ZINCOVEF 50 MG N40 KAPSUL
| Dərman forması | Kapsul |
|---|---|
| Farmakoloji təsir | Mineral əlavələr |
| İstehsal ölkəsi | Türkiyə |
Onlayn sifariş zamanı 5% endirim.
Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin
Endirim_5
6,10 ₼
Stokda var
Stokda var
-
Filialdan götürmək
Bu gün götürmək
Ödənişsiz
-
Kuryerlə çatdırılma
Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.
Ödənişli
-
Ekspress çatdırılma
Sürətli çatdırılma
Ödənişli
Ödəniş üsulları:
Məhsulun təsviri
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
ZİNKOVEF 50 mq kapsullar Beynəlxalq patentləşdirilməmiş adı: Zinc sulfate monohydrate
Tərkibi
Təsiredici maddə: 1 kapsulda 50 mq sinkə ekvivalent olan 137,24 mq sink sulfat monohidrat vardır. Köməkçi maddələr: laktoza monohidrat (inək südündən əldə edilir), prejelatinləşdirilmiş nişasta, mikrokristallik sellüloza tip 102, talk, maqnezium stearat, sərt Örtük: jelatin (iri buynuzlu mal-qaradan əldə edilir), azorubin-karmoizin (E122), qırmızı dəmir oksidi, titan dioksidi, sarı dəmir oksidi.
Təsviri
Qırmızı rəngli bərk jelatin kapsullardır.
Farmakoterapevtik qrupu
Mineral əlavələr. ATC kodu: A12CB01.
Farmakoloji xüsusiyyətləri
Sink gündəlik 1 kq bədən çəkisi/0,3 mq miqdarda tələb olunan zəruri bir mikroelementdir. Sink orqanizmə qida ilə birlikdə daxil olur. Əsas mənbələr heyvan zülalları (qaraciyər, ət, balıq, yumurta, pendir, süd), həmçinin kahı, göbələk və dəniz məhsullarıdır. Bir litr süddə 2-3 mq sink vardır. Sink, karbohidrazların (ağ ciyərlərdə karbon qazının ayrılmasını sürətləndirir), müxtəlif dehidronazların, fosfatazların, zülal mübadiləsində iştirak edən proetazların və peptiazların, nuklein mübadiləsi fermentlərinin (RNT və DNT-polimerazlarının) kimi insan bədənindəki 200-dən çox müxtəlif fermentin düzgün işləməsi üçün lazım olan bir mineraldır. Sink DNT-nin uyğun sahələri üzərində məlumat RNT-si molekulunun sintezində (transkripsiya, ribosomların və biopolimerlərin (RNT, DNT, bəzi zülallar) stabilləşməsində əsaslı rol oynayır. Bundan əlavə, sink hüceyrə böyüməsi və bölünməsi, cinsi yetkinlik və çoxalma, yaraların sağalması, dad və qoxu hissləri kimi fizioloji funksiyaların həyata keçirilməsi üçün lazımdır. Sink toksikliyi Maddələr mübadiləsində sink vacibdir. Normadan artıq qəbul edildikdə isə toksik təsirlər göstərə bilər. Kəskin toksiklik: gündəlik dozadan qat-qat artıq qəbul edildikdə müşahidə edilir. Böyüklər 1-2 q (8-16 kapsul), qəbul edildikdə sink toksikliyi, 3-5 q (24-40) qəbulu zanı isə ölüm halı baş verə bilər. Farmakokinetikası Sorulması Oral qəbulundan sonra zəruri bir mikroelement olan sinkin sorulması müəyyən mexanizm şəklində nazik bağırsaqda, aktiv şəkildə 60% onikibarmaq bağırsaqda, 30% ileumda və 10% jejunumda baş verir. Sinki hüceyrə və hüceyrə xaricinə daşıyan xüsusi zülallar vardır. Sink, selikli qişa