Acc long 600 mq N10 fışıldayan tablet

Təsiredici maddə: ACETYLCYSTEINE
Təsiredici maddəACETYLCYSTEINE
Dərman formasıFışıldayan tablet
Farmakoloji təsirMukolitiklər
İstehsal ölkəsiAlmaniya

Onlayn sifariş zamanı 5% endirim.

 Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin

Endirim_5

6,65 ₼

Stokda var

Stokda var

  • Filialdan götürmək

Bu gün götürmək

Ödənişsiz

  • Kuryerlə çatdırılma

Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.

Ödənişli

  • Ekspress çatdırılma

Sürətli çatdırılma

Ödənişli

Ödəniş üsulları:

Məhsulun təsviri

ASS® LONQ fışıldayan tabletlər

ACC® LONG

Tərkibi

Təsiredici maddə: 1 fışıldayan tabletin tərkibində 600 mq asetilsistein vardır.
Köməkçi maddələr: limon turşusu (susuz), natrium-hidrokarbonat, natrium-karbonat
(susuz), mannitol, susuz laktoza, askorbin turşusu (Vitamin C),
natrium – siklamat (E 952), natrium saxarinat dihidrat (E954),
natrium-sitrat dihidrat, böyürtkən “B” aromatizatoru.

Təsviri

Böyürtkən ətirli, ağ rəngli yumru, üzərində xətti olan tabletlərdir.

Farmakoterapevtik qrupu

Mukolitiklər.
ATC kodu: R05CB01.

Farmakoloji xüsusiyyətləri

Farmakodinamikası

Asetilsistein sistein amin turşusunun törəməsidir. Asetilsistein tənəffüs yollarında sekretolitik və
sekretomotor təsir göstərir. Hesab olunur ki, o mukopolisaxarid zəncirlərinin arasında olan birləşmiş disulfid
tellərini ayırır və DNT-zəncirlərinə (irinli bəlğəmdə) depolyarizasiyaedici təsir göstərir. Bu təsir
mexanizmlərinin nəticəsində bəlğəmin qatılığı azalır.
Asetilsisteinin alternativ mexanizmi onun SH qrupunun kimyəvi radikalları birləş-dirmək və bu yolla onların
toksik təsirini aradan qaldırma qabiliyyəti ilə bağlıdır.
Bundan əlavə, asetilsistein qlutationun sintezinin artmasında iştirak edir ki, bu da zərərsizləşdirmə üçün
vacibdir. Bu, parasetamol intoksikasiyası zamanı onun antidot kimi istifadəsini əsaslandırır.
Xronik bronxit/mukovissidozu olan xəstələrdə asetilsisteinin profilaktik istifadəsi zamanı bakterial
ağırlaşmaların tezliyi və ağırlığı azalır.

Farmakokinetikası

Absorbsiyası

Daxilə qəbul olunduqdan sonra asetilsistein sürətlə və demək olar ki, tam şəkildə qaraciyərdə absorbsiya
olunur və farmakoloji aktiv olan metabolitinə, sisteinə, və onunla yanaşı diasetilsistein, sistin və, daha sonra
qarışıq disulfidlərə metabolizə olunur.

Paylanması

Yüksək ilkin keçməsinə görə daxilə qəbul olunan asetilsisteinin biomənimsənilməsi çox aşağıdır (təxminən
10%). İnsanlarda maksimal plazma konsentrasiyalarına 1-3 saatdan sonra əldə olunur, sistein metabolitinin
maksimal plazma konsentrasiyası təxminən 2 µmol/l təşkil edir. Asetilsisteinin zülallarla birləşməsi
təxminən 50% təşkil edir.

Biotransformasiyası

Asetilsistein və onun metabolitləri orqanizmdə üç formada olur: qismən azad formada, qismən dəyişkən
disulfid zəncirləri vasitəsilə zülallarla birləşmiş formada və qismən birləşmiş amin turşusu formasında.
Asetilsistein demək olar ki, eksklyuziv olaraq qeyri-aktiv metabolitlər formasında böyrəklər vasitəsilə xaric
olunur (qeyri-orqanik sulfatlar, diasetilsistein). Plazmada asetilsisteinin yarım-parçalanma vaxtı təxminən 1
saat təşkil edir və əsasən sürətli qaraciyər transformasiyası ilə müəyyən edilir. Bu səbəbdən qaraciyər
funksiyasının zədələnməsi zamanı plazmada yarım-parçalanma vaxtının 8 saata qədər uzanması ilə
nəticələnir.

