Azitromisin 500 mq N3 tablet Replek

Təsiredici maddə: AZITHROMYCIN
Təsiredici maddəAZITHROMYCIN
Dərman formasıTablet
Farmakoloji təsirSistem istifadə üçün antibakterial preparatlar. Makrolidlər, linkozamidlər və streptoqraminlər.
İstehsal ölkəsiŞimali Makedoniya

Onlayn sifariş zamanı 5% endirim.

 Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin

Endirim_5

4,75 ₼

Stokda var

Stokda var

  • Filialdan götürmək

Bu gün götürmək

Ödənişsiz

  • Kuryerlə çatdırılma

Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.

Ödənişli

  • Ekspress çatdırılma

Sürətli çatdırılma

Ödənişli

Ödəniş üsulları:

Məhsulun təsviri

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

REPLEK-AZİTROMİSİN 500 mq örtüklü tabletlər REPLEK-AZITHROMYCIN Beynəlxalq patentləşdirilməmiş adı: Azihromycin

Tərkibi

Təsiredici maddə: 1 tabletin tərkibində 500 mq azitromisin (azitromisin dihidrat) vardır. Köməkçi maddələr: prejelatinləşdirilmiş nişasta, kopovidon, hidroksipropilsellüloza, susuz kalsium hidrofosfat, krospovidon, talk, susuz kolloidal silisium, maqnezium stearat, natrium laurilsulfat, hipromelloza, makroqol 6000, titan dioksid, dimetikon.

Təsviri

Ağ rəngli, dairəvi, hamar səthli, faskalı, bir tərəfində bölmə xətti olan tabletlərdir. Bölmə xətti tableti iki bərabər hissəyə bölmək üçün nəzərdə tutulmayıb.

Farmakoterapevtik qrupu

Sistem istifadə üçün antibakterial preparatlar. Makrolidlər, linkozamidlər və streptoqraminlər. АТC kodu: J01FA10.

İstifadəsinə göstərişlər

Azitromisin makrolid qrupu antibiotiklərinə aiddir. Azitromisinə həssas mikroorqanizmlərin törətdiyi xəstəliklərin müalicəsində istifadə olunur: ‒ aşağı və yuxarı tənəffüs yollarının infeksiyaları (xroniki bronxitin kəskinləşməsi, xəstəxanadankənar pnevmoniya, tonzillit, farinqit, sinusit); ‒ orta otit; ‒ dərinin və yumşaq toxumaların infeksiyaları (infeksiyalaşmış yanıqlar istisna olmaqla); ‒ genital (cinsiyyət yolları) infeksiyaları: Chlamydia trachomatis mikroorqanizmlərinin törətdikləri ağırlaşmamış uretrit/servisit.

Əks göstərişlər

Azitromisin dihidrata, eritromisinə və ya digər makrolid/ketolid antibiotiklərinə, yaxud preparatın hər hansı bir komponentinə qarşı yüksək həssaslıq.

