Azitromisin 250 mq N6 kapsul Borisov
| Təsiredici maddə | AZITHROMYCIN |
|---|---|
| Dərman forması | Kapsul |
| Farmakoloji təsir | Makrolid qrupu antibiotiki (azalid) |
| İstehsal ölkəsi | Belarusiya |
Onlayn sifariş zamanı 5% endirim.
Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin
Endirim_5
2,74 ₼
Stokda var
Stokda var
-
Filialdan götürmək
Bu gün götürmək
Ödənişsiz
-
Kuryerlə çatdırılma
Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.
Ödənişli
-
Ekspress çatdırılma
Sürətli çatdırılma
Ödənişli
Ödəniş üsulları:
Məhsulun təsviri
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
AZİTROMİSİN 250 mq bərk jelatın kapsullar AZITHROMYCIN Beynəlxalq patentləşdirilməmiş adı: Azithromycin
Tərkibi
Təsiredici maddə: 1 kapsulda 250 mq azitromisin vardır. Köməkçi maddələr: mikrokristallik sellüloza, kartof nişastası, kalsium stearat, natrium laurilsulfat, laktoza monohidrat. Örtük: jelatin, titan dioksid (E171), metilparahidroksibenzoat (E218), propilparahidroksibenzoat E216.
Təsviri
Silindrik formalı, hər iki ucu yarımsferik, ağ rəngli bərk jelatın kapsullardır.
Farmakoterapevtik qrupu
Makrolid qrupu antibiotiki (azalid). ATC kodu: J01FA10.
İstifadəsinə göstərişlər
Tənəffüs yollarının yuxarı şöbələrinin infeksiyaları (kəskin və xroniki tonzillofaringit, kəskin və xroniki residivləşən sinusit, kəskin orta otit). Tənəffüs yollarının aşağı şöbələrinin infeksiyaları (kəskin bakterial bronxit, xroniki bronxitin kəskinləşməsi, xəstəxanadan kənar bakterial pnevmoniya). Dərinin və yumşaq toxumaların infeksiyaları: acne vulgaris xəstəliyinin ağırlaşmış formaları, miqrasiya edən xroniki eritema (Laym xəstəliyinin başlanğıc mərhələsi), qızıl yel mənşəli iltihab, impetiqo, piodermiya. Cinsi yolla yoluxdurulan xəstəliklər (uretrit, servisit). Helicobacter pylori infeksiyası ilə assosiasiya olunan mədə və onikibarmaq bağırsaq xəstəlikləri.
Əks göstərişlər
– hiperhəssaslıq (o cümlədən, makrolidlərə qarşı); – ağır dərəcəli qaraciyər və/və ya böyrək çatışmazlığı; – hamiləlik və laktasiya dövrü; – 12 yaşa qədər uşaqlar; – 16 yaşa qədər uşaqlara ehtiyatla və göstərişlərə əsasən təyin olunur.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Allergik reaksiyalar Nadir hallarda ağır dərəcəli allergik reaksiyalar, anafilaktik ödem və anafilaksiya qeydə alınmışdır. Bu reaksiyalardan bəziləri residivləşən simptomlarla müşayiət olunur və daha uzun müddətli müçahidə və müalicə tələb edir. Hiperhəssaslıq Eritromisindən və digər makrolidlərdən istifadə etdikdə olduğu kimi, angionevrotik ödem və anafilaksiya (nadir hallarda ölümlə nəticələnən) daxil olmaqla, ciddi allergik reaksiyaların; kəskin generalizə olunmuş ekzanematoz pustullyoz (KGEP), Stivens-Conson sindromu, toksik epidermal nekroliz daxil olmaqla, dəri reaksiyalarının; səpgilər, eozinofiliya və sistem simptomlarla (DRESS- sindrom) müşayiət olunan dərman maddəsinin istifadəsinə qarşı reaksiyaların inkişaf etməsi barədə məlumatlar alınmışdır. Azitromisinin istifadəsi yuxarıda göstərilən reaksiyaların simptomlarının residivləşməsinə gətirib çıxara bilər ki, bu da daha uzun müddət ərzində müşahidə və müalicə tələb edir. Allergik reaksiya inkişaf etdikdə, azitromisin qəbulunu dərhal dayandırmaq və müvafiq müalicəyə başlamaq lazımdır. Bu zaman həkim bilməlidir ki, simptomatik müalicə dayandırıldıqdan sonra, allergik reaksiyaların simptomlarının yenidən inkişaf etməsi mümkündür. Qaraciyər funksiyalarının pozulması Ağır dərəcəli