Amoksisillin 250 mq 100 ml suspenziya Hemopharma

Təsiredici maddə: AMOXICILLIN
Təsiredici maddəAMOXICILLIN
Dərman formasıSuspenziya hazırlamaq üçün qranul
Farmakoloji təsirGeniş təsir spektrinə malik penisillinlər. Amoksisillin
İstehsal ölkəsiSerbiya

Onlayn sifariş zamanı 5% endirim.

 Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin

Endirim_5

4,20 ₼

Stokda var

Stokda var

  • Filialdan götürmək

Bu gün götürmək

Ödənişsiz

  • Kuryerlə çatdırılma

Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.

Ödənişli

  • Ekspress çatdırılma

Sürətli çatdırılma

Ödənişli

Ödəniş üsulları:

Məhsulun təsviri

AMOKSİSİLLİN daxilə qəbul edilən suspenziya hazırlamaq üçün qranullar

AMOXICILLIN

Beynəlxalq patentləşdirilməmiş adı: Amoxicillin

Tərkibi

Təsiredici maddə: 5 ml suspenziyanın tərkibində 250 mq amoksisillin (amoksisillin trihidrat şəklində) vardır.

Köməkçi maddələr: natrium saxarinat dihidrat, simetikon S 184, quar kitrəsi, natrium benzoat, natrium sitrat dihidrat, saxaroza, passiflora aromatizatoru, moruq aromatizatoru, çiyələk aromatizatoru.

Təsviri

Ağ rəngdən sarımtıl çalarlı ağ rəngə qədər qranullaşdırılmış tozdur.

Su əlavə etdikdə, xarakterik meyvə qoxulu sarı rəngli suspenziya alınır.

Farmakoterapevtik qrupu

Geniş təsir spektrinə malik penisillinlər. Amoksisillin.

ATC kodu: J01CA04.

Farmakoloji xüsusiyyətləri

Farmakodinamikası

Yarımsintetik penisillin qrupundan olan geniş təsir spektrinə malik antibakterial bakterisid turşuyadavamlı vasitədir. Transpeptidazanı inhibə edir, bölünmə və çoxalma zamanı peptidoqlikanın (hüceyrə divarının dayaq zülalı) sintezini pozur, bakteriyaların lizisinə səbəb olur.

Aerob qrammüsbət bakteriyalara qarşı aktivdir: Bacillus anthracis, Corynebacterium spp., Enterococcus faecalis, Listeria monocytogenes, Staphylococcus spp. (penisillinazanı produksiya edən ştammlar istisna olmaqla), Streptococcus spp., o cümlədən, Streptococcus pneumoniae; aerob qrammənfi bakteriyalar: Bordetella pertussis, Brucella spp., Escherichia coli, Haemophilus influenzae, Klebsiella spp., Neisseria gonorrhoeae, Neisseria meningitidis, Shigella spp., Salmonella spp., Pasteurella septica, Proteus mirabilis, Vibrio cholerae; digər mikroorqanizmlər: Clostridium spp., Leptospira spp., eləcə də, Helicobacter pylori, Borrelia burgdorferi.

Amoksisillin beta-laktamazalarla parçalanmaya məruz qalır, bu səbəbə görə onun antibakterial spektrinə beta-laktamazaları (penisillinaza və s.) hasil edən mikroorqanizmlər daxil deyil.

Farmakokinetikası

Absorbsiyası sürətlidir, yüksəkdir (93%-ə qədər), qida qəbulu absorbsiyaya təsir etmir, amoksisillin mədənin turş mühitində parçalanmır. Daxilə 125 mq və 250 mq dozada qəbulu zamanı qan plazmasında maksimal konsentrasiyaya 1-2 saatdan sonra çıxır və 1,5-3 mkq/ml və uyğun olaraq 3,5-5 mkq/ml təşkil edir.

