Neladeks-NS 15 ml sprey
| Təsiredici maddə | NEOMYCIN SULFATE + POLYMYXIN B SULFATE + DEXAMETHASONE + PHENYLEPHRINE |
|---|---|
| Dərman forması | Sprey |
| Farmakoloji təsir | Yerli istifadə üçün dekongestantlar və digər nazal preparatlar. Deksametazon kombinasiyada |
| İstehsal ölkəsi | Türkiyə |
Onlayn sifariş zamanı 5% endirim.
Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin
Endirim_5
8,64 ₼
Stokda var
Stokda var
-
Filialdan götürmək
Bu gün götürmək
Ödənişsiz
-
Kuryerlə çatdırılma
Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.
Ödənişli
-
Ekspress çatdırılma
Sürətli çatdırılma
Ödənişli
Ödəniş üsulları:
Məhsulun təsviri
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
NELADEKS-NS nazal sprey Beynəlxalq patentləşdirilməmiş adı və ya qrup adı: Neomycin +Polymyxin B+ Dexamethasone+Phenylephrine
Tərkibi
Təsiredici maddə: 1 ml məhlulun tərkibində 6500 BV neomisin sulfat, 10000 BV polimiksin B sulfat, 0,25 mq deksametazon natrium metasulfobenzoat, 2,5 mq fenilefrin hidroxlorid vardır. Köməkçi maddələr:metilparahidroksibenzoat, natrium xlorid, limon turşusu monohidrat, makroqol 400, polisorbat 80, natrium hidroksid və/ya xlorid turşusu, təmizlənmiş su.
Təsviri
Azacıq sarımtıl, şəffaf, bircinsli məhluldur.
Farmakoterapevtik qrupu
Yerli istifadə üçün dekongestantlar və digər nazal preparatlar. Deksametazon kombinasiyada. ATC kodu: R01AD53.
Farmakoloji xüsusiyyətləri
Farmakodinamikası Neladeks-NS otolarinqologiyada yerli istifadə üçün kombinəolunmuş preparatdır. Preparatın terapevtik effekti deksametazonun burun boşluğuna iltihabəleyhinə, neomisin və polimeksin B antibiotiklərinin mikrobəleyhinə və feniefrinin damrdaraldıcı təsirilə əlaqədardır. Qeyd edilən antibiotiklərin kombinasiyası zamanı burun boşluğunun və əlavə boşluqların infeksion-iltihabi xəstəliklərini törədən əksər qrammüsbət və qrammənfi mikroorqanizmlərə qarşı antibakterial təsirin spektri genişlənir. Neomisin Həssas mikroorqanizmlər Qrammüsbət: Corynebacterium, Listeria monocytogenes, MSSA*. Qrammənfi: Acinetobacter (əsasən Acinetobacter baumanii), Branhamella catarrhalis, Campylobacter, Chrobacter freundii, Citrobacter koseri, Enterobacter aerogenes, Enterobacter cloacae, Escherichia coli, Haemophilus influenzae, Klebsiella, Morganella morganii, Proteus mirabils, Proteus vulgaris, Providencia rettgeri, Salmonella, Serratia, Shigella, Yersinia. Qismən həssas mikroorqanizmlər Qrəmmənfi: Pasteurella. Qeyri-həssas mikroorqanizmlər Qrammüsbət: Enterococci, Nocardia asteroids, MRSA**, Streptococcus. Qrammənfi: Alcaligenes denitrificans, Burkholderia, Flavobacterium sp., Providencia stuartii, Pseudomonas aeruginosa, Stenotrophomonas maltophilia. Anaerob: obliqat anaerob mikroorqanizmlər. Digər: Chlamydia, Mycoplasma, Rickettsiae. * Klinik effektivlik, polimeksin B ilə kombinasiyada klinik göstərişlərin təsdiqi üzrə həssas ştammlar üçün nümayiş etdirilib. **Metisillinə qarşı bütövlükdə bütün stafilokokkların rezistentlik səviyyəsi 30-50%-qədər təşkil edir və stasionar şəraitdə daha çox yayılmışdır. Qeyd Qeyd edilən spektr aminoqlikozidlər ailəsinə mənsub olan antibiotiklərin sistem istifadəsinə uyğundur. Yerli istifadə zamanı yaradılan lokal konsentrasiya, sistem qan dövranındakına