Parlazin 10 mq N30 tablet
| Təsiredici maddə | CETIRIZINE |
|---|---|
| Dərman forması | Tablet |
| Farmakoloji təsir | Sistem istifadə üçün antihistaminlər. Piperazin törəmələri. Setirizin |
| İstehsal ölkəsi | Macarıstan |
Onlayn sifariş zamanı 5% endirim.
Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin
Endirim_5
6,54 ₼
Stokda yoxdur
Stokda yoxdur
-
Filialdan götürmək
Bu gün götürmək
Ödənişsiz
-
Kuryerlə çatdırılma
Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.
Ödənişli
-
Ekspress çatdırılma
Sürətli çatdırılma
Ödənişli
Ödəniş üsulları:
Məhsulun təsviri
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
Dərman vasitəsini istifadə etməzdən əvvəl içlik vərəqəsini diqqətlə oxuyun, belə ki, burada Sizə lazım olan məlumatlar vardır. Preparatı təlimata uyğun və ya həkim və ya əczaçı tərəfindən müəyyən edilmiş qaydada qəbul etmək lazımdır. – İçlik vərəqəsini saxlayın. Çünki onu yenidən oxumaq lazım gələ bilər; – əgər Sizə əlavə məlumat lazım olarsa, həkimə və ya əczaşıya müraciət edin; – əgər Sizdə hər hansı əlavə təsir yaranarsa və ya içlik vərəqədə göstərilməyən əlavə təsirlər müşahidə etsəniz həkimə və ya əczaçıya müraciət edin. Preparatın 3 gün istifadə etdikdən sonra xəstəliyin simptomları yaxşılaşmazsa və ya pisləşərsə, həkimə müraciət edin; PARLAZİN 10 mq örtüklü tabletlər Beynəlxalq patentləşdirilməmiş adı: Setirizin
Tərkibi
Təsiredici maddə: 1 tabletin tərkibində 10 mq setirizin dihidroxlorid vardır. Köməkçi maddələr: kolloidal susuz silisium dioksid, maqnezium stearat, laktoza monohidrat, mikrokristallik sellüloza, hipromelloza 2910, titan dioksid, makroqol 400, sarı sanset C.I.15985 rəngləyicisi.
Təsviri
Hər iki tərəfi qabarıq, uzunsov, iti tərəfli, bir tərəfində xətt, digər tərəfində E 511 oyması olan, iysiz, aşıq narıncı rəngli örtüklü tabletlərdir. Xəttin köməkliyilə tableti iki bərabər hissəyə bölmək mümkündür.
Farmakoterapevtik qrupu
Sistem istifadə üçün antihistaminlər. Piperazin törəmələri. Setirizin. ATC kodu: R06AE07.
İstifadəsinə göstərişlər
Setirizin hidroxlorid Parlazin preparatının təsiredici maddəsi olub, allergiyaəleyhinə təsirə malikdir. Parlazin preparatı böyüklərdə və 6 yaşdan yuxarı uşaqlarda aşağıda sadalanan allergik xəstəliklərin müalicəsində istifadə edilir: – mövsümi allergiya və daimi pollinoz zamanı gözsulanma və zökəmin simptomları; – qaşınma; – xroniki övrə simptomları (xroniki idiopatik övrə). Pasiyentin vəziyyəti yaxşılaşmazsa və ya pisləşərsə, həkimə müraciət etmək lazımdır.
Əks göstərişlər
– Preparatın istənilən komponentinə və dihiropiridin törəmələrinə qarşı yüksək həssaslıq; – ağır böyrək xəstəliyi (kreatininin klirensi 10 ml/dəqiqədən az olan ağır böyrək çatışmazlığı); – bəzi şəkər növlərinin keçirməzliyi kimi nadir irsi posulmadan əziyyət çəkən pasiyentlər (qalaktoza keçirməzliyi, laktoza keçirməzliyi və ya qlükoza-qalaktoza sorulmasının pozulması).