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Allergik reaksiyalar Eritromisinin və digər makrolid antibiotiklərin istifadəsi zamanı olduğu kimi, angionevrotik ödem və anafilaksiya daxil olmaqla, ayrı-ayrı ağır dərəcəli allergik reaksiyaların (nadir hallarda ölümlə nəticələnən) meydana çıxması barədə məlumatlar daxil olmuşdur. Azitromisinin istifadəsi nəticəsində baş verən həmin reaksiyaların bəziləri, residiv simptomlarının meydana çıxmasına səbəb olmuşdur və bu zaman, daha uzunmüddətli müşahidənin və müalicənin aparılması tələb olunmuşdur. Aşağdakı hallarda preparatı qəbul etməzdən əvvəl həkim və ya əczaçıyla məsləhətləşin: • qaraciyər və ya böyrəklərin ağır pozğunluqları, • QT intervalının uzanması sindromu (EKQ-də görünən), QT intervalının uzanmasına səbəb olması məlum olan digər təsiredici maddələrin istifadəsi ilə müalicə qəbul edən pasiyentlər, məsələn, IA sinfindən (xinidin və prokainamid) və III sinifdən (dofetilid, amiodaron və sotalol) olan aritmiyaəleyhinə preparatlar, sizaprid və terfenadin, neyroleptik preparatlar (pimozid), antidepressantlar (sitalopram), eləcədə, flüorxinolonlar (moksifloksasin və levofloksasin); və ya ürək ritmi ilə bağlı ciddi problemlər, klinik əhəmiyyətli bradikardiya, ağır dərəcəli ürək çatışmazlığı, • qanda yüksək kalium və maqnezium səviyyələri, • digər infeksiyaların simptomlarının mövcudluğu, • erqotamin (miqrenin müalicəsi üçün) kimi hər hansı bir erqo törəmələrinin qəbulu, bu preparatlar azitromisinlə eyni vaxtda qəbul edilməməlidirlər (“Digər dərman vasitələri ilə qarşılıqlı təsiri ” bölməsinə baxın), • əzələ zəifliyi (miasteniya), • nevroloji və ya psixi problemlər. Streptokokk infeksiyaları Streptococcus pyogenes mikroorqanizmlərinin törətdikləri faringitin/tonzillitin müalicəsi zamanı, ilk seçim preparatı, bir qayda olaraq, penisilin hesab edilir və onu həmçinin, kəskin revmatik qızdırmanın profilaktikası üçün istifadə edirlər. Azitromisin ümumiyyətlə, ağız-boğaz nahiyəsində streptokokk infeksiyasının müalicəsi üçün effektivdir; revmatik həmlənin profilaktikası ilə əlaqəli azitromisinin effektivliyini nümayiş etdirən heç bir məlumat yoxdur. Uşaqlarda infeksiyaların müalicəsi üçün azitromisinin vena daxilinə istifadəsinin təhlükəsizliyi və effektivliyi müəyyən edilməmişdir. Uşaqlarda Mycobacterium Avium Complex-in profilaktikasında və müalicəsində azitomisinin istifadəsinin təhlükəsizliyi və effektivliyi müəyyən edilməyib. Demək olar ki, bütün antibakterial preparatların, o cümlədən, azitromisinin istifadəsi zamanı Clostridium difficile infeksiyası ilə assosiasiya olunmuş diareyanın meydana çıxması mümkündür; diareya yüngül dərəcəli ola bilər və ölümlə nəticələnən kolitə qədər inkişaf edə bilər. Azitromisinin qida və maye ilə istifadəsi Azitromisin tabletləri qida qəbulundan əvvəl və ya sonra istifadə edilə bilər. Köməkçi maddələr haqqında xüsusi məlumat Azitromisin örtüklü tabletlərinin tərkibində xüsusi xəbərdarlıq tələb edən komponentlər yoxdur.