Sertogamma 2 ml N5 inyeksiya

Təsiredici maddə: CYANOCOBALAMIN + LIDOCAINE + THIAMINE + PYRIDOXINE
Təsiredici maddəCYANOCOBALAMIN + LIDOCAINE + THIAMINE + PYRIDOXINE
Dərman formasıİnyeksiya üçün məhlul
Farmakoloji təsirHəzm sisteminə və metabolizmə təsir edən vasitələr. Vitaminlər. Vitamin B Vitamin B və/və ya1 6 vitamin B ilə kombinasiya şəklində.12
İstehsal ölkəsiTürkiyə

Onlayn sifariş zamanı 5% endirim.

 Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin

Endirim_5

10,04 ₼

Stokda var

Stokda var

  • Filialdan götürmək

Bu gün götürmək

Ödənişsiz

  • Kuryerlə çatdırılma

Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.

Ödənişli

  • Ekspress çatdırılma

Sürətli çatdırılma

Ödənişli

Ödəniş üsulları:

Məhsulun təsviri

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

SERTOQAMMA inyeksiya üçün məhlul

Tərkibi

Təsiredici maddələr: 1 ampulda 100 mq tiamin hidroxlorid (vitamin B ), 100 mq piridoksin1 hidroxlorid (Vitamin B ), 1 mq sianokobalamin (vitamin B ) 20 mq6 12 lidokain hidroxlorid vardır. Köməkçi maddələr: benzil spirti, kalium heksasianoferrat (III), natrium heksametafosfat, natrium hidroksid, inyeksiya üçün su.

Təsviri

Tünd qırmızı rəngində şəffaf məhluldur.

Farmakoterapevtik qrupu

Həzm sisteminə və metabolizmə təsir edən vasitələr. Vitaminlər. Vitamin B Vitamin B və/və ya1 6 vitamin B ilə kombinasiya şəklində.12 ATC kodu: А11DB.

Farmakoloji xüsusiyyətləri

Farmakodinamikası Sertoqamma tərkibində B qrupu (B , B və B ) vitaminləri və yerli anestetik (lidokain) olan1 6 12 kombinasiya olunmuş preparatdır. Neyrotrop təsirə malik olan B qrupunun vitaminləri sinir sisteminin və dayaq-hərəkət aparatının iltihabi və degenerativ xəstəliklərinin müalicəsində effektlidir. Sertoqamma orqanizmdə vitamin çatışmazlığının artırılması üçün istifadə olunur, bundan başqa yüksək dozalarda onun tərkibində olan vitaminlər geniş spektrli əlavə farmakoloji xüsusiyyətlərə malikdirlər ki, bu da preparatın analgetik təsirinə səbəb olur. Vitamin B (həmçinin antinevrit vitamin kimi tanınan) fosforilləşdirilmiş şəklində kokarboksilaza kimi1 karbohidratların parçalanması prosesini tənzimləyir və asidozla bağlı maddələr mübadiləsinin pozulmasının korreksiyası üçün istifadə olunur. Vitamin B zülalların, yağların və karbohidratların parçalanması prosesini tənzimləyir və həmçinin beyin6 gövdəsinə təsir göstərir, nəticədə ekstrapiramid pozğunluqların simptomları zəifləyir. İzoniazid müalicəsi ilə bağlı nevritlərin qarşısının alınması üçün istifadə olunur. Vitamin B hüceyrə12 metabolizmin, normal qanyaranmanın və sinir sisteminin fəaliyyətinin proseslərinin zəruri komponentidir, nuklein turşularının biosintezində iştirak edir (yeni hüceyrə nüvələrinin formalaşması). Yüksək dozalarda analgetik təsir göstərir. Lidokain hidroxlorid yerli anesteziya vasitəsi kimi təsir göstərir. Farmakokinetikası Vitamin B aktiv nəqliyyat vasitəsi ilə mədə-bağırsaq traktında (MBT) sorulur; mədə-bağırsaq traktında1 absorbsiyası məhduddur və gündə 8-15 mq təşkil edir. Gündəlik orqanizmdə 1 mq vitamin B -in1 parçalanması baş verir, onun artıqı sidiklə xaric olunur. Orqanizmdə B vitamininin çatışmazlığını müəyyən etmək üçün triptofan ilə yükləmə testi keçirilir. L-6 triptofanın 0,1 q/kq bədən çəkisi dozada peroral qəbulundan sonra ksanturen turşusunun xaricolma sürəti, bir qayda olaraq, 24 saat ərzində 30 mq-dən az təşkil edir. Ksanturen turşusunun xaric olunmasının daha yüksək sürəti orqanizmdə vitamin B çatışmazlığının mövcudluğunu göstərir.6 Piridoksin, piridoksal və piridoksamin tez bir zamanda sistem qan dövranına daxil olur, burada sonradan fosforilatlaşır və piridoksal-5-fosfat və piridoksala qədər oksidləşir. Orqanizmdən xaric olunan əsas metabolit 4-piridoksin turşusudur. Peroral qəbulda B vitamini mədənin parietal hüceyrələri tərəfindən ifraz olunan daxili amil (Kasl12 amili) qlikoproteinlə birləşir. Vitamin B kompleksi – daxili amil proteolitik fermentlərin təsirinə qarşı12 davamlıdır, o, nazik bağırsaqlara daxil olur və əsasən qalça divarında (distal şöbə) spesifik reseptorlarla birləşir, bundan sonra vitamin B sorulur. Bağırsaqların selikli qışasından köçürüldükdən sonra vitamin12 B kapilyar şəbəkə vasitəsilə sistem qan dövranına daxil olur və nəqliyyat proteininə bağlanır, bu12 kompleks sonradan qaraciyərə, sümük iliyinə və digər proliferasiya edən hüceyrələrə daxil olur. B vitamininin sorulması daxili amil olmadıqda, malabsorbsiya sindromunda, bağırsaq xəstəlikləri və12 ya pozğunluqlarında, həmçinin qastroektomiyadan sonra və ya daxili faktora qarşı autoimmun anticisimlərin mövcudluğunda azala bilər. Adətən, qida ilə qəbul edildikdə mədə-bağırsaq traktında gündə 1,5-3,5 mkq vitamin B sorulur. Vitamin B orqanizmdən öd ilə xaric olunur, enterohepatik12 12 dövranı ilə xarakterizə olunur. Plasentaya nüfuz edir.