qaraciyər xəstəliklərindən əziyyət çəkən pasiyentlərdə azitromisini ehtiyatla istifadə etmək lazımdır. Sarılıqla əlaqəli asteniyanın sürətlə inkişaf etməsi, sidiyin tünd rəngə boyanması, qanaxmalara və ya qaraciyər ensefalopatiyasına meyllilik kimi simptomlar meydana çıxdıqda, qaraciyər funksiyalarını yoxlamaq lazımdır. Erqotamin Erqotamin törəmələri ilə eyni zamanda bəzi makrolid-antibiotiklərdən istifadə edən pasiyentlərdə erqotizm sürətlənmişdir. Çovdar mahmızı preparatları və azitromisin arasında qarşılıqlı təsirin mümkünlüyü barədə heç bir məlumat yoxdur. Lakin, erqotizmin nəzəri ehtimalı olduğu üçün, azitromisini və erqotamin törəmələrini eyni zamanda istifadə etmək olmaz. İkincili infeksiya Digər antibiotiklərlə olduğu kimi, göbələk infeksiyaları daxil olmaqla, qeyri-həssas orqanizmlərin ikincili infeksiya əlamətlərinin monitorinqi tövsiyə edilir. Clostridium Difficile infeksiyası ilə assosiasiya olunmuş diareya Azitromisin daxil olmaqla, demək olar ki, bütün antibakterial preparatların istifadəsi zamanı Clostridium Difficile orqanizmləri ilə əlaqəli diareya qeyd olunmuşdur. Xəstəliyin ağırlıq dərəcəsi yüngül diareyadan kəskin kolitə qədər dəyişə bilər. Antibakterial müalicə bağırsağın normal mikroflorasını dəyişir və C. Difficile infeksiyasının həddindən artıq çoxalmasına gətirib çıxarır. Böyrək funksiyalarının pozulması Ağır dərəcəli böyrək çatışmazlığından (YFS < 10 ml/dəq) əziyyət çəkən pasiyentlərdə azitromisinin sistem təsiri 33 % artır. Ürəyin repolyarizasiyasının və QT-intervalının uzanması Digər makrolidlərlə müalicə zamanı, ürək aritmiyasının və piruet taxikardiyasının inkişaf etmə riskini özündə daşıyan, ürək repolyarizasiyasının və QT-intervalının uzanması qeyd olunmuşdur. Miokardın uzadılmış repolyarizasiya riski yüksək olan azitromisin qəbul edən pasiyentlərdə, bənzər effekti tamamilə istisna etmək olmaz; bu səbəbdən aşağıda göstərilən pasiyentlərin müalicəsi zamanı ehtiyatlı olmaq lazımdır: – QT intervalının irsi və ya sənədlə təsdiqlənmiş uzanması olduqda; – QT intervalının uzanmasına səbəb olması məlum olan digər dərman preparatları ilə eyni zamanda istifadə olunduqda, məsələn, IA və III sinif antiaritmik preparatlar, sizaprid və terfenadin; – elektrolit balans pozulduqda, xüsusilə hipokaliemiya və hipomaqneziemiya inkişaf etdiyi halda; – klinik əhəmiyyət kəsb edən bradikardiya, ürək aritmiyası və ya ağır dərəcəli ürək çatışmazlığı olduqda; Miasteniya qravis Azitromisin ilə müalicə qəbul edən pasiyentlərdə miasteniya simptomlarının kəskinləşməsi və ya yeni miastenik sindromun meydana çıxması barədə məlumatlar var. Streptokokk infeksiyaları Penisillin, bir qayda olaraq, Streptococcus pyogenes mikroorqanizmlərinin törətdikləri faringit/tonzillitin müalicəsi zamanı və kəskin revmatik qızdırmanın profilkatikası üçün seçim preparatı hesab edilir. Azitromisin, bir qayda olaraq, kəskin faringitin müalicəsində effektivdir, lakin, kəskin revmatik qızdırmanın profilkatikasında onun effektivliyi barədə heç bir məlumat yoxdur. Digər Uşaqlarda Micobacterium Avium Complex infeksiyasının profilaktika və müalicəsində preparatın təhlükəsizliyi və effektivliyi müəyyən edilməmişdir. Köməkçi maddələr Dərman preparatının tərkibində laktoza var. Bu səbəbdən, qalaktozaya qarşı dözümsüzlük, Lapp laktaza çatışmazlığı və ya qlükoza-qalaktoza malabsorbsiyası kimi nadir irsi xəstəlikləri olan pasiyentlərdə preparatı istifadə etmək tövsiyə olunmur. Preparatın qəbulu