YUPERIO 97MG/103 MG N28 TAB

Dərman formasıTablet
Farmakoloji təsirRenin-angiotenzin sisteminə təsir edən vasitələr; angiotenzin II reseptorlarının antaqonistləri, digər kombinasiyalar
İstehsal ölkəsiİtaliya

Onlayn sifariş zamanı 5% endirim.

 Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin

Endirim_5

59,15 ₼

Stokda var

Stokda var

  • Filialdan götürmək

Bu gün götürmək

Ödənişsiz

  • Kuryerlə çatdırılma

Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.

Ödənişli

  • Ekspress çatdırılma

Sürətli çatdırılma

Ödənişli

Ödəniş üsulları:

Məhsulun təsviri

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

Bu dərman vasitəsinə xüsusi nəzarət olunmalıdır. Bu, yeni təhlükəsizlik məlumatlarını tez müəyyən etməyə imkan verəcəkdir. Tibb işçilərindən hər hansı şübhəli əlavə təsir barədə məlumat vermələri xahiş olunur. Dərman vasitəsinin əlavə təsirləri barədə məlumatların bildirilməsi hissəsinə baxın. YUPERİO 24 mq/26 mq, 49 mq/51 mq, 97 mq/103 mq örtüklü tabletlər Beynəlxalq patentləşdirilməmiş adı: Sacubitril/Valsartan.

Tərkibi

Təsiredici maddə: YUPERİO 24 mq/26 mq tabletlər: 1 tabletin tərkibində 24,3 mq sakubitril, 25,7 mq valsartan vardır (50 mq sərbəst, susuz sakubitril/valsartana ekvivalent 56,551 mq sakubitril/valsartan natrium duzu hidrat kompleksi) vardır. YUPERİO 49mq/51 mq tabletlər: 1 tabletin tərkibində 48,6 mq sakubitril, 51,4 mq valsartan vardır. (100 mq sərbəst, susuz sakubitril/valsartana ekvivalent 113,103 mq sakubitril valsartan natrium duzu hidrat kompleksi) vardır. YUPERİO 97mq/103 mq tabletlər: 1 tabletin tərkibində 97,2 mq sakubitril, 102,8 mq valsartan vardır (200 mq sərbəst, susuz sakubitril/valsartana ekvivalent 226,206 mq sakubitril valsartan natrium duzu hidrat kompleksi) vardır. Köməkçi maddələr: mikrokristallin sellüloza, aşağı dozada hidroksipropilsellüloza, krospovidon, maqnezium stearat, talk, kolloidal silisium dioksid. Örtük: hipromelloza, titan dioksid (E 171), makroqol 4000, talk, qırmızı dəmir oksidi. 24/26 və 97/103 mq tabletlər üçün qara dəmir oksidi (E172). 49/51 mq tabletlər: sarı dəmir oksidi (E172).

Təsviri

24mq/26 mq: bənövşəyi – ağ, ovalşəkilli, ikitərəfli qabarıq, kənarları kəsik, bölmə xətti olmayan, bir tərəfində “NVR”, digər tərəfində “LZ” yazısı olan örtüklü tabletlərdir. 49 mq/51 mq: açıq-sarı, ovalşəkilli, ikitərəfli qabarıq, kənarları kəsik, bölmə xətti olmayan, bir tərəfində “NVR”, digər tərəfində “L1” yazısı olan örtüklü tabletlərdir. 97mq/103mq: açıq-çəhrayı, ovalşəkilli, ikitərəfli qabarıq, kənarları kəsik, bölmə xətti olmayan, bir tərəfində “NVR”, digər tərəfində “L11” yazısı olan örtüklü tabletlərdir.

Farmakoterapevtik qrupu

Renin-angiotenzin sisteminə təsir edən vasitələr; angiotenzin II reseptorlarının antaqonistləri, digər kombinasiyalar. ATC kodu: CO9DX04.

