Novokain 2 % 2 ml N10 inyeksiya Zdorovye
| Təsiredici maddə | PROCAINE |
|---|---|
| Dərman forması | İnyeksiya üçün məhlul |
| Farmakoloji təsir | Yerli anesteziya üçün məhluldur |
| İstehsal ölkəsi | Ukrayna |
Onlayn sifariş zamanı 5% endirim.
Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin
Endirim_5
2,00 ₼
Stokda var
Stokda var
-
Filialdan götürmək
Bu gün götürmək
Ödənişsiz
-
Kuryerlə çatdırılma
Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.
Ödənişli
-
Ekspress çatdırılma
Sürətli çatdırılma
Ödənişli
Ödəniş üsulları:
Məhsulun təsviri
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
NOVOKAİN-ZDOROVYE inyeksiya üçün məhlul Beynəlxalq patentləşdirilməmiş adı: Procaine
Tərkibi
Təsiredici maddə: 1 ml məhlulun tərkibində 20 mq prokain hidroxlorid vardır. Köməkçi maddələr:qatılaşdırılmış xlorid turşusu, inyeksiya üçün su.
Təsviri
Şəffaf, rəngsiz mayedir.
Farmakoterapevtik qrupu
Yerli anesteziya üçün məhluldur. ATC kodu: N01BA02.
Farmakoloji xüsusiyyətləri
Farmakodinamikası Orta aktivliyə və yüksək terapevtik təsirə malik yerli anesteziyaedici vasitədir. Anesteziyaedici təsiri, natrium kanallarını blokadaya alması, kalium cərəyanının tormozlanması, membranın fosfolipid qatının səthi gərilməsini kalsiumla rəqabət zəminində kalium cərəyanını zəiflətməsi, oksidləşmə-reduksiya proseslərini və impulsların yaranmasını zəiflətməsilə əlaqədardər. Qana düşdükdən sonra asetilxolinin sintezini azaldır, periferik xolinoreaktiv sistemin oyanıqlığını azaldır, vegetativ qanqlionlara blokadayaalıcı təsir edir, saya əzələ spazmını azaldır, ürək əzələsinin və baş beyin qabığının hərəki sahəsinin oyanıqlığını azaldır. Farmakokinetikası Parenteral yeridilməsi zamanı yaxşı sorulur. Absorbsiyanın səviyyəsi yeridilmənin yerindən və üsulundan (xüsusilə yeridilmə nahiyəsində vaskulyarizasiyadan və qan dövranının sürətindən) və yekun dozadan (məhlulun miqdarından və konsentrasiyasından) asılıdır. İki farmakoloji aktiv metabolitin-dietilaminoetanolun (orta dərəcəli damargenişləndirici təsirə malikdir) və paraaminobenzoy turşusunun (kimyaterapevtik sulfanilamid dərman vasitələrinin rəqib antaqonistidir və onların mikrob əleyhinə təsirini zəiflədə bilir) yaranması ilə plazma və toxumaların esteraza və xolinesterazaları vasitəsilə tez zamanda hidroliz olunur. T 30-50 saniyə,1/2 neonatal dövrdə 54-114 saniyədir. Əsasən metabolitlər şəklində böyrəklər (80%) vasitəsilə, 2%-ə qədəri dəyişilməmiş şəkildə xaric olur. Selikli qişalardan pis absorbsiya olunur.
İstifadəsinə göstərişlər
Cərrahiyyədə, urologiyada, oftalmologiyada, stomatologiyada, otorinolarinqologiyada, periferik sinirlərin və sinir kələfinin blokadasında nəqledici, epidural və spinal anesteziya.