Geniş paylanma həcminə malikdir: plazmada, bəlğəmdə, bronxial sekretdə (irinli bronxial sekretdə paylanması zəifdir), plevral və peritoneal mayedə, sidikdə, dəri suluqlarının tərkibində, ağciyər toxumasında, bağırsağın selikli qişasında, prostat vəzidə, orta qulaq mayesində, sümüklərdə, piy toxumasında, öd kisəsində (qaraciyərin normal funksiyası zamanı), dölün toxumasında yüksək konsentrasiyada aşkar edilir. Doza 2 dəfə artdıqda, konsentrasiya da həmçinin 2 dəfə yüksəlir. Öddə konsentrasiyası, plazma konsentrasiyasına nisbətən 2-4 dəfə artıq olur. Amniotik mayedə və göbək qabığının damarlarında amoksisillinin konsentrasiyası, hamilə qadının plazmasındakı miqdarından 25-30% təşkil edir. Hematoensefalik baryerdən pis keçir, beyin qabığının iltihabı (meningit) zamanı onurğa beyni mayesində konsentrasiyası 20%-ə qədərdir. Plazma zülalları ilə birləşməsi 17%-dir.

Qeyri-aktiv metabolitlərin yaranması ilə qismən metabolizmə uğrayır. Yarımxaricolma dövrü 1-1,5 saatdır. 50-70% dəyişilməmiş şəkildə kanal sekresiyası (80%) və yumaqcıq filtrasiyası (20%) yolu ilə böyrəklər vasitəsilə, 10-20% qaraciyərlə xaric olur. Az miqdarda ana südü ilə xaric olur. Yarımçıq doğulmuşlarda, yeni doğulmuşlarda və 6 aya qədər uşaqlarda yarımxaricolma dövrü 3-4 saatdır. Böyrək funksiyasının pozulması zamanı (kreatininin klirensi 15 ml/dəqiqədən az və ya bərabər) yarımxaricolma dövrü 8,5 saata qədər artır. Amoksisillin hemodializ zamanı xaric olur.

İstifadəsinə göstərişlər

Amoksisillin böyüklərdə və uşaqlarda aşağıdakı infeksiyaların müalicəsində göstərişdir:

– kəskin bakterial sinusit;
– kəskin orta otit;
– kəskin streptokokklu tonzillit və faringit;
– xroniki bronxitin kəskinləşməsi;
– xəstəxanadankənar pnevmoniya;
– kəskin sistit;
– hamiləlik zamanı simptomsuz bakteriuriya;
– kəskin pielonefrit;
– yatalaq və paratif;
– yayılmış sellülitlə dental abses;
– protezli oynaqların infeksiyası;
– Helicobacter pylori-nin eradikasiyası;
– Laym xəstəliyi.

Amoksisillin, eləcə də, endokarditin profilaktikası üçün göstərişdir.

Antibakterial preparatların etibarlı istifadəsi üzrə rəsmi tövsiyələri nəzərə almaq lazımdır.

Əks göstərişlər

Preparatın istənilən komponentinə qarşı yüksək həssaslıq, beta-laktam antibiotiklərinə (o cümlədən, digər penisillinlərə, sefalosporinlərə, karbapenemə və s.) qarşı hiperhəssaslıq, atopik dermatit, bronxial astma, pollinoz, infeksion mononukleoz, limfoleykoz, qaraciyər çatışmazlığı, anamnezdə mədə-bağırsaq sisteminin xəstəlikləri (xüsusilə antibiotiklərin istifadəsi ilə əlaqədar kolit), laktasiya dövrü, saxaraza/izomaltaza defisiti, fruktozaya qarşı dözümsüzlük, qlükoza-qalaktoza malabsorbsiyası.

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Ehtiyatla

Hamiləlik dövrü, böyrək çatışmazlığı, anamnezdə qanaxma, allergik reaksiyalar (o cümlədən, anamnezdə).

