Actrapid 100 IU 10 ml flakon

Təsiredici maddə: INSULIN HUMAN (r-DNA)
Təsiredici maddəINSULIN HUMAN (r-DNA)
Dərman formasıİnyeksiya üçün məhlul
İstehsal ölkəsiFransa

Onlayn sifariş zamanı 5% endirim.

 Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin

Endirim_5

23,72 ₼

Stokda var

Stokda var

  • Filialdan götürmək

Bu gün götürmək

Ödənişsiz

  • Kuryerlə çatdırılma

Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.

Ödənişli

  • Ekspress çatdırılma

Sürətli çatdırılma

Ödənişli

Ödəniş üsulları:

Məhsulun təsviri

İnsulinin istifadәsinә başlamazdan öncә bu içlik vәrәqәni diqqәtlә oxuyun.
– Bu içlik vərəqəni saxlayın – təkrar oxumağınıza ehtiyac ola bilər.
– Əlavə suallarınız varsa, həkiminizə, tibb bacınıza, yaxud da əczaçınıza müraciət edin.
– Bu dərman Sizə təyin olunub. Onu başqa insanlara verməyin, çünki onların xəstəlik əlamətləri
Sizinki ilə eyni olsa da, dərman onlara zərər verə bilər.
– Əlavə təsirlərdən hər hansı biri ağırlaşarsa, yaxud da bu içlik vərəqədə qeyd olunmamış hər
hansı əlavə təsir meydana çıxarsa, bu barədə həkiminizə, tibb bacınıza, yaxud əczaçınıza
məlumat verməyiniz xahiş olunur.
AKTRAPİD® 100 BV/ml inyeksiya üçün məhlul (flakonda)

ACTRAPID

®
Beynәlxalq patentlәşdirilmәmiş adı: Human insulin (rDNT)
Tәrkibi
Tәsiredici maddә: 1 ml inyeksiya məhlulunun tərkibində 100 BV biotexnoloji rekombinant
üsulla istehsal olunmuş insan insulini vardır.
Kömәkçi maddәlәr:sink xlorid, qliserol, metakrezol, natrium hidroksid, xlorid turşusu,
inyeksiya üçün su.
Tәsviri
Şəffaf, rəngsiz məhluldur.
ATC kodu: A10AB01.

Farmakoloji xüsusiyyәtlәri

Aktrapid® tez təsir göstərən insulindir. İstifadə olunduqdan yarım saat sonra qanda şəkərin
səviyyəsini azaltmağa başlayır və təsiri təqribən 8 saat davam edir.
İstifadәsinә göstәrişlәr
Aktrapid® insan insulinidir və diabetin müalicəsində istifadə olunur. Diabet zamanı
bədən qandakı şəkərin səviyyəsini tənzimləmək üçün kifayət qədər insulin ifraz etmir. Aktrapid®
adətən uzunmüddətli təsirə malik olan insulin məhsulları ilə birlikdə təyin olunur.
Әks göstәrişlәr
►İnsulin infuziya pompaları ilə istifadə.
►İnsan insulininə və ya Aktrapid®-in tərkibində olan hər hansı digər maddəyə qarşı allergiya
(yüksək həssaslıq) (bax: “Tərkibi” ).
►Hipoqlikemiyanın yaxınlaşdığını hiss edirsinizsə (qanda şəkərin səviyyəsinin azalması) (Bax:
“Kritik vəziyyətdə nə etmək lazımdır?” bölməsi).
►Qoruyucu qapaq yoxdur və ya boşdursa. Hər bir flakonun üzərində qoruyucu, təsadüfi
təsirlərdən təcrid edən plastik qapaq vardır. Flakonu əlinizə aldıqda bu qapaqda hər hansı
qüsur görsəniz, flakonu əczaçınıza qaytarın.
►Düzgün şəraitdə saxlanılmayıbsa və ya dondurulubsa (bax: “Aktrapid®-in saxlanma
şəraiti” bölməsi).
►İnsulin tam şəffaf və rəngsiz deyilsə.

