Elokom 0,1 % 15 q krem
| Dərman forması | Krem |
|---|---|
| Farmakoloji təsir | Dermatologiyada yerli istifadə üçün kortikosteroidlər |
| İstehsal ölkəsi | Belçika |
Onlayn sifariş zamanı 5% endirim.
Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin
Endirim_5
7,68 ₼
Stokda var
Stokda var
-
Filialdan götürmək
Bu gün götürmək
Ödənişsiz
-
Kuryerlə çatdırılma
Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.
Ödənişli
-
Ekspress çatdırılma
Sürətli çatdırılma
Ödənişli
Ödəniş üsulları:
Məhsulun təsviri
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
ELOKOM krem Beynəlxalq patentləşdirilməmiş adı: Mometasone
Tərkibi
Təsiredici maddə: 1 q kremin tərkibində 1 mq mometazon furoat vardır. Köməkçi maddələr: heksilenqlikol, təmizlənmiş su, fosfat turşusu, hidrogenləşdirilmiş fosfatidilxolin, titan dioksid, oktenilsuksinat nişastanın alüminium duzu, ağ mum, ağ vazelin.
Təsviri
Ağ və ya ağ rəngə yaxın, yumşaq konsistensiyalı, əlavələrsiz bircinsli kremdir.
Farmakoterapevtik qrupu
Dermatologiyada yerli istifadə üçün kortikosteroidlər. ATC kodu: D07AC13.
Farmakoloji xüsusiyyətləri
Farmakodinamikası Mometazon furoat – sintetik kortikosteroid olub, iltihabəleyhinə, qaşınmaəleyhinə, damardaraldıcı təsirlərə malikdir. Farmakokinetikası Yerli istifadə üçün kortikosteroidlərin dəridən sorulma dərəcəsi, preparatın tərkibi və epidermal baryerin bütövlüyü daxil olmaqla, müxtəlif amillərdən asılıdır. Dəridə baş verən iltihab və digər proseslər preparatın dəridən sorulmasının güclənməsinə səbəb ola bilər. 0,1%-li mometazon furoat kreminin dəridən absorbsiyası insanların zədələnməmiş dərisinin üzərinə radioaktiv nişanlanmış 0,1%-li H-mometazon furoat kreminin birdəfəlik yaxılması yolu ilə müayinə edilmişdir, bu krem dərinin üzərində 8 saat ərzində saxlanılmışdır. 5-günlük tədqiqatın nəticəsinə görə, nəcis və sidiklə xaric olunmuş izotopun miqdarı qiymətləndirilmiş müayinədə yaxılan dozanın təxminən 0,4%-i sistem absorbsiya olunmuşdur. Tədqiqat ərzində plazmada və eritrositlərdə radioaktiv maddənin miqdarı ilkin səviyyəsinə nisbətən bir qədər yüksək qalmışdır, bu isə ≤ 0,1nq/ml konsentrasiyasına müvafiq olmuşdur.
İstifadəsinə göstərişlər
Kortikosteroidlərlə müalicəyə yatımlı dəri xəstəliklərində iltihab və qaşınma simptomlarının, o cümlədən psoriaz və atopik dermatitin yerli müalicəsi.
