Alzepil 5 mq N28 tablet
| Təsiredici maddə | DONEPEZIL |
|---|---|
| Resept | Reseptlə satılır |
| Dərman forması | Tablet |
| Farmakoloji təsir | Psixoanaleptiklər, demensiyanın müalicəsi üçün preparatlar, xolinesterazanın inhibitorları |
| İstehsal ölkəsi | Macarıstan |
Onlayn sifariş zamanı 5% endirim.
Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin
Endirim_5
16,00 ₼
Stokda var
Stokda var
-
Filialdan götürmək
Bu gün götürmək
Ödənişsiz
-
Kuryerlə çatdırılma
Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.
Ödənişli
-
Ekspress çatdırılma
Sürətli çatdırılma
Ödənişli
Ödəniş üsulları:
Məhsulun təsviri
ALZEPİL 5 mq; 10 mq örtüklü tabletlər
ALZEPIL
Beynəlxalq patentləşdirilməmiş adı: Donepezil hydrochloride
Tərkibi
Təsiredici maddə: 1 tabletin tərkibində 5 mq (5,21 mq donepezil hidroxlorid monohidrat şəklində) və ya 10 mq (10,42 mq donepezil hidroxlorid monohidrat şəklində) donepezil hidroxlorid vardır.
Köməkçi maddələr: mikrokristallik sellüloza, aşağı səviyyədə əvəzolunan hidroksipropilsellüloza (L-HPC B1), maqnezium stearat.
Örtük: ağ opadri Y-1-7000 (hipromelloza, titan dioksid (E 171), makroqol 400.
Təsviri
Alzepil 5 mq
Ağ və ya demək olar ki, ağ rəngli, dairəvi formalı, hər iki tərəfi qabarıq, qoxusuz və ya demək olar ki, qoxusuz örtüklü tabletlərdir. Tabletin bir tərəfində “E 381” yazsı vardır.
Alzepil 10 mq
Ağ və ya demək olar ki, ağ rəngli, dairəvi formalı, hər iki tərəfi qabarıq, qoxusuz və ya demək olar ki, qoxusuz örtüklü tabletlərdir. Tabletin bir tərəfində “E 382” yazsı vardır.
Farmakoterapevtik qrupu
Psixoanaleptiklər, demensiyanın müalicəsi üçün preparatlar, xolinesterazanın inhibitorları.
ATC kodu: N06DA02.
Farmakoloji xüsusiyyətləri
Təsir mexanizmi
Donepezil hidroxlorid – baş beynin əsas xolinesterazası olan asetilxolinesteraza fermentinin spesifik və geri dönən təsirli inhibitorudur. İn vitro şəraitdə aparılan eksperimentlərdə donepezil hidroxloridin həmin fermentə göstərdiyi inhibəedici effekt, əsasən mərkəzi sinir sisteminin hüdudlarından kənarda yerləşən butirilxolinesteraza fermentinə təsirindən 1000 dəfədən cox güclüdür.
İstifadəsinə göstərişlər
Alzepil yüngül və ya orta ağırlıq dərəcəli Alsheymer xəstəliyinin simptomatik müalicəsi üçün göstərişdir.
Əks göstərişlər
Alzepil anamnezində piperidon törəmələrinə və ya preparatın istənilən komponentinə qarşı hiperhəssaslığı olan pasiyentlərdə əks göstərişdir.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Ağır Alsheymer demensiyası, demensiyanın digər növləri və ya yaddaş pozğunluqları (məsələn, koqnitiv funksiyaların yaşla əlaqəli zəifləməsi) qeyd olunan pasiyentlərdə donepezilin effektivliyi müəyyən edilməmişdir.
Anesteziya
Alzepil preparatı xolinesteraza fermentinin inhibitorudur və bu səbəbdən, narkoz müddətində preparat, əzələlərin suksinilxolin relaksasiyasının güclənməsinə səbəb ola bilər.