Xüsusi göstәrişlәr vә ehtiyat tәdbirlәri

►Etiketinə fikir verin ki, lazım olan insulinin olduğuna əmin olasınız.
►Qoruyucu qapağı çıxarın.
Aktrapid®-in istifadәsindә bu hallarda daha diqqәtli olmağınız xahiş olunur:
►Böyrək və ya qaraciyərinizdə, yaxud böyrəküstü vəzi, hipofiz və ya qalxanabənzər vəzinizdə
problemin olması.
►Alkoqol qəbulu: hipoqlikemiya əlamətlərinə diqqət yetirin və heç vaxt acqarına alkoqollu
içkilər qəbul etməyin.
►Adət etdiyinizdən daha çox fiziki məşq etməyiniz və ya pəhrizinizə dəyişiklik etmək niyyətiniz,
belə ki, bu Sizin qanınızdakı şəkərin səviyyəsinə təsir edə bilər.
►Xəstələnmişsinizsə, insulinin istifadəsinə davam edin və həkiminizlə məsləhətləşin.
►Xarici ölkəyə gedirsinizsə: saat qurşağının dəyişməsi insulinə olan tələbatınıza və insulin
inyeksiyalarının vaxtına təsir edə bilər. Belə bir səyahət planlaşdırırsınızsa, həkiminizlə
məsləhətləşin.
İnyeksiya yerindә dәridә dәyişikliklәr
Dərialtı piy toxumasında dəyişikliklərin, məsələn, dərinin qalınlaşmasının, büzüşməsinin və dəri
altında yığıntıların əmələ gəlməsinin qarşısını almaq üçün inyeksiya yeri müntəzəm olaraq
dəyişdirilməlidir. Yığıntılı, büzüşmüş və ya qalınlaşmış dəri nahiyəsinə yeridildikdə insulinin təsiri
zəifləyə bilər (“Aktrapid® – in istifadə qaydası” bölməsinə baxın). İnyeksiya yerində hər hansı
dəyişiklik görürsünüzsə, bu barədə həkiminizə bildirin. Əgər hazırda bu cür zədələnmiş nahiyəyə
inyeksiya edirsinizsə, digər nahiyəyə inyeksiya etməyə başlamazdan əvvəl həkiminizə məlumat
verin. Həkiminiz qanda qlükozanın səviyyəsini daha diqqətlə yoxlamağı məsləhət görə, insulinin və
ya digər diabet əleyhinə preparatlarınızın dozasını tənzimləyə bilər
Digәr dәrman preparatları ilә qarşılıqlı tәsiri
Bəzi dərmanlar şəkərin orqanizmə təsirini dəyişdirə bilər, bu da istifadə edəcəyiniz insulinin
dozasına təsir edə bilər. Aşağıda insulinin istifadəsinə ən çox təsir edən dərmanların siyahısı verilir.
Digər hər hansı, o cümlədən reseptdə qeyd olunmamış dərman qəbul edirsinizsə, yaxud təzəlikcə
qəbul etmişsinizsə, həkiminiz, tibb bacınız və ya əczaçınızla məsləhətləşin. Xüsusilə, aşağıda adı
çəkilən, Sizin qanınızdakı şəkərin səviyyəsinə təsir edə biləcək dərmanlardan hər hansı birini qəbul
edirsinizsə, mütləq həkiminizlə məsləhətləşin.
İnsulinә olan ehtiyacınız bu hallarda dәyişә bilәr;
Diabetin müalicəsi üçün digər preparatlar; monoaminooksidazanın inhibitorları (MAOİ);
betablokatorlar; AÇF-inhibitorları; asetilsalisil turşusu; anabolik steroidlər; sulfonamidlər, peroral
kontraseptivlər, tiazidlər, qlükokortikoidlər, qalxanabənzər vəzin hormonları ilə müalicə;
simpatomimetik vasitələr; boy hormonu; danazol; oktreotid və ya lanreotid dərmanlarını qəbul
edirsinizsə.
Tiazolidindionlar (2-ci tip şәkәrli diabetin müalicәsindә istifadә olunan peroral
antidiabetik preparatlar qrupu).
Ürək xəstəliyi və ya anamnezində miokard infarktı olan 2-ci tip şəkərli diabeti olan şəxslər uzun
müddət paralel olaraq həm tiazolidindionlar, həm də insulin qəbul edərsə, onlarda ürək çatışmazlığı
yarana bilər. Əgər Siz ürək çatışmazlığının tənginəfəslik, sürətli çəki artımı, lokal şişkinlik (ödem)
kimi əlamətlərini müşahidə edirsinizsə, mümkün qədər tez öz həkiminizə məlumat verin.
Hamilәlik vә laktasiya dövründә istifadәsi