Əks göstərişlər
Elokom preparatının komponentlərindən hər hansı birinə qarşı yüksək həssaslıq. Digər kortikosteroidlər kimi Elokom aşağıdakı hallarda əks göstərişdir: vulqar civzələr, rozasea, perioral dermatit, perianal və genital qaşınma, bakteriya, virus və ya göbələk mənşəli dəri infeksiyaları (herpes, suçiçəyi, kəmərvari dəmrov), vərəm xəstəliyi, sifilis, postvaksinal reaksiyalar.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Elokom yalnız dermatoloji istifadə üçün nəzərdə tutulmuşdur və oftalmologiyada istifadə üçün göstəriş deyildir. Əgər preparatı istifadə etdikdə qıcıqlanma və ya yüksək həssaslıq qeyd olunarsa, müalicə ləğv edilməli və müvafiq müalicə təyin olunmalıdır. İnfeksiya əmələ gəldikdə müvafiq göbələk əleyhinə və ya antibakterial vasitə istifadə olunmalıdır. Əgər qısa müddət ərzində müsbət effekt əldə olunmazsa, infeksiyanın əlamətləri tam ləğv olunanadək kortikosteroidin istifadəsi dayandırılır. Böyrəküstü vəzilərin qabıq maddəsinin funksiyasının tormozlanması da daxil olmaqla, sistem kortikosteroidlərin hər hansı əlavə təsiri kortikosteroidlərin yerli istifadəsi zamanı da qeyd oluna bilər (xüsusilə azyaşlı uşaqlarda). Preparatı bədənin böyük sahələrinə və ya yüksək dozalarda istifadə etdikdə böyrəküstü vəzilərin funksiyasını müntəzəm olaraq yoxlamaq lazımdır. Psoriazlı xəstələrdə xüsusi ehtiyatla istifadə etmək lazımdır, çünki psoriaz zamanı yerli qlükokortikosteroidlərin yaxılması tolerantlığın əmələ gəlməsinə görə xəstəliyin şiddətlənməsi nəticəsində pustulyöz psoriazın geniş yayılmasının riski və lokal və ya sistem toksikliyin əmələ gəlməsi dərinin baryer funksiyasının pozulması nəticəsində təhlükəli ola bilər. Müalicə bədənin geniş sahələrində aparılarsa və ya okklüziv sarğı istifadə olunarsa, qlükokorti- kosteroidlərin sistem absorbsiyası yerli istifadə zamanı yüksək olacaqdır. Belə hallarda, həmçinin preparatı uzun müddət istifadə etdikdə ehtiyatlı olmaq lazımdır. Qlükokortikoid tərkibli bütün güclü təsiredici preparatlarda olduğu kimi Elokom preparatını okklüziv sarğı altında uzun müddət, dərinin böyük sahələrinin üzərinə, həmçinin üz nahiyəsinə (5 gündən çox olmaz) və dəri büküşlərinin üzərinə (qoltuqaltı və qasıq nahiyələri) istifadə etməkdən çəkinmək lazımdır. Preparatın gözlərə (göz qapaqları daxil olmaqla), yaralara və selikli qişaların üzərinə düşməsindən çəkinmək lazımdır. Qlükokortikoidlər bəzi dəri zədələnmələrinin xarici görünüşünü dəyişdirə bilər, bu da ki, diaqnozu çətinləşdirə bilər. Sistem və yerli təsirli kortikosteroidlərin istifadəsi zamanı (intranazal, inhalyasiyon və gözdaxili yeridilmə daxil olmaqla) görmədə pozğunluqlar yarana bilər. Əgər, görmədə görmənin qeyri-dəqiqliyi kimi və ya digər pozğunluqlar baş verərsə, görmənin pozulmasının mümkün səbəblərini qiymətləndirmək üçün xəstə oftalmoloqda müayinə olunmalıdır. Görmədə baş verən pozğunluqların mümkün səbəblərinə katarakta, qlaukoma və ya mərkəzi seroz xorioretinopatiya kimi nadir xəstəliklər aid ola bilər ki, onların haqqında sistem və ya yerli təsirli kortikosteroidlərin istifadəsindən sonra məlumat verilmişdir.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Məlum deyil.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Hamiləlik dövründə qlükokortikoidlərin yerli istifadəsinin təhlükəsizliyi təsdiq olunmayıb, buna görə bu qrup dərman preparatlarının hamiləlik dövründə təyini yalnız ana üçün potensial fayda döl üçün potensial riskdən üstün olduğu hallarda mümkündür. Hamiləlik dövründə bu preparatlar böyük dozalarda və uzun müddət istifadə olunmur. Hamilə qadına Elokom preparatı təyin etdikdə qlükokortikoidlərin ciftdən keçməsi və dölə təsir göstərməsi mümkündür. Kortikosteroidlərin yerli istifadəsi zamanı onlar ana südündə aşkar olunmayıb. Laktasiya dövründə ananın preparatdan istifadə etməsinin zəruriliyi nəzərə alınmaqla, ana südü ilə qidalandırmanın dayandırılması və ya preparatın ləğv olunması barədə qərar vermək lazımdır. Pediatriyada istifadəsi Uşaqlarda yerli kotrikosteroidlərin təsiri nəticəsində böyüklərə nisbətən hipotalamo-hipofizar-adrenal sistemin zəifləməsi və Kuşinq sindromunun daha tez-tez meydana çıxması mümkündür, bu isə dəri səthi sahəsinin bədən kütləsinə nisbətinin böyük olması nəticəsində preparatın absorbsiyasının yüksək olması ilə əlaqədardır. Bununla əlaqədar olaraq, yerli kotrikosteroidlər uşaqlarda minimal effektiv dozalarda istifadə olunmalıdır. Xroniki kortikosteroid müalicəsi uşaqlarda boyatmanın və inkişafın pozulmasına gətirib çıxara bilər. Elokom uşaq bezi və sukeçirməyən tuman altında olan dəri sahələrinə yaxılmır, çünki belə hallarda preparat okklüziv sarğı altına düşür. 2 yaşa qədər uşaqların müalicəsi üçün preparatın istifadəsi üzrə məlumatlar məhduddur. 2 yaşdan yuxarı uşaqlarda müalicə 5 gündən artıq olmamalıdır.
