Alzancer 5 mq N28 tablet
| Təsiredici maddə | DONEPEZIL |
|---|---|
| Resept | Reseptlə satılır |
| Dərman forması | Tablet |
| Farmakoloji təsir | Demensiyaəleyhinə preparatlar. Antixolinesterazalar |
| İstehsal ölkəsi | Türkiyə |
Onlayn sifariş zamanı 5% endirim.
Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin
Endirim_5
14,59 ₼
Stokda var
Stokda var
-
Filialdan götürmək
Bu gün götürmək
Ödənişsiz
-
Kuryerlə çatdırılma
Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.
Ödənişli
-
Ekspress çatdırılma
Sürətli çatdırılma
Ödənişli
Ödəniş üsulları:
Məhsulun təsviri
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
ALZANSER İZİTAB 5 mq və 10 mq ağız boşluğunda həll olan tabletlər ALZANCER EASYTAB Beynəlxalq patentləşdirilməmiş adı: Donepezil hydrochloride
Tərkibi
Təsiredici maddə: 1 tabletin tərkibində 5 mq və ya 10 mq donepezil hidroxlorid vardır. Köməkçi maddələr: farmaburst Cl (mannitol, sorbitol, krospovidon, kolloidal silisium), prosolv SMCC HD 90 (mikrokristallik sellüloza, kolloidal silisium dioksid), kollidon CL, natrium metabisulfid, kolloidal silisium dioksid, aspartam, kollidon CL-F, natrium stearil fumarat, maqnezium stearat.
Təsviri
Alzanser İziTab 5 mq ağ rəngli, yumru formalı, bir tərəfində «ALZ», digər tərəfində «5» rəqəmi həkk olunmuş ağız boşluğunda həll olan tabletlərdir. Alzanser İziTab 10 mq ağ rəngli, yumru formalı, bir tərəfində «ALZ», digər tərəfində «10» rəqəmi həkk olunmuş ağız boşluğunda həll olan tabletlərdir.
Farmakoterapevtik qrupu
Demensiyaəleyhinə preparatlar. Antixolinesterazalar. ATC kodu: N06DA02.
Farmakoloji xüsusiyyətləri
Farmakodinamikası Təsir məxanizmi Donepezil hidroxlorid baş beyində əsas xolinesteraza olan asetilxolinesterazanın spesifik və geri dönən inhibitorudur. Əsasən mərkəzi sinir sistemi xaricində olan butirilxolinesteraza fermenti ilə müqayisədə, donepezil hidroxlorid in vitro olaraq bu fermentin 1000 qat daha güclü bir inhibitorudur. Farmakokinetikası Absorbsiyası Maksimal plazma səviyyəsinə peroral qəbulundan təxminən 3-4 saat sonra çatır. Plazma konsentrasiyaları və əyri altında olan sahə dozaya uyğun olaraq düz mütənasib artır. Terminal yarımxaricolma dövrü təxminən 70 saat təşkil edir, buna görə də bir neçə gün ərzində təkrar olaraq birdəfəlik dozaların qəbulu tədricən stabil tarazlıq vəziyyətinə çatmasına gətirib çıxarır. Təxmini stabil tarazlıq vəziyyəti müalicənin başlamasından 3 həftə sonra əldə olunur. Stabil tarazlıq vəziyyəti yarandıqdan sonra plazmada donepezil hidroxloridin konsentrasiyası və onunla əlaqəli olan farmakodinamik təsirlər gün ərzində cüzi olaraq dəyişə bilər. Qida