Moksiflam 400 mq N10 tablet

Təsiredici maddə: MOXIFLOXACIN
Təsiredici maddəMOXIFLOXACIN
Dərman formasıTablet
Farmakoloji təsirXinolon qrupu antibakterial vasitələr. Flüorxinolonlar
İstehsal ölkəsiYunanıstan

Onlayn sifariş zamanı 5% endirim.

 Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin

Endirim_5

28,98 ₼

Stokda yoxdur

Stokda yoxdur

  • Filialdan götürmək

Bu gün götürmək

Ödənişsiz

  • Kuryerlə çatdırılma

Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.

Ödənişli

  • Ekspress çatdırılma

Sürətli çatdırılma

Ödənişli

Ödəniş üsulları:

Məhsulun təsviri

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

MOKSİFLAM örtüklü tabletlər Beynəlxalq potentləşdirilməmiş adı: Moxifloxacin

Tərkibi

Təsiredici maddə: 1 tabletin tərkibində 400 mq moksifloksasin (moksifloksasin hidroxlorid şəklində) vardır. Köməkçi maddələr: mikrokristallik sellüloza, natrium nişasta qlikolyatı, mannitol, maqnezium stearat, susuz kolloidal silisium, hidroksipropilsellüloza, talk. Örtük: polivinil spirti (E1203), makroqol 3350/PEQ (E1521), talk (E553b), sarı dəmir oksidi (E172), qırmızı dəmir oksidi (E172), titan dioksid (E171).

Təsviri

İkitərəfli qabarıq, uzunsov, çəhrayı rəngli örtüklü tabletlərdir. Farmakoterpevtik qrupu Xinolon qrupu antibakterial vasitələr. Flüorxinolonlar. ATC kodu: J01MA14.