hüceyrələrində zülallar tərəfindən dəmir kimi təcrid olunaraq selikli qişanın hüceyrə divarından qanda plazma proteini olan albuminə ötürülür. Qida şəklində qəbul olunan sink intraluminal olaraq entorositlər tərəfindən sovrulub qan dövranına keçir. Qida qəbulu, müəyyən hormonlar (qlükokortikoidlər, qlükaqon, adrenalin), stress, iltihabi xəstəliklər qanda sinkin səviyyəsinə təsir göstərir. Bəzi amin turşuları və peptidlər sinkin sorulmasını artırır, bəzi qidalar, kalsium, mis və enterositlər isə sinkin sorulmasını azaldır. Paylanması Qan zərdabında Sinkin normal miqdarı 0,7 – 1,5 q/ml hesab olunur. Bunun 84%-i albuminlə, 15%-i alfa 2-makroqlobulinə, 1%-i isə amin turşuları ilə sıx əlaqəlidir. 50 mq sink qəbul edən xəstənin qanda konsentrasiyası 2-3 saat ərzində təxminən 2,5 q/ml təşkil edir. Qanda sink 80% eritrositlərdə, 3% leykositlərdə, az miqdarda isə trombositlərdə karbon anhidraz fermentinin tərkibində olur. Qida qəbulu, müəyyən hormonlar (qlükokortikoidlər, qlükaqon, adrenalin), stress, iltihabi xəstəliklər plazmada sink səviyyəsinə təsir göstərir. Orqanizmdə sink çatışmazlığı fərqli şəkildə baş verir. Saç, dəri, ürək və skelet əzələlərində dəyişməz qalarkən, plazmada, qaraciyərdə, sümüklərdə və xayalarda sink səviyyəsi azalır. Biotransformasiyası Sink divalent bədəndə kation kimi mövcud olan bir metal elementdir. Bu səbəbdən o, maddələr mübadiləsinə məruz qalmır. Eliminasiyası Sink orqanizmdən sidik, nəcis ,vətər vasitəsilə xaric olunur. Qastrointestinal sistem vasitəsi ilə 2,5- 5,5 mg/gün, sidik vasitəsi ilə 300-700 mkq/gün təşkil edir. Preparatın plazmadan yarımxaricolma dövrü 3 saat təşkil.
İstifadəsinə göstərişlər
• Sink çatışmazlığının müalicəsi və ya qarşısının alınması zamanı,
Əks göstərişlər
• Sinkə və ya preparatın hər hansı bir komponentinə qarşı həssaslıq (allergiya). • 12 yaşdan kiçik uşaqlarda istifadəsi. • Orqanizmdə mis çatışmazlığı.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Sink misin absorbsiyasını inhibə edə bilər, odur ki, sinkdən uzun müddət ərzində istifadə olunduqda sinklə yanaşı misin səviyyəsi də yoxlanılmalıdır. Xəstələrin məlumatlanması məqsədilə Sink orqanizmin özünün yarada bilmədiyi və xarici mənbələrdən əldə etməli olduğu vacib elementdir. Sink bir çox biokatalizatorların (fermentlər) tərkib hissəsidir və ona görə də, əksər vacib metabolik proseslərdə mühüm rol oynayır. Sinkin orqanizmdəki təsiri müxtəlif və kompleks olduğuna görə sink çatışmazlığı simptomları da, həmçinin, yüksək şəkildə fərqlənir. Sink immun funksiyası üçün olduqca zəruri faktor olduğuna görə sink çatışmazlığı infeksiyalara yoluxma riskinin artmasına səbəb ola bilər. Bundan əlavə, sink çatışmazlığı yaranın sağalması prosesini yubada və bərpanın gecikməsinə səbəb ola bilər. Qidanın tərkibində sinkin miqdarının kifayət qədər olmaması, zəif