Hamiləlik və laktasiya dövründə Aktrapid®-lə müalicəyə əks göstəriş yoxdur, həkiminizlə

məsləhətləşin.
Nәqliyyat vasitәlәrini vә digәr potensial tәhlükәli mexanizmlәri idarәetmә qabiliyyәtinә tәsiri
Nəqliyyat vasitəsi idarə edirsinizsə, yaxud avadanlıq və ya cihazlar ilə işləyirsinizsə hipoqlikemiya
simptomlarına diqqət yetirin. Konsentrasiya olmaq və reaksiya vermək bacarığınız hipoqlikemiya
zamanı aşağı düşə bilər. Hipoqlikemiya əlamətlərinin yaxınlaşdığını hiss edirsinizsə, nəqliyyat
vasitəsi idarə etməyin və avadanlıq/cihazlar ilə işləməyin. Əgər Sizdə tez-tez hipoqlikemiya halları
olursa və ya hipoqlikemiyanı müəyyən etməkdə çətinlik çəkirsinizsə nəqliyyat vasitəsinin idarə
olunması, yaxud avandanlıq və ya cihazlarla işləməyin mümkünlüyünü həkiminizdən soruşun.
İstifadә qaydası vә dozası
İnsulinə olan ehtiyacınız barədə həkiminizlə və tibb bacınız ilə danışın. Onların məsləhətlərinə
diqqətlə riayət edin. Həkim Sizi bir növ və ya marka insulindən digərinə keçiribsə, dozanızda
dəyişikliklər ola bilər. İnsulin inyeksiyasından sonra 30 dəqiqə ərzində tərkibində karbohidratlar
olan yemək və ya çərəzlər yeyin. Qanda şəkərin səviyyəsini müntəzəm ölçməyiniz məsləhətdir.
Aktrapid® dərialtı inyeksiya üçün nəzərdə tutulub. Hər dəfə insulini dərinizin inyeksiya etdiyiniz
nahiyəsinin fərqli yerlərinə yeridin. Bu dəridə nazikləşmə və qalınlaşma riskini azalda bilər (bax:
“Əlavə təsirləri”). Bədəndə inyeksiya üçün ən münasib yerlər: belin ön tərəfi (qarın nahiyəsi); sağrı
əzələsi; ombaların ön tərəfi və bazu. Qarın nahiyəsinə yeridildikdə, insulin daha tez təsir etməyə
başlayır.
Xüsusi vəziyyətlərdə Aktrapid® tibb işçiləri tərəfindən birbaşa venaya yeridilə bilər.
İnyeksiyanın yeridilmәsi
Yalnız Aktrapid®-in yeridilmәsi vә ya uzunmüddәtli tәsirә malik insulinlәrlә kombinә edilmә
qaydası
►Əmin olun ki, Sizdə insulin inyeksiyası üçün üzərində müvafiq vahid bölgü olan şpris vardır.
►Şprisə Sizə lazım olan insulin dozası qədər hava yığın.
►Həkiminiz və ya tibb bacınızın təlimatlarına diqqətlə riayət edin.
►İnsulini dəri altına yeridin. Həkiminizin və ya tibb bacınızın məsləhət bildiyi üsuldan istifadə
edin.
►İynəni ən azı 6 saniyə dərinizin altında saxlayın ki, bütün dozanın yeridilməsinə əmin olasınız.
Kritik vәziyyәtdә nә etmәk lazımdır?
Әgәr hipoqlikemiya vәziyyәtinә düşdünüzsә
Hipoqlikemiya qanda şəkərin səviyyəsinin xeyli azalması deməkdir.
Hipoqlikemiya barədə xəbər verən əlamətlər qəflətən peyda olur. Bu əlamətlər – soyuq tər, soyuq
və rəngi avazımış dəri, baş ağrısı, bərk ürək döyüntüsü, ürəkbulanma, bərk aclıq hissi, görmə
qabiliyyətində müvəqqəti dəyişiklik, yuxululuq, qeyri-adi yorğunluq və zəiflik, əsəbilik və ya