Farmakoloji xüsusiyyətləri

Farmakodinamikası Təsir mexanizmi Moksifloksasin geniş spektrli qrammüsbət və qrammənfi orqanizmlərə qarşı in vitro aktivliyə malikdir. Moksifloksasinin bakterisid təsiri bakterial DNT-nin replikasiyası, transkripsiyası və reparasiyası üçün lazım olan hər iki tip topoizomeraza II-nin (DNT-giraza və topoizomeraza IV) inhibə olunması ilə şərtlənir. Müəyyən olunmuşdur ki, moksifloksasinin strukturunda olan C8-metoksi-qrupu qrammüsbət mikroorqanizmlərə qarşı aktivliyi artırır və C8-H-qrupu ilə müqayisədə rezistent qrammüsbət bakteriyaların seleksiya mutantların yaranmasının zəifləməsinə səbəb olur. Strukturunda C-7 vəziyyətində yüksək həcmli bisikloamin əvəzedicinin olması müəyyən qrammüsbət bakteriyalarda olan norA və ya pmrA genləri ilə əlaqəli aktiv efflüksun qarşısını alır. Farmakodinamik tədqiqatlar konsentrasiyadan asılı bakterisid aktivliyi nümayiş etdirmişdir. Minimal bakterisid konsentrasiyalar (MBK) minimal inhibəedici konsentrasiyalar (MİK) diapazonunda olmuşdur. İnsan bağırsaq florasına təsiri Moksifloksasinin peroral qəbulundan sonra könüllülərdə bağırsaq florasında aşağıdakı dəyişikliklər qeyd olunmuşdur: Escherichia coli, Bacillus spp., Enterococcus spp. və Klebsiella spp. sayı, həmçinin anaerob Bacteroides vulgatus, Bifidobacterium spp., Eubacterium spp. və Peptostreptococcus spp. sayı azalmışdır. Bacteroides fragilis sayı artmışdır. Bu dəyişikliklər iki həftə ərzində normaya qayıtmışdır. Rezistentliyin yaranması mexanizmi Penisillinlərə, sefalosporinlərə, aminoqlikozidlərə, makrolidlərə və tetrasiklinlərə qarşı rezistentliyin yaranmasına gətirib çıxaran mexanizmlər moksifloksasinin antibakterial aktivliyi ilə interferə etmir. Rezistentliyin digər yaranması mexanizmləri, məs., keçiricilik üçün baryerlər (adətən Pseudomonas aeruginosa üçün) və efflüks mexanizmləri həmçinin moksifloksasinin həssaslığına təsir göstərə bilər. İn vitro tədqiqatlarda moksifloksasinə qarşı rezistentlik hər iki topoizomeraza II tipində, DNT-giraza və topoizomeraza IV, hədəf-hissələrdə ardıcıl mutasiya prosesləri yolu ilə qazanılır. Moksifloksasin qrammüsbət mikroorqanizmlərdə aktiv efflüks mexanizmləri üçün zəif substrat hesab olunur. Digər flüorxinolonlara qarşı çarpaz rezistentlik müşahidə olunur. Lakin moksifloksasin bəzi qrammüsbət bakteriyalarda hər iki topoizomeraza – II və IV-nü eyni fəallıqla inhibə etdiyi üçün, belə bakteriyalar digər xinolonlara qarşı rezistent, amma moksifloksasinə qarşı həssas ola bilirlər. Sərhəd göstəricilər Klinik MİK və disk üsulu ilə təyin olunan nəticələrin sərhəd göstəriciləri, EUCAST üzrə (01.01.2011): Mikroorqanizm Həssas Rezistent Staphylococcus spp. ≤ 0,5 mq/l > 1 mq/l ≥ 24 mm < 21 mm S. pneumoniae ≤ 0,5 mq/l > 0,5 mq/l ≥ 22 mm ≥ 22 mm Streptococcus, qrup A, B, C, G ≤ 0,5 mq/l > 1 mq/l ≥ 18 mm < 15 mm H. influenzae ≤ 0,5 mq/l ≤ 0,5 mq/l ≥ 25 mm ≥ 25 mm M. catarrhalis ≤ 0,5 mq/l > 0,5 mq/l ≥ 23 mm < 23 mm Enterobacteriaceae ≤ 0,5 mq/l > 1 mq/l ≥ 20 mm < 17 mm Növspesifik olmayan sərhəd göstəricilər* ≤ 0,5 mq/l > 1 mq/l * Növspesifik olmayan sərhəd göstəricilər əsasən farmakokinetik/farmakodinamik məlumatlara görə təyin olunmuşdur və müəyyən növlər arasında MİK göstəricilərin paylanmasından asılı deyildir. Bu göstəricilər yalnız növspesifik sərhəd göstəriciləri təyin olunmamış növlər üçün tətbiq olunur, və interpretasiya olunmuş kriteriləri qeyri-müəyyən olan növlər üçün tətbiq olunmur. Mikrobioloji həssaslıq Müəyyən ştammlar üçün qazanılmış rezistentliyin yayılması coğrafi regiondan asılı olaraq və zaman keçdikcə fərqlənə bilir. Bununla əlaqədar ştammın həssaslığı sınağı aparıldıqda rezistentlik barədə yerli məlumatları əldə etmək daha yaxşı olar, xüsusən ağır infeksiyaların müalicəsi zamanı. Ehtiyac olduqda, davamlı ştammların yayılması barədə yerli məlumat olduqda və dərman vasitəsi istifadəsinin faydası ən azından bəzi infeksiyalara qarşı şübhə yaratdıqda, məsləhət üçün mütəxəssisə müraciət etmək lazımdır. Adətən həssas növlər: – aerob qrammüsbət mikroorqanizmlər – Gardnerella vaginalis, Staphylococcus aureus* (metisillin- həssas), Streptococcus agalactiae (qrup B), Streptococcus milleri* qrupu (S. anginosus, S. constellatus və S. intermedius), Streptococcus peumoniae*, Streptococcus pyogenes* (qrup A), Streptococcus viridans qrupu (S. viridans, S. mutans, S. mitis, S. sanguinis, S. salivarius, S. thermophilus); – aerob qrammənfi mikroorqanizmlər – Acinetobacter baumanii, Haemophilus influenzae*, Haemophilus parainfluenzae*, Legionella pneumophila, Moraxella (Branhamella) catarrhalis*; – anaerob mikroorqanizmlər – Fusobacterium spp., Prevotella spp.; – «digər» mikroorqanizmlər – Chlamydophila (Chlamydia) pneumoniae*, Chlamydia trachomatis*, Coxiella burnetii, Mycoplasma genitalium, Mycoplasma hominis, Mycoplasma pneumoniae*. Qazanılmış rezistentlik problemi aktual olan növlər: – aerob qrammüsbət mikroorqanizmlər – Enterococcus faecalis*, Enterococcus faecium*, + Staphylococcus aureus (metisillin-rezistent) ; – aerob qrammənfi mikroorqanizmlər – Enterobacter cloacae*, Escherichia coli*, Klebsiella # + pneumoniae* , Klebsiella oxytoca, Neisseria gonorrhoeae* , Proteus mirabilis*; – anaerob mikroorqanizmlər – Bacteroides fragilis*, Peptostreptococcus spp.* Öz təbiətinə görə rezistent mikroorqanizmlər: – aerob qrammənfi mikroorqanizmlər – Pseudomonas aeruginosa. * Klinik tədqiqatlarda təsdiq olunmuş istifadə üzrə göstərişlər zamanı həssas ştammlarda qənaətbəxş aktivliyi nümayiş olunmuşdur. # Geniş spektrli beta-laktamaza sintez edən ştammlar flüorxinolonlara qarşı tez-tez rezistentliyə malik olurlar. + Bir və ya bir neçə ölkədə rezistentlik dərəcəsi > 50% Farmakokinetikası Absorbsiyası və biomənimsənilməsi Peroral qəbulundan sonra moksifloksasin sürətlə və praktiki olaraq tamamilə absorbsiya olunur. Mütləq biomənimsənilmə təxminən 91%-ə qədər təşkil edir. 50-800 mq diapazonda birdəfəlik dozalarda və 600 mq gündə 1 dəfə 10 gün ərzində dozalanmada farmakokinetikası xəttidir. 400 mq peroral dozadan sonra maksimal konsentrasiyalar 3,1 mq/l qəbuldan sonra 0,5-4 saat ərzində əldə olunur. Tarazlıq vəziyyətində (400 mq gündə 1 dəfə) plazmada maksimal və minimal konsentrasiyalar müvafiq olaraq 3,2 və 0,6 mq/l təşkil etmişdir. Dozalanma intervalı həddində tarazlıq vəziyyətlərində preparatın təsiri ilk dozadan sonra əldə olunana nisbətən təxminən 30% yüksəkdir. Paylanması Damarxarici yataqda moksifloksasin sürətlə paylanılır; 400 mq dozanın qəbulundan sonra AUC 35 mq∙saat/l göstəricisi müşahidə olunur. Tarazlıq paylanma həcmi (Vss) 2 l/kq-a yaxın təşkil edir. İn vitro və ex vivo eksperimentlər preparatın konsentrasiyasından asılı olmayan, zülallarla təxminən 40-42% birləşmə dərəcəsini nümayiş etdirmişdir. Moksifloksasin əsasən qan zərdabının albumini ilə birləşir. Moksifloksasinin 400 mq birdəfəlik peroral dozasının qəbulundan sonra plazmada, ağız suyunda, suluq mayelərində, bronxların selikli qişasında, alveolların makrofaqlarında, epitelial mayelərdə, üst- çənə ciblərində, xəlbir sümüyü ciblərində, nazal poliplərdə, interstisial mayelərdə, qadın cinsiyyət sistemində maksimal konsentrasiyalar müşahidə olunmuşdur. Biotransformasiyası Moksifloksasin II faza biotransformasiyanı keçir və böyrəklərlə və ödlə/nəcislə dəyişilməmiş şəkildə, həmçinin sulfobirləşmələr (M1) və qlükuronid (M2) şəkildə xaric olunur. M1 və M2 insanda yeganə dəyərli metabolitlər hesab olunurlar; hər iki metabolit mikrobioloji cəhətdən qeyri-fəaldır. I faza klinik tədqiqatlarda və in vitro tədqiqatlarda sitoxrom P fermentlərin iştirakı ilə I faza450 biotransformasiyaya məruz qalan digər preparatlar ilə metabolik farmakokinetik qarşılıqlı təsirlər müşahidə olunmamışdır. Oksidləşdirici metabolizmin əlamətləri mövcud deyil. Xaric olması Moksifloksasin qan plazmasından təxminən 12 saat terminal yarımxaricolma dövrün orta göstəricisi ilə xaric olunur. 400 mq dozanın qəbulundan sonra ehtimal olunan orta ümumi klirensi 179- 246 ml/dəq təşkil edir. Böyrək klirensi təxminən 24-53 ml/dəq təşkil etmişdir ki, bu isə preparatın böyrəklərdən hissəvi kanalcıq reabsorbsiya olunduğunu göstərir. 400 mq dozanın qəbulundan sonra sidikdə (dəyişilməmiş maddə üçün təxminən 19%, M1 üçün təxminən 2,5% və M2 üçün aşkar olunmaması) və nəcisdə (dəyişilməmiş maddə üçün təxminən 25%, M1 üçün təxminən 36% və M2 üçün aşkar olunmaması) aşkar olunması cəmi 96%-ə qədər təşkil etmişdir. Moksifloksasinin ranitidin və ya probenesid ilə birgə istifadəsi başlanğıc maddənin böyrək klirensini dəyişməmişdir. Yaşlı pasiyentlər və bədən kütləsi az olan pasiyentlər Bədən kütləsi az olan sağlam könüllülərdə (məsələn, qadınlarda) və yaşlı könüllülərdə maddənin qan plazmasında daha yüksək konsentrasiyaları müşahidə olunmuşdur. Böyrəklərin funksiyasının pozulması Böyrəklərin funksiyası pozulmuş pasiyentlərdə (o cümlədən kreatinin klirensi >20 ml/dəq/1,73 m olan pasiyentlərdə) moksifloksasinin farmakokinetik xüsusiyyətləri əhəmiyyətli dərəcədə fərqlənməmişdir. Böyrəklərin funksiyası zəiflədikcə M2 (qlükuronid) metabolitin konsentrasiyaları 2,5 dəfə yüksəlir (kreatinin klirensi <30 ml/dəq/1,73 m olduqda). Qaraciyər funksiyasının pozulması Qaraciyər çatışmazlığı olan pasiyentlərdə (Çayld-Pyu şkalası üzrə A, B sinifləri) indiyə qədər aparılan farmakokinetik tədqiqatların əsasında sağlam könüllülərlə müqayisədə hər-hansı fərqlərin olmasını təyin etmək mümkün olmamışdır. Qaraciyər funksiyasının pozulması qan plazmasında M1 daha yüksək təsiri ilə əlaqəli olmuşdur, bu zaman başlanğıc maddənin təsiri sağlam könüllülərdə təsiri ilə eyni olmuşdur. Qaraciyər funksiyasının pozulması olan pasiyentlərdə moksifloksasinin klinik istifadəsinə dair təcrübə kifayət qədər deyildir.

