Benzilpenisillin 1mln IU flakon

Dərman formasıİnyeksiya üçün məhlul
Farmakoloji təsirPenisillin qrupu antibiotiki
İstehsal ölkəsiÇin

Onlayn sifariş zamanı 5% endirim.

 Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin

Endirim_5

0,27 ₼

Stokda var

Stokda var

  • Filialdan götürmək

Bu gün götürmək

Ödənişsiz

  • Kuryerlə çatdırılma

Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.

Ödənişli

  • Ekspress çatdırılma

Sürətli çatdırılma

Ödənişli

Ödəniş üsulları:

Məhsulun təsviri

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

BENZİLPENİSİLLİN 1 000 000 V BF venadaxili və əzələdaxili inyeksiya məhlulunun hazırlanması üçün toz Beynəlxalq patentləşdirilməmiş adı: Benzylpenicilline

Tərkibi

Təsiredici maddə: 1flakonda 1 000 000 TV benzilpenisillinin natrium duzu vardır.

Təsviri

Ağ və ya ağa çalar şəffaf tozdur. Farmakoterapeftik qrupu Penisillin qrupu antibiotiki. ATC kodu: J01CE01.

Farmakoloji xüsusiyyətləri

Farmakodinamikası Biosintetik “təbii” penisilinlər qrupundan olan bakterisid antibiotikdir. Mikroorqanizmlərin hüceyrə divarının sintezini tormozlayır. Qrammüsbət: Staphylococcus spp. (pensillinaza hasil etməyən), Streptococcus spp. (Streptococcus pneumoniae daxil olmaqla), Corynebacterium diphtheriae, Bacillus anthracis, Actinomyces spp.; qrammənfi mikroorqanizmlərə: Neisseria gonorrhoeae, Neisseria meningitidis, həmçinin Spirochaetes sinifinin növlərinə, həmçinin Treponema spp. törədicilərinə qarşı aktivdir. Qrammənfi bakteriyaların əksəriyyətinə qarşı, Rickettsia spp., protozoylara qarşı effektiv deyil. Mikroorqanizmlərin penisillinaza hasil edən ştammları preparatın təsirinə davamlıdır. Farmakokionetikası Əzələdaxili yeridilmə zamanı maksimal konsentrasiyasının yaranma vaxtı (TS ) 20-30 dəqiqədir.max Plazma zülalları ilə birləşməsi 60%-dir. Orqanlara, toxumalara və bioloji mayelərə nüfuz edir (likvor, göz və prostat vəzinin toxumalarından başqa), meningeal qışanın iltihabı zamanı hematoensefalik baryerdən (HEB) keçir. Dəyişməz şəkildə böyrəklər vasitəsilə xaric olur. Yarımxaricolma dövrü (Т ) 30-60 dəqiqə, böyrək çatışmazlığı zamanı – 4-10 saat və daha çox olur.½

İstifadəsinə göstərişlər

Həssas törədicilər tərəfindən törənən bakterial infeksiyalar: krupoz və ocaqlı pnevmoniya, plevranın empieması, bronxit, sepsis, septik endokardit (kəskin və yarımkəskin), peritonit, meningit, osteomielit; − Cinsiyyət sisteminin infeksiyaları (süzənək, blennoreya, sifilis); − Yara infeksiyaları, dərinin və yumşaq toxumaların infeksiyaları: qızılyel, impetiqo, təkrar yoluxucu dermatozlar; − Difteriya, skarlatina; − Qarayara; − Aktinomikoz.

Əks göstərişlər

− Hiperhəssaslıq (o cümlədən digər laktam antibiotiklərə qarşı); − Epilepsiya (endolyumbal yeridilmə üçün).