Xaric olması

Asetilsisteinin venadaxili təyin olunması ilə aparılmış farmakokinetik tədqiqatlarda paylanma həcminin 0,47
l/kq (ümumi) və ya 0,59 l/kq (azalmış) olmasını aşkarlamışdır; plazma klirensi 0,11 l/s/kq (ümumi) və 0,84
l/s/ (azaldılmış) təşkil etmişdir
Venadaxili təyinindən sonra yarımxaricolma dövrü 30-40 dəqiqə təşkil etmiş, xaricolma 3 fazalı kinetikadan
ibarət olmuşdur (alfa, beta və sonuncu qamma fazası).
Asetilsistein plasentadan keçir və plasentar qanda aşkar edilir. Ana südünə xaric olması barədə məlumat
yoxdur.
Asetilsisteinin insanlarda hematoensefalik baryerdən keçməsi barədə məlumat yoxdur.

İstifadəsinə göstərişlər

Qatı, çətin xaric olunan bəlğəmin əmələ gəlməsi ilə müşayiət olunan bütün respirator xəstəliklər, məsələn, kəskin
və xroniki bronxit, obstruktiv bronxit, bronxiolit, bronxoektazlar, pnevmoniya, laringit, traxeit, qrip, bronxial
astma, mukovissidoz, sinusitlər zamanı sekretolitik terapiya.

Əks göstərişlər

Asetilsisteinə qarşı, yaxud preparatın hər hansı inqrediyentinə qarşı yüksək həssaslıq.
Aktiv fazada olan mədə xorası.
ASS Lonq preparatının tərkibində təsiredici maddənin miqdarı çox olduğu üçün, 14 yaşdan kiçik uşaqların
müalicəsi üçün istifadə etmək olmaz.

