Augenstock Neopred 0,05 10 ml göz damcısı

Dərman formasıDamcı
Farmakoloji təsirYerli istifadə üçün kortikosteroid.
İstehsal ölkəsiKanada

Onlayn sifariş zamanı 5% endirim.

 Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin

Endirim_5

12,19 ₼

Stokda var

Stokda var

  • Filialdan götürmək

Bu gün götürmək

Ödənişsiz

  • Kuryerlə çatdırılma

Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.

Ödənişli

  • Ekspress çatdırılma

Sürətli çatdırılma

Ödənişli

Ödəniş üsulları:

Məhsulun təsviri

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

Bu dərman vasitəsinə xüsusi nəzarət olunmalıdır. Bu, yeni təhlükəsizlik məlumatlarını tez müəyyən etməyə imkan verəcəkdir. Tibb işçilərindən hər hansı şübhəli əlavə təsir barədə məlumat vermələri xahiş olunur. Dərman vasitəsinin əlavə təsirləri barədə məlumatların bildirilməsi hissəsinə baxın. AUGENŞTOK NEOPRED 0,5 mq/ml steril göz damcısı, emulsiya AUGENSTOCK NEOPRED Beynəlxalq patentləşdirilməmiş adı : Difluprednate

Tərkibi

Təsiredici maddə: 100 ml preparatın tərkibində 0,05 q difluprednat vardır. Köməkçi maddələr: qliserin, polioksil 35, gənəgərcək yağı, polisorbat 80 (tvin 80), povidon (K-17), aminokapron turşusu, mannitol, dinatrium hidrofosfat dihidrat, natrium hidroksid/xlorid turşusu, inyeksiya üçün su, sorbit turşusu 0,1%.

Təsviri

Steril, şəffaf, acıq sarımtıl rəngli emulsiyadır.

Farmakoterapevtik qrupu

Yerli istifadə üçün kortikosteroid. АТC kodu: D07AC19.

Farmakoloji xüsusiyyətləri

Farmakodinamikası Təsir mexanizmi Kortikosteroidlər müxtəlif agentlərə qarşı iltihabi cavabın qarşısını alır və sağalmanı gecikdirir və ya ləngidirlər. İltihabla bağlı övrə, fibrinin çökməsi, kapilyar dilatasiyası, leykosit miqrasiyası, kapilyar proliferasiyası, fibroblast proliferasiyası, kollagenin çökməsi və yara çapıqlarının yaranmasının qarşısını alırlar. Okulyar kortikosteroidlərin təsir mexanizminin ümumi qəbul edilmiş izahı yoxdur. Hesab olunur ki, kortikosteroidlər lipokortinlər adlanan fosfolipaza A2 inhibitor proteinlərini induksiya edməklə təsir edirlər. Bu zülallar prostaqlandinlər və leykotrienlər kimi iltihabın güclü mediatorlarının sələfi olan araxidon turşusunun sərbəst buraxılmasını inhibə edərək, onların biosintezini idarə edirlər. Araxidon turşusu fosfolipaz A2 vasitəsilə membran fosfolipidlərindən azad edilir. Difluprednat digər kortikosteroidlərə quruluşca oxşardır. Farmakokinetikası Difluprednat in vivo deasetilizasiyaya məruz qalır və difluprednatın aktiv metaboliti olan 6a,9- difluoroprednisolon 17-butirata (DFB) çevrilir. Difluprednatın klinik farmakokinetik tədqiqatları, 7 gün ərzində gündə iki dəfə 2 damcı difluprednat (0,01% və ya 0,05%) təkrarən gözə damcıladıqdan sonra, qandaki DFB səviyyəsi hər zaman bütün subyektlərdə miqdarı qiymətləndirmə həddindən (50 nq /ml) aşağı olduğunu göstərdi. Bu, AugenŞtok Neopredinin okulyar instilasiyasından sonra diflu- prednatın sistem absorbsiyasının məhdud olduğunu göstərir

İstifadəsinə göstərişlər

Göz əməliyyatları ilə əlaqəli ağrı və iltihabın müalicəsi. Endogen ön uveit.

Əks göstərişlər

Difluprednata və ya preparatın digər komponentlərindən istənilən birinə qarşı yüksək həssaslıq; buynuz qişasının və konyunktivanın virus mənşəli (məs., Herpes simplex və digər viruslarla) xəstəlikləri; gözlərin mikobakterial və göbələk infeksiyaları.