İstifadədən əvvəl pasiyentdən anamnezdə penisillinlərə, sefalosporinlərə və ya digər beta-laktam antibiotiklərinə qarşı hiperhəssaslıq reaksiyası barədə sorğu almaq lazımdır. Penisillinlərə qarşı yüksək həssaslığa malik pasiyentlərdə sefalosporinlərə qarşı çarpaz allergik reaksiyaların olması mümkündür.

Penisillinlərin istifadəsi zamanı anafilaktik reaksiyalar, o cümlədən, ölümlə nəticələnən, qeyd edilmişdir. Nadir hallarda anafilaktik şokun və ya digər ağır allergik reaksiyaların inkişafı mümkündür. Belə reaksiyalar, anamnezində beta-laktam antibiotiklərinə yüksək həssaslıq və ya atopiya olan pasiyentlərdə mümkündür. Ağır allergik reaksiyaların inkişafı zamanı amoksisillinin ləğv edilməsi və alternativ müalicənin təyin edilməsi tələb olunur.

Böyrək funksiyasının ağır pozulması olan pasiyentlərdə amoksisillinin xaric olması, böyrək çatışmazlığının ağırlıq dərəcəsindən asılı olaraq ləngiyə bilər, preparatın dozasının azaldılması tələb oluna bilər (“İstifadə qaydası və dozası” bölməsinə bax). Sürətləndirilmiş diurez amoksisillinin eliminasiyasını sürətləndirir və plazma konsentrasiyasını azaldır.

Sidiyin xaric olmasının azalması olan pasiyentlərdə kristalluriya müşahidə edilə bilər, əsasən, amoksisillinin parenteral yeridilməsi zamanı. Amoksisillin sidik katetrlərində çökdüyü üçün müntəzəm olaraq katetrlərin keçiriciliyini yoxlamaq vacibdir, maye qəbulunun adekvatlığını və amoksisillinlə assosiasiya olunan kristalluriyanın riskini minimuma endirmək üçün mayenin xaric olmasını izləmək lazımdır.

Amoksisillinə həssas olmayan törədicilərin yaratdığı infeksiyaların müalicəsi üçün preparatı istifadə etmək olmaz, bunu, xüsusilə sidik-cinsiyyət sisteminin və qulağın, burunun və boğazın ağır infeksiyası zamanı nəzərə almaq lazımdır. Amoksisillinə qarşı həssas olmayan mikrofloranın inkişafı hesabına superinfeksiyanın inkişafı mümkündür ki, bu da, antibakterial terapiyanın uyğun dəyişməsini tələb edir.

Preparatı infeksion mononukleozlu pasiyentlərdə istifadə etmək məsləhət görülmür, belə ki, amoksisillin qızılcaya bənzər səpginin yaranmasına səbəb ola bilər.

Demək olar ki, bütün antibiotiklərin istifadəsi zamanı antibiotiklə assosiasiya olunan kolitin inkişafından həyat üçün təhlükəli olan vəziyyətlərə qədər mümkündür. Bunu, antibiotikoterapiya dövründə və ya terapiya bitdikdən sonra diareyanın yaranması zamanı nəzərə almaq lazımdır. Antibiotiklə assosiasiya olunan kolitin inkişafı zamanı preparatla terapiyanı dərhal dayandırmaq və müvafiq terapiyanın təyin olunması üçün həkimə müraciət etmək lazımdır. Bağırsağın peristaltikasını tormozlayan preparatların istifadəsi əks göstərişdir.

Preparatın uzun müddət və/və ya yüksək dozada istifadəsi zamanı qanın ümumi analizinə, qaraciyər və böyrəklərin funksiyasına müntəzəm nəzarət etmək lazımdır.

Anamnezində böyrək çatışmazlığı və ya qıcolma, epilepsiya olan (bu səbəblə aparılan müalicə) və beyin qişası zədələnmiş pasiyentlərdə beta-laktam antibiotiklərinin yüksək dozaları ilə terapiya, nadir hallarda qıcolmaya səbəb ola bilər.

