TRAUMEEL S N50 TB
| Dərman forması | Tablet |
|---|---|
| Farmakoloji təsir | Homeopatik dərman vasitəsi. Dayaq-hərəkət sisteminin pozulmaları üçün digər preparatlar |
Onlayn sifariş zamanı 5% endirim.
Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin
Endirim_5
9,90 ₼
Stokda var
Stokda var
-
Filialdan götürmək
Bu gün götürmək
Ödənişsiz
-
Kuryerlə çatdırılma
Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.
Ödənişli
-
Ekspress çatdırılma
Sürətli çatdırılma
Ödənişli
Ödəniş üsulları:
Məhsulun təsviri
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
TRAUMEEL S tabletlər
Tərkibi
Təsiredici maddələr: 1 tabletin tərkibində vardır: Achillea millefolium D3 15 mq; Atropa bella- donna D4 75 mq; Aconitum napellus D3 30 mq; Matricaria recutita D3 24 mq; Symphytum officinale D8 24 mq; Mercurius solubilis Hahnemanni D8 30 mq; Hepar sulfuris D8 30 mq; Calendula officinalis D2 15 mq; Hamamelis virginiana D2 15 mq; Bellis perennis D2 6 mq; Echinacea D2 6 mq; Echinacea purpurea D2 6 mq; Hypericum perforatum D2 3 mq; Arnica montana D2 15 mq. Köməkçi maddələr: laktoza monohidrat, maqnezium stearat.
Təsviri
Yuvarlaq, hamar səthli, ağdan sarı-ağ rəngə dəyişən iysiz və ya zəif şirin fasetli tabletlərdir. Sporadik olaraq narıncı nöqtələr müşahidə edilə bilər.
Farmakoterapevtik qrupu
Homeopatik dərman vasitəsi. Dayaq-hərəkət sisteminin pozulmaları üçün digər preparatlar. ATC kodu: M09AX.
İstifadəsinə göstərişlər
Dartılmalar, çıxıqlar, kontuziyalar, qan sızmaları və oynağa effuziya, sınıqlar kimi zədələr; postoperativ və posttravmatik ödem və yumşaq toxumaların şişməsi; iltihabi proseslər və xüsusən də dayaq-hərəkət aparatı daxil olmaqla müxtəlif orqanlarda və toxumalarda iltihabla əlaqəli olan degenerativ proseslər (tendovaginit, stiloidit, epikondilit, bursit, kürək-çiyin periartriti); omba, diz və kiçik oynaqların artrozu.
Əks göstərişlər
Aktiv komponentlərə və ya köməkçi maddələrə, arnika (Dağlıq öküzotu), çobanyastığı, adi boymadərən yaxud mürəkkəbçiçəklilər fəsiləsinin (Asteraceae) digər bitkilərinə qarşı hiperhəssaslıq.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Bu preparatın tərkibində laktoza var. Əgər sizdə bəzi şəkərlərə qarşı dözümsüzlük müşahidə olunmuşdursa, bu preparatı qəbul etməzdən əvvəl öz həkiminizlə məsləhətləşin. Bu preparatın tərkibində Echinacea olduğundan aşağıdakı xəstəliklərdən əziyyət çəkən xəstələr həkimlə məsləhətləşməlidirlər: proqressiv sistem pozulmaları, autoimmun xəstəliklər, immunçatışmazlığı olanlar, immunosuppressiya və ağ qan hüceyrəsi sisteminin xəstəlikləri. Müalicə müddəti Tərkibində Echinacea olduğundan bu preparatı həkim məsləhəti olmadan 8 həftədən uzun müddət ərzində davamlı olaraq istifadə etməyin.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Məlum deyil.
İstifadə qaydası və dozası
Adi hallarda 1 tableti gündə 3 dəfə ağızda həll etmək lazımdır. Preparatın uşaqlarda istifadəsi haqda kifayət qədər sənədləşdirilmiş məlumat yoxdur və bu səbəbdən o, yaşı 12-dən az olan uşaqlar üçün yalnız həkimlə məsləhətləşdikdən sonra istifadə edilməlidir.
Əlavə təsirləri
Nadir hallarda mürəkkəbçiçəklilər fəsiləsi bitkilərinə (məs., dağlıq öküzotu (Arnica), gülümbahar (Calendula), adi boymadərən (Achillea millefolium)) hiperhəssaslığı olan pasientlərdə hiperhəssaslıq yaxud allergik dəri reaksiyaları (qızarma, şişmə və qaşıntı) müşahidə oluna bilər, belə halda preparatdan istifadə dayandırılmalıdır. Tərkibində exinaseya (Echinacea) ekstraktları olan preparatlarla müalicədən sonra dəri səpgisi və qaşınma (pruritus), nadir hallarda isə üz şişməsi, təngnəfəslik (dispnoe), başgicəllənmə və qan təzyiqinin düşməsi müşahidə olunmuşdur. Qəbuldan sonra hipersalivasiya (həddən artıq ağız suyu ifrazı) baş verə bilər, belə bir halda preparatdan istifadə dayandırılmalıdır. Homeopatik aktiv maddə olan Mercurius solubilis-ə görə də bəzən allergiya reaksiyaları baş verə bilər. Kifayət qədər sənədləşdirilmiş məlumat olmadığına görə hamiləlik və laktasiya zamanı preparat yalnız həkim məsləhətləşməsindən sonra qəbul edilə bilər.
Buraxılış forması
50 və ya 250 tablet, flakonda. 1 flakon, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
25°C-dən aşağı temperaturda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Yararlılıq müddəti
Yararlılıq müddəti qablaşdırıldığı qutunun üzərində göstərilmişdir. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Reseptsiz buraxılır.
İstehsalçı
Biologische Heilmittel Heel GmbH Dr.-Reckeweg-Strasse 2-4 76532 Baden-Baden. Rəsmi distribyutor Planeta PCC.
Ən Son Məqalələr
Reseptlə satılır
Müştəri rəyləri
Rəy yazmaq üçün hesabınıza daxil olun.

Rəylər
Filtrləri təmizləBu məhsul üçün rəy yoxdur.