qəbulu donepezil hidroxloridin absorbsiyasına təsir etmir. Paylanması Donepezil hidroxloridin təxminən 95 % insan plazma zülalları ilə birləşir. Fəal metabolit olan 6-O-desmetildonepezilin zülallar ilə birləşməsi məlum deyil. Donepezil hidroxloridin orqanizmin müxtəlif toxumalarında paylanması tam olaraq tədqiq olunmamışdır. Lakin, sağlam könüllü olan kişilər üzərində aparılmış çəki balansı tədqiqatında C-nişanlı donepezil hidroxloridin birdəfəlik 5 mq-lıq dozada qəbul edilməsindən 240 saat sonra, təxminən nişanlı maddənin 28 %-i bərpa olunmamış vəziyyətdə saxlanılırdı. Bu, onu göstərir ki, donepezil hidroxlorid və/və ya onun metabolitləri orqanizmdə 10 gündən artıq müddətdə saxlanıla bilərlər. Metabolizm/Eliminasiyası Donepezil hidroxlorid orqanizmdən dəyişilməmiş halda sidiklə xaric olunur və P450 sitoxrom sistemi vasitəsi ilə müxtəlif, bir çoxunun müəyyən edilmədiyi metabolitlərə qədər maddələr mübadiləsinə uğrayır. C-nişanlı donepezil hidroxloridin birdəfəlik 5 mq-lıq dozada qəbul edilməsindən sonra qəbul edilmiş dozanın plazmada faizlə ifadə olunmuş radioaktivliyi əsasən dəyişilməmiş donepezil hidroxlorid (30 %), 6-O-desmetildonepezil (11 % – donepezil hidroxlorid kimi təsirə malik olan yeganə metabolitdir), donepezil-sis-N-oksid (9 %), 5-O- desmetildonepezil (7 %) və 5-O-desmetildonepezilin qlükuronid konyuqatı (3 %) təşkil etmişdir. Ümumi daxil olunmuş radioaktiv maddənin təxminən 57 %-i sidiklə (17 % dəyişməmiş donepezil şəklində), 14,5 % isə nəcis vasitəsilə xaric olunmuşdur, bu isə öz növbəsində biotransformasiya və eliminasiyanın əsas yolu kimi sidiklə xaric olunmasını nümayiş etdirmişdir. Donepezil hidroxlorid və/və ya onun hər hansı bir metabolitinin enterohepatik (nazik bağırsaq- qaraciyər) resirkulyasiyasına məruz qalmasını göstərən heç bir sübut yoxdur. Donepezilin plazmada konsentrasiyası təxminən 70 saatlıq yarım parçalanma dövrü ilə azalır. Cins, irq və anamnezdə siqaret çəkmənin plazmada donepezil hidroxloridin konsentrasiyasına heç bir klinik əhəmiyyətli təsiri yoxdur. Donepezilin farmakokinetikası sağlam yaşlı və ya Altsheymer xəstəliyi və damar demensiyası olan xəstələrdə rəsmi olaraq tədqiq edilməmişdir. Lakin, xəstələrdə orta plazma səviyyəsi gənc sağlam könüllülərdə olduğu kimi idi. Yüngül və orta dərəcədə qaraciyər çatışmazlığı olan xəstələrdə donepezil konsentrasiyaları sabit vəziyyətdə yüksək olmuşdur; orta hesabla AUC (əyri altında olan sahə) 48 % və orta hesabla C 39 %-dir.max
İstifadəsinə göstərişlər
Alzanser İziTab Altsheymer tipli yüngül dərəcəli və orta ağır dərəcəli demensiyanın simptomatik müalicəsi üçün göstərişdir.
