TRAUMEEL S 50 GR MELHEM

Dərman formasıMəlhəm
Farmakoloji təsirHomeopatik dərman maddəsi

Onlayn sifariş zamanı 5% endirim.

 Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin

Endirim_5

14,00 ₼

Stokda yoxdur

Stokda yoxdur

  • Filialdan götürmək

Bu gün götürmək

Ödənişsiz

  • Kuryerlə çatdırılma

Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.

Ödənişli

  • Ekspress çatdırılma

Sürətli çatdırılma

Ödənişli

Ödəniş üsulları:

Məhsulun təsviri

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

TRAUMEL S xaricə istifadə üçün məlhəm

Tərkibi

Təsiredici maddələr: 100 q tərkibində vardır: Calendula officinalis MT 0,45 q; Achillea millefolium MT 0,09 q; Aconitum napellus D1 0,05 q; Arnica montana D3 1,5 q; Atropa belladonna D1 0,05 q; Bellis perennis MT 0,1 q; Matricaria recutita MT 0,15 q; Echinacea MT 0,15 q; Echinacea purpurea MT 0,15 q; Hamamelis virginiana MT 0,45 q; Hepar sulfuris D6 0,025 q; Hypericum perforatum D6 0,09 q; Mercurius solubilis Hahnemanni D6 0,04 q; Symphytum officinale D4 0,1 q. Köməkçi maddələr: setostearil spirti (A növü), emulqator, maye parafin, ağ yumşaq parafin, təmizlənmiş su, etil spirti 96%.

Təsviri

Ağdan qırmızı-ağ rəngə qədər olan yumşaq məlhəmdir.

Farmakoterapevtik qrupu

Homeopatik dərman maddəsi. ATC kodu: V30.

İstifadəsinə göstərişlər

Hər növ zədələnmələr (idman, qəza) zamanı məs., dartılmalar, çıxıqlar, kontuziyalar, qansızmalar və oynağa maye toplanması, sınıqlar və s., iltihabi proseslər və müxtəlif orqan və toxumalarda iltihabla əlaqəli degenerativ proseslər, xüsusən də dayaq-hərəkət aparatında (tendovaginit, bursit, kürək-çiyin periartriti), bud-çanaq, diz və kiçik oynaqların artrozu daxil olmaqla.

Əks göstərişlər

Tərkibindəki aktiv maddə və ya köməkçi maddələrə, Arnica (dağlıq öküzotu), Chamomilla (çobanyastığı), Achillea millefolium (boymadərən) və ya mürəkkəbçiçəklilər fəsiləsinə daxil olan digər bitkilərə qarşı hiperhəssaslıq. Kifayət qədər sənədləşdirilmiş məlumat olmadığından hamiləlik və laktasiya zamanı preparat yalnız həkimlə məsləhətləşdikdən sonra qəbul edilə bilər.

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Setilstearil spirti yerli dəri reaksiyalarına səbəb ola bilər (məs., kontakt dermatiti). Məlhəm geniş sahələrə tətbiq edilməməlidir. Gözlər, selikli qişalar, açıq yaralar və ya zədələnmiş dəri ilə təmasdan qaçının. Əgər simptomlar davam edərsə və ya pisləşərsə, siz həkim və ya tibb mütəxəssisi ilə məsləhətləşməlisiniz. Digər dərman maddələri ilə qarşılıqlı təsiri Məlum deyil.

İstifadə qaydası və dozası

Səhər və axşam zədəli hissələrə yayılıb sürtülməlidir; məlhəmdən tez-tez istifadə lazım gələrsə məlhəm sarğısı ilə qoyulmalıdır. Qeyd: məlhəm böyük sahələrdə uzun müddətə yaxud birbaşa olaraq açıq yaralarda istifadə edilməməlidir. Preparatın uşaqlarda istifadəsi haqda kifayət qədər sənədləşdirilmiş məlumat olmadığından, yaşı 12-dən az olan uşaqlar üçün yalnız həkimlə məsləhətləşdikdən sonra istifadə edilə bilər.

Əlavə təsirləri

Nadir hallarda hiperhəssaslıq yaxud yerli allergiya reaksiyaları (dəri iltihabı, qızarma, şişmə və qaşınma) baş verə bilər. Belə bir halda preparatın qəbulu dayandırılmalıdır.

Buraxılış forması

50 q məlhəm, tubda. 1 tub içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

Saxlanma şəraiti

30°C-dən aşağı temperaturda saxlayın. Uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

Yararlılıq müddəti

Yararlılıq müddəti qablaşdırıldığı qutunun üzərində göstərilmişdir. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti

Reseptsiz buraxılır.

İstehsalçı

Biologische Heilmittel Heel GmbH. Dr.-Reckeweg-Str. 2-4, 76532 Baden-Baden. Rəsmi distribyutor Planeta PCC.

Müştəri rəyləri

Bu məhsul üçün rəy yoxdur.

“TRAUMEEL S 50 GR MELHEM” üçün ilk rəyi siz yazın.