Bazosid 1,5 q flakon
| Təsiredici maddə | AMPICILLIN + SULBACTAM |
|---|---|
| Dərman forması | İnyeksiya məhlulu üçün toz |
| Farmakoloji təsir | Sistem istifadə üçün antibakterial preparat |
| İstehsal ölkəsi | Türkiyə |
Onlayn sifariş zamanı 5% endirim.
Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin
Endirim_5
5,10 ₼
Stokda var
Stokda var
-
Filialdan götürmək
Bu gün götürmək
Ödənişsiz
-
Kuryerlə çatdırılma
Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.
Ödənişli
-
Ekspress çatdırılma
Sürətli çatdırılma
Ödənişli
Ödəniş üsulları:
Məhsulun təsviri
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
BAZOSİD 1,5 q əzələdaxili inyeksiya məhlulu hazırlamaq üçün toz (steril – apirogen)
Tərkibi
Təsiredici maddə: 1 flakonda 500 mq sulbaktama ekvivalent miqdarda sulbaktam natrium və 1000 mq ampisillinə ekvivalent miqdarda ampisillin natrium vardır. Həlledici: 0, 5%-li lidokain hidroxlorid.
Təsviri
Ağ və ya ağımtıl rəngli axıcı tozdur. İçərisində inyeksiya məhlulu hazırlamaq üçün toz olan flakon və içərisində həlledici məhlul olan ampul.
Farmakoterapevtik qrupu
Sistem istifadə üçün antibakterial preparat. ATC kodu: J01CR04.
Farmakoloji xüsusiyyətləri
Farmakodinamikası Hüceyrəsiz bakterial sistemlərlə aparılan biokimyəvi tədqiqatlarda sulbaktamın penisillinə rezistent (davamlı) mikroorqanizmlər tərəfindən hasil edilən müxtəlif əhəmiyyətli beta-laktamazaların dönməz inhibitoru olduğu müəyyən edilmişdir. Sulbaktam yalnız Neisseriaceae-yə qarşı antibakterial aktivliyə malikdir. Sulbaktam natriumun penisillinlərin və sefalospo-rinlərin parçalanmasının qarşısını alma potensialı rezistent ştammlardan istifadə edilərək aparılan tədqiqatlarda təsdiq edilmişdir. Bu tədqiqatlarda sulbaktam natrium penisillinlərlə və sefalosporinlərlə birlikdə istifadə zamanı onlarla sinergetik təsir göstərmişdir. Sulbaktam eyni zamanda penisillinbirləşdirici zülallarla birləşdiyindən bəzi həssas ştammlar təkcə beta-laktam antibiotikə nisbətən sulbaktam-penisillin kombinasiyasına qarşı daha həssas olmuşdur. Bu kombinasiyada bakterisid maddə ampisillindir və o, benzilpenisillin kimi, mikroorqanizm-lərin hüceyrə divarının biosintezini inhibə edərək aktiv çoxalma dövründə olan həssas mikroorqanizmlərə qarşı təsirli olur. BAZOSİD aşağıdakılar da daxil olmaqla geniş bir spektrdə qrammüsbət və qrammənfi bakteri-yalara təsir göstərir: Staphylococcus aureus və epidermidis (penisillinə rezistent və bəzi metisillinə rezistent ştammlar daxil olmaqla); Streptococcus pneumoniae; Streptococcus faecalis və digər streptokokk növləri; Haemophüus influenzae və parainfluenzae (həm beta-laktamaza hasil edən, həm də hasil etməyən ştammlar); Branhamellacatarrhalis; Bacteroides fragilis və bununla bağlı növlər