Əks göstərişlər
Alzanser İziTab donepezil hidroxlorid, piperidin törəmələri və ya dərman vasitəsinin hər hansı bir köməkçi maddələrinə qarşı hiperhəssaslıq olan xəstələrə əks göstərişdir.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Ağır dərəcəli demensiya, demensiyanın digər növləri və ya yaddaş pozulmasının digər növləri (məsələn, yaşla əlaqəli olan idrak qabiliyyətinin zəifləməsi) olan xəstələrdə donepezilin istifadə edilməsi tədqiq edilməmişdir. Anesteziya Alzanser İziTab, xolinesterazanın bir inhibitoru kimi, böyük ehtimalla anesteziya zamanı əzələlərinin suksinilxolin tipli boşalmasını daha da artırır. Ürək-damar sistemi tərəfindən pozuntular Farmakoloji təsirinə görə xolinesterazanın inhibitorları ürək yığılmalarının tezliyinə (məsələn, bradikardiya) vaqotonik təsir göstərə bilər. Bu fəaliyyətin potensialı “xəstə sinus sindromu” və ya sinoatrial ya atrioventrikulyar blokada kimi ürək keçiriciliyinin digər supraventrikulyar vəziyyətləri olan xəstələr üçün xüsusilə vacib ola bilər. Huşunu itirmə və qıcolmalar barədə məlumatlar qeyd olunmuşdur. Bu xəstələrin tədqiqi zamanı ürəyin blokadası və ya uzun sinus fasilərləri nəzərə alınmalıdır. Mədə-bağırsaq sistemi tərəfindən pozuntular Xora xəstəliyinin yüksək yaranma riski olan xəstələr, məsələn, xora xəstəliyi olanlar və ya qeyri- steroid iltihab əleyhinə preparatlar (QSİƏP) qəbul edən xəstələrdə simptomların mövcudluğuna nəzarət edilməlidir. Lakin, buna baxmayaraq, donepezil ilə klinik tədqiqatlar xora xəstəliyinin yayılması və ya mədə- bağırsaq qanaxması zamanı plasebo ilə müqayisədə artmasını nümayiş etdirməmişdilər. Sidik-cinsiyyət sistemi tərəfindən pozuntular Donepezilin istifadəsi ilə klinik tədqiqatlarda müşahidə olunmamasına baxmayaraq, xolinomimetiklər sidik kisəsinin obstruksiyasına səbəb ola bilərlər. Nevroloji pozuntular Qıcolmalar Güman edilir ki, xolinomimetiklər generalizə olunmuş qıcolmalara səbəb ola bilən bəzi potensiala malikdirlər. Lakin buna baxmayaraq, qıcolmaların yaranmasında Alsheymer xəstəliyinin də təzahürü ola bilər. Xolinomimetiklər ekstrapiramidal simptomları yarada və artıra bilərlər. Ağciyərlər tərəfindən pozuntular Xolinomimetik təsirləri səbəbindən xolinesterazanın inhibitorları anamnezdə astma və ya obstruktiv ağciyər xəstəliyi olan xəstələrə ehtiyatla təyin edilməlidir. Alzanser İziTab-ın digər asetilxolinesteraza inhibitorları, aqonistlər və ya xolinergik sisteminin antaqonistləri ilə eyni vaxtda qəbul edilməsindən qaçınmaq lazımdır. Ağır qaraciyər çatışmazlığı Ağır qaraciyər çatışmazlığı olan xəstələrdə istifadəsi barəsində heç bir məlumat yoxdur. Aspartam Alzanser İziTab-ın tərkibində fenilalaninin mənbəyi olan aspartam vardır. Fenilketonuriyalı xəstələr üçün zərərli ola bilər.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Donepezil hidroxlorid və/və ya onun hər hansı bir metaboliti insanlarda teofillinin, varfarinin, simetidinin və ya diqoksinin metabolizminə inhibəedici təsir göstərmir. Donepezil hidroxlorid diqoksin və ya simetidin ilə eyni zamanda qəbul olunduqda metabolizmə təsir etmir. In vitro, tədqiqatlar göstərmişdir ki, P450 sitoxromun 3A4 izoenzimi və az dərəcədə 2D6 sitoxromunun izofermentləri donepezilin metabolizmində iştirak edir. Dərman vasitələri ilə, in vitro, keçirilmiş qarşılıqlı təsirə dair tədqiqatlar onu göstərmişdir ki, ketokonazol və xinidin, CYP3A4 və 2D6 inhibitorları, müvafiq olaraq, donepezilin maddələr