Arifon retard 1,5 mq N30 tablet

Təsiredici maddə: INDAPAMIDE
Təsiredici maddəINDAPAMIDE
Dərman formasıTablet
Farmakoloji təsirDiuretik (sidikqovucu). Antihipertenziv dərman vasitəsi
İstehsal ölkəsiFransa

Onlayn sifariş zamanı 5% endirim.

 Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin

Endirim_5

8,70 ₼

Stokda var

Stokda var

  • Filialdan götürmək

Bu gün götürmək

Ödənişsiz

  • Kuryerlə çatdırılma

Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.

Ödənişli

  • Ekspress çatdırılma

Sürətli çatdırılma

Ödənişli

Ödəniş üsulları:

Məhsulun təsviri

Dərman vasitəsinin qəbuluna başlamazdan əvvəl bu içlik vərəqədə verilən təlimatları diqqətlə oxuyun, çünki burada Sizin üçün vacib məlumatlar əks olunur.
– Bu içlik vərəqəni saxlayın. Ona təkrar ehtiyacınız ola bilər.
– Əlavə suallarınız yaranarsa, öz müalicə həkiminizə, əczaçınıza və ya tibb bacınıza müraciət edin.
– Bu preparat şəxsən Sizə təyin edilmişdir. Onu digər şəxslərə vermək olmaz. Onlardakı əlamətlər Sizinkilərə oxşar olsa belə, bu onlara ziyan vura bilər.
– Bu içlik vərəqədə göstərilməyən xoşagəlməz təsirlər də daxil olmaqla, hər hansı əlavə təsir müşahidə etsəniz, bu barədə həkiminizə və ya əczaçınıza məlumat verin (bax: «Əlavə təsirləri»).

ARİFON RETARD uzun müddətli təsirə malik örtüklü tabletlər

ARIFON RETARD
Beynəlxalq patentləşdirilməmiş adı: Indapamide

Tərkibi

Təsiredici maddə: 1 tabletin tərkibində 1,5 mq indapamid vardır.
Köməkçi maddələr: susuz kolloidal silisium dioksid, hipromelloza, laktoza monohidrat, maqnezium stearat, povidon.
Örtük: qliserin, hipromelloza, makroqol 6000, maqnezium stearat, titan dioksid.

Təsviri

Ağ, girdə, təsir müddəti uzadılmış plyonka örtüklü tabletlərdir.

Farmakoterapevtik qrupu

Diuretik (sidikqovucu). Antihipertenziv dərman vasitəsi.
ATC kodu: C03BA11.

Farmakoloji xüsusiyyətləri

Təsiredici maddəsi indapamid olan, uzunmüddətli təsirə malik örtüklü tabletdir.
İndapamid sidikqovucudur. Əksər sidikqovucular böyrəklərin ifraz etdiyi sidiyin həcmini artırır. Lakin, indapamid, digər sidikqovuculardan fərqli olaraq, sidiyin həcmini yalnız nəzərəçarpmaz dərəcədə artırır.

İstifadəsinə göstərişlər

Yüksək qan təzyiqi (essensial hipertenziya).

Əks göstərişlər

– İndapamidə, istənilən digər sulfonamidə və ya Arifon Retardın istənilən komponentinə qarşı allergiya («Tərkibi» bölməsində sadalanan);
– ağır böyrək xəstəliyi;
– qaraciyərin ağır dərəcəli xəstəliyi və ya qaraciyər ensefalopatiyası (baş beyinin degenerativ xəstəliyi);
– qanda kaliumun səviyyəsinin həddindən artıq aşağı olması.

