TRAUMEEL S 50 GR GEL

Dərman formasıGel
Farmakoloji təsirHomeopatik dərman vasitəsi.Dayaq-hərəkət sisteminin pozulmaları üçün digər preparatlar

Onlayn sifariş zamanı 5% endirim.

 Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin

Endirim_5

12,91 ₼

Stokda yoxdur

Stokda yoxdur

  • Filialdan götürmək

Bu gün götürmək

Ödənişsiz

  • Kuryerlə çatdırılma

Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.

Ödənişli

  • Ekspress çatdırılma

Sürətli çatdırılma

Ödənişli

Ödəniş üsulları:

Məhsulun təsviri

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

TRAUMEL S xaricə istifadə üçün gel

Tərkibi

Təsiredici maddələr: 100 q tərkibində: Achillea millefolium MT 0,090 q, Aconitum napellus D1 0,050 q, Arnica montana D3 1,500 q, Atropa bella-donna D1 0,050 q, Bellis perennis MT 0,100 q, Calendula officinalis MT 0,450 q, Echinacea MT 0,150 q, Echinacea purpurea MT 0,150 q, Hamamelis virginiana MT 0,450 q, Hepar sulfuris D6 0,025 q, Hypericum perforatum D6 0,090 q, Matricaria recutita MT 0,150 q, Mercurius solubilis Hahnemanni D6 0,040 q, Symphytum officinale D4 0,100 q. Tərkibində 24,4 həcm %-i spirt var. Köməkçi maddələr:təmizlənmiş su, 96%-li spirt, karbomerlər, natrium hidroksid məhlulu 18%.

Təsviri

Şəffaf, zəif qəhvəyidən zəif qəhvəyi-sarı-yaşılımtıl rəngli, etanol qoxulu geldir.

Farmakoterapevtik qrupu

Homeopatik dərman vasitəsi.Dayaq-hərəkət sisteminin pozulmaları üçün digər preparatlar. ATC kodu: M09AX. İstifadəsinəgöstərişlər Dayaq-hərəkət sistemi zədələnmələrinin, həmçinin, iltihab hallarının və dayaq-hərəkət sisteminin degenerative proseslərinin müalicəsi üçün.

Əks göstərişlər

Preparatın tərkibində olan bir və ya bir neçə komponentə qarşı allergiya (yüksək həssaslıq). Həmçinin mürəkkəbçiçəklilər (Asteraceae) fəsiləsindən olan Dağlıq öküzotu (Arnica montana), Gülümbahar (Calendula officinalis), Çobanyastığı (Chamomilla recutita), Exinaseya (Echinacea), Adi boymadərən (Achillea millefolium), Çoxillikqızçiçəyi (Bellis perennis) bitkilərinə qarşı yüksək həssaslıq.

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Gözlər, selikli qişa, açıq yaralar və ya zədələnmiş dəri üzərinə tətbiq etməyin. Əgər simptomlar davam edərsə və ya pisləşərsə, həkimlə və ya tibb mütəxəssisi ilə məsləhətləşin.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Məlum deyil. Hamiləlikvəlaktasiyadövründəistifadəsi Bu preparatda təqdim olunmuş maddələrin homeopatik durulaşmış məhlulları nhamiləlik və laktasiya dövründə toksik olmaları məlum deyil. Bütün dərman vasitələri kimi, hamiləlik və laktasiya dövründə bu preparatı istifadə etməzdən öncə həkimlə və ya tibb mütəxəssisi ilə məsləhətləşin.

İstifadə qaydası və dozası

Digər təyinat yoxdursa: Standart doza: Böyüklər (və 12 yaşdan yuxarı uşaqlar): Gündə 2 dəfə və ya ehtiyac olarsa daha çox. Pediatriya: 2 yaşına qədər: gündə 2 dəfə və ya ehtiyac olarsa daha çox. 2–5 yaş: gündə 2 dəfə və ya ehtiyac olarsa daha çox. 6–11 yaş: gündə 2 dəfə, və ya ehtiyac olarsa daha çox. İstifadə qaydası Yalnız xaricə istifadə üçün. Zədələnmiş yerə bolluca tətbiq edin. Traumeeli yüngül kompres sarğı və/və ya germetik sarğıdan istifadə etməklə tətbiq etmək olar.

Əlavə təsirləri

Çox nadir hallarda (10,000 pasientdə 1-dən az) allergik (hiperhəssaslıq) dərireaksiyalarıbaşverəbilər.

Buraxılış forması

50 q gel, tubda. 1 tub, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

Saxlanma şəraiti

25°C-dən aşağı temperaturda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

Yararlılıq müddəti

Yararlılıq müddəti qablaşdırıldığı qutunun üzərində göstərilmişdir. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti

Reseptsiz buraxılır. İstehsalçı/Qeydiyyat vəsiqəsinin sahibi BiologischeHeilmittel Heel GmbH Dr.-Reckeweg-Str. 2-4 76532 Baden-Baden. Rəsmi distribyutor Planeta PCC.

Müştəri rəyləri

Bu məhsul üçün rəy yoxdur.

“TRAUMEEL S 50 GR GEL” üçün ilk rəyi siz yazın.