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Resept əsasında və ya reseptsiz buraxılmasından asılı olmayaraq, hər hansı digər dərman vasitəsi istifadə edirsinizsə və ya bu yaxınlarda istifadə etmisinizsə, lütfən həkim və ya əczaçıya bu barədə məlumat verin. Aşağıdakı preparatlardan birini qəbul etdikdə həkimə və ya əczaçıya məlumat verin: • Antasidlər, qıcqırma və həzm pozğunluğunun müalicəsində istifadə olunan preparatlar. Azitromisin antasidləri qəbul etdikdən ən azı 1 saat əvvəl və ya 2 saat sonra qəbul edilməlidir. • Erqotamin (miqrenlərin müalicəsində istifadə olunan preparat) azitromisin ilə eyni vaxtda təyin edilməməlidir, çünki ciddi əlavə təsirlər (ətraflarda keyləmə və ya uyuşma, əzələ spazmları, baş ağrısı, qıcolmalar, qarın və ya sinə ağrısı) yarana bilər. • Qanın laxtalanma sisteminin aktivliyini azaldan və trombların yaranmasına mane olan Varfarin və ya onun analoqları. Azitromisinin bu preparatlarla eyni vaxtda istifadəsi qanın artıq durulaşmasına səbəb ola bilər. • Sizaprid (mədə pozğunluğunun müalicəsində istifadə olunan preparat) azitromisin ilə eyni vaxtda təyin edilməməlidir, bu ciddi ürək problemlərinə səbəb ola bilər (EKQ-də görünür). • Terfenadin (pollinozun müalicəsi üçün istifadə olunan preparat) Azitromisin ilə birlikdə qəbul edildikdə ciddi ürək problemlərinə səbəb ola bilər (EKQ-də görünür). • İİV infeksiyalarının müalicəsində istifadə olunan zidovudin və ya nelfinavir. Nelfinavirlə azitromisinin eyni vaxtda istifadəsi əlavə təsirlərin yaranma ehtimalını artıra bilər. • Rifabutin, vərəmin müalicəsində istifadə olunan preparat. • Xinidin, ürək ritmində problemlərin müalicəsində istifadə olunan preparat. • Siklosporin, orqanların transplantasiyasında istifadə olunan preparat. Həkim müntəzəm olaraq qanda siklosporinin konsentrasiyasını izləməlidir və lazım olduqda doza tənzimlənməlidir. Aşağıdakı prepartlardan hər hansını qəbul etdikdə, həkimə və ya əczaçıya məlumat verin, çünki Azitromisin onların təsirini artıra bilər və doza korreksiyası tələb oluna bilər: • Triazolam, midazolam (sedativ preparatlar). • Alfentanil- cərrahi əməliyyatlarda istifadə olunan ağrıkəsici preparat. • Teofilin, astma və xroniki obstruktiv ağciyərlərinin xəstəliyində (XOAX) istifadə olunan preparat. • Diqoksin, ürək problemlərinin müalicəsində istifadə olunan preparat. • Kolxisin (podaqranın müalicəsində istifadə edilir). • Astemizol, pollinozun müalicəsində istifadə olunan preparat. • Pimozid, psixiki problemlərinin müalicəsində istifadə edilən preparat.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik Hər hansı bir dərman istifadə etməzdən əvvəl həkim və ya əczaçıyla məsləhətləşin. Preparatı istifadə etməzdən əvvəl hamilə olduğunuzu həkimə bildirin (hamilə olduğunuzu ehtimal etdikdə). Hamiləlik dövründə azitromisinin istifadəsi barədə kifayət qədər məlumat yoxdur. Bu səbəbdən hamiləlik dövründə, həkim tərəfindən tövsiyə edilmədikdə Azitromisin preparatı qəbul edilməməlidir. Laktasiya Preparatın istifadəsindən əvvəl həkim və ya əczaçıyla məsləhətləşin. Azitromisin ana südünə keçdiyinə görə laktasiya dövründə istifadə edilməməlidir.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Preparatın nəqliyyat vasitəsini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri barədə məlumat yoxdur. Müalicə zamanı başqicəllənmə və qicolmalar kimi xoşagəlməz reaksiyaların inkişafı ilə əlaqədar nəqliyyat vasitələrinin idarə edilməsi və diqqətin yüksək konsentrasiyasını və sürətli psixomotor reaksiyalar tələb edən digər fəaliyyət növlərini yerinə yetirən zaman ehtiyatlı olmaq lazımdır.