qidalanma, balanslaşdırıl-mamış az miqdarda kalori və ya yeməkdən imtina halları sink çatışmazlığına gətirib çıxara bilər. Sink absorbsiyasının zəif olması və ya spirtli içki qəbulu, işlətmə dərmanları və ya digər dərmanlardan istifadə səbəbindən sink ifrazının artması da, həmçinin, sink çatışmazlığı ilə müşayiət oluna bilər. Yeməklərlə birlikdə qəbul edilə bilər, lakin kalsium, fosfor və ya ftalatla zəngin qidalardan çəkinmək lazımdır. Şiddətli ürəkbulanma, qusma və ya ağır həzm pozğunluğu; Yüngül travma və ya qanaxma olan xəstələrdə preparatın qəbulu dayandırılmalı və həkimə müraciət edilməlidir. ZINCOVEF, tərkibindəki azorubin-karmoisinin (E122) olması səbəbindən allergik reaksiyalara səbəb ola bilər. ZİNCOVEF tərkibində tərkibində qlükoza monohidrat olduğu üçün, onun irsi qalaktoza dözümsüzlüyü, laktaza çatışmazlığı və ya qlükoza-qalaktoza sorulmasının pozulması ilə pasiyentlərdə istifadəsi tövsiyə edilmir.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Reseptsiz əldə olunan dərmanlar da daxil olmaqla digər dərman vasitələrindən istifadə edirsinizsə və ya bu yaxınlarda istifadə etmisinizsə həkiminizi və ya əczaçını bu barədə məlumatlandırmağınız xahiş olunur. D-penisillamin, dimerkaptopropansulfon turşusu (DMPS), dimerkaptosuksinil turşusu (DMSA) və ya etilendiamintetrasirkə turşusu (EDTA) kimi agentlər sinkin absorbsiyasını azaldır və ya onun ifrazını çoxaldır. Preparat eyni zamanda fosfatlar və ya dəmir, mis və kalsium duzları qəbul olunduqda sinkin resorbsiyası azala bilər. Sink misin faydalılıq dərəcəsinə təsir edə bilər. Sinkin yüksək miqdarda olması dəmirin absorbsiya və saxlanma dərəcəsini azalda bilər. Sink tetrasiklinlər, ofloksasin və digər xinolonların (məsələn: norfloksasin, siprofloksasin) resorbsiyasını azaldır. Buna görə də, sink və yuxarıda qeyd olunan dərmanların qəbulu arasında minimum 3 saatlıq interval gözlənilməlidir. Trientin sinkin sorulmasını, sink də öz növbəsində trientinin sorulmasını azalda bilər. Xüsusi qrup xəstələrdə qarşılıqlı təsirləri haqqında əlavə məlumatlar: Xüsusi qrup xəstələrdə qarşılıqlı təsirlərinə dair tədqiqatları aparılmamışdır. Pediatrik qrup xəstlər: Pediatrik qrup xəstələrdə qarşılıqlı təsirinə dair tədqiqatları aparılmamışdır.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Hamiləlik kateqoriyası “C”-dir. Hamiləlik zamanı Zinkavefin istifadəsinin təhlükəsizliyi yoxlanılmamışdır. Müalicə zamanı hamiləlik bəlli olarsa, dərhal bu barədə həkimə məlumat verilməlidir! Laktasiya dövründə istifadəsi Sink plasentar baryeri keçə bilir, eləcə də ana südündə aşkarlanır. Hər hansı dərmanı qəbul/istifadə etməzdən öncə həkiminizlə və ya əczaçı ilə məsləhətləşin!
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
Bu dərmanın nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsir etməsi ilə bağlı heç bir hal qeydə alınmayıb.