daxil olmaqla anaeroblar; Escherichia morganii; Citobacter növləri; Enterobacter növləri; Neisseria meningitidis və Neisseria gonorrhoeae. Ampisillinə rezistent olduğu məlum olan Pseudomonas, Citrobacter və Enterobacter növlərinin sulbaktam/ampisillin-ə həssas olmadığı nəzərə alınmalıdır. Farmakokinetikası Sulbaktam natrium əsas penisillin nüvəsinin törəməsidir. Kimyəvi cəhətdən natrium penisillinat sulfondur. Suda çox yaxşı həll olan ağımtıl Kristal tozdur. Molekul kütləsi 255,22 Daltondur. Ampisillin natrium penisillin nüvəsi olan 6-aminopenisillan turşusunun törəməsidir. Kimyəvi cəhətdən D(-)-α- aminobenzil natrium duzudur və molekul kütləsi 371,39 Daltondir. Paylanması Sulbaktam/ampisillin insanlarda orqanizmin bütün maye və toxumalarına sürətlə nüfuz edir. Beyin qişasında iltihab (meningit) olmadığı hallarda beyinə və onurğa beyni mayesinə nüfuz etməsi aşağı dərəcədədir. Venadaxili və əzələdaxili istifadədən sonra qanda sulbaktamın və ampisillinin yüksək konsentrasiyaları yaranır və hər iki maddənin yarımparçalanma dövrü təqribən bir saatdır. Xaricolması Sulbaktam/ampisillin-in böyük bir hissəsi orqanizmdən dəyişilməmiş şəkildə sidiklə xaric olur. Klinikayaqədərki təhlükəsizlik məlumatları LD (daxilə istifadə zamanı) həm erkək, həm də dişi siçanlarda 8 q/kq-dan və siçovullarda50 4 mq/kq-dan yüksəkdir. Siçovullar və itlər üzərində aparılan uzunmüddətli tədqiqatlarda oral BAZOSİD əsas orqanlar və sistemlərlə bağlı əhəmiyyətli histopatoloji zədələnmələrə səbəb olmamışdır. Eynilə BAZOSİD-in dölə toksik təsirini, teratogenliyi və fertilliyə inhibəedici təsirini qiymətləndirmək üçün aparılan testlər zamanı bu təsirlər aşkar edilməmişdir. Sulbaktam/ampisillin kombinasiyasının mutagen təsiri aşkar edilməmişdir.
İstifadəsinə göstərişlər
BAZOSİD həssas mikroorqanizmlərin səbəb olduğu infeksiyalarda istifadə olunur. Adətən, istifadəsinə göstərişlər olan infeksiyalara sinusit, orta otit, epiqlotit, bakterial pnevmoniyalar daxil olmaqla yuxarı və aşağı tənəffüs yollarının infeksiyaları; sidik yollarının infeksiyaları və pielonefrit; peritonit, xolesistit, endometrit və çanağın sellüliti daxil olmaqla intraabdominal infeksiyalar; bakterial septisemiya; dərinin, yumşaq toxumaların və sümük və oynaq infeksiyaları və qonokokk infeksiyaları aiddir. BAZOSİD abdominal və ya çanaq orqanları üzərində aparılan cərrahi müdaxilə zamanı və peritonun mikrob çirklənməsi ehtimalı olan xəstələrdə əməliyyat sonrası yara infeksiyası hallarının azaldılması üçün əməliyyatdan əvvəl də istifadə edilə bilər. BAZOSİD əməliyyat son-rası sepsisin yaranması hallarını azaltmaq məqsədi ilə, hamiləliyin dayandırılması zamanı və ya keysəriyyə əməliyyatı sonrası profilaktika üçün istifadə edilə bilər.
