı, başgicəllənmə, aseptik meningit, periferik nevrit, hərəkət koordinasiyasının pozulması (ataksiya), qulaqlarda küy, apatiya, əsəbilik; – tənəffüs sistemində, döş qəfəsində və divararalığında baş verən pozğunluqlar: təngnəfəslik, öskürək, ağciyərlərdə infiltrat; – mədə-bağırsaq sistemində baş verən pozğunluqlar: psevdomembranoz kolit, pankreatit; – qaraciyərdə və ödçıxarıcı yollarda baş verən pozğunluqlar: aminotransferazanın səviyyəsinin artması, bəzən xolestatik sarılıqla və ya qaraciyər nekrozu ilə hepatit; – dəridə və dərialtı toxumada baş verən pozğunluqlar: Stivens-Conson sindromunun (SIS) və toksik epidermal nekrolizin (TEN) inkişafı halları barədə məlumat verilmişdir; – dayaq-hərəkət aparatında və birləşdirici toxumada baş verən pozğunluqlar: oynaqlarda ağrı, əzələ ağrısı; – böyrəklərdə və sidikçıxarıcı yollarda baş verən pozğunluqlar: kristalluriya, böyrək çatışmazlığı, interstisial nefrit, oliquriya və ya anuriya ilə nefrotoksik sindrom, qeyri- zülal azotun və kreatininin zərdabda səviyyəsinin artması. Digər Zəiflik, yorğunluq hissi, yuxusuzluq. Bəzi şəxslərdə Biseptol preparatının istifadəsi zamanı digər arzuolunmaz təsirlər baş verə bilər. Əlavə təsirlər barədə məlumatın verilməsi Hər hansı əlavə təsirin dərinləşdiyi və ya içlik vərəqədə qeyd edilməyən arzuolunmaz təsirin yarandığı zaman həkimə və ya əczaçıya müraciət etmək vacibdir. Əlavə təsirlərin yaranması barədə birbaşa dərman vasitələrinin əlavə təsirlərinin monitorinqi departamentinə məlumat verilməlidir. Şübhəli əlavə təsirlər barədə qeydiyyat vəsiqəsinin sahibinə məlumat vermək olar. Belə məlumatların hesabına preparatın istifadəsinin təhlükəsizliyi barədə geniş məlumat toplamaq olar.

Doza həddinin aşılması

Biseptol dərman preparatını tövsiyə olunan dozadan daha yüksək dozada istifadə etdikdə, dərhal həkimə və ya əczaçıya müraciət etmək lazımdır. Ko-trimoksazolun həyat üçün təhlükəli ola bilən dozası məlum deyil. Doza həddinin aşılmasının ehtimal edilən simptomlarına aşağıda göstərilənlər aiddir: iştahanın olmaması, bağırsaq sancıları, ürəkbulanma, qusma, başgicəllənmə və baş ağrıları, bədən temperaturunun yüksəlməsi, yuxuya meyillilik, şüurun itməsi, şüurun dumanlanması, sidikdə qanın və ya kristalların aşkar olunması. Daha sonra, sümük iliyi funksiyalarının tormozlanması və sarılıq meydana çıxa bilər. Doza həddinin aşılması qeyd olunduqdan sonra mədənin yuyulması, qusmanın törədilməsi, böyrək funksiyalarının saxlanılması ilə sidik ifrazı aşağı düşdüyü halda çox miqdar mayenin qəbul edilməsi göstəriş ola bilər. Sidiyin turşuluğunun yüksəlməsinə səbəb olan preparatlar təyin etməklə, trimetoprimin xaricolmasını sürətləndirmək mümkündür. Sidiyi alkallaşdıran maddələrin yeridilməsi və onun xaricolmasının artırılması, sulfametoksazolun eliminasiyasına səbəb olur. Orqanizmin həyat üçün vacib funksiyalarının dəstəklənməsi üzrə tədbirlərin aparılması, çox miqdar mayenin yeridilməsi və qanın mənzərəsinə və elektrolit tərkibinə nəzarətin aparılması tövsiyə edilir.

Buraxılış forması

Biseptol 120 mq 20 tablet, polivinilxlorid örtüklü və alüminium folqalı (PVC/Al) blisterdə. 1 blister, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır. Biseptol 480 mq 20 tablet, polivinilxlorid örtüklü və alüminium folqalı (PVC/Al) blisterdə. 1 blister, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır. 14 tablet, polivinilxlorid örtüklü və alüminium folqalı (PVC/Al) blisterdə. 2 blister, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

Saxlanma şəraiti

25ºС-dən yüksək olmayan temperaturda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır. Dərman vasitələrini çirkab sularına və ya tullantılar üçün ev konteynerlərinə atmaq olmaz. Preparatın istifadə edilməyən qalığının utilizasiya qaydası üçün əczaçıya müraciət etmək lazımdır. Bu tədbirlər ətraf mühitin qorunmasına kömək edə bilər.

Yararlılıq müddəti

5 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti

Resept əsasında buraxılır.

İstehsalçı

“Adamed Farma” SC. Marşal Yuzef Pilsudskiy k. 5, 95-200 Pabyanise, Polşa.

Qeydiyyat vəsiqəsinin sahibi

“Adamed Farma” SC. Penkuv, Mariana Adamkeviça k. 6A, 05-152 Çosnuv, Polşa.

Müştəri rəyləri

Bu məhsul üçün rəy yoxdur.

“Biseptol 120 mq N20 tablet” üçün ilk rəyi siz yazın.

Oxşar məhsullar