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
Elokom nəqliyyat vasitələrini və hərəkət edən mexanizmləri idarəetmə qabiliyyətinə təsir göstərməsi haqqında məlumat yoxdur.
İstifadə qaydası və dozası
Elokom dərinin zədələnmiş sahələrinin üzərinə nazik qatla gündə 1 dəfə yaxılır. Müalicə müddəti xəstəliyin gedişindən və ağırlığından asılıdır və fərdi müəyyən edilir. Uşaqlarda və böyüklərdə yerli istifadə üçün kortikosteroidlər 5 gündən artıq istifadə olunmamalıdır. Preparatın fasiləz istifadəsi 2-3 həftədən çox olmamalıdır.
Əlavə təsirləri
Elokom preparatının istifadəsindən sonra aşağıdaki yerli əlavə reaksiyalar barədə məlumatlar olub: paresteziyalar, qaşınma, dəridə atrofiya əlamətləri, yandırıcı hiss, follikulit, civzəyəbənzər reaksiya, papulalar, pustullar və teleangioektaziya (başvermə tezliyi – çox nadir hallarda). Aşağıdakı yerli əlavə reaksiyalar digər güclü təsiredici kortikosteroidlərin istifadəsi zamanı qeydə alınmışdır və onlar Elokom preparatının istifadəsi zamanı da mümkündür: dəridə qıcıqlanma, hipertrixoz, hipopiqmentasiya, perioral dermatit, allergik kontakt dermatiti, dəridə maserasiya, ikincili infeksiya, striyalar, tər səpgisi (başvermə tezliyi – nadir hallarda). Kremi dərinin geniş sahələrinin üzərinə uzun müddət yaxdıqda, xüsusilə okklüziv sarğı altında, sistem əlavə reaksiyaların əmələ gəlməsi mümkündür (“Xüsusi göstərişlər”böl. bax). Sistem təsirli kortikosteroidlərin təyini zamanı qeydə alınmış bütün arzuolunmaz əlamətlər, o cümlədən hipotalamo-hipofizar sistemin funksiyasının inhibə olunması, güclü təsiredici kortikosteroidləri təyin etdikdə əmələ gələ bilər, xüsusilə körpələrdə və uşaqlarda (“Pediatriyada istifadəsi” böl. bax). Yerli kortikosteroidlərin istifadəsi zamanı həmçinin sistem əlavə təsirlər haqqında da məlumat verilmişdi, məsələn görmənin qeyri-dəqiqliyi.
Doza həddinin aşılması
Simptomları Yerli kortikosteroidlər həddindən artıq və ya uzunmüddətli istifadə zamanı hipofizar-böyrəküstü sistemin funksiyasının zəifləməsinə gətirə bilər, bu isə böyrəküstü vəzilərin qabıq maddəsinin ikincili çatışmazlığının yaranmasına səbəb ola bilər. Müalicəsi Müvafiq simptomatik müalicə aparılır. Hiperkortisizmin kəskin simptomları adətən dönərdir. Ehtiyac olduqda elektrolit disbalansının korreksiyası aparılır. Uzunmüddətli müalicədən sonra müalicənin dayandırılması lazım gələrsə, bunu kortikosteroidlərin dozasını tədricən azaltmaqla etmək lazımdır.
Buraxılış forması
15 q krem, tubda. 1 tub, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
25ºC- dən yüksək olmayan temperaturda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Yararlılıq müddəti
2 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Resept əsasında buraxılır.
İstehsalçı
Schering-Plough Labo N.V. Heist-op-den-Berg, Belgium. Ünvan İndustriepark 30, 2220, Heist-op-den-Berg, Belgium.
Qeydiyyat vəsiqəsinin sahibi
Orqanon Central East GmbH, Weystrasse 20, 6006 Luzern, Switzerland.
Ən Son Məqalələr
Reseptlə satılır
Müştəri rəyləri
Rəy yazmaq üçün hesabınıza daxil olun.

Rəylər
Filtrləri təmizləBu məhsul üçün rəy yoxdur.