nisbətən yüksəkdir. Preparatın antibiotiklərin effektivliyinə, preparatın in situ şəraitdə stabilliyinə təsir edə bilən fiziki-kimyəvi şəraitdə yerli istifadəsindən sonra kinetikası barədə məlumat məhduddur. Polimeksin B Həssas mikroorqanizmlər Qrammənfi: Acinetobacter, Aeromonas, Alcaligenes, Citrobacter freundii, Citrobacter koseri, Enterobacter, Escherichia coli, Klebsiella, Moraxella, Pseudomonas aeruginosa*, Salmonella, Shigella, Stenotrophomonas maltophilia. Davamlı mikoorqanizmlər Qrammüsbət: Cocci и bacilli. Qrammənfi: Branhamella catarrhalis, Brucella, Burkholderia cepacia, Burkholderia pseudomallei, Campylobacter, Chryseobacterium meningosepticum, Legionella, Morganella, Neisseria, Proteus, Providencia, Serratia, Vibrio cholera El Tor. Anaerob: Cocci и bacilli. Digər: Mycobacteria. *Klinik effektivlik, neomisinlə kombinasiyada klinik göstərişlərin təsdiqi üzrə həssas ştammlar üçün nümayiş etdirilib. Qeyd Qeyd edilən spektr polipeptidlər ailəsinə aid olan antibiotiklərin sistem istifadəsinə uyğundur. Lokal yerli istifadə zamanı yaradılan konsentrasiya, sistem qan dövranındakına nisbətən yüksəkdir. Preparatın antibiotiklərin effektivliyinə, preparatın in situ şəraitdə stabilliyinə təsir edə bilən fiziki-kimyəvi şəraitdə yerli istifadəsindən sonra kinetikası barədə məlumat məhduddur. Farmakokinetikası Zədələnmiş selikli qişada istifadəsi zamanı preparatın sistem qan dövranına absorbsiyası praktik olaraq mümkün deyil. Onun absorbsiyası selikli qişanın iltihabı zamanı yüksəlir.
İstifadəsinə göstərişlər
Burun boşluğunun, boğazın, əlavə burun boşluğunun iltihabi və infeksion xəstəlikləri: – kəskin və xroniki rinit; – kəskin və xroniki rinofaringit; – sinusit.
Əks göstərişlər
– Preparatın istənilən komponentinə qarşı yüksək həssaslıq; – bağlıbucaqlı qlaukomaya şübhə olduqda; – monoaminooksidazanın (MAO) inhibitorları ilə eyni vaxtda istifadəsi; – virus xəstəliklər; – albuminuriya ilə müşayiət olunan böyrək xəstəlikləri; – böyrək çatışmazlığı; – hamiləlik dövrü; – laktasiya dövrü; – 2,5 yaşa qədər uşaqlar.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Preparatdan burunun əlavə boşluqlarını yumaq üçün istifadə etmək olmaz. Neladeks-NS preparatını arterial hipertensiyası, ürəyin işümik xəstəliyi, hipertireoidizmi olan pasiyentlərdə ehtiyatla istifadə etmək lazımdır. Nəzərə almaq lazımdır ki, preparatın tərkibində, idmançılarda dopinq nəzarəti aparıldığı zaman müsbət nəticə verə bilən komponentlər vardır. Preparatın gözlərə düşməsindən çəkinmək lazımdır. Preparatın təsadüfən gözlərə və ya digər selikli qişalara düşməsi zamanı təxirə salmadan həmin nahiyəni xeyli miqdar su ilə yumaq lazımdır. Flakondan istifadə zamanı onu pükürdücü yuxarı vəziyyətdə olmaqla, şaquli vəziyyətdə tutmaq lazımdır. İstifadədən əvvəl burun yollarını təmizləmək lazımdır. İnfeksiyanın yayılmasının qarşısını almaq məqsədilə eyni flakondan bir neçə şəxsin istifadə etməsi məsləhət görülmür. Preparatı ardıcıl 7 gündən artıq istifadə etmək olmaz. Simptomlar 7 gündən artıq saxlandıqda, həkimə müraciət etmək lazımdır. Preparatın uzun müddət istifadəsi (2 həftədən artıq) taxifilaksiyaya və medikamentoz rinitə, eləcə də, sistem damardaraldıcı təsirin inkişafına səbəb ola bilər. Preparatın uzun müddət yüksək dozada istiadəsi zamanı sistem effektlər inkişaf edə bilər.