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Bronxial astma və anamnezində xorası olan pasiyentlərin müalicəsi zamanı ehtiyatlı olmaq lazımdır.
Asetilsistein, xüsusilə müalicənin erkən mərhələlərində durulaşmaya səbəb ola bilər və bunun nəticəsində
bronxial ifrazın həcminin artması müşahidə oluna bilər. Pasiyent bəlğəmi xaric edə bilmirsə (kifayət qədər),
müvafiq tədbirlər görülməlidir (məs. drenaj, aspirasiya).
Asetilsisteindən istifadə zamanı Stivens-Conson və Layell sindromları kimi kəskin dəri reaksiyalarının baş
verməsi barədə, çox nadir hallarda olsa da, məlumatlar verilib. Əgər dəri və selikli qişalarda dəyişikliklər
yenicə baş verirsə, ləngimədən tibbi məsləhət üçün müraciət etmək və Asetilsisteinin istifadəsini
dayandırmaq lazımdır.
Bir fışıldayan tabletin tərkibində təxminən 6,03 mmol (138,8 mq) natrium var. Natriumun miqdarı nəzarət
olunan pəhrizdə olan (az miqdarda natrium/az miqdarda duz) xəstələrdə preparatın istifadəsi zamanı bunu
nəzərə almaq lazımdır.
Histaminə qarşı dözümsüzlüyü olan xəstələrdə ehtiyatlı olmaq tövsiyə olunur. Belə xəstələrdə asetilsisteinlə
uzun müddətli müalicədən qaçınmaq lazımdır, belə ki asetilsisteinin histamin metabolizminə təsiri
nəticəsində dözümsüzlük simptomları ( məsələn, baş ağrısı, burundan selikli ifrazat, qaşınma) yarana bilər.
Bir fışıldayan tabletin tərkibində təxminən 4,3 mmol (98,8 mq) natrium var. Natriumun miqdarı nəzarət
olunan pəhrizdə olan (az miqdarda duz) xəstələrdə preparatın istifadəsi zamanı bunu nəzərə almaq lazımdır.
ASS Lonq bir fışıldayan tabletin tərkibində 75 mq askorbin turşusu var, bu isə vitamin C-nin tövsiyyə
edilən gündəlik dozasına uyğundur.
Preparatın tərkibində askorbin turşusunun olması ilə əlaqədar onu aşağıdakı hallarda ehtiyatla istifadə etmək
lazımdır: qlükoza-6-fosfatdehidrogenaza çatışmazlığı, hemoxromatoz, sideroblast anemiya, talassemiya,
hiperoksaluriya, oksaloz, böyrəkdaşı xəstəliyi.
Salisilatlar və qısamüddətli təsirə malik sulfanilamidlərlə müalicə zamanı askorbin turşusu kristalluriyanın
inkişaf etməsi riskini artırır, böyrəklər tərəfindən turşuların xaric olmasını ləngidir, qələvi reaksiyası olan
preparatların (o cüm., alkaloidlərin) xaric olmasını artırır, qanda peroral kontraseptivlərin konsentrasiyasını
azaldır.
Preparatın tərkibində laktoza olduğu üçün ASS Lonq qalaktozaya qarşı nadir irsi dözümsüzlüyü, laktaza
çatışmazlığı və ya qlükoza-qalaktozanın sorulması pozğunluqları olan xəstələr tərəfindən qəbul
edilməməlidir.
Şəkərli diabet xəstələri üçün məlumat
1 fışıldayan tabletin tərkibində 0,01 çörək vahidi vardır.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Öskürəkəleyhinə preparatlar
ASS Lonq preparatının öskürəyi azaldan preparatlarla birgə istifadəsi bəlğəmin toplanması hesabına təhlükəyə
səbəb ola bilər, odur ki, belə kombinasiyada preparatların təyini üçün diaqnozun xüsusilə dəqiqləşdirilməsi
tələb olunur. Belə kombinasiyaların tətbiqindən öncə həkiminizlə məsləhətləşməniz vacibdir.
Antibiotiklər
Antibiotiklərin inaktivləşdirilməsinə aid məlumatlar yalnız müvafiq maddələrin birbaşa qarışdığı in vitro
tədqiqatlarda müşahidə olunmuşdur.
Təhlükəsizlik məqsədilə antibiotiklər ayrı-ayrılıqda və azı 2 saat intervalla qəbul edilməlidir. Bu qeyd
olunanlar aktiv tərkib hissəsi sefiksim və ya lorakarbef olan preparatlara aid edilmir.
Asetilsistein nitroqliserinin damargenişləndirici təsirini gücləndirə bilər. Ehtiyatlı olmaq tövsiyə olunur.
Qliseril trinitratın (nitroqliserin) asetilsistein ilə birgə tətbiq olunması trombositlərin aqreqasiyasına inhibə
edici və vazodilyatator təsirinin gücləndirilməsi ilə nəticələnə bilər.
Əgər asetilsistein qliseril trinitrat ilə birgə tətbiq olunması zəruri hesab olunursa, xəstələr ağır dərəcəli ola
bilən hipotenziyanın mümkün inkişafına görə nəzarət olunmalıdırlar və mümkün baş ağrıları haqqında
məlumatlandırılmalıdırlar.
Yüksək dozalarda aktivləşdirilmiş kömürün ( antidot kimi) tətbiqi asetilsisteinin effektivliyini azalda bilər.