titrəmə, həyəcan, narahatlıq hissi, konsentrasiyada çətinlik.
Bu əlamətlərdən hər hansı birini hiss edirsinizsə, qlükoza həblərini qəbul edin və ya
tərkibində çoxlu şəkər olan çərəz yeyin (konfet, biskvit, meyvə şirəsi), sonra istirahət edin.
Hipoqlikemiyanın yaxınlaşdığını hiss edirsinizsə, insulin istifadə etməyin. Hər ehtimala qarşı
qlükoza həblərini, konfet, biskvit və ya meyvə şirəsini həmişə özünüzlə daşıyın.
Qohumlarınıza, dostlarlınıza və yaxın əməkdaşlarınıza bildirin ki, birdən birə huşunuzu
itirsəniz, Sizi böyrü üstə uzadıb dərhal həkim çağırsınlar. Sizə heç bir yemək və ya içki verməsinlər,
çünki bu boğulmaya səbəb ola bilər.
►Ağır hipoqlikemiyaya müdaxilə olunmazsa, beyin zədələnə bilər (müvəqqəti və ya həmişəlik) və
hətta ölümlə nəticələnə bilər.
►Sizi huşsuz vəziyyətə gətirən hipoqlikemiya olubsa və ya tez-tez hipoqlikemiya halları baş
verirsə, həkiminizlə danışmağınız tövsiyə olunur. İnsulinin dozasında və istifadə vaxtında,
yeməyinizdə və ya fiziki çalışmalarınızda dəyişiklik tələb oluna bilər.
Qlükaqonun istifadәsi
Qlükaqon hormonunun inyeksiyası ilə huşsuzluqdan daha tez ayılmaq mümkündür. İnyeksiyanı
bacaran şəxs etməlidir. Sizə qlükaqon inyeksiyası yeridilibsə,huşsuzluqdan ayılan kimi, dərhal
qlükoza qəbul etməlisiniz və ya şəkərli bir şey yeməlisiniz. Qlükaqon Sizə təsir etməzsə,
xəstəxanada müalicə almalısınız. Qlükaqon inyeksiyasından sonra həkimə müraciət etməyiniz
lazımdır; hipoqlikemiya vəziyyətinə düşməyinizin səbəbini bilməlisiniz ki, onun təkrarlanmasının
qarşısını ala biləsiniz.
Hipoqlikemiyanın sәbәblәri
Qanda şəkər çox aşağı səviyyəyə düşdükdə hipoqlikemiya baş verir. Bu aşağıdakı hallarda baş
verə bilər:
• Artıq dozada insulinin yeridilməsi
• Çox az yemək və ya bir yemək qəbulunun buraxılması
• Adət etdiyinizdən artıq fiziki çalışma.
Әgәr qanda şәkәrinizin sәviyyәsi çox yüksәkdirsә
Qanda şəkərin səviyyəsi çox yüksək ola bilər (buna hiperqlikemiya deyilir).
Əlamətlər tədricən peyda olur. Bu əlamətlər: tez-tez sidik ifrazı, susuzluq, iştahanın azalması,
naxoşluq (ürəkbulanma və ya qusma), yuxululuq və ya yorğunluq hiss etmə, dərinin qızarıb quru
olması, ağızda quruluq hissi və nəfəsdən gələn aseton qoxusu.
Bu əlamətlərdən hər hansı biri Sizdə varsa, qanda şəkərin səviyyəsini ölçün; mümkündürsə, sidiyi
də ketona görə yoxlayın, sonra gecikmədən həkimə müraciət edin. Bu, diabetik ketoasidoz adlanan
çox ciddi bir vəziyyətin əlamətləri ola bilər. Müdaxilə olunmazsa, bu, diabetik komaya və ölümə
səbəb ola bilər.
Hiperqlikemiyanın sәbәblәri
• İnsulin inyeksiyasını etməyi unutmuşsunuz
• Hər dəfə lazım olandan daha az insulin istifadə edirsiniz
• İnfeksiya və ya qızdırma
• Adət etdiyinizdən daha çox yemək
• Adət etdiyinizdən daha az fiziki çalışma.