İstifadə qaydası və dozası

Həkimin göstərişlərinə ciddi əməl edin. Həkimdən məsləhət almadan terapiyanı dayandırmayın və dəyişdirməyin. Bədən çəkisi 45 kq və artıq olan böyüklər və uşaqlar Gündə bir dəfə 500 mq, 3 gün ərzində qəbul olunur, ümumi doza 1500 mq. Chlamydia trachomatis bakteriyasının səbəb olduğu ağırlaşmamış genital infeksiyaları Birdəfəlik 1000 mq doza peroral qəbul edilir. Böyrək çatışmazlığı olan pasiyentlər Böyrək xəstəliyi zamanı həkimə bu barədə məlumat verin, doza korreksiyası tələb oluna bilər. Qaraciyər çatışmazlığı Azitromisinin qaraciyərdə metabolizmə məruz qalmasını və ödlə xaric olmasını nəzərə alaraq, ağır dərəcəli qaraciyər çatışmazlığından əziyyət çəkən pasiyentlərdə preparatı istifadə etmək olmaz. Yaşlılar Yaşlı pasiyentlərdə preparat böyüklər üçün olduğu kimi eyni dozada istifadə olunur. Yaşlı pasiyentlər ürəyin elektrik keçiriciliyinin pozulması üzrə risk qrupuna daxil ola bilərlər; bu səbəbdən, ürək aritmiyalarının və torsade de pointes aritmiyasının inkişaf etmə riskini nəzərə alaraq, azitromisindən istifadə etdikdə, ehtiyat tədbirlərinə riayət etmək tövsiyə olunur. Preparatın qəbul üsulu Tabletlər yarım stəkan su ilə qəbul edilməlidir. Azitromisinin təsirinin çox güclü və ya çox zəif olduğunu hiss edirsinizsə, həkiminizə və ya əczaçıya bu barədə məlumat verin. Azitromisin preparatının istifadəsi unudularsa Bir doza qəbul etməyi unutduqda, buraxılmış dozanı mümkün qədər tez qəbul edin. Vaxt növbəti dozaya yaxınlaşdıqda, buraxılmış dozanı qəbul etməyin və növbəti doza öz vaxtında qəbul edilməlidir. Bu dərmanın istifadəsi ilə bağlı hər hansı bir sualınız varsa, həkim və ya əczaçıyla əlaqə saxlayın. Unudulmuş dozanı əvəz etmək üçün ikiqat doza istifadə edilməməlidir, əksinə müalicə bir gün artırılmalıdır. Azitromisin preparatının istifadəsi dayandırılarsa Həkimlə məsləhətləşmədən azitromisinlə müalicəni dayandırmayın. Təyin olunmuş müalicə tamamlanmasa, infeksiya yenidən qayıda bilər.