Farmakoloji xüsusiyyətləri

Təsir mexanizmi YUPERİO dərman vasitəsi angiotenzin reseptorlarının blokatoru – valsartan və neprilizin inhibitoru – sakubitrilin birləşməsidir. Beləliklə, YUPERİO-nun təsir mexanizmi eyni zamanda sakubitrilatın (sakubitrilin aktiv metaboliti) təsiri ilə neprilizinin (neytral endopeptidaza; NEP) inhibə olunması və valsartanın təsiri ilə angiotenzin II tip – 1 reseptorlarının blokadasını əks etdirir. Ürək çatışmazlığı olan xəstələrdə YUPERİO dərman vasitəsinin kardiovaskulyar sistemə əlavə faydası və böyrəklərə təsiri sakubitrilatın neprilizinin təsiri ilə parçalanan peptidləri aktivləşdirdiyi halda (xüsusilə Natriumuretik peptidlər) valsartan tərəfindən angiotenzin II-nin neqativ təsirlərinin eyni zamanda inhibə olunması ilə izah olunur. Natriumuretik peptidlərin təsiri quanilsiklaza ilə birləşmiş membran əlaqəli reseptorların aktivləşməsi ilə təzahür olunur. Nəticə olaraq vazodilitasiya simptomlarına səbəb olan, natriumurez və diurezi artıran, yumacıq filtrasiya sürətini və böyrəklərdə qan dövranını artıran, renin və aldosteron ifrazını tormozlayan, simpatik aktivliyin və həmçinin antihipertrofik və antifibrotik təsiri azaldan siklik quanozinmonofosfatın konstenrasiyası artır. Valsartan seçici olaraq AT reseptorlarını blokada edərək, angiotenzin II-nin ürək damar sisteminə neqativ1 təsirini tormozlayır və həmçinin aldosteronun angiotenzin II asılı ifrazını blokada edir. Bu, damarların daralması, böyrəklərdə natrium və mayenin ləngiməsi, hüceyrələrin proliferasiyası və inkişafının aktivləşməsi, həmçinin ürək-damar sisteminin sonrakı quruluşu renin-angiotenzin-aldosteron sisteminin davamlı aktivləşmısinin qarşısını alır. Farmakodinamikası YUPERİO dərman vasitəsinin farmakodinamik təsiri birdəfəlik və çoxsaylı dozaların sağlam könüllülərə və ürək çatışmazlığı olan xəstələrə yeridilməsindən sonra qiymətləndirilmiş və eyni zamanda neprilizin inhibəsi və RAAS blokadası ilə uyğundur. 7 günlük valsartan nəzarətli tədqiqatda HFrEF (atım fraksiyasının azalması ilə ürək çatışmazlığı) olan xəstələrdə YUPERİO dərman vasitəsinin qəbulu valsartanla müqayisədə natriurezisin əhəmiyyətli qeyri-davamlı artması, sidikdə siklik quanozin- monofosfatın artması və plazmada MR-proANP və NT-proBNP-nin azalması ilə nəticələnmişdir. HFrEF xəstələrdə 21-günlük tədqiqatlarda YUPERİO dərman vasitəsi ilkin göstəricilərlə müqayisədə, sidikdə ANP və cGMP-ni və plazmada cGMP-ni əhəmiyyətli dərəcədə artırmış, həmçinin, plazmada NT-pro BNP, aldosteron və endotelin -1 səviyyəsini azaltmışdır. YUPERİO həmçinin plazmada reninin aktivliyinin və konsentrasiyasının artmasına sübut olaraq AT reseptorlarını blokada etmışdır.1 Farmakokinetikası Absorbsiyası Daxilə qəbul edildikdən sonra YUPERİO dərman vasitəsi sakubitrilə çevrilir və sakubitril öz növbəsində sakubitrilata və valsartana metabolizə olaraq, pik plazma konsentrasiyasına müvafiq olaraq 0,5 saat, 2 saat və 1,5 saatda çatır. Sakubitril və valsartanın peroral mütləq biomənimsənilməsi müvafiq olaraq ≥ 60% və 23% təxmin edilmişdir. YUPERİO dərman vasitəsinin tərkibindəki valsartanın biomənimsənilməsi, satışda olan digər valsartan tərkibli dərman vasitələrindəkindən daha yüksəkdir. YUPERİO dərman vasitəsinin gündə iki dəfə qəbulu zamanı sakubitril, sakubitrilat və valsartan tarazlıq vəziyyətində göstəricilərə 3 gün ərzində çatır. Tarazlıq vəziyyətində sakubitril və valsartan əhəmiyyətli dərəcədə akkumulyasiya olunmadığı halda, sakubitrilat 1,6 dəfə akkumulyasiya olunur. Preparatın qida ilə birlikdə qəbulu sakubitril, sakubitrilat və valsartanın sistem ekspozisiyasına klinik əhəmiyyətli təsir etmir. Baxmayaraq ki, YUPERİO dərman vasitəsinin qida ilə qəbulu zamanı valsartanın ekspozisiyası azalır, bu azalma terapevtik effektin klinik əhəmiyyətli azalması ilə müşahidə edilmir. YUPERİO dərman vasitəsi bu səbəbdən qida ilə birlikdə və ya qidasız qəbul edilə bilər. Paylanması YUPERİO dərman vasitəsi plazma zülalları