Ametazon 30 q məlhəm
| Təsiredici maddə | MOMETASONE |
|---|---|
| Dərman forması | Məlhəm |
| Farmakoloji təsir | Yerli istifadə üçün qlükokortikosteroid |
| İstehsal ölkəsi | Türkiyə |
Onlayn sifariş zamanı 5% endirim.
Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin
Endirim_5
7,00 ₼
Stokda var
Stokda var
-
Filialdan götürmək
Bu gün götürmək
Ödənişsiz
-
Kuryerlə çatdırılma
Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.
Ödənişli
-
Ekspress çatdırılma
Sürətli çatdırılma
Ödənişli
Ödəniş üsulları:
Məhsulun təsviri
AMETAZON 0,1% məlhəm
AMETAZON
Beynəlxalq patentləşdirilməmiş adı : Mometasone
Tərkibi
Təsiredici maddə: 1 q məlhəmin tərkibində 1 mq mometazon furoat vardır .
Köməkçi maddələr: heksilenqlikol, təmizlənmiş su, fosfat turşusu, propilenqlikol stearat, ağ mum, ağ vazelin.
Təsviri
Kənar qarışıqsız, qeyri-şəffaf, ağ və ya demək olar ki ağ rəngli məlhəmdir.
Farmakoterapevtik qrupu
Yerli istifadə üçün qlükokortikosteroid.
ATC kodu: D07AC13.
Farmakoloji xüsusiyyətləri
Farmakodinamikası
Mometazon-furoat iltihab və qaşınmaəleyhinə, antiekssudativ təsirə malik sintetik qlükokortikosteroiddir.
Qlükokortikosteroidlər lipokortin adlanan zülalların sintezini gücləndirərək fosfolipaza A2-ni inaktivləşdirir. Lipokortin iltihab mediatorlarları olan prostaqlandinlərin və leykotriyenlərin sələfi araxidon turşusunun sintezini pozur və bu iltihab meditorlarının biosintezini nəzarət altında saxlayır.
Farmakokinetikası
Mometazon furoatın dəridən absorbsiyası bir çox amillərdən, əsasən də preparatın tərkibinə daxil olan köməkçi maddələrdən və dərinin tamlığından asılıdır. 0,1%-li mometazon furoat məlhəminin yerli istifadəsindən sonra qan dövranına absorbsiyası minimaldır. Belə ki, 0,1%-li məlhəminin yerli istifadəsindən 8 saat sonra qan dövranına təsiredici maddənin absorbsiyası 0,7% təşkil edir. Eyni minimal absorbsiya kortikosteroidlərin losyon formasının istifadəsi zamanı baş verir. Dəridə iltihabı proses zamanı məlhəmin absorbsiyası artır. Aparılan tədqiqatlar göstərmişdir ki, psoriaz zamanı başın və bədənin dəri nahiyəsinə mometazon furoatın 0,1%-li losyon formasının 7 gün ərzində gündə 2 dəfə istifadəsi qanda kortizolun səviyyəsini dəyişmir yaxud bu dəyişikliklər cüzi miqdarda müşahidə olunur. Mometazon furoat dəridən absorbsiya olunduqdan sonra sistem kortikosteroidlər kimi farmakokinetik dəyişikliklərə uğrayır. Əsəsən qaraciyərdə metabolizmə uğrayır və böyrəklər vasitəsi ilə orqanizmdən xaric olunur.
İstifadəsinə göstərişlər
− Psoriaz.
− Atopik dermatit.
− Kortikosteroidlərlə müalicəyə müsbət cavab verən bütün dermatozlar.
Əks göstərişlər
Preparata qarşı yüksək həssaslıq.
Rozacea, akne vulqaris, dəri atrofiyası, perianal və genital qaşıntı, perioral dermatit, dərinin bakterial, parazitar, virus və göbələk infeksiyaları, bez dermatiti, su çiçəyi, vərəm, sifilis, postvaksinal reaksiyalar.