Müalicənin əvvəlində pustulyozla müşayiət olunan yayılmış eritemanın yaranması, kəskin yayılmış ekzantematoz pustulyozun simptomları ola bilər. Bu, müalicənin dayandırılmasını tələb edir, sonralar preparatın istifadəsi əks göstərişdir.

Amoksisillinin Laym xəstəliyinin müalicəsi üçün istifadəsi zamanı Yariş-Gerksheymer reaksiyası müşahidə edilə və birbaşa amoksisillinin xəstəliyin törədicisi olan Borrelia burgdorferi spiroxetinə qarşı bakterisid təsiri ilə əlaqədar ola bilər. Klinik təzahürləri: temperaturun yüksəlməsi, titrətmə, başağrı, mialgiya, eritema ocağı nahiyəsində dəri reaksiyaları. Pasiyentlər yadda saxlamalıdırlar ki, Yariş-Gerksheymer reaksiyasının inkişafı, Laym xəstəliyinin müalicəsinin adi nəticəsidir.

Müalicə, mütləq xəstəliyin klinik əlamətləri itdikdən sonra 48-72 saat ərzində davam etdirilməlidir.

Laborator analizlər: amoksisillinin yüksək konsentrasiyası Benedikt reaktivinin və ya Felinq məhlulunun istifadəsilə sidikdə qlükozanın müəyyən edilməsini təhrif edir. Fermentativ qlükozooksidazalı testlərdən istifadə etmək məsləhət görülür. Amoksisillin hamilə qadınların sidiyində estriolun miqdarını azalda bilər.

Şəkərli diabeti olan pasiyentlər nəzərə almalıdırlar ki, suspenziyanın hər 5 ml-də (2 q qranul) 1,65 q saxaroza (və ya 0,14 çörək vahidi, ÇV) vardır, müvafiq olaraq amoksisillinin sutkalıq dozasında 3,3 ÇV vardır.

Fruktozaya qarşı dözümsüzlüyü, qlükoza-qalaktoza malabsorbsiyası və ya saxaraza-izomaltaza defisiti kimi nadir irsi xəstəliyi olan pasiyentlər bu preparatdan istifadə etməməlidirlər.

5 ml hazır suspenziyanın tərkibində 10,63 mq natrium vardır ki, bunu, natriumun məhdud qəbulu ilə pəhrizdə olan pasiyentlər nəzərə almalıdırlar.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Antasidlər, qlükozamin, işlədici dərman vasitələri, qida, aminoqlikozidlər preparatın absorbsiyasını ləngidir və azaldır, askorbin turşusu absorbsiyasını artırır.

Diuretiklər, allopurinol, oksifenbutazon, fenilbutazon, qeyri-steroid iltihabəleyhinə preparatlar və kanal sekresiyasını blokada edən preparatlar, kanal sekresiyasını azaldaraq, amoksisillinin qan plazmasındakı konsentrasiyasını artırır.

Allopurinolla eyni vaxtda istifadəsi allergik dəri reaksiyalarının inkişafına səbəb ola bilər. Amoksisillinlə allopurinolun eyni vaxtda istifadəsi məsləhət görülmür.

Amoksisillinlə terapiya fonunda diqoksinin sorulmasının artması mümkündür. Diqoksinin dozasının korreksiyası tələb oluna bilər.

Amoksisillin dolayı antikoaqulyantların (bağırsaq mikroflorasını zəiflədərək, K vitamininin sintezini və protrombin indeksini azaldır) effektivliyini artırır.

Bəzi hallarda preparatın qəbulu protrombin vaxtını (PV) və beynəlxalq normallaşmış münasibəti (BNM) artıra bilər, bununla əlaqədar olaraq, antikoaqulyantlarla amoksisillinin eyni vaxtda istifadəsi zamanı ehtiyatlı olmaq və PV və BNM-ə ciddi nəzarət etmək lazımdır. Antikoaqulyantların dozasının korreksiyası və ya amoksisillinin ləğv edilməsi tələb oluna bilər.