ilə yüksək dərəcədə birləşir (94%-97%). Plasma və OBM ekspozisiyasındakı fərqlərə əsasən, sakubitrilat cüzi miqdarda (0,28%) qan beyin baryerin keçir. Görünən paylanma həcmi 75L-103 L arasında dəyişir. Biotransformasiyası Sakubitril esterazalar tərəfindən sakubitrilata asanlıqla çevrilir; sakubitrilat isə öz növbəsində əhəmiyyətli dərəcədə metabolizə olunmur. Valsartan minimal şəkildə metabolizə olunur, belə ki, dozanın yalnız 20% metabolitlər şəklində olur. Hidroksil metaboliti plazmada aşağı konsentrasiyada (<10%) aşkar edilmişdir. Sakubitril və valsartanın CYP fermenti tərəfindən metabolizmi minimal olduğuna görə, CYP450 450 fermentlərinə təsir edən preparatlarla yanaşı istifadəsinin farmakokinetikaya təsir ehtimalı aşağıdır. Xaric olması Daxilə qəbul edildikdən sonra, sakubitrilin 52-68% (əsasən sakubitrilat kimi) və 13% valsartan və onun metabolitləri sidiklə xaric olunur; sakubitrilin 37-48% (əsasən sakubitrilat kimi) və 86% valsartan və onun metabolitləri nəcislə xaric olunur. Sakubitril, sakubitrilat və valsartanın plazmadan orta yarımxaric olma dövrü müvafiq olaraq 1,43 saat, 11,48 saat və 9,90 saat omuşdur. Xəttilik/qeyri-xəttilik YUPERİO-nun 50-400 mq doza sınaq intervalında sakubitril, sakubitrilat və valsartanın farmakokinetikaları xətti olmuşdur. Ayrı-ayrı qrup xəstələrdə farmakokinetika Yaşlı xəstələrdə (65 yaş və yuxarı) Sakubitrilat və valsartanın ekspozisiyası gənc xəstələrlə müqayisədə yaşlı xəstələrdə müvafiq olaraq 42% və 30% artmışdır. Bu artım klinik əhəmiyyətli təsirlərlə əlaqələndirilmədiyi üçün dozaya düzəlişlərin edilməsi tələb olunmur. Uşaqlarda (18 yaşdan aşağı) YUPERİO dərman vasitəsinin istifadəsi uşaqlarda öyrənilməmişdir. Böyrək funksiyası pozulmuş xəstələr Böyrək funksiyası ilə sakubitrilatın sistem ekspozisiyası arasında korrelyasiya müşahidə edildiyi halda 2 2 valsartanla müşahidə edilməmişdir. Yüngül (60 ml/dəq/1,73 m <e YFS< 90 ml/dəq/1,73m ) və ya orta 2 2 dərəcədə (30 mL/dəq/1,73 m ≤eGFR < 60 mL/dəq/1,73 m ) böyrəklərin funksional pozğunluğu olan xəstələrdə sakubitrilat üçün AUC göstəricisi 2 dəfə yüksək olmuşdur. Bu qrup xəstələrdə dozaya düzəlişlər etməyə ehtiyac yoxdur. Ağır dərəcədə böyrəklərin funksional pozğunluğu olan xəstələrdə (eGFR <30mL/dəq/1,73 m ) sakubitrilatın AUC göstəricisinin 2,7 dəfə artması müşahidə edilmişdir. Bu xəstələrə başlanğıc doza üçün gündə iki dəfə 50 mq YUPERİO tövsiyə edilir. Məlumatların məhdud olduğunu nəzərə alaraq bu qrup xəstələrdə YUPERİO dərman vasitəsinin qəbulu zamanı ehtiyatlı olmaq tösiyə edilir. Dializ olan xəstələrin iştirakı ilə klinik tədqiqatlar aparılmamışdır. Sakubitrilat və valsartanın yüksək dərəcədə plazma zülalları ilə birləşdiyini nəzərə alaraq, bu maddələrin dializ vasitəsilə effektli şəkildə xaric olunması ehtimalı azdır. Qaraciyər funksiyası pozulmuş xəstələr Sağlam şəxslərlə müqayisədə zəif və ya orta dərəcədə qaraciyərin funksional pozğunluğu olan xəstələrdə, sakubitrilin ekspozisiyası müvafiq olaraq 1,5 və 3,4 dəfə, sakubitrilat 1,5 və 1,9 dəfə, valsartan 1,2 və 2,1 dəfə artmışdır. Zəif dərəcədə qaraciyərin funksional pozğunluğu olan xəstələrdə (Çayld-Pyu təsnifatı A) həmçinin öd yollarının obstruktiv xəstəlikləri olan xəstələrdə dozaya düzəlişlərin edilməsinə ehtiyac yoxdur. Orta dərəcədə qaraciyər funksiyası pozulmuş xəstələrdə (Çayld-Pyu təsnifatı B) başlanğıc doza gündə iki dəfə 50 mq olaraq tösiyə edilir. YUPERİO dərman vasitəsi ağır dərəcədə qaraciyər çatışmazlığı olan xəstələrdə tədqiq edilməmişdir. Bununla əlaqədar olaraq, ağır dərəcədə qaraciyər funksiyası pozulmuş xəstələrdə YUPERİO-nun istifadəsi tövsiyə olunmur. Etnik mənsubiyyət YUPERİO dərman vasitəsinin farmakokinetikası (sakubitril, sakubitrilat və valsartan) müxtəlif irq və etnik qruplarda (avropoid, neqroid, aziat, yapon və digərləri) müqayisəlidir. Gender (cins) YUPERİO dərman vasitəsinin farmakokinetikası (sakubitril, sakubitrilat və valsartan) kişi və qadınlarda oxşar olmuşdur.

