Aldrop 10 mq 20 ml damcı
| Təsiredici maddə | CETIRIZINE DIHYDROCHLORIDE |
|---|---|
| Dərman forması | Damcı |
| Farmakoloji təsir | Allergiya əleyhinə dərman vasitəsidir. H1-histamin reseptorlarının blokatorudur |
| İstehsal ölkəsi | Türkiyə |
Onlayn sifariş zamanı 5% endirim.
Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin
Endirim_5
6,88 ₼
Stokda var
Stokda var
-
Filialdan götürmək
Bu gün götürmək
Ödənişsiz
-
Kuryerlə çatdırılma
Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.
Ödənişli
-
Ekspress çatdırılma
Sürətli çatdırılma
Ödənişli
Ödəniş üsulları:
Məhsulun təsviri
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
Beynəlxalq patentləşdirilməmiş adı: Cetirizine
Tərkibi
Təsiredici maddə: 1 ml məhlulun tərkibində 10 mq setirizin-dihidroxlorid vardır. Köməkçi maddələr: qliserin, propilenqlikol, natrium saxarin, metilparaben, propilparaben, natrium asetat, sirkə turşusu və təmizlənmiş su.
Təsviri
Rəngsiz, şəffaf məhluldur.
Farmakoterapevtik qrupu
Allergiya əleyhinə dərman vasitəsidir. H1-histamin reseptorlarının blokatorudur. ATC kodu: R06AE07.
Farmakoloji xüsusiyyətləri
Farmakodinamikası Setirizin periferik H1- histamin reseptorlarının yüksək selektivliyə malik blokatorudur. Farmakoloji aktiv dozada hematoensefalik baryerdən keçmədiyindən sedativ və xolinergik effekt göstərmir. Setirizin ekzogen histamini seçici olaraq fizioloji və patofizioloji effektini inhibə edərək, kapilyarların genişlənməsini və yüksək keçiriciliyini (ödemin yaranması, övrə, qızartı), o cümlədən həssas sinir uclarının stimulyasiyasını (qaşınma, ağrı), tənəffüs yollarının, mədə-bağırsaq traktının saya əzələlərinin yığılmasını təmin edir. Setirizin allergiyanın histamindən asılı “ilkin” fazasını tormozlayır (antihistamin təsir) və eozinofillərin miqrasiyasını zəiflədir (allergiya əleyhinə təsir). Spesifik allergenlərin törətdiyi bronxial astma və allergik reaksiyalar zamanı setirizin xəstələrdə bronxların histaminə qarşı hiperaktivliyini zəiflədir. Farmakokinetikası Preparatı qəbul etdikdən 1 saat sonra setirizin qanda maksimal konsentrasiyaya çatır. Yarımparçalanma dövrü 11 saat təşkil edir; 6 – 12 yaşlı uşaqlarda bu göstərici 6 saatdır. Həm böyüklərdə, həm də uşaqlarda qəbul olunan dozanın 2/3 hissəsi böyrəklər vasitəsi ilə xaric edilir. Uşaqlarda plazma klirensi böyüklərə nisbətən yüksək olsa da eliminasiya eynidir. Setirizin plazma zülalları ilə birləşir.
İstifadəsinə göstərişlər
• Ot qızdırması – pollinoz (mövsümi allergik rinit və konyuktivitlər); • Xroniki allergik rinit; • Allergik qaşınma; • Xroniki urtikariyalar (övrə).