Ürək-damar sistemində qeyd olunan pozğunluqlar
Farmakoloji təsirlərinə əsasən, xolinesteraza fermentinin inhibitorları ürək ritminin tezliyinə vaqotonik effektlər göstərə bilər (məsələn, bradikardiyanın meydana çıxmasına səbəb ola bilər). Sinus düyününün zəifliyi zamanı və ya ürəkdə supraventrikulyar keçiriciliyin digər pozğunluqları, məsələn, sinoatrial və ya atrioventrikulyar blokada qeyd olunduğu hallarda, həmin təsirin mümkünlüyü, xüsusilə nəzərə alınmalıdır.
Preparatın istifadəsi ilə əlaqəli bayğınlıqlar və ya qıcolma tutmaları barədə məlumatlar daxil olmuşdur. Həmin pasiyentlərin müayinəsi aparıldıqda, ürək blokadasının və ya sinus ritmindən uzunmüddətli fasilələrin mümkünlüyünü nəzərə almaq lazımdır.
Mədə-bağırsaq traktı funksiyalarında qeyd olunan pozğunluqlar
Xoraların əmələgəlmə simptomlarını vaxtında aşkar etmək məqsədi ilə, xoraların inkişaf etmə riskinin yüksəlməsi ilə üzləşən pasiyentlərin, məsələn, anamnezlərində xora xəstəliyi qeyd olunan və ya qeyri-steroid iltihabəleyhinə preparatların (QSİƏP) istifadəsi ilə eyni zamanda müalicə qəbul edən pasiyentlərin hərtərəfli müşahidəsi tələb olunur. Bununla belə, klinik sınaqlarda plasebo ilə müqayisədə, donepezilin istifadəsi ilə əlaqəli peptik xoraların və ya mədə-bağırsaq qanaxmalarının tezliyinin yüksəlməsi aşkar edilməmişdir.
Sidik-cinsiyyət sistemində qeyd olunan pozğunluqlar
Xolinomimetiklər sidik kisəsindən sidik axınının pozulmasına səbəb ola bilər, bununla belə, donepezilin klinik sınaqlarında göstərilən effektlər müşahidə olunmamışdır.
Nevroloji vəziyyətlər
Ehtimal edilir ki, xolinomimetiklər generalizəolunmuş qıcolma tutmalarının baş verməsini təhrik edə bilər. Lakin, qıcolma aktivliyi həmçinin, Alsheymer xəstəliyinin təzahürü də ola bilər. Xolinomimetiklər ekstrapiramid simptomların güclənməsinə və ya onların meydana çıxmasına səbəb ola bilər.
Bədxassəli neyroleptik sindrom (BNS)
Çox nadir hallarda hipertermiya (qızdırma), əzələ rigidliyi, vegetativ sinir sisteminin funksiyalarının pozğunluqları, şüurun dəyişməsi, qan zərdabında kreatininfosfokinaza fermentinin səviyyələrinin yüksəlməsi ilə xarakterizə olunan həyat üçün potensial təhlükəli olan sindrom – BNS inkişaf edə bilər. Əlavə simptomlara mioqlobinuriya (rabdomioliz) və kəskin böyrək çatışmazlığı aid ola bilər. Donepezilin istifadəsi ilə əlaqəli, xüsusilə, antipsixotik dərman preparatları ilə eyni zamanda müalicə qəbul edən pasiyentlərdə bədxassəli neyroleptik sindromun inkişaf etməsi barədə çox nadir məlumatlar mövcuddur.
Pasiyentdə BNS əlamətləri və simptomları inkişaf etdikdə və ya əlavə klinik təzahürlər olmadan izah edilməyən yüksək temperatur qeyd olunduğu halda, müalicə dayandırılmalıdır.
Ağciyər funksiyalarının pozğunluqları
Xolinesteraza fermentinin inhibitorları xolinomimetik təsirə malikdir və bu səbəbdən, anamnezlərində astma və ya ağciyərlərin obstruktiv xəstəlikləri qeyd olunan pasiyentlərə preparat ehtiyatla təyin edilməlidir.
Alzepil preparatının və asetilxolinesteraza fermentinin digər inhibitorlarının və eləcədə, xolinergik sistemin aqonistlərinin və ya antaqonistlərinin eyni zamanda istifadəsindən çəkinmək lazımdır.
