Pol-cipro 200 mq 100 ml infuziya

Təsiredici maddə: CIPROFLOXACIN
Təsiredici maddəCIPROFLOXACIN
Dərman formasıİnfüziya məhlulu
Farmakoloji təsirFlüorxinolon qrupundan olan antibakterial preparat
İstehsal ölkəsiTürkiyə

Onlayn sifariş zamanı 5% endirim.

 Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin

Endirim_5

4,90 ₼

Stokda var

Stokda var

  • Filialdan götürmək

Bu gün götürmək

Ödənişsiz

  • Kuryerlə çatdırılma

Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.

Ödənişli

  • Ekspress çatdırılma

Sürətli çatdırılma

Ödənişli

Ödəniş üsulları:

Məhsulun təsviri

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

POL–SİPRO venadaxili infuziya üçün məhlul (flakonda) POL – CIPRO Beynəlxalq patentləşdirilməmiş adı: Ciprofloxacin

Tərkibi

Təsiredici maddə: 100 ml məhlulun tərkibində 200 mq siprofloksasinə ekvivalent miqdarda 254 mq siprofloksasin laktat vardır. Köməkçi maddələr: süd turşusu, natrium xlorid, xlorid turşusu, inyeksiya üçün su.

Təsviri

Şüşə flakonlarda rəngsiz ilə sarı rəngli şəffaf məhluldur.

Farmakoterapevtik qrupu

Flüorxinolon qrupundan olan antibakterial preparat. ATC kodu: J01MA02.

Farmakoloji xüsusiyyətləri

Farmakodinamikası Fəaliyyət mexanizmi. Siprofloksasin in vitro geniş spektrli qrammənfi və qrammüsbət patogenlərə qarşı yüksək effektivliyə malikdir. Antibakterial təsir mexanizmi siprofloksasinin II tip topoizomerazları inhibə qabiliyyəti ilə bağlıdır. Həssas olan Mikroorqanizmlər (adətən) Qrammüsbət aerob bakteriyalar Bacillus anthracis Aeromonas spp., Brucella spp., Citrobacter koseri, Francisella tularensis, Haemophilus ducreyi, Haemophilus influenzae, Legionella Qrammənfi aerob bakteriyalar spp., Moraxella catarrhalis, Neisseria meningitidis, Pasteurella spp., Salmonella spp., Shigella spp., Vibrio spp., Yersinia pestis Anaerob mikroorqanizmlər Mobiluncus Chlamydia trachomatis, Chlamydia Digər mikroorqanizmlər pneumoniae, Mycoplasma hominis, Mycoplasma pneumoniae Qazanılmış rezistentliyin inkişafı mümkün olan növlər. Qrammüsbət aerob bakteriyalar Enterococcus faecalis, Staphylococcus spp. Acinetobacter baumannii, Burkholderia cepacia, Campylobacter spp., Citrobacter freundii, Enterobacter aerogenes, Enterobacter Qrammənfi aerob bakteriyalar cloacae, Escherichia coli, Klebsiella oxytoca, Klebsiella pneumoniae, Morganella morganii, Neisseria gonorrhoeae, Proteus mirabilis, Proteus vulgaris, Providencia spp., Pseudomonas aeruginosa, Pseudomonas fluorescens, Serratia marcescens Peptostreptococcus spp., Propionibacterium Anaerob mikroorqanizmlər acnes Əvvəldən siprofloksasinə rezistentli mikroorqanizmlər. Actinomyces, Enterococcus faecium, Listeria Qrammüsbət aerob bakteriyalar monocytogenes Qrammənfi aerob bakteriyalar Stenotrophomonas maltophilia Yuxarıda qeyd edilənlərdən istisna olmaqla Mycoplasma genitalium, Ureaplasma Digər mikroorqanizmlər urealitycum Farmakokinetikası Siprofloksasinin farmakokinetikası insanlarda dəyişən populyasiyalarda qiymətləndirilmişdir. Hər 12 saatda 500 mq siprofloksasini oral olaraq qəbul edən böyüklərdə stabil vəziyyətdə əldə edilən orta qan zərdabı konsentrasiyası 2,97 mkq/ml təşkil edir; hər 12 saatda 400 mq siprofloksasinin venadaxili qəbulundan sonra stabil vəziyyətdə əldə edilən zərdabın orta zirvə konsentrasiyası 4,56 mkq/ml təşkil edir. Hər iki rejim üçün stabil vəziyyətdə orta zərdabın konsentrasiyası 0,2 mkq/ml təşkil edir. Absorbsiyası İntravenoz infuziyadan sonra infuziya sonunda qan serumunda maksimal konsentrasiyaya çatılır. İnfuziyanın başlanmasından sonra zaman (saat) ərzində siprofloksasinin orta zərdab konsentrasiyası (mq/l). 100 mq/l İ.V. 200 mq/l İ.V. 400 mq/l İ.V. Dövr (saat) (30 dəqiqə inf.) (30 dəqiqə inf.) (60 dəqiqə inf.) 0,5 1,8 3,4 3,2 0,75 0,80 1,40 3,50 1,00 0,50 1,00 3,90 1,50 0,40 0,70 1,80 2,50 0,30 0,50 1,20 4,50 0,20 0,30 0,70 8,50 0,10 0,10 0,40 12,50 0,04 0,10 0,20 Eliminasiyası Siprofloksasin əhəmiyyətli dərəcədə dəyişməz şəkildə böyrəklər vasitəsilə xaric edilir. Daha az dərəcədə böyrək traktından kənarda, xüsusən də nəcislə xaric edilir. Siprofloksasinin eliminasiyası (doza nisbəti %) İntravenoz Sidik Nəcis Siprofloksasin 61,5% 15,2% Metabolitləri M1-M4 9,5% 2,6% Böyrək klirensi 0,18-0,3 l/saat/kq, ümumi bədən klirensi isə 0,48-0,60 l/saat/kq təşkil edir. Siprofloksasin glomerular filtrasiya və boru sekresiyasına məruz qalır. Paylanması Siprofloksasin zülallarla aşağı nisbətdə (20-30%) əlaqə bağlayır və plazmada ionlaşmamış formada geniş şəkildə tapılır. Stabil vəziyyətdə onun paylanma həcmi böyükdür (2-3 l/kq) və zərdab səviyyəsindən artıq konsentrasiyada toxumalara nüfuz edir.

