Aminobol 5 % 250 ml infuziya
| Təsiredici maddə | LEUCINE + VALINE + LYSINE + METHIONINE + ... |
|---|---|
| Dərman forması | İnfüziya məhlulu |
| Farmakoloji təsir | Parenteral qidalanma üçün preparatlar. Parenteral qidalanma üçün kombinəolunmuş preparatlar |
| İstehsal ölkəsi | Çin |
Onlayn sifariş zamanı 5% endirim.
Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin
Endirim_5
16,32 ₼
Stokda var
Stokda var
-
Filialdan götürmək
Bu gün götürmək
Ödənişsiz
-
Kuryerlə çatdırılma
Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.
Ödənişli
-
Ekspress çatdırılma
Sürətli çatdırılma
Ödənişli
Ödəniş üsulları:
Məhsulun təsviri
AMİNOBOL 5% infuziya üçün məhlul
AMINOBOL
Beynəlxalq patentləşdirilməmiş adı: Aminoacids for parenteral nutrition
Aminobol preparatın 250 ml-inin tərkibində aşağıdakı komponentlər vardır:
L-PROLİN 250 mq
L-SERİN 250 mq
L-ALANİN 500 mq
L-İZOLEYSİN 880 mq
L-LEYSİN 1225 mq
L-ASPARTAT TURŞUSU 625 mq
L-TİROZİN 62,5 mq
L-QLUTAMİN TURŞUSU 187,5 mq
L-FENİLALANİN 1332,5 mq
L-ARGİNİN HİDROXLORİD 1250 mq
L-LİSİN HİDROXLORİD 1075 mq
L-VALİN 900 mq
L-TREONİN 625 mq
L-HİSTİDİN HİDROXLORİD 625 mq
L-TRİPTOFAN 225 mq
L-METİONİN 562,5 mq
L-SİSTİN 25 mq
QLİSİN 1900 mq
Aminobol preparatın 500 ml-inin tərkibində aşağıdakı komponentlər vardır:
L-PROLİN 500 mq
L-SERİN 500 mq
L-ALANİN 1000 mq
L-İZOLEYSİN 1760 mq
L-LEYSİN 2450 mq
L-ASPARTAT TURŞUSU 1250 mq
L-TİROZİN 125 mq
L-QLUTAMİN TURŞUSU 375 mq
L-FENİLALANİN 2665 mq
L-ARGİNİN HİDROXLORİD 2500 mq
L-LİSİN HİDROXLORİD 2150 mq
L-VALİN 1800 mq
L-TREONİN 1250 mq
L-HİSTİDİN HİDROXLORİD 1250 mq
L-TRİPTOFAN 450 mq
L-METİONİN 1125 mq
L-SİSTİN 50 mq
QLİSİN 3800 mq
Köməkçi maddələr: sorbitol, natrium bisulfit, inyeksiya üçün su.
Təsviri
Şəffaf, rəngsiz və ya solğun sarı rəngli məhluldur.
Farmakoterapevtik qrupu
Parenteral qidalanma üçün preparatlar.
Parenteral qidalanma üçün kombinəolunmuş preparatlar.
ATC kodu: B05BA10.
Farmakoloji xüsusiyyətləri
Amin turşusu həyat üçün əsas materiallardan biridir; o, eyni zamanda zülal sintezi üçün əsas maddələrdən biridir və hər növ toxumaları yaratmaq üçün azot mənbəyidir.
Həzm sisteminin pozulması və ya böyük bir nahiyədə yanıq baş verərsə, zədələnmə baş verərsə və qidalanma pisləşərsə, preparat qidalanmanı təmin etmək üçün, immuniteti artırmaq və fizioloji funksiyanı bərpa etmək, həmçinin yaraların sağalmasını və orqanizmin bərpasını təmin etmək üçün istifadə edilə bilər.