Əks göstərişlər
Anamnezində hər hansı penisillin preparatına qarşı allergik reaksiya olan insanlarda BAZOSİD-in istifadəsi əks göstərişdir. Həlledici kimi istifadə olunan lidokain hidroxlorid amid tipli yerli anestetiklərə qarşı yüksək həssaslığı olan insanlarda və ya ürək blokadası olan insanlarda istifadə edilməməlidir.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Sulbaktam natrium/ampisillin natrium daxil olmaqla, penisillin müalicəsi aparılan xəstələrdə ciddi, hətta bəzən ölümlə nəticələnən yüksək həssaslıq (anafilaktik) reaksiyaları barədə məlumat verilmişdir. Bu reaksiyalar ən çox keçmişdə penisillinə və/və ya bir çox allergenə qarşı yüksək həssaslığ olmuş insanlarda baş verə bilər. Anamnezində penisillinə qarşı yüksək həssaslıq olan insanlarda sefalosporinlərlə müalicə zamanı ağır reaksiyaların meydana çıxması barədə məlumat verilmişdir. Penisillin müalicəsindən əvvəl xəstədən diqqətlə keçmişdə penisillinə, sefalosporinlərə və digər allergenlərə qarşı yüksək həssaslıq reaksiya-larının olub-olmaması barədə soruşmaq lazımdır. Əgər allergik reaksiya baş verərsə, dərman preparatının istifadəsi dayandırılmalı və müvafiq müalicə başlanmalıdır. Ağır anafilaktik reaksiyalar adrenalin (epinefrin) ilə dərhal təcili müalicə tələb edir. Oksigen, venadaxili steroidlər və intubasiya daxil olmaqla tənəffüs yollarının açıq olması üçün lazımi tədbirlər görülməlidir. Hər bir antibiotik preparatında olduğu kimi, göbələklər daxil olmaqla qeyri-həssas mikroorqanizmlərin inkişaf edərək artması əlamətlərini vaxtında aşkar etmək üçün daimi müşahidə aparmaq lazımdır. Superinfeksiya baş verərsə, dərman preparatının istifadəsi dayandırılmalı və/və ya müvafiq müalicə aparılmalıdır. Sulbaktam natrium/ampisillin natrium daxil olmaqla, demək olar ki, bütün antibiotiklərdən istifadə zamanı Clostridium difficule ilə bağlı diareya (CDAD) barədə məlumat verilmişdir. Bu vəziyyət yüngül dərəcəli diareyadan ölümcül kolitə qədər dəyişə bilər. Antibakterial dərman preparatları ilə müalicə yoğun bağırsağın normal florasını dəyişdirərək Clostridium difficule-nin həddindən artıq artıb çoxalmasına səbəb olur. Clostridium difficule CDAD-a səbəb olan A və B toksinləri ifraz edir. Bu infeksiyalar antimikrob müalicəyə davamlı ola biləcəyindən və kolektomiya lazım ola biləcəyindən Clostridium difficule-nin hipertoksin ifraz edən növləri xəstəlik və ölüm hallarının artmasına səbəb olur. Antibiotiklə müalicədən sonra diareya meydana çıxan bütün xəstələrdə CDAD-ın ola biləcəyi nəzərə alınmalıdır. CDAD-ın antibakterial dərman preparatları ilə müalicəsindən 2 ay sonra meydana çıxması barədə məlumat verildiyi üçün xəstəlik tarixinə diqqət edilməlidir. CDAD-a şübhə olarsa və ya o, təsdiq edilərsə, Clostridium difficule-yəyönəlik olmayan antibiotikin istifadəsi dayandırılmalıdır. Müvafiq maye və elektrolitin miqdarının tənzimlənməsi, zülaləvəzedicillər, Clostridium difficule-yə yönəlik antibiotik müalicəsi və cərrahi qiymətləndirmə həyata keçirilməlidir. Digər güclü sistem dərman preparatlarında olduğu kimi, uzun müddət davam edən müalicələrdə böyrək, qaraciyər və hematopoetik sistemlər daxil olmaqla, vaxtaşırı olaraq orqanlar sisteminin funksiyalarına nəzarət etmək tövsiyə olunur. Bu, yenidoğulmuşlarda, xüsusilə vaxtındanəvvəl doğulmuşlarda və digər körpələrdə çox vacibdir. İnfeksion mononukleoz virus mənşəli olub, müalicəsində sulbaktam/ampisillin istifadə edilməməlidir. Mononukleozlu xəstələrdən ampisillin alanların böyük bir faizində dəri səpgisi meydana çıxır. Hər 1,5 q BAZOSİD-in tərkibində (1000 mq ampisillin + 500 mq sulbaktam) 115 mq-a (5 mmol) natrium vardır. Bu, nəzarət olunan natrium pəhrizi saxlayan xəstələrdə nəzərə alınmalıdır.