Bepanten Plus 30 q krem

Təsiredici maddə: DEXPANTHENOL + CHLORHEXIDINE
Təsiredici maddəDEXPANTHENOL + CHLORHEXIDINE
Dərman formasıKrem
Farmakoloji təsirAntiseptik və dezinfeksiyaedici vasitələr
İstehsal ölkəsiAlmaniya

Onlayn sifariş zamanı 5% endirim.

 Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin

Endirim_5

11,46 ₼

Stokda var

Stokda var

  • Filialdan götürmək

Bu gün götürmək

Ödənişsiz

  • Kuryerlə çatdırılma

Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.

Ödənişli

  • Ekspress çatdırılma

Sürətli çatdırılma

Ödənişli

Ödəniş üsulları:

Məhsulun təsviri

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

Tərkibi

Təsiredici maddələr: 1 q kremin tərkibində 50 mq dekspantenol, 5 mq xlorheksidin dihidroxlorid vardır. Köməkçi maddələr: DL-pantolakton, setil spirti, stearil spirti, ağ yumşaq parafin, duru parafin, lanolin (E913), makroqol stearat, distillə suyu.

Təsviri

Homogen, qeyri-şəffaf agımtıl, zəif qoxuya malik kremdir.

Farmakoterapevtik qrupu

Antiseptik və dezinfeksiyaedici vasitələr. ATC kodu: D08AC52.

Farmakoloji xüsusiyyətləri

Farmakodinamikası Dekspantenol – Bepanten Plyus preparatının aktiv komponentidir, dəri toxumalarında tez bir zamanda pantoten turşusuna çevrilir və vitamin kimi təsir göstərir. Yerli istifadə zamanı Dekspantenol pantoten turşusuna nisbətən daha tez absorbsiya olunur. Pantoten turşusu həyat üçün vacib olan A koenzimin komponentidir, A asetilkoenzim qismində hər bir hüceyrənin metabolizmində mərkəzi rol oynayır. Pantoten turşusu epitelinin əmələ gəlməsi və zədələnmiş dərinin, habelə selikli qişaların sağalması üçün çox vacibdir. Xlorheksidin dihidroxlorid – antiseptikdir, qrammüsbət bakteriyalara, xüsüsən infeksion dəri xəstəliklərinin ən geniş yayılmış törədicisi olan Staphylococcus aureus ştammlarına qarşı bakterisid təsirə malikdir. Xlorheksidin dihidroxlorid qrammənfi patogen mikroorqanizmlərə qarşı daha az dərəcədə aktivdir. Pseudomonas və Proteus-un bəzi növləri xlorheksidinə dözümlüdür. O, göbələk əleyhinə zəif təsir göstərir, virus əleyhinə isə təsir göstərmir. Farmakokinetikası Sorulması Dekspantenol zədələnmiş dəri səthindən tezliklə absorbsiya olunur. Dəri toxumalarında dekspantenol tezliklə pantoten turşusuna çevrilir və endogen pantoten turşusu ehtiyatını doldurur. Böyüklərdə zədələnməmiş dəridən xlorheksidinin absorbsiyası haqqında sübut yoxdur. 4 % xlorheksidin qlükonat yuyucu vasitəsi körpələrin dərisinə düşdükdə onun qanda konsentrasiyası aşagı olmuşdur (1 mkq/ml). Paylanması Pantoten turşusu qan plazmasının zülalları ilə (β-qlobulinlə və albuminlə) birləşir. Böyüklərdə onun xalis qanda konsentrasiyası təxminən 500-1000 mkq/ml, qan zərdabında isə müvafiq olaraq təxminən 100 mkq/ml təşkil edir. Xlorheksidin yüngül dərəcədə dəridən sorulur deyə, onun orqanlarda və ya toxumalarda yayılması haqqında az məlumat var. Xlorheksidinin (300 mq) peroral qəbulu zamanı saglam böyük insanların qan zərdabında 30 dəqiqə sonra maksimal hədd 0,2 mkq/ml olur. Xaric olması Pantoten turşusu orqanizmdən dəyişməz halda xaric olur. Peroral qəbuldan sonra 60-70 %-i sidikilə, qalanı nəcislə xaric olur. Xlorheksidin dəridən praktiki olaraq sorulmur. Peroral qəbul zamanı xlorheksidin orqanizmdən tam olaraq nəcis vasitəsilə xaric olur.

İstifadəsinə göstərişlər

İnfeksiyalaşma ehtimalı olan dəri səthinin zədələnmələrinin müalicəsində: xırda yaralar, cızıqlar, kəsiklər, sıyrıntılar, yanıqlar, dişdəklər. Yüngül invaziv cərrahiyyədə yerli antiseptik vasitə kimi.

Əks göstərişlər

Dekspantenola və/və ya xlorheksidinə və yaxud preparatın istənilən komponentinə qarşı yüksək həssaslıq. Perforasiya olunmuş təbil pərdəsinə çəkmək olmaz.