Amoksisillini, aktivliyin mümkün azalması (antaqonist təsir) səbəbindən eritromisin, tetrasiklinlər kimi bakteriostatik antibiotiklərlə, xloramfenikolla, sulfanilamidlərlə eyni vaxtda istifadə etmək olmaz.

Metotreksatla amoksisillinin eyni vaxtda istifadəsi zamanı birincinin toksikliyinin artması mümkündür, metotreksatın amoksisillinlə böyrək kanalcıq sekresiyasının rəqib inhibə edilməsinə görə ehtimal edilir. Metotreksatın qan zərdabında konsentrasiyasına müntəzəm nəzarət etmək məsləhət görülür.

Amoksisillinin probenesidlə birlikdə istifadəsi məsləhət görülmür, belə ki, probenesid amoksisillinin böyrək kanalcıq sekresiyasını azaldır, bununla onun plazma konsentrasiyasını artırır və onun qan zərdabında olması vaxtını uzadır.

Amoksisillinin estrogen tərkibli peroral kontraseptivlərlə eyni vaxtda istifadəsi onların effektivliyinin azalmasına və qanaxma (“açılmasına”) riskini artmasına səbəb ola bilər.

Amoksisillinlə müalicə zamanı sidikdə qlükozanın müəyyən edilməsi testinin sınaqlarının təhrif olunması mümkündür.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Amoksisillin plasentar baryerdən keçir, az miqdarda ana südü ilə xaric olur.

Hamiləlik dövründə amoksisillinin istifadəsinə ehtiyac olduqda, ana üçün gözlənilən faydanın və dölə olan potensial riski ciddi qiymətləndirmək lazımdır.

Laktasiya dövründə (ana südü ilə qidalanma) amoksisillini ehtiyatla istifadə etmək lazımdır.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Preparatdan istifadə dövründə sinir sistemi tərəfindən baş verən başgicəllənmə, oyanıqlıq, davranış pozulmaları kimi əlavə təsirləri nəzərə alaraq, pasiyentlər nəqliyyat idarə edərkən və digər potensial təhlükəli fəaliyyət növləri ilə məşğul olarkən xüsusilə ehtiyatlı olmalıdırlar.

İstifadə qaydası və dozası

Dozalanma rejimi

Ayrı-ayrı infeksiyaların müalicəsi zamanı dozalanma rejimində nəzərə almaq lazımdır:

● ehtimal edilən törədicilər və onların antibakterial preparatlara qarşı mümkün həssaslığı;
● infeksiyanın ağırlıq dərəcəsi və lokalizasiyası;
● aşağıda qeyd edildiyi kimi pasiyentin yaşı, çəkisi və böyrək funksiyası.

Müalicənin müddəti infeksiyanın tipindən və pasiyentin klinik cavabından və bir qayda olaraq, mümkün qədər qısa olmalıdır. Bəzi infeksiyalar daha uzun müalicəyə məruz qalır (“Xüsusi göstərişlər və ehtiyat tədbirləri” bölməsinə bax).

Böyüklər və bədən çəkisi ≥ 40 kq olan uşaqlar

Göstəriş* Doza*

Kəskin bakterial sinusit • 250 – 500 mq hər 8 saatdan bir və ya hər 12
Hamiləlik zamanı simptomsuz bakteriuriya saatdan bir 750 mq-1 q.
Kəskin pielonefrit • Ağır infeksiyalar zamanı hər 8 saatdan bir 750
Yayılmış sellülitlə dental abses mq – 1 q.
Kəskin sistit • Kəskin sistiti gün ərzində 3 q sutkada 2 dəfə olmaqla, müalicə etmək olar.