Əks göstərişlər
Preparatın istənilən komponentinə qarşı yüksək həssaslıq, kardiogen şok, ifadə olunmuş arterial hipotenziya, xroniki ürək çatışmazlığının ağır formaları, sol mədəciyin zəifləmiş funksiyası, II-III dərəcəli atrioventrikulyar blokada, ağır bradikardiya, Adams-Stoks sindromu, anamnezdə novokainin istifadəsilə əlaqədar qıcolma tutmaları, sinus düyününün zəifliyi sindromu, qaraciyər funksiyasının ağır pozuntuları, hipovolemiya, qanaxma, miasteniya, lümbal punksiya aparıldığı nahiyədə infeksiyalaşma, septisemiya, preparatın yeridilmə nahiyəsində irinli proses, kəskin qanitirmə ilə müşayiət olunan təcili cərrahi müdaxilə. Qlaukoma zamanı preparatı retrobulbar yolla yeritmək qadağandır.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Yerli anestetiklərlə dəri testləri dəlillərə uyğun belə dərman vasitələrinə qarşı reaksiya verməsi təsdiq olunmuş şəxslərdə aparılmamalıdır. Əsassız mənfi reaksiyaların tezliyinin artması nəticəsində tərkibində adrenalin olan yerli anestetiklərin testi zamanı xüsusi diqqət ayırmaq vacibdir. Mənfi dəri sınağı alındığı halda təhrikedici sınaqlar aparmaq məsləhət görülür. Pasiyentlərdə yerli anestetiklərə qarşı sübut olunmuş allergiya testini, yalnız medikamentoz allergiya sferasında təcrübəsi olan allerqoloqlar aparmalıdırlar. Dərman vasitələrilə dəri sınaqlarının prosedurunun aparılması və hesabatının nəticəsinə dair beynəlxalq konsensus mövcud deyil. Hazırkı dövrə qədər dərman vasitəsinin konsentrasiyasının müəyyən edilməsi, protokol tədqiqatı, spesiflikliyin müəyyən edilməsi, həssaslığın və təhlükəsizliyin müəyyən edilməsi məqsədilə çoxmərkəzli tədqiqatlar aparılmamışdır. Əksər dərman preparatları üçün dərman vasitələrinə qarşı hiperhəssaslığın diaqnostikası üçün sınaq konsentrasiyası daxil olmaqla, yoxlanılmış tədqiqat prosedurları yoxdur. Novokainin yeridilməsi, yalnız tibb işçisi tərəfindən aparılmalıdır. • Güclü vaskulyarizasiya olunan toxumaların yerli ansteziyası zamanı (məsələn, qalxanabənzər vəzidə əməliyyat zamanı boyunda) preparatın damarlara düşməsinin qarşısını almaq üçün xüsusilə ehtiyatlı olmaq lazımdır. • Preparatın kiçik dozalarını retrobulbar və stomatoloji yeridilmə daxil olmaqla, baş və boyun nahiyəsinə yeritmək lazımdır, eləcə də ulduzşəkilli qanqlionun blokadası üçün istifadə edilir, belə ki, preparatın beyin qan dövranına retroqrad nüfuz etməsi nəticəsində sistem toksik effektlər mümükündür. • Bədxassəli hipertermiyaya meylli pasiyentlərdə amid qrupundan olan anestetiklərin istifadəsinin təhlükəsizliyi şübhə altında olduğu üçün belə hallarda onların istifadəsindən çəkinmək lazımdır. • Preparatın təsadüfən subdural və ya intravazal yeridilməsinin qarşısını almaq üçün ehtiyatlı olmaq lazımdır. Preparatın ürək-damar və mərkəzi sinir sisteminə sistem toksik təsirini bilmək üçün ciddi nəzarət lazımdır (belə ki, epidural anesteziya üçün təyin olunmuş doza, həmişə subdural anesteziya üçün nəzərdə tutulan dozadan artıq olur). • Sinir xəstəlikləri, onurğa deformasiyası, septisemiya və ağır arterial hipertenziyalı pasiyentlərdə onurğaətrafı nahiyələrin anesteziyası, həddindən artıq ehtiyatlı olmağı tələb edir. • Ürək xəstəlikləri zamanı novokainin istifadəsindən əvvəl qanda kaliumun səviyyəsini normallaşdırmaq vacibdir (hipokaliemiya novokainin effektivliyini azaldır). • Qan dövranı çatışmazlığı, hipovolemiya, arterial hipotenziya, qaraciyər və böyrək çatışmazlığı olan pasiyentlərdə novokainin istifadəsi zamanı xüsusilə ehtiyatlı olmaq lazımdır. Eləcə də yaşlı pasiyentlərdə (65 yaşdan yuxarı), epilepsiyalı xəstələrdə, ürək keçiriciliyinin pozulması, tənəffüs çatışmazlığı, psevdoxolinesteraza defisiti, ağır xəstələr, zəifləmiş pasiyentlər, hamiləlik, doguş və laktasiya zamanı novokain təyin edildikdə, ehtiyatlı olmaq lazımdır. • Preparatın sistem təsirini, toksikliyini və uzunmüddətli effektini azaltmaq üçün yerli anesteziya zamanı prokain vazokonstriktorlarla kombinasiyada istifadə edilməlidir.