ZALAIN 2% 20 GR KREM

Təsiredici maddə: SERTACONAZOLE
Təsiredici maddəSERTACONAZOLE
Dərman formasıKrem
Farmakoloji təsirYerli istifadə üçün göbələkəleyhinə dərman vasitəsi
İstehsal ölkəsiİspaniya

Onlayn sifariş zamanı 5% endirim.

 Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin

Endirim_5

11,20 ₼

Stokda var

Stokda var

  • Filialdan götürmək

Bu gün götürmək

Ödənişsiz

  • Kuryerlə çatdırılma

Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.

Ödənişli

  • Ekspress çatdırılma

Sürətli çatdırılma

Ödənişli

Ödəniş üsulları:

Məhsulun təsviri

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

Bu dərman preparatını istifadə etməzdən əvvəl, bu içlik vərəqəsini sona qədər və diqqətlə oxumaq lazımdır, çünki burada pasiyent üçün mühüm məlumatlar vardır. ● Bu içlik vərəqəsini saxlamaq lazımdır. Onu təkrar oxumaq lazım gələ bilər. ● Əlavə suallar meydana çıxarsa, həkimə və ya əczaçıya müraciət etmək lazımdır. ● Hər hansı əlavə təsir meydana çıxdıqda və ya bu içlik vərəqədə qeyd olunmayan əlavə təsirlər yarandıqda, həkimə və ya əczaçıya məlumat vermək lazımdır. ● 2 həftə müddətində pasiyentin vəziyyəti yaxşılaşmadıqda və ya əksinə pisləşdikdə, həkimə müraciət etmək lazımdır. ZALAİN xaricə istifadə üçün krem Beynəlxalq patentləşdirilməmiş adı: Sertaconazole

Tərkibi

Təsiredici maddə: 1 q kremin tərkibində 20 mq sertakonazol nitrat vardır. Köməkçi maddələr:etilenqlikol və polietilenqlikol palmitostearat, Labrafil M 2130 CS, qliserin izostearat, parafin yağı, metilhidroksibenzoat, sorbin turşusu, təmizlənmiş su.

Təsviri

Ağ rəngli, yumşaq, qoxusuz və ya zəif yağ qoxulu kremdir.

Farmakoterapevtik qrupu

Yerli istifadə üçün göbələkəleyhinə dərman vasitəsi. ATC kodu: D01AC14.

Farmakoloji xüsusiyyətləri

Zalain kreminin təsiredici maddəsi sertakonazoldur ki, bu da, imidazol qrupuna aid olub, göbələkləri məhv edir.

İstifadəsinə göstərişlər

Preparat dərinin Trichophyton rubrum, Trichophyton mentagrophytes və Epidermophyton floccosum tərəfindən törədilən göbələk infeksiyalarının (baldırın, pəncənin, biləyin, dırnaq yatağının, bədənin və dəri büküşlərinin, xarici cinsiyyət orqanlarının və s. dermatofitozu, dermatomikozu) yerli müalicəsində istifadə edilir.

Əks göstərişlər

– Preparatın istənilən komponentinə qarşı allergiya. – Oxşar qrupdan (imidazol törəmələri) olan istənilən göbələkəleyhinə preparata qarşı allergiya. Zalain kremini gözlərin müalicəsində istifadə etmək olmaz.

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Zalain kremi gözlərin müalicəsində istifadə edilmir; kremin gözlərə düşməsindən çəkinmək lazımdır. Preparatla müalicə zamanı turş pH-ı olan sabundan istifadə etmək məsləhət görülmür (turş mühit kandida növündən olan göbələklərin çoxalmasına səbəb olur). Zalain kreminin tərkibində metilparahidroksibenzoat (1 q kremdə 1 mq) vardır ki, bu da, allergik reaksiyalara səbəb ola bilər (müalicə dövründə və ya sonra).

Hamiləlik və laktasiya dövründə istifadəsi

Pasiyent hamilə olduqda, körpəsini ana südü ilə qidalandırdıqda, hamilə olmasını ehtimal etdikdə və ya hamiləliyini planlaşdırdıqda, bu barədə həkimə məlumat verməlidir. Hamiləlik Heyvanlar üzərində aparılan tədqiqatlar zamanı sertakonazolun dölə mənfi təsiri aşkar edilməyib. Preparatın hamilə qadınlarda istifadəsinin təhlükəsizliyi müəyyən edilməyib. İnsanda xaricə istifadəsi zamanı təsiredici maddə dəridən sorulmur. Bu səbəbə görə bu preparatın hamiləlik dövründə istifadəsi mümkündür (ana üçün gözlənilən faydanın dölə olan mümkün riskdən üstün olduğu halda həkim qiymətləndirməsindən sonra). Laktasiya dövrü Laktasiya dövründə preparatın istifadəsinin təhlükəsizliyi müəyyən edilməyib. Bu səbəbə görə preparatı, yalnız həkim qiymətləndirilməsindən sonra ana üçün gözlənilən fayda körpəyə olan potensial riskdən üstün olduqda istifadə etmək mümkündür. Hamiləlik və laktasiya dövründə istənilən dərman vasitəsini istifadə etməzdən əvvəl həkimlə məsləhətləşmək lazımdır. Uşaqlarda və 18 yaşa qədər yeniyetmələrdə istifadəsi Zalain kreminin uşaqlarda istifadəsi barədə məlumat olmadığı üçün bu kateqoriydan olan pasiyentlərdə istifadəsi məsləhət görülmür.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Zalain kreminin nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə mənfi təsiri barədə məlumat yoxdur.