İstifadə qaydası və dozası
Preparatı hər zaman bu təlimata müvafiq qaydada qəbul edin. Dərmanın qəbulu ilə bağlı tərəddüd yarandıqda təlimatı həkiminiz və ya əczaçı ilə birgə gözdən keçirin. Dərmanın qəbulu ilə bağlı göstərişlərə diqqətlə əməl edin, əks təqdirdə Zinkovef lazımi şəkildə təsir göstərməyə bilər. Həkiminiz fərgli bir şəkildə təyin etmədiyi təqdirdə preparatı aşağıdakı şəkildə qəbul edilir. Böyüklər – Sink çatışmazlığı: böyüklər üçün gündəlik doza gündə 1-3 kapsuldur. Uşaqlarda 12-18 yaş arası uşaqlarda tövsiyə olunan doza gündə 150 mq sinkdir. Çəkisi 50 kq-dan az olan uşaqlar üçün tövsiyə olunan doza gündə 75 mq sink təşkil edir. İstifadə olunacaq kapsulların miqdarı həkim tərəfindən müəyyən edilir. İstifadə qaydası Yalnız ağızdan (oral) qəbul edilir. Qida ilə qəbul edilə bilər. Xüsusi qrup xəstələr Böyrək və qaraciyər çatışmazlığı olan xəstələrdə istifadəsi: Böyrək və qaraciyər çatışmazlığı olan xəstələrdə ZİNKOVEF-in təhlükəsizliyi və effektivliyi öyrənilməmişdir. Pediatrik qrup 12 yaşdan kiçik uşaqlarda istifadəsi əks göstərişdir. 12-18 yaş arası uşaqlarda istifadə olunur. Geriatrik qrup Yaşlı xəstələrdə ZİNKOVEF-in təhlükəsizliyi və effektivliyi öyrənilməmişdir.
Əlavə təsirləri
Klinik sınaqlar zamanı müalicə ilə əlaqəli arzuolunmaz təsirlər rast gəlmə tezliyi aşağıdakı kimidir. çox tez-tez (≥1/10); tez-tez (≥1/100 – <1/10); bəzən (≥1/1000 – <1/100); nadir (≥1/10.000 – <1/1000); çox nadir (<1/10,000), məlum deyil (rast gəlmə tezliyi mövcud məlumatlar əsasında qiymətləndirilə bilməz). İmmun sistemi xəstəlikləri: Çox nadir: Allergik reaksiyalar Qan və limfa sisteminin pozğunluqları: Nadir hallarda: neytropeniya, leykopeniya Sinir sistemi xəstəlikləri: Nadir hallarda: başgicəllənmə Ürək xəstəlikləri: Çox nadir: hipotenziya, aritmiya, kalium çatışmazlığında elektrokardioqrafik dəyişikliklər. Mədə-bağırsaq xəstəlikləri: Nadir hallarda: ürəkbulanma, qusma, qarın ağrısı, həzm pozğunluğu, ishal, mədədə qıcıqlanma, qastrit. Qıcıqlanma, süstlük və baş ağrısı halları da müşahidə edilmişdir.
Doza həddinin aşılması
Doza həddi aşıldıqda ağızda metal dadının hiss olunması, ağzın və mədənin selikli qişalarının iltihabı, mədə xorasının yaranması, bəzən hətta perforasiyası, başağrısı və ya yorğunluq kimi simptomlar müşahidə oluna bilər. Lakin bunlar, adətən, dərmanın terapevtik dozadan dəfələrlə artıq miqdarda qəbul olunması zamanı baş verən hallardır və dərmanın qəbulu dayandırıldıqda bu simptomlar tezliklə aradan qalxır.
Buraxılış forması
10 kapsul, blisterdə. 3 və ya 4 blister, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır. Saxlama şəraiti 25°C-dən aşağı otaq temperaturunda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Yararlılıq müddəti
2 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz. Aptekdən buraxılış forması Resept əsasında buraxılır. İstehsalçı/Qeydiyyat vəsiqəsinin sahibi Vefa İlaç San. ve Tic. A.Ş., Turkey. Beylikdüzü OSB Mah. 2. Cadde №3/2 Beylikdüzü/Istanbul/ Turkey. Telefon: (0212) 438 70 85. Faks : (0212) 438 70 87.
Ən Son Məqalələr
Reseptlə satılır
Müştəri rəyləri
Rəy yazmaq üçün hesabınıza daxil olun.

Rəylər
Filtrləri təmizləBu məhsul üçün rəy yoxdur.