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Digər dərman vasitələrilə qarşılıqlı təsiri preparatın tərkibində fenilefrinin olması ilə əlaqədardır. Fenilefrin diuretiklərin və hipotenziv preparatların (o cümlədən, metildopa, mekamilamin, quanadrel, quanetidin) hipotenziv effektini azaldır. Bu cür kombinasiyadan çəkinmək mümkün olmadıqda, həkim nəzarəti vacibdir. Digər dərman vasitələrilə klinik əhəmiyyətli qarşılıqlı təsiri aşkar edilməyib. Preparatı digər damardaraldıcı vasitələrlə, eləcə də, antidepressantlarla (MAO inhibitorları), β- blokatorlarla və metildopa ilə eyni vaxtda istifadə etmək məsləhət görülmür, hipertonik kriz müşahidə edilə bilər.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Hamiləlik və laktasiya dövründə Neladeks-NS preparatının istifadəsi əks göstərişdir. Pediatriyada istifadəsi 2,5 yaşa qədər uşaqlarda preparatın istifadəsinin effektivliyi və təhlükəsizliyi müəyyən edilməyib. Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri Preparatın nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə mənfi təsiri barədə məlumat yoxdur.
İstifadə qaydası və dozası
Neladeks-NS spreyi, yalnız intranazal istifadə üçün nəzərdə tutulub. Böyüklərə hər burun yoluna sutkada 3-5 dəfə 1 püskürtmə təyin edilir. 2,5-15 yaşlı uşaqlara hər burun yoluna sutkada 3 dəfə 1 püskürtmə təyin olunur. Müalicənin müddəti 5-10 gün təşkil edir.
Əlavə təsirləri
Əlavə təsirlərin tezlik parametrləri aşağıdakı kimi müəyyən olunmuşdur: çox tez-tez (≥1/10); tez- tez (≥1/100, lakin <1/10); bəzən (≥1/1000, lakin <1/100); nadir (≥1/10000, lakin <1/1000); çox nadir (<1/10000); tezliyi məlum deyil (əldə olan məlumatlar əsasında qiymətləndirmək mümkün olmur). Yerli allergik reaksiyalar mümkündür: nadir hallarda-dəri təzahürləeri, bronxospazm, başağrı. Qeyri-adi əlavə təsirlər baş verdikdə, preparatın sonrakı istifadəsinin məqsədəuyğulu barədə həkimlə məsləhətləşmək lazımdır. Şübhəli əlavə təsirlər barədə məlumatın verilməsi Dərman vasitəsinin qeydiyyatından sonra şübhəli əlavə təsirlər barədə məlumatın verilməsi vacibdir. Pasiyentdə dərman vasitəsinə qarşı ciddi əlavə təsirlər aşkar edildikdə və ya bu bölmədə qeyd edilməyən yeni arzuolunmaz təsirlər yarandıqda, Milli farmakonəzarət sisteminə məlumat vermək lazımdır.
Doza həddinin aşılması
Sistem qan dövranına kiçik absorbsiya səviyyəsilə əlaqədar olaraq, doza həddinin aşılması az ehtimal edilir.
Buraxılış forması
15 ml nazal sprey, ağ rəngli, dozalayıcı qurğusu və qoruyucu qapağı olan plastik flakonda. 1 flakon, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
25ºС-dən yüksək olmayan temperaturda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Yararlılıq müddəti
3 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Resept əsasında buraxılır. İstehsal olunub “Vörld Medisin İlaç San. ve Tic. A.Ş.”, Türkiyə. 15 Temmuz Mah. Cami Yolu Cad. No: 50 Güneşli Bağcılar, İstanbul. Ticarət nişanı və qeydiyyat vəsiqəsinin sahibi “Vörld Medisin Oftalmiks İlaçları LTD. ŞTİ.”, Türkiyə.
Ən Son Məqalələr
Reseptlə satılır
Müştəri rəyləri
Rəy yazmaq üçün hesabınıza daxil olun.

Rəylər
Filtrləri təmizləBu məhsul üçün rəy yoxdur.