İstifadə qaydası və dozası

Bu dərman preparatını hər zaman həkimin və ya əczaçının təyinatına müvafiq istifadə etmək lazımdır. Hər hansı sual yarandıqda, həkimə və ya əczaçıya müraciət etmək lazımdır. Tövsiyə olunan istifadəsi Zalain kremini nazik qatla təmiz yuyulmiş (su və sabunla) və yaxşı qurudulmuş zədələnmiş dəri nahiyəsinə sağlam dərinin təqribən 1 sm əhatə etməklə, hər gün 1 və ya 2 dəfə (axşam və ya səhər və axşam) sürtülür. Müalicənin müddəti törədicidən və infeksiyanın lokalizasiyasından asılıdır. Bir qayda olaraq, xəstəliyin simptomları 2-4 həftə ərzində itir. Lakin tam sağalma və residivin qarşısını almaq üçün müalicəni 4 həftə müddətində davam etmək məsləhət görülür. Preparatla müalicə zamanı turş pH-ı olan sabundan istifadə etmək məsləhət görülmür (turş mühit kandida növündən olan göbələklərin çoxalmasına səbəb olur). Uşaqlar və 18 yaşa qədər yeniyetmələr Uşaqlarda Zalain kreminin istifadəsi məsləhət görülmür. Göbələk xəstəliyinin müalicəsi zamanı zədələnmiş nahiyənin quruluğunu və yaxşı təbii ventilyasiyasını (geyim, ayaqqabı), xüsusilə dəri büküşlərində, təmin etmək vacibdir. Zalain kreminin istifadəsi unudulduqda Ötürülən istifadəni kompensasiya etmək üçün kremi ikiqat dozada istifadə etmək olmaz. Zalain kreminin istifadəsi dayandırıldıqda Göbələk infeksiyasının tam sağalması və residivin qarşısını almaq məqsədilə müalicəni vaxtından əvvəl dayandırmaq olmaz. Bu preparatın sonrakı istifadəsilə bağlı sual yarandıqda, həkimə və ya əczaçıya müraciət etmək lazımdır.

Əlavə təsirləri

Bütün digər dərman vasitələri kimi bu preparat da, arzuolunmayan reaksiyalara səbəb ola bilər, lakin bu təsirlər hamıda təzahür etmir. Bəzən preparatın istifadə edildiyi nahiyədə keçib gedən əhəmiyyətsiz dəri qızartıları mümkündür ki, bu da, preparatın ləğv olunmasını tələb etmir və sərbəst şəkildə aradan qalxır; dəridə yanma hissi, kontakt dermatit, dəridə ağrı hissi, kserodermiya, qabıqvermə, hiperpiqmentasiya, qaşınma. Preparatı həm sağlam dəridə olduğu kimi zədəli dəridə də istifadə edən pasiyentlər tərəfindən şikayət olmamışdır. Əlavə təsirlər haqqında məlumatın verilməsi Pasiyentdə hər hansı arzuolunmayan reaksiya yarandıqda, həkimlə və ya əczaçı ilə məsləhətləşmək lazımdır. Bu tövsiyyə, istənilən mümkün əlavə təsirə, o cümlədən, içlik vərəqədə qeyd edilməyən arzuolunmayan reaksiyalara şamil edilir. Pasiyent, həmçinin əlavə təsirlər barədə məlumatı, dərman vasitəsinin əlavə təsirlər üzrə milli məlumat bazasına məlumat verə bilər, dərman vasitəsinin effektsizliyi barədə məlumat daxil olmaqla. Əlavə təsirlər barədə məlumat verməklə, bu dərman preparatının təhlükəsizliyi barədə daha çox məlumat əldə etmək olar.

Doza həddinin aşılması

Kremin artıq miqdarını təmizləmək lazımdır.

Buraxılış forması

20 q krem, burulan ağ plastmas qapaqlı alüminium tubda. 1 tub, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

Saxlanma şəraiti

25ºС-dən yüksək olmayan temperaturda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır. Heç bir dərman preparatını məişət tullantıları ilə birlikdə və ya axar sulara atmaq olmaz. Lazım olmayan dərman preparatının qalıqlarının ləğv olunması tələb olunduğu halda, əczaçı ilə məsləhətləşmək lazımdır. Bu tədbirlər ətraf mühitin çirklənməsinin qarşısının alınmasına kömək edir.

Yararlılıq müddəti

Yararlılıq müddəti qutunun üzərində göstərilmişdir. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz. Yararlılıq müddətinin bitmə müddəti qeyd edilən ayın sonuncu günüdür. Zalain preparatının keyfiyyətinin pozulmasının aydın təzahürləri (məsələn, rənginin dəyişməsi) zamanı kremi istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti

Reseptsiz buraxılır.

İstehsalçı

Ferrer İnternasional SA, Barselona, İspaniya. Joan Buscalla, 1-9, 08173 Sant Cugat Del Valles, Barcelona. “Egis əczaçılıq zavodu” QSC. Bokenifoldi ut 118-120, Budapest 1165, Hungary. Marketinq icazəsinin sahibi “Egis əczaçılıq zavodu” QSC. 1106 Budapeşt, Keresturi k. 30-38, Macarıctan.

Müştəri rəyləri

Bu məhsul üçün rəy yoxdur.

“ZALAIN 2% 20 GR KREM” üçün ilk rəyi siz yazın.

Oxşar məhsullar