Әlavә tәsirlәri
Bütün dərmanlar kimi Aktrapid® də əlavə təsirlərə malik ola bilər, lakin bu hər kəsdə özünü
göstərmir.
Çox geniş yayılmış әlavә tәsirlәr
(10-da 1 haldan çox rast gəlinir)
Qanda şəkərin səviyyəsinin düşməsi (hipoqlikemiya). Müvafiq məsləhətlər üçün “Kritik
vəziyyətdə nə etmək lazımdır?” bölməsinə baxın.
Geniş yayılmamış әlavә tәsirlәr
(100-də 1 haldan az)
Görmə problemləri. İnsulin müalicəsinə ilk dəfə başladıqda görmə qabiliyyətiniz pozula bilər, lakin
problem adətən keçici xarakter daşıyır.
İnyeksiya yerindә dәridә dәyişikliklәr.
İnsulini hər dəfə eyni yerə inyeksiya etdiyiniz zaman dərialtı piy toxuması nazikləşə (lipoatrofiya)
və ya qalınlaşa (lipohipertrofiya) bilər (1000 nəfərdən 1-10 nəfərdə rast gəlinir). Dəri altındakı
yığıntılar amiloid adlanan zülalın toplanması səbəbindən yarana bilər (dəri amiloidozu; baş vermə
tezliyi məlum deyil).Yığıntılı, nazikləşmiş və ya qalınlaşmış nahiyəyə yeridildikdə insulinin təsiri
zəifləyə bilər. Hər dəfə inyeksiya yerinin dəyişdirilməsi dəridə bu cür dəyişikliklərin baş verməsinin
qarşısını almağa kömək edir.
Allergiya əlamətləri. İnyeksiya yerində reaksiyalar (qızartı, şişkinlik, qaşınma) əmələ gələ bilər
(yerli allergik reaksiyalar). Onlar adətən insulin istifadə edildikdən bir neçə həftə sonra yox olur.
Yox olmamışsa, həkiminizə müraciət edin.
Aşağıdakı hallarda həkimə dərhal müraciət etməlisiniz:
• Allergiya əlamətləri bədənin digər yerlərinə yayılıbsa, və ya
• Birdən birə özünüzü naxoş hiss etməyə başlamışsınız və tərləmə, ürəkbulanma (qusma),
nəfəsin çətinləşməsi, bərk ürək döyüntüsü, baş gicəllənməsi başlayıbsa.
Ağrılı neyropatiya (sinirlərin zədələnməsi ilə əlaqəli ağrı). Qanınızda şəkərin səviyyəsi sürətlə
artırsa, Sizdə sinirlərlə əlaqəli ağrı ola bilər, bu ağrılı neyropatiya adlanır və adətən keçicidir.
Oynaqlarda şişkinlik. İnsulin istifadə etməyə başladıqda mayenin yığılması topuq və digər
oynaqlar ətrafında şişkinliyə səbəb ola bilər. Normalda, bu, tez bir zamanda yox olur.
Çox nadir әlavә tәsirlәr
(10 000-də 1 haldan az)
Diabetik retinopatiya (diabetlə əlaqəli görmə qabiliyyətinin itirilməsi ilə nəticələnə biləcək göz
xəstəliyi). Diabetik retinopatiyanız varsa və qanda şəkərinizin səviyyəsi sürətlə artırsa,
retinopatiyanız ağırlaşa bilər. Bu barədə həkiminizlə danışın. Aktrapid®-ə və ya onun
komponentlərindən birinə qarşı ciddi allergik reaksiya (sistem allergik reaksiya adlanır) “Kritik
vəziyyətdə nə etmək lazımdır?” bölməsinə baxın.
Qeyd olunmuş əlavə təsirlərdən hər hansı biri ciddiləşərsə, yaxud bu içlik vərəqədə qeyd
olunmamış hər hansı əlavə təsir meydana çıxıbsa, həkiminizə, tibb bacınıza və ya əczaçınıza
məlumat verməyiniz xahiş olunur.