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Arifon Retard qəbuluna başlamazdan əvvəl həkiminiz və ya əczaçınızla məsləhətləşin:
– Qaraciyər funksiyasının pozulması qeyd olunursa;
– şəkərli diabet xəstəsisinizsə;
– podaqranız varsa;
– ürək ritminin pozulması və böyrək xəstəliyi qeyd olunursa;
– görmə qabiliyyətinin azalması və ya gözlərdə ağrı hissiyyatı. Bu, gözün torlu qişasında maye yığıla bilər (xoroid şişkinliyi) və ya gözdaxili təzyiqin artması ola bilər; onlar Noliprel Bi-Forte qəbulunun başlamasından bir neçə həftə sonra bir neçə saatdan bir müddət ərzində başlaya bilərlər. Müalicə olmadan, bu, dönməz görmə itkisinə səbəb ola bilər. Daha əvvəl penisilin və ya sulfonamid preparatlarına allergiya varsa, bu simptomun meydana gəlməsi riski artırıla bilər;
– əgər əzələ ağrısı, təzyiq xəstəliyi, zəiflik və ya qıcolmalar daxil olmaqla əzələ problemləri varsa;
– qalxanabənzər ətraf vəzilərin funksional müayinəsinə ehtiyac yarandıqda;
Əgər normadan artıq dərəcədə fotohəssaslıq varsa, həkiminizi xəbərdar etməlisiniz.
Həkiminiz Sizə kalium və kalsium səviyyəsinin aşağı olduğunu və ya kalsium səviyyəsinin yüksək olduğunu yoxlamaq üçün qan analizləri təyin edə bilər.
Yuxarıda qeyd olunanlar istənilən şəkildə Sizinlə əlaqələndirilə bilərsə və bu dərmanın qəbulu ilə bağlı suallarınız və şübhələriniz varsa, müalicə həkiminizə və ya əczaçınıza müraciət edin.
İdmançılar nəzərə almalıdırlar ki, bu dərmanın tərkibinə dopinq nəzarəti zamanı müsbət nəticə verə bilən aktiv maddə daxildir.

Arifon Retardın tərkibinə daxil olan bəzi maddələr barədə vacib məlumat
Preparatın tərkibində laktoza monohidrat vardır. Həkiminiz tərəfindən Sizdə müəyyən şəkərlərə qarşı dözümsüzlüyün olmasını bildirmişdirsə, bu dərmanın qəbuluna başlamazdan öncə mütləq həkiminizlə məsləhətləşin.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Həmişə, hazırda, yaxud son günlərdə qəbul etdiyiniz preparatlar barədə həkiminizə və ya əczaçınıza məlumat verin.
Arifon Retard litium (depressiyaların müalicəsi üçün istifadə olunan) preparatları ilə yanaşı qəbul edilməməlidir, əks halda qanda litiumun miqdarının artması ilə nəticələnə bilər.
Aşağıdakı dərmanların qəbulu xüsusi diqqət tələb etdiyinə görə, bu dərmanlardan istifadə etdiyiniz halda mütləq müalicə həkiminizə xəbər verin:
− Ürək ritminin pozulmasının müalicəsi üçün təyin olunan dərman vasitələri (məsələn, xinidin, hidroxinidin, dizopiramid, amiodaron, sotalol, ibutilid, dofetilid, digitalis, bretilium);
− depressiya, həyəcan, şizofreniya kimi əqli pozğunluqların müalicəsi üçün təyin olunan preparatlar (məsələn, trisiklik antidepressantlar, antipsixotik maddələr, neyroleptiklər: amisulprid, sulpirid, sultoprid, tiaprid, haloperidol, droperidol);
− bepridil (döş qəfəsində ağrı əmələ gəlməsinin səbəbi olan stenokardiyanın müalicəsində istifadə olunur);
− sizaprid, difemanil (mədə-bağırsaq pozuntularının müalicəsi üçün təyin olunur);
− sparfloksasin, moksifloksasin (bakterial infeksiyaların müalicəsi üçün təyin olunan antibakterial preparatlar), venadaxili eritromisin (antibiotik);
− vinkamin (yaşlı pasiyentlərdə yaddaş pozulması da daxil olmaqla, koqnitiv pozğunluqların simptomatik müalicəsi üçün istifadə edilir);
− qalofantrin (parazitlərə qarşı təsirli olan, malyariyanın bəzi növlərinin müalicəsi üçün təyin olunur);
− pentamidin (pnevmoniyanın bəzi növlərinin müalicəsi üçün təyin olunur);
− mizolastin, terfenadin və ya astemizol (ot qızdırması və ya allergiyaların müalicəsi üçün antihistamin preparatlar);
− ağrını aradan götürmək üçün təyin olunan qeyri-steroid iltihabəleyhinə preparatlar (məsələn, ibuprofen) və ya asetilsalisil turşusunun yüksək dozaları;
− angiotenzinçevirici fermentin inhibitorları (AÇF-in inhibitorları) (yüksək arterial təzyiq və ürək çatışmazlığı hallarında istifadə olunur);
− venadaxili amfoterisin B (ciddi göbələk xəstəliklərinin müalicəsi üçün);
− ağır dərəcəli astma və revmatik artrit daxil olmaqla, müxtəlif halların müalicəsi üçün təyin olunan peroral kortikosteroidlər;
− stimullaşdırıcı işlətmə dərmanları;
− baklofen (bəzi xəstəliklər zamanı, məsələn sklerozlu xəstələrdə əmələ gələn əzələ gərginliyini aradan qaldırmaq üçün təyin olunur);
− allopurinol (podaqranın müalicəsi üçün);
− kaliumtutucu sidikqovucular (amilorid, spironolakton, triamteren);
− metformin (diabetəleyhinə maddə);
− tərkibində yod olan rentgenkontrast maddələr (rentgen şüaları tətbiq olunan testlər zamanı istifadə olunur);
− kalsium tərkibli və ya kalsiumun miqdarını artıran digər dərman vasitələri;
− siklosporin, takrolimus və ya orqan köçürülməsindən sonra, həmçinin autoimmun, ağır dərəcəli revmatik və dəri xəstəliklərin müalicəsi üçün immun sistemə tormozlayıcı təsir göstərən dərman maddələri;
− tetrakozaktid (Kron xəstəliyinin müalicəsində tətbiq olunur);
− metadon (opioid asılılığı müalicə etmək üçün istifadə olunur).

