ZERKALIN 30 ML DAMCI
| Dərman forması | Damcı |
|---|---|
| Farmakoloji təsir | Antibiotik-linkozamid |
| İstehsal ölkəsi | Xorvatiya |
Onlayn sifariş zamanı 5% endirim.
Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin
Endirim_5
8,80 ₼
Stokda var
Stokda var
-
Filialdan götürmək
Bu gün götürmək
Ödənişsiz
-
Kuryerlə çatdırılma
Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.
Ödənişli
-
Ekspress çatdırılma
Sürətli çatdırılma
Ödənişli
Ödəniş üsulları:
Məhsulun təsviri
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
ZERKALİN 10 mq/ml xaricə istifadə üçün məhlul Beynəlxalq patentləşdirilməmiş adı: Clindamycyn
Tərkibi
Təsiredici maddə: 1 ml məhlulun tərkibində 11,5 mq susuz klindamisin hidroxloridə müvafiq klindamisin hidroxlorid (10 mq klindamisinə müvafiq gəlir) vardır. Köməkçi maddələr: etanol (96%-li etil spirti), propilenqlikol, təmizlənmiş su.
Təsviri
Xüsusi iyə malik rəngsiz şəffaf mayedir.
Farmakoterapevtik qrupu
Antibiotik-linkozamid. ATC kodu: D10AF01.
Farmakoloji xüsusiyyətləri
Farmakodinamikası Klindamisin- linkozamid antibiotik qrupuna aid olub bütün Propionibacterium acnes ştammlarına qarşı aktivdir, minimal inhibəedici konsentrasiyası (MİK) -0,4 mkq/ml təşkil edir. Ribosomun 50S-subvahidi ilə birləşərək mikrob hüceyrəsində zülalların sintezini ləngidir. Dəri üzərinə istifadə edildikdən sonra dəridəki sərbəst yağ turşularının miqdarı təqribən 14%- dən 2%-dək azalır. Farmakokinetikası Klindamisin sürətlə antibakterial aktivliyini göstərdiyi komedonlarda toplanır. Komedonların tərkibində antibiotiklərin orta konsentrasiyası məhlulun istifadəsindən sonra civzələrin törədicisi olan bütün Propionibacterium acnes ştammlarına –minimal inhibəedici konsentrasi- yanı artırır. Dəri üzərinə klindamisin hidroxlorid məhlulu istifadə edildikdən sonra qan plazmasında və sidikdə klindamisinin çox az konsentrasiyasına rast gəlinir.
İstifadəsinə göstərişlər
Preparat civzələrin (akne- acne vulgaris) müalicəsində istifadə olunur. Əks göstərişləri Anamnezində klindamisinə və ya linkomisinə hiperhəssaslıq göstərənlər; Anamnezində antibiotiklə-əlaqəli koliti olan pasiyentlər; 12 yaşa qədər uşaqlar.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Preparatın gözlərin və ağız boşluğunun selikli qişasına düşməsinə imkan verməyin. Preparatın istifadəsindən sonra əllərinizi təmiz yuyun. Həssas səthlərlə (gözlər, dəridə sıyrıqlar, selikli qişalar) təsadüfi təmas nəticəsində preparatın düşdüyü zaman həmin sahələri sərin su ilə təmiz yumaq lazımdır. Klindamisinin daxilə və ya parenteral olaraq qəbulu (digər antibiotiklər kimi) kəskin ishal və psevdomembranoz kolitə səbəb ola bilər. Dərinin xarici səthinə klindamisnin tətbiqi zamanı nadir hallarda ishal və kolit yarana bilər, buna baxmayaraq hər ehtimala qarşı ehtiyatlı olmaq lazımdır və kəskin və ya uzunmüddətli ishal yarandığı hallardada preparatın qəbulu dayandırılmalı və ehtiyac olduğu halda diaqnostik və müalicəvi tədbirlər görülməlidir. Ehtiyac olduğu hallarda zəhmət olmasa preparatın qəbul etməzdən öncə həkiminizlə məsləhətləşin. Preparat allergik reaksiyalara meylli olan pasiyentlərdə ehtiyatla istifadə edilməlidir.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Dəridə qıcıqlandıcı təsirin yaranma ehtimalına görə klindamisinin civzələrin müalicəsində istifadə olunan dəri səthinin soyulmasına təsir edən, abraziv (məsələn benzoil peroksid, tretinoin, rezorsinol, salisil turşusu, kükürd) (cilalayıcı) və yumşaldıcı maddələrlə eyni vaxtda istifadəsi məsləhət görülmür. Mikroorqanizmlərdə klindamisin və linkomisinə qarşı çarpaz dayanıqlılıq mövcuddur. Klindamisin və eritromisin arasında antaqonizm qeyd edilmişdir. Müəyyən edilmişdir ki, sistem qəbulu zamanı klindamisin sinir-əzələ ötürülməsini pozur və bunun nəticəsində də periferik təsirli miorelaksantların təsirini artıra bilər. Buna gorə də Zerkalin preparatının daxilə qabulundan fərqli olaraq dəri səthinə sürtüldükdən sonra qanda çox az miqdarda tapılmasına baxmayaraq bu qrupdan olan dərmanları istifadə edən pasiyentlərdə preparat ehtiyatla təyin edilməlidir