İstifadəsinə göstərişlər

Preparat 18 yaş və yuxarı pasiyentlərdə, moksifloksasinə həssas bakteriyaların törətdiyi bakterial aşğıdakı infeksiyaların müalicəsi üçün istifadə olunur. Moksifloksasini, yalnız o halda istifadə etmək lazımdır ki, bu infeksiyaların başlanğıc müalicəsi üçün adətən tövsiyə olunan antibakterial vasitələrin istifadəsi məqsədəuyğun hesab olunmasın və ya onların effekti əldə olunmasın. – Kəskin bakterial sinusitlər; – Xroniki bronxitin kəskinləşməsi; – Xəstəxanadan kənar pnevmoniya; – Yüngül və orta ağırlıq dərəcəli kiçik çanaq orqanlarının iltihabi xəstəlikləri (yəni, qadın cinsiyyət yollarının yuxarı şöbələrinin infeksiyaları, o cüm. salpingit və endometrit), boru-yumurtalıq və ya çanaq absesi ilə müşayiət olunmayan. Moksiflam kiçik çanaq orqanlarının yüngül və orta ağır dərəcəli iltihabi xəstəliklərinin monoterapiyası üçün məsləhət görülmür, Neisseria gonorrhoeae-nın moksifloksasinə qarşı yüksək rezistentliyi ilə əlaqədar digər antibakterial vasitələrlə birgə istifadə olunmalıdır (məsələn, sefalosporin ilə), Neisseria gonorrhoeae moksifloksasin-rezistent mikroorqanizmlərin törətdiyi infeksiyanın istisna oluna bildiyi hallardan başqa. Preparat həmçinin aşağıdakı göstərişlər üzrə venadaxili moksifloksasin ilə başlanğıc müalicə zamanı yaxşılaşma nümayiş olunmuş pasiyentlərdə müalicə kursunun sona çatdırılması üçün istifadə oluna bilər: – Xəstəxanaxaric pnevmoniya; – Dəri və yumşaq toxumaların ağırlaşmış infeksiyaları. Moksiflamı dəri və yumşaq toxumaların hər hansı infeksiyası zamanı və ya ağır xəstəxanaxaric pnevmoniyanın başlanğıc müalicəsi üçün istifadə etmək olmaz. Antibakterial vasitələrin düzgün istifadəsi üzrə rəsmi tövsiyələrdən əldə olunan məlumatları nəzərə almaq lazımdır.

Əks göstərişlər

– Moksifloksasinə, digər xinolonlara və ya köməkçi maddələrdən hər-hansı birinə qarşı hiperhəssaslıq; – hamiləlik və laktasiya dövrü; – 18 yaşdan aşağı pasiyentlər; – anamnezində xinolonların istifadəsi ilə əlaqəli vətərlər tərəfindən xəstəliklər/zədələnmələr olan pasiyentlər. Həm klinikayaqədərki tədqiqatlarda, həm də insanlarda aparılan tədqiqatlarda moksifloksasinin istifadəsindən sonra ürəyin elektrofiziologiyasının dəyişməsi müşahidə olunmuşdur ki, bu isə QT intervalının uzanması ilə ifadə olunmuşdur. Dərman təhlükəsizliyi məqsədilə moksifloksasin aşağıdakı pasiyentlərə əks göstərişdir: – anadangəlmə və ya sənədlərlə təsdiq olunmuş qazanılmış QT intervalın uzanması olan; – elektrolit balansının pozulması, xüsusən korreksiya olunmayan hipokaliemiya zamanı; – klinik dəyəri olan bradikardiyalı; – sol mədəciyin atma fraksiyası azalmış klinik dəyərli ürək çatışmazlığı olan; – anamnezində simptomatik aritmiyası olan. Moksifloksasini QT intervalını uzadan digər preparatlar ilə eyni vaxtda istifadə etmək olmaz. Məhdud klinik məlumatların olması ilə əlaqədar moksifloksasin həmçinin qaraciyər funksiyasının pozulması olan pasiyentlərə (Çayld-Pyu şkalası üzrə C sinif) və transaminazların səviyyəsi normanın yuxarı həddinə nisbətən beş dəfədən artıq yüksəlmiş pasiyentlərə əks göstərişdir.