Laborator göstəricilərin təyin olunmasında dəyişikliklər

Asetilsistein salisilatların kolorimetrik üsulla təyin olunmasına təsir göstərə bilər. Sidik sınaqlarında,
asetilsistein keton cisimlərin təyini nəticəsinə təsir göstərə bilər. Asetilsistein tərkibli maddələrin digər
dərman vasitələri ilə birgə həll olunması tövsiyə olunmur.
Askorbin turşusu ilə əlaqədar qarşılıqlı təsirlər
Eyni vaxtda istifadəsi zamanı askorbin turşusu izoprenalinin xronotrop təsirini azaldır. Uzunmüddətli
istifadəsi zamanı disulfiram-etanol qarşılıqlı təsirini poza bilər. Birgə qəbulu zamanı amiqdalinin toksikliyini
yüksəldir. Antipsixotik vasitələrin (fenotiazin törəmələri) terapevtik təsirini, amfetaminin və trisiklik
antidepressantların kanalcıq reabsorbsiyasını azaldır. Qanda benzilpenisillinin və tetrasiklinlərin
konsentrasiyasını yüksəldir.
Bağırsaqda dəmir preparatlarının sorulmasını yaxşılaşdırır; deferoksamin ilə eyni vaxtda istifadəsi zamanı
dəmirin ekskresiyasını artıra bilər, bunun nəticəsində deferoksamin ilə müalicənin birinci ayı ərzində
askorbin turşusunu qəbul etmək olmaz. Askorbin turşusu və alüminium hidroksidin eyni vaxtda qəbulu
alüminiumun absorbsiyasının artmasına səbəb ola bilər.
Askorbin turşusu müxtəlif laborator testlərin nəticələrini təhrif edə bilər (qanda qlükoza, bilirubinin miqdarı,
transaminazların, LDH aktivliyini). Askorbin turşusunun yüksək dozaları nəcisdə gizli qanın aşkar edilməsi
testinin nəticələrini yanlış-mənfi verə bilər.

Hamiləlik və laktsiya dövründə istifadəsi

Hamiləlik

Hamilə qadınların asetilsisteinin təsirinə məruz qalmaqları barədə məlumat məhduddur. Heyvanlar üzərində
aparılmış tədqiqatlarda onun hamiləliyə, embrional/döl inkişafına, doğuş və postnatal inkişafa təsir
göstərəcəyini nümayiş etdirməmişdir. Asetilsistein hamiləlik dövründə yalnız fayda-risk nisbətinin ciddi
təhlilindən sonra istifadə oluna bilər.

Laktasiya

Ana südünə xaric olunması barədə məlumat yoxdur.
Asetilsistein laktasiya dövründə yalnız fayda-risk nisbətinin ciddi təhlilindən sonra istifadə oluna bilər
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliy-yətinə təsiri
Məlumat yoxdur.

İstifadə qaydası və dozası

Əgər başqa cür təyin olunmayıbsa, ASSLonq tabletlərini aşağıdakı dozalarda istifadə etmək məsləhət görülür:
Yaş Total gündəlik doza
Yaşı 14-dən çox olan yeniyetmələrdə və
böyüklərdə
gündə 2 dəfə 1/2 tablet, yaxud gündə 1
dəfə 1 tablet (gündə 600 mq Asetilsisteinə
ekvivalentdir)

İstifadə qaydası

Daxilə qəbul edilir (həll edildikdən sonra).
Fışıldayan tabletlər bir stəkan içməli suda həll edilir və məhlul yeməkdən sonra qəbul edilir.
Əlavə olaraq maye qəbulu preparatın mukolitik effektini gücləndirir.
İstifadə müddəti:
Qəbul müddəti müalicə həkimi tərəfindən təyin olunur və xəstəliyin növündən və ağırlığından asılıdır.
Qısamüddətli soyuqdəymə xəstəlikləri zamanı qəbul müddəti 5-7 gün təşkil edir.
Həkim məsləhəti olmadan müalicə kursu 4-5 gün təşkil edir.
Xroniki bronxit və mukovissidoz zamanı müalicə daha uzunmüddətli kurslarla aparılır. Maksimal müalicə
müddəti – 3-6 aydır.