Yaralara və xoralara tətbiq olunmamalıdır.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Mometazon furoat yalnız dermatologiyada istifadə olunur, oftalmologiyada istifadə olunmur. İstifadə zamanı preparata qarşı həssaslıq yaranarsa, müalicəni dayandırmaq və həkimə müraciət etmək lazımdır.
Yerli istifadə zamanı qlükokortikoidlərin qan dövranına absorbsiyası nəticəsində, yaxud istifadəsi dayandırıldıqdan sonra hipotalamo-hipofizar sistemində və böyrəküstü vəzin fəaliyyətində geriyə dönən pozğunluqlar yarana bilər.
Qlükokortikosteroidlərin yerli istifadəsi zamanı qan dövranına absorbsiya nəticəsində Kuşinq sindromu, hiperqlikemiya, qlükozuriya yarana bilər.
Qlükokortikosteroidlərin dərinin geniş hissələrinə uzunmüddətli və okklüzion sarğı altında istifadəsi zamanı xəstələrdə hipotalamo-hipofizar sistemin və böyrəküstü vəzin fəaliyyəti daima nəzarət altında saxlanılmalıdır. Bu məqsədlə AKTH stimulyasiya testi aparılmalıdır, qanda kortizolun səhər səviyyəsi, sidikdə azad kortizolun miqdarı təyin olunmalıdır. Əgər hipotalamo-hipofizar sistemdə pozğunluqlar müşahidə olunarsa, preparatın istifadə arasındakı vaxt artırılmalıdır, yaxud preparatın istifadəsi dayandırılmalıdır. Qlükokortikosteroidlərin yerli istifadəsi dayandırıldıqdan dərhal sonra hipotalamohipofizar sistemin və böyrəküstü vəzin fəaliyyəti bərpa olunur. Nadir hallarda qlükokortikosteroid çatışmazlığı yarana bilər ki, bu zaman sistem təsirli qlükokortikosteroidlərin əlavə istifadəsi tələb olunur.
Preparatı üz, qolaltı və qasıq nahiyyəsinə istifadə etmək məsləhət görülmür.
Dəridə qıcıqlanma yaranarsa, mometazon furoatın istifadəsi dayandırılır və uyğun müalicə təyin olunur. Dəridə yanaşı infeksion proses inkişaf edərsə, bu zaman antibakterial, göbələkəleyhinə vasitələrdən istifadə olunur. Əgər qısa müddət ərzində infeksion proses aradan qaldırılmırsa, o zaman mometazon furoatın istifadəsi proses tamamilə aradan qaldırılana kimi dayandırılır. Mometazon furoatın istifadəsindən 2 həftə sonra klinik effektivlik müşahidə olunmursa, diaqnoz yenidən qiymətləndirilməlidir.
Pediatriyada istifadəsi: 2 yaşına kimi uşaqlarda mometazon furoatın istifadəsi tövsiyyə olunmur. Uşaqlarda dəri səthi sahəsinin bədən kütləsinə nisbəti daha yüksək olduğundan hipotalamo-hipofizar sistem və böyrəküstü vəz qlükokortikosteroidlərin istifadəsinə daha həssasdırlar. Buna görə də, uşaqlarda dəri səthinin 20% artıq hissəsinə qlükokortikoidlərin istifadəsi yaxud preparatın dayandırılması zamanı Kuşinq sindromu və hipotalamo-hipofizar sistemin pozğunluqları daha tez yaranır. Uşaqlarda qlükokortikostroidlərin istifadəsi zamanı dəridə atrofik dəyişikliklər yarana bilər. Mometazon furoat bez dermatitin müalicəsi zamanı istifadə olunmur.
Preparat nəqliyyat vasitələrini və potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsir göstərmir.
Xəstələr üçün məlumat
Xəstələr yerli qlükokortikosteroidlərin istifadəsindən əvvəl aşağıdakı məlumatla və preparatın istifadə qaydaları ilə tanış olmalıdırlar:
• Dərman preparatı həkimin təyinatına uyğun istifadə olunmalıdır. Yalnız yerli istifadə olunur. Gözə istifadə olunmur.