Hamiləlik və laktasiya dövründə istifadəsi
Hamilə və südverən qadınlarda preparatın qəbuluna dair klinik məlumatlar məhduddur. Heyvanlar üzərində aparılan eksperimental tədqiqatlarda klindamisinin teratoqen təsiri qeyd edilməyib, lakin klindamisinin yuksək dozalarda oral olaraq qəbulundan sonra embriotoksik və fetotoksik effektləri müəyyən edilmişdir. Heyvanlar üzərində aparılan reproduktiv toksikliyə aid araşdırmalar insanların cavab reaksiyasını proqnozlaşdırmağa imkan vermədiyinə görə, hamiləlik zamanı ananın dərmandan potensial istifadəsi döl üçün yarana biləcək mümkün riskdən vacib olduğu halda preparat istifadə edilə bilər. Xaricə dəri səthinə istifadəsindən sonra Zerkalin preparatının daxilə qəbulundan fərqli olaraq südverən anaların qanında cüzi miqdarda tapılmasına baxmayaraq, südvermənin dayandırılması və ya preparatdan istifadənin dayandırılmasına dair qərar ananın preparatı qəbul etmə vacibliyinə və uşaq üçün yaranabiləcək riskə əsaslandırılmalıdır. Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri Zerkalin preparatı yüksək diqqət və psixomotor reaksiyaların tezliyini tələb edən nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsir etmir.
İstifadə qaydası və dozası
Xarici səthə. Məhlul gün ərzində iki dəfə olmaqla səhər və axşam öncədən yuyulmuş və qurudulmuş zədələnmiş dəri səthinə sürtülür. Müalicə kursu: arzuedilən nəticəni əldə etmək üçün müalicənin 6-8 həftə, ehtiyac duyulduğu halda isə 6 aya qədər davam etdirilməsi məsləhət görülür. Yaxşılaşma müşahidə olunmadığı və ya yeni simptomlar qeyd edildiyi hallarda həkimlə məsləhətləşmək mütləqdir. Preparatı yalnız içlik vərəqdə göstərilən qəbul qaydası və dozalanmaya uyğun olaraq istifadə edin. Ehtiyac olduğu hallarda zəhmət olmasa preparatdan istifadədən öncə həkiminizlə məsləhətləşin.
Əlavə təsirləri
Əlavə təsirlərin orqanlar və orqanlar sisteminə uyğun başvermə tizliyi aşağıdakı kimi təsnif edilir : çox tez-tez (≥1/10), tez-tez (≥1/100, < 1/10), bəzən (≥ 1/1000, <1/100), nadir (≥1/10000, <1/1000), çox nadir (<1/10000), məlum deyil (mövcud məlumatlara əsasən tezliyin qiymətləndirilməsi mümkün deyil). Dəri və dərialtı toxumalarda baş verən pozğunluqlar Çox tez-tez: dəridə quruluq, dərinin qıcıqlanması, övrə Tez-tez: seboreya Məlum deyil: kontakt dermatit. Mədə-bağırsaq traktında baş verən pozğunluqlar Bəzən: həzmin pozulması Məlum deyil: psevdomembranoz kolit, qarında ağrılar İnfeksion və parazitar xəstəliklər Məlum deyil: follikulit. Görmə orqanlarında baş verən pozğunluqlar Məlum deyil: gözlərdə ağrı. İçlik vərəqdə qeyd edilən hər hansı əlavə təsirlərin ağırlaşdığı və ya içlik vərəqədə qeyd edilməyən hər hansı digər əlavə təsir meydana çıxarsa, bu barədə həkiminizi məlumatlandırın.
Doza həddinin aşılması
Xarici dəri səthinə tətbiq edilən klindamisin sistem effektlərə səbəb ola biləcək miqdarda sorula bilər. Mümkün sistem əlavə təsirlərə ishal, psevdomembranoz kolit də daxil olmaqla hemorragik ishal aiddir. Həddindən artıq dozalanma zamanı simptomatik və dəstəkləyici terapiyanın həyata keçirilməsi göstərişdir.
Buraxılış forması
Xaricə istifadə üçün məhlul, 10 mq/ml. Tünd rəngli şüşədən hazırlanmış 30 ml-lik flakon burulub baglanan qapaq və pipetdən ibarətdir. 1 flakon pipet və içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
25°C-dən yuxarı olmayan temperaturda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Yararlılıq müddəti
3 il. Yayarlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Reseptsiz buraxılır.
İstehsalçı
YADRAN-QALENSKI LABORATORIY d.d., Svilno 20, 51000 Rieka, Xorvatiya.
Ən Son Məqalələr
Reseptlə satılır
Müştəri rəyləri
Rəy yazmaq üçün hesabınıza daxil olun.

Rəylər
Filtrləri təmizləBu məhsul üçün rəy yoxdur.