İstifadəsinə göstərişlər

POL–SİPRO, həddi buluğa çatmışlarda ağciyər və bronx infeksiyalarında, orta qulaq iltihabında, sinusitlərin infeksiyalarında, göz infeksiyalarda, böyrəklərin və sidik yollarının infeksiyalarında, genital orqanların infeksiyalarında, mədə-bağırsaq sisteminin və qarın boşluğunun infeksiyalarında, dəri və yumşaq toxuma infeksiyalarında, sümük və oynaq infeksiyalarında, qanda əmələ gələn infeksiyalarda, immun sistemi zəifləmiş xəstələrin infeksiyalarında və ya infeksiya riskinin yüksək olduğu hallarda, immunitet sistemi zəifləmiş xəstələrin bağırsaq infeksiyalarında istifadə edilir. POL–SİPRO, 1-17 yaş arası uşaqlarda kompleks sidik yolu infeksiyaları və böyrək infeksiyalarının 2-ci və 3-ci mərhələsinin müalicəsində (istifadə yalnız siprofloksasinə həssas mikroorqanizmlərin mövcudluğu ilə məhdudlaşır), 5-17 yaş arası kistoz fıbrozun P. aeruginosa adlı bakteriya ilə bağlı ağciyər kəskinləşməsində istifadə edilir. Uşaqlarda istifadə zamanı əlavə təsirlərə görə ciddi fayda risk nisbəti nəzərə alınmalıdır. Böyüklərdə və uşaqlarda tənəffüs yolu ilə keçən qarayara xəstəliyinin baş verməsini azaltmaq və gedişini zəiflətmək üçün də istifadə edilir.

Əks göstərişlər

Dərmanın tərkibindəki maddələrdən hər hansı birinə və ya digər xinolon törəmələrinə qarşı yüksək həssaslıq. Tərkibində tizanidin (miorelaksant dərman maddəsi) olan hər hansı dərman preparatı ilə birlikdə istifadə.