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləsinizsə və ya südəmər uşağınız varsa, hamilə olduğunuzu düşünürsünüzsə, yaxud hamiləliyi planlaşdırırsınızsa, bu preparatın qəbuluna başlamazdan əvvəl həkim və ya əczaçı ilə məsləhətləşin.
Hamiləlik dövründə bu preparatın qəbulu tövsiyə edilmir. Hamiləlik planlaşdırılırsa, yaxud artıq təsdiq olunubsa, tez bir müddətdə alternativ müalicə növünün seçilməsi məsləhət görülür. Həmçinin, hamiləlik planlaşdırıldığı halda müalicə həkiminiz bundan xəbərdar olmalıdır.
Dərmanın aktiv maddəsi ana südünə ifraz olunur. Körpə əmizdirən qadınlar bu preparatdan istifadə etməməlidir.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Bu preparatın qəbulu arterial təzyiqin aşağı düşməsi ilə əlaqədar olan başgicəllənmə və halsızlıq kimi əlavə təsir nümayiş etdirə bilər («Əlavə təsirləri» bölməsinə bax). Bu əlamətlərin əmələ gəlməsi ən çox müalicənin əvvəlində və ya təyin olunduğundan artıq doza qəbul edildikdə qeyd olunur. Adı çəkilən əlamətləri hiss etdikdə nəqliyyat vasitəsindən və ya başqa, diqqət tələb edən mexanizmdən istifadə dərhal dayandırılmalıdır. Lakin, xəstə düzgün nəzarət edildikdə, qeyd olunan əlavə təsirlərin inkişaf etməsi ehtimalı çox azdır.

İstifadə qaydası və dozası

Gündə 1 tablet daxilə qəbul edilir (səhərlər qəbul olunması daha məsləhətdir). Preparat qida qəbulundan asılı olmayaraq qəbul edilə bilər. Tabletlər bütöv halda udulmalı, üstündən bir stəkan su içilməlidir. Tabletləri xırdalamayın və çeynəməyin.
Arterial hipertenziyaya qarşı dərmanların qəbulu adətən ömür boyu davam etdirilir.