İstifadəsinə göstərişlər

YUPERİO dərman vasitəsi sistolik disfunksiyası olan xəstələrdə ürək çatışmazlığının (NYHA II-IV) müalicəsi üçün göstərişdir. Enalaprillə müqayisədə YUPERİO dərman vasitəsini qəbul edən xəstələrdə kardiovaskulyar ölüm və ürək çatışmazlığı ilə hospitalizasiya hallarının azalması müşahidə edilmişdir. Həmçinin YUPERİO dərman vasitəsi enalaprillə müqayisədə bütün-səbəblərdən ölüm hallarını azaltmışdır. Adətən, YUPERİO, AÇF inhibitoru və ya ARB-in yerinə, ürək çatışmazlığına qarşı digər dərman vasitələri ilə birlikdə qəbul edilir.

Əks göstərişlər

• Sakubitril və valsartan kimi təsiredici maddələrə və ya yuxarıda sadalanan köməkçi maddələrdən hər hansı birinə qarşı hiperhəssaslıq. • AÇF inhibitorları ilə yanaşı istifadə. YUPERİO dərman vasitəsi AÇF inhibitorları ilə müalicənin dayandırılmasından sonrakı 36 saat müddətində istifadə edilməməlidir. • Anamnezində əvvəllər AÇF inhibitorları və ya angiotenzin reseptorlarının blokatorlarının müalicəsi ilə əlaqələndirilən angionevrotik ödem hallarının olması. • İrsi angionevrotik ödem. • 2-ci Tip şəkərli diabet xəstələrində aliskirenlə yanaşı istifadə. • Hamiləlik. • Ağır qaraciyər çatışmazlığı, biliar sirroz, xolestaz.