mübadiləsini inhibə edir. Buna görə, bu və itrakonazol və eritromisin kimi CYP3A4 digər inhibitorları və fluoksetin kimi, CYP2D6 inhibitorları, donepezilin maddələr mübadiləsinə inhibəedici təsir göstərə bilər. Sağlam könüllülər üzərində aparılmış bir tədqiqatda ketokonazol donepezilin orta konsentrasiyasını təxminən 30 % artırmışdır. Rifampisin, fenitoin, karbamazepin kimi ferment induktorları və alkoqol donepezil səviyyəsini azalda bilərlər. İnhibə və induksiya edən təsirin həcmi məlum olmadığından belə dərman vasitələrinin kombinasiyaları ehtiyatla istifadə olunmalıdır. Donepezil hidroxlorid antixolinergik təsiri olan dərmanlara təsir göstərə bilər. Eyni zamanda ürəyin keçiriciliyinə təsir göstərən suksinilxolin tipli dərman vasitələri, sinir-əzələ keçiriciliyini bloka- daya alan digər vasitələr və ya xolinergik aqonistlər və ya beta-blokator dərman preparatları sinergik təsir gücləndirə bilər.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Hamiləlik Hamilə qadınlarda donepezilin istifadəsi haqqında məlumat yoxdur. Heyvanlar üzərində aparılmış tədqiqatlarda teratogen təsir aşkar edilməmişdir, lakin, peri- və postnatal toksik təsirinin olması müşahidə edilmişdir. İnsanlar üçün potensial riski məlum deyil. Alzanser İziTab-ın istifadəsi vacib olmadığı halda hamiləlik dövründə onun istifadəsi tövsiyə olunmur. Laktasiya Siçovullarda donepezil süd ilə ifraz olunur. Donepezil hidroxloridin insan südünə nüfuz etməsi məlum deyil və laktasiya dövründə olan qadınların iştirakı ilə tədqiqat aparılmamışdır. Buna görə də donepezil qəbul edən qadınlar uşaqlarını ana südü ilə qidalandırmamalıdırlar. Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri Donepezil avtonəqliyyatdan və digər potensial təhlükəli mexanizmlərdən idarə və ya istifadə etmək qabiliyyətinə yüngül və ya orta dərəcədə təsir göstərir. Demensiya sürücülük qabiliyyətinin pozulmasına gətirib çıxara bilər və mexanizmlərdən istifadə etmək qabiliyyəti üçün təhlükəli ola bilər. Bundan başqa, donepezil ilə müalicəyə başlanma və dozanın artırılması zamanı yorğunluq, başgicəllənmə və əzələ spazmı müşahidə oluna bilər. Müalicə həkimi mütəmadi olaraq donepezil qəbul edən xəstələrin kompleks mexanizmlərdən idarə etmək və ya istifadə etmək qabiliyyətini qiymətləndirməlidir.
İstifadə qaydası və dozası
Dozalanma Böyüklər/Yaşlılar Müalicə kursu gündə 5 mq-dan başlayır (gündə bir dəfə qəbul edilməlidir). Alzanser İziTab axşam yatmazdan əvvəl peroral olaraq qəbul edilməlidir. Tablet dilin üzərinə yerləşdirilməli və xəstənin seçiminə əsasən su ilə və ya susuz udulmadan əvvəl parçalanmasına şərait yaradılmalıdır. Gündə 5 mq dozanın qəbulu ən azı bir ay ərzində davam etdirilməlidir ki, müalicəyə qarşı erkən klinik cavab qiymətləndirilə bilinsin və donepezil hidroxloridinin sabit konsentrasiyalarına çatmasına nail olunsun. 5 mq/gün dozada bir aylıq klinik müalicə kursu qiymətləndirildikdən sonra, Alzanser İziTab-ın dozası gündə 10 mq-a kimi (gündə bir dəfə qəbul edilməlidir) artırıla bilər. Maksimal tövsiyə olunan gündəlik doza 10 mq-dır. Klinik tədqiqatlarda gündə 10 mq-dan çox olan dozalar tədqiq edilməmişdir. Müalicə Alsheymer demensiyasının diaqnostikası və müalicəsində təcrübəsi olan bir həkim tərəfindən başlamalı və nəzarət edilməlidir. Diaqnoz qəbul olunmuş tövsiyələrə uyğun olaraq təsdiqlənməlidir (məsələn, DSM IV, ICD 10). Donepezil ilə aparılan müalicə yalnız o halda başlamalıdır