Arifon Retard preparatının qəbulunu unutduqda
Preparatın bir dozasını qəbul etməyi unutmusunuzsa, növbəti dozanı həmişəki vaxtında qəbul edin. Unudulmuş dozanı kompensə etmək üçün ikiqat doza qəbul etməyin.

Arifon Retard preparatının qəbulunu dayandırdıqda
Adətən, hipotenziv müalicə ömür boyu davam etdiyi üçün Siz preparatın qəbulunu dayandırmazdan əvvəl öz həkiminizlə məsləhətləşməlisiniz.
Preparatın qəbulu ilə əlaqədar əlavə suallar yaranarsa, müalicə həkiminizə, yaxud əczaçınıza müraciət edin.

Əlavə təsirləri

İstənilən digər dərman preparatı kimi Arifon Retard də bütün xəstələrdə olmasa da, əlavə təsirlərə səbəb ola bilər.
Sizdə aşağıdakı hallardan hər hansı biri baş verərsə, verilən tibbi preparatın qəbulunu dərhal dayandırın və öz müalicə həkiminizlə əlaqə saxlayın:
− angioödem və/ya urtikariya; Angioödem – üzün, dodaqların, yaxud göz qapaqlarının şişməsi qəfil fitverici tənəffüs, sinədə ağrı, təngnəfəslik, yaxud tənəffüsün çətinləşməsi (çox nadir) (10 000 nəfərdən 1-dən azında);
− dəridə qəfil yaranmış səpgi, bütün bədəndə dərinin qızarması, kəskin qaşınma, suluqların əmələ gəlməsi, dərinin soyulması və şişməsi, selikli qişaların iltihabı (Stivens-Conson sindromu) və ya digər allergik reaksiyalar daxil olmaqla, kəskin dəri reaksiyaları (çox nadir) (10 000 nəfərdən 1-dən azında);
− ürəyin həyat üçün təhlükəli ritm pozğunluğu (tezliyi məlum deyil);
− mədəaltı vəzin iltihabı, qarında və kürəkdə kəskin ağrıya səbəb ola bilər (çox nadir) (10 000 nəfərdən 1-dən azında);
− qaraciyər ensefalopatiyası (baş beyinin degenerativ xəstəliyi) (tezliyi məlum deyil);
− qaraciyərin iltihabı (hepatit xəstəliyi) (tezliyi məlum deyil);
− əzələ zəifliyi, spazmlar, ağrı və ya ağrı və eyni zamanda xəsarət hissi və ya yüksək temperatur varsa, xüsusilə də, bu anormal vəziyyət əzələ zədələnməsinə səbəb ola bilər (tezliyi məlum deyil).

Digər əlavə təsirləri:

Tez-tez (10 xəstədən 1-də):
− dəridə səpgi;
− allergik və astmatik reaksiyalar.

Bəzən (100 pasiyentdən 1 nəfərindən azında):
− qusma;
− purpura (dəri səthində olan qırmızı nöqtələr).

Nadir (1000 pasiyentdən 1 nəfərindən azında):
− yorğunluq hissi, başgicəllənmə, baş ağrısı, bədəndə sancma hissi (paresteziya), vertiqo;
− həzm pozğunluqları (ürəkbulanma, qəbizlik), ağızda quruluq.

Çox nadir (10 000 nəfərdən 1-dən azında):
− qan hüceyrələrinin dəyişməsi, məsələn trombositopeniya (trombositlərin sayının azalması, asanlıqla göyərmə və burun qanaxmasına səbəb ola bilər), leykopeniya (leykositlərin sayının azalması hərarətin və boğaz ağrısının və qrip simptomlarına bənzər digər əlamətlərin əmələ gəlməsi ilə müşayiət oluna bilər, belə hallarda mütləq həkiminizə müraciət edin) və anemiya (eritrositlərin sayının azalması);
− qanda kalsium səviyyəsinin yüksəlməsi;
− çox aşağı qan təzyiqi, ürəyin ritm pozğunluğu;
− böyrək xəstəliyi;
− qaraciyər funksiyasının pozulması.

