Augenstock Lotopred plus 0.5 %/0.3 10 ml göz damcısı
| Dərman forması | Damcı |
|---|---|
| Farmakoloji təsir | İltihab və infeksiyaəleyhinə vasitələrin kombinasiyası; kortikosteroidlər və infeksiya əleyhinə vasitələrin kombinasiyası |
| İstehsal ölkəsi | Kanada |
Onlayn sifariş zamanı 5% endirim.
Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin
Endirim_5
13,62 ₼
Stokda var
Stokda var
-
Filialdan götürmək
Bu gün götürmək
Ödənişsiz
-
Kuryerlə çatdırılma
Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.
Ödənişli
-
Ekspress çatdırılma
Sürətli çatdırılma
Ödənişli
Ödəniş üsulları:
Məhsulun təsviri
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
LOTEPRED PLYUS steril oftalmoloji suspenziya, göz damcısı LOTEPRED PLUS Beynәlxalq patentlәşdirilmәmiş adı: Loteprednol + Tobramycin Tәrkibi Təsiredici maddələr:1 ml suspenziyanın tərkibində 5 mq loteprednol və 3 mq tobramisin vardır. Köməkçi maddələr: hidroksipropilmetilsellüloza, polivinil spirti, dinatrium hidrofosfat dihidrat, natrium dihidrofosfat dihidrat, polisorbat 80 (Tvin 80), sulfat turşusu, natrium hidroksid,benzalkonium xlorid,inyeksiya üçün su. Tәsviri Ağ rəngli suspenziyadır.
Farmakoterapevtik qrupu
İltihab və infeksiyaəleyhinə vasitələrin kombinasiyası; kortikosteroidlər və infeksiya əleyhinə vasitələrin kombinasiyası. ATC kodu: S01CA. Farmakoloji xüsusiyyәtlәri Loteprendol kortikosteroid olaraq lipokortinlər adlanan fosfolipaza A2 inhibitor zülallarını induksiya edməklə təsir edir. Bu zülallar prostaqandinlər və leykotrienlər kimi iltihabın güclü mediatorlarının sələfi olan araxidon turşusunun sərbəst buraxılmasını inhibə edərək, onların biosintezini idarə edirlər. Tobramisin aminoqlikozid qrupuna aid antibakterial dərman vasitəsidir. O, protein sintezini tormozlayaraq bakteriyanın böyüməsinin qarşısını alır. İstifadәsinә göstәrişlәr Lotepred Plyus oftalmoloji suspenziya səthi bakterial okulyar infeksiya riski və ya okulyar bakterial infeksiya olduğu zaman, kortikosteroidlər təyin edilən steroidə həssas iltihabi okulyar xəstəliklərdə təyin edilir. Lotepred Plyus oftalmoloji suspenziya iltihabın profilaktikası və müalicəsində effektivdir. Әks göstәrişlәr • Preparatın aktiv və ya köməkçi maddələrindən hər hansı birinə və diqər kortikosteridlərə qarşı hiperhəssaslıq. • Buynuz qişanın və konyunktivanın virus xəstəlikləri. Xüsusi göstәrişlәr vә ehtiyat tәdbirlәri Dərman preparatı yalnız yerli olaraq – konyunktival kisəciyə istifadə üçün nəzərdə tutulmuşdur. 10 gün və daha çox müddətində oftalmoloji kortikosteroidlərdən istifadə edən xəstələrdə gözdaxili təzyiq müntəzəm şəkildə və tez-tez yoxlanmalıdır. Preparatın uzunmüddətli istifadəsi orqanizmin müqavimətini azaldaraq, ikincili infeksiyaların yaranma təhlükəsini artırır. Digər aminoglikozid antibiotiklərinə qarşı çarpaz həssaslıq yarana bilər. Allerqiya və göz xəstəlikləri olan pasiyentlərdə ehtiyatla istifadə edilməlidir. Preparatla müalicə zamanı xəstələrə linzadan istifadə etməmələrinə dair tövsiyə verilməlidir. Digәr dәrman vasitәlәri ilә qarşılıqlı tәsiri Digər dərman vasitələri ilə qarşılıqlı təsiri dair tədqiqatlar aparılmayıb. Hamilәlik vә laktasiya dövründә istifadәsi Hamilə qadınlarda preparatın istifadəyə dair kifayət qədər məlumat yoxdur. Potensial faydanın potensial riskdən üstün olduğu hallar istisna olmaqla, hamiləlik zamanı Lotepred Plyus göz damcısından istifadə etmək tövsiyə edilmir. Lotepred Plyus göz damcısı laktasiya dövründə ehiyatla istifadə edilməlidir. İstifadә qaydası vә dozası Hər 4-6 saatdan bir konyunktival kisəciyə bir damcı damızdırılır. Uşaqlar Preparatın təhlükəsizliyi və effektivliyi uşaqlarda müəyyən edilməmişdir və buna dair mövcud məlumat yoxdur. Yaşlı xəstələr Yaşlı xəstələrdə istifadəsinə dair məlumat yoxdur. İstifadə qaydası Preparat yalnız yerli istifadə üçündür. Damcıtökənin və məhlulun çirklənməsinin qarşısını almaq üçün damcıtökənin ucluğunu göz qapaqlarına, ətraf nahiyələrə və ya digər səthlərə toxundurmaq olmaz. Әlavә tәsirlәri Gözdaxili təzyiqin artması, damcının yeridilməsinnən sonra yanma hissi, görmənin pozğunluqları, ifrazat, qaşınma, fotofobiya, başağrı. Doza hәddinin aşılması Dərman vasitəsinin xarakteristikasını nəzərə alaraq, preparatdan okulyar istifadədə doza həddinin aşılması zamanı toksik təsir gözlənilmir. Doza həddinin aşılması zamanı preparatın istifadəsi dayandırılmalı və gözlər ilıq su ilə yuyulmalıdır.
Buraxılış forması
10 ml suspenziya, damızdırıcı tıxac və burulan qapağa malik polietilen flakonda. 1 flakon, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır. Saxlanma şәraiti 30˚C-dən yüksək olmayan temperaturda, işıqdan qorunan və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır. Yararlılıq müddәti 2 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz. İlk dəfə flakon açıldıqdan sonra preparat 30 gün ərzində istifadə edilməlidir. Aptekdәn buraxılma şәraiti Resept əsasında buraxılır.
İstehsalçı
Aristopharma Ltd. Şampur – Kadamtali I / A, Dhaka – 1204 BD. Rәsmi nümayәndә Carrot Pharma Inc. 800 Southdown Road, Mississauga, Ontario, L5J 2Y4, Kanada.
Ən Son Məqalələr
Reseptlə satılır
Müştəri rəyləri
Rəy yazmaq üçün hesabınıza daxil olun.

Rəylər
Filtrləri təmizləBu məhsul üçün rəy yoxdur.