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Moksifloksasin ilə müalicəni xüsusi ilə də aşağı ağırlıq dərəcəli infeksiyalar zamanı, xəbərdarlıq və ehtiyat tədbirləri bəndində təqdim olunmuş məlumatı nəzərə almaqla təyin etmək lazımdır. QTc intervalının uzanması və QTc intervalının uzanması ilə potensial əlaqəli klinik vəziyyətlər Müəyyən olunmuşdur ki, moksifloksasin bəzi pasiyentlərin elektrokardioqrammasında (EKQ) QTc intervalını uzadır. Klinik tədqiqatda alınan EKQ məlumatların analizi zamanı moksifloksasinin istifadəsi zamanı QTc intervalının uzanması müşahidə olunmuşdur, bu isə başlanğıc göstəricilərlə müqayisədə 6msan±26msan, yəni 1,4% təşkil etmişdir. Kişilərlə müqayisədə qadınlarda tez-tez daha uzun başlanğıc QTc intervalı müşahidə olunduğu üçün, onlar QTc intervalını uzadan preparatlara qarşı daha həssas ola bilərlər. Yaşlı pasiyentlər həmçinin preparatın QT intervalına təsirinə görə daha həssas ola bilərlər. Moksifloksasin qəbul edən pasiyentlərdə kalium səviyyələrini azalda bilən dərman vasitələrinin istifadəsi zamanı ehtiyatlı olmaq gərəkdir. Proaritmik vəziyyətləri olan pasiyentlərdə (xüsusən, qadınlarda və yaşlı pasiyentlərdə), miokard infarktı və ya QT intervalın uzanması kimi vəziyyətlərdə bu mədəcik aritmiyalarının (“piruet” tipli taxikardiya daxil olmaqla) yaranması riskinin yüksəlməsinə və ürəyin dayanmasına gətirib çıxara bilər. Preparatın konsentrasiyası artdıqca QT intervalının uzanması dərəcəsi yüksələ bilər. Bu səbəbdən, tövsiyə olunan dozanı aşmaq olmaz. Əgər moksifloksasin ilə müalicə zamanı ürək aritmiyası əlamətləri yaranarsa, preparatın qəbulunu dayandırmaq və EKQ etmək lazımdır. Hiperhəssaslıq/allergik reaksiyalar Flüorxinolonların, o cümlədən moksifloksasinin istifadəsi zamanı, ilk dəfə istifadədən sonra hiperhəssaslıq və allergik reaksiyalar qeyd olunmuşdur. Anafilaktik reaksiyalar həyati təhlükəli şoka qədər proqressivləşə bilər, hətta ilk dəfə istifadə olunduqdan sonra belə. Ağır hiperhəssaslıq reaksiyalarının klinik əlamətləri yaranan zaman moksifloksasinin qəbulunu dayandırmaq və müvafiq müalicəyə başlamaq lazımdır (məsələn, şokun müalicəsi). Qaraciyər tərəfindən ağır pozulmalar Moksifloksasinin istifadəsi zamanı fulminant hepatit hadisələri, potensial qaraciyər çatışmazlığına gətirib çıxaran (o cümlədən letal nəticələnən hallar), qeyd olunmuşdur. Sarılıqla əlaqəli sürətlə inkişaf edən asteniya, sidiyin tündləşməsi, qanaxmalara və ya qaraciyər ensefalopatiyasına meyillik kimi, qaraciyərin fulminant xəstəliyi simptomları və əlamətləri yaranan zaman pasiyentlərə müalicəni davam etdirmədən əvvəl müalicə həkimi ilə məsləhətləşməsi tövsiyə olunmalıdır. Qaraciyərin disfunksiyası əlamətləri yaranan zaman qaraciyər sınaqları/funskional müayinələri aparmaq lazımdır. Ciddi bullyoz dəri reaksiyaları Moksifloksasinin qəbulu zamanə Stivens-Conson sindromu və ya toksiki epidermal nekroliz kimi bullyoz dəri reaksiyalarımüşahidə oluna bilər, bu kimi ağır hallarda moksifloksasinin qəbulu dayandırılmalı və bir daha davam etdirilməməlidir. Dəri və/və ya selikli qişalar tərəfindən digər reaksiyalar yarandığı zaman pasiyentlərə məsləhət görmək lazımdır ki, müalicəni davam etdirmədən öncə təxirəsalmadan müalicə həkiminə müraciət etsinlər. Qıcolmalara meylli pasiyentlər Məlumdur ki, xinolonlar qıcolmalara gətirə bilər. MSS tərəfindən pozulmaları olan pasiyentlərə və ya qıcolmaların yaranmasına və ya qıcıq qapısının azalmasına meyletdirici digər risk amilləri olan pasiyentlərdə onları ehtiyatla istifadə etmək lazımdır. Qıcolmalar yaranan zaman moksifloksasin ilə müalicəni dayandırmaq və müvafiq tədbirlər görmək lazımdır. Periferik neyropatiya Xinolonlar, həmçinin moksifloksasin qəbul edən pasiyentlərdə paresteziyaya, hipesteziyaya, dizesteziyaya və ya zəifliyə gətirib çıxaran sensor və ya sensomotor polineyropatiya hadisələri barədə məlumat verilmişdir. Geridönməyən vəziyyətlərin inkişaf etməsinin qarşısını almaq məqsədilə moksifloksasin ilə müalicəyə məruz qalan pasiyentlərə məsləhət görmək lazımdır ki, müalicəni davam etdirmədən əvvəl ağrı, yandırma, sancma, keyləşmə və ya zəiflik kimi neyropatiya simptomları barədə müalicə həkiminə məlumat versinlər. Psixi reaksiyalar Xinolonların, həmçinin moksifloksasinin ilk dəfə istifadəsindən sonra belə psixi reaksiyalar yarana bilər. Nadir hallarda depressiya və ya psixotik reaksiyalar suisid fikirlərə və özünəqəsd davranışlara, məsələn, suisid cəhdlərinə qədər proqressivləşə bilər. Pasiyentdə belə reaksiyalar yarandığı zaman moksifloksasin qəbulunu dayandırmaq və müvafiq tədbirlər görmək lazımdır. Psixi xəstə pasiyentlərdə və ya anamnezində psixi xəstəliyi olan pasiyentlərdə moksifloksasinin istifadəsinə ehtiyac olduqda ehtiyatlı olmaq məsləhət görülür. Antibiotik-mənşəli diareya, o cümlədən kolit Geniş təsir spektrinə malik antibiotiklərin, o cümlədən moksifloksasinin qəbulu zamanı antibiotik- mənşəli diareya (AAD) və antibiotik-mənşəli kolit (AAK), o cümlədən psevdomembranoz kolit və Clostridium difficile-mənşəli diareya qeyd olunmuşdur və zəif diareyadan letal nəticəli kolitə qədər müxtəlif ağırlıq dərəcəsinə malik ola bilər. Bu səbəbdən, moksifloksasin istifadəsi zamanı və ya ondan sonra yaranan ağır diareyası olan pasiyentlərdə bu diaqnozun olması ehtimalını düşünmək vacibdir. AAD və ya AAK şübhə olduqda və ya təsdiq olunduqda antibakterial vasitələrlə, o cümlədən moksifloksasin ilə cari müalicəni dayandırmaq və təcili olaraq müvafiq terapevtik tədbirlər görmək lazımdır. Bundan əlavə, infeksiyanın ötürülməsi riskini azaltmaq üçün müvafiq infeksion nəzarət tədbirləri görmək lazımdır. Ağır diareyalı pasiyentlərə peristaltikanı ləngidən preparatlar əks göstərişdir. Miasteniya qravis