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Parlazin preparatını qəbul etməzdən əvvəl həkim və ya əczaçı ilə məsləhətləşmək lazımdır. Aşağıda sadalanan hallardan hər hansı biri olarsa, həkimə müraciət etmək lazımdır: – böyrək xəstəlikləri; – sidiyin ləngiməsi (məsələn, onurğa beyni, sidik kisəsi və ya prostatın böyüməsi ilə əlaqədar xəstəliklərlə bağlı); – epilepsiya və ya yüksək qıcolma riskinin inkişafı; setirizinin məsləhət görülən dozaları ilə alkoqol (alkoqolun qanda səviyyəsi 0,5% olduqda, bu, 1 stakan çaxıra müvafiqdir) arasında qarşılıqlı təsir müşahidə edilməmişdir. Buna baxmayaraq, digər antihistamin preparatlarda olduğu kimi, Parlazin preparatının qəbulu zamanı alkoqol istifadə etmək məsləhət görülmür; – digər antihistamin preparatların qəbul edilməsində olduğu kimi, preparatın qəbulunu, yalançı mənfi nəticə almamaq məqsədilə nəzərdə tutulan allergik sınaqdan ən azı 3 gün əvvəl dayandırmaq lazımdır. Parlazin preparatının tərkibində köməkçi maddə olan laktoza vardır. Pasiyentdə və ya uşağında bəzi şəkərlərə (laktoza, qalaktoza) qarşı dözümsüzlük olduqda, Parlazin preparatını qəbul etməzdən əvvəl həkimə müraciət etmək lazımdır. Preparatın tərkibində köməkçi maddə qismində istifadə edilən sarı sanset rəngləyicisi allergik reaksiyalar yarada bilər.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Pasiyent preparatı qəbul etməzdən əvvəl hazırda, əvvəl qəbul etdiyi və ya qəbul edəcəyi dərman vasitələri barədə həkimə və ya əczaçıya məlumat verməlidir. Setirizinin dərman profili əsasında digər dərman vasitələri ilə qarşılıqlı təsir gözlənilmir.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Hamiləlik Hamiləlik, laktasiya dövrü, hamiləliyin ehtimal olunması və ya hamiləliyin planlaşdırılması dövründə preparatın qəbulu haqqında həkimə məlumat vermək lazımdır. Digər antihistamin preparatlarda olduğu kimi, Parlazin preparatını hamiləlik dövründə istifadə etmək məsləhət görülmür. Hamiləlik zamanı preparatın təsadüfən qəbulu, dölə mənfi təsir göstərmir, bu dövrdə preparatın qəbulu, yalnız son dərəcə vacib olduqda və həkim məsləhəti ilə qəbul edilir. Laktasiya Setirizin ana südünə nüfuz edir. Bu səbəbdən laktasiya dövründə prepartdan istifadə etmək olmaz (yalnız həkim məsləhəti istisna olmaqla). Hamiləlik və ya laktasiya dövründə və ya hamiləliyin planlaşdırılması zamanı istənilən preparatın qəbulundan əvvəl həkimlə məsləhətləşmək lazımdır. Pediatriyada istifadəsi Parlazin preparatı 6 yaşdan yuxarı uşaqlarda istifadə üçün nəzərdə tutulub. 2-6 yaşlı uşaqlara preparatın damcı forması təyin edilir. 2 yaşa qədər uşaqlarda preparatın effektivliyi və təhlükəsizliyi müəyyən edilmədiyi üçün bu qrup pasiyentlərə preparatı təyin etmək olmaz. Nəqliyyat vasitəsini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri Klimik tədqiqatlar zamanı preparatın məsləhət görülən dozalarının qəbulu zamanı diqqət konsentrasiyasına, ayıqlığa və ya nəqliyyat idarə etmək qabiliyyətinə mənfi təsir aşkar edilməmişdir. Əgər pasiyent avtomobil idarə etməyi və tam diqqət konsentrasiyası tələb edən digər potensial təhlükəli mexanizmlər idarə etməyi planlaşdırırsa, məsləhət görülən dozanı aşmamalıdır. Xəstə preparata qarşı reaksiyasını müşahidə etməlidir. Pasiyent preparata qarşı həssas olarsa, onda o, eyni vaxtda alkoqol və ya sinir sisteminin aktivliyini zəiflədən digər preparatların diqqətə və reaksiya qabiliyyətinə əlavə təsirlərini hiss edəcəkdir.