ötürüldükdə, ötürülən dozanı mümkün qədər tez istifadə etmək lazımdır, sonrakı dozaları isə 24 saatlıq intervalla qəbul etmək lazımdır. Antasidlər ilə eyni zamanda qəbul edildikdə, 2 saatglıq fasiləni gözləmək lazımdır. Müalicə dayandırıldıqdan sonra belə, bəzi pasiyentlərdə hiperhəssaslıq reaksiyaları saxlanıla bilər ki, bu zaman həkim nəzarəti altında spesifik müalicə tələb olunur. Laym xəstəliyinin birinci mərhələsinin müalicəsində azitromisin, digər makrolidlər kimi, penisillinlərdən, sefalosporinlərdən və tetrasiklinlərdən əhəmiyyətli dərəcədə geri qalır, bu səbəbdən, penisillinlər, sefalosporinlər və tetrasiklinlər qruplarından olan dərman preparatlarına əks göstərişlər olduqda, azitromisin təyin olunur. Digər dərman vasitələrilə qarşılıqlı təsiri Qida Qida qəbulu azitromisinin absorbsiyasını aşağı salır, bu səbəbdən, azitromisini yeməkdən 1 saat əvvəl və ya 2 saat sonra qəbul etmək lazımdır. Antasidlər Antasidlər azitromisinin absorbsiyasını aşağı salır. Dərman preparatının və antasidlərin istifadəsi arasında tövsiyə olunan vaxt intervalı ən azı iki saatdır. Setirizin Eyni zamanda 5 gün müddətində azitromisinin və setirizinin 20 mq dozada qəbul edilməsi, sağlam könüllülərdə farmakokinetikanın dəyişməsinə və ya QT intervalının əhəmiyyətli dərəcədə dəyişməsinə gətirib çıxarmamışdır. Didanozin Azitromisinin gündəlik 1200 mq dozada və didanozinin eyni zamanda istifadəsi, 6 nəfər sınanılanda, plasebo ilə müqayisədə didanozinin farmakokinetikasına təsir göstərməmişdir. Diqoksin Makrolid antibiotiklər qəbul edən xəstələrdə diqoksinin metabolizminin dəyişməsi barədə məlumatların olduğunu nəzərə alaraq, bu preparatları eyni zamanda ehtiyatla qəbul etmək lazımdır. Zidovudin Azitromisini birdəfəlik 1000 mq dozada və 1200 mq-dan başlayan çoxsaylı dozalarda qəbul etdikdə, preparat zidovudinin və onun metabolitlərinin farmakokinetikasına və xaricolmasına təsir göstərməmişdir. Erqotamin törəmələri Erqotizmin təzahürləri nəzəri ehtimal edildiyi üçün, azitromisini erqotamin törəmələri ilə eyni zamanda istifadə etmək olmaz. Atorvastatin Atorvastatini (sutkada 10 mq) və azitromisini (sutkada 500 mq) eyni zamanda istifadə etdikdə, azitromisin qan plazmasında atorvastatinin konsentrasiyasına təsir göstərməmişdir. Karbamazepin Sağlam könüllülərin iştirakı ilə aparılan farmakokinetik tədqiqatlarda, azitromisin qan plazmasında karbamazepinin və ya onun aktiv metabolitinin səviyyəsinə təsir göstərmir. Simetidin Azitromisin qəbulundan 2 saat əvvəl simetidin qəbul etdikdə, azitromisinin farmakokinetikasında heç bir dəyişiklik müşahidə edilməmişdir. Kumarinin peroral antikoaqulyantları Qarşılıqlı təsirin öyrənilməsi istiqamətində aparılan farmakokinetik tədqiqatda, azitromisin sağlam könüllülərdə 15 mq dozada qəbul edilən varfarin antikoaqulyantlarının effektini dəyişməmişdir. Azitromisini və kumarin antikoaqulyantlarını birlikdə qəbul etdikdən sonra, antikoaqulyant effekt güclənir. Səbəb-nəticə əlaqəsinin müəyyən edilməməsinə baxmayaraq, kumarin qrupu antikoaqulyantları istifadə edən pasiyentlər azitromisin qəbul etdiyi halda, protrombin müddətinin yoxlanılmasının tezliyini nəzərə almaq lazımdır. Siklosporin Bəzi makrolid-antibiotiklər siklosporinin metabolizminə təsir göstərirlər. Azitromisini və siklosporini eyni zamanda istifadə etdikdə, siklosporinin konsentrasiyasına nəzarət etmək lazımdır. Efavirens 7 gün müddətində sutkada bir doza 600 mq azitromisinin və 400 mq efavirensin