• Təyin olunan göstərişlərdən kənar digər pozğunluqlar zamanı istifadə olunmur.
• Həkimin təyinatı olmadan preparatın yerli istifadəsi zamanı okklüzion sarğı yaxud digər sarğılardan istifadə etmək olmaz.
• Yerli əlavə reaksiyalar müşahiə olunarsa həkimə müraciət edin.
• Uşaqlarda bez dermatinin müalicəsində istifadə olunmur.
• Həkim təyinatı olmadan preparatı üz, qolaltı və qasıq nahiyyəsinə istifadə etmək məsləhət görülmür.
• Digər kortikosteroidlər kimi preparatın istifadəsindən 2 həftə sonra yaxşılaşma müşahidə olunmursa həkimə müraciət edin.
• Həkim məsləhəti olmadan digər kortikosteroid tərkibli dərman preparatları ilə yanaşı istifadə etmək olmaz.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Digər preparatlardan istifadə etməzdən əvvəl həkimlə məsləhətləşmək lazımdır.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Hamiləlik kateqoriyası C-dir.
Hamiləlik və laktasiya dövründə preparatdan böyük dozalarda və uzun müddət istifadə etmək olmaz. Hamiləlik dövründə mometazon furoat ana üçün gözlənilən fayda, döl üçün gözlənilən potensial riskdən üstün olan hallarda istifadə olunur.
Laktasiya dövründə, qlükokortikosteroidlərin sistem istifadəsi zamanı qlükokortikosteroidlər ana südündə aşkar olunur və nəticə olaraq endogen kortikosteroidlərin sintezi pozulur. Qlükokortikosteroidlərin yerli istifadəsi zamanı ana südündə aşkar olunması haqqında kifayət qədər məlumat yoxdur. Məlhəm ana üçün gözlənilən fayda, döl üçün gözlənilən potensial riskdən üstün olan hallarda istifadə oluna bilər.
İstifadə qaydası və dozası
AMETAZON məlhəmini gündə 1 dəfə dərinin zədələnmiş səthinə nazik qatla sürtmək lazımdır.
AMETAZON məlhəmi 2 yaşdan yuxarı uşaqlarda eyni dozalanmada istifadə olunur. Müalicə müddəti 5 gündən çox olmamalıdır.
Əlavə təsirləri
Preparat nadir hallarda (xəstələrin 1%-də) dəridə səpgilər, ağrı, ödem, follikulit, allergik və psevdoallergik reaksiyalar (allergik vaskulit), hipopiqmentasiya, göynəmə, qaşınma və dərinin atrofiyasını törədə bilər. Bulanık görmə əmələ gələ bilər.
BU HALLAR MEYDANA ÇIXARSA, HƏKİMƏ MÜRACİƏT ETMƏK LAZIMDIR!
Doza həddinin aşılması
Doza həddi aşıldıqda simptomatik müalicə aparmaq lazımdır.
Buraxılış forması
30 q məlhəm, tubda. 1 tub içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Digər buraxılış formaları
AMETAZON 30 ml losyon polietilen flakonda. 1 flakon içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
25°C-dən yüksək olmayan temperaturda, quru, qaranlıq və uşaqların əli çatmayan yerdə, öz qutusunda saxlamaq lazımdır.
Yararlılıq müddəti
2 il.
Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Resept əsasında buraxılır.
İstehsalçı
BİLİM PHARMACEUTİCALS.
Gebze Organize Sanayi Bolgesi
1900 Sokak, № : 1904 41480
Gebze- Kocaeli/Turkey.
www.bilimpharma.com
Qeydiyyatın sahibi
BİLİM PHARMACEUTİCALS.
Bilim Plaza, Kaptanpasa Mah.
Zincirlikuyu Cad. №: 184.34440
Boyoglu-İstanbul Turkey.
www.bilimpharma.com
Ən Son Məqalələr
Reseptlə satılır
Müştəri rəyləri
Rəy yazmaq üçün hesabınıza daxil olun.

Rəylər
Filtrləri təmizləBu məhsul üçün rəy yoxdur.