Benzilbenzoat 20% 50 q emulsiya
| Dərman forması | Emulsiya |
|---|---|
| Farmakoloji təsir | Ektoparazitlərə, o cümlədən qoturluq gənələrinə təsir edən vasitələr |
| İstehsal ölkəsi | Ukrayna |
Onlayn sifariş zamanı 5% endirim.
Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin
Endirim_5
2,18 ₼
Stokda var
Stokda var
-
Filialdan götürmək
Bu gün götürmək
Ödənişsiz
-
Kuryerlə çatdırılma
Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.
Ödənişli
-
Ekspress çatdırılma
Sürətli çatdırılma
Ödənişli
Ödəniş üsulları:
Məhsulun təsviri
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
BENZİL BENZOAT EMULSİYASI 20% xaricə istifadə üçün emulsiya BENZYLII BENZOAT EMULSUM Beynəlxalq patentləşdirilməmiş adı: Benzylbenzoat
Tərkibi
Təsiredici maddə: 1 q preparatın tərkibində 200 mq benzilbenzoat vardır. Köməkçi maddələr:bərk təsərrüfat sabunu, emulqator T-2, təmizlənmiş su.
Təsviri
Zəif spesifik iyli ağ emulsiyadır, çalxalandıqda köpüklənir. Emulsiyanın laylanmasına yol verilir, bu çalxalama ilə aradan qaldırıla bilər.
Farmakoterapevtik qrupu
Ektoparazitlərə, o cümlədən qoturluq gənələrinə təsir edən vasitələr. ATC kodu: Р03АХ01.
Farmakoloji xüsusiyyətləri
Farmakodinamikası Preparat müxtəlif növ gənələrə, o cümlədən qoturluq gənələrinə (Acarus scabiei) qarşı pedikulyoz əleyhinə və akarisid təsir göstərir. Xitin örtüyündən keçir və ektoparazitlərin orqanizmində toksik konsentrasiyalarda toplanır, gənələrinin sürfələrinin və yetkinlərinin ölümünə səbəb olur; yumurtalara təsir etmir. Bitlərin ölümü 2-5 saatdan sonra, gənələrin – 7-32 dəqiqədən sonra baş verir. Farmakokinetikası Epidermisin yuxarı qatlarına nüfuz edir və sistem qan dövranına sorulmur.
İstifadəsinə göstərişlər
Pedikulyoz, qoturluq, demodekoz.
Əks göstərişlər
Preparatın komponentlərinə qarşı yüksək həssaslıq. İrinli xəstəliklər və dərinin zədələnmələri.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Preparatın gözlərə və selikli qişalara düşməsindən qaçınmaq lazımdır. Preparatla müalicə zamanı şəxsi gigiyena qaydalarına riayət etmək lazımdır, siqaret çəkmək, alkoqollu içkilər və alkoqollu qida qəbul etmək qadağandır. Preparat təsadüfən daxil olduqda: – ağıza: ağzı su və ya ilıq 2% natrium bikarbonat məhlulu ilə yaxalamaq lazımdır; – mədəyə: preparat təsadüfən daxilə qəbul edildikdə, dərhal həkimə müraciət etmək lazımdır; – gözlərə: su və ya 1% natrium bikarbonat məhlulu ilə yaxşıca yumaq; gözlərin selikli qişası qıcıqlandıqda, albusidin 30% məhlulunu yeritmək, ağrı baş verdikdə – novokainin 2% məhlulunu yeritmək lazımdır; Müalicə kursunu bitirdikdən sonra 2 həftə (ağırlaşmalar olduqda daha çox) ərzində dərman nəzarəti tələb olunur. Eyni ocaqda olan pasiyentlərin, eləcə də təmasda olan şəxslərin müalicəsi eyni vaxtda aparılmalıdır. Piodermatit və ekzema şəklində olan ağırlaşmalar qoturluqla eyni vaxtda müalicə edilməli və aradan qaldırıldıqdan sonra davam etdirilməlidir. Qoturun müalicəsinə başlamazdan əvvəl pasiyentə dərinin səthindən gənələri mexaniki şəkildə çıxarmaq, həmçinin epidermisin səth qatını yumşaltmaq (preparatın nüfuzunu asanlaşdırmaq üçün) üçün duş qəbul etmək lazımdır. Hər bir məcburi əl yumadan sonra onlar preparatla yenidən işlənməlidir. Alt geyimləri və yataq dəstləri, üst və baş geyimləri preparatla işlənməlidir.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Məlumat mövcud deyil.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Hamiləlik dövründə preparatın istifadəsi əks göstərişdir. Müalicə dövründə ana südü ilə qidalanma dayandırılmalıdır. Nəqliyyat vasitəsini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri Məlum deyil.