olan pasiyentlər Miasteniya qravis olan pasiyentlərdə moksifloksasini ehtiyatla istifadə etmək lazımdır, belə ki, moksifloksasin bu xəstəliyin simptomlarını kəskinləşdirə bilər. Vətər iltihabı, vətər qırılması Moksifloksasin daxil olmaqla, xinolonlar ilə terapiya zamanı, hətta müalicənin başlanmasından 48 saat sonra və terapiya qurtardıqdan sonra bir neçə ay keçdikdə belə vətər iltihabı və vətər qırılması (xüsusən Axill vətərinin), bəzən ikitərəfli, yarana bilər. Yaşlı pasiyentlərdə və eyni vaxtda kortikosteroidlər qəbul edən pasiyentlərdə tendinit və vətər qırılması riski yüksəlir. Ağrı və ya iltihabın ilk əlamətləri zamanı pasiyentlər moksifloksasin ilə müalicəni dayandırmalı, zədələnmiş ətraf(lar)a dinclik verməli və zədələnmiş vətərin müvafiq müalicəsinə başlamaq üçün (məsələn, immobilizasiya) təxirəsalmadan həkimə müraciət etməlidirlər. Anevrizma və aortanın laylanması Epidemioloji tədqiqatlarda flüorxinolonların istifadəsindən sonra, xüsusən yaşlı pasiyentlərdə anevrizma və aortanın laylanmasının inkişaf etməsi riskinin yüksəlməsi barədə məlumat verilmişdir. Anamnezində anevrizması olan, yaxud anevrizma və/və ya aortanın laylanması artıq mövcud olan, anevrizma və/və ya aortanın laylanmasının yaranmasına meyilli pasiyentlərdə (məsələn, Marfan sindromu, damar tipli Elers-Danlo sindromu, Takayasu arteriiti, nəhənghüceyrəli arteriit, Bexçet xəstəliyi, arterial hipertenziya, ateroskleroz) flüorxinolonları yalnız fayda/risk nisbətini diqqətlə qiymətləndiridikdən sonra və digər mümkün olan terapiya variantları nəzərdən keçirildikdən sonra istifadə etmək lazımdır. Qarında, sinədə və ya beldə qəflətən ağrı baş verdikdə pasiyentlər təcili olaraq həkimə təxirəsalınmaz yardım şöbəsinə müraciət etməlidirlər. Böyrək funksiyası pozulmuş pasiyentlər Böyrək funksiyası pozulmuş olan yaşlı pasiyentlər kifayət edən səviyyədə maye qəbulunu dəstəkləyə bilmədiyi halda moksifloksasini ehtiyatla qəbul etməlidirlər, belə ki, susuzlaşma böyrək çatışmazlığının yaranması riskini yüksəldə bilər. Görmənin pozulması Görmənin pozulması zamanı və ya gözlər tərəfindən hər hansı effektlər baş verdikdə təcili olaraq həkimə müraciət etmək lazımdır. Disqlikemiya Bütün xinolonlarda olduğu kimi, qanda qlükoza səviyyələrinin pozulmaları, həm hiperqlikemiya, həm də hipoqlikemiya barədə məlumat verilmişdir. Moksifloksasin qəbul edən pasiyentlərdə disqlikemiya əsasən diabeti olan yaşlı pasiyentlərdə, eyni vaxtda peroral hipoqlikemik preparatla (məsələn, sulfonil sidik cövhəri preparatı ilə) və ya insulinlə müalicə qəbul edənlərdə baş vermişdir. Diabeti olan pasiyentlərin qanda qlükoza səviyyəsinə nəzarət etməsi tövsiyə olunur. Fotohəssaslıq reaksiyaların profilaktikası Xinolonların istifadəsi zamanı fotohəssaslıq reaksiyaları qeyd olunur. Lakin tədqiqatlar göstərmişdir ki, moksifloksasin üçün fotohəssaslığın yaranması riski daha aşağıdır. Buna baxmayaraq, moksifloksasin ilə terapiya zamanı pasiyentlərə UB-şüalanmanın təsirindən və ya uzunmüddətli və/və ya güclü günəş işığının təsirindən uzaq olmaları məsləhət görülür. Qlükoza-6-fosfatdehidrogenaza çatışmazlığı olan pasiyentlər Qlükoza-6-fosfatdehidrogenaza çatışmazlığı olan pasiyentlər və ya ailəvi anamnezində qeyd olunan pasiyentlər xinolonlar ilə müalicə zamanı hemolitik reaksiyaların inkişaf etməsinə meyilli hesab olunurlar. Bu səbəbdən, belə pasiyentlərdə moksifloksasinin istifadəsi zamanı ehtiyatlı olmaq gərəkdir. Kiçik çanaq orqanlarının iltihabi xəstəliyi olan pasiyentlər Venadaxili müalicə tələb edən çanaq orqanların ağırlaşmış iltihabi xəstəliyi olan pasiyentlərə (məsələn, boru-yumurtalıq və ya çanaq abssesi ilə əlaqədar) Moksikum tablet preparatın qəbulu məsləhət görülmür. Çanaq orqanlarının iltihabi xəstəliyi flüorxinolon-davamlı mikroorqanizmlər Neisseria gonorrhoeae tərəfindən törədilə bilər. Bu səbəbdən, əgər qonokokkların moksifloksasinə qarşı davamlılığını istisna etmək mümkün olmursa, belə hallarda moksifloksasin ilə empirik müalicə digər münasib antibiotikin (məsələn, sefalosporinin) qəbulu ilə eyni vaxtda aparılmalıdır. Əgər 3 gün müalicədən sonra klinik yaxşılaşma müşahidə olunmursa, terapiyanı yenidən nəzərdən keçirtmək lazımdır. Dəri və yumşaq toxumaların ağırlaşmış infeksiyaları olan pasiyentlər Yanıq yaralarının ağır infeksiyalarının, fassiit və osteomielitli diabetik pəncə sindromu zamanı infeksiyaların müalicəsi üçün moksifloksasinin venadaxili istifadəsinin klinik effektivliyi müəyyən olunmayıb. Bioloji sınaqların nəticələrinə təsiri Moksifloksasin ilə terapiya mikobakteriya artımını ləngitməsi yolu ilə Mycobacterium spp. aşkar olunması üzrə kultural testlərin aparılmasına təsir göstərə bilər. Bu isə moksifloksasin qəbul edən pasiyentlərdə yanlış-mənfi nəticələrin alınmasına gətirib çıxarır. MRQS infeksiyaları olan pasiyentlər Moksifloksasin metisillin-rezistent qızılı stafilokokkların (MRQS) törətdiyi infeksiyaların müalicəsi üçün tövsiyə olunmur. MRQS törətdiyi infeksiyaya şübhə olduqda və ya təsdiq olunduqda uyğun antibakterial vasitə ilə müalicəyə başlamaq lazımdır. Uşaqlar Cavan heyvanlarda qığırdaq toxumasına arzuolunmaz effektləri olduğu üçün moksifloksasin uşaqlarda və < 18 yaş yeniyetmələrdə istifadəsi əks göstərişdir. Köməkçi maddələr Preparatın bir örtüklü tabletinin tərkibində 1 mmol-dan az (23 mq) natrium var, yəni praktiki olaraq tərkibində “natrium yoxdur”.