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Benzilpenisillin məhlulları əzələdaxili yeridildikdə ex tempore hazırlanır. Əgər preparatı istifadə etməyə başlayandan 2-3 gün (maksimum 5 gün) sonra effekt qeyd olunmursa başqa antibiotiklərdən istifadə etmək və ya müvafiq müalicə həyata keçirmək lazımdır. Göbələk zədələnmələri ilə bağlı preparatla uzun müddət müalicə zamanı B qrupu vitaminləri və C vitamini, lazım gəldikdə isə nistatin və levorin təyin etmək lazımdır. Nəzərə almaq lazımdır ki, preparatdan kifayət etməyən dozada istifadə etmək və ya müalicənin erkən dayandırılması törədicilərin rezistent ştammlarının əmələ gəlməsinə gətirib çıxarır. Müalicə zamanı Clostridium difficile ilə əlaqəli psevdomembranoz kolit əmələ gələ bilər.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Antasidlər, qlükozaminlər, işlədici dərmanlar, qida, aminoqlikozidlər – Benzilpensillin natrium duzunun absorbsiyasını azaldır və ləngidir; askorbin turşusu absorbsiyanı yüksəldir. Bakterisid antibiotiklər (o cümlədən makrolidlər, rifampisinlər, aminoqlikozidlər) bakteriostatik (o cümlədən makrolidlər, xloramfenikollar, linkazomidlər, tetrasiklinlər) – antaqonist təsir göstərir. Benzilpenisillinin natrium duzu dolayı təsirli antikoaqulyantların effektivliyini artırır (bağırsaq mikroflorasını zəiflədərək protrombin indeksini azaldır); peroral kontraseptivlərin, metabolizm prosesində paraaminobenzoy turşusunu əmələ gətirən, etilestradiol (qanaxma riski) kimi dərman preparatlarının effektivliyini azaldır. Diuretiklər, allopurinol, damar sekresiyalarının blokatorları, fenilbutazon, qeyri-steroid iltihabəleyhinə preparatlar, damar sekresiyalarını azaldaraq Benzilpensillin natrium duzunun konsentrasiyasını artırır. Allopurinol ilə birgə istifadə etdikdə allergik reaksiyaların (dəri səpgisi) əmələ gəlmə riski artır.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik və laktasiya dövründə çox zəruri hallarda ehtiyatla istifadə olunmalıdır.