Buraxılış forması

1 və ya 5 ədəd 10 ml-lik flakon, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır (satışda bütün
ölçüdə qutular olmaya bilər). 1 ml inyeksiya məhlulunun tərkibində 100 BV* insan insulini vardır.
1 flakonun içində 10 ml, yəni 1000 BV vardır. (BV* – Beynəlxalq vahid)

Saxlanma şәraiti

Uşaqlar üçün əlçatmaz yerdə saxlayın.

İstifadə olunmayan Aktrapid® flakonları soyuducuda 2°C-8°C-də, soyuducu elementdən

uzaqda saxlanılmalıdır. Dondurmayın.

İstifadə olunan və ya ehtiyat üçün yanınızda olan Aktrapid® flakonları soyuducuda

saxlanılmamalıdır. Siz onları özünüzlə daşıya və otaq temperaturunda (30°C-dən aşağı) 6 həftəyə
qədər saxlaya bilərsiniz. İstifadə etmədikdə işıqdan qorumaq üçün flakonu həmişə qutusunda
saxlayın. Aktrapid® istidən və gün işığından qorunmalıdır.
Dərman preparatları çirkab sularına axıdılmamalı və ya məişət tullantıları ilə atılmamalıdır. Artıq
lazım olmayan dərman preparatının necə utilizasiya edilməsi barədə əczaçınızdan soruşun. Bu cür
tədbirlər ətraf mühiti qorumağa kömək edəcək.

Yararlılıq müddәti

Yararlılıq müddəti qələmin, qutunun üzərində “Expiry” sözündən sonra göstərilmişdir.

Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Yararlılıq müddətinin bitmə tarixi göstərilən ayın son gününə şamil olunur.

Aptekdәn buraxılma şәrti

Resept əsasında buraxılır.

İstehsalçı

Novo Nordisk Prodakşn SAS
45, Avenue d`Orleans
F-28000 Şartr
Fransa
Marketinq lisenziyasının sahibi
Novo Nordisk A/S
Novo Alle
DK-2880 Baqsvaerd
Danimarka
Aktrapid® Danimarka, Novo Nordisk A/S şirkәtinә aid bir ticarәt nişanıdır.
© 2021
Novo Nordisk A/S.

Müştəri rəyləri

Bu məhsul üçün rəy yoxdur.

“Actrapid 100 IU 10 ml flakon” üçün ilk rəyi siz yazın.

Oxşar məhsullar