Artoksan 45 q gel
| Təsiredici maddə | TENOXICAM |
|---|---|
| Dərman forması | Gel |
| Farmakoloji təsir | Xaricə istifadə üçün qeyri -steroid iltihabəleyhinə vasitələr |
| İstehsal ölkəsi | Türkiyə |
Onlayn sifariş zamanı 5% endirim.
Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin
Endirim_5
6,14 ₼
Stokda yoxdur
Stokda yoxdur
-
Filialdan götürmək
Bu gün götürmək
Ödənişsiz
-
Kuryerlə çatdırılma
Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.
Ödənişli
-
Ekspress çatdırılma
Sürətli çatdırılma
Ödənişli
Ödəniş üsulları:
Məhsulun təsviri
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
ARTOKSAN 1% gel ARTOXAN Beynəlxalq patentləşdirilməmiş adı: Tenoxicam
Tərkibi
Təsiredici maddə: 1 q gelin tərkibində 10 mq tenoksikam vardır. Köməkçi maddələr: karbomer, etanol 96%, trietanolamin, təmizlənmiş su.
Təsviri
Şəffaf, azca sarımtıl rəngli, bircinsli, zəif spirt qoxulu geldir.
Farmakoterapevtik qrupu
Xaricə istifadə üçün qeyri -steroid iltihabəleyhinə vasitələr. ATC kodu: M01AC02.
Farmakoloji xüsusiyyətləri
Farmakodinamikası Artoksan, xaricə istifadə üçün qeyri-steroid iltihabəleyhinə preparatdır. İltihabəleyhinə və ağrıkəsici təsirlərə malikdir. Təsir mexanizmi SOQ-1 və SOQ-2-ni qeyri-selektiv inhibə etməsi, araxidon turşusunun metabolizmini pozması və iltihab ocağında prostaqlandinlərin biosintezini zəiflətməsi ilə əlaqədardır. İltihabəleyhinə effekti kapilyarların keçiriciliyini azaltması (ekssudasiyanı məhdudlaşdırır), lizosomal membranları stabilləşdirməsi (toxumaların zədələnməsinə səbəb olan lizosom fermentlərinin çıxışına mane olur), iltihab mediatorlarının sintezinin qarşısını alması və ya inaktivləşdirməsi (prostaqlandinlərin, histaminin, bradikininin, limfokinlərin, komplement faktorlarının) ilə əlaqədardır. Tenoksikam iltihab ocağında sərbəst radikalların miqdarını azaldır, hemotaksisi və faqositozu dəf edir. İltihabın proliferativ fazasını tormozlayır, toxumaların postiltihabi sklerozlaşmasını azaldır; xondroprotektor təsir göstərir. Preparat istənilən etiologiyalı ağrı sindromunu blokadaya alır və intensivliyini azaldır, səhər yorğunluğunu azaldır, zədələnmiş oynaqların hərəkətliliyini yüksəldir. Uzun müddət istifadə etdikdə, desensibilizasiyaedici təsir göstərir. Tenoksikamın xüsusiyyəti onun uzunmüddətli təsirə malik olmasıdır. Farmakokinetikası Uzun yarımxaricolma dövrünə malikdir – 60-75 saat. Histohematik baryerdən keçir, sinovial mayeyə asanlıqla nüfuz edir. Dəridən rezorbsiya olunan tenoksikamın miqdarı, çəkildiyi hissədə sahəyə proporsionaldır, eləcə də preparatın dozasının cəmindən və dərinin hidratasiya səviyyəsindən asılıdır. Metabolizm başlıca olaraq, hidroksilləşmə yolu ilə baş verir. Metabolitlərin əsas hissəsi qeyri-aktiv metabolit şəklində sidiklə, qalan hissəsi ödlə xaric olunur.
İstifadəsinə göstərişlər
Artoksan aşağıdakı əzələ və oynaq xəstəlikləri ilə əlaqədar olan ağrı sindromunun müa-licəsi üçün təyin edilir: – revmatoid artrit, osteoartroz, radikulit, lümbaqo, işias; – yumşaq toxumanın revmatik xəstəlikləri (tendovaginit, bursit, periartikulyar toxumanın zədələnməsi və s.); – yumşaq toxumanın və oynağın (dartılmaların, həddindən artıq gərginlik və əziklərin nəticəsində) posttravmatik iltihabı.