İstifadəsinə göstərişlər

Pəhrizə düzəliş etməklə mümkün olmayan B , B və B vitaminlərinin təsdiq olunmuş çatışmazlığı ilə1 6 12 bağlı sistem nevroloji xəstəliklər.

Əks göstərişlər

− Aktiv maddələrə, benzil spirtə və ya preparatın köməkçi maddələrindən hər hansı birinə qarşı yüksək həssaslıq; − ürək keçiriciliyinin ağır pozulması; − kəskin dekompensasiya olunmuş ürək çatışmazlığı; − lidokainə olan əks göstərişlər. Hamiləlik və laktasiya dövrü Hamiləlik və laktasiya dövründə B vitamininin 25 mq qədər dozada gündəlik istifadəsi hər hansı bir əks6 göstəriş yoxdur. Ampulda (2 ml) 100 mq B vitamini olduğu üçün preparat hamiləlik və laktasiya6 dövründə istifadə edilməməlidir. Sertoqamma preparatın tərkibində benzil spirti olduğu üçün “Xüsusi göstərişlər” bölməsində göstərilən dərmandan istifadə edərkən xüsusi ehtiyat tədbirlərinə riayət etmək lazımdır. Uşaqlar Sertoqamma preparatın tərkibində benzil spirti və B , B və B vitaminlərin yüksək dozaları olduğu1 6 12 üçün 12 yaşınadək uşaqlarda preparatın istifadəsi əks göstərişdir. Yaşlı xəstələr Xüsusi ehtiyat tədbirləri tələb olunmur.