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

POL–SİPRO aşağıdakı hallarda EHTİYATLA İSTİFADƏ EDİN: POL–SİPRO ilə müalicədən əvvəl və ya müalicə zamanı aşağıdakı hallardan hər hansı biri meydana çıxarsa, bunu dərhal həkiminizə söyləyin. POL–SİPRO istifadə etməzdən əvvəl diqqət edilməli olanlar: Əgər; • Müalicənizin tənzimlənməsini tələb edən böyrək problemləriniz olub, • Epilepsiya xəstəliyiniz və ya digər bir sinir xəstəliyiniz varsa, • POL–SİPRO kimi antibiotiklərlə daha əvvəl gördüyünüz müalicə zamanı sinir problemi olmuşdursa, • Myasthenia gravis (əzələ zəifliyi xəstəliyi) xəstəliyiniz varsa, • Anamnezinizdə anormal ürək ritmi (aritmiya) varsa. • POL–SİPRO ilə müalicə zamanı diqqət edilməli olanlar: Əgər; • Sinədə sıxılma, başgicəllənmə, xəstə və ya huşunu itirmə və ya ayaq üstə duranda başgicəllənmə ilə müşayiət olunan yüksək həssaslıq və allergik (anafilaktik reaksiya/şok) reaksiya (bunlardan biri baş verərsə, müalicəni dayandırmaq və dərhal həkiminizə məlumat vermək lazımdır), • Yaşlısınızsa və ya eyni zamanda kortikosteroidlərlə müalicə alırsınızsa, oynaqlarda ağrı və ödem, həmçinin tendinit meydana çıxa bilər. Hər hansı bir ağrı və ya ödemin ilk əlaməti meydana çıxarsa, POL–SİPRO istifadəsi dayandırılmalı və ağrılı sahəyə istirahət verilməlidir. Vətərlərin cırılma riskini artıra biləcək lazımsız məşqlərdən çəkinin, • POL–SİPRO daxil olmaqla antibiotik müalicəsi zamanı və ya müalicənin dayandırılmasından sonrakı həftələrdə ishal baş verə bilər. Əgər ishal ciddi və ya davamlı olarsa və ya nəcisdə qan və ya selik görünərsə dərhal həkiminizə müraciət edin. POL–SİPRO ilə müalicə tez dayandırılmalıdır, bu, həyat üçün təhlükəli ola bilər. Bağırsağın hərəki fəaliyyətini ləngidən və ya dayandıran dərman istifadə etməyin. • Əgər Siz epilepsiyadan və ya serebral işemiya və ya insult kimi digər nevroloji xəstəliklərdən əziyyət çəkirsinizsə, mərkəzi sinir sistemi ilə əlaqəli yan təsirlərlə qarşılaşa bilərsiniz. Belə bir vəziyyətdə, POL–SİPRO ilə müalicə tez dayandırılmalı və həkimlə əlaqə saxlanmalıdır. • Ağrı, yanma, arabir sancma, keyləşmə və/və ya zəiflik kimi neyropatik əlamətlər görülsə POL– SİPRO ilə müalicə dəyandırılmalı və həkimlə əlaqə saxlanmalıdır. • POL–SİPRO qaraciyərin zədələnməsinə səbəb ola bilər. İştahanın itməsi, sarılıq (dərinin saralması), tünd rəngli sidik, qaşınma və ya mədədə həssaslıq kimi əlamətlər meydana çıxarsa, POL–SİPRO ilə müalicə təcili dayandırılmalıdır. • POL–SİPRO əgər Sizdə qızdırma və ümumi vəziyyətinizin ciddi şəkildə pisləşməsi kimi simptomlarla müşayət olunan infeksiya və ya boğaz/udlaq/ağız ağrısı və ya sidik ifrazı problemləri kimi lokal infeksiya simptomları ilə müşayiət olunan yüksək hərarət varsa, dərhal həkiminizə müraciət etməlisiniz. Ağ qan hüceyrələrində mümkün azalmaya (aqranulositoz) nəzarət etmək üçün Sizdən qan nümunəsi götürülə bilər. • POL–SİPRO ilə qan azlığı riski yaşaya biləcəyinizə görə, Sizdə və ya ailənizin hər hansı bir üzvündə qlükoza-6-fosfatdehidrogenaza (G6PD) çatışmazlığının olduğu məlumdursa, bu barədə həkiminizə məlumat verməlisiniz. • POL–SİPRO ilk dozadan sonra psixoloji reaksiyalar meydana gələ bilər. Depressiya və ya psixoz vəziyyəti varsa, POL–SİPRO ilə müalicə zamanı bu əlamətlər ağırlaşa bilər. Belə bir vəziyyətdə, POL–SİPRO ilə müalicə tez dayandırılmalı və həkimlə əlaqə saxlanmalıdır. • İnyeksiya yerində sağalmayan reaksiya varsa, • Kortizon növü dərman istifadə edirsinizsə, • POL–SİPRO ilə müalicə zamanı dəriniz UB şüaları, ya da günəş işığına qarşı daha həssas olacaqdır. Güçlü günəş işığından və solyari kimi süni UB şüalardan uzaq olun. • Myasthenia Gravisin (əzələ gücsüzlüyünə səbəb olan bir xəstəlik) kəskinləşməsi: POL–SİPRO kimi flüorxinolonlar, əzələ zəifliyi və tənəffüs problemləri kimi myasthenia gravis əlamətlərinin pisləşməsinə səbəb ola bilər. Əzələ zəifliyində artım və ya tənəffüs problemləri yaşasanız dərhal həkiminizlə məsləhətləşin. POL–SİPRO preparatına