Laynet 15 ml göz damcısı

Təsiredici maddə: TETRYZOLINE HCL
Təsiredici maddəTETRYZOLINE HCL
Dərman formasıDamcı
Farmakoloji təsirOftalmik istifadə üçün dekongestanlar, dekongestanlar kimi istifadə edilən simpatomimetiklər

Onlayn sifariş zamanı 5% endirim.

 Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin

Endirim_5

6,50 ₼

Stokda var

Stokda var

  • Filialdan götürmək

Bu gün götürmək

Ödənişsiz

  • Kuryerlə çatdırılma

Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.

Ödənişli

  • Ekspress çatdırılma

Sürətli çatdırılma

Ödənişli

Ödəniş üsulları:

Məhsulun təsviri

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

LAYNET göz damcısı Beynəlxalq patentləşdirilməmiş adı: Tetryzoline hydrochloride

Tərkibi

Təsiredici maddə: 1 ml preparatın tərkibində 0,5 mq tetrizolin hidroxlorid vardır. Köməkçi maddələr: bor turşusu, boraks, dinatrium edetat dihidrat, benzalkonium xlorid, təmizlənmiş su.

Təsviri

Görünən hissəciklər olmayan şəffaf, rəngsiz məhluldur.

Farmakoterapevtik qrupu

Oftalmik istifadə üçün dekongestanlar, dekongestanlar kimi istifadə edilən simpatomimetiklər. ATC kodu: S01GA02.

Farmakoloji xüsusiyyətləri

Farmakodinamikası Tetrizolin simpatomimetikdir və simpatik sinir sisteminin α-adrenergik reseptorlarını birbaşa stimullaşdırır, lakin β-adrenergik reseptorlara az təsir göstərir və ya heç bir təsir göstərmir. Simpatomimetik bir amin olaraq, vazokonstriktor və dekongestan xüsusiyyətlərə malikdir. Farmakokinetikası Tetrizolin hidroxloridin vazokonstriktor (damardaraldıcı) və selikli qişa dekongestan təsiri yerli tətbiqdən bir neçə dəqiqə sonra yaranır və 4-8 saat davam edir. Müvafiq yerli tətbiq zamanı tetrizolin hidroxlorid əhəmiyyətli dərəcədə absorbsiya olmur. Yerli tətbiqdən sonra, xüsusən epiteliya zədələnməsi ilə müşayiət olunan selikli qişanın zədələnməsi hallarında sistemli absorbsiyanı istisna etmək olmaz. 10 sağlam könüllü üzərində aparılan tədqiqatda gözə terapevtik tətbiq edildikdən sonra tetrahidrozolin konsentrasiyaları həm qan zərdabında, həm də sidikdə aşkar edilmişdir. Orta plazma yarımxaricolma dövrü təqribən 6 saat olmuşdur. Subyektlər fərqli sistemli absorbsiya göstərdilər. Maksimum serum konsentrasiyası 0,068 ilə 0,380 ng/ml arasında olmuşdur. 24 saatdan sonra bütün subyektlərdə sidikdə ölçülə bilən tetrahidrozolin konsentrasiyası müşahidə edilmişdir.

İstifadəsinə göstərişlər

Laynet 0,5 mq/ml, göz damcıları, məhlul qeyri-infeksion göz qıcıqlanması zamanı, məsələn, tüstü, külək, xlorlu su, işıq və allergik iltihablar, məsələn, gözlərin zədələnməsi ilə müşayiət olunan pollinoz zamanı dekongestan vasitə kimi təyin edilir. Laynet 0,5 mq/ml, göz damcıları, məhlul böyüklər, yeniyetmələr və 2 yaşdan yuxarı uşaqlarda təyin edilir.

Əks göstərişlər

Tetrizolin hidroxloridə və ya yuxarıda qeyd edilən köməkçi maddələrdən hər hansı birinə qarşı hiperhəssaslıq halları. – qapalıbucaqlı qlaukoma. – 2 yaşdan kiçik uşaqlar.

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Laynet 0,5 mq/ml, göz damcısı, məhlulu aşağıdakı hallarda istifadə edilməməlidir: Kəskin ürək-damar xəstəlikləri (məsələn, koronar arteriya xəstəliyi, hipertoniya, feoxromositoma); prostat vəzinin hiperplaziyası; metabolik pozuntular (məsələn, hipertiroidizm, diabet, porfiriya); monoamin oksidaza inhibitorları və qan təzyiqini artıran digər dərman vasitələri ilə müalicə olunan pasiyentlər; rinit sicca; keratokonyunktivit sicca; qlaukoma. Xüsusilə dekongestan oftalmik dərmanların uzun müddətli istifadəsi və doza aşımı zamanı onların effektivliyi azala bilər. Dekongestan oftalmik dərmanların sui-istifadəsi nəticəsində aşağıdakılar baş verə bilər: konyunktivanın və burunun selikli qişasının artan və ya reaktiv hiperemiyası (medikamentoz rinit). Preparatın uzunmüddətli və həddindən artıq dozada istifadəsindən – xüsusilə uşaqlarda çəkinmək lazımdır. Uşaqlarda və daha yüksək dozalarda istifadəsi yalnız həkim nəzarəti altında aparılmalıdır. Qapalıbucaqlı qlaukoma zamanı istifadəsi əks göstərişdir. Digər qlaukoma formaları zamanı preparat yalnız xüsusi ehtiyatla və tibbi nəzarət altında istifadə edilməlidir. Həmçinin tövsiyə olunan yerli dozalar hipertiroidizm, ürək xəstəliyi, yüksək qan təzyiqi və şəkərli diabet zamanı ehtiyatla verilməlidir. Laynet 0,5 mq/ml, göz damcıları, məhluldan istifadə edən pasiyentlər bilməlidirlər ki, gözlərin qıcıqlanması və ya qızarması çox vaxt ciddi göz xəstəliklərinin əlamətidir və buna görə də oftalmoloqa müraciət etməlidirlər. Laynet 0,5 mq/ml, göz damcıları, məhlul yalnız gözün yüngül qıcıqlanması zamanı istifadə edilməlidir. 48 saat ərzində heç bir yaxşılaşma olmazsa və ya gözün qıcıqlanması və ya qızarması davam edərsə və ya artarsa, Laynet 0,5 mq/ml, göz damcıları, məhlulun istifadəsi dayandırılmalı və həkimə müraciət edilməlidir. İnfeksiyalar, yad cisimlər və ya buynuz qişanın kimyəvi zədələnməsi səbəbindən gözün qıcıqlanması və ya qızarması da tibbi müalicə tələb edir. Göz yorğunluğu, baş ağrısı, görmənin itməsi, görmə pozğunluqları (məsələn, bulanıq görmə və ya ikili görmə), şiddətli kəskin və ya birtərəfli göz qızartıları və ya işığa məruz qaldıqda gərginlik baş verərsə, dərman vasitəsinin istifadəsi dayandırılmalı və dərhal həkimə müraciət edilməlidir. Bu dərman vasitəsindən istifadə edərkən göz bəbəkləri müvəqqəti olaraq genişlənə bilər. Köməkçi maddələr: Bu dərman vasitəsinin hər millilitrinin tərkibində 0,1 mq benzalkonium xlorid var. Benzalkonium xlorid yumşaq kontakt linzalar tərəfindən absorbsiya oluna bilər və kontakt linzaların rəngini dəyişə bilər. Pasiyentlər bu dərman preparatını istifadə etməzdən əvvəl kontakt linzaları çıxarmalıdırlar və istifadə etdikdən 15 dəqiqə sonra linzaları yenidən taxa bilərlər. Benzalkonium xloridin gözün qıcıqlanmasına, quru göz simptomlarına səbəb olduğu və gözyaşı pərdəsinə və buynuz qişanın səthinə təsir göstərə biləcəyi bildirilmişdir. Preparat quru göz sindromu olan pasiyentlərdə və buynuz qişa zədələnməsi olan pasiyentlərdə ehtiyatla istifadə edilməlidir. Preparatın uzun müddətli istifadəsi halında pasiyentlərə nəzarət edilməlidir.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Tranilsipromin tipli MAO inhibitorları və trisiklik antidepressantların, həmçinin qan təzyiqini artıran vasitələrin eyni vaxtda istifadəsi zamanı vazokonstriksiyanın artması səbəbindən qan təzyiqinin artması baş verə bilər. Buna görə də, mümkün qədər birgə (yanaşı) istifadədən çəkinmək lazımdır.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Tetrizolin hidroxloridin plasentadan keçməsinə və ana südünün tərkibinə nüfuz etməsinə dair məlumatlar yoxdur. Mümkün sistem yan təsirləri səbəbindən hamiləlik zamanı və laktasiya dövründə istifadəsindən çəkinilməlidir. Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarə etmək qabiliyyətinə təsiri Laynet 0,5 mq/ml, göz damcıları, məhlulun nəqliyyat vasitələrini və mexanizmləri idarə etmək qabiliyyətinə böyük təsir göstərir. Təkrar instillyasiya zamanı, tetrizolin hidroxlorid nəqliyyat vasitələrini idarə etmək və ya mexanizmlərlə məşğul olmaq qabiliyyətinə ciddi təsir göstərən midriaza səbəb ola bilər.

İstifadə qaydası və dozası

Laynet 0,5 mq/ml, göz damcıları, məhlul qeyri-infeksion göz qıcıqlanması zamanı, məsələn, tüstü, külək, xlorlu su, işıq və allergik iltihablar, məsələn, gözlərin zədələnməsi ilə müşayiət olunan pollinoz zamanı dekongestan vasitə kimi təyin edilir. Laynet 0,5 mq/ml, göz damcıları, məhlul böyüklər, yeniyetmələr və 2 yaşdan yuxarı uşaqlarda təyin edilir.

Əlavə təsirləri

Mənfi reaksiyalar baş vermə tezliyinin azalmasına görə aşağıdakı konvensiyaya uyğun olaraq müəyyən edilmişdir: çox tez-tez (≥1/10), tez-tez (≥1/100 ilə <1/10), bəzən (≥1/1000 ilə <1/100), nadir (≥1/10,000-dən <1/1000), çox nadir (<1/10,000) və ya məlum deyil (mövcud məlumatlara əsasən dəyərləndirilməsi mümkün deyil). Gözlərdə rastlanan pozğunluqlar Nadir: midriaz. Çox nadir: tetrizolin hidroxloridin uzun müddət istifadəsindən sonra lakrimal ləkələrin və epiforaların (göz yaşı damcıları) tıxanması ilə konyunktivanın epitelial keratinizasiyası (kserozu). Məlum deyil: bulanıq görmə, konyunktival qıcıqlanma. Ümumi pozğunluqlar və tətbiqi yerində vəziyyətlər Tez-tez: reaktiv hiperemiya, selikli qişalarda yanma (göynəmə) hissi, selikli qişaların quruluğu. Sistem təsirlər (məsələn, palpitasiyalar, baş ağrısı, tremor, ümumi zəiflik, tərləmə və qan təzyiqinin artması). Məlum deyil: Okulyar və periokulyar yanma hissi, eritema, gözlərin qıcıqlanması, ödem, ağrı, qaşınma.

Doza həddinin aşılması

Dozalanması Böyüklər, yeniyetmələr və2 yaşdan böyük uşaqlar: Adi doza gündə 2-3 dəfə təsirlənmiş gözün (təsirə məruz qalan gözlərin) aşağı konyunktiva kisəsinə 1 damcı damızdırılır. Uzunmüddətli istifadədən və doza aşımı hallarından, xüsusilə uşaqlarda çəkinmək lazımdır. Laynet 0,5 mq/ml, göz damcıları, məhlulunun 2 yaşa qədər uşaqlarda istifadəsi əks göstərişdir. İstifadə qaydası Okulyar istifadə üçün. 5 gündən artıq müddətdə istifadə yalnız həkim nəzarəti altında aparıla bilər. Birdən çox yerli oftalmoloji dərmanlar istifadə olunursa, dərmanlar ayrıca olaraq, 15 dəqiqə ara verilməklə tətbiq edilməlidir. Flakonun ucluğunun və məhlulun çirklənməsinin qarşısını almaq məqsədilə preparatın göz qapaqlarına, gözətrafı səthlərə və ya digər səthlərlə təmas edilməsindən qaçınılmalıdır. Pasiyentlərə dərman tətbiqləri arasında flakonu möhkəm bağlı saxlamaları məlumat verilməlidir. Kontakt linza taxanlar üçün məlumat Mövcud göz xəstəliyi zamanı kontakt linzalar taxılmamalıdır. İstisna hallarda oftalmoloq sərt kontakt linzaların taxılmasına icazə verərsə, göz damcıları istifadə edilməzdən əvvəl linzalar çıxarılmalıdır və göz damcıları istifadə edildikdən 15 dəqiqə sonra yenidən taxıla bilər.

Buraxılış forması

15 ml steril məhlul aşağı sıxlıqlı polietilen damcıladıcı və yüksək sıxlıqlı polietilen qapaq ilə təmin edilmiş polimer damcıladıcı flakonda. 1 flakon içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

Saxlanma şəraiti

15-25ºC temperaturda, orijinal qablaşdırmada və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

Yararlılıq müddəti

5 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz. Flakonu açdıqdan sonra göz damcısını 4 həftə ərzində istifadə etmək lazımdır.

Aptekdən buraxılma şərti

Resept əsasında buraxılır. İstehsalçı/Qeydiyyat vəsiqəsinini sahibi K.O. Rompharm Company S.R.L. 1A Eroilor küçəsi, Otopeni 075100, İlfov rayonu, Rumıniya.

Müştəri rəyləri

Bu məhsul üçün rəy yoxdur.

“Laynet 15 ml göz damcısı” üçün ilk rəyi siz yazın.