ki, xəstə tərəfindən dərman qəbul edilməsinə mütəmadi olaraq nəzarəti həyata keçirən bir nəzarətçi mövcud olsun. Dəstəkləyici müalicə xəstə üçün terapevtik fayda olduğu müddətə kimi davam etdirilə bilər. Buna görə donepezilin kliniki faydası müntəzəm olaraq nəzərdən keçirilməlidir. Terapevtik təsirin artıq müşahidə olmadığı halda müalicənin dayandırılması dəyərləndirilməlidir. Donepezilə fərdi cavab təxmin edilə bilməz. Müalicənin kəsilməsindən sonra Alzanser İziTab-ın faydalı təsirinin tədricən azalması müşahidə olunur. Böyrək və qaraciyər çatışmazlığı Böyrək çatışmazlığı zamanı donepezil hidroxloridin klirensi pozulmadığı üçün böyrək çatışmazlığı ilə xəstələrdə qəbul olunan dozalanma cədvəli ilə müalicə davam etdirilə bilər. Yüngül və ya orta dərəcəli qaraciyər çatışmazlığının artmasının mümkünlüyü səbəbindən dozanın artırılması fərdi dözümlülüyə uyğun olaraq həyata keçirilməlidir. Ağır qaraciyər çatışmazlığı olan xəstələrdə istifadəsi barədə məlumat yoxdur. Uşaqlar Uşaqlarda Alzanser İziTab-ın istifadəsi tövsiyə olunmur (18 yaşdan aşağı).
Əlavə təsirləri
Ən çox rast gələn əlavə təsirlərə diareya, əzələ qıcolmaları, yorğunluq, ürəkbulanma, qusma və yuxusuzluq daxildir. Daha çox təcrid olunmuş hadisə kimi təsvir olunan əlavə təsirlər orqan sisteminə və rastgəlmə tezliyinə görə aşağıda göstərilmişdir. Rastgəlmə tezliyi çox tez-tez (≥ 1/10), tez-tez (≥ 1/100-dən < 1/10-dək); bəzən (≥ 1/1000-dən < 1/100-dək); nadir (≥ 1/10000-dən < 1/1000-dək); çox nadir (≤ 1/10000) və naməlum (mövcud olan məlumatlara görə təyin oluna bilmir) kimi müəyyən edilir. İnfeksiyalar və invaziyalarr Tez-tez: soyuqdəymə. Metabolizm və qidalanmada baş verən pozğunluqlar Geniş yayılmış: anoreksiya. Psixi pozğunluqlar Tez-tez: hallüsinasiyalar **, təşviş**, aqressiv davranış **, qeyri-normal yuxu görmələr və qarabasmalar **. Sinir sistemində baş verən pozğunluqlar Tez-tez: bayılma*, başgicəllənmə, yuxusuzluq. Bəzən: qıcolmalar*. Nadir: ekstrapiramid əlamətlər. Ürəkdə baş verən pozğunluqlar Bəzən: bradikardiya. Nadir: sinoatrial blokada, atrioventrikulyar blokada. Mədə-bağırsaq traktında baş verən pozğunluqlar Çox tez-tez: diareya, ürəkbulanma. Tez-tez: qusma, abdominal nahiyədə diskomfort. Bəzən: mədə-bağırsaq qanaxması, mədə və onikibarmaq bağırsağın xorası. Qaraciyər-öd pozğunluqları Nadir: qaraciyər funksiyasının pozulması, hepatit də daxil olmaqla ***. Dəri və dərialtı toxumada baş verən pozğunluqlar Tez-tez: səpgi, qaşınma. Əzələ-skelet, birləşdirici toxuma və sümük sistemində baş verən pozğunluqlar Tez-tez: əzələlərdə qıcolmalar. Böyrək və sidik ifrazat sistemində baş verən pozğunluqlar Tez-tez: sidiyin saxlanmazlığı (sidik qaçırma). Ümumi pozğunluqlar Çox tez-tez: baş ağrısı. Tez-tez: yorğunluq, ağrı. Laborator müayinələr Bəzən: əzələ kreatinkinaza konsentrasiyasının zərdabda səviyyəsinin cüzi yüksəlməsi. Xəsarət alma və zəhərlənmə Tez-tez: bədbəxt hadisə. * Tədqiq olunan xəstələrdə sinkope və qıcolmalara görə ürəyin blokadası və ya uzun sinus pauzasının mümkünlüyü nəzərə alınmalıdır. **Hallüsinasiyalar, qeyri-normal yuxular, kabuslar, narahatlıq və aqressiv davranışlar haqqında qeydlər dozanın azaldılması və ya müalicənin dayandırılması ilə həll olunurdular. *** Qeyri-müəyyənləşdirilmiş qaraciyər çatışmazlığı hallarında Alzanser İziTab-la müalicəni dayandırmaq lazımdır. DƏRMAN QƏBULU ZAMANI GÖZLƏNİLMƏZ ƏLAVƏ TƏSİRLƏR YARANDIQDA HƏKİMİNİZƏ MÜRACİƏT EDİN!