qarşı həssas və ya rezistent (davamlı) olan mikroorqanizmlər barədə həkiminizlə məsləhətləşin. Siprofloksasin EKQ-də QT intervalını uzada bilər. Buna görə QT intervalını uzadan dərmanlarla birlikdə istifadə zamanı aritmiyalar, Torsades de Pointes əmələ gəlnə riski arta bilər. Qan və ya sidik nümunəsi verməyiniz lazım olsa POL–SİPRO istifadə etdiyinizi həkiminizə və ya laboratoriya personalına söyləyin. Bu xəbərdarlıq keçmişdəki hər hansı bir dövrdə belə olsa, Sizin üçün əsaslıdırsa həkiminizlə məsləhətləşin. POL–SİPRO preparatının tərkibində olan bəzi köməkçi maddələr haqqında əhəmiyyətli məlumatlar. Bu dərman preparatının dozasında 900 mq natrium vardır. Bu, nəzaratli natrium pəhrizində olan xəstələr tərəfındən nəzərə alınmalıdır.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Metotreksat POL–SİPRO və metotreksatın eyni vaxtda istifadəsi metotreksatın böyrək kanalcıqları vasitəsilə daşınmasını maneə törədə bilər ki, bu da metotreksatın plazma səviyyəsinin artmasına səbəb olur. QT intervalını uzadan dərmanlarla (Sinif IA və III antiaritmiklər, trisiklik antidepressantlar, makrolidlər, antipsixotiklər) birlikdə istifadə zamanı ehtiyatlı olmaq lazımdır. Teofillin Tərkibində siprofloksasin və teofillin olan terapevtik məhsulların qəbulu zərdabda teofillinin səviyyəsinin arzuolunmaz artmasına səbəb ola bilər. Siklosporin Siprofloksasin və siprofloksasini saxlayan terapevtik məhsulların eyni vaxtda qəbulu zamanı qan zərdabında kreatinin səviyyəsində müvəqqəti artım müşahidə edilmişdir. Beləliklə, bu xəstələrin zərdabında kreatinin səviyyəsi həftədə iki dəfə yoxlanılmalıdır. Vitamin K antaqonistləri POL–SİPRO-nın bir vitamin K antaqonisti ilə eyni vaxtda tətbiqi bu dərmanların antikoaqulyant təsirini artıra bilər. Oral antidiabetik maddələr POL–SİPRO və oral antidiabetik dərmanlar, xüsusilə sulfonilsidik törəmələri (məsələn, qlibenklamid, qlimepirid) eyni vaxtda qəbul edildikdə hipoqlikemiya bildirilmişdir. Duloksetin Klinik tədqiqatlar göstərmişdir ki, duloksetinin fluvoksamin kimi güclü CYP 1A2 izoenzim450 inhibitorları ilə eyni vaxtda istifadəsi duloksetinin AUC və C dəyərlərinin artmasına səbəb olur.max Siprofloksasinlə potensial qarşılıqlı əlaqəyə aid heç bir klinik məlumat olmasa da, eyni vaxtda istifadə edildikdə oxşar təsirlər gözlənilə bilər. QSİƏP-lər (qeyri-steroid iltihabəleyhinə preparatlar) Heyvanlar üzərində aparılan tədqiqatlarda xinolonların (giraza inhibitorları) və bəzi qeyri-steroid iltihabəleyhinə dərmanların (asetilsalisilik turşudan başqa) çox yüksək dozalarda birgə istifadəsinin qıcolmalara səbəb olduğu müşahidə edilmişdir. Lidokain Tərkibində lidokain olan terapevtik məhsulların CYP 1A2 izoenzim inhibitoru olan siprofloksasinlə450 sağlam könüllülərdə eyni vaxtda istifadəsi lidokainin venadaxili klirensini 22% azaldır. Sildenafil Sağlam insanlarda 500 mq siprofloksasin ilə eyni vaxtda 50 mq oral dozadan sonra sildenafilinin C və AUC dəyərləri təxminən iki dəfə artmışdır. Beləliklə, POL–SİPRO sildenafillə birlikdə təyinmax edilərsə, risk və faydalar nəzərə alınmalıdır.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Dərmanı istifadə etməzdən əvvəl həkiminizlə və ya əczaçı ilə məsləhətləşin. POL–SİPRO hamiləlik zamanı istifadə edilməməlidir. Müalicə zamanı hamilə olduğunuzu başa düşsəniz, dərhal həkiminizlə və ya əczaçı ilə məsləhətləşin. Laktasiya Siprofloksasin ana südünə keçir. Artikulyar zədələnmə riskindən asılı olaraq POL–SİPRO ana südü zamanı istifadə edilməməlidir. POL–SİPRO ana südü ilə xaric edilir və oynaqların zədələnməsi riski səbəbindən süd verən analar tərəfindən istifadə edilməməlidir. Nəqliyyat vasitəsini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri Müalicə dövründə nəqliyyat idarə etməkdən və yüksək diqqət və sürətli psixomotor reaksiyalar tələb edən digər potensial təhlükəli fəaliyyət növlərilə məşğul olmaqdan çəkinmək lazımdır. Bu təsir xüsusilə spirtlə birlikdə istifadə zamanı daha güclü olur.