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Dərman preparatları ilə qarşılıqlı təsiri Moksifloksasinin QT intervalının uzanmasına və QTc intervalını uzada bilən digər dərman vasitələrinə əlavə effektinin olması ehtimalı istisna olunmur. Bu, mədəcik aritmiyasının, o cümlədən “piruet” tipli taxikardiyanın inkişaf etməsi riskini artıra bilər. Nəticədə, moksifloksasinin aşağıda sadalanan dərman vasitələrinin hər hansı biri ilə qəbulu əks göstərişdir: – IA sinif antiaritmik preparatlar (məs., xinidin, hidroxinidin, dizopiramid); – III sinif antiaritmik preparatlar (məs., amiodaron, sotalol, dofetilid, ibutilid); – antipsixotik preparatlar (məs., fenotiazinlər, pimozid, sertindol, haloperidol, sultoprid); – trisiklik antidepressantlar; – bəzi mikrobəleyhinə preparatlar (sakvinavir, sparfloksasin, venadaxili yeridilmə üçün eritromisin, pentamidin, malyariya əleyhinə preparatlar, xüsusən halofantrin); – bəzi antihistamin preparatlar (terfenadin, astemizol, mizolastin); – digərləri (sizaprid, venadaxili yeridilən vinkamin, bepridil, difemanil). Qanda kaliumun səviyyəsini azalda bilən preparatlar (məs, ilgək və tiazid diuretikləri, kortikosteroidlər, amfoterisin B, işlədicilər (yüksək dozalarda)) və ya klinik dəyərli bradikardiyanın müalicəsi üçün preparatlar qəbul edən pasiyentlərdə, həmçinin imalələrdən istifadə edən pasiyentlərdə moksifloksasin ehtiyatla istifadə olunmalıdır. İkivalentli və ya üçvalentli kationlar (məs, maqnezium və ya alüminium tərkibli antasidlər, tablet şəklində didanozin, sukralfat və dəmir və ya sink tərkibli preparatlar) tərkibli preparatların qəbulu və moksifloksasinin istifadəsi arasında 6 aya yaxın interval gözləmək lazımdır. Aktivləşdirilmiş kömürün 400 mq moksifloksasinin peroral dozası ilə eyni vaxtda qəbul edilməsi preparatın absorbsiyasının ifadəli şəkildə qarşısının alınmasına və preparatın sistem mənimsənilməsinin 80%-dən çox azalmasına gətirib çıxarmışdır. Bu səbəbdən, bu preparatların eyni vaxtda istifadəsi məsləhət görülmür (doza həddinin aşılması hadisələrindən başqa). Sağlam könüllülərdə təkrar istifadəsindən sonra moksifloksasin diqoksinin C göstəricilərinimax təxminən 30% artırmışdır, eyni zamanda AUC və diqoksinin minimal konsentrasiyası göstəricilərinə təsir etməmişdir. Diqoksin ilə birgə istifadəsi zamanı ehtiyat tədbirlərinin görülməsi tələb olunmur. Diabeti olan könüllülərlə aparılan tədqiqatlarda moksifloksasinin və qlibenklamidin eyni vaxtda peroral qəbulu qlibenklamidin plazmada maksimal konsentrasiyalarının təxminən 21% azalmasına gətirmişdir. Qlibenklamid və moskifloksasinin birgə istifadəsi nəzəri olaraq əhəmiyyətsiz dərəcədə və qısamüddətli hiperqlikemiyaya gətirib çıxara bilər. Buna baxmayaraq, qlibenklamid üçün müşahidə olunan farmakokinetik dəyişikliklər farmakodinamik parametrlərin (qanda qlükozanın səviyyəsi, insulinin səviyyəsi) dəyişməsinə gətirməmişdir. Bu səbəbdən, moksifloksasin və qlibenklamid arasında klinik dəyərli qarşılıqlı təsirlər müşahidə olunmamışdır. BNN dəyişməsi Antibakterial preparatlar, xüsusən flüorxinolonlar, makrolidlər, tetrasiklinlər, ko-trimoksazol və bəzi sefalosporinlər qəbul etmiş pasiyentlərdə peroral antikoaqulyant aktivliyin artması hadisələri barədə çoxsaylı məlumatlar verilmişdir. İnfeksion-iltihabi vəziyyətlər, yaş və pasiyentin ümumi sağlamlıq vəziyyəti risk amilləri hesab olunur. Bu şərtlərlə əlaqədar BNN pozulmasının hansı səbəbdən – infeksiya və ya müalicə səbəbindən yaranmasını qiymətləndirmək çətindir. Ehtiyat tədbiri kimi BNN daha tez-tez yoxlanması ola bilər. Ehtiyac olduqda peroral antikoaqulyantların dozalanmasını lazımi şəkildə korreksiya etmək lazımdır. Klinik tədqiqatlarda moksifloksasinin ranitidin, probenesid, peroral kontraseptivlər, kalsium əlavələri, parenteral istifadə olunan morfinlə, teofillinlə, siklosporin və ya itrakonazol ilə eyni vaxtda istifadəsindən sonra qarşılıqlı təsirin olması aşkar olunmamışdır. Sitoxrom P450 fermentinin in vitro tədqiqatı insanda yuxarıda qeyd olunanı təsdiq etməmişdir. Bu nəticələr nəzərə alınmaqla sitoxrom P450 fermenti vasitəsilə metabolik qarşılıqlı təsir az ehtimal olunur. Qida ilə qarşılıqlı təsiri Moksifloksasin qida ilə, həmçinin süd məhsulları ilə klinik dəyərli qarşılıqlı təsirə girmir.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik İnsanda hamiləlik zamanı moksifloksasin istifadəsinin təhlükəsizliyi qiymətləndirilməyib. Heyvanlar üzərində aparılan tədqiqatlar reproduktiv toksikliyi nümayiş etdirmişdir. İnsan üçün potensial riski məlum deyildir. Eksperimentlərdə qeyd olunan, cavan heyvanların böyümə dövründə flüorxinolonlar tərəfindən oynaq qığırdaqlarının zədələnməsi riski, və bəzi flüorxinolonları qəbul edən uşaqlarda təsvir olunan oynaqların geridönən zədələnməsi hadisələri ilə əlaqədar, moksifloksasin hamilə qadınlar tərəfindən qəbul edilməməlidir. Laktasiya Qadınlarda laktasiya və ana südü ilə qidalandırma dövründə istifadəsinə dair məlumatlar yoxdur. Klinikayaqədərki məlumatlar göstərir ki, moksifloksasinin az miqdarı ana südünə ifraz olunur. Qadınlarda istifadəsinə aid məlumatların olmaması ilə əlaqədar və eksperimentlərdə cavan heyvanların böyümə dövründə flüorxinolonlar tərəfindən oynaq qığırdaqlarının zədələnməsi riski ilə əlaqədar, moksifloksasin ilə terapiya zamanı ana südü ilə qidalandırma əks göstərişdir. Fertillik Heyvanlar üzərində aparılan tədqiqatlarda fertilliyin pozulması qeyd olunmamışdır.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Moksifloksasinin nəqliyyat vasitəsi və mexanizmləri idarəetmə qabiliyyətinə təsirini öyrənən tədqiqatlar aparılmayıb. Lakin flüorxinolonlar, o cümlədən moksifloksasin MSS tərəfindən reaksiyaların olması (məsələn, başgicəllənmə, kəskin keçici huşun itirilməsi) və ya kəskin qısamüddətli huşun itməsi (bayılma) səbəbindən nəqliyyat vasitəsi və ya mexanizmləri idarəetmə qabiliyyətinin pozulmasına gətirib çıxara bilər. Pasiyentlərə məsləhət görmək lazımdır ki, nəqliyyat vasitəsi və ya mexanizmləri idarə etmədən öncə moksifloksasinə qarşı reaksiyanın olmasını müşahidə etsinlər.