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Preparatı dərinin böyük səthlərinə çəkmək olmaz, preparat dərinin xırda zədələnmələri üçün nəzərdə tutulmuşdur. Preparatın qulaq dəliyinə, gözlərə və selikli qişalara düşməsinin qarşısını almaq lazımdır. yanmada) istifadəsiməsləhət görülmür. Xlorheksidin tərkibli antiseptik preparatların istifadəsi ilə əlaqədar nadir, lakin ciddi allergik reaksiyalar, o cümlədən anafilaksiya qeydə alınmışdı. Ciddi bir allergik reaksiya əlamətləri görünsə (məsələn, xırıltılı və ya cətin nəfəs alma, üzün şişməsi, daha ciddi simptomlara doğru irələyən övrə, güclü səpki və ya şok), dərhal dərman istifadə etməyi dayandırın və həkimə müraciət edin. Tərkibinə daxil olan lanolin, setil və stearil spirti yerli dəri reaksiyalarına səbəb ola bilər (məsələn, kontakt dermatiti).

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Xlorheksidin səthi aktiv maddələrlə və digər anion birləşmələrlə uyuşmur. Bepanten Plyus preparatınn digər antiseptiklərlə birgə istifadə edilməsı tövsiyə olunmur, onlar bir-birinə təsir göstərə bilər (təsirin antaqonizmi və ya inaktivləşməsi).

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik və laktasiya dövründə kremin istifadəsinə məhdudiyyət qoyulması haqqında məlumat yoxdur.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Təsir etmir.

İstifadə qaydası və dozası

Kremi tələbatdan asılı olaraq, sutkada bir və ya bir neçə dəfə, təmizlənmiş yaranın səthinə və ya dərinin iltihablaşmış nahiyələrinə çəkirlər. Zərurət yaranarsa, sarğı da qoymaq olar.

Əlavə təsirləri

Sadalanan xoşagəlməz effektlər spontan məlumat əsasında müəyyən edilib və onların dəqiq baş vermə tezliyini müəyyən etmək mümkün deyil. İmmun sistem, dəri və dərialtı toxumada baş verən pozğunluqlar: – allergik reaksiyalar, o cümlədən dərinin allergik reaksiyaları: kontakt dermatit, – allergik dermatit, qaşınma, eritema, ekzema, səpgi, övrə, dərinin qıcıqlanması, qabarcıq səpgiləri; – hiperhəssaslıq, anafilaktik reaksiyalar, astma simptomları daxil olmaqla müvafiq laborator və klinik əlamətlərlə anafilaktik şok, dərinin, tənəffüs yolunun, mədə-bağırsaq yolunun, ürək-damar sisteminin yüngüldən tutmuş orta dərəcəyədək zədələnmələri, ürək və tənəffüs çatışmazlığı daxil olmaqla. Sadalanan əlavə təsirlərdən hər hansı biri və ya içlik vərəqədə göstərilməyən hər hansı digər əlavə təsir meydana çıxarsa, preparatın istifadəsini dayandırmaq və həkimlə məsləhətləşmək lazımdır. Əlavə təsirlər barədə məlumatın verilməsi Bu içlik vərəqədə qəyd edilməyənlər də daxil olmaqla, hər hansı əlavə təsir meydana çıxarsa, həkimimizə bu barədə məlumat verməlisiniz. Siz əlavə təsirlər barədə məlumatları milli məlumat bazasına da bildirə bilərsiniz, www.rceth.by saytında dərmanların səmərəsizliyi barədə məlumatlar da daxil olmaqla. Əlavə təsirlər haqqında məlumat verməklə, siz preparatın təhlükəsizliyi haqqında daha ətraflı məlumatın toplanmasına kömək etmiş olursunuz.

Doza həddinin aşılması

yoxdur. Təsadufən agız boşluguna düşməsi, xüsusi tədbirlər tələb etmir. Gözə təsadüfi düşməsi cüzi qıcıqlammaya səbəb ola bilər, su və ya fizioloji məhlulla yuyulmadan aradan götürülür. Bir zədələnmiş yerə tez-tez və çox çəkilməsi dərinin qıcıqlanmasına gətirib çıxara bilər.

Buraxılış forması

30 q krem, tublarda. 1 tub, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

Saxlanma şəraiti

25 ºC-dən yüksək olmayan temperaturda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

Yararlılıq müddəti

3 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti

Reseptsiz buraxılır.

İstehsalçı

GP Grenzach Produktions GmbH, Emil-Barell-Strasse 7, D-79639 Grenzach-Wyhlen, Almaniya.

Qeydiyyat vəsiqəsinin sahibi

Bayer Сonsumer Care AG, Peter Merian-Strasse 84, 4052 Bazel, İsvecrə.

Müştəri rəyləri

Bu məhsul üçün rəy yoxdur.

“Bepanten Plus 30 q krem” üçün ilk rəyi siz yazın.

Oxşar məhsullar