İstifadə qaydası və dozası

Həkiminiz başqa cür tövsiyə etməzsə, böyüklər üçün aşağıdakı gündəlik dozalar tövsiyə edilir. Böyüklər üçün təklif edilən gündəlik və tək Müalicə müddəti (mümkün Göstəriş doza (mq olan ən qısa müddətdə oral siprofloksasin müalicəyə keçid daxildir) venadaxili) Tənəffüs yollarının infeksiyaları 2×400 mq-3×400 mq 7-14 gün Sidik yollarının Böyrəklərdə sadə kəskin iltihab 2×200 mq-2×400 mq 7-21 gün infeksiyaları Sadə olmayan 2×400 mq-3×400 mq 7-21 gün (pielonefrit) Genital infeksiyalar Adneksit (yumurtalıq və uşaqlıq borularının 2×400 mq-3×400 mq 14-28 gün iltihabı), prostatit, orxoepididimit İshal 2×400 mq 1-5 gün Digər infeksiyalar 2×400 mq 7-14 gün Kistoz fıbrozda təkrarlanan 3×400 mq 7-14 gün infeksiyalar Sümük və oynaq infeksiyaları Maksimum 3 ay (sümükAğır və həyat (məsələn, sümük infeksiyası) 3×400 mq infeksiyalarda maksimum 2üçün təhlükəli ay)olan infeksiyalar Qanda iltihab 3×400 mq 7-14 gün Qarın içində infeksiyalar 3×400 mq 5-14 gün İmmunitet sistemi zəifləmiş xəstələr Ağ qan hüceyrələrinin az 2×400 mq-3×400 mq olduğu dövr ərzində Tənəffüs yolları ilə keçən (Bacillus anthracis-ə 2×400 mq 60 gün məruz qaldıqdan sonra) qarayara Venadaxili müalicədən sonra POL–SİPRO ilə müalicə onun oral istifadə olunan dərman formaları ilə davam etdirilir. Qızdırmanın düşməsindən və ya simptomların yox olmasından sonra müalicə daha 3 gün müddətində davam etdirilməlidir. Streptococcus və Chlamydia adlı bakteriyalar tərəfındən törədilən infeksiyalarda müalicə ən azı 10 gün davam etdirilməlidir. Venadaxili yeridilmə ilə başlanan müalicə daha sonra preparatın daxilə qəbul edilən dərman forması ilə davam etdirilməlidir. İstifadə qaydası POL–SİPRO venadaxili və 60 dəqiqəlik bir müddət ərzində yeridilməlidir. Geniş venaya tədrici infuziya xəstənin narahatlığını minimuma endirir və venoz qıcıqlanma riskini azaldır. İnfuziya məhlulu bir başa və ya digər uyğun infuziya məhlulları ilə qarışdırılaraq verilə bilər. Soyuqda çöküntü yarana bilər və otaq temperaturunda çöküntü yenidən həll ola bilər; bu səbəbdən infuziya məhlulunun soyuducuda saxlanmaması tövsiyə edilir. Digər infuziya məhlulları və terapevtik məhsullar üçün uyğun olduğu göstərilməyibsə, ayrıca tətbiq edilməlidir. Çöküntü, bulanıqlıq və rəng dəyişikliyi kimi hadisələr uyğunsuzluğun vizual əlamətləridir. Məhlulun pH-da fiziki və ya kimyəvi cəhətdən sabit olmayan penisilinlər, heparin məhlulu kimi bütün infuziya məhlulları və terapevtik məhsullar ilə uyğunsuzluq yarana bilər. Siprofloksasin məhlulunun pH 3,5-4,6 olduğundan, məhz qələvi pH -na tənzimlənmiş məhlullarla uyğunsuzluq yaranır. Müxtəlif yaş qrupları Uşaqlar və yeniyetmələrdə istifadəsi Tövsiyə edilən İnfeksiya Tövsiyə edilən doza müalicə müddəti 5-17 yaş arası uşaqlarda ailə Gündə 3 dəfə venadaxili istifadə edilən POL– 10-14 gün keçidli, xüsusilə vəzilərini tutan bir SİPRO ilə 10 mq/kq (maksimal gündəlik doza xəstəlik olan kistoz fıbrozun 1200 mq) P. aeruginosa infeksiyasına bağlı ağciyər infeksiyası Sadə olmayan sidik yolu 8 saatdan bir venadaxili 6-10 mq/kq (maksimum 10-21 gün infeksiyaları və böyrək infeksiyası 400 mq/doza) Tənəffüs yolları ilə keçən qarayara Gündə 2 dəfə 10 mq/kq (bir dəfədə tətbiq olunan 60 gün maksimum doza 400 mq aşmamalıdır; maksimal gündəlik doza 800 mq) Əgər qarayaraya məruz qalsanız və ya qarayaraya məruz qaldığınızdan şübhələnirsinizsə, mümkün qədər tez müalicəyə başlamalısınız. Böyrək və qaraciyər pozğunluğu olan uşaqlarda doza ilə bağlı tədqiqat aparılmamışdır. Yaşlılarda istifadəsi Yaşlı xəstələrdə mümkün olduqca aşağı dozalarda istifadə edilməlidir. Xüsusi hallarda istifadəsi Böyrək çatışmazlığı Orta dərəcədə böyrək çatışmazlığı olan xəstələrdə maksimum gündəlik doza venadaxili 800 mq-dır. Kəskin böyrək çatışmazlığı olan xəstələrdə maksimum gündəlik doza venadaxili 400 mq-dır. Böyrək çatışmazlığı olan və dializdə olan xəstələrdə böyrək çatışmazlığı zamanı istifadə olunan doza tətbiq olunur, ancaq dializ günlərində dərman dializdən sonra verilməlidir. Böyrək çatışmazlığı olan və davamlı olaraq ambulator peritoneal dializ alan xəstələrdə dializ mayeya hər litr üçün 50 mq POL–SİPRO əlavə edilib 6 saatdan bir istifadə edilir və ya daxilə 500 mq POL– SİPRO qəbul edilir. Qaraciyər çatışmazlığı Qaraciyər çatışmazlığı olan xəstələrdə dozaya düzəliş edilməsi tələb olunmur. Böyrək və qaraciyər çatışmazlığının birlikdə olduğu halda, yuxarıda göstərilən böyrək çatışmazlığında istifadə olunan dozalar tətbiq olunur. POL–SİPRO qida və içkilərlə istifadə edilməsi Qida və içkilər POL–SİPRO ilə aparılan müalicənizə təsir göstərmir. POL–SİPRO istifadə etməyi unutsanız Unudulan dozanı əvəz etmək üçün ikiqat doza istifadə etməyin. Əgər POL–SİPRO təsirinin çox güclü və ya zəif olduğuna dair təəssüratınız varsa həkiminizə və ya əczaçıya bildirin.

