Dezor Plus 60 ml şampun
| Təsiredici maddə | KETOCONAZOLE |
|---|---|
| Dərman forması | Rektal şam |
| Farmakoloji təsir | Xarici istifadə üçün antifungal |
| İstehsal ölkəsi | Malayziya |
Onlayn sifariş zamanı 5% endirim.
Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin
Endirim_5
18,66 ₼
Stokda yoxdur
Stokda yoxdur
-
Filialdan götürmək
Bu gün götürmək
Ödənişsiz
-
Kuryerlə çatdırılma
Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.
Ödənişli
-
Ekspress çatdırılma
Sürətli çatdırılma
Ödənişli
Ödəniş üsulları:
Məhsulun təsviri
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
DEZOR PLYUS şampun DEZOR PLUS Beynəlxalq patentləşdirilməmiş adı: Ketoconazole + Zinc pyrithione
Tərkibi
Təsiredici maddə: 1 q şampunun tərkibində 20 mq ketokonazol, 10 mq sink pirition vardır. Köməkçi maddələr: metilparaben, propilparaben, propilenqlikol, çay lauril sulfat, kokamidopropil betain, xlorid turşusu, natrium sitrat, lauret-4, polikvaternium-39, fraqrans (aromatizator) (mozaik 02853), akrilat kopolimer, natrium hidroksid,ponso 4R, natrium xlorid, təmizlənmiş su.
Təsviri
Xarakterik qoxuya malik qeyri-şəffaf qırmızı rəngli viskoz mayedir.
Farmakoterapevtik qrupu
Xarici istifadə üçün antifungal. ATC kodu: D11AX12.
Farmakoloji xüsusiyyətləri
Farmakodinamikası Dezor Plyus şampununun aktiv maddələrindən biri olan Ketokonazol geniş spektrli təsirə malik göbələk əleyhinə vasitədir. O maya və göbələklərin hüceyrə membranlarının keçiriciliyinin dəyişilməsinə təsir göstərir. Bu hüceyrə membranlarının əsas sterolu olan erqosterolun sintezinin ləngiməsi 14-α-metilsterolun toplanması ilə əlaqədardır. Xolesterol məməlilərin hüceyrə membranının əsas sterol komponenti olduğu halda, erqosterol göbələk hüceyrələrinin membranlarının əsas komponentini təşkil edir. Erqosterol biosintezindəki 14-α-demetilləşmə -dən asılı olduğuna görə Ketokonazolun sitoxrom P -dən asılı 14-α-mərhələsi sitoxrom P 450 450 demetilaza fermentinin aktivliyini inhibə edərək biosintezə təsir göstərə biləcəyi irəli sürülmüşdür. Bu 14-α-metilsterolların kumulyasiyasına gətirib çıxarır. 14-α-metilsterolların kumulyasiyası hüceyrə membranının erqosterol tərkibinin azalması ilə birlikdə membran funksiyalarının pozulması, hüceyrələrin böyüməsinin və yaşama qabiliyyətinin pozulması kimi qeyri-stabil halların yaranmasına gətirib çıxarır. Yüksək konsentrasiyalarda Ketokonazol Candida albicans ilə inkubasiyadan sonra doymuş yağ turşularının kumulyasiyasına səbəb olur ki, bunun da nəticəsində sonradan göbələklərin hüceyrə membranlarının strukturunun və keçiriciliyinin destabilləşməsi gözlənilir. Beləliklə, Ketokonazol ikili təsirə malikdir: aşağı konsentrasiyalarda fungistatik mexanizm hansı ki, bütün imidazollara xarakterikdir və erqosterolların biosintezinin inhibə etməsi ilə əlaqədardır və yüksək konsentrasiyalarda fungisid təsirlər göstərir hansı ki, birbaşa olaraq hüceyrə membranını dağıtmaqla yaranır. 0,02 mkq/ml minimum inhibəedici konsentrasiya (MİK) Pityrostorum spp. mayaların böyüməsini inhibə etmək üçün kifayətdir. Ketokonazol da həmçinin 5-lipoksigenazalara təsir göstərməklə leykotrien B sintezini və iltihabı ləngidir.4 Dezor Plyus şampununun digər aktiv maddəsi olan Sink Pirition kəpəyin təsirindən yaranan qabıqvermə və qaşınmanı azaldır (keratolitik). Sink pirition enerjini ötürən birincili proton pompasına birbaşa və ya dolayı təsir göstərməklə membran transportunu (nəqlini) inhibə edir və piritonun təsir yerinin hüceyrəxarici olmaqdan daha çox hüceyrədaxili olma ehtimalını artırır. Sink pirition hüceyrədaxili materialların sızmasına səbəb olur. Sink pirition 0,12-8 mkq/ml minimal inhibəedici konsentrasiyada (MİK) effektivdir. Farmakokinetikası Ketokonazol və Sink pirition tərkibli şampunun perkutanoz absorbsiyası zəif olduğuna görə qanda həmin maddələrin miqdarları hətta həmin şampunun xroniki istifadəsi nəticəsində belə aşkar edilmir və bu səbəbdən sistemli effektlər baş verməsi gözlənilmir.