İstifadə qaydası və dozası
Parlazin preparatını təlimata uyğun və ya ciddi şəkildə həkim və ya əczaçının təyinatı ilə qəbul etmək lazımdır. Preparatın qəbulu ilə bağlı şübhə olduqda həkimə və ya əczaçıya müraciət etmək lazımdır. Dozalanma rejimi Böyüklər Gündə 1 dəfə 10 mq təyin edilir. Uşaqlar və yeniyetmələr Uşaqlara və 12 yaşdan yuxarı yeniyetmələrə gündə 1 dəfə 10 mq təyin edilir. 6-12 yaşlı uşaqlar Gündə 2 dəfə 0,5 mq (tabletin yarısı) təyin edilir. 2-6 yaşlı uşaqlar Bu qrup pasiyentlərə preparatın damcı forması təyin edilir. Orta və ağır böyrək çatışmazlığı olan pasiyentlər Bu qrup pasiyentlər preparatı qəbul etməzdən həkimlə məsləhətləşməlidirlər, belə ki, dozanı həkim müəyyən etməlidir. Uzunmüddətli müalicə Müalicənin müddəti pasiyentin şikayətlərinin tipindən, sürəkliyindən və xarakterindən asılı olaraq, həkim tərəfindən müəyyən edilir. Preparatın qəbulu unudulduğu halda, ötürülmüş dozanı imkan daxilində tez qəbul etmək lazımdır. Əgər növbəti qəbulun vaxtı çatmışdırsa, ötürülmüş dozanı qəbul etmək olmaz, adi qaydada bir doza qəbul edilməlidir. Ötürülən dozanı kompensasiya etmək məqsədilə ikiqat doza qəbul etmək olmaz. Çünki bu üsulla kompensasiya əldə edilmir, əksinə, doza həddinin aşılması baş verə bilər. Preparatın qəbulu dayandırıldıqda, sonrakı müalicə barədə həkimlə məsləhətləşmək lazımdır. İstifadə qaydası Tabletlər yemək vaxtı, çeynəmədən, kifayət qədər su ilə daxilə qəbul edilir. Preparatın qəbulu ilə bağlı əlavə suallar meydana çıxdığı zaman həkimə və ya əczaçıya müraciət etmək lazımdır. Qida qəbulu setirizinin sorulmasına əhəmiyyətli dərəcədə təsir etmir. Setirizinin alkoqol ilə eyni vaxtda istifadəsi zamanı qarşılıqlı təsir müşahidə edilməmişdir (alkoqolun qanda səviyyəsi 0,5% olduqda, bu, 1 stakan çaxıra müvafiqdir).Buna baxmayaraq, digər antihistamin preparatlarda olduğu kimi, Parlazin preparatının qəbulu zamanı alkoqol istifadə etməkdən çəkinmək lazımdır.
Əlavə təsirləri
Bütün digər dərman vasitələrində olduğu kimi Alotendin preparatının da qəbulu zamanı əlavə təsirlər yarana bilər, lakin bu reaksiyalar bütün xəstələrdə təzahür etmir. Aşağıda sadalanan istənilən əlavə təsirlərin yarandığı halda, preparatın qəbulunu dayandırmaq və həkimə müraciət etmək lazımdır: – sifətin və ya boğazın ödeminə səbəb olan ağır allergik reaksiya (angionevrotik ödem); – bütün orqanizm tərəfindən baş verən ağır reaksiya (anafilaktik şok); – özünəqəsd fikirləri (özünəqəsdə yönələn fikirlər və ya özünəqəsdlə əlaqədar olan təkrar fikirlərinin qayıtması); – yaddaşın itməsi (amneziya), yaddaşın pozulması; – sidik kisəsini boşaltmamaq qabiliyyəti (sidiyin ləngiməsi); – ürəkgetmə; – qıcolma tutması. Tez-tez baş verən əlavə təsirlər (100 pasiyentdən 1-10-da): – yuxululuq; – başgicəllənmə, başağrısı; – zökəm, faringit (boğazın iltihabı); – ishal (uşaqlarda), ürəkbulanma, ağızda quruluq; – yorğunluq. Bəzən baş verən əlavə təsirlər (1000 pasiyentdən 1-10-da): – oyanıqlıq; – paresteziya (dəridə anormal hissiyyat); – qarın nahiyəsində ağrı, ishal; – qaşınma, dəridə səpgi; – asteniya (zəiflik), ümumi yorğunluq hissiyyatı. Nadir hallarda baş verən əlavə təsirlər (10000 pasiyentdən 1-10-da): – allergik reaksiyalar; – depresiya, halüsinasiya, aqresivlik, şüurun