Kəskin orta otit • Hər 8 saatdan bir 500 mq, hər 12 saatdan bir 750 mq-1 q.
• Ağır infeksiyalar zamanı 10 gün ərzində hər 8 saatdan bir 750 mq-1 q.

Kəskin streptokokklu tonzillit və faringit
Xroniki bronxitin kəskinləşməsi

Xəstəxanadankənar pnevmoniya Hər 8 saatdan bir 500 mq-1 q.

Yatalaq və paratif Hər 8 saatdan bir 500 mq-2 q.

Protez oynağın infeksiyası Hər 8 saatdan bir 500 mq-1 q.

Endokarditin profilaktikası Bir dəfəlik doza peroral 2 q, prosedurdan 30-60 dəqiqə əvvəl.

Helicobacter pylori-nin eradikasiyası 7 gün ərzində proton nasosunun inhibitorları (məsələn, omeprazol, lansoprazol) ilə və digər antibiotiklərlə (məsələn, klaritromisin, metronidazol) kombinasiyada sutkada 2 dəfə 750 mq-1 q.

Laym xəstəliyi • Erkən mərhələ: 14 gün (10-21 gün) ərzində bir neçə qəbula bölünmüş maksimal 4 q/sutka dozaya qədər hər 8 saatdan bir 500 mq-1 q.
• Gecikmiş mərhələ: (sistem zədələnmə): 10-30 gün ərzində bir neçə qəbula bölünmüş maksimal 6 q/sutka dozaya qədər hər 8 saatdan bir 500 mq-2 q.

* Hər göstəriş üçün rəsmi klinik tövsiyələri nəzərə almaq lazımdır.

Bədən çəkisi < 40 kq olan uşaqlar

Göstəriş+ Doza+

Kəskin bakterial sinusit Bir neçə qəbula bölünmüş 20-90 mq/kq/sutka*
Kəskin orta otit
Xəstəxanadankənar pnevmoniya
Kəskin sistit
Kəskin pielonefrit
Yayılmış sellülitlə dental abses

Kəskin streptokokklu tonzillit və faringit Bir neçə qəbula bölünmüş 40-90 mq/kq/sutka*

Yatalaq və paratif 3 qəbula bölünmüş 100 mq/kq/sutka

Endokarditin profilaktikası Prosedurdan 30-60 dəqiqə əvvəl bir dəfəlik peroral 50 mq/kq doza

Laym xəstəliyi • Erkən mərhələ: 10-21 gün ərzində 3 qəbula bölünmüş 25-50 mq/kq/sutka.
• Gecikmiş mərhələ: (sistem zədələnmə): 10-30 gün ərzində 3 qəbula bölünmüş 100 mq/kq/sutka

+ Hər göstəriş üçün rəsmi klinik tövsiyələri nəzərə almaq lazımdır.

*Sutkada 2 dəfə dozalanmanı, yalnız o zaman nəzərdən keçirmək vacibdir ki, preparat yuxarı diapazonlu dozada təyin edilsin.

Yaşlı pasiyentlər

Dozanın korreksiyası tələb edilmir.

Böyrək funksiyasının pozulması

Yumaqcıq filtrasiyasının sürəti (ml/dəqiqə) | Böyüklər və bədən çəkisi ≥ 40 kq olan uşaqlar | Bədən çəkisi < 40 kq olan uşaqlar*

>30 | Dozanın korreksiyası tələb edilmir | Dozanın korreksiyası tələb edilmir

10-30 | Sutkada 2 dəfə maksimal 500 mq | Sutkada 2 dəfə 15 mq/kq (sutkada 2 dəfə maksimal 500 mq)

<10 | Maksimal 500 mq/sutka | Sutkada 1 dəfə 15 mq/kq (maksimal 500 mq)

*Əksər hallarda parenteral terapiya üstünlük təşkil edir.

Hemodializdə olan pasiyentlər

Amoksisillin hemodializ zamanı qan dövranından xaric ola bilər.