birlikdə qəbul edilməsi, klinik cəhətdən əhəmiyyət kəsb edən farmakokinetik qarşılıqlı təsirə gətirib çıxarmamışdır. Flukonazol Eyni zamanda istifadə olunan, bir doza 1200 mq azitromisin qəbulu birdəfəlik 800 mq dozada flukonazolun farmakokinetikasını dəyişmir. Flukonazol ilə eyni zamanda istifadə edildikdə, azitromisinin ümumi konsentrasiyası və yarımxaricolma dövrü dəyişmir. Bununla belə, azitromisinin C göstəricisinin klinik əhəmiyyətli aşağı düşməsi (18 %) qeyd olunmuşdur.max İndinavir Eyni zamanda 5 gün müddətində bir doza 1200 mq azitromisinin istifadəsi sutkada üç dəfə 800 mq dozada istifadə edilən indinavirin farmakokinetikasına əhəmiyyətli dərəcədə təsir göstərmir. Metilprednizolon Sağlam könüllülərdə dərman preparatlarının qarşılıqlı təsirinin öyrənilməsi istiqamətində aparılan farmakokinetik tədqiqatlarda, azitromisinin metilprednizolonun farmakokinetikasına əhəmiyyətli dərəcədə təsiri olmamışdır. Midazolam Eyni zamanda, 3 sutka ərzində hər gün 500 mq dozada qəbul edilən azitromisin sağlam könüllülərdə bir dəfə 15 mq dozada istifadə edilən midazolamın farmakokinetikasında və farmakodinamikasında klinik əhəmiyyətli dəyişikliklər törətməmişdir. Nelfinavir Azitromisinin (1200 mq) və nelfinavirin (sutkada üç dəfə 750 mq) eyni zamanda istifadəsi azitromisinin konsentrasiyasının yüksəlməsinə gətirib çıxarır. Heç bir klinik əhəmiyyətli əlavə effekt aşkar edilməmişdir. Dozanın korreksiyası tələb olunmur. Rifabutin Azitromisinin və rifabutinin eyni zamanda istifadəsi qan zərdabında preparatlardan heç birinin konsentrasiyasına təsir göstərmir. Azitromisini və rifabutini eyni zamanda istifadə edən pasiyentlərdə neytropeniya müşahidə olunmuşdur. Neytropeniya rifabutinin istifadəsi ilə əlaqədardır, azitromisinlə birlikdə istifadə edildikdə səbəbi müəyyən edilməyib. Sildenafil Azitromisinin (3 gün müddətində hər gün 500 mq qəbul etdikdə) qanda sildenafilin AUC və Cmax göstəricilərinə və onun əsas metabolitlərinə təsirini təsdiq edən heç bir dəlil aşkar edilməyib. Terfenadin Terfenadinin və azitromisinin qarşılıqlı təsirləri aşkar edilməyib. Bəzi hallarda bu preparatların qarşılıqlı təsirini tamamilə istisna etmək olmaz. Lakin, bu reaksiyanı təsdiq edən heç bir dəlil yoxdur. Digər makrolidlərin istifadəsində olduğu kimi, azitromisini terfenadinlə eyni zamanda ehtiyatla istifadə etmək lazımdır. Teofillin Sağlam könüllülərdə azitromisin teofillinin farmakokinetikasına təsir göstərmir. Bəzən teofillinin və digər makrolid-antibiotiklərin eyni zamanda istifadəsi, qan zərdabında teofillinin konsentrasiyasının yüksəlməsinə gətirib çıxarır. Triazolam 14 nəfər sağlam könüllüdə, eyni zamanda triazolamın və plasebonun qəbulu ilə müqayisədə, 1-ci gün 500 mq və 2-ci gün 250 mq dozada azitromisinin və 2-ci gün 0,125 mq dozada triazolamın eyni zamanda istifadəsi, triazolamın farmakokinetik parametrlərinə əhəmiyyətli təsir göstərməmişdir. Trimetoprim/sulfametoksazol 7 gün müddətində trimetoprim/sulfametoksazol DS (160 mq/800 mq) və eyni zamanda 7-ci gün 1200 mq dozada azitromisin qəbulu, trimetoprinin və sulfametoksazolun zirvə konsentrasiyalarına, ümumi təsirlərinə və xaricolmasına əhəmiyytıi təsir göstərmir.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Hamiləlik dövründə azitromisin, yalnız preparatın ana üçün faydası döl üçün ehtimal edilən riskdən yüksək olduğu hallarda təyin edilə bilər. Laktasiya dövründə azitromisinin istifadəsini müvəqqəti dayandırmaq lazımdır.