İstifadəsinə göstərişlər
Dezor Plyus şampunu baş dərisinin kəpəklənməsinin və seborragik dermatitinin müalicəsi zamanı istifadə edilir. Tətbiqi yolları Preparat yalnız yerli (toikal) istifadə üçün nəzərdə tutulmuşdur.
Əks göstərişlər
Ketokonazola, Sink piritiona və ya preparatın digər köməkçi maddələrinə qarşı yüksək həssaslıq göstərən şəxslərdə Dezor Plyus şampununun istifadəsi əks göstərişdir.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Dezor Plyus şampunu yalnız xarici səthə istifadə üçün nəzərdə tutulmuşdur. Preparatın gözlərə düşməsinə imkan verilməməlidir. Gözlərə təsadüfən düşdüyü hallarda gözlər su ilə təmiz yuyulmalıdır. Preparatın təlimatlara uyğun şəkildə müntəzəm istifadəsindən sonra pisləşmə baş verərsə və ya yaxşılaşma müşahidə edilməzsə həkiminizlə məsləhətləşin. Şampunun istifadəsindən sonra daimi dalğalı olan saçların qıvrılmasının aradan qalxdığına dair məlumatlar bildirilmişdir. Hər hansı yerli (topikal) mikrob əleyhinə vasitələrin uzunmüddətli istifadəsi nəticəsində qeyri-həssas orqanizmlərin çoxalması baç verə bilər. Karsinogenez, mutagenez və fertilliyin pozulması: Bu preparatın yerli (topikal) istifadəsi nəticəsində karsinogenliyin, mutagenliyin yaranmasını və ya fertilliyin pozulmasını isbatlayan hallar barədə məlumatlar bildirilməmişdir.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Əhəmiyyətli dərman qarşılıqlı təsirləri barədə məlumatlar qeyd edilməmişdir
Hamiləlik və laktasiya dövründə istifadəsi
Ketokonazol və Sink pirition yerli istifadə zamanı dəridən absorbsiya olunmadığına görə hamiləlik və laktasiya dövrü Dezor Plyus şampununun istifadəsi əks göstəriş deyildir. Buna baxmayaraq, hamiləliyin ilk trimesterində və südverən qadınlarda həmin şampun həkim məsləhətindən sonra istifadə edilə bilər. Pediatriyada istifadəsi: Uşaqlarda preparatın istifadəsinin təhlükəsizliyi öyrənilməmişdir. Nəqliyyat vasitəsini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri Təsir etmir.
İstifadə qaydası və dozası
Saçları və baş dərisini isladın və köpüyün alınmasına qədər yetərincə şampun tətbiq edin. Bir dəqiqə ərzində masaj edin və isti su ilə yuyun. Proseduru əlavə 3 dəqiqə ərzində təkrarlayın. Saçlarınızı isti su ilə yuyun və qurulayın. Şampun hər istifadə arasında 3 gün ara verilməklə həftədə iki dəfə 4 həftə ərzində, sonradan ehtiyac olarsa və ya həkim təyinatına əsasən istifadə edilməlidir.
Əlavə təsirləri
Dezor Plyus şampunu ilə yerli (topikal) müalicə yaxşı keçirilir. Nadir hallarda saçların rəngsizləşməsi müşahidə edilmişdir. Normal saç tökülməsinin artması, qıcıqlanma (<1%), abnormal saç teksturası, dərinin yüngül dərəcəli quruması, qaşınma, saçların və baş dərisinn yağlanması/quruması kimi hallar da qeyd edilmişdir. Sink piritionun təsirindən periferal neyrit də həmçinin nadir hallarda rastlana bilər.
Doza həddinin aşılması
Preparatın təsadüfi udulması zamanı qoruyucu tədbirlər həyata keçirilməlidir. Aspirasiyanın qarşısının alınması məqsədilə qusma və ya mədənin yuyulmasına həyata keçirilməməlidir.
Buraxılış forması
60 ml məhlul plastik flakonda. 1 flakon içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
30ºС temperaturdan yüksək olmayan, işıqdan qorunan və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Yararlılıq müddəti
2 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Resept əsasında buraxılır. İstehsalçı/Qeydiyyat vəsiqəsinin sahibi HOE Pharmaceuticals Sdn. Bhd., Malaysia. Lot 10, Jalan Sultan Mohamed 6, Bandar Sultan Suleiman, 42000 Port Klang, Selangor.
Ən Son Məqalələr
Reseptlə satılır
Müştəri rəyləri
Rəy yazmaq üçün hesabınıza daxil olun.

Rəylər
Filtrləri təmizləBu məhsul üçün rəy yoxdur.