Tezliyi məlum deyil:
− əgər Siz sistem qırmızı qurdeşənəyindən (kollagen-damar xəstəliyinin bir növü) əziyyət çəkirsinizsə, pisləşmə müşahidə edilə bilər;
− günəş və ya süni ultrabənövşəyi şüaların təsirinə məruz qaldıqdan sonra fotohəssaslıq reaksiyaları (dərinin görünüşündə dəyişiklik);
− miopiya;
− görmə funksiyasının bulanması;
− görmə funksiyasının pozulması;
− görmə qabiliyyətinin azalması və ya gözlərdə ağrı hissiyyatı. Bu, gözün torlu qişasında maye yığıla bilər (xoroid şişkinliyi) və ya gözdaxili təzyiqin artması ola bilər.

Laborator göstəricilərdə (qan analizləri) dəyişikliklər ola bilər. Mümkündür ki, həkiminiz Sizin vəziyyətinizi yoxlamaq məqsədilə Sizə qan analizləri təyin etsin.
Aşağıda qeyd olunan analiz nəticələri müşahidə oluna bilər:
• qanda kaliumunun səviyyəsinin aşağı olması;
• qanda natriumun miqdarının susuzlaşma və arterial təzyiqin aşağı düşməsi ilə nəticələnə biləcək azalması;
• sidik turşusunun miqdarının artması, bu da podaqranın əmələ gəlməsi, yaxud artıq mövcud olan podaqranın ağırlaşması ilə nəticələnə bilər (oynaqlarda, əsasən ayaqlarda ağrı);
• anormal EKQ;
• qaraciyər fermentlərinin səviyyəsinin artması.

Əlavə reaksiyalar haqqında məlumatın verilməsi
Hər hansı əlavə təsir müşahidə etsəniz, bu barədə öz həkiminizə, əczaçıya və ya tibb bacısına məlumat verin. Buraya bu içlik vərəqədə sadalanmayan istənilən arzuolunmaz təsir də aiddir. Əlavə təsirlər barədə məlumat verməklə Siz pasiyentlərin bu dərmanın təhlükəsizliyinə dair daha çox məlumatla təmin edilməsinə kömək edə bilərsiniz.

Doza həddinin aşılması

Həddindən çox tablet qəbul etmisinizsə, dərhal həkiminizlə və ya əczaçınızla əlaqə saxlayın.
Arifon Retardın çox yüksək dozasının qəbulu ürəkbulanma, qusma, arterial təzyiqin düşməsi, qıcolma, başgicəllənmə, süstlük, şuur qarışıqlığı və böyrəklərin sidik ifrazının həcminin dəyişməsi ilə nəticələnə bilər.

Buraxılış forması

15 tablet, konturlu-yuvalı (PVX/alüminium folqa) qablaşdırmada. 2 konturlu-yuvalı qablaşdırma içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

Saxlanma şəraiti

30°C-dən yüksək olmayan temperaturda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Dərman qutusunun və konturlu-yuvalı qablaşdırmanın üzərində qeyd olunan yararlılıq müddəti bitdikdən sonra qəbul etmək olmaz. Yararlılıq müddəti qeyd olunan ayın axırıncı gününü şamil edilir.

Yararlılıq müddəti

2 il.
Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Dərman çirkab sularına və ya kanalizasiyaya atılmamalıdır. Saxlanma müddəti bitmiş dərmanların atılma qaydası barədə əczaçıdan məlumat alın. Bu tədbirlər ətraf mühitin qorunmasına xidmət edir.

Aptekdən buraxılma şərti

Resept əsasında buraxılır.

Satış icazəsinin sahibi

Le Laboratuar Servye – Fransa
50, rue Carnot
92284 Suresnes cedex
France – Fransa.

İstehsalçı

Le Laboratuar Servye İndastri
905, route de Saran
45520 Gidy
Fransa.

Müştəri rəyləri

Bu məhsul üçün rəy yoxdur.

“Arifon retard 1,5 mq N30 tablet” üçün ilk rəyi siz yazın.

Oxşar məhsullar