Qaraciyər funksiyalarının ağır pozğunluqları
Qaraciyər funksiyalarının ağır pozğunluqları qeyd olunan pasiyentlərdə preparatın istifadəsi barədə heç bir məlumat yoxdur.
Damar mənşəli demensiyanın öyrənilməsi istiqamətində aparılan klinik tədqiqatlarda ölüm göstəricisi
NINDS-AIREN kriterilərinə müvafiq mümkün və ya ehtimal edilən damar mənşəli demensiya (DD) qeyd olunan pasiyentlərin iştirakı ilə 6 ay müddətində davam edən 3 klinik sınaq aparılmışdır. NINDS-AIREN kriteriləri Alsheymer xəstəliyindən əziyyət çəkən pasiyentləri istisna etmək və demensiyanın yalnız damar mənşəli ola biləcəyi pasiyentlərin aşkar edilməsi üçün işlənib hazırlanmışdır.
Birinci tədqiqatda ölüm hallarının baş vermə tezliyi donepezil hidroxloridi 5 mq dozada qəbul edən qrupda 2/198 (1 %), donepezil hidroxloridi 10 mq dozada qəbul edən qrupda 5/206 (2,4 %) və plasebodan istifadə edən qrupda 7/199 (3,5 %) olmuşdur. İkinci tədqiqatda ölüm hallarının baş vermə tezliyi donepezil hidroxloridi 5 mq dozada qəbul edən qrupda 4/208 (1,9 %), donepezil hidroxloridi 10 mq dozada qəbul edən qrupda 3/215 (1,4 %) və plasebodan istifadə edən qrupda 1/193 (0,5 %) olmuşdur. Üçüncü tədqiqatda ölüm hallarının baş vermə tezliyi donepezil hidroxloridi 5 mq dozada qəbul edən qrupda 11/648 (1,7 %) və plasebodan istifadə edən qrupda 0/326 (0 %) olmuşdur.
DD-nin öyrənilməsi istiqamətində aparılan hər 3 tədqiqatda plasebo qrupu (1,1) ilə müqayisədə, donepezil hidroxloriddən istifadə edən bütün qruplarda ölüm hallarının baş vermə tezliyi (1,7 %) miqdarca yüksək olmuşdur, lakin, bu fərqlər statistik dəqiq olmamışdır. Donepezil hidroxloriddən və ya plasebodan istifadə edən pasiyentlərdə ölüm hallarının əksəriyyəti, eyni zamanda damar zədələnmələri qeyd olunan yaşlı pasiyentlərin göstərilən populyasiyasında ehtimal edilən müxtəlif damar pozğunluqları nəticəsində baş vermişdir. Ölümün baş verməsinə səbəb olmayan və ölümlə nəticələnən ciddi damar pozğunluqlarının hamısının analizində, donepezil hidroxloriddən və plasebodan istifadə edən qruplarda onların baş vermə tezliyində fərqlər aşkar edilməmişdir.
Alsheymer xəstəliyinin (n=4146) öyrənilməsi istiqamətində aparılan tədqiqatların və eləcədə, damar mənşəli demensiyanın tədqiqatlarının əlavə edilməsi ilə Alsheymer xəstəliyinin tədiqatlarının (pasiyentlərin ümumi sayı 6888) ümumiləşdirilmiş materiallarında plasebo qrupunda ölüm göstəriciləri, donepezil hidroxloriddən istifadə edən qruplarda qeyd olunan eyni göstəricilərdən miqdarca çox olması göstərilmişdir.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
İnsan orqanizmində donepezil hidroxlorid və/və ya onun istənilən metabolitləri teofillinin, varfarinin, simetidinin və ya diqoksinin metabolziminə tormozlayıcı təsir göstərmir. Diqoksinlə və ya simetidinlə eyni zamanda istifadə edildikdə, donepezilin metabolizmi dəyişmir.