İstifadə qaydası və dozası
Xarici, yerli istifadə olunur (istifadə etməzdən əvvəl silkələyin). 3 yaşdan 5 yaşa qədər olan uşaqlar üçün preparat 1:1 nisbətində qaynadılmış su ilə durulaşdırılır. Pedikulyozun müalicəsi Preparat xaricə, yerli olaraq istifadə olunur (istifadə edilməzdən əvvəl preparatı çalxalamaq lazımdır). Pambıq və ya tənzif tamponunu emulsiya ilə nəmləndirmək, baş dərisinə və ya bədənin tüklü nahiyələrinə çəkmək və dəriyə yüngülcə sürtmək lazımdır. Başı yaylıqla örtmək lazımdır. Qasıq nahiyəsinin pedikulyozu zamanı 10 dəqiqəlik müalicədən sonra və baş pedikulyozu zamanı 30 dəqiqədən sonra preparatı su ilə yumaq lazımdır. Preparatı başdan yuyarkən onun üzə düşməsindən çəkinmək lazımdır. Bundan sonra yaylığı ilıq 5% sirkə məhlulu ilə nəmləndirmək (bir stəkan sirkəni eyni miqdarda 50°C qədər qızdırılmış su ilə qarışdırmaq lazımdır) və yüngülcə sıxaraq başı 1 saat bağlamaq lazımdır. Bu zaman sürfələr saçdan ayrılır. Bu prosedurdan sonra saçlar sabun və ya şampunla yuyulur, qalın daraqla daranır, ölü bitlər və sürfələr təmizlənir. Pedikulyoz əleyhinə müalicənin effektivliyi 1 saatdan sonra və ya 1 gündən sonra müəyyən edilir. Sürfələr qaldıqda, saça yenidən yalnız 5% sirkə məhlulu tətbiq olunur. Qoturun müalicəsi İkincil invaziyanın qarşısını almaq üçün birlikdə yaşayan bütün ailə üzvlərinin, eləcə də təmasda olan şəxslərin eyni vaxtda müalicəsi tələb olunur. Emulsiyadan istifadə etməzdən əvvəl duş qəbul edilməlidir. Emulsiya üz və baş dərisi istisna olmaqla, bütün bədənə tətbiq olunur (fırça ilə edilə bilər). Xüsusilə diqqətlə biləklərə, əllərə, qoltuq altına, budlara, qasıq nahiyəsinə, dırnaqların altına, əl və ayaq barmaqlarının arasına, ayaq altı nahiyələrinə çəkilməlidir. Emulsiya qurudulmalıdır (adətən 10 dəqiqə isti otaqda). Emulsiya quruduqdan sonra təmiz alt paltarını geyinmək və yataq dəstini dəyişmək lazımdır. Müalicədən sonra əllər 3 saat ərzində yuyulmamalıdır. Emulsiyanın hərtərəfli tətbiqi zamanı adətən dərinin preparatla bir işlənməsi kifayət edir. Növbəti 5 gün ərzində təkrar müalicə qalıq invaziyanın ehtimalını azaldır. Alternativ müalicə üsulu, emulsiyanın üz və baş dərisi istisna olmaqla, bütün bədənə 12 saat fasilə ilə 3 dəfə tətbiq edilməsidir. Preparatın son tətbiqindən 12 saat sonra isti duş qəbul edilməlidir, alt paltarı və yataq dəsti dəyişdirilməlidir. Demodekozun müalicəsi Preparat axşam saatlarında istifadə olunur. Üz ilıq su və sabunla yuyulmalıdır, sonra preparat gözlərə, buruna və ağıza düşməmək şərtilə nazik təbəqə ilə üzün dərisinə çəkilməlidir. Səhər üzü isti su və sabunla yumaq lazımdır. Müalicə kursunun müddəti dərinin təmizlənməsinin dinamikası, iltihab prosesinin aradan qaldırılması, qaşınmanın dayandırılması ilə müəyyən edilir və adətən 2-3 həftə təşkil edir. Uşaqlar 3 yaşdan kiçik uşaqlara preparatın istifadəsi tövsiyə edilmir. 3 yaşdan 5 yaşa qədər uşaqlarda istifadə üçün preparat 1:1 nisbətində qaynadılmış su ilə durulaşdırılmalıdır.
Əlavə təsirləri
Yüngül dəri qıcıqlanması mümkündür, dərinin qızartısı, qısamüddətli yanma hissi, qaşınma, preparatla işlənmış dəri nahiyəsində quruluq, allergik reaksiyalar (dəri səpgisi, ödem daxil olmaqla). Nəzərəçarpan dərəcədə əlavə təsirlər inkişaf etdikdə, preparat dərhal sabunla yumalıdır.
Doza həddinin aşılması
Preparatın mümkün əlavə təsirlərinin artması, sidik ifrazının çətinləşməsi, kontakt dermatit, qəfil huşun itirilməsi, uşaqlarda – qıcolmalar. Müalicə: simptomatik terapiya.
Buraxılış forması
50 q flakonda.
Saxlanma şəraiti
25ºС temperaturdan yüksək olmayan və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Yararlılıq müddəti
3 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz. Flakon ilk dəfə açıldıqdan sonra preparat 7 gün ərzində yararlıdır.
Aptekdən buraxılma şərti
Reseptsiz buraxılır.
İstehsalçı
llc dkp “pharmaceutical factory”, Ukraine. Ukraine, 12430, zhytomyr region, zhytomyr district, stanyshivka village, koroliova street, b-4.
Qeydiyyat vəsiqəsinin sahibi
llc dkp “pharmaceutical factory”, Ukraine. Ukraine, 10014, zhytomyr region, zhytomyr city, koroliov community, lermontovska street, building 5.
Ən Son Məqalələr
Reseptlə satılır
Müştəri rəyləri
Rəy yazmaq üçün hesabınıza daxil olun.

Rəylər
Filtrləri təmizləBu məhsul üçün rəy yoxdur.