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Dərman preparatı yalnız yerli olaraq – konyunktival kisəciyə istifadə üçün nəzərdə tutulmuşdur. 10 gün və daha çox müddətində oftalmoloji kortikosteroidlərdən istifadə edən xəstələrdə gözdaxili təzyiq müntəzəm şəkildə və tez-tez yoxlanmalıdır.Yerli oftalmoloji kortikosteroidlərdən uzunmüddətli istifadə optik sinirin zədələnməsi, görmə itiliyinin zəifləməsi, görmə sahəsinin defektləri və ya arxa subkapsulyar kataraktanın yaranması ilə göz təzyiqinin artmasına və/və ya qlaukomanın yaranmasına səbəb ola bilər. Preparatın uzunmüddətli istifadəsi orqanizmin müqavimətini azaldaraq, ikincili infeksiyaların yaranma təhlükəsini artırır. Katarakta əməliyyatından sonra steroid istifadəsi sağalmanı ləngidə bilər. Preparatla müalicə zamanı xəstələrə linzadan istifadə etməmələrinə dair tövsiyə verilməlidir. Kəskin irinli vəziyyətdə steroidlər infeksiyanı gizlədə bilər və ya mövcud infeksiyanı kəskinləşdirə bilər.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri dair tədqiqat aparılmayıb.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamilə qadınlarda difluprednatın istifadəsinə dair kifayət qədər məlumat yoxdur. Potensial faydanın potensial riskdən üstün olduğu hallar istisna olmaqla, hamiləlik zamanı AugenŞtok Neopred göz damcısından istifadə etmək tövsiyə edilmir. Difluprednatın yerli istifadədən sonra ana südünə keçməsi məlum deyil. Bununla belə, AugenŞtok Neopred göz damcısı laktasiya dövründə ehiyatla istifadə edilməlidir.

İstifadə qaydası və dozası

Göz əməliyyatlarından sonra: Əməliyyatdan 24 saat sonra başlayaraq gözün konyunktival kisəciyinə gündə 4 dəfə 1 damcı təyin edilir və əməliyyatdan sonrakı ilk 2 həftə (14 gün) ərzində gündə 2 dəfə davam etdirilməlidir. Endogen ön uveitin müalicəsi Zədələnmiş gözün konyunktival kisəciyinə 14 gün ərzində gündə 4 dəfə, bir damcı təyin edilir. Pediatriyada istifadəsi Preparatın təhlükəsizliyi və effektivliyi bu qrup xəstələrdə müəyyən edilməmişdir. Yaşlı xəstələr Yaşlı və cavan xəstələrdə preparatın təhlükəsizliyi və effektivliyi arasında fərq müşahidə edilməmişdir. İstifadə qaydası Preparat yerli istifadə üçündür. Damcıtökənin və məhlulun çirklənməsinin qarşısını almaq üçün damcıtökənin ucluğunu göz qapaqlarına, ətraf nahiyələrə və ya digər səthlərə toxundurmaq olmaz. İsifadə edilmədiyi zaman, flakonun qapağı kip bağlanmalıdır.

Əlavə təsirləri

Gözdaxili təzyiqin artması, arxa subkapsulyar kataraktanın yaranması, ikincili ğöz infeksiyaları, göz almasının perforasiyası, kornial ödem, siliar və konyunktival hiperemiya, gözlərdə ağrı, fotofobiya, konyunktival ödem, blefarit, görmə itiliyinin azalması, nöqtəli keratit, göz iltihabı, irit, gözdə diskomfort, gözdə qıcıqlanma, buynuz qişanın piqmentasiyası, episklerit, gözlərdə qaşınma, göz qapaqlarının qıcıqlanması, gözlərdə yad cisim hissi, lakremasiyanın artması, skleranın hiperemiyası, uveit, başağrı, limbal hiperemiya, gözdə quruluq, iridosiklit. Əlavə təsirlər barədə məlumatın verilməsi Dərman vasitəsindən istifadə zamanı içlik vərəqində göstərilməyən əlavə təsirlər də daxil olmaqla hər hansı əlavə təsir yarandıqda həkiminizə bildirin. Dərman vasitələrinin istifadəsi zamanı yaranan əlavə təsirlər haqqında məlumatlar Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin Farmakonəzarət Şöbəsinə verilməlidir (Ünvan: AZ1065, Azərbaycan Respublikası; Bakı şəh., Cəfər Cabbarlı küç., 34.; Faks: (99412) 596-07-16; e-mail: [email protected]; Website: www.pharma.az Tel.: (99412)596-05-20. Əlavə təsirləri bildirməklə siz preparatın təhlükəsizliyi haqqında daha çox məlumat əldə etməyə kömək etmiş olursunuz.

Doza həddinin aşılması

Okulyar istifadə zamanı doza həddinin aşılmasında və ya preparatın təsadüfi olaraq daxilə udulması zamanı toksik təsirlərin baş verməsi ehtimal edilmir. Doza həddinin aşılması zamanı pasiyentin müvafiq monitorinqi və müalicəsi aparılmalıdır.

Buraxılış forması

Göz damcıları 0,5 mq/ml. 10 ml emulsiya, damızdırıcı tıxac və burulan qapağa malik polietilen flakonda. 1 flakon, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

Saxlanma şəraiti

25˚C-dən yüksək olmayan temperaturda, işıqdan qorunan və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

Yararlılıq müddəti

2 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz. İlk dəfə flakon açıldıqdan sonra preparat 30 gün ərzində istifadə edilməlidir.

Aptekdən buraxılma şərti

Resept əsasında buraxılır.

İstehsalçı

Aristopharma Ltd. Şampur – Kadamtali I / A, Dhaka – 1204 BD. Rəsmi nümayəndəsi Carrot Pharma Inc. 800 Southdown Road, Mississauga, Ontario, L5J 2Y4, Kanada.

Müştəri rəyləri

Bu məhsul üçün rəy yoxdur.

“Augenstock Neopred 0,05 10 ml göz damcısı” üçün ilk rəyi siz yazın.