Megafer forte N30 tablet

Təsiredici maddə: IRON (III) HYDROXIDE POLYMALTOSE + FOLIC ACID
Təsiredici maddəIRON (III) HYDROXIDE POLYMALTOSE + FOLIC ACID
Dərman formasıTablet
Farmakoloji təsirAntianemik preparat . Dəmirin fol turşusu ilə kombinasiyası
İstehsal ölkəsiTürkiyə

Onlayn sifariş zamanı 5% endirim.

 Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin

Endirim_5

9,00 ₼

Stokda var

Stokda var

  • Filialdan götürmək

Bu gün götürmək

Ödənişsiz

  • Kuryerlə çatdırılma

Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.

Ödənişli

  • Ekspress çatdırılma

Sürətli çatdırılma

Ödənişli

Ödəniş üsulları:

Məhsulun təsviri

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

MEQAFER FORTE örtüklü tabletlər MEGAFER FORTE Beynəlxalq patentləşdirilməmış adı: Ferreus (III) hydroxide polymaltose complex + Folic acid.

Tərkibi

Təsiredici maddə: 1 tabletin tərkibində 100 mq elementar dəmirə ekvivalent 322,58 mq dəmir (III) hidroksid polimaltoza kompleksi, 0,35 mq fol turşusu vardır. Köməkçi maddələr: krospovidon, polietilenqlikol 6000, polivinilpirrolidon K30, maqnezium stearat, mikrokristallik sellüloza. Örtük: opadri II 85F26721 (polivinil spirti, PEG 3350, titan dioksid (E171), talk, qırmızı dəmir oksidi (E172), sarı dəmir oksidi (E172), ponceau 4R boyası (E124)).

Təsviri

Dairəvi, hər iki tərəfdən qabarıq, qırmızımtıl-qəhvəyi örtüyə malik tabletlərdir.

Farmakoterapevtik qrupu

Antianemik preparat . Dəmirin fol turşusu ilə kombinasiyası. ATC kodu: B03AD04.

Farmakoloji xüsusiyyətləri

Farmakodinamikası Dəmir orqanizmin normal həyat fəaliyyəti üçün vacib mikroelementdir: hemoqlobinin, mioqlobinin və bir cox fermentlərin tərkibinə daxil olub toxuma tənəffüsündə və qanyaranmada iştirak edir, immuniteti tənzimləyir. Meqafer forte preparatı qeyri-ion birləşməsi olan üçvalentli dəmir hidroksid polimaltoza kom- pleksi olub, 100 mq elementar dəmirə və 0,35 mq fol turşusuna malikdir. Dəmir (ııı) hidroksid polimaltoza kompleksi maksimal olaraq qan zərdabında dəmirin təbii birləşməsi olan ferritinə uyğundur . Bu kombinasiya dəmir çatışmazlığının müalicəsi və profilaktikası üçün istifadə olunur. Meqafer forte peroral qəbul zamanı tez bir vaxtda, lazımi miqdarda sorularaq hemoqlobinin və mioqlobinin sintezinə sərf olunur və ya dəmir depolarına daşınır, ona görə də dəmir çatışmazlığı ilə əlaqadar klinik və laborator simptomların reqressiyası baş verir. Meqafer forte qəbulu zamanı ionlaşan dəmir duzları preparatlarından fərqli olaraq ağızda metal dadı, diş emalının və damağın qaralması baş vermir. Fol turşusu – B qrup vitamin olub, orqanizmdə aktiv formaya – tetrahidrofola çevrilir, hansı ki, koferment şəklində aminturşu, nuklein turşularının sintezi kimi əksər metabollik proseslərdə, eritrositlərin, sinir toxuması komponentlərinin əmələ gəlməsində iştirak edir. Farmakokinetikası Dəmir hidroksid polimaltoz kompleksi adi fiziolji şəraitdə stabildir. Dəmirin absorbsiyası nazik bağırsağın yuxarı şöbəsində baş verir. Absorbsiya qastrointestinal mayedə və MBT – da selikli qişanın epitelində dəmir birləşdirici zülalların vasitəsi ilə olur, ona görə də preparat dozadan artıq sorulma və intoksikasiya vermir. Absorbsiyanın dərəcəsi dəmir çatışmazlığından asılıdır (çatışmazlıq nə qədər cox olarsa, sorulma bir o qədər yüksək olur). Kompleksin qeyri-ion quruluşu dəmirin transferrinin tərkibində nəqlinə şərait yaradır, bu isə dəmirin sərbəst diffuziyasının, prooksidant xüsusiyyətlərinin qarşısını alır. Dəmir sümük iliyində hemoqlobin sintezinə sərf olunur. Bəzi miqdarı isə ferritin, hemosiderin, mioqlobinin tərkibində depolaşır, transferrinlə birləşmiş şəkildə, enzim və plazmada yerləşir. Depolaşmış dəmir orqanizmdə ehtiyac olduqca istifadə olunur. Hemoqlobin molekulunun parçalanması zamanı dəmirin cox hissəsi yenidən istifadə olunur (reutilizasiya), yalnız bir hissəsi orqanizmdən xaric olur. Bu cür toplanma və xaric olma mexa- nizmi, təkrari hemotransfuziyalar və əlavə olaraq dəmirin orqanizmə daxil olması orqanizimdə onun səviyyəsinin yüksəlməsinə səbəb ola bilər. Daxilə qəbul zamanı fol turşusu onikibarmaq və nazik bağırsaqdan cox böyük dəyişikliyə uğramadan enterohepatik yolla qan dövranına qoşulur. Sonra plazmada və qaraciyərdə metabolizmə uğrayaraq 5-metiltetrahidrofolata çevrilir. Metabolitlər və artıq miqdarda dəyişilməmiş forma böyrəklər vasitəsilə xaric olur. Fol turşusu ana südünə keçir.