İstifadə qaydası və dozası

Preparat daxilə qəbul olunur. Tableti bütöv şəkildə, kifayət miqdarda maye ilə, qida qəbulundan asılı olmayaraq udmaq lazımdır. Dozalanma (böyüklər) Tövsiyə edilən doza – gündə 1 dəfə 1 tablet. Böyrəklərin/qaraciyərin funksiyasının pozulması Yüngül və ya ağır dərəcəli böyrəklərin funksiyasının pozulması olan pasiyentlər üçün və ya davamlı dializdə, yəni hemodializdə və fasiləsiz ambulator peritoneal dializdə olan pasiyentlər üçün dozada düzəlişlərin edilməsi tələb olunmur. Qaraciyər funksiyasının pozulmaları olan pasiyentlərdə istifadəsinə dair kifayət qədər məlumat yoxdur. Digər xüsusi qruplar Yaşlı pasiyentlər və bədən kütləsi az olan pasiyentlər üçün dozada düzəlişlərin edilməsi tələb olunmur. Uşaqlar Moksifloksasin uşaqlara və yeniyetmələrə (<18 yaş) əks göstərişdir. Uşaqlarda və yeniyetmələrdə moksifloksasinin effektivliyi və təhlükəsizliyi müəyyən olunmayıb. İstifadə müddəti Müalicənin məsləhət görülən davametmə müddəti aşağıda qeyd olunmuşdur: – xroniki bronxitin kəskinləşməsi – 5-10 gün; – xəstəxanaxaric pnevmoniya – 10 gün; – kəskin bakterial sinusit – 7 gün; – yüngül və ya orta ağırlıq dərəcəli kiçik çanaq orqanların iltihabi xəstəliyi – 14 gün. Moksifloksasin 14 günə qədər davam edən müalicənin aparıldığı klinik tədqiqatlarda öyrənilmişdir. Pilləli terapiya (venadaxili istifadə, daha sonra peroral qəbulu) Pilləli terapiya ilə aparılan klinik tədqiqatlarda əksər pasiyentlər 4 gün (xəstəxanaxaric pnevmoniya) və ya 6 gün (dəri və yumşaq toxumaların ağırlaşmış infeksiyaları) ərzində venadaxili müalicədən peroral müalicəyə keçirilmişdir. Venadaxili və peroral müalicənin tövsiyə olunan ümumi davametmə müddəti xəstəxanaxaric pnevmoniya zamanı 7-14 gün və dəri və yumşaq toxumaların ağırlaşmış infeksiyaları zamanı 7-21 gün təşkil edir. Hər bir göstəriş üzrə tövsiyə edilən dozalanma (400 mq gündə 1 dəfə) və müalicənin davametmə müddətini aşmaq olmaz.