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Renin-Angiotenzin-Aldosteron Sisteminin (RAAS) ikiqat blokadası • Angionevrotik ödem riskini nəzərə alaraq, YUPERİO dərman vasitəsi AÇF inhibitorları ilə birgə istifadə edilməməlidir. YUPERİO AÇF inhibitorlarının son qəbulundan sonrakı müddətdə 36 saatdan tez qəbul edilməməlidir. YUPERİO ilə müalicə dayandırıldıqda, AÇF inhibitorları YUPERİO-nun son dozasından 36 saatdan tez qəbul edilməməlidir. • YUPERİO dərman vasitəsini aliskiren kimi birbaşa renin inhibitorları ilə birgə qəbul etdikdə ehtiyatlı olmaq tövsiyə olunur. 2-ci tip şəkərli diabeti olan xəstələrdə YUPERİO aliskirenlə yanaşı istifadə edilməməlidir. • YUPERİO dərman vasitəsi angiotenzin reseptor blokatorları ilə yanaşı istifadə edilməməlidir. Buna səbəb angiotenzin II resptorlarının YUPERİO-ya blokadaedici təsiridir. Hipotenziya YUPERİO ilə müalicə alan xəstələrdə klinik tədqiqatlar zamanı simptomatik hipotenziya halları barədə qeydlər olmuşdur. Hipotenziya yarandığı zaman, diuretiklərin, hipertenziya əleyhinə yanaşı dərman vasitələrinin dozalarına düzəlişlərin edilməsi, hipotenziyanın digər səbəblərinin (məs: hipovolemiya) aradan qaldırılması nəzərə alınmalıdır. Alınan tədbirlərə baxmayaraq, hipotenziya davam etdiyi halda YUPERİO dərman vasitəsinin dozası azaldılmalı və ya preparat müvəqqəti olaraq dayandırılmalıdır. Preparatın həmişəlik dayandırılması adətən tələb olunmur. Simptomatik hipotenziya adətən hüceyrəxarici maye həcminin azalması (diuretiklərlə müalicə, qidalanmada məhdud duz qəbulu, ishal və ya qusma səbəbilə) olan xəstələrdə baş verir. YUPERİO ilə müalicəyə başlamadan əvvəl, natrium və /və ya hüceyrəxarici maye həcminin çatışmazlığı aradan qaldırılmalıdır. Böyrək funksiyasının pozulması Renin-angiotenzin-aldosteron sisteminə təsir edən digər preparatlar kimi, YUPERİO dərman vasitəsi böyrək funksiyasının yavaşıması ilə əlaqələndirilə bilər. PARADİGM-HF tədqiqatında klinik əhəmiyyətli böyrək çatışmazlığının baş vermə tezliyi az olmuş və müalicənin dayandırılması enalaprillə (1,28%) müqayisədə 0,65% olmuşdur. Böyrək funksiyasının klinik əhəmiyyətli azalması olan xəstələrdə YUPERİO preparatının aşağı titrlənməsi nəzərə alınmalıdır. Ağır dərəcədə böyrək funksiyasının pozulması olan xəstələrdə YUPERİO ehtiyatla istifadə edilməlidir. Hiperkaliemiya Renin-angioteznin-aldoteron sisteminə təsir edən digər preparatlar kimi, YUPERİO preparatının istifadəsi hiperkaliemiya riskinin artması ilə əlaqələndirilə bilər. PARADİGM-HF tədqiqatında klinik əhəmiyyətli hiperkaliemiyanın baş vermə tezliyi az olmuş və müalicənin dayandırılması enalaprillə (0,35%) müqayisədə 0,26% olmuşdur. Kalium səviyyəsini yüksəldən vasitələr (məs: kaliumtutucu diuretiklər, kalium preparatları) YUPERİO ilə yanaşı qəbul edildikdə ehtiyatla istifadə olunmalıdırlar. Klinik əhəmiyyətli hiperkaliemiya yarandıqda, qida ilə qəbul edilən kalium azaldılmalı və ya yanaşı dərman vasitələrinin dozalarına düzəlişlərin edilməsi nəzərə alınmalıdır. Zərdabda kalium səviyyəsinin monitorinqi, xüsusilə ağır dərəcədə böyrək funksiyasının pozulması, şəkərli diabet, hipoaldosteronizm və ya kaliumla zəngin qidaların qəbulu kimi risk faktoru olan xəstələrdə tövsiyə olunur. Angionevrotik ödem YUPERİO ilə müalicə alan xəstələrdə angionevrotik ödem haqqında qeydlər olmuşdur. Angionevrotik ödem baş verdiyi zaman, YUPERİO dərman vasitəsinin qəbulu dərhal dayandırılmalı və müvafiq müalicə və monitorinq, simptom və əlamətlər geri çəkilənə qədər davam etdirilməlidir. Preparat yenidən təyin edilməməlidir. Üz və dodaqların şişməsi ilə məhdudlaşan angionevrotik ödemin təsdqilənmiş halı ümumilikdə müalicəsiz aradan qaldırılmışdır. Buna baxmayaraq, simptomların yüngülləşdirilməsi üçün antihistamin preparatlarının qəbulu faydalı olmuşdur. Qırtlağın ödemi ilə əlaqələndirilən angionevrotik ödem halları letal sonluqla nəticələnə bilər. Tənəffüs yolunun obstruksiyasına səbəb ola biləcək dil, səs teli, qırtlaq ödemi zamanı müvafiq müalicə, məs: dərialtı epinefrin/adrenalin məhlulu 1:1000 (0,3-0,5 ml) və/ və ya nəfəs yolunun açılmasını təmin edəcək digər müvafiq tədbirlər həyata keçirilməlidir. Anamnezində angionevrotik ödem halları olan xəstələrdə tədqiqatlar aparılmamışdır. Bu xəstələrdə angionevrotik ödem riski yüksək olduğu üçün, YUPERİO dərman vasitəsinin istifadəsi zamanı ehtiyatlı olmaq tövsiyə olunur. Anamnezində AÇF inhibitorları və ya angiotenzin reseptor blokatorları ilə əlaqəli və ya irsi angionevrotik ödemi olan xəstələrdə YUPERİO istifadə edilməməlidir. Qaradərili xəstələrdə angionevrotik ödemin baş vermə riski daha yüksək ola bilər. Böyrək arteriyasının stenozu olan xəstələr Renin-angiotenzin-aldosteron sisteminə təsir göstərən digər preparatlar kimi, YUPERİO dərman vasitəsi birtərəfli və ya ikitərəfli böyrək arteriyasının stenozu olan xəstələrdə qanda sidik cövhərinin və zərdabda kreatinin səviyyəsini artıra bilər. Böyrək arteriyasının stenozu olan xəstələrdə ehtiyatlı olmaq və böyrək funksiyasının monitorinqi tövsiyə olunur.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

