Livarol 400 mq N5 vaginal şam

Təsiredici maddə: KETOCONAZOLE
Təsiredici maddəKETOCONAZOLE
Dərman formasıVaginal şam
Farmakoloji təsirGöbələkəleyhinə vasitə
İstehsal ölkəsiRusiya

Onlayn sifariş zamanı 5% endirim.

 Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin

Endirim_5

6,96 ₼

Stokda var

Stokda var

  • Filialdan götürmək

Bu gün götürmək

Ödənişsiz

  • Kuryerlə çatdırılma

Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.

Ödənişli

  • Ekspress çatdırılma

Sürətli çatdırılma

Ödənişli

Ödəniş üsulları:

Məhsulun təsviri

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

LİVAROL vaginal suppozitoriyalar Beynəlxalq patentləşdirilməmiş adı: Ketoconazole

Tərkibi

Təsiredici maddə: 1 vaginal suppozitoriyanın tərkibində 400 mq ketokonazol vardır. Köməkçi maddələr:butilhidroksianizol, makroqol qarışığı (makroqol 1500, makroqol 400).

Təsviri

Ağ, ağımtıl sarımtıl və ya bozumtul rəngli və ya kreməoxşar çalarlı, torpedoyabənzər suppozitoriyalardır. Səthinin mərmərəbənzər olması və kəsiyində hava boşluğunun və qıfabənzər dərinliyin olması yolveriləndir.

Farmakoterapevtik qrupu

Göbələkəleyhinə vasitə. ATC kodu: G01AF11.

Farmakoloji xüsusiyyətləri

Farmakodinamikası Ketokonazol, imidazoldioksolan törəməsi olub, yerli istifadə üçün geniş spektr təsirinə malik sintetik göbələkəleyhinə vasitədir. Dermatofitlərə (Trichophyton spp., Epidermophyton floccosum, Microsporum spp.), maya göbələklərinə və maya göbələklərinə bənzər (Candida spp., Pityrosporum spp., Torulopsis, Cryptococcus spp., dimorf göbələklər və eumisitlər) qarşı funqisid və funqistatik təsir göstərir. Preparat stafilokokklara və streptokokklara qarşı aktivdir. Təsir mexanizmi erqosterolun biosintezini zəiflətməkdən və göbələklərin membranalarının lipid tərkibini dəyişdirməkdən ibarətdir. Farmakokinetikası İntravaginal istifadə zamanı sistem absorbsiyası əhəmiyyətli dərəcədə deyil.

İstifadəsinə göstərişlər

Kəskin və xroniki residivləşən vaginal kandidozun müalicəsi. Orqanizmin aşağı rezistentliyi zamanı və uşaqlıq yolunun mikroflorasını pozan antibakterial vasitələr və digər preparatlarla müalicə fonunda uşaqlıq yolunun göbələk infeksiyalarının yaranmasının profilaktikası.

Əks göstərişlər

Preparatın istənilən komponentinə qarşı yüksək həssaslıq, hamiləlik, laktasiya dövrü, 18 yaşa qədər uşaqlar.

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Xəstəliyin residivinin riskini azaltmaq məqsədilə cinsi partnyorun eyni vaxtda müalicə alması məsləhət görülür. Nadir hallarda cinsi partnyorda allergik reaksiyalar mümkündür (cinsiyyət orqanının hiperemiyası). Müalicə bitdikdən sonra infeksiyanın klinik əlamətləri saxlandıqda, diaqnozu təsdiq etmək məqsədilə təkrar mikrobioloji tədqiqat aparmaq lazımdır. Suppozitoriyaların istifadəsi mexaniki kontrasepsiyanın (lateks tərkibli prezervativlər və vaginal diafraqmalar) etibarlığını azalda bilər. Müalicə dövründə etibarlı kontrasepsiya üsulu seçmək məsləhət görülür. İnfeksiyanın təkrar inkişafı təhlükəsinin azaldılması üsulları: ● boş “nəfəsalan” geyimə və pambıq alt geyiminə üstünlük vermək lazımdır; ● yaş çimərlik geyimində uzun müddət gəzmək olmaz. İsti nəm mühit göbələklərin inkişafına əlverişli şərait yaradır; ● yalnız şəxsi dəsmaldan istifadə edin. Nəm dəsmallar infeksiyanı saxlaya bilər; ● infeksiyanın anus nahiyəsindən uşaqlıq yoluna keçirilməsinə yol verməmək üçün öndən arxaya istiqamətində silinin; ● vulva ətrafındakı dərini qıcıqlandıra bilən vanna üçün yağdan, qadınlar üçün gigiyenik spreylər və kirşanlardan istifadədən çəkinmək lazımdır; ● çox şirniyyat yeməkdən çəkinmək lazımdır, bu, uşaqlıq yolunun pH-nı dəyişdirə və göbələyin aktivləşməsi üçün şərait yarada bilər; ● hər gün tərkibində laktobakteriyalar olan turş-süd məhsulları qəbul etmək lazımdır; ● digər xəstəliklə əlaqədar antibiotik qəbul etmək lazım olduqda, hər zaman əl altında göbələkəleyhinə vasitə olmalıdır; ● göbələk infeksiyasının müalicəsi zamanı cinsi əlaqədən çəkinmək lazımdır. Preparatı istifadə etməzdən əvvəl içlik vərəqəni diqqətlə oxumaq lazımdır. İçlik vərəqəni saxlamaq lazımdır, onu yenidən oxumaq lazım gələ bilər. Əlavə sual yarandıqda, həkimə müraciət etmək lazımdır. Bu dərman vasitəsi şəxsən Sizə təyin edilmişdir və onu digər şəxslərə vermək olmaz, belə ki, o, digər şəxslərə zərər verə bilər, hətta onlardakı simptomlar Sizdə olduğu kimi olsa belə.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Az absorbsiya olması ilə əlaqədar intravaginal istifadəsi zamanı digər dərman vasitələrilə qarşılıqlı təsiri az ehtimal edilir.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Ketokonazol preparatlarının qadınlarda hamiləlik dövründə və laktasiya dövründə istifadəsi barədə klinik məlumatlar məhduddur. Hamiləlik dövründə preparatın istifadəsi əks göstərişdir. Laktasiya dövründə preparatın istifadəsinə ehtiyac olduqda ana südü ilə qidalandırmanı dayandırmaq lazımdır. Nəqliyyat vasitəsini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri Preparatın istifadəsi nəqliyyat vasitələrini və mexanizmləri idarə etmək qabiliyyətinə təsir etmir.

İstifadə qaydası və dozası

İntravaginal istifadə üçündür. Suppozitoriyanı konturlu qablaşdırmadan şəkildə göstərildiyi kimi çıxarın (konturlu-yuvalı qablaşdırma hər suppozitoriya üçün suppozitoriyanı zədələmədən onu asanlıqla və tez çıxarmağa imkan verən xüsusi “qanadlarla” təchiz edilib). Suppozitoriyanı bel üstə uzanmış vəziyyətdə uşaqlıq yoluna dərinə yeritmək lazımdır. Xəstəliyin gedişatından asılı olaraq 3-5 gün ərzində 1 suppozitoriya təyin edilir. Xroniki kandidoz zamanı 10 gün ərzində sutkada 1 suppozitoriya istifadə edilir. Pasiyenti narahat edən simptomlar aradan qalxdıqda belə, müalicə kursunu özbaşına dayandırmaq olmaz, belə ki, tamamlanmamış müalicə xəstəliyin xroniki formaya keçməsinə səbəb ola bilər. Müalicə fonunda xəstəliyin simptomları saxlandıqda və ya gücləndikdə, müalicəni dayandırmaq və həkimə müraciət etmək vacibdir.

Əlavə təsirləri

Hiperemiya və uşaqlıq yolunun selikli qişasının qıcıqlanması, uşaqlıq yolunda qaşınma. Allergik reaksiyalar: dəri səpgisi, övrə. Qeyd edilən istənilən əlavə təsirlərdən hər hansı dərinləşdikdə və ya təlimatda qeyd edilməyən istənilən əlavə təsir müşahidə etdikdə, bu barədə həkimə məlumat vermək lazımdır.

Doza həddinin aşılması

Preparatın tövsiyə edilən (terapevtik) dozada intravaginal istifadəsi zamanı az absorbsiya olması ilə əlaqədar doza həddinin aşılması az ehtimal edilir. Preparatın təsadüfən daxilə qəbulu zamanı zəhərlənmə simptomları mümkündür. Spesifik antidotu yoxdur. Ehtiyac olduqda aktivləşdirilmiş kömür qəbul etmək və simptomatik terapiya aparmaq lazımdır.

Buraxılış forması

Vaginal suppozitoriyalar 400 mq. 5 suppozitoriya polivinilxlorid örtüklü, polietilenlə laminatlaşdırılmış konturlu-yuvalı qablaşdırmada. 1 və ya 2 konturlu-yuvalı qablaşdırma içlik vərəqə ilə birgə karton qutuya qablaşdırılır.

Saxlanma şəraiti

25°С-dən yüksək olmayan temperaturda, işıqdan qorunan və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

Yararlılıq müddəti

3 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti

Reseptsiz buraxılır. İstehsalçı/İstehlakçıların iradlarını qəbul edən təşkilat “Nijfarm” SC, Rusiya. 603950, Nijniy Novqorod ş., Salqanskaya k., ev 7. Tel.: (831) 278-80-88. Faks: (831) 430-72-28. E-mail: [email protected]

Müştəri rəyləri

Bu məhsul üçün rəy yoxdur.

“Livarol 400 mq N5 vaginal şam” üçün ilk rəyi siz yazın.

Oxşar məhsullar