Əlavə təsirləri

Bütün dərmanlar kimi, bu dərman da hamıda olmasa da əlavə təsirlərin yaranmasına səbəb ola bilər. Aşağıdakı ciddi allergik reaksiya əlamətləri yarandıqda, dərhal preparatın qəbulunu dayandırmaq və bu barədə həkimə məlumat vermək və ya ən yaxın xəstəxananın təcili yardım şöbəsinə getmək lazımdır: • Nəfəsalmada, danışmaqda və udmaqda qəfil çətinlik. • Dodaq, dil, üz və boyun ödemi. • Ağır başgicəllənmə və ya kollaps. • Qaşınma ilə müşayiət olunan dəri səpgiləri və ya ağır səpgilər, xüsusən də gözlər, ağız və ya cinsiyyət orqanlarında suluq və ağrılar varsa. Aşağıdakı əlavə təsirlərdən biri meydana gəlsə, dərhal həkimlə məsləhətləşin: • Qarın ağrısı və qızdırma ilə müşayiət olan, davamlı və ya qanlı ağır ishal. Bu, antibiotik qəbulundan sonra nadir hallarda baş verən ciddi bağırsaq iltihabının əlaməti ola bilər. • Qaraciyər xəstəliyinin səbəb olduğu dərinin və ya göz ağlarının saralması. • Qarın və bel nahiyəsində ağır ağrılara səbəb olan, mədəaltı vəzinin iltihabı. • Diurezin artması və ya azalması və ya sidikdə qan izləri. • Günəş işığına həssaslıq nəticəsində dəri səpgiləri. • Qeyri-adi qançırlar və ya qanaxma. • Qeyri-müntəzəm ürək döyüntüləri. Bunlar ciddi əlavə təsirlərdir və pasiyentin tibbi yardıma ehtiyacı ola bilər. Ciddi əlavə təsirlər bəzən (100 xəstədən 1-də) baş verirlər və ya əldə olan məlumatlara görə tezliyi qiymətləndirmək mümkün olmur. Azitromisinin bütün dərman formalarının istifadəsi ilə aparılan klinik tədqiqatlar müddətində və postmarketinq müşahidə dövründə aşkar edilmiş aşağıda göstərilən əlavə reaksiyalar orqan sistemlərinə və baş vermə tezliyinə müvafiq təsnif edilmişdir: çox tez-tez (≥ 1/10), tez-tez (≥ 1/100, < 1/10), bəzən (≥ 1/1000, < 1/100), nadir hallarda (≥ 1/10000, < 1/1000), çox nadir hallarda (< 1/10000), məlum deyil (əldə olunan məlumatlar əsasında müəyyən etmək mümkün deyil). İnfeksiyalar və invaziyalar: bəzən – kandidoz, uşaqlıq yolu infeksiyaları, pnevmoniya, göbələk infeksiyaları, bakterial infeksiya, faringit, qastroenterit, tənəffüs funksiyasının pozulması, rinit, oral kandidoz; məlum deyil – psevdomembranoz kolit. Qan sistemində baş verən pozğunluqlar: bəzən – leykopeniya, neytopeniya, eozinofiliya; məlum deyil – trombositopeniya, hemolitik anemiya. İmmun sistemdə baş verən pozğunluqlar: bəzən – angionevrotik ödem, hiperhəssaslıq reaksiyaları; məlum deyil – anafilaktik reaksiya. Maddələr mübadiləsində baş verən pozğunluqlar: bəzən – anoreksiya. Psixikada baş verən pozğunluqlar: bəzən – əsəbilik, yuxusuzluq; nadir hallarda – ajitasiya; məlum deyil – aqressivlik, həyəcanlılıq, delirium, hallyusinasiyalar. Sinir sistemində baş verən pozğunluqlar: tez-tez – baş ağrısı; bəzən – başgicəllənmə, yuxuya meyllilik, disgevziya, paresteziya; məlum deyil – bayğınlıq, qıcolmalar (həmçinin, digər makrolid antibiotiklərin istifadəsi nəticəsində meydana çıxması aşkar edilmişdir), hipesteziya, psixomotor aktivliyin yüksəlməsi, dadbilmə və qoxubilmə qabiliyyətinin dəyişməsi və ya itməsi, agevziya, parosmiya, miasteniya qravis, sinkope, asteniya, nevroz, əzginlik. Görmə orqanında baş verən pozğunluqlar: bəzən – görmə qabiliyyətinin pozulması. Eşitmə orqanında baş verən pozğunluqlar: bəzən – eşitmə qabiliyyətinin pozulması, vertiqo; məlum deyil – karlıq və/və ya qulaqlarda cingilti daxil olmaqla, eşitmə qabiliyyətinin pozulması. Göstərilən halların əksəriyyəti, azitromisinin yüksək dozalarının uzun müddət ərzində istifadəsi ilə aparılan eksperimental tədqiqatlarla əlaqəlidir. Gələcəkdə aparılan tibbi müşahidə zamanı əldə olunan məlumata əsasən, həmin problemlərin əksəriyyəti geri dönən xarakter daşımışdır. Ürək-damar sistemində baş verən pozğunluqlar: bəzən – palpitasiya, qan axınları; məlum deyil – mədəciklərin fibrilyasiyası-səyriməsi (torsade de pointes), QT intervalının uzanması; mədəcik taxikardiyası daxil olmaqla, mədəcik aritmiyası (həmçinin, digər makrolid antibiotiklərin istifadəsi nəticəsində meydana çıxması aşkar edilmişdir), döş nahiyəsində ağrı, hipotenziya. Tənəffüs sistemində baş verən pozğunluqlar: bəzən – dispnoe, burun qanaxması. Həzm traktında baş verən pozğunluqlar: çox tez-tez – diareya; tez-tez – qusma, qarın nahiyəsində narahatlıq hissi (ağrı/spazmlar), ürəkbulanma; bəzən – duru nəcis kütləsi, qəbizlik, meteorizm, dispepsiya, qastrit, disfagiya, qarında köp, ağızda quruluq hissi, gəyirmə, ağız boşluğunda xoralaşma, ağız suyunun hipersekresiyası; məlum deyil – pankreatit, dilin rənginin dəyişməsi, psevdomembranoz kolit, anoreksiya. Hepatobiliar sistemdə baş verən pozğunluqlar: nadir hallarda – qaraciyər funksiyalarının pozulması, qaraciyər finksiyalarının göstəricilərinin dəyişməsi daxil olmaqla hepatit və xolestatik sarılıq, ağır dərəcəli hepatit və qaraciyər disfunksiyası; məlum deyil – qaraciyər çatışmazlığı (nadir hallarda ölümlə nəticələnə bilər), fulminant hepatit, qaraciyər nekrozu. Dəridə və dərialtı toxumalarda baş verən pozğunluqlar: bəzən – səpgilər, qaşınma, övrə, dermatit, dəridə quruluq, hiperhidroz; nadir hallarda – fotohəssaslıq, kəskin generalizəolunmuş ekzantematoz pustullyoz; məlum deyil – Stivens-Conson sindromu, toksik epidermal nekroliz, polimorf eritema, dərman preparatına qarşı eozinofiliya və sistem simptomlarla müşayiət olunan reaksiya. Sümük-əzələ sistemində baş verən pozğunluqlar: bəzən – osteoartrit, mialgiya, bel nahiyəsində ağrı, boyun nahiyəsində ağrı; məlum deyil – artralgiya, zəiflik. Sidik-ifrazat sistemində baş verən pozğunluqlar: bəzən – dizuriya, böyrəklərdə ağrı; məlum deyil – kəskin böyrək çatışmazlığı, interstisial nefrit. Reproduktiv sistemdə baş verən pozğunluqlar: bəzən – uşaqlıq qanaxması, testikulyar pozğunluqlar, vaginit. Ümumi pozğunluqlar və yerli reaksiyalar: bəzən – ödem, asteniya, halsızlıq, yorğunluq, üz nahiyəsinin ödemi, döş nahiyəsində ağrı, hipertermiya, ağrı, periferik ödem. Laborator göstəricilər: tez-tez – limfositlərin miqdarının aşağı düşməsi, eozinofillərin miqdarının artması, qanda bikarbonat səviyyəsinin aşağı düşməsi, bazofillərin səviyyəsinin yüksəlməsi, monositlərin səviyyəsinin yüksəlməsi, neytrofillərin səviyyəsinin yüksəlməsi; bəzən – qanda aspartataminotransferaza fermentinin səviyyəsinin yüksəlməsi, alaninaminotransferaza fermentinin səviyyəsinin yüksəlməsi, bilirubin səviyyəsinin yüksəlməsi, qanda sidik cövhərinin səviyyəsinin yüksəlməsi, qanda kreatinin səviyyəsinin yüksəlməsi, qanda kalium göstəricilərinin dəyişməsi, qələvi fosfataza fermentinin səviyyəsinin yüksəlməsi, xlorid səviyyəsinin yüksəlməsi, qlükoza səviyyəsinin yüksəlməsi, trombositlərin səviyyəsinin yüksəlməsi, hematokritin aşağı düşməsi, bikarbonat səviyyəsinin yüksəlməsi, natrium səviyyəsinin dəyişməsi. Zədələnmələr və zəhərlənmələr: proseduradan sonra ağırlaşmalar. Mycobacterium Avium Complex-in profilaktikası və müalicəsi ilə əlaqəli olması ehtimal edilən arzuolunmayan reaksiyalar barədə məlumat, klinik tədqiqatlardan və postmarketinq dövründə müşahidələrdən əldə olunan məlumatlara əsaslanır. Həmin arzuolunmayan reaksiyalar, sürətli təsirə malik dərman formalarının və uzunmüddətli təsirə malik dərman formalarının istifadəsi zamanı məlumat verilən reaksiyalardan növünə və ya baş vermə tezliyinə görə fərqlənir. Mycobacterium Avium Complex-in profilaktikası və müalicəsi ilə əlaqəli olması ehtimal edilən arzuolunmayan reaksiyalar Maddələr mübadiləsində baş verən pozğunluqlar: tez-tez – anoreksiya. Sinir sistemində baş verən pozğunluqlar: tez-tez – başgicəllənmə, baş ağrısı, paresteziya, disgevziya; bəzən – hipesteziya. Görmə orqanında baş verən pozğunluqlar: tez-tez – görmə qabiliyyətinin pozulması. Eşitmə orqanında baş verən pozğunluqlar: tez-tez – karlıq; bəzən – eşitmə qabiliyyətinin pozulması, qulaqlarda cingilti. Ürəkdə baş verən pozğunluqlar: bəzən – palpitasiya. Həzm traktında baş verən pozğunluqlar: çox tez-tez – diareya, qarın nahiyəsində ağrı, ürəkbulanma, meteorizm, mədə-bağırsaq sistemində narahatlıq hissi, tez-tez və duru nəcis ifrazı. Hepatobiliar sistemdə baş verən pozğunluqlar: bəzən – hepatit. Dəridə və dərialtı toxumalarda baş verən pozğunluqlar: tez-tez – səpgilər, qaşınma; bəzən – Stivens-Conson sindromu, fotohəssaslıq. Sümük-əzələ sistemində baş verən pozğunluqlar: tez-tez – artralgiya. Ümumi dəyişikliklər və yerli pozğunluqlar: tez-tez – yüksək yorğunluq; bəzən – asteniya, halsızlıq. Yuxarıda göstərilən və ya bu təlimatda göstərilməyən əlavə təsirlər baş verdikdə, həkim və ya əczaçıya bildirin.