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
Preparatın nəqliyyat vasitələrini və digər təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə mənfi təsiri barədə heç bir dəlil yoxdur, lakin, başgicəllənmə, yuxuya meyillilik və görmə qabiliyyətinin pozulması kimi, əlavə reaksiyaların baş vermə ehtimalını nəzərə almaq lazımdır.
İstifadə qaydası və dozası
Azitromisin kapsullarını sutkada bir dəfə, qida qəbulundan 1 saat əvvəl və ya 2 saat sonra, su ilə qəbul etmək lazımdır. Tənəffüs yollarının yuxarı və aşağı şöbələrinin, dəri və yumşaq toxumaların (xroniki miqrasiya edən eritema istisna olmaqla) infeksiyaları 3 gün müddətində sutkada bir dəfə 500 mq (2 kapsul). Xroniki miqrasiya edən eritema Birinci gün 1 q (4 kapsul eyni zamanda) və ikinci gündən beşinci günə qədər gündə 500 mq (2 kapsul). Cinsi yolla yoluxdurulan infeksiyalar Ağırlaşmamış uretrit/servisit – birdəfəyə 1 q (4 kapsul eyni zamanda). Chlamidia trachomatis mikroorqanizmlərinin törətdikləri ağırlaşmış, uzun müddət davam edən uretrit/servisit 3 dəfə 7 günlük intervalla (1-7-14) 1 q (4 kapsul). Kursluq doza 3 q-dır. Helicobacter pylori infeksiyası ilə assosiasiya olunan mədə və onikibarmaq bağırsaq xəstəlikləri Həkim göstərişlərinə əsasən, antisekretor preparatlar və digər dərman vasitələri ilə kombinasiyada, hər gün 1 q (4 kapsul).
Əlavə təsirləri
Klinik tədqiqatlar zamanı və dərman preparatı satışa buraxıldıqdan sonra qeydə alınmış əlavə təsirlər, xəstəliklərə və baş vermə tezliyinə müvafiq aşağıdakı cədvəldə göstərilir. Baş vermə tezliyindən asılı olaraq, əlavə təsirlər aşağıdakı kimi təsnif olunurlar: çox tez-tez (≥ 1/10), tez-tez (≥ 1/100-dən < 1/10-ə qədər), bəzən (≥ 1/1000-dən < 1/100-ə qədər), nadir hallarda (≥ 1/10000-dən < 1/1000-ə qədər), çox nadir hallarda (< 1/10000), məlum deyil (kifayət qədər məlumat olmadı-ğından, əlavə təsirlərin başvermə tezliyini müəyyən etmək mümkün deyil). Hər bir qrupda əlavə təsirlər baş vermə tezliyinin azalması istiqamətində göstərilir. Klinik tədqiqatlar zamanı və ya preparatın postmarketinq istifadə dövründə qeydiyyata alınmış, azitromisin istifadəsi ilə əlaqəsi mümkün olan və ya ehtimal edilən əlavə təsirlər aşağıdakı cədvəldə göstərilir. Pozğunluq və xəstəliklər Əlavə təsirləri Baş vermə tezliyi İnfeksion və parazitar xəstəliklər Kandidoz, oral kandidoz, Bəzən vaginal infeksiya Psevdomembranoz kolit Məlum deyil Qan və limfa sistemində baş verən Leykopeniya, neytropeniya Bəzən pozğunluqlar Trombositopeniya, hemolitik Məlum deyil anemiya İmmun sistemdə baş verən pozğunluqlar Kvinke ödemi, hiperhəssaslıq Bəzən Anafilaktik reaksiyalar Məlum deyil Psixikada baş verən pozğunluqlar Nevroz Bəzən Narahatlıq Nadir hallarda Aqressiya, həyəcanlılıq Məlum deyil Sinir sistemində baş verən pozğunluqlar Başgicəllənmə, baş ağrısı, Tez-tez paresteziya, disgevziya Hipesteziya, yuxuya meyllilik, Bəzən yuxusuzluq Sinkope, konvulsiyalar, Məlum deyil psixomotor hiperaktivlik, anosmiya, agevziya, parosomniya, miasteniya qravis Görmə orqanında baş verən pozğunluqlar Görmə qabiliyyətinin Tez-tez pozulması Eşitmə orqanında və labirintdə baş verən Karlıq Tez-tez