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Allopurinol: ampisillin və allopurinolun birlikdə istifadəsi zamanı meydana çıxan dəri səpgisi halları yalnız ampisillindən istifadə zamanı meydana çıxan dəri səpgisi hallarına nis-bətən əhəmiyyətli dərəcədə artıq olur. Aminoqlikozidlər: ampisillin və aminoqlikozidlərin in vitro qarışdırılması hər iki birləşmənin aydın inaktivləşməsi ilə nəticələnmişdir, əgər bu qrup antibacterial preparatların birlikdə istifadəsi lazım gələrsə, onları ən azı bir saatlıq intervalla və fərqli nahiyələrə yeritmək lazımdır (bax bölmə “Uyuşmazlıqları”). Antikoaqulyantlar: parenteral penisillinlər laxtalanma testlərinin nəticələrinə və trombositlərin aqreqasiyasına təsir göstərə bilər. Bu təsirlər antikoaqulyantlarla birlikdə istifadə zamanı arta bilər. Bakteriostatik dərman vasitələri (xloramfenikol, eritromisin, sulfanilamidlər, tetrasiklinlər): bakteriostatik dərman vasitələri penisillinlərin bakterisid təsiri ilə qarşılıqlı təsirdə ola bilərlər; bu dərman preparatlarının birlikdə istifadə edilməsindən qaçmaq tövsiyə edilir. Metotreksat: penisillinlərlə birlikdə istifadə metotreksatın klirensinin azalması və metotreksatın toksik təsirinin güclənməsi ilə nəticələnmişdir. Bu preparatların birlikdə istifadəsi zamanı xəstələr ciddi müşahidə olunmalıdırlar. Kalsium folinatın dozasının artırılması və ya daha uzun müddət istifadə edilməsi lazım gələ bilər. Estrogen tərkibli oral kontraseptivlər: ampisillin istifadə edən qadınlarda oral kontraseptivlərin effektivliyinin azalması barədə məlumatlar olmuşdur ki, bunlar da gözlənilməz hamiləliklə nəticələnmişdir. Ona görə də ampisillindən istifadə zamanı xəstələrə alternativ və ya əlavə kontraseptiv vasitə seçmək lazımdır. Probenesid: birlikdə istifadə zamanı probenesid ampisillinin və sulbaktamın böyrək yumaqcıq filtrasiyasını azaldır ki, bu da zərdab konsentrasiyasının artmasına və konsentrasiyanın saxlanma müddətinin uzanmasına, yarımxaricolma dövrünün uzanmasına və toksik təsir riskinin artmasına səbəb olur. Laborator analizlərin nəticələrinə təsiri: Benedikt, Fehlinq reaktivləri və Klinitest TM-dən istifadə edilərək aparılan analizlərdə yanlış müsbət qlükozuriya müşahidə edilə bilər. Ampisillinin hamilə qadınlarda istifadəsindən sonra ümumi konyuqəolunmuş estriolun, estriol- qlükuronidin, konyuqəolunmuş estronun və estradiolun plazma konsentrasiyalarında keçici azalma qeyd edilmişdir. Bu təsir eyni zamanda sulbaktam natrium/ampisillin natrium-un ƏD/VD istifadəsindən sonra da meydana çıxa bilər. Uyuşmazlığı Aminoqlikozidlərin, aminopenisillinlərin hər hansı birinin mövcudluğu zamanı in vitro inaktivləşmə baş verdiyindən, sulbaktam natrium/ampisillin natrium və aminoqlikozidlər ayrılıqda həll edilərək ayrı-ayrı istifadə edilməlidirlər.