dumanlanması, yuxusuzluq; – qıcolma tutmaları; – taxikardiya 9ürək yığılmalarının tezliyinin artması); – qaraciyər funksiyasının dəyişməsi; – övrə; – ödem; – bədən kütləsinin artması. Çox nadir hallarda baş verən əlavə təsirlər (10000 pasiyentdən 1-də): – trombositopeniya (qan lövhəciklərinin miqdarının azalması); – sifətin və ya boğazın şişkinliyinə səbəb olan ağır allergik reaksiya (angionevrotik ödem), bütün orqanizm tərəfindən baş verən ağır reaksiya (anafilaktik şok), fiksasiyaolunmuş toksidermiya (dəridə eyni yerdə yaranan səpgi); – tik (qəfləti, anormal, təkrar əzələ dartılması), əsmə; – ürəkgetmə; – dadbilmə qavramasının pozulması; – dumanlı görmə, akkomodasiyanın pozulması (gözün təsvirin fokusunu tutmaq qabiliyyəti), okulogir simptomlar (gözün qeyri-iradi, dairəvi hərəkəti); – sidikburaxmanın pozulması (gecə sidiksaxlamamazlığı, ağrılı və ya çətin sidikburaxma). Müəyyən edilməmiş tezlik (əldə olan məlumatlara görə tezliyi müəyyən etmək mümkün deyil): – iştahanın artması; – suisidal fikirlər (özünəqəsd fikirləri və ya bununla əlaqədar olan təkrar fikirlərinin qayıtması); – yaddaşın itməsi, yaddaşın pozulmaı; – vertiqo (fırlanma hissiyyatı ilə müşayiət olunan başgicəllənmə); – sidiyin ləngiməsi (sidik kisəsini tam boşaltmağın mümkünsüzlüyü). Əlavə təsirlər haqqında məlumatın verilməsi Preparatın qəbulu zamanı yuxarıda sadalanan, o cümlədən qeyd olunmayan hər hansı əlavə təsir yaranarsa, bu haqda həkimə və ya əczaçıya müraciət etmək lazımdır. Əlavə təsirlər haqqında məlumatın verilməsi preparatın təhlükəsizliyi barədə daha çox informasiyanın əldə olunmasına kömək edir.
Doza həddinin aşılması
Preparatı məsləhət görülən dozadan artıq qəbul etdikdə həkimə müraciət etmək lazımdır. Həkim lazımi tədbirlərin (lazım olduqda) görülməsi barədə qərar verməlidir. Doza həddinin aşılması zamanı yüksək intensivliklə aşağıdakı arzuolunmayan effektlər yarana bilər. Şüurun dumanlanması, ishal, başgicəllənmə, yorğunluq, başağrısı, süstlük hissiyyatı, bəbəyin genəlməsi, qaşınma, narahatlıq, sedasiya, yuxululuq, stupor, ürək ritminin anormal artması, tremor (əsmə), sərbəst sidikburaxmanın ləngiməsi.
Buraxılış forması
10 tablet, blisterdə. 1 və ya 3 blister, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
25С temperaturdan yüksək olmayan və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır. Preparatın korlanması aşkar edildikdə istifadə etmək olmaz. Dərman vasitələrini məişət tullatılarına və ya çirkab sularının içərisinə atmaq olmaz. İstifadə olunmayan preparatın qalıqlarından kənarlaşmaq istədikdə əczaçı ilə məsləhətləşmək lazımdır. Bu tədbirlər ətraf mühitin çirklənməsinin qarşısını ala bilər.
Yararlılıq müddəti
Yararlılıq müddəti qutunun üzərində göstərilmişdir. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz. Qutunun üzərində göstərilən ayın son günü yararlılıq müddətinin bitməsini göstərir.
Aptekdən buraxılma şərti
Reseptsiz buraxılır.
İstehsalçı
“EGİS Əczaçılıq zavodu” QSC. Ünvan “EGİS Əczaçılıq zavodu” QSC. 1165 Budapeşt, Bökenföldi k., 118-120, Macarıstan.
Ən Son Məqalələr
Reseptlə satılır
Müştəri rəyləri
Rəy yazmaq üçün hesabınıza daxil olun.

Rəylər
Filtrləri təmizləBu məhsul üçün rəy yoxdur.