İn vitro şəraitdə aparılan tədqiqatlarda göstərilmişdir ki, donepezilin metabolizmində sitoxrom P450 sisteminin 3A4 izofermenti və daha az dərəcədə 2D6 izofermenti iştirak edir. Dərman preparatları ilə qarşılıqlı təsirlərin öyrənilməsi istiqamətində in vitro şəraitdə aparılan tədqiqatlarda göstərilmişdir ki, CYP3A4 və 2D6 izofermentlərinin inhibitorları – müvafiq olaraq, ketokonazol və xinidin – donepezilin metabolizmini tormozlayır. Bu səbəbdən, göstərilən preparatlar və CYP3A4 izofermentinin inhibitorlrı, məsələn, itrakonazol və eritromisin və eləcədə, CYP2D6 izofermentinin inhibitorları, məsələn, fluoksetin donepezilin metabolizmini tormozlaya bilər. Sağlam könüllülərin iştirakı ilə aparılan tədqiqatda ketokonazol, donepezilin konsentrasiyalarının təxminən 30 % yüksəlməsinə səbəb olmuşdur.
Fermentlərin induktorları, məsələn, rifampisin, fenitoin, karbamazepin və alkoqol donepezilin səviyyələrinin aşağı düşməsinə səbəb ola bilər. Göstərilən inhibəedici və ya induksiyaedici effektlərin genişlik göstəricilərinin qeyri-müəyyən olmasına baxmayaraq, qeyd olunan preparatların kombinasiyaları təyin edildikdə, ehtiyat tədbirlərinə riayət etmək lazımdır.
Donepezil hidroxlorid antixolinergik aktivliyə malik olan preparatlarla qarşılıqlı təsir göstərə bilər. Bundan əlavə, eyni zamanda istifadə edilən preparatlarla, məsələn, suksinilxolinlə, sinir-əzələ keçiriciliyinin digər blokatorları ilə və eləcə də xolinergik sistemin antaqonistləri ilə və ya ürəyin keçiricilik qabiliyyətinə təsir göstərən beta-blokatorlarla sinergetik təsir ehtimalı mövcuddur.
Uyuşmazlığı
Tətbiq edilə bilməz.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Hamiləlik dövrü
Hamilə qadınlarda donepezilin istifadəsi barədə kifayət qədər məlumat yoxdur.
Heyvanlar üzərində aparılan tədqiqatlarda preparatın teratogen effektləri aşkar edilməmişdir, lakin, peri- və postnatal toksiklik əlamətləri müşahidə olunmuşdur. İnsanlarda preparatın potensial riski məlum deyildir.
Hamiləlik dövründə mütləq zərurət yaranmadığı hallarda, Alzepil preparatı istifadə edilməməlidir.
Laktasiya dövrü
Siçovullarda donepezil ana südü ilə xaric olunur. İnsanlarda donepezilin ana südünə daxil olub-olmaması müəyyən edilməmişdir; hamilə qadınların iştirakı ilə heç bir tədqiqat aparılmamışdır. Bu səbəbdən, donepezildən istifadə edən qadınlar körpələrini ana südü ilə qidalandırmamalıdırlar.
Nəqliyyat vasitəsini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
Donepezil nəqliyyat idarə etmək və mexanizmlərlə işləmək qabiliyyətinə əhəmiyyətsiz və ya mülayim təsir edir.
Demensiya nəqliyyat vasitələrini idarə etmək və ya mexanizmlərlə işləmək qabiliyyətni pisləşdirə bilər. Bundan başqa donepezil yorğunluğa, başgicəllənməyə və əzələ spazmına səbəb ola bilər, xüsusilə kursun əvvəlində və ya dozanın artırılması zamanı. Həkim müntəzəm olaraq donepezil qəbul edən pasiyentin nəqliyyat vasitələrini və mürəkkəb mexanizmləri idarə etmək qabiliyyətini qiymətləndirməlidir.