İstifadəsinə göstərişlər
1 – Həzm sistemində pozğunluq olan və yemək qəbul edə bilməyən pasiyentlər üçün, distrofiya və irsi immunoloji funksiya nəticəsində zülalı az olan pasiyentlər üçün istifadə edilir.
2 – Bədənin böyük bir sahəsində yanıq, zədələnmə olan və yüksək katabolizmi olan pasiyentlər üçün istifadə olunur, zülal itkisi olan və mənfi azot disbalansı olan pasiyentlər üçün istifadə olunur.
3 – Əməliyyatdan əvvəl və sonra qida rasionunu yaxşılaşdırmaq və fəsadları və ölüm səviyyəsini azaltmaq üçün.
Əks göstərişlər
Ciddi qaraciyər çatışmazlığı olan, ciddi böyrək çatışmazlığı olan/amin turşularının metabolik pozğunluqları olan pasiyentlərdə preparatın istifadəsi əks göstərişdir. Bu preparat ciddi asidozu və hiperemiyalı ürək çatışmazlığı olan pasiyentlərdə istifadə üçün tövsiyə edilmir.
İstifadə qaydası və dozası
Damcı üsulu ilə infuziya şəklində (flebokliz) istifadə edilir. Böyüklər üçün ümumi doza aşağıdakı kimidir: İnfuziya yolu ilə istifadə, hər gün 4 dəfə hər dəfə 250-500 ml, 40-50 damcı/dəqiqə sürətlə yeridilir.
Uşaqlar, yaşlılar və orqanizmi zəif olan pasiyentlər və ciddi xəstəlikləri olan pasiyentlər, həkimin təlimatlarına əməl etməlidirlər. Amin turşusunun kifayət qədər istifadə oluna bilməsi və zülalın olması, lazımi enerji, qlükoza və müvafiq miqdarda elektrolit, vitamin və mikroelementin olması üçün.
DİQQƏT
1 – Baş beyin koması keçirən və ya ona meyilliyi olan pasiyentlərdə preparatın istifadəsi qadağandır.
2 – Ciddi böyrək çatışmazlığı və uremiyası olan xəstələrdə preparatın istifadəsi qadağandır.
3 – Amin turşusunun metabolik pozğunluğu olan pasiyentlərdə preparatın istifadəsi qadağandır.
4 – Venadaxili yeridilmə sürəti çox yavaş olmalıdır; əks halda ürəkbulanma, qusma, qızdırma, baş ağrısı baş verə bilər; trombotik flebitə də yol aça bilər.
5 – Əgər aşağıdakılardan biri baş verərsə, preparatı istifadə etməyin: bulanıqlıq, qapağın itməsi, flakonlarda cüzi çat və s.
6 – Preparatın tərkibində olan NaHSO3 bəzən allergik reaksiyalar törədə bilər.
Buraxılış forması
500 ml: 25 q (amin turşusunun ümumi miqdarı) və ya 250 ml:12,5 q (amin turşusunun ümumi miqdarı) məhlul, şüşə flakonda. Flakon rezin tıxacla kip bağlanmış və “flip off” qapaqla sıxılmışdır.
Şüşə flakon içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
30ºС temperaturdan yüksək olmayan, işıqdan qorunan, yaxşı bağlanmış konteynerdə və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Yararlılıq müddəti
3 il.
Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Resept əsasında buraxılır.
İstehsalçı
Cisen Pharmaceutical Co.Ltd., China.
Hai chuan Road, Jining High&New Tecnology Industries development Zone, Jining, Shandong Province, China.
Qeydiyyat vəsiqəsinin sahibi
Kratos Pharma İlaç Sanaye ve Ticaret A.Ş., Turkey.
Atakent Mah.221Sk.Rota Office A blok3/1 kapi17 Kucukcekmece İstanbul., Turkey.
Ən Son Məqalələr
Reseptlə satılır
Müştəri rəyləri
Rəy yazmaq üçün hesabınıza daxil olun.

Rəylər
Filtrləri təmizləBu məhsul üçün rəy yoxdur.