Doza həddinin aşılması
Siçan və siçovullarda daxil edilmiş birdəfəlik peroral dozadan sonra donepezil hidroxloridin ölümcül dozasının orta göstəriciləri müvafiq olaraq 45 və 32 mq/kq və ya insanlar üçün tövsiyə olunan maksimal gündəlik 10 mq-lıq dozadan təxminən 225 və 160 dəfə artıq olmuşdur. Dozadan asılı xolinergik stimullaşdırılmanın əlamətləri heyvanlarda müşahidə olunmuşdur və bunlara zəifləmiş spontan hərəkət, uzanmış vəziyyət, qeyri-düzgün yeriş, gözün sulanması, klonik tutmalar, tənəffüsün depressiyası, salivasiya, mioz, fassikulyasiya (əzələlərin öz-özünə yığılması) və bədən səthinin aşağı temperaturu daxil olunmuşdur. Xolinesteraza inhibitorların doza həddinin aşılması ağır dərəcədə ürəkbulanma, qusma, salivasiya, tərləmə, bradikardiya, hipotenziya, tənəffüs depressiyası, kollaps və tutmalarla xarakterizə olan xolinergik krizə gətirib çıxara bilər. Əzələ zəifliyinin artması mümkündür və tənəffüs əzələlərinin zəifləməsinin də daxil olması ölümə səbəb ola bilər. Doza həddinin aşılması hallarında olduğu kimi, ümumi dəstəkləyici tədbirlərdən istifadə olunmalıdır. Atropin kimi üçüncülü antixolinergik vasitələr Alzanser İziTab-ın doza həddinin aşılması zamanı antidot kimi istifadə edilə bilər. Vena daxilinə yeridilərək atropin sulfatın təsirinin müşahidə olunmasına qədər dozanın titrlənməsi tövsiyə olunur: 1,0-2,0 mq vena daxilinə ilkin doza və sonrakı dozalar kliniki cavaba əsaslanır. Qlikopirrolat kimi dördüncülü antixolinergik vasitələrlə digər xolinomimetiklərin eyni zamanda qəbulu, qan təzyiqində və ürək döyüntüsündə atipik cavabların yaranması ilə nəticələnmişdir. Donepezil hidroxlorid və/və ya onun metabolitlərinin dializlə (hemodializ, peritoneal dializ və ya hemofiltrasiya) xaric olunması məlum deyil. Buraxılış formaları Alzanser İziTab 5 mq ağız boşluğunda həll olan 28 tablet PVX/OPA/Al/PVDX-Al blisterdə. 7 tabletlik 4 blister içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır. Alzanser İziTab 10 mq ağız boşluğunda həll olan 28 tablet PVX/OPA/Al/PVDX-Al blisterdə. 7 tabletlik 4 blister içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
25 ˚C-dən aşağı temperaturda, qaranlıq və uşaqların əli çatmayan yerdə orijinal qutusunda saxlamaq lazımdır.
Yararlılıq müddəti
2 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Resept əsasında buraxılır.
İstehsalçı
NOBEL İLAÇ SANAYİİ VE TİCARET A.Ş. Sancaklar 81100 Düzce/Türkiye. Lisenziya sahibi NOBEL İLAÇ SANAYİİ VE TİCARET A.Ş. Ümraniye 34768 İstanbul/Türkiye.