İstifadə qaydası və dozası

Preparat əzələdaxili, venadaxili (xüsusi dərman forması), dərialtı və tənəffüs yolları ilə istifadə etmək üçün nəzərdə tutulmuşdur. Venadaxili və əzələdaxili yeridildikdə tənəffüs yollarının yuxarı və aşağı şöbələrinin, yumşaq toxumaların və s. infeksiyalarının orta ağır müddətdə birdəfəlik dozası gün ərzində 4 dəfə olmaqla 250000-500000 TV təşkil edir. İnfeksiyanın ağır keçməsində (sepsis, septik endokardit, meninqit və s.) gündə – 10-20 mln TV; qazlı qanqrena zamanı 40-60 mln TV. 1 yaşına qədər uşaqlara gündəlik doza 50000-100000 TV/kq təşkil edir, 1yaşından yuxarı olan uşaqlara isə 50000 TV/kq; ehtiyac olduqda 200000-300000 TV/kq, həyati göstərişlərə görə 500000 TV/kq-a qədər artırılır. Sutka ərzində 4-6 dəfə əzələdaxili, venadaxili isə 1-2 dəfə yeridilir. Əzələdaxili yeridilmə üçün preparatın məhlulunu yeritməzdən öncə flakonun möhtəviyyatı üzərinə 1-3ml inyeksiya üçün su və ya 0,9%-li izotonik natrium xlorid məhlulu və ya 0,5%-li novakain məhlulu əlavə edilərək həll edilir. Məhlulları hazırladıqdan sonra, onlara başqa dərman vasitələrinin qatılmasına yol verməyərək dərhal istifadə edirlər. Preparat dəri altına 0,25-0,5%-li novokain məhlulunda 100000- 200000 TV/kq konsentrasiyada infiltrantlara yeritmək üçün istifadə edilir. Ağciyərlərdə irinli proseslərdə preparatın məhlulunu tənəffüs yolu ilə daxil edirlər (əsnək, qırtlaq və nəfəs borusunun dəqiq yoxlanılmasından sonra). 100000 TV preparat üçün adətən 10ml 0,9%-li natrium xlorid məhlulu istifadə edilir. Xəstəliyin forma və ağırlığından asılı olaraq preparatla müalicənin müddəti 7-10 gündən 2 aya qədər təşkil edir. Böyrək çatışmazlığı olan xəstələr üçün dozalanma Kreatinin klirensindən asılı olaraq böyüklər üçün penisilin G natriumunun gündəlik dozaları Kreatinin klirensi 100-dən 60 ml/dəq-ə qədər (serum kreatinin 0,8-dən 1,5 mq% -ə qədər): 60 yaşa qədər böyüklər 40-dan 60 milyon IU-a qədər; 60 yaşdan yuxarı böyüklər 10 ilə 40 milyon IU arasında. 3-6 tək dozaya bölünə bilər. Kreatinin klirensi 50-40 ml/dəq (serum kreatinin 1,5-2,0 mq%): 10-20 milyon IU 3 tək dozaya bölünür. Kreatinin klirensi 30-10 ml/dəq (serum kreatinin 2-8 mq%): 5-10 milyon IU 2-3 tək dozaya bölünür. Kreatinin klirensi <10 ml/dəq (serum kreatinin 15 mq%): 1-2 tək dozaya bölünən 2-5 milyon IU. Böyrək çatışmazlığı olan uşaqlarda doza xəstənin bədən çəkisinə uyğun olaraq tənzimlənməlidir. Böyrək və qaraciyər funksiyalarının həddindən artıq ağır pozulması penisillinin metabolizmasını və xaric olmasını gecikdirə bilər

Əlavə təsirləri

Allergik reaksiyalar: (hipertermiya, övrə, dəri səpgisi, selikli qişalarda səpgilər, artralgiya, eozinofiliya, angionevrotik ödemlər, interstisial nefrit, bronxospazm); nadir hallarda anafilaktik şok; Ürək-damar sistemi: ödemlər, qan dövranının həcminin artması, miokardın nasos funksiyasının azalması; Qan və limfa sistemi: eozinofiliya, neytropeniya, trombositopeniya, aqranulositoz, hemolitik anemiya. Neyrotoksik reaksiyalar: ürəkbulanma, qusma, refleks qıcıqlanmasının artması, meningeal simptomlar, qıcolmalar, koma. Digər: flebit, tromboflebit, inyeksiya yerində ağrı, interstisial nefrit, psevdomembranoz kolit, Stiven-Conson sindromu, toksik epidermal nekroz, DRESS sindrom, kəskin yayılmış eqzemantoz pustulyoz, Yariş-Herxmayer reaksiyası, hepatit, sarılıq, stomatit, qlossit, qara tüklü dil, ürəkbulanma, qusma.

Doza həddinin aşılması

Qıcolmalar, şüurun pozulması.

Buraxılış forması

İnyeksiya məhlulu hazırlamaq üçün toz flakonda. 50 flakon içlik vərəqə ilə birgə karton qutuya qablaşdırılır.

Saxlanma şəraiti

25°C-dən yuxarı olmayan temperaturda, quru və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

Yararlılıq müddəti

3 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti

Resept əsasında buraxılır.

İstehsalçı

“Reyoung Pharmaceutical Co.,LTD.” NO.1 Ruiyang Road, Yi Yuan County, Shandong Province, P.R.C.

Qeydiyyat vəsiqəsinin sahibi

“Nelson Worldwide AG., Switzerland”. Birkenstrasse 49, 6343 Rotkreuz, Switzerland.

Müştəri rəyləri

Bu məhsul üçün rəy yoxdur.

“Benzilpenisillin 1mln IU flakon” üçün ilk rəyi siz yazın.