Əlavə təsirləri

Bütün dərmanlar kimi, POL–SİPRO onun tərkibində olan maddələrə həssas olan insanlarda əlavə təsirlər törədə bilər. Əlavə təsirlərin tezliyi aşağıdakı parametrlərlə təyin edilir: çox tez-tez (≥1/10); tez-tez (≥1/100 – <1/10); bəzən (≥1/1000 – 1/100); nadir hallarda (≥1/10000 – <1/1000); çox nadir hallarda (<1/10000); məlum deyil (əldə olan məlumatlara görə tezliyi qiymətləndirmək mümkün deyil). Tez-tez • Ürəkbulanma, ishal, • İstifadə yerində reaksiya. Bəzən • Göbələk superinfeksiyaları, • Qanda eozinofıllərin (xüsusi tip ağ qan hüceyrələri) miqdarinın artması, • Anoreksiya (iştahsızlıq), • Hiperaktivlik, narahatlıq, • Baş ağrısı, başgicəllənmə, yuxu pozğunluqları, dad pozğunluqları, • Qusma, • Qarın və mədə ağrısı, mədə pozğunluğu, qarın köpü (meteorizm), • Öddə bilirubinin miqdarının artması, • Qaşınma, övrə, səpgi, • Oynaq ağrısı, • Ağrı, narahatliq hissi, qızdırma, • Qələvi fosfatazanın və qaraciyər fermentləri olan transaminazaların səviyyəsinin artması, • Böyrək çatışmazlığı. Nadir hallarda • Antibiotik ilə bağlı kolit (yoğun bağırsağın iltihabı) (çox nadir hallarda ölümlə nəticələnə bilər), • Qanda ağ qan hüceyrələrinin sayında azalma və ya artma (nadir hallarda ölümlə nəticələnə bilər), • Qan laxtalanma hüceyrələrinin sayının azalması və ya artması, • Anemiya • Allergik reaksiya, • Allergik ödem, ağız, dil və boğazda şişkinlik, • Qanda qlükozanın artması və ya azalması, • Harada və hansı zamanda olmanı dərk edə bilməməyi (şüurun dumanlanması), • Gerçək olmayan şeyləri görmə (hallüsinasiyalar), • Anormal yuxular (kabus), • Depressiya (intihar fıkri/düşüncələri və intihara cəhd və ya intihar kimi özünə zərər vermə hərəkətinə əlatma ehtimalı), • Gərginlik, • Hissiyatın itməsi, arabir sancma, yanma və iynəbatma kimi anormal hiss, • Hissiyatın azalması, • Titrətmə, • Qıcolmalar (qıcolmanın 30 dəqiqə müddətində davam etməsi və aralarda şüurun aydınlığı olmadan tez-tez təkrarlanması halı daxil olmaqla), • Balans pozğunluğu, • Görmə pozğunluqları, • Qulaqlarda cingilti, • Eşitmənin itməsi, • Ürək vurğularının tezliyində artma, • Qan damarlarında genişlənmə, • Aşağı təzyiq, • Huşunu itirmək, • Nəfəs alıb verməkdə çətinlik (astmayla bağlı vəziyyətlər daxil olmaqla), • Qaraciyər çatışmazlığı, • Hepatit B, • Qaraciyərin iltihabı (infeksiyaya bağlı olmayan), • İşıq həssaslığı reaksiyaları, • Dəridə qabarcıqlar, • Əzələdə ağrı, • Oynaq revmatizmi, • Əzələ gərginliyində artım, spazm, • Böyrək pozğunluğu, • Sidikdə qan və ya kristalların olması, • Böyrək infeksiyası, • Ödem, • Tərləmə, • Qanın laxtalanmasının pozulması, • Həzm fermenti olan amilazanın səviyyəsinin artması. Çox nadir hallarda Qırmızı qan hüceyrələrinin məhv edilməsi ilə əlaqəli anemiya, • Ağ qan hüceyrələrinin azalması səbəbindən təhlükəli və ölümcül xəstəlik (aqranulositoz), • Bütün qan hüceyrələrinin sayının azalması, • Sümük iliyinin supresyonu (həyat üçün təhlükəlidir), • Ölümcül allergik reaksiya, • Allergik şok (həyat üçün təhlükəli), • Zərdab xəstəliyinə bənzər reaksiya, • Psixoloji reaksiyalar (intihar fikri/fıkirləri və intihara cəhd və ya intihar etmə kimi özünə zərər vermə hərəkəti ehtimalı), • Miqren, • Qoxu pozğunluğu, • Duyğu pozğunluğu, • Hissiyyat pozğunluğu, • Başgicəllənmə, • Kəllədaxili təzyiqin artması, • Vizual rəng pozğunluqları, • Eşitmənin azalması, • Damar iltihabı, • Mədəaltı vəzinin iltihabı, • Qaraciyərin zədələnməsi (çox nadir hallarda həyatı təhdid edən qaraciyər çatışmazlığına səbəb ola bilər), • Dodaqlarda, gözlərdə, ağızda, burunda və cinsiyyət orqanlarında şiddətli qabarıcıqlar və qanaxmalar (həyat üçün təhlükəlidir), • Dəridə qızartılarla müşayiət olunan xəstəliklər (multiformalı eritema, düyünlü eritema və Stivens- Conson sindromu kimi dəri nekrozu və dəridə ciddi qızartılarla müşayət olunan xəstəliklər (hayatı təhdid edən)), • Əzələ zəifliyi, • Myasthenia Gravis-in (əzələ zəifliyinə səbəb olan xəstəlik) kəskinləşməsi, əzələləri sümüklərə birləşdirən vətərlərdə iltihab və ya yırtılma, • Gəzmə pozğunluğu. Məlum deyil (əldə olan məlumatlara əsasən başvermə tezliyini müəyyən etmək mümkün olmur): • Beyin və onurğa beyni xaricində periferik sinir xəsarətləri və çoxsaylı ətraf sinir zədələnməsi (polineyropatiya), • Ürək ritmində pozğunluq (QT ritminin uzanması, mədəcik aritmiyası, torsades de pointes), • Uşaqlarda oynaqlara təsir edən bir xəstəlik olan artropatiya, • İntensiv ümumi ekzantematoz pustulyoz (AGEP – geniş yayılmış qızartı zəmin üzərində, içi iltihabla dolu, toplu iynə başı böyüklüyündə qabarcıqlarla xarakterizə olunan, yüksək qızdırma ilə müşayiət olunan, tez-tez dərman istifadəsi sonrası artan klinik mənzərə), • İNR artımı (İnternational Normalized Ratio – Beynəlxalq Normallaşdırılmış Nisbət) (Qan laxtalanma müddətində istifadə edilən ölçmə parametrləri) (Vitamin K antaqonistləri ilə müalicə olunan xəstələrdə). Əgər bu içlik vərəqədə qeyd edilməyən hər hansı əlavə təsirlə qarşılaşsanız, həkiminizə və ya əczaçıya məlumat verin.

Doza həddinin aşılması

POL–SİPRO istifadə etməli olduğunuzdan artıq istifadə etmisinizsə, həkimə və ya əczaçıya müraciət edin. Təcili tədbirlərdən başqa, böyrək funksiyalarının izlənməsi tövsiyə edilir.

Buraxılış forması

100 ml və 200 ml məhlul şüşə flakonda. 1 flakon içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

Saxlanma şəraiti

25°C temperaturdan yüksək olmayan, işıqdan qorumaqla və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

Yararlılıq müddəti

Yararlılıq müddəti qablaşdırmanın üzərində qeyd edilmişdir. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz. Əgər məhsulda və/və ya qablaşdırmasında hər hansı pozğunluq olarsa, POL–SİPRO istifadə etməyin.

Aptekdən buraxılma şərti

Resept əsasında buraxılır.

İstehsalçı

Vakıflar OSB Mahallesi, Sanayi Caddesi, No:22/1 Kat:2 Ergene/ TEKİRDAĞ, Türkiyə. Tel.: 0282 675 10 06 Fax: 0282 675 14 05.

Qeydiyyat vəsiqəsinin sahibi

Vakıflar OSB Mahallesi, Sanayi Caddesi No:22/1 Ergene/TEKİRDAĞ, Türkiyə. Tel.: 0282 675 14 04 Fax: 0282 675 14 05. e-mail: [email protected]

Müştəri rəyləri

Bu məhsul üçün rəy yoxdur.

“Pol-cipro 200 mq 100 ml infuziya” üçün ilk rəyi siz yazın.

Oxşar məhsullar