Əks göstərişlər
– Preparatın istənilən komponentinə, asetilsasil turşusuna və ya digər QSİƏP-ə qarşı yüksək həssaslıq; – dəri örtüyünün tamlığının pozulması; – hamiləliyin III trimestri; – 12 yaşa qədər uşaqlar.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Artoksanı, yalnız zədələnməmiş dəriyə çəkmək lazımdır, açıq yaralara düşməsindən çəkinmək lazımdır.Gel çəkildikdən sonra okklüzion sarğı qoymaq lazım deyil. Preparatın gözə və selikli qişalara düşməsinə yol vermək olmaz. Nadir hallarda QSİƏP qəbulu zamanı bəzən həyat üçün təhlükəli olan ciddi dəri reaksiyaları müşahidə edilə bilər (eksfoliativ dermatit, Stivens-Conson sindromu və toksik epidermal nekroliz daxil olmaqla). Pasiyentlərə, bu əlavə təsirlər barədə məlumat vermək, dəri örtüyü tərəfindən baş verə bilən əlavə təsirləri aşkar etmək məqsədilə müşahidə aparmaq lazımdır.Bu cür reaksiyaların yaranma riski müalicənin əvvəlində daha yüksək olur: əksər hallarda reaksiyalar müalicənin ilk ayında yaranır. Dəri səpgisinin ilkin əlamətində, selikli qişaların zədələnməsi və ya digər hiperhəssaslıq reaksiyaları zamanı Artoksan preparatının istifadəsini dayandırmaq lazımdır. Artoksanı qaraciyər porfiriyası (kəskinləşmə dövründə), MBT-nin eroziv-xoralı zədələnmələ- rində, pankreatitdə, qaraciyər və böyrək funksiyasının ağır pozulması zamanı, xroniki ürək çatışmazlığı, bronxial astma və birləşdirici toxumanın xəstəlikləri zamanı ehtiyatla təyin etmək lazımdır. Yaşlı pasiyentlərdə əlavə təsirlərin inkişafı riski artır.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Tenoksikamın xaricə istifadə zamanı sistem absorbsiyası güclü olmadığı üçün qarşılıqlı təsirinin ehtimalı çox kiçikdir. Preparatı digər QSİƏP ilə eyni vaxtda ehtiyatla istifadə etmək lazımdır. Artoksan geli yerli kosmetik vasitələrlə eyni vaxtda istifadə etmək olmaz.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Bu kateqoriyadan olan pasiyentlərdə preparatın istifadəsinə diar kifayət qədər məlumat olmadığı üçün Artoksan geli hamiləlik və laktasiya dövründə istifadə etmək olmaz. Pediatriyada istifadəsi 12 yaşa qədər uşaqlarda preparatdan istifadə etmək olmaz.
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
Artoksan nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliy-yətinə təsir etmir.
İstifadə qaydası və dozası
Artoksan sutkada 1-2 dəfə xaricə istifadə edilir. Təxminən 2-5 sm (1-2 q gel) gel zolağı dəriyə çəkilir və yüngülcə hopdurulur. Preparatı çəkdikdən sonra əlləri yumaq vacibdir. Müalicənin müddəti göstərişdən və terapiyanın effektivliyindən asılıdır. Preparatı istifadə etdikdən 2 həftə sonra terapiyanı davam etdirməyin məqsədəuyğunluğu barədə həkimlə məsləhətləşmək lazımdır. Preparatı yumşaq toxumanın zədələnməsi və ya yumşaq toxu-manın revmatik xəstəlikləri zamanı davamlı olaraq 14 gündən artıq və artrit nəticəsində yaranan ağrı zamanı 21 gündən artıq istifadə etmək olmaz (əgər həkim başqa müalicə sxemi təyin etməyibsə). 7 gün ərzində müsbət klinik dinamika müşahidə olunmadıqda və ya pasiyentin vəziyyəti pisləşdikdə, həkimə müraciət etmək vacibdir.
Əlavə təsirləri
Artoksan nadir hallarda əlavə təsirlər törədir. Bəzən gelin çəkildiyi nahiyədə qızartı, qaşınma və ya yanğı hissi yaranır. Əlavə təsirlərin tezliyi aşağıdakı parametrlərlə təyin edilir: çox tez-tez (≥ 1/10); tez-tez (≥ 1/100 – < 1/10); bəzən (≥ 1/1000 – < 1/100); nadir hallarda (≥ 1/10000 – < 1/1000); çox nadir hallarda (< 1/10000); məlum deyil (əldə olan məlumatlar görə tezliyi qiymətləndirmək mümkün deyil). İmmun sistem tərəfindən baş verən pozulmalar: məlum deyil – astma, anafilaktik reaksiyalar, angionevrotik ödem kimi hiperhəssaslıq reaksiyaları. Dəri və dəri örtüyü tərəfindən baş verən pozulmalar6 bəzən – qaşınma, eritema. Ekzantema, səpgi, övrə; nadir hallarda – vezikulo-bullyoz reaksiyalar; çox nadir hallarda – arzuolunmaz ağır dəri reaksiyaları; Stivens-Conson sindromu, toksik epidermal nekroliz; məlum deyil – fotohəssaslıq reaksiyaları.
Doza həddinin aşılması
Doza həddinin aşılması az ehtimal ediləndir. Preparatın təsadüfən daxilə qəbulu zamanı yaranan əlavə effektlər tenoksikamın peroral formasında olduğu kimidir. Sistem əlavə effektlər yaranan zaman mədənin yuyulması və adsorbent qəbul edilməsi məsləhət görülür. Müalicə simptomatikdir.
Buraxılış forması
45 q gel, alüminium tubda. 1 tub, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
25°C-dən yüksək olmayan temperaturda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Yararlılıq müddəti
3 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Reseptsiz buraxılır. İstehsalçı/Ticarət nişanının və qeydiyyat vəsiqəsinin sahibi “Vörld Medisin İlaç San. ve Tic. A.Ş.”, türkiyə. Bağcılar İlçesi, Güneşli, Evren Mahellesi, Cami Yolu Cad. No:50 K. 1B Zemin 4-5-6, İstanbul.
Ən Son Məqalələr
Reseptlə satılır
Müştəri rəyləri
Rəy yazmaq üçün hesabınıza daxil olun.

Rəylər
Filtrləri təmizləBu məhsul üçün rəy yoxdur.