Əks göstərişlər
• Preparatın komponentlərinə qarşı fərdi həssaslıq. • Hamiləlik və laktasiya dövrü. • Qalaktozaya tolerantlığın pozulması ilə müşayiət olunan nadir irsi patologiyalarda, yaxud qlükoza-qalaktoza malabsorbsiyası olan xəstələrdə istifadəsi. • Kreatinin klirensi 10 ml/dəq-dən az olan ağır dərəcəli böyrək çatışmazlığı.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Böyrək çatışmazlığı olan xəstələrə gündəlik dozanı yarıya qədər azaltmaq lazımdır. Sidik ləngiməsinə və qıcolmaya meylli xəstələrdə ehtiyatla istifadə edilməlidir.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Setirizin digər preparatlarla qarşılıqlı təsirdə olmur. Diazepam və Simetidinlə birgə istifadəsi əks göstəriş deyil. Setirizin terapevtik dozada qəbul edildikdə (qanda 0,8 q/l) alkoqolun təsirini gücləndirmir. Setirizin ilə birlikdə sedativ preparatların qəbulu zamanı diqqətli olmaq lazımdır. Nəqliyyat vasitələrini və potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri Setirizin preparatının nəqliyyat vasitələrini və potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə mənfi təsiri qeyd olunmamışdır.
İstifadə qaydası və dozası
6 aylıqdan 1 yaşına qədər uşaqlara xroniki allergik rinit və ya idiopatik urtikariya (övrə) zamanı: sutkada 1 dəfə 5 damcı (0.25 ml). 1 yaşından 2 yaşına qədər uşaqlara sutkada 10 damcı (0.5 ml) (məhlulu 5 damcı (0.25 ml) olmaqla hər 12 saatdan bir qəbul etmək lazımdır). 2 yaşdan 12 yaşa qədər uşaqlara: – Bədən kütləsi 30 kq – dan az olan uşaqlara sutkada 1 dəfə 10 damcı (0.5 ml) məhlul. – Bədən kütləsi 30 kq – dan çox olan uşaqlara sutkada 2 dəfə olmaqla hər dəfə 10 damcı (0.5 ml) məhlul. 12 yaşdan yuxarı uşaqlara və böyüklərə: sutkada 1 dəfə 20 damcı (1 ml) məhlul təyin edilir. Ehtiyac olduqda dozanı 2 yerə bölmək olar (səhər, axşam). Preparatın qəbulu qidadan asılı deyil. Preparatı şam yeməyindən sonra qəbul etmək məsləhət görülür, çünki, gecələr simptomlar daha da güclənir. Müalicə müddəti prosesin ağırlığından və lokalizasiyasından asılıdır. Ot qızdırması (pollinoz) zamanı müalicə 3-6 həftə ərzində davam etdirilir.
Əlavə təsirləri
Preparat adətən orqanizm tərəfindən yaxşı mənimsənilir. Təsadüf hallarda aşağıdakı hallara rast gəlmək olur: • başağrısı, başgicəllənmə; miqren; • allergik reaksiyalar; • angionevrotik ödem; • ödem, qaşınma, səpgi, övrə • yuxululuq; yuxusuzluq; halüsinasiya; • güclü həyəcan; depressiya; aqressiya; konvulsiya; disgevziya; sinkope; tremor; distoniya; diskineziya; • ağızda quruluq; • dispepsiya; diareya; • taxikardiya.
Doza həddinin aşılması
Dozadan artıq qəbul edildikdə mədə yuyulmalıdır. Setirizinə qarşı spesifik antidot yoxdur.
Buraxılış forması
20 ml məhlul, şüşə flakonda 1 flakon plastik damcısalan başlıq və içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
25 C – dən yüksək olmayan temperaturda, işiqdan qorumaqla, uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Yararlılıq müddəti
Yararlılıq müddəti qablaşdırıldığı qutunun üzərində göstərilmişdir. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Resept əsasında buraxılır. İstehsalçının adı və ünvanı Farmamag Ambalaj San. ve Tic. A.Ş. Avcılar/ İstanbul/Türkiyə. Qeydiyyat vərəqəsi olan sahibkarın adı və ünvanı: Santa farma İlaç Sanayii A.Ş. 34382 Şişli-İstanbul/Türkiyə.
Ən Son Məqalələr
Reseptlə satılır
Müştəri rəyləri
Rəy yazmaq üçün hesabınıza daxil olun.

Rəylər
Clear filtersBu məhsul üçün rəy yoxdur.