AÇF inhibitorları YUPERİO dərman vasitəsinin AÇF inhibitorları ilə yanaşı istifadəsi əks göstərişdir. Belə ki, neprilizinin yanaşı inhibə edilməsi və AÇF inhibitorları ilə müalicə anginevrotik ödem riskini artıra bilər. YUPERİO dərman vasitəsi AÇF inhibitorlarının son qəbulundan sonra, 36 saatdan tez qəbul edilməməlidir. Həmçinin, AÇF inhibitorları YUPERİO dərman vasitəsinin son qəbulundan 36 saat sonra qəbul edilə bilər. Aliskiren 2 Tip şəkərli diabeti olan xəstələrdə YUPERİO dərman vasitəsinin aliskirenlə yanaşı istifadəsi əks göstərişdir. Angiotenzin II reseptorunun blokator təsirini nəzərə alaraq, YUPERİO dərman vasitəsi angiotenzin reseptor blokatorları ilə yanaşı istifadə edilməməlidir. Böyrək çatışmazlığı olan xəstələrdə (eYFS <60 m/dəq/1,73 m ) preparatın aliskirenlə yanaşı istifadəsinə yol verilməməlidir. Statinlər İn vitro məlumatlar sakubitrilin OATP1B1 və OATP1B3 nəqledicilərinə inhibəedici təsirini göstərmişdir. Bununla əlaqədar olaraq, YUPERİO preparatı OATP1B1 və OATP1B3-ün statinlər kimi substratlarının sistem ekspozisiyasını artıra bilər. YUPERİO preparatının yanaşı istifadəsi atrovastatinin və onun metabolitlərinin C göstəricisini müvafiq olaraq 2-dəfə və AUC göstəricisini 1,3-dəfə artırmışdır.max Statinlərin və YUPERİO-nun yanaşı istifadəsi zamanı ehtiyatlı olmaq tövsiyə olunur. YUPERİO və simvastatinin yanaşı istifadəsi zamanı, klinik əhəmiyyətli dərman qarşılıqlı təsirlər müşahidə edilməmişdir. Sildenafil Sildenafilin birdəfəlik dozasının YUPERİO ilə qəbulu tarazlıq vəziyyətində hipertenziyası olan xəstələrdə tək YUPERİO qəbul edən xəstələrlə müqayisədə arterial təzyiqin daha çox enməsi ilə nəticələnmişdir. YUPERİO istifadə edən xəstələrdə sildenafil və ya digər PDE-5 inhibitorlarının təyini zamanı ehtiyatlı olmaq lazımdır. Kalium Kaliumtutucu preparatlar (məs: triamteren, amilorid), mineralkortikoid antaqonistləri (məs: spironolakton, eplerenon), kalium preparatları və ya kalium tərkibli duz əvəzedicilərinin yanaşı istifadəsi zərdabda kaliumun səviyyəsini artıraraq, zərdab kreatinini artıra bilər. YUPERİO preparatının bu vasitələrlə yanaşı istifadəsi zamanı zərdabda kalium səviyyəsinin monitorinqi tövsiyə olunur. Qeyri-steroid iltihabəleyhinə preparatlar (QSİƏP) Siklooksigenaza-2-nin selektiv inhibitorları (SOG-2 inhibitorları) da daxil olmaqla: yaşlı, hüceyrəxarici maye həcminin çatışmazlığı (diuretiklərlə müalicə alan xəstələr daxil olmaqla) və ya böyrək funksiyası pozulmuş xəstələrdə YUPERİO və QSİƏP-ın yanaşı qəbulu böyrək funksiyasının pozulması riskini artıra bilər. Bununla əlaqədar olaraq, YUPERİO dərman vasitəsilə müalicəyə başladıqda və ya müalicəyə dəyişikliklər edən zaman yanaşı QSİƏP qəbul edən xəstələrdə böyrək funksiyasının monitorinqi tövsiyə olunur. Litium YUPERİO və litium preparatları arasında qarşılıqı dərman təsiri öyrənilməmişdir. Litiumun AÇF inhibitorları və ya angiotenzin II reseptorların antaqonistləri ilə yanaşı istifadəsi zamanı zərdabda litium konsentrasiyasının geriyədönən artımı qeyd olunmuşdur. Litiumun YUPERİO ilə yanaşı istifadəsi zamanı zərdabda litium konsentrasiyasının monitorinqi tövsiyə olunur. Həmçinin diuretiklərin qəbul edildiyi halda litiumun toksikliyi daha da arta bilər. Nəqledicilər Sakubitril (sakubitrilat) və valsartanın aktiv metabolilti OATP1B1, OATP1B3 və OAT3 substratlarıdır; valsartan həmçinin MRP2 substratıdır. Beləliklə, YUPERİO-nun OATP1B1, OATP1B3, OAT3 (məs: rifampin, siklosporin) və ya MRP2(məs: ritonavir) inhibitorları ilə yanaşı istifadəsi müvafiq olaraq, sakubitrilat və ya valsartanın sistem ekspozisiyasını artıra bilər. Bu cür preparatların yanaşı istifadəsinə başladıqda və ya istifadəni dayandırdıqda ehtiyatlı olmaq tələb olunur. Qeyri-əhəmiyyətli qarşılıqlı təsirlər YUPERİO dərman vasitəsinin furosemid, diqoksin, varfarin, hidroxlortiazid, amlodipin, metformin, omeprazol, karvediol, venadaxili nitroqliserin və ya levonorgestrel/etinil estradiol kombinasiyası ilə yanaşı istifadəsi zamanı klinik əhəmiyyətli qarşılıqlı təsirlər qeyd olunmamışdır. Atenolol, indometasin, qliburid və ya simetidinlə qarşılıqlı təsir ehtimalı yoxdur. CYP ilə qarşılıqlı təsirlər: İn vitro metabolizm tədqiqatları CYP əsaslı dərman qarşılıqlı təsirlərinin450 450 olma ehtimalının aşağı oduğunu göstərmişdir. YUPERİO dərman vasitəsi CYP fermentləri tərəfindən450 məhdud şəkildə metabolizə olunur. YUPERİO CYP fermentlərini inhibə və ya induksiya etmir.450