Hemodializ

Böyüklər və bədən çəkisi > 40 kq olan uşaqlar: Hər 24 saatdan bir 500 mq. Hemodializdən əvvəl əlavə 500 mq doza təyin etmək lazımdır. Preparatın qanda konsentrasiyasını bərpa etmək məqsədilə, hemodializdən sonra daha 500 mq doza təyin etmək vacibdir.

Bədən çəkisi < 40 kq olan uşaqlar: Sutkada 1 dəfə 15 mq/kq/sutka (maksimal 500 mq). Hemodializdən əvvəl əlavə 15 mq/kq doza təyin etmək lazımdır. Preparatın qanda konsentrasiyasını bərpa etmək məqsədilə hemodializdən sonra daha 15 mq/kq doza təyin etmək vacibdir.

Peritoneal dializdə olan pasiyentlər

Sutkada maksimal 500 mq amoksisillin.

Qaraciyər funksiyasının pozulması

Qaraciyər çatışmazlığı olan pasiyentlərdə dozalanma rejiminin seçimində ehtiyatlı olmaq və qaraciyər funksiyasına müntəzəm nəzarət vacibdir.

İstifadə qaydası

Yeməkdən əvvəl və ya sonra daxilə qəbul edilir.

Müalicə parenteral başlaya və preparatın daxilə qəbulu ilə davam etdirilə bilər.

Suspenziyanın hazırlanması

Flakonun üzərindəki xəttə qədər su əlavə edib və yaxşıca çalxalamaq. Hazırlanmış suspenziyanın səviyyəsi flakonun üzərindəki xətdən aşağı səviyyədə olduqda, xəttə qədər yenidən su əlavə edib və çalxalamaq lazımdır.

Hazırlanmış suspenziya soyuducuda saxlanılmalı (2-8 ºС temperaturda) və 14 gün ərzində istifadə edilməlidir. Hər istifadədən əvvəl suspenziyanı çalxalamaq vacibdir.

Hazırlanmış suspenziyanın hər 5 ml-də (1 ölçü qaşığı) 250 mq amoksisillin vardır.

Əlavə təsirləri

Əlavə təsirlərin tezliyi aşağıdakı parametrlərlə təyin edilir: çox tez-tez (≥ 1/10); tez-tez (≥ 1/100 – < 1/10); bəzən (≥ 1/1000 – < 1/100); nadir hallarda (≥ 1/10000 – < 1/1000); çox nadir hallarda (< 1/10000); məlum deyil (əldə olan məlumatlara görə tezliyi qiymətləndirmək mümkün deyil).

Daha çox rast gəlinən əlavə təsirlər diareya, ürəkbulanma və dəri səpgisidir.

İnfeksion və parazitar xəstəliklər

Çox nadir hallarda: dərinin və selikli qişaların kandidozu.

Qan və limfa sistemində baş verən pozğunluqlar

Çox nadir hallarda: geridönən leykopeniya (neytropeniya və ya aqranulositoz daxil olmaqla), geridönən trombositopeniya, hemolitik anemiya, qanaxma və protrombin vaxtının uzanması.

İmmun sistemdə baş verən pozğunluqlar

Çox nadir hallarda: angionevrotik ödem, zərdab xəstəliyi, allergik vaskulit və anafilaksiya daxil olmaqla, ağır allergik reaksiyalar.

Məlum deyil: Yariş-Gerksheymer reaksiyası, allergik koronar sindrom (Kounis sindromu).

Sinir sistemində baş verən pozğunluqlar

Çox nadir hallarda: hiperkineziya (yüksək əzələ oyanıqlığı), başgicəllənmə və qıcolma (böyrəklərin funksiyası pozulmuş, epilepsiya, meningit olan və ya preparatın yüksək dozalarını qəbul edən pasiyentlərdə qıcolma yarana bilər).

Məlum deyil: aseptik meningit.

Mədə-bağırsaq sistemində baş verən pozğunluqlar

Tez-tez: diareya, ürəkbulanma.