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Sertoqamma yalnız əzələdaxili inyeksiya üçün nəzərdə tutulmuşdur; dərmanı təsadüfən vena daxili tətbiq edərkən, ambulator şəraitdə və ya baş verən simptomların ağırlığından asılı olaraq stasionar şəraitdə xəstənin tibbi müşahidəsini təmin etmək lazımdır. 6 aydan çox müddət ərzində preparatı istifadə etdikdə neyropatiya əmələ gələ bilər. Köməkçi maddələr Sertoqamma preparatın bir ampulunda (2 ml) 40 mq benzil spirti vardır, bu da allergik reaksiyalara səbəb ola bilər. Yenidoğulmuşlarda və kiçik yaşlı uşaqlarda benzil spirtinin istifadəsi ağır arzuolunmaz reaksiyaların inkişaf riski (qaspinq-sindromu) ilə bağlıdır. Benzil spirti böyük miqdarda ehtiyatla istifadə olunmalıdır və yalnız xüsusi ehtiyac olduqda, xüsusilə qaraciyər və ya böyrək funksiyasının pozulması olan xəstələrdə, həmçinin hamiləlik və laktasiya dövründə, kumulyasiya və toksiklik (metabolik asidoz) riski olduğu üçün. Sertoqamma preparatının bir ampulunda (2 ml) 1mmol az (23 mq) natrium var, yəni praktiki olaraq “natrium yoxdur”. Sertoqamma preparatının bir ampulunda (2 ml) 1mmol az (39 mq) kalium var, yəni praktiki olaraq “kalium yoxdur”. Uyğunsuzluq Vitamin B oksidləşdirici maddələr və ya bərpa edici xüsusiyyətlərinə malik olan maddələr, civə xlorid,1 yodidlər, karbonatlar, asetatlar, dəmir sulfatı, aşılayıcı turşusu, dəmir-ammonium sitratı, həmçinin natrium fenobarbital, riboflavin, benzilpenisillin, qlükoza və metabisulfit maddələrlə uyğunlaşmır. Mis vitamin B parçalanma prosesini sürətləndirir; bundan əlavə, vitamin B effektivliyi pH dəyərinin1 1 artması ilə azalır (pH 3-dən çox olduqda). Vitamin B oksidləşdirici maddələrin və ya bərpaedici xüsusiyyətlərinə malik olan maddələrlə və ağır12 metalların duzları ilə uyğun deyildir. B vitamini, B vitamini və B qrupunun digər vitaminləri olan1 12 məhlullarda B vitaminin dağılması məhsullarının (aşağı konsentrasiyalarda dəmir ionları buna mane ola1 bilər) iştirakı ilə tez bir zamanda parçalanır. Riboflavin, xüsusilə günəş işığının eyni vaxtda təsiri ilə, parçalanmasını təmin edir; nikotinamid fotolizi sürətləndirir, antioksidantlar isə bu prosesi inhibə edir.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

B vitamini tərkibində sülfitlər olan məhlullarda tamamilə dağılır, bu halda digər vitaminlər B1 1 vitaminin dağılmasının məhsullarının iştirakı ilə inaktivasiya edilə bilər. Terapevtik dozalarda vitamin B ilə eyni vaxtda istifadə edildikdə, L-dihidroksifenilalaninin (L-DOFA,6 levodopa) effektivliyi azalda bilər; isoniazid, D-penisillamin və sikloserin ilə qarşılıqlı təsirlər də müəyyən edilir. Lidokainin parenteral yeridilməsində və adrenalin və ya noradrenalinin eyni vaxtda istifadəsi ürək tərəfindən arzuolunmaz reaksiyaları gücləndirilə bilər; sülfonamidlər ilə qarşılıqlı təsirlər də məlumdur. Yerli anestetiklərlə doza həddinin aşılmasında adrenalin və noradrenalin istifadə edilməməlidir. Hamiləlik və laktasiya zamanı istifadəsi Hamiləlik B vitamininin tövsiyə olunan gündəlik dozaları hamiləliyin II trimestrində 1,2 mq və III trimestrində1 1,3 mq təşkil edir, hamiləliyin 4-cü ayından B vitamininin gündəlik dozası 1,9 mq təşkil edir. Hamiləlik6 dövründə qadınlarda yuxarıda göstərilən vitaminlər yalnız onların çatışmazlığının lazımı şəkildə təsdiq edildiyi hallarda istifadə edilməlidir (tövsiyə edilənlərdən daha çox gündəlik dozalarda bu vitaminlərin istifadəsinin təhlükəsizliyi barədə məlumat yoxdur). Hamiləlik zamanı əks göstərişdir. Laktasiya Laktasiya zamanı B və B vitaminlərinin gündəlik dozaları müvafiq olaraq 1,3 mq və 1,9 mq təşkil edir.1 6 B və B vitaminləri ana südü ilə xaric olunur.1 6 Yüksək dozalarda B vitamin istifadə edildikdə, ana südünün yaranması azala bilər.6 Laktasiya dövründə əks göstərişdir. Nəqliyyat vasitəsini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri Xüsusi ehtiyat tədbirləri tələb olunmur.