Hamiləlik və laktasiya dövründə istifadəsi

Reproduktiv potensiala malik qadınlar hamiləlik zamanı YUPERİO dərman vasitəsinin təsiri ilə əlaqədar fəsadlar barədə məlumatlandırılmalıdırlar. Preparatla müalicə zamanı və preparatın son istifadəsindən sonrakı 1 həftə ərzində kontraseptiv vasitələrdən istifadə edilməlidir. RAAS-nə birbaşa təsir edən digər preparatlar kimi YUPERİO hamiləlik dövründə istifadə edilməməlidir. YUPERİO öz təsirini angiotenzin II antaqonizm yolu ilə göstərir. Nəticə olaraq, döl üçün risk istisna oluna bilməz. Valsartan qəbul edən hamilələrdə inkişaf edən dölün zədələnməsi (məs: spontan abort, oliqohidromnios – amniotik mayenin olmaması və yenidoğulmuşlarda böyrək disfunksiyası) haqqında qeydlər olmuşdur. Hamiləlik baş verdiyi zaman xəstələrə YUPERİO preparatı ilə müalicəni dayandırmaq və bu barədə həkimə məlumat vermələri tövsiyə edilməlidir. YUPERİO-nun insan südünə keçib-keçməməsinə dair məlumat yoxdur. YUPERİO dərman vasitəsinin komponentləri, sakubitril və valsartan siçovullarda südə keçmişdir. Südəmər/yenidoğulmuş körpələrdə əlavə təsirlərin əmələ gəlmə riskini nəzərə alaraq, YUPERİO dərman vasitəsinin laktasiya dövründə istifadəsi tövsiyə olunmur. YUPERİO preparatının ana üçün əhəmiyyətini dəyərləndirərək, preparatın dayandırılması və ya körpələrin ana südündən digər qidalanma növünə keçməsi qərara alına bilər. YUPERİO-nun insan fertilliyinə təsirinə dair məlumat yoxdur. Erkək və dişi siçovullarda YUPERİO dərman vasitəsinin tədqiqatı zamanı fertilliyin pozulması müşahidə edilməmişdir. Pediatriyada istifadəsi Uşaqlarda və 18 yaşa qədər yeniyetmələrdə YUPERİO dərman vasitəsinin effektivliyi və təhlükəsizliyi müəyyən olunmayıb.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

YUPERİO nəqliyyat vasitələri və digər mexanizmlərin idarə edilməsi qabiliyyətinə əhəmiyyətsiz dərəcədə təsir edir. Yarana biləcək başgicəllənmə və ya yorğunluq hissini nəzərə alaraq, nəqliyyat vasitələrinin və ya digər mexanizmlərin idarə olunması zamanı ehtiyatlı olmaq lazımdır.