İstifadə qaydası və dozası
Dozalanma rejimi
Böyüklər və yaşlı pasiyentlər
Müalicəni gündə 1 dəfə 5 mq dozanın istifadəsi ilə başlamaq lazımdır. Preparat daxilə, axşam yuxuya getməzdən əvvəl istifadə edilməlidir. Müalicəyə qarşı ən erkən klinik cavabların qiymətləndirilməsi və donepezilin tarazlıq konsentrasiyasının əldə edilməsi məqsədi ilə sutkalıq 5 mq dozanı 1 aydan az olmayan müddət ərzində istifadə etmək lazımdır. Preparatın sutkada 5 mq dozasının effektini bir ay müddətində klinik baxımdan qiymətləndirdikdən sonra, Alzepil preparatının dozasını sutkada bir dəfə 10 mq-a qədər artırmaq olar. Preparatın tövsiyə olunan maksimal sutkalıq dozası 10 mq təşkil edir. Klinik sınaqlarda preparatın sutkada 10 mq-dan yüksək dozaları tədqiq edilməmişdir.
Yuxarıda göstərilən dozalardan fərqli digər dozaların təyin edilməsi üçün zərurət yarandığı hallarda, digər preparatlardan istifadə etmək lazımdır.
Müalicə, Alsheymer demensiyasının diaqnostikasında və müalicəsində təcrübəyə malik olan həkimin nəzarəti altında başlanmalı və aparılmalıdır. Diaqnoz ümumi qəbul edilmiş tövsiyələrə, məsələn, DSM IV, BNO 10 tövsiyələrə əsasən təsdiq edilməlidir. Donepezil ilə müalicənin başlanması yalnız pasiyentə qulluq edə bilən və preparatın istifadəsinə müntəzəm nəzarət edən bilən şəxslər mövcud olduğu halda, mümkündür. Dəstəkləyici müalicə, pasiyentdə preparatın terapevtik effekti müşahidə olunana qədər davam etdirilməlidir. Bu səbəbdən, donepezilin klinik effektinin müntəzəm qiymətləndirilməsi aparılmalıdır. Terapevtik effekti müşahidə olunmadığı halda, preparatın istifadəsinin dayandırılmasının mümkünlüyünü nəzərdən keçirmək lazımdır. Donepezilə qarşı fərdi cavabın proqnozlaşdırılması mümkün deyildir.
Preparatın istifadəsi dayandırıldıqdan sonra, Alzepil preparatının müsbət effektinin tədricən zəifləməsi müşahidə olunur. Preparatın istifadəsi qəflətən dayandırıldığı halda, “qaytarma” effekti müşahidə olunmur.
Xüsusi pasiyent qrupları
Böyrək funksiyalarının pozğunluqları
Böyrək funksiyalarının pozulması donepezil hidroxloridin klirensinə heç bir təsir göstərmir və bu səbədən, böyrək funksiyalarının pozğunluqları qeyd olunan pasiyentlərdə müalicə sxeminin dəyişdirilməsi tələb olunmur.
Qaraciyər funksiyalarının pozğunluqları
Qaraciyər funksiyalarının yüngül və ya mülayim pozğunluqları zamanı preparatın sistem təsirinin ehtimal edilən yüksəlməsini nəzərə alaraq, dozaların artırılması, preparata qarşı fərdi tolerantlığın nəzərə alınması ilə həyata keçirilməlidir. Qaraciyər funksiyalarının ağır pozğunluqları qeyd olunan pasiyentlərdə preparatın istifadəsi barədə heç bir məlumat yoxdur.
Uşaqlar və 18 yaşa qədər yeniyetmələr
Uşaqlarda və yeniyetmələrdə Alzepil preparatının istifadəsi tövsiyə olunmur.
İstifadə qaydası
Preparat daxilə istifadə üçün nəzərdə tutulmuşdur.
Alzepil® preparatının tabletləri axşam, yuxuya getməzdən bilavasitə əvvəl qəbul edilməlidir.
Əlavə təsirləri
Ən çox rast gəlinən əlavə təsirlər diareya, əzələ spazmı, yorğunluq, qusma və yuxusuzluqdur.
Ayrı-ayrı hallarda baş verən əlavə təsirlərə nisbətən tez-tez rast gəlinən əlavə təsirlər aşağıda orqan sistemləri və tezliyi üzrə sadalanmışdır.
