Apilak 10 mq N25 tablet
| Təsiredici maddə | ROYAL JELLY POWDER |
|---|---|
| Dərman forması | Tablet |
| Farmakoloji təsir | Ümumi tonuslandırıcı vasitə |
| İstehsal ölkəsi | Latviya |
Onlayn sifariş zamanı 5% endirim.
Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin
Endirim_5
7,87 ₼
Stokda var
Stokda var
-
Filialdan götürmək
Bu gün götürmək
Ödənişsiz
-
Kuryerlə çatdırılma
Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.
Ödənişli
-
Ekspress çatdırılma
Sürətli çatdırılma
Ödənişli
Ödəniş üsulları:
Məhsulun təsviri
APİLAK QRİNDEKS 10 mq sorma tabletlər
APILAC GRINDEKS
Tərkibi
Təsiredici maddə: 1 tabletin tərkibində 10 mq liofilizəolunmuş apilak vardır.
Köməkçi maddələr: laktoza monohidrat, kartof nişastası, talk, kalsium stearat.
Təsviri
Ağ və ya cüzi sarıya çalan ağ rəngli, üzərində bölmə xətti olan, yastı silindrik formalı tabletlərdir. Üzərində kiçik sarı çillərin olması yolveriləndir.
Farmakoterapevtik qrupu
Ümumi tonuslandırıcı vasitə.
ATC kodu: A13A.
Farmakoloji xüsusiyyətləri
Farmakodinamikası
Apilak və ya arı ana südü cavan işçi arıların allotrofik vəziləri ilə ifraz edilən ifrazatdır ki, bu da, ümumi tonuslandırıcı, antispastik təsir göstərir, orqanizmin müqavimətini yüksəldir, streslərə davamlılıq yaradır və maddələr mübadiləsinə stimullaşdırıcı təsir göstərir.
Apilak bioloji aktiv maddələrin qarışığı olub, tərkibcə aşağıdakı maddələrdən ibarətdir:
– çoxsaylı vacib vitaminlər (C, B1, B2, B5, B6, B8, B12, H, fol turşusu, inozitol);
– mineral elementlər (K, Na, Ca, Mg, Fe, P) və mikroelementlər (Zn, Mn, Cu, Co, S, Si, Ni, Cr, As, Bi);
– 23 müxtəlif aminoturşu, o cümlədən əvəzolunmaz aminturşular (məsələn, histidin, valin, metionin, triptofan);
– digər bioloji aktiv maddələr (məsələn, xolinesteraza fermenti, asetilxolin mediatoru və s.).
Farmakokinetikası
Preparatın təsiri onun tərkibində olan komponentlərin birgə təsirinin nəticəsidir, bu səbəbə görə kinetik tədqiqatların keçirilməsi mümkün deyil.
İstifadəsinə göstərişlər
Ənənəvi olaraq qidalanma pozğunluqlarında, sağalma dövründə və doğuşdan sonrakı dövrdə süd ifrazının pozulmalarında istifadə olunur; uşaqlarda – qeyri-kafi qidalanma və iştahanın pozulması zamanı, eləcə də, nevroloji pozulmalarda və qan təzyiqi aşağı olduqda köməkçi vasitə kimi istifadə edilir.
Əks göstərişlər
Preparatın istənilən komponentinə və arıçılıq məhsullarına qarşı yüksək həssaslıq.
Addison xəstəliyi (böyrəküstü vəzinin dəri piqmentasiyası üçün xarakterik olan çatışmazlığı).
Qalaktozaya qarşı anadangəlmə dözümsüzlük, Lapp laktaza çatışmazlığı, qlükoza-qalaktoza malabsorbsiya sindromu.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Apilak Qrindeks tabletləri allergik reaksiyalar törədə bilər.
Apilak Qrindeks tabletlərinin tərkibində laktoza vardır. Qalaktozaya qarşı anadangəlmə dözümsüzlük, Lapp laktaza çatışmazlığı, qlükoza-qalaktoza malabsorbsiyası sindromu olan pasiyentlər preparatdan istifadə etməməlidirlər.
Yuxu pozulması zamanı dozanı azaltmaq və ya preparatın qəbulunu dayandırmaq lazımdır.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Müəyyən edilməyib.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Preparatın istifadəsi həkim məsləhətindən sonra mümkündür.
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
Preparat nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə mənfi təsir etmir.
İstifadə qaydası və dozası
Tableti tam sorulana qədər dilin altında saxlamaq lazımdır, belə ki, daxilə qəbul zamanı mədə şirəsi arı ana südünü parçalayır.
Böyüklər və yeniyetmələr: gündə 3 dəfə 1 tablet.
6 yaşdan yuxarı uşaqlar: gündə 2 dəfə 1 tablet (böyüklərin nəzarəti altında).
Müalicə kursunun müddəti 10-15 gün təşkil edir.
Əlavə təsirləri
Preparatın qəbulu zamanı allergik reaksiyaların yaranması mümkündür ki, belə hallarda preparatın qəbulunu dayandırmaq lazımdır. Yüksək həssaslıq zamanı ağızda quruluq, nəbzin tezləşməsi və yuxunun pozulması baş verə bilər ki, bu da, dozanın azaldılması və ya preparatın ləğv edilməsi zamanı keçib gedir.
Əlavə təsirlər yarandıqda, həkimlə məsləhətləşmək lazımdır.
Doza həddinin aşılması
Simptomları
Doza həddinin aşılması zamanı maddələr mübadiləsi ləngiyir, məsələn, gündə 2,5 q qəbulu süstlük yaradır.
Müalicəsi
Spesifik antidotu yoxdur. Doza həddinin aşılması baş verdikdə, preparatla müalicəni dayandırmaq lazımdır. Terapiya simptomatikdir.
Buraxılış forması
25 tablet, blisterdə. 1 blister içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
25°C-dən yüksək olmayan temperaturda, işıqdan qorunan və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Yararlılıq müddəti
2 il.
Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Reseptsiz buraxılır.
İstehsalçı
SC «Grindeks».
Krustpils k., 53, Riqa, LV-1057, Latviya.
Telefon: +371 67083205.
Faks: +371 67083505.
Elektron poçtu: [email protected]
Ən Son Məqalələr
Reseptlə satılır
Müştəri rəyləri
Rəy yazmaq üçün hesabınıza daxil olun.

Rəylər
Filtrləri təmizləBu məhsul üçün rəy yoxdur.