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Hamiləlik kateqoriyası – B. Doğuş potensialı olan qadınlar/doğuşa nəzarət (kontrasepsiya) Ampisillin daxilə istifadə olunan doğuşa nəzarət dərmanları ilə qarşılıqlı təsirdə olur. Bu səbəbdən müalicə dövründə doğuşa alternativ, daha effektiv və etibarlı nəzarət metodlarından istifadə edilməlidir (bax: “Digər dərman vasitələri ilə qarşılıqlı təsiri”). Hamiləlik dövrü BAZOSİD-in hamiləliyə təsirinə dair klinik təcrübə yoxdur. Heyvanlar üzərində aparılan tədqiqatlarda BAZOSİD-in hamiləliyə/embriona/dölün inkişa-fına/doğuşa və doğuşdan sonrakı inkişafa birbaşa və ya dolayı mənfi təsiri aşkar edilmə-mişdir. Hamilə qadınlarda kəskin ehtiyac olduğu zaman istifadə edilə bilər. Laktasiya dövrü Sulbaktam və ampisillinin laktasiya dövründə təhlükəsiz istifadə edilə biləcəyi təsdiq edilməmişdir. Sulbaktam və ampisillin az miqdarda ana südünə nüfuz etdiyi üçün laktasiya dövründə ehtiyatla istifadə edilməlidir. Reproduktiv qabiliyyət/fertillik Heyvanlar üzərində aparılan tədqiqatlarda reproduktivliyə və ya dölə hər hansı zədələyici təsir meydana çıxmamışdır. Xüsusi əhali qrupları ilə bağlı məlumatlar Mövcud deyil. Uşaqlar Mövcud deyil.
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
Məlum deyildir.
İstifadə qaydası və dozası
BAZOSİD + lidokain hidroxlorid məhlulu əzələdaxili dərinə yeridilir. Lidokain məhlulu qətiyyən venadaxili yeridilməməlidir. BAZOSİD əzələdaxili yeridilmə üçün aşağıdakı miqdarda lidokain hidroxlorid məhlulunda həll edilə bilər. Ampisillin+ Sulbaktam Ümumi Qablaşdırma Lidokainin Son maksimal konsen- Ekvivalent dozalar (mq) doza (mq) (flakon) Miqdarı (ml) trasiya (mq/ml) 250 + 125 375 10 ml 0,8 250 + 125 500 + 250 750 10 ml 1,6 250 + 125 1000 + 500 1500 20 ml 3,2 250 + 125 2000 + 1000 3000 20 ml 6,4 150 + 125 Həkim tərəfindən başqa cür tövsiyə edilməzsə preparat aşağdakı dozalarda istifadə edilir: • Böyrək funksiyası normal olan böyüklərdə BAZOSİD-in adi gündəlik doza diapazonu 1,5 q (1000 mq ampisillin + 500 mq sulbaktama müvafiq gələn 1 q-lıq 1 flakon BAZOSİD) ilə 12 q-dır (8000 mq ampisillin + 4000 mq sulbaktama müvafiq olan 1 q-lıq 8 flakon BAZOSİD). Sulbaktamın maksimal gündəlik dozası 4 q-dır. BAZOSİD-in gündəlik dozaları adətən 6-8 saatlıq intervallara bölünərək istifadə edilir. Ağır olmayan infeksiyalarda pre-parat 12 saatdan bir istifadə edilə bilər. İnfeksiyanın ağırlığı BAZOSİD-in gündəlik dozası (q) Yüngül 1,5-3 q (1-2 q ampisillin + 0,5-1 q sulbaktam) Orta 6 q-a qədər (4 q ampisillin + 2 q sulbaktam) Ağır 12 q-a qədər (8 q ampisillin + 4 q sulbaktam) • Dozaların istifadə tezliyi xəstəliyin ağırlıq dərəcəsinə və xəstənin böyrək funksiyalarına görə təyin edilə bilər. Müalicə adətən qızdırma düşdükdən sonra 48 saat müddətində və ya qeyri-normal simptomlar aradan qalxana qədər davam etdirilir. Müalicə adətən 5-10 gün ərzində aparılır. Xəstəliyin ağır olduğu hallarda müalicə müddəti artırıla və ya əlavə olaraq ampisillin istifadə edilə bilər. Cərrahi əməliyyat infeksiyalarının profilaktikasında, əməliyyat müddətində qan zərdabında və toxumalarda effektiv konsentrasiyanın saxlanmasına kifayət qədər vaxt qalması üçün anesteziyanın başlanğıcında 1,5-3 q BAZOSİD (1 q-lıq 1-2 flakon