Başvermə tezliyindən asılı olaraq, onlar aşağıdakı kimi müəyyən edilir:
çox tez-tez (≥ 1/10);
tez-tez (≥ 1/100 – < 1/10);
bəzən (≥ 1/1000 – < 1/100);
nadir hallarda (≥ 1/10000 – < 1/1000);
çox nadir hallarda (< 1/10000);
məlum deyil (əldə olan məlumatlar görə tezliyi qiymətləndirmək mümkün deyil).
Orqanlar sistemi və sinfi / Çox tez-tez / Tez-tez / Bəzən / Nadir / Çox nadir
İnfeksion və parazitar xəstəliklər: Soyuqdəymə
Metabolizmdə və qidalanmada baş verən pozuntular: Anoreksiya
Psixikanın pozulması: Halüsinasiya**, Oyanıqlıq **, Aqresiv davranış**, Anormal yuxular və qorxulu yuxular**
Sinir sistemində baş verən pozuntular: Bayılma*, Başgicəllənmə, Yuxusuzluq, Qıcolma tutmaları*, Ekstrapiramid simptomlar, Bədxassəli neyroleptik sinrom
Ürək funksiyasında baş verən pozuntular: Bradikardiya, Sinoatrial blokada, Atrioventrikulyar blokada
Mədə-bağırsaq sistemində baş verən pozuntular: Diareya, Qusma, Qusma, Mədə pozuntusu, Mədə-bağırsaq sistemindən qanaxma. Mədə və onikibarmaq bağırsağın xorası. Hipersalivasiya
Qaraciyərdə və ödçıxarıcı yollarda baş verən pozuntular: Qaraciyər funksiyasının pozulması, o cümlədən, hepatit***
Dəridə və dərialtı toxumada baş verən pozuntular: Səpgi, Dəri qaşınması
Skelet-əzələ sistemində və birləşdirici toxumaa baş verən pozuntular: Əzələ spazmı, Rabdomioliz****
Böyrəklərdə və sidikçıxarıcı yollarda baş verən pozuntular: Sidik saxlamazlığı
Ümumi və yeridilmə nahiyəsində baş verən pozuntular: Başağrı, Yorğunluq, Ağrı
Laborator və instrumaental tədqiqatların nəticəsinə təsiri: Konsentrasiyasının və qan zərdabında kreatinkinazanın əhəmiyyətsiz dərəcədə yüksəlməsi
Travmalar, intoksikasiyalar və manipulyasiyanın ağırlaşması: Bədbəxt hadisə
*Bayılma və ya qıcolma tutması ilə pasiyentlərin müayinəsi zamanı ürək blokadasının və ya sinus ritmində uzun faziləninin mümkünlüyünü nəzərə almaq lazımdır.
**Məlumat verilən hallarda halüsinasiyanın, anormal yuxugörmlərin, qorxulu yuxuların, oyanıqlığın və aqressiv davranışın inkişafı preparatın dozasının azaldılmasından və ya ləğv edilməsindən sonra dayanmışdır.
***Qaraciyər funksiyasının müəyyən edilməmiş pozulması zamanı Alzepil preparatının ləğv edilməsinin mümkünlüyünü nəzərdən keçirilməlidir.
****Rabdomiolizin bədxassəli neyroleptik sindromdan asılı olmayaraq və qəbulun başlanması və ya donepezilin dozasının artması ilə əlaqədar dar müddət ərzində inkişaf edə bilməsi barədə məlumat verilmişdir.
Mümkün əlavə təsirlər barədə məlumatın verilməsi
Preparatın ehtimal edilən əlavə təsirləri barədə məlumatın verilməsi vacibdir, bu, dərman vasitəsinin fayda/risk nisbətinin fasiləsiz monitorinqinin aparılmasına imkan verir. Tibb işçiləri istənilən ehtimal edilən əlavə təsirlər barədə məlumatı içlik vərəqənin sonunda göstərilən ünvana, eləcə də, milli sistem vasitəsilə bildirməlidirlər.