İstifadəsinə göstərişlər

• Latent gedişli dəmir çatışmazlığı • Dəmir defisitli anemiya • Hamiləlik və laktasiya zamanı dəmir çatışmazlığının profilaktikası və dəmir defisitli anemiyanın müalicəsi

Əks göstərişlər

• Orqanizmdə dəmirin artıqlığı (hemoxromatoz, xroniki hemoliz) • Aktiv maddəyə və ya köməkçi maddələrdən hər hansı birinə qarşı yüksək həssaslıq • Dəmir defisiti ilə əlaqəli olmayan bütün anemiyalar (məsələn: Hemolitik anemiya) • Talassemiya • Ağır qaraciyər və ya böyrək çatışmazlığı • Müntəzəm və davamlı qan transfuziyası • Dəmirin utilizasiyası mexanizimlərinin pozulması (qurğuşun anemiyası, sideroblastik anemiya)

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Mədə və ya bağırsaq xorası olan xəstələrə təyin edərkən ehtiyatlı olmaq lazımdır. Daxilə qəbul zamanı nəcisin tünd rəngə boyanması baş verir ki, bu da heç bir klinik əhəmiyyət daşımır və nəcisdə gizli qanaxmanın aşkarlanmasına dəlalət etmir. Uşaqların əli çatmayan yerdə saxlanılmalıdır. Doza həddinin aşılması halında dərhal həkiminizə və ya toksikoloji mərkəzə müraciət edin. Müalicə effekt verməzsə (yəni 3 həftədən sonra laborator göstəricilərdə hemoqlobin səviyyəsi təxminən 2-3 q / dl artmazsa) müalicəyə yenidən baxılmalıdır. Meqafer forte südlə qəbul edilməməlidir. Reproduktiv yaşda olan qadınlarda istifadəsi barədə əlavə məlumat yoxdur.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Meqafer forte tərkibindəki üçvalentli dəmir hidroksid-polimaltoza kompleksi heç bir preparat və qida məhsulları ilə qarşılıqlı təsirə girmır. Dəmirin parenteral təyini zamanı enteral yolla dəmir qəbul etmək məqsədəuyğun deyil. Levotiroksin və Meqafer forte -ni eyni gündə qəbul edən xəstələr bu preparatların istifadəsi arasında 4 saat vaxt verməlidir (sorulma pozulacağını nəzərə alaraq).

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik kateqoriyası: A. Hamiləliyin bu kateqoriyasına baxmayaraq, həkim hamiləlik həftəsinə, diaqnoz qoyulmuş xəstəliyə və hamilə qadının digər xüsusiyyətlərinə uyğun olaraq ətraflı fayda-risk qiymətləndirməsini apararaq, hamilə qadına preparatın təyin edilməsi barədə qərar verə bilər. Dəmir klinik olaraq az miqdarda ana südünə keçir. Bu miqdar ana südü ilə qidalanan körpəyə toksiki təsir göstərmir. Həmçinin dəmir çatışmazlığı olan körpəni müalicə edə bilməz. Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri Nəqliyyat vasitələrini və potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsir etmir.

İstifadə qaydası və dozası

Meqafer forte preparatı yemək zamanı və ya yeməkdən sonra qəbul olunur. Anemiyanın dərəcəsindən asılı olaraq 1 tabletdən gündə 1 və ya 2 dəfə istifadə etmək olar. Müalicə müddəti dəmir çatışmazlığının dərəcəsindən asılıdır, həkim tərəfindən müəyyən olunur. Dəmir çatışmazlığının simptomlarının laborator və klinik göstəriciləri normallaşdıqdan sonra preparatın qəbulu ay ərzində orqanizmdə dəmir ehtiyatını bərpa etmək üçün davam etdirilməlidir.

Əlavə təsirləri

Əlavə təsirlərin tezliyi aşağıdakı kimi müəyyənləşdirilir: çox tez-tez rast gələn (≥1/10); tez-tez rast gələn (≥1/100, <1/10); az rast gələn (≥1/1,000, <1/100); nadir rast gələn (≥1/10,000, <1/1,000); çox nadir rast gələn (<1/10 000,); naməlum (mövcud məlumatlar əsasında qiymətləndirilməsi mümkün deyildir). İmmunitet sisteminin pozğunluqları – çox nadir: allergik reaksiyalar, astma Sinir sisteminin pozğunluqları – bəzən: baş ağrısı Mədə-bağırsaq xəstəlikləri – bəzən: mədədə dolğunluq və ağırlıq hissi, ürəkbulanma, qəbizlik, ishal, qusma Dəri və dərialtı xəstəliklər – bəzən: övrə, səpgilər, ekzantema, qaşınma Çox nadir: lokal dəri reaksiyaları Böyrək və sidik yollarının xəstəlikləri – nadir hallarda: sidik rənginin dəyişməsi Qeyd Dəmirlə bağlı nəcisin rənginin dəyişməsi tez-tez müşahidə oluna bilər. Dəmir (ııı) hidroksid polimaltoz kompleksi qəbul zamanı ikivalentli ionlaşmış dəmir duzu preparatlarından fərqli olaraq dişlərin rənginin dəyişməsi və ağızda metal dadı kimi arzuolunmaz təsirlərə səbəb olmur.

Doza həddinin aşılması

Dozadan artıq sorulma nadir hallarda mümkündür, çünki dəmir (ııı) hidroksid polimaltoza kompleksi passiv diffuziya yolu ilə sorulur. Əgər doza artıqlığı olarsa qusma, ishal, mədə ağrısı, daha ağır hallarda isə metabolik asidoz, güclü əzələ spazmları və koma baş verə bilər. Dəmirlə zəhərlənmə baş verərsə desferrioksamin (ilkin olaraq 1000 mq v/d, sonra 500 mq hər 4 saatdan bir – iki dozaya qədər) və ya kalsium disodium – EDTA (167 mq/m – hər 4 saatdan bir ə/d və ya 8 – 24 saat ərzində v/d infuziya şəklində – 1 mq / m ) Desferrioksamin (xelat agent) teratogen xüsusiyyətlərə malikdir.

Buraxılış forması

10 tablet, blisterdə. 3 blister içlik vərəqə ilə birgə karton qutuya qablaşdırılır.

Saxlanma şəraiti

25 C –dən yüksək olmayan tempraturda, öz qutusunda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

Yararlılıq müddəti

3 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz. Apteklərdə buraxılma şərti Resept əsasında buraxılır.

İstehsalçı

Santa Farma İlaç Sanayi A.Ş. Gebkim 41455 Dilovası – Kocaeli / TÜRKİYƏ. Qeydiyyat vəsiqənin sahibi Santa Farma İlaç Sanayi A.Ş. Okmeydanı, Boruçiçeği Sokak, No: 16 34382 Şişli-İstanbul.

Müştəri rəyləri

Bu məhsul üçün rəy yoxdur.

“Megafer forte N30 tablet” üçün ilk rəyi siz yazın.