Əlavə təsirləri

Bütün əlavə təsirlər 3%-dən aşağı tezliklə rast gəlmişdir, ürəkbulanma və diareya istisna olmaqla. Əlavə təsirlərin tezlik parametrləri aşağıdakı kimi müəyyən olunmuşdur: çox tez-tez (≥1/10); tez-tez (≥1/100, lakin <1/10); bəzən (≥1/1000, lakin <1/100); nadir (≥1/10000, lakin <1/1000); çox nadir (<1/10000); tezliyi məlum deyil (əldə olan məlumatlar əsasında qiymətləndirmək mümkün olmur). Hər bir tezlik qrupunda əlavə təsirlər ağırlığın azalması sırası ilə sadalanmışdır. İnfeksion və parazitar xəstəliklər: tez-tez – rezistent bakteriyalar və ya göbələklər tərəfindən törədilmiş superinfeksiyalar, məsələn, ağız boşluğunun kandidozu və vaginal kandidoz. Qan və limfatik sistemə: bəzən – anemiya, leykopeniya(-lar), neytropeniya, trombositopeniya, trombositemiya, eozinofiliya, protrombin vaxtının artması/beynəlxalq normallaşdırma nisbətinin (BNN) artması; çox nadir – protrombin səviyyəsinin artması/BNN azalması, aqranulositoz. İmmun sistemə: bəzən – allergik reaksiya; nadir – anafilaksiya, potensial həyati təhlükəli şok, allergik ödem/angionevrotik ödem (həmçinin potensial həyati təhlükəli qırtlaq ödemi). Maddələr mübadiləsinə və qidalanmaya: bəzən – hiperlipidemiya; nadir – hiperqlikemiya, hiperurikemiya; çox nadir – hipoqlikemiya. Psixi pozulmalar: bəzən – həyəcanlı reaksiyalar, psixomotor hiperaktivlik/oyanıqlıq; nadir – emosional labillik, depressiya (çox nadir hallarda potensial suisid fikirlər və ya cəhdlər kimi özünəqəsd meyilli davranışla təzahür edən), hallüsinasiyalar; çox nadir – depersonalizasiya, psixotik reaksiyalar (potensial suisid fikirlər və ya cəhdlər kimi özünəqəsd meyilli davranışla təzahür edən). Sinir sisteminə: tez-tez – baş ağrısı, başgicəllənmə; bəzən – paresteziya və dizesteziya, dadbilmənin pozulması (çox nadir hallarda agevziya daxil olmaqla), huşun dolaşması və dezoriyentasiya, yuxunun pozulması (əsasən yuxusuzluq), tremor, vertiqo, yuxululuq; nadir- hipesteziya, iybilmənin pozulması (anosmiya daxil olmaqla), anomal yuxugörmələr, koordinasiyanın pozulması (yerişin pozulması daxil olmaqla, xüsusən başhərlənmə və ya vertiqonun yaratdığı), qıcolmalar, “grand mal” tutmaları daxil olmaqla, diqqətin pozulması, nitqin pozulması, amneziya, periferik neyropatiya və polineyropatiya; çox nadir – hiperesteziya. Görmə orqanına: bəzən – görmənin pozulmaları, diplopiya və görmənin dumanlanması daxil olmaqla (xüsusən MSS reaksiyaları ilə əlaqəli); nadir – fotofobiya; çox nadir – görmənin tranzitor itirilməsi (xüsusən MSS reaksiyaları ilə əlaqəli), uveit və qüzehli qişanın ikitərəfli rəngsizləşməsi. Eşitməyə və müvazinət orqanına: nadir – qulaqlarda cingilti, eşitmənin pozulması, karlıq daxil olmaqla (adətən geridönən). Ürəyə: tez-tez – hipokaliemiyası olan pasiyentlərdə QT intervalının uzanması; bəzən- QT intervalının uzanması, ürəkdöyüntü hissi, taxikardiya, qulaqcıqların fibrilyasiyası, stenokardiya; nadir- mədəcik taxiaritmiyaları, bayılma (yəni huşun qəfil və qısamüddətli itirilməsi); çox nadir- qeyri-spesifik aritmiyalar, “piruet” tipli mədəcik taxikardiyası, ürəyin dayanması. Damarlara: bəzən – vazodilatasiya; nadir – hipertenziya, hipotenziya; çox nadir – vaskulit. Tənəffüs sistemi, döş qəfəsi və divararalığı orqanları tərəfindən: bəzən – təngnəfəslik (astmatik vəziyyətlər daxil olmaqla). Mədə-bağırsaq sisteminə: tez-tez – ürəkbulanma, qusma, mədə-bağırsaq ağrıları və qarında ağrı, diareya; bəzən – iştahanın azalması və qəbul edilən qidanın miqdarının azalması, qəbizlik, dispepsiya, meteorizm, qastrit, milaza səviyyəsinin yüksəlməsi; nadir – disfagiya, stomatit, antibiotik-assosiasiyalı kolit (psevdomembranoz kolit daxil olmaqla, çox nadir hallarda həyati təhlükəli ağırlaşmalara gətirib çıxaran). Qaraciyərə və ödçıxarıcı yollara: tez-tez – transaminazların səviyyəsinin yüksəlməsi; bəzən- qaraciyər funksiyasının pozulmaları (laktatdehidrogenaza səviyyəsinin artması daxil olmaqla), bilirubin səviyyəsinin artması, qamma-qlütamiltransferaza aktivliyinin artması, qanda qələvi fosfataza aktivliyinin yüksəlməsi; nadir- sarılıq, hepatit (əsasən xolestatik); çox nadir- fulminant hepatit, bu isə həyati təhlükəli qaraciyər çatışmazlığına gətirib çıxara bilər (o cümlədən letal nəticələnə bilər). Dəriyə və dərialtı toxumalara: bəzən – qaşınma, səpgi, övrə, dəri quruluğu; çox nadir- bullyoz dəri reaksiyaları, Stivens-Conson sindromu və ya toksik epidermal nekroliz kimi (həyat üçün potensial təhlükəli). Skelet-əzələ sisteminə və birləşdirici toxumaya: bəzən – artralgiya, mialgiya; nadir- tendinit, əzələ spazmları və əzələ qıcolmaları, əzələ zəifliyi; çox nadir- vətərin qırılması, artrit, əzələ rigidliyi, miasteniya qravis simptomlarının güclənməsi. Böyrəklərə və sidikçıxarıcı yollara: bəzən- susuzlaşma; nadir- böyrəklərin funksiyasının pozulması (qanda sidik cövhəri azotunun və kreatininin yüksəlməsi daxil olmaqla), böyrək çatışmazlığı. Ümumi pozulmalar və yeridilmə yerində dəyişiklik: bəzən- pis əhval-ruhiyyə (əsasən asteniya və ya yorğunluq), ağrılı vəziyyətlər (o cümlədən beldə, sinədə, çanaq nahiyyəsində və ətraflarda ağrı), tərləmə; nadir- ödemlər. Digər flüorxinolonlar ilə müalicədən sonra çox nadir hallarda aşağıdakı əlavə təsirlərin yaranması barədə məlumat verilmişdir; bu təsirlər həmçinin moksifloksasin ilə müalicə zamanı da baş verə bilər: kəllədaxili təzyiqin yüksəlməsi (o cümlədən baş beynin psevdoşişi), hipernatriemiya, hiperkalsiemiya, hemolitik anemiya, rabdomioliz, fotohəssaslıq reaksiyaları. Şübhəli əlavə təsirlər barədə məlumatın verilməsi Dərman vasitəsinin qeydiyyatından sonra şübhəli əlavə təsirlər barədə məlumatın verilməsi çox vacibdir. Pasiyentdə dərman vasitəsinə qarşı ciddi əlavə təsir aşkar olunduqda və ya bu bənddə təsvir olunmayan yeni əlavə təsir yarandıqda, Milli farmakonəzarət sisteminə uyğun olaraq məlumatın çatdırılması xahiş olunur.

Doza həddinin aşılması

Təsadüfən doza həddinin aşılması zamanı xüsusi müalicə tədbirləri tələb olunmur. Doza həddinin aşılması zamanı simptomatik müalicə aparmaq lazımdır. QT intervalının uzanması ehtimalı olduğu üçün EKQ nəzarəti aparılmalıdır. Eyni vaxtda aktivləşdirilmiş kömür və 400 mq dozada moksifloksasinin daxilə qəbulu zamanı preparatın sistem biomənimsənilməsi 80%-dən çox azalır. Absorbsiyanın başlanğıc mərhələlərində aktivləşdirilmiş kömürün istifadəsi peroral doza həddinin aşılması zamanı moksifloksasinin sistem təsirinin həddən artıq artmasının qarşısının alınması üçün faydalı ola bilər.

Buraxılış forması

Örtüklü tabletlər. 10 tablet, blisterdə. 1 blister, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır..

Saxlanma şəraiti

25°C-dən yüksək olmayan temperaturda, quru və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

Yararlılıq müddəti

3 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti

Resept əsasında buraxılır.

İstehsalçı

Pharmathen S.A., Greece. Dervenakion str.6, 15351 – Pallini Attiki, Greece.

Qeydiyyat vəsiqəsinin sahibi

Azerimed CJSC, Azerbaijan Republic. Narimanov district, Asif Mammadov 30, Az1033.

Müştəri rəyləri

Bu məhsul üçün rəy yoxdur.

“Moksiflam 400 mq N10 tablet” üçün ilk rəyi siz yazın.

Oxşar məhsullar