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Suksametoniumun yaratdığı sinir-əzələ blokadasını uzadır (belə ki, hər iki preparat plazmanın xolinesterazası ilə hidroliz olunur). MAO-nun (monoaminoksidaza) inhibitorları – furazolidon, prokarbazin, selegilin ilə eyni vaxtda istifadə etdikdə, arterial hipotenziyanın yaranması riski artır. Antixolinesteraz preparatlar prokainin toksikliyini artırır (onun hidrolizini zəiflədir). Prokainiin metaboliti (paraaminobenzoy turşusu) sulfanilamid preparatlarının rəqib antaqonistidir və onların mikrob əleyhinə təsirini zəiflədir. Yerli anestetikin inyeksiya nahiyəsini tərkibində ağır metallar olan dezinfeksiyaedici məhlullarla işlənməsi zamanı ağrı və ödem şəklində reaksiyaların inkişafı riski artır. Birbaşa təsirli antikoaqulyantların təsirini gücləndirir. Preparat antixolinesteraz vasitələrin sinir-əzələ keçiriciliyinə təsirini azaldır. Çarpaz sensibilizasiya mümkündür. Uyuşmazlığı Sulfanilamidlərlə müalicə zamanı istifadə etmək olmaz. Yalnız tövsiyə edilən həlledicidən istifadə etmək lzımdır.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Novokain hamiləlik dövründə, preparat orqanizm tərəfindən yaxşı qəbul edilməsi şərtilə istifadə edilə bilər. Laktasiya dövründə preparatın istifadəsi, anaya gözlənilən faydanın və körpəyə olan potensial riskin dəqiq qiymətləndirilməsindən sonra mümkündür. Doğuş zamanı preparatdan istifadə bradikardiyaya, apnoeyə, yenidoğulmuşda qıcolmalara səbəb ola bilər. Pediatriyada istifadəsi Uşaqlarda istifadəsi qadağandır.
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
Sinir sistemində, hiss orqanlarında və/və ya qrək-damar sistemində baş verən bəzi mümkün əlavə təsirlərin yaranması ilə əlaqədar preparatla müalicə dövründə avtonəqliyyat və yüksək diqqət və sürətli psixomotor reaksiya tələb edən digər potensial təhlükəli mexanizmləri idarə edərkən, ehtiyatlı olmaq lazımdır (“Əlavə təsirləri” bölməsinə bax).
İstifadə qaydası və dozası
Preparatın dozası anesteziyanın növündən, toxumaların vaskulyarizasiya səviyyəsindən, dərinliyindən və ağrısızlaşmanın davamlılığından, eləcə də pasiyentin fərdi xüsusiyyətlərindən asılıdır. Ən kiçik effektiv dozanı yeritmək məsləhət görülür. Məsləhət görülən dozalar Novokain (prokain hidroxlorid) Anesteziyanın növü Məhlulun Məhlulun həcmi, ml Novokainin konsentrasiyası, ümumi dozası, % mq Mandibulyar 2 2-3 40-60 İnfraorbital 2 0,5-1 10-20 Barmaqların 1* 3-4 30-40 ağrısızlaşdırılması (adrenalinsiz) Paraservikal (5 dəqiqəlik 1* 3 (hər 4 iştirakçıdan 80-120 tədrici inyeksiya şəklində) birində) *1%-li novokain məhlulu almaq üçün natrium xloridin 0,9%-li steril məhlulundan istifadə etmək lazımdır. Kaudal və lümbal epidural blokadanın aparılması üçün 15-25 ml 2%-li məhlul yeridilir. Birdəfəlik maksimal həcm 25 ml-dən artıq olmamalıdır. Başlanğıc dozadan adətən 2-6 ml az olan təkrar dozaları 40-50 dəqiqə interval ilə yeritmək lazımdır. Böyüklər üçün maksimal birdəfəlik doza bədən çəkisinə görə 11 mq/kq təşkil edir, lakin maksimal ümumi 800 mq dozadan artıq olmamalıdır. Yaşlı pasiyentlərdə, zəifləmiş pasiyentlərdə və ürək-damar xəstəliyi və/ya qaraciyər xəstəlikləri olan pasiyentlərdə dozanı azaltmaq lazımdır (“Xüsusi göstərişlər və ehtiyat tədbirləri” bölməsinə bax).