BAZOSİD) istifadə edilir. Doza 6-8 saat intervalla təkrarlana bilər. Əgər BAZOSİD ilə müalicəvi prosedura ehtiyac olmazsa, əməliyyatların əksəriyyətində profilaktik istifadə 24 saatdan sonra dayandırılır. Fəsadlaşmamış süzənəyin müalicəsində 1,5 mq birdəfəlik dozada BAZOSİD (1 q-lıq 1 flakon BAZOSİD) istifadə oluna bilər. Sulbaktam və ampisillinin plazma konsentrasiya-larının saxlanma müddətini uzatmaq üçün eyni zamanda daxilə 1 q probenesid qəbul edilməlidir. Xüsusi xəstə qrupları ilə bağlı məlumatlar Böyrək/qaraciyər çatışmazlığı Böyrəklərin ağır funksional pozğunluğu olan xəstələrdə (kreatinin klirensi < 30 ml/dəq) ampisillin və sulbaktam orqanizmdən xaricolma kinetikası oxşardır və biri o birinin plazmada yerləşməsinə təsir göstərmir. • Böyrəklərin funksional pozğunluğu olan xəstələrdə BAZOSİD-in dozasının seçilməsi Kratonin klirensi Ampisillin/sulbaktam BAZOSİD-in tövsiyə edilən (ml/dəq. 1,73 m ) Yarımparçalanma dövrü (saat) dozası < 30 1 6-8 saatdan bir 1,5-3 q 15-29 5 12 saatdan bir 1,5-3 q 5-14 9 24 saatdan bir 1,5-3 q Uşaqlarda istifadəsi Uşaqlarda, körpələrdə və yenidoğulmuşlarda infeksiyaların əksəriyyəti üçün doza 150 mq/kq/gün təşkil edir (100 mq/kq ampisillinə və 50 mq/kq sulbaktama uyğundur). Ampisillinin adi dozalarına uyğun olaraq uşaqlarda, körpələrdə və yenidoğulmuşlarda dozalar adətən 6- 8 saatdan bir istifadə edilir. Yenidoğulmuşlarda (xüsusilə vaxtındanəvvəl doğulmuşlarda) həyatın ilk həftəsində tövsiyə olunan doza 12 saatdan bir bölünmüş dozalar şəklində 75 mq/kq/gün-dür (25 mq/kq/gün sulbaktama və 50 mq/kq/gün ampisillinə uyğun-dur).
Əlavə təsirləri
Digər parenteral antibiotiklərdə olduğu kimi gözlənilən əsas əlavə təsir, xüsusilə əzələdaxili yeridilmə ilə bağlı olan inyeksiya yerində ağrıdır (16%). Lidokainin istifadəsi ilə bu əlavə təsirin qarşısı alınmışdır. Qan və limfa sistemində baş verən pozğunluqlar Sulbaktam natrium/ampisillin natrium-la müalicə zamanı anemiya, hemolitik anemiya, trombositopeniya, eozinofiliya və leykopeniya barədə məlumat verilmişdir. Bu reaksiyalar dönər olur və dərman preparatının istifadəsi dayandırıldıqdan sonra aradan qalxır və yüksək həssaslıq reaksiyaları hesab edilirlər. İmmun sistemdə baş verən pozğunluqlar Anafilaktoid reaksiya və anafilaktik şok baş verə bilər. Sinir sistemində baş verən pozğunluqlar Nadir hallarda qıcolma, başgicəllənmə və başağrısı meydana çıxa bilər. Mədə-bağırsaq traktında baş verən pozğunluqlar Ürəkbulanma, qusma və diareya ən tez-tez baş verən əlavə təsirlərdir. Enterokolit və psevdomembranoz kolit də meydana çıxa bilər. Hepatobiliar sistemdə baş verən pozğunluqlar Bilirubinemiya, qaraciyərin disfunksiyası və sarılıq müşahidə edilə bilər. Dəridə və dərialtı toxumada baş verən pozğunluqlar Dəri səpgisi, qaşınma və digər dəri reaksiyaları ən çox qeyd edilən əlavə təsirlərdir. Nadir hallarda Stivens-Conson sindromu, epidermal nekroliz və multiformalı eritema baş verə bilər. Böyrəklərdə və sidik yollarında baş verən pozğunluqlar Nadir hallarda – interstisial nefrit. Müayinələr ALT (SGPT) və AST-nin (SGOT) keçici yüksəlməsi. Ampisillinin təklikdə istifadəsi zamanı meydana çıxan əlavə təsirlər sulbaktam natrium/ampisillin natrium-un əzələdaxili istifadəsi zamanı da meydana çıxa bilər.
Doza həddinin aşılması
Sulbaktam natrium və ampisillin natriumun insanlarda kəskin toksikliyinə dair məlumatlar məhduddur. Dərman vasitəsinin doza həddinin aşılması zamanı əsasən dərman vasitəsi ilə bağlı əlavə təsirlərin meydana çıxacağını gözləmək olar. Beta-laktam antibiotiklərin BOS-da yüksək konsentrasiyasının yaranması nəticəsində qıcolma daxil olmaqla, nevroloji təsirlərin meydana çıxa bilməsi nəzərə alınmalıdır. Sulbaktam və ampisillinin hər ikisi qan dövranından hemodializ vasitəsilə orqanizmdən xaric edildiyindən, doza həddinin aşılması böyrəklərin funksional pozğunluğu olan xəstələrdə baş verərsə, bu prosedur dərman vasitəsinin orqanizmdən xaric edilməsini asanlaşdıra bilər.
Buraxılış forması
1,5 q toz, alüminium qoruyucu qapaq və rezin tıxacla bağlanmış rəngsiz şüşə flakonlarda. 3,5 ml 0,5%-li lidokain hidroxlorid məhlulu, 4 ml-lik ampulda. 1 flakon və 1 ampul həlledici şəffaf PVX separatorda içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
25°C-dən aşağı otaq temperaturunda, uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır. Əzələdaxili istifadə üçün məhlul hazırlandıqdan sonra 1 saat müddətində istifadə edilməlidir. Artıq qalmış dərman vasitələrinin və tullantıların atılması zamanı ehtiyat tədbirləri İstifadə olunmuş dərman preparatlarının qalıqları və ya tullantı materialları (Tibbi tullantıların atılmasına nəzarət” və “Qablaşdırmaların və qablaşdırma tullantılarının atılmasına nəzarət” qaydalarına uyğun olaraq atılmalıdır.
Yararlılıq müddəti
3 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Resept əsasında buraxılır.
İstehsalçı
Deva Holding A.Ş.,Türkiyə / Deva Holding A.Ş.,Turkey. Toz Çerkezköy Organize Sanayi Bölgesi, Atatürk Cad., No:32, Karaağaç Mah.,Kapaklı-Tekirdağ, Türkiyə. Həlledici Dumlupınar Mah., Ankara Cad.No:2, Kartepe-Kocaeli, Türkiyə.
Qeydiyyat vəsiqəsinin sahibi
Deva Holding A.Ş. Halkalı Merkez Mah. Basın Ekspres Cad. No:1. 34303 Küçükçekmece/İSTANBUL. Tel.: 0212 692 92 92. Faks: 0212 697 00 24.
Ən Son Məqalələr
Reseptlə satılır
Müştəri rəyləri
Rəy yazmaq üçün hesabınıza daxil olun.

Rəylər
Clear filtersBu məhsul üçün rəy yoxdur.