Bəzən: qusma.

Çox nadir hallarda: antibiotiklə assosiasiya olunan kolit (psevdomembranoz və hemorragik kolit daxil olmaqla), qara “tüklü” dil, diş emalının üst qatının rənginin dəyişməsi.

Qaraciyər və ödçıxarıcı yollarda baş verən pozğunluqlar

Çox nadir hallarda: hepatit, xolestatik sarılıq, “qaraciyər” fermentlərinin aktivliyinin mülayim və keçib gedən yüksəlməsi.

Dəri və dərialtı toxumada baş verən pozğunluqlar

Tez-tez: dəri səpgisi.

Bəzən: övrə və dəri səpgisi.

Çox nadir hallarda: multiformalı eritema, Stivens-Conson sindromu, toksik epidermal nekroliz, eksfoliativ dermatit, kəskin yayılmış ekzantematoz pustulyoz və eozinofiliya və sistem simptomatika (DRESS sindromu) ilə dərman səpgisi.

Böyrəklər və sidikçıxarıcı yollarda baş verən pozğunluqlar

Çox nadir hallarda: kəskin interstisial nefrit, kristalluriya.

Əlavə təsirlər yarandıqda, o cümlədən, təlimatda qeyd edilməyən, preparatın istifadəsini dayandırmaq və həkimə müraciət etmək lazımdır.

Doza həddinin aşılması

Simptomları: mədə-bağırsaq sistemində baş verən pozuntular (məsələn, ürəkbulanma, qusma, diareya) və su-elektrolit balansının pozulmasının əlamətləri. Amoksisillinin qəbulu fonunda kristalluriya bəzi hallarda böyrək çatışmazlığının inkişafına səbəb ola bilər. Böyrək funksiyası pozulmuş və ya preparatın yüksək dozalarını qəbul etmiş pasiyentlərdə qıcolma müşahidə edilə bilər.

Müalicəsi: mədə-bağırsaq pozuntuları zamanı müalicə simptomatikdir, su-elektrolit balansının pozulmasının korreksiyası vacibdir. Amoksisillin hemodializ zamanı plazmadan xaric olur.

Buraxılış forması

250 mq/5 ml daxilə qəbul edilən suspenziya hazırlamaq üçün qranullar.

100 ml suspenziya hazırlamaq üçün 40 q qranul, burulan, ilkin açılmaya nəzarət üçün plastik və ya metallik qapaqlı, üzərində xətti olan tünd rəngli şüşə flakonda. Plastik qapağın yuxarı hissəsində flakonun açılma sxemi əks etdirilib. 1 flakon ölçü qaşığı (həcmi 5 ml, 2,5 ml həcm üçün xətti ilə) və içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

Saxlanma şəraiti

25ºС-dən yüksək olmayan temperaturda, orijinal qutusunda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

Yararlılıq müddəti

4 il.

Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti

Resept əsasında buraxılır.

İstehsalçı/Qablaşdırıcı

Hemofarm A.D., Vrşas. Dubovas istehsalat sahəsi, Serbiya.

26300, Dubovas q., Tsarya Lazara k. bb.

Qeydiyyat vəsiqəsinin sahibi/Keyfiyyətə nəzarət

Hemofarm A.D., Serbiya.

26300, Vrşas ş., Beoqradskiy yolu bb, Serbiya.

Tel.: 13/803100, faks: 13/803424.

İradları qəbul edən təşkilat

“Nijfarm” SC, Rusiya.

603950, Nijniy Novqorod ş., Salqanskaya k., ev 7.

Tel.: (831) 278-80-88; faks: (831) 430-72-28.

E-mail: [email protected]

Müştəri rəyləri

Bu məhsul üçün rəy yoxdur.

“Amoksisillin 250 mq 100 ml suspenziya Hemopharma” üçün ilk rəyi siz yazın.

Oxşar məhsullar