Ansimar 200 ml sirop
| Təsiredici maddə | DOXOFYLLINE |
|---|---|
| Dərman forması | Sirop |
| Farmakoloji təsir | Ksantin törəmələri, tənəffüs yolu xəstəliklərində sistem istifadə üçün preparatlar |
| İstehsal ölkəsi | İtaliya |
Onlayn sifariş zamanı 5% endirim.
Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin
Endirim_5
10,50 ₼
Stokda var
Stokda var
-
Filialdan götürmək
Bu gün götürmək
Ödənişsiz
-
Kuryerlə çatdırılma
Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.
Ödənişli
-
Ekspress çatdırılma
Sürətli çatdırılma
Ödənişli
Ödəniş üsulları:
Məhsulun təsviri
ANSİMAR® 20 mq/ml şərbət
ANSIMAR®
Beynəlxalq patentləşdirilməmiş adı: Doxofylline
Tərkibi
Təsiredici maddə: 1 ml şərbətin tərkibində 20 mq doksofillin vardır.
Köməkçi maddələr: saxaroza, etil spirti 96%, metil-p-hidroksibenzoat, istiotlu nanə cövhəri, ammonium qlisirrizat, təmizlənmiş su.
Təsviri
Şəffaf açıq-sarı rəngli, xarakterik iyə malik və nanəli biyan dadlı, qəbulundan sonra isə acılımtıl dada malik məhluldur.
Farmakoterapevtik qrupu
Ksantin törəmələri, tənəffüs yolu xəstəliklərində sistem istifadə üçün preparatlar.
ATC kodu: R03DA11.
Farmakoloji xüsusiyyətləri
Farmakodinamikası
Doksofillin ksantin törəməsi olub, astma əleyhinə, bronxgenişləndirici preparatdır. Doksofillin bronxların və ağciyər damarlarının yalnız saya əzələlərinə təsir edərək bronxodilatasiyaya səbəb olur. Bu xüsusiyyət onun hüceyrədaxili tsiklik AMF-ın miqdarının artması ilə müşayiət olunan fosfodiesteraza fermentini inhibə etməsi ilə əlaqədardır. Hüceyrələrdə tsiklik AMF-ın toplanması miozin və aktin liflərinin birləşməsini ləngidir, beləliklə saya əzələlərinin yığılma aktivliyi zəifləyir, bu da xüsusən bronx əzələlərinin boşalması və bronxospazmın aradan qalxması ilə müşayiət olunur.
Metilksantinlərdən fərqli olaraq doksofillin adenozin reseptorlarını blokada etmir və kalsium ionlarının daşınmasına təsir göstərmir. Beləliklə, doksofillin ürəyin, damarların və böyrəklərin işinə təsir etmir, mərkəzi sinir sisteminin fəaliyyətini stimullaşdırmır.
Dərman vasitəsinin uzun müddət istifadəsi asılılıq yaratmır.
Farmakokinetikası
İnsanlar üzərində aparılmış təkdozalı farmakokinetik tədqiqatlar sayəsində dərman maddəsinin oral qəbulundan sonra paylanması və absorbsiyası müəyyənləşdirilmişdir.
Şərbətin oral qəbulundan sonra tərkibindəki sulu-spirtli komponentə görə dərman maddəsi sürətlə absorbsiya olunur və maksimal konsentrasiya 30 dəqiqə ərzində yaranır.
Tam oral biomənimsənilməsi təqribən 62,6%-dir. pH-ın 7,4 qiymətində plazmada zülallarla birləşmə səviyyəsi 48%-dir.
Oral qəbul edilmiş dozanın 4%-dən az hissəsi böyrəklər vasitəsilə dəyişilmədən xaric olunur.
İstifadəsinə göstərişlər
Bronxial astma, bronxların spazmı ilə müşayiət olunan ağciyər xəstəlikləri.
Əks göstərişlər
ANSİMAR® dərman vasitəsinə və ya digər ksantin törəmələrinə qarşı yüksək həssaslıq. Kəskin miokard infarktı, hipotenziya, laktasiya dövrü.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
ANSİMAR® digər ksantin törəmələri ilə birlikdə təyin olunmamalıdır. Kofein tərkibli içkilərin və qida məhsullarının az miqdarda istifadə olunması tövsiyə olunur. ANSİMAR® və efedrin və digər simpatomimetiklərin kombinə olunması zamanı ehtiyatlı olmaq lazımdır. Kardioloji xəstələrə, arterial hipotenziyası olan, yaşlılara və ağır hipoksiyası olan xəstələrə, hipertireoz, xroniki ağciyər, ürək xəstəliyi olanlara, durğunluq ürək çatışmazlığı, qaraciyər xəstəliyi, xora xəstəliyi və böyrəklərin funksiyasının pozulması olan xəstələrə dozanı ehtiyatla təyin etmək lazımdır.