Doza həddinin aşılması
Mövcud qiymətləndirilmələrə əsasən, donepezil hidroxloridi 1 dəfə daxilə yeritdikdən sonra, siçanlarda və siçovullarda letal dozanın orta göstəricisi müvafiq olaraq, 45 mq/kq və 32 mq/kq olmuşdur ki, bu da insan üçün 10 mq/kq maksimal tövsiyə olunan dozadan təxminən 225 dəfə və 160 dəfə yüksəkdir. Heyvanlarda xolinergik sistemin stimullaşdırılmasının dozadan asılı əlamətləri müşahidə olunmuşdur ki, bunlara da spontan hərəkətliliyin aşağı düşməsi, bədənin üzüqoylu vəziyyəti, səndələyən yeriş, göz yaşı axması, klonik qıcolmalar, tənəffüsün tormozlanması, ağız suyu ifrazının artması, mioz, fassikulyasiyalar və bədən səthi temperaturunun aşağı düşməsi aiddir.
Xolinesteraza fermentinin inhibitorlarının istifadəsi nəticəsində doza həddinin aşılması, şiddətli ürəkbulanma, qusma, ağız suyu ifrazının artması, tər ifrazının yüksəlməsi, bradikardiya, hipotenziya, tənəffüsün tormozlanması, kollaps və qıcolmalarla xarakterizə olunan xolinergik krizin inkişaf etməsinə gətirib çıxara bilər. Əzələ zəifliyinin güclənməsi qeyd oluna bilər ki, bu da tənəffüs əzələlərinin zədələnməsi zamanı ölümlə nəticələnə bilər.
Doza həddinin aşılması baş verdiyi bütün hallarda olduğu kimi, ümumi dəstəkləyici müalicə təyin edilməlidir. Alzepil preparatının istifadəsi nəticəsində doza həddinin aşılması baş verdiyi halda, antidot vasitə şəklində üçlü antixolinergik preparatlar, məsələn, atropin istifadə edilə bilər. Tələb olunan effektin əldə edilməsi üçün atropin sulfatın artan dozalarının vena daxilinə (v/d) yeridilməsi tövsiyə olunur: əvvəl v/d-ə 1-2 mq/kq yeridilir və bundan sonra, klinik cavabdan asılı olaraq, preparatın əlavə dozaları təyin edilir. Digər xolinomimetik preparatları dördlü antixolinergik preparatlarla, məsələn qlikopirrolatla eyni zamanda istifadə etdikdə, arterial təzyiqin və ürək yığılmaları tezliyinin qeyri-tipik reaksiyaları qeydə alınmışdır. Donepezil hidroxloridin və/və ya onun metabolitlərinin dializ (hemodializ, peritoneal dializ və ya hemofiltrasiya) vasitəsi ilə xaricolmasının mümkünlüyü məlum deyildir.
Buraxılış forması
14 tablet, PVX/PVXD/alüminium örtüklü blisterdə 2 və ya 4 blister, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
30ºС temperaturdan yüksək olmayan və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Utilizasiyası və qalıqların məhv edilməsi zamanı ehtiyat tədbirləri
Xüsusi tələb yoxdur.
Preparatın istənilən miqdarda istifadə edilməyən miqdarı və qalığı müvafiq yerli tələblər üzrə utilizasiya edilməlidir.
Yararlılıq müddəti
5 il.
Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Son yararlılıq tarixi qeyd edilən ayın axırıncı günü hesab edilir.
Aptekdən buraxılma şərti
Resept əsasında buraxılır.
İstehsalçı
EGIS Pharmaceuticals PLC, Hungary.
Bökenföldi ut, 118-120, Budapest, 1165, Macarıstan.
Qeydiyyat vəsiqəsinin sahibi
EGIS Pharmaceuticals PLC, Hungary.
1106 Budapest, Kereszturi ut 30-38, Macarıstan.
Ən Son Məqalələr
Reseptlə satılır
Müştəri rəyləri
Rəy yazmaq üçün hesabınıza daxil olun.

Rəylər
Filtrləri təmizləBu məhsul üçün rəy yoxdur.