Əlavə təsirləri

Əlavə təsirlər başvermə tezliyinə görə aşağıdakı kimi təsnif edilir:
Çox tez-tez: ( 1/10)
Tez-tez: ( 1/100; < 1/10)
Bəzən: ( 1/1000; < 1/100)
Nadir: ( 1/10000; < 1/1000)
Çox nadir: (< 1/10000)
Məlum deyil: (mövcud məlumatlara əsasən təyin etmək mümkün deyil)
İmmun sistemdə baş verən pozğunluqlar
Bəzən: yüksək həssaslıq reaksiyaları
Çox nadir: anafilaktik şok, anafilaktik/anafilaktoid reaksiyalar
Sisnir sistemində baş verən pozğunluqlar
Bəzən:başağrısı
Eşitmə orqanında və labirintdə baş verən pozğunluqlar
Bəzən: qulaqlarda cingilti
Ürəkdə baş verən pozğunluqlar
Bəzən: taxikardiya
Damarlarda baş verən pozğunluqlar
Bəzən: arterial hipotenziya
Çox nadir: qanaxma
Tənəffüs sistemi, döş qəfəsi və divararalığı orqanlarında baş verən pozğunluqlar
Nadir: dispnoe, bronxospazm
Mədə-bağırsaq traktında baş verən pozğunluqlar
Bəzən: ürəkbulanma, qusma, diareya, qarında ağrı,stomatit
Nadir: dispepsiya
Dəri və dərialtı toxumalarda baş verən pozğunluqlar
Bəzən: övrə, səpgi, angionevrotik ödem, qaşınma, ekzantema
Ümumi pozulmalar və yeridilmə yerində dəyişikliklər
Bəzən: qızdırma
Məlum deyil: üzün şişkinliyi
Müxtəlif tədqiqatlarda asetilsisteinin təsiri nəticəsində trombositlərin aqreqasiyasının azalması təsdiq
olunmuşdur. Hal-hazırda bu vəziyyətin klinik əhəmiyyəti müəyyən olunmamışdır.
Çox nadir hallarda, Stivens-Conson sindromu və toksik epidermal nekroliz kimi ağır dərəcəli dəri
reaksiyaları asetilsisteindən müvəqqəti istifadə zamanı qeyd olunmuşdur. Qeyd olunan belə halların
çoxunda, eyni vaztda ən azından bir əlavə dərman vasitəsinin qəbulu təsvir olunmuş selikli qişa-dəri təsirini
gücləndirə bilər. Əgər dəri və ya selikli qişada qeyri-normal reaksiyalar baş verərsə, dərhal asetilsisteinin
qəbulu dayandırılmalıdır və tibbi məsləhət tövsiyə olunmalıdır.

Doza həddinin aşılması

Asetilsisteinin daxilə qəbul olunan formaları ilə əlaqəli toksik doza həddinin aşılması barədə indiyə qədər
məlumat daxil olmamışdır. Könüllülər 3 ay ərzində 11,6 q gündəlik doza ilə hər hansı ciddi əlavə təsir
müşahidə olmadan müalicə almışdır. 500 mq/kq bədən kütləsi daxilə qəbul olunan asetilsistein dozası hər
hansı intoksikasiya əlaməti olmadan qəbul olmuşdur.
İntoksikasiya əlamətləri

Doza həddinin aşılması nəticəsində ürəkbulanma, qusma və diareya kimi mədə-bağır-saq əlamətləri

meydana çıxmışdır. Körpələrdə hipersekresiyanın yaranması təhlükəsi vardır.
İntoksikasiyanın müalicəsi: ehtiyac olduqda simptomatik müalicə aparılmalıdır.

Buraxılış forması

10 və ya 20 fışıldayan tablet, polipropilen tubda. 1 tub içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

Saxlanma şəraiti

30ºC-dən yuxarı olmayan temperaturda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
İstifadədən sonra tubu kip bağlamaq lazımdır.

Yararlılıq müddəti

3 il.

Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti

Reseptsiz buraxılır.

İstehsalçı

Salutas Pharma GmbH, Otto-von-Guericke-Allee 1 39179 Barleben, Almaniya.
Hermes Pharma GmbH, Hans-Urmiler Ring 52, Wolfratshausen,Almaniya.
Bu dərman vasitəsinin qəbulu ilə əlaqədar hər-hansı şikayətiniz yaranan zaman
aşağıdakı yazılan nömrələrə müraciət etməyiniz xahiş olunur.
Baki şəhəri, Nəsimi rayonu, Rəsul Rza 75.
Winter Park Plaza business center, mərt. 5.
Tel.: +994 12 599-83-89.
+994 12 599-83-90.

Müştəri rəyləri

Bu məhsul üçün rəy yoxdur.

“Acc long 600 mq N10 fışıldayan tablet” üçün ilk rəyi siz yazın.