İstifadə qaydası və dozası

Preparat daxilə qəbul olunur. YUPERİO dərman vasitəsi qida ilə birlikdə və ya qidasız qəbul edilə bilər. YUPERİO dərman vasitəsinin hədəf dozası gündə iki dəfə 200 mq-dır. Tövsiyə olunan başlanğıc doza gündə iki dəfə 100 mq-dır. Hazırda AÇF inhibitorları və ya Angiotenzin II reseptorların blokatorlarını qəbul etməyən xəstələr üçün tövsiyə olunan və ya əvvəllər aşağı dozada bu dərman vasitələrini qəbul edən xəstələr üçün nəzərdə tutulan başlanğıc doza gündə iki dəfə 50 mq-dır. Preparatın dozası xəstə tərəfindən mənimsənilməsindən asılı olaraq, hər 2-4 həftədə ikiqat artırılıb gündəlik 200 mq hədəf dozaya çatdırılmalıdır. AÇF inhibitorları ilə yanaşı istifadə zamanı angionevrotik ödem riskinin olması nəzərə alınmalı və YUPERİO dərman vasitəsi AÇF inhibitorları ilə müalicənin dayandırılmasından sonrakı 36 saat ərzində qəbul edilməməlidir. YUPERİO dərman vasitəsi angiotenzin reseptorların blokatorları ilə yanaşı istifadə edilməməlidir. Buna səbəb YUPERİO-nun angiotenzin II resptorlarını blokadayaalıcı təsiridir. Preparat xəstələrdə yaxşı mənimsənilmədikdə (simptomatik hipoenziya, hiperkaliemiya, böyrək funksiyasının pozulması), yanaşı təyin olunan dərman vasitələrinin dozalarına düzəlişlər edilməli və ya YUPERİO-nun dozası aşağı titrlənməlidir. Ayrı-ayrı qrup xəstələrdə dozalanma Böyrək funksiyasının pozulması Böyrək funksiyası ağır dərəcədə pozulmuş (eGFR<30 ml/dəq/1,73m ) xəstələrdə başlanğıc doza gündə iki dəfə 50 mq tövsiyə olunur. Məlumatların məhdud olmasını nəzərə alaraq, bu xəstələrdə YUPERİO dərman vasitəsi ehtiyatla qəbul edilməlidir. Zəif (eGFR 60-90 ml/dəq/1,73m ) və orta (eGFR 30- 60 ml/dəq/1,73m ) dərəcədə böyrək funksiyasının pozulması olan xəstələrdə dozaya düzəlişlərin edilməsi tələb olunmur. Qaraciyər funksiyasının pozulması Orta dərəcədə (Çayld-Pyu təsnifatına görə B sinfi) qaraciyər pozulması olan xəstələrə tövsiyə olunan başlanğıc doza gündə iki dəfə 50 mq -dır. Zəif dərəcədə qaraciyər pozulması (Çayld-Pyu təsnifatına görə A sinfi) olan xəstələrə YUPERİO-nun dozasına düzəlişlərin edilməsi tələb olunmur. Ağır dərəcədə (Çayld-Pyu təsnifatına görə C sinfi) qaraciyər pozulması olan xəstələrin iştirakı ilə tədqiqatlar aparılmamışdır. Bununla əlaqədar olaraq, bu xəstələrdə YUPERİO dərman vasitəsinin istifadəsi tövsiyə olunmur. Yaşlı xəstələr (65 yaşdan yuxarı) 65 yaşdan yuxarı xəstələrdə dozaya düzəlişlərin edilməsi tələb olunmur.

Əlavə təsirləri

YUPERİO dərman vasitəsinin təhlükəsizliyi xronik ürək çatışmazlığı olan xəstlərdə əsas-pivotal faza III tədqiqatında – PARADİGM-HF-da qiymətləndirilmişdir. Bu tədqiqada YUPERİO dərman vasitəsini gündə iki dəfə 97 mq/103 mq (200 mq) dozada (n=4,203) və ya Enalapril 10 mq (n=4,229) dozada qəbul edən xəstələr müqayisə edilmişdir. YUPERİO dərman vasitəsi qəbul edən xəstələr randomizə olaraq 24 aylıq orta ekspozisiya ilə 4,3 il müddətinə müalicə qəbul etmişdirlər. 3271 xəstə bir ildən artıq müddətdə müalicə almışdır. Əlavə təsirlərin baş verməsi ilə əlaqədar müalicənin dayandırılması PARADİGM-HF tədqiqatının ikiqat- kor dövründə YUPERİO ilə müalicə alan xəstələrin 450 (10,71%)-də və Enalaprillə müalicə alan xəstələrin 516 (12,20%)-da baş vermişdir. Dozanın tənzimlənməsi və ya müalicənin dayandırılması ilə əlaqələndirilən əlavə təsirlərə hipotenziya, hiperkaliemiya və ya böyrək çatışmazlığı aid edilmişdir. YUPERİO dərman vasitəsilə müalicə alan xəstələrdə əlavə təsirlərin ümumi baş vermə tezliyi Enalaprillə müalicə alan xəstələrlə müqayisədə fərqli olmuşdur. Əlavