Cyclogest 200 mq N15 vaginal və ya rektal şam
| Təsiredici maddə | PROGESTERONE |
|---|---|
| Dərman forması | Vaginal şam |
| Farmakoloji təsir | Cinsiyyət hormonları və cinsiyyət sisteminin modulyatorları; Progestagenlər; Pregnen- (4) törəmələri |
| İstehsal ölkəsi | Birləşmiş Krallıq |
Onlayn sifariş zamanı 5% endirim.
Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin
Endirim_5
31,92 ₼
Stokda var
Stokda var
-
Filialdan götürmək
Bu gün götürmək
Ödənişsiz
-
Kuryerlə çatdırılma
Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.
Ödənişli
-
Ekspress çatdırılma
Sürətli çatdırılma
Ödənişli
Ödəniş üsulları:
Məhsulun təsviri
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
SİKLOGEST 200 mq pessarilər CYCLOGEST Beynəlxalq patentləşdirilməmiş adı: Progesteron
Tərkibi
Təsiredici maddə: 1 pessarinin tərkibində 200 mq mikronizə olunmuş progesteron vardır. Köməkçi maddələr: bərk yağ.
Təsviri
Ağımtıl rəngli, torpedo formalı pessarilərdir.
Farmakoterapevtik qrupu
Cinsiyyət hormonları və cinsiyyət sisteminin modulyatorları; Progestagenlər; Pregnen- (4) törəmələri. ATC kodu: G03DA04.
Farmakoloji xüsusiyyətləri
Farmakodinamikası Progesteron – yumurtalıq, cift və böyrəküstü vəzi tərəfindən ifraz olunan təbii steroiddir. Kifayət miqdarda estrogenlə yanaşı progesteron proliferativ endometrinı sekretor endometriyə çevirir. Progesteron endometrinin embrionun implantasiyası üçün həssasllığını yüksəldir. Embrionun implantasiyasından sonra progesteron hamiləliyin qorunması istiqamətində təsir göstərir. Farmakokinetikası Sorulması Progesteron vaginal istifadə zamanı sürətlə sorulur və plazmada konsentrasiyanı saxlayır. Plazma səviyyəsində maksimal konsentrasiya fərdi olaraq dəyişir, adətən 3-8 saat ərzində əldə olunur, 24 saat sonra isə azalma müşahidə olunur. Paylanması Progesteron serum zülalları, əsasən albumin və kortikosteroid bağlayıcı qlobulin ilə təxminən 96% – 99% -bağlanır. Metabolizmi Qaraciyərdə, əsasən preqnandeiol və preqnenolonlarla metabolizə olunur. Preqnandeiol və preqnenolonlar qaraciyərdə qlükuronid və sulfat metabolitləri ilə birləşirlər. Ödlə xaric olan progesteron metabolitləri sərbəst şəkildə ola bilərlər ki, bunlar da bağırsaqlarda reduksiya, dehidroksilləşmə və epimerizasiya yolu ilə metabolizə oluna bilərlər. Xaric olması Progesteron əsasən böyrəklər vasitəsilə (50-60%), az miqdarda (10%) isə ödlə və nəcislə xaric olur.
İstifadəsinə göstərişlər
Aşağıdakı hallarda hormonal balansı tənzimləyərək təsir göstərir: – Premenstrual sindromun, o cümlədən premenstrual gərginliyin və depressiyanın müalicəsi. – Doğuşdan sonrakı depressiyanın müalicəsi.
Əks göstərişlər
Progesterona və ya bu dərmanın digər tərkib hissələrinin hər hansı birinə qarşı yüksək həssaslıq; Həkim tərəfindən qiymətləndirilməmiş qeyri-adi vaginal qanaxma; Hormon həssaslığı olan məlum və ya şübhəli həssas bədxassəli şişlər; Porfiriya (müəyyən fermentlərin irsi və ya qazanılmış pozğunluqları); Ağır qaraciyər disfunksiyası və ya xəstəliyi; Məlum abort və ya ektopik hamiləlik; Aktiv arterial və venoz tromboembolizm, ağır tromboflebit, anamnezdə bu xəstəliklərin olması.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Siklogest düşük təhlükəsi olan halda göstəriş deyil. Siklogestdən istifadə zamanı və ya sonuncu dozadan bir neçə gün sonra bu simptomlardan hər hansı biri ilə qarşılaşsanız, xüsusi yardım alın və dərhal həkiminizə bu barədə məlumat verin: • topuqlarda və ya döş qəfəsində ağrılar, ani nəfəs darlığı, ayaqlarda, ürəkdə və ağciyərdə laxtalanma olduğunu göstərən qanlı öskürək • şiddətli baş ağrısı, qusma, başgicəllənmə, halsızlıq, görmə və nitqdə dəyişiklik, beyində və gözdə mümkün laxtalanmanın olduğunu göstərən yuxarı və aşağı ətrafların zəifliyi, uyuşması • depressiyanın dərinləşməsi Aşağıdakı hallar varsa, Siklogest-dən istifadə etməzdən əvvəl həkiminiz və ya əczaçınız ilə məsləhətləşin: • sarılıq (dərinin və gözün saralması) kimi qaraciyər problemləri • epilepsiya • miqren • astma • ürək və ya böyrək disfunksiyası • diabet Aşağıdakı halların hər hansı birinə görə şübhə yarandıqda Siklogest qəbulu dayandırılmalıdır: miokard infarktı, beyin-qan dövranı xəstəlikləri, arterial və ya venoz tromboemboliya, tromboflebit və ya retinal tromboz. Tromboemboliya riski estrogenlərlə əlaqələndirilsə də, progestinlərlə əlaqəsinin olması şübhə yaradır. Tromboembolik hallarda risk faktoru olan qadınlarda Siklogest qəbulunun fayda/risk ehtimalı dəyərləndirilməlidir. Progesteron qaraciyərdə metabolizə olunur və qaraciyər disfunksiyası olan xəstələrdə ehtiyatla istifadə olunmalıdır. Siklogest menstruasiya dövrünün ikinci yarısı və hamiləlik dövründə qadınlarda əhəmiyyətli konsentrasiyalarda iştirak edən progesteron hormonunu artıra bilər. Bu, hormona həssas olan xəstələr müalicə zamanı nəzərə alınmalıdır.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Qaraciyər sitoxrom-P450-3A4 sistemini (məsələn, rifampisin, karbamazepin və ya fenitoin) induksiya edən dərmanlar progesteronun eliminasiyasını sürətləndirməklə progesteronun biomənimsənilməsini azaldır. Siklogest-lə yanaşı digər vaginal preparatların istifadəsi zamanı effektivliyi öyrənilməyib və buna görə tövsiyə edilmir.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Hamiləlik dövrü Siklogest hamiləlik zamanı istifadə edilməmlidir. Anadangəlmə anomaliyaların, o cümlədən kişi və ya qadın cinsli körpələrdə cinsiyyət (genital) anormallıqlarının hamiləlik dövründə ekzogen progesterona məruz qalma riskləri tam olaraq müəyyən edilməmişdir. Klinik tədqiqat zamanı anadangəlmə anomaliyalar, düşük və uşaqlıqdankənar hamiləliyin rastgəlmə tezliyi ümumi populyasiya ilə oxşar olmuşdur və nəticələrin çıxarılmasına imkan vermir. Laktasiya dövrü Progesteron ana südü ilə ifraz olunur. Laktasiya dövründə Siklogest istifadə olunmamalıdır. Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri Məlum deyil.
İstifadə qaydası və dozası
Doza gündə bir dəfə olmaqla 200 mq və ya gündə iki dəfə olmaqla 400 mq, vaginal və ya rektal yol ilə. Premenstrual sindrom zamanı Müalicə aybaşı dövrünün 14-cü günü başlayıb menstruasiya başlayana qədər davam etdirilir. Əgər simptomlar ovulyasiya zamanı mövcuddursa, o zaman aybaşı dövrünün 12-ci günü müalicəyə başlayın. Xüsusi xəstə qruplarında istifadə: Qaraciyər və ya böyrək funksiyası pozulmuş xəstələrdə Siklogestin istifadəsi təcrübəsi yoxdur. Pediatrik qrupda: Uşaqlarda Siklogest-in müvafiq istifadəsi haqqında məlumat yoxdur. Yaşlılar: 65 yaşdan yuxarı xəstələrdə klinik məlumatlar toplanmamışdır. Pessari aşağıdakı hallardan asılı olaraq ya vaginaya ya da rektuma daxil edilə bilər. Vaginaya: kolit (tez-tez selik və ya qan ilə ishal hallarına səbəb olan bağırsaq iltihabı) bağırsaq hərəkətlərinizi idarə edən problemlər (nəcis ifrazını idarə edə bilməmək). Düz bağırsağa: vaginal infeksiyalar tez-tez sistit yaxın zamanda keçirilmiş doğuş hamiləliyin qarşısını alan metodlardan (diafraqma, qapaq və ya prezervativ) istifadə zamanı Pessarini daxil etməzdən əvvəl və sonra hər zaman əllərinizi yuyun. Siklogest- i daxilə qəbul etməyin. Siklogest-i istifadə etməyi unutmusunuzsa, növbəti doza vaxtına az qalmayıbsa, yadınıza düşən kimi istifadə edin. İki dozanı birlikdə istifadə etmək olmaz. Qalan dozaları vaxtında istifadə edin. Dozanın qəfil dayandırılması artan narahatlığa, əhval-ruhiyyənin dəyişilməsinə və tutmalara (bayılma, qıcolmalara) meylliyin artmasına səbəb ola bilər.
Əlavə təsirləri
Bütün dərman vasitələrində olduğu kimi, Siklogest-də fərdi olaraq, yan təsirlərə səbəb ola bilər. Allergik reaksiya olarsa, Siklogest –dən istifadəni dayandırın və dərhal həkiminiz ilə əlaqə saxlayın. Çox tez-tez rast gəlinən (1 – 10 nəfər): yuxululuq, abdominal narahatlıq və ya ağrı, döş qəfəsində ağrı. Bəzən rast gəlinən (1-100 nəfər): yüksək həssaslıq reaksiyaları, səpgi, qaşınma. Məlum olmayan (tezliyi mövcud məlumatlardan müəyyənləşdirilə bilmir): ishal, düz bağırsaqda ağrı, köp, menstrual siklin pozğunluğu, pessari həll olunduqdan sonra sızma (bu vaginaya və ya rektuma daxil edilən dərman vasitələrindən istifadə zamanı normal haldır) Mümkün yan təsirlər barədə məlumat verilməsi vacibdir. Hər hansı yan təsir olarsa, həkiminiz, əczaçı və ya tibb bacısına məlumat verin. Buraya içlik vərəqəsində qeyd olunmayan hər hansı mümkün yan təsirlər də daxildir. Yan təsirlər barədə məlumat verməklə, siz bu dərman vasitəsinin təhlükəsizliyi haqqında daha çox məlumat verilməsinə köməklik etmiş olacaqsınız.
Doza həddinin aşılması
Yanlışlıqla pessarilərdən hər hansı birini udsanız və ya həddən artıq pessaridən istifadə etsəniz, dərhal yaxınlıqda yerləşən xəstəxana ilə və ya məsləhət üçün həkiminiz ilə əlaqə saxlayın. Həddindən artıq dozada eyforiya və ya dismenoreyaya səbəb ola bilər.
Buraxılış forması
Siklogest 200 mq. 5 pessasri, blisterdə. 3 blister, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
30° C-dən yüksək olmayan temperaturda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Yararlılıq müddəti
4 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Resept əsasında buraxılır.
İstehsalçı
ACCORD-UK LIMITED, Birləşmiş Krallıq. Ünvan WHIDDON VALLEY, BARNSTAPLE DEVON EX32 8NS UNITED KINGDOM.
Qeydiyyat vəsiqəsinin sahibi
L.D. Collins & Co.Ltd., Birləşmiş Krallıq. 1 St Floor, Galery Court, 28 Arcadia Avenue, London, N3 2FG, United Kingdom.
Ən Son Məqalələr
Reseptlə satılır
Müştəri rəyləri
Rəy yazmaq üçün hesabınıza daxil olun.

Rəylər
Filtrləri təmizləBu məhsul üçün rəy yoxdur.