İstifadə qaydası və dozası

Dozalanması Nəzərə çarpalı ağrı sindromu ilə ağır hallarda müalicə qanda preparatın yüksək konsentrasiyasına nail olmaq üçün gündəlik inyeksiyalarla başlayır – gündə bir dəfə 1 ampul (2 ml). Kəskin ağrı ləğv olunduqdan sonra və ağrı sindromunun nəzərə çarpan olmadığı hallarda, preparatın dozası həftədə 2-3 dəfə 1 ampula (2 ml) təşkil edir. Müalicənin qiymətləndirilməsi həftəlik aparılmalıdır. Xəstəni maksimum qısa müddət ərzində preparatın peroral dərman formaları ilə müalicəyə keçirmək lazımdır. İstifadə qaydası Preparat yalnız əzələdaxili yeritmə üçün nəzərdə tutulmuşdur; preparat əzələyə dərin yeridilməlidir. Təsadüfi venadaxili yeridilmə zamanı xüsusi göstərişlər Sertoqamma, yalnız əzələdaxili olaraq tətbiq edilməlidir. Qan dövranına venadaxili yeridilməsinə yol verilmir. Təsadüfən venadaxili yeridilməsində xəstə həkim nəzarəti altında olmalıdır və ya simptomların ağırlığından asılı olaraq xəstəxanaya yerləşdirilməlidir. Sonrakı müalicə üçün inyeksiya arasındakı interval və yüngül hallarda preparatın dozası göndə 3 dəfə 1 tablet təşkil edir, hansının tərkibində 100 mq benfotiamin və 100 mq piridoksin hidroxlorid vardır.

Əlavə təsirləri

Arzuolunmaz reaksiyalar MedDRA üzrə sistem-orqanlarının siniflərinə müvafiq olaraq aşağıda göstərilib. Arzuolunmaz reaksiyaların tezliyi üzrə parametrləri aşağıdakı kimi müəyyən edilir: çox tez- tez (≥1/10); tez-tez (≥1/100, lakin <1/10); bəzən (≥1/1000, lakin <1/100); nadir hallarda (≥1/10000, lakin <1/1000); çox nadir hallarda (<1/10000); tezliyi məlum deyil (mövcud məlumatlara əsasən qiymətləndirilməsi mümkün deyil). İmmun sistemə: çox nadir hallarda – həssaslıq reaksiyaları (məsələn, ekzantema, təngnəfəslik, anafilaktik şok, angionevrotik şiş); tezliyi məlum deyil – allergik reaksiyalar (preparatın tərkibində olan benzil spirtinin istifadəsi ilə əlaqədar). Ürəyə: çox nadir hallarda – taxikardiya, aritmiya. Dəri və dərialtı toxumala: çox nadir hallarda – qaşınma və övrə ilə dəri reaksiyaları, yüksək tərləmə, akne. Ümumi pozğunluqlar və istifadə nahiyəsində pozulmalar: tezliyi məlum deyil – sistem qan dövranına tez bir zamanda daxil olduqda (qəsdsiz venadaxili yeridilmə, yüksək perfüziya dərəcəsi olan bölgəyə inyeksiya) və ya preparatdan doza həddinin aşılmasında başgicəllənmə, qusma, bradikardiya, aritmiya, yuxuya meyillik və qıcolmalar kimi sistem arzuolunmaz reaksiyaların inkişaf etdirilməsi mümkündür. İnyeksiya yerində yanma hissi. Şübhəli əlavə reaksiyalar barədə məlumat Qeydiyyatdan sonra dərman vasitəsinə qarşı şübhəli əlavə reaksiyalar barədə məlumat çox əhəmiyyətlidir. Pasiyentdə dərman vasitəsinə ciddi arzuolunmaz reaksiya aşkar etdikdə və ya bu bölmədə təsvir olunmayan yeni arzuolunmaz reaksiya yarandıqda, Milli farmakonəzarət sisteminə uyğun olaraq məlumat verməyinizi xahiş edirik.

Doza həddinin aşılması

Preparatla doza həddinin aşılmasının hər hansı bir simptomları inkişaf edərsə, müvafiq müalicə üçün həkimə müraciət etmək lazımdır.

Buraxılış forması

2 ml məhlul sarı rəngli şüşə ampulda. 5 ampul konturlu-yuvalı qablaşdırmada. 1 konturlu-yuvalı qablaşdırma içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

Saxlanma şəraiti

25ºС yuxarı olmayan temperaturda, işıqdan qorunan və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

Yararlılıq müddəti

3 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti

Resept əsasında buraxılır.

İstehsalçı

World Medicine İlaç San. ve Tic. A.Ş., Turkey. ÇOSB G.O. Paşa Mah. 6. Cad: No.30 Çerkezköy/Tekirdağ, Turkey. Ticarət markasının və qeydiyyat vəsiqəsinin sahibi Dr. Sertus İlaç Sanayi ve Ticaret Limited Şirketi, Turkey Bağcılar İlçesi, Güneşli, 15 Temmuz Mahallesi, Cami Yolu Cad. No:50 K. 1B Zemin 4-5-6, İstanbul.

Müştəri rəyləri

Bu məhsul üçün rəy yoxdur.

“Sertogamma 2 ml N5 inyeksiya” üçün ilk rəyi siz yazın.

Oxşar məhsullar