Əlavə təsirləri
Novokain adətən yaxşı mənimsənilir, lakin bəzən aşağıdakı əlavə təsirlərin inkişafı mümkündür. Sinir sistemində baş verən pozuntular: başağrı, hərəki narahatlıq, yüksək oyanıqlıq, başgicəllənmə, yuxululuq, zəiflik, huşun itməsi, qıcolma, trizm, tremor, at quyruğu sindromu (ayaqların iflici, paresteziya), dilin və perioral nahiyənin keyiməsi, tənəffüsün zəifləməsi, tənəffüs əzələlərinin iflici, hərəki və hissi blokada, koma. Hiss orqanlarında baş verən pozuntular: görmə və eşitmə pozğunluqları, görmə itiliyinin azalması, qulaqlarda küy, işıqdanqorxma, nistaqm. Həzm sistemində baş verən pozuntular: ürəkbulanma, qusma, qeyri-iradi defekasiya. Ürək-damar sistemində baş verən pozuntular: döş qəfəsində ağrı, arterial təzyiqin yüksəlməsi və ya enməsi, kollaps, periferik vazodilatasiya, ürək atmalarının azalması, bradikardiya, artimiya, ürəyin blokadası, ürəyin dayanması. Sidikçıxarıcı sistemdə baş verən pozuntular: qeyri-iradi sidikburaxma. Qan sistemində baş verən pozuntular: methemoqlobinemiya. İmmun sistemdə baş verən pozuntular: dəri qaşınmasa, dəri səpgisi, dermatit, dərinin qabıq verməsi, ekzema, eritema, angionevrotik ödem (qırtlağın ödemi daxil olmaqla), digər anafilaktik reaksiyalar (o cümlədən anafilaktik şok), övrə (dəridə və selikli qişada). Digər: ağrının bərpası, davamlı anesteziya, hipotermiya, yüksək tərləmə, kürəkdə ağrı, yeridilmə nahiyəsində dəyişiklik.
Doza həddinin aşılması
Doza həddinin aşılması, yalnız preparatın yüksək dozalarda istifadəsi zamanı mümkündür. Simptomları Dəri örtüyünün və selikli qişanın avazıması, başgicəllənmə, ürəkbulanma, qusma, yüksək sinir oyanıqlığı, “soyuq” tər, taxikardiya, arterial təzyiqin kollapsa qədər enməsi, tremor, qıcolma, apnoe, methemoqlobinemiya, tənəffüsün zəifləməsi, qəfil ürək-damar kollapsı. Mərkəzi sinir sisteminə təsiri qorxu hissi, hallüsinasiya, qıcolma, hərəki oyanıqlıq ilə təzahür edir. Müalicəsi Doza həddinin aşılması zamanı preparatın yeridilməsini dərhal dayandırmaq lazımdır. Yerli anesteziyanın aparılması zamanı inyeksiya nahiyəsini adrenalinlə blokada etmək olar. Ümumi reanimasion tədbirlər: oksigen inhalyasiyası, ehtiyac olduqda, ağciyərlərin süni ven- tilyasiyası. Qıcolma 15-20 saniyədən çox davam etdikdə, onun qarşısını tiopentalın (100-150 mq) və ya diazepamın (5-20 mq) venadaxili yeridilməsi ilə almaq lazımdır. Arterial hipotenziya və/ya miokardın depressiyası zamanı venadaxili efedrin (15-30 mq) yeridilir; ağır hallarda dezintoksikasion və simptomatik terapiya aparılır. İntoksikasiya inkişaf etdiyi zaman, preparatın ümumi qan dövranına keçməsinin qarşısını almaq üçün ayaq və əl əzələlərinə təcili turna bağlamaq məsləhət görülür.
Buraxılış forması
2 ml məhlul ampulda. 10 ampul blisterdə. 1 blister içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
25С-dən yüksək olmayan temperaturda, orijinal qablaşdırılmada və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Yararlılıq müddəti
3 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Resept əsasında buraxılır.
İstehsalçı
“Zdorovye” Əczaçılıq Şirkəti” MMC. Ukrayna, 61013, Xarkov vilayəti, Xarkov şəhəri, Şevçenko kücəsi, 22.
Ən Son Məqalələr
Reseptlə satılır
Müştəri rəyləri
Rəy yazmaq üçün hesabınıza daxil olun.

Rəylər
Filtrləri təmizləBu məhsul üçün rəy yoxdur.