Əsasən durğunluq ürək çatışmazlığı olan xəstələrdə ehtiyatlı olmaq lazımdır, dərman vasitəsinin klirensinin ifadə olunmuş azalması, uzunmüddətli plazma səviyyələri yüksək olduğu üçün dərman vasitəsinin qəbulunun dayandırılması tələb oluna bilər.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Bəzi amillər ksantin törəmələrinin qaraciyər klirensini azalda bilir ki, bu da dərman vasitəsinin plazma səviyyəsinin yüksəlməsinə gətirib çıxarır. Bunlara yaş, konqestiv ürək çatışmazlığı, ağciyərin xroniki obstruktiv xəstəlikləri, ağır qaraciyər xəstəlikləri, infeksiyalar, yanaşı olaraq eritromisin, troleandomisin, linkomisin, klindamisin, allopurinol, simetidin, qripəleyhinə vaksin, propranolol kimi dərman maddələrinin təyin olunması aiddir. Bu səbəbdən dərman maddəsinin daha kiçik dozalarının təyin olunmasına ehtiyac yarana bilər. Fenitoin, digər qıcolma əleyhinə maddələr və siqaretçəkmə ksantin törəmələrinin klirensinin yüksəlməsinə və müvafiq olaraq plazmadan yarımxaricolma dövrünün azalmasına gətirib çıxara bilər. Bu səbəbdən doksofillinin daha yüksək dozalarının təyin olunmasına ehtiyac yarana bilər. Ksantin törəmələrinin klirensinə təsir göstərə bilən vəziyyətlərdə müalicənin effektinə nəzarət etmək üçün doksofillinin plazma konsentrasiyasının laborator monitorinqinin aparılması tövsiyə olunur.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Hamiləlik zamanı insanlarda aparılan təcrübələr məhdud olduğu üçün, ksantinlər hamilə qadına yalnız xüsusi ehtiyac olduğu zaman, risk və faydası qiymətləndirilməklə təyin oluna bilər.
Laktasiya zamanı istifadəsi əks göstərişdir.
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
Dərman maddəsi diqqətə təsir göstərmir və bu səbəbdən avtomobil idarəetmə və yüksək diqqət tələb olunan mexanizmlərlə işləmə qabiliyyətinə təsir etmir.
İstifadə qaydası və dozası
Böyüklərdə 20 ml (1 ölçü qapağı) şərbət gündə 2-3 dəfə (20 ml 400 mq doksofillinə müvafiqdir) daxilə qəbul üçün təyin edilir.
Tövsiyə edilən dozalanmada doksofillinin plazma səviyyələri bir qayda olaraq 20 mkq/ml-i aşmır, bu səbəbdən səviyyələrinin mütəmadi yoxlanmasına ehtiyac yoxdur.
Dozanın artırılması zamanı qanda dərman maddəsinin səviyyələrini yoxlamaq lazımdır (terapevtik göstəricilər 10 mkq/ml-ə yaxın, toksiklik səviyyəsinin limitləri 20 mkq/ml).
Əlavə təsirləri
Ksantin preparatlarının təyin olunmasından sonra ürəkbulanma, qusma, epiqastral nahiyədə ağrı, sefalgiya (baş ağrısı), qıcıqlanma, yuxusuzluq, taxikardiya, ekstrasistoliya, taxipnoe və bəzən hiperqlikemiya və albuminuriya yarana bilər. Əgər doza həddinin aşılması baş verərsə, xəstədə ağır ürək aritmiyası və tonik-klonik qıcolmalar yarana bilər; bu simptomlar intoksikasiyanın ilk əlamətləri ola bilər.
Əlavə təsirlər müalicənin ləğv olunmasını tələb edə bilər. Daha kiçik dozaların təkrar təyin olunması intoksikasiyanın bütün əlamətləri və simptomları aradan qaldırıldıqdan sonra həkim məsləhətinə müvafiq bərpa oluna bilər.
Əgər yuxarıda göstərilənlərdən hər hansı biri və ya digər əlavə təsirlər qeyd olunarsa, həkiminizlə və ya əczaçı ilə məsləhətləşin.
Doza həddinin aşılması
Spesifik antidotu olmadığı üçün, kardiovaskulyar şokun simptomatik müalicəsi ilə müvafiq yardım edilməlidir.
Buraxılış forması
200 ml məhlul, şüşə flakonda. 1 flakon, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
25°C-dən yüksək olmayan temperaturda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Yararlılıq müddəti
5 il.
Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Resept əsasında buraxılır.
İstehsalçı
ABC Farmaceutici S.p.A.
Canton Moretti, 29 – San Bernardo d’İvrea (TO) – İtaliya.
Qeydiyyat vəsiqəsinin sahibi
ABC Farmaceutici S.p.A.
Corso Vittorio Emanuele II, 72 – 10121 Torino, İtaliya.
Ən Son Məqalələr
Reseptlə satılır
Müştəri rəyləri
Rəy yazmaq üçün hesabınıza daxil olun.

Rəylər
Filtrləri təmizləBu məhsul üçün rəy yoxdur.