Doza həddinin aşılması

Preparatın dozasını tövsiyə edildikdən çox qəbul etdikdə, həkim və ya əczaçıyla əlaqə saxlamaq və ya yaxındaki xəstəxanaya getmək məsləhət görülür. Doza həddinin aşılmasının simptomları: eşitmənin itməsi, ürəkbulanma və ya qusma, diareya. Doza həddinin aşılması halında xəstəxanada müalicə tələb oluna bilər.

Buraxılış forması

3 örtüklü tablet blisterdə. 1 blister, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

Saxlanma şəraiti

25ºС-dən yüksək olmayan temperaturda, orijinal qablaşdırmada və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

Yararlılıq müddəti

Yararlılıq müddəti qablaşdırmanın üzərində qeyd edilmişdir. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti

Resept əsasında buraxılır.

İstehsalçı

REPLEK FARM Ltd. Skopje, 188 Kozle str., 1000 Skopje, Republic of Macedonia.

Qeydiyyat vəsiqəsinin sahibi

REPLEK FARM Ltd. Skopje, 188 Kozle str., 1000 Skopje, Republic of Macedonia.

Müştəri rəyləri

Bu məhsul üçün rəy yoxdur.

“Azitromisin 500 mq N3 tablet Replek” üçün ilk rəyi siz yazın.

Oxşar məhsullar