pozğunluqlar Eşitmə qabiliyyətinin Bəzən pozulması, qulaqlarda küy Başgicəllənmə Nadir hallarda Ürəkdə baş verən pozğunluqlar Ürək çırpınması Bəzən Torsade de pointes (piruet Məlum deyil taxikardiyası), aritmiya, o cümlədən ventrikulyar taxikardiya Damarlarda baş verən pozğunluqlar Hipotenziya Məlum deyil Mədə-bağırsaq traktında baş verən Diareya, qarın nahiyəsində ağrı, Çox tez-tez pozğunluqlar ürəkbulanma, meteorizm Qusma, dispepsiya Tez-tez Qastrit, qəbizlik Bəzən Pankreatit, dilin rəngsizləşməsi Məlum deyil Qaraciyərdə və ödçıxarıcı yollarda baş Hepatit Bəzən verən pozğunluqlar Qaraciyər fəaliyyətinin Nadir hallarda pozulması Qaraciyər çatışmazlığı, hepatit, Məlum deyil qaraciyər nekrozu, xolestatik sarılıq Dəridə və dərialtı toxumalarda baş verən Səpgilər, qaşınma Tez-tez pozğunluqlar Stivens-Conson sindromu, Bəzən fotohəssaslıq, övrə Dərinin qızarmış nahiyələrinin Nadir hallarda üzərində sürətli başlanğıcla xarakterizə olunan xırda pustulalar (içi ağ/sarı maye ilə dolu kiçik qovucuqlar) şəklində səpgilərin əmələ gəlməsi Toksik epidermal nekroliz, Məlum deyil multiformalı eritema Skelet-əzələ sistemində və birləşdirici Artralgiya Tez-tez toxumada baş verən pozğunluqlar Böyrəklərdə və sidik-ifrazat yollarında baş Böyrəklərin kəskin iltihabı, Məlum deyil verən pozğunluqlar interstisial nefrit Ümumi dəyişikliklər və yeridilmə Yorğunluq Tez-tez nahiyəsində baş verən pozğunluqlar Sinə ağrısı, ödem, zəiflik, Bəzən asteniya Laborator və instrumental göstəricilər Qanda limfositlərin miqdarının Tez-tez azalması, eozinofillərin miqdarının çoxalması, qan zərdabında bikarbonatların miqdarının azalması Qan zərdabında Bəzən aspartataminotransferaza, alaninaminotransferaza fermentlərinin səviyyələrinin yüksəlməsi, bilirubin miqdarının azalması, qanda kreatinin və sidik cövhərinin səviyyələrinin artması, qan zərdabında kaliumun miqdarının dəyişməsi EKQ-da QT intervalının Məlum deyil uzanması
Doza həddinin aşılması
Azitromisinin klinik istifadə təcrübəsi onu göstərir ki, preparatı tövsiyə olunan dozalardan daha yüksək dozalarda qəbul etdikdə, inkişaf edən əlavə effektlər, adi terapevtik dozaların istifadəsində müşahidə olunan effektlərə bənzəyir; məsələn onlara diareya, ürəkbulanma, qusma, eşitmə qabiliyyətinin müvəqqəti itməsi aiddir. Doza həddi aşıldığı halda, tələb olunarsa, aktivləşdirilmiş kömürdən istifadə etmək və ümumi simptomatik və dəstəkləyici müalicə tədbirlərinin aparılması tövsiyə olunur.
Buraxılış forması
6 kapsul, konturlu yuvalı PVX və alüminium folqa qablaşdırmada. 1 konturlu-yuvalı qablaşdırma içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
25° С -dən aşağı temperaturda, qaranlıq, quru və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Yararlılıq müddəti
3 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Resept əsasında buraxılır.
İstehsalçı
“Borisov Dərman Preparatları Müəssisəsi” ASC, Belarus Respublikası, Minsk vilayəti, Borisov şəh., Çapayev küç., 64. Tel.: +375 (177) 735612, 731156.
Ən Son Məqalələr
Reseptlə satılır
Müştəri rəyləri
Rəy yazmaq üçün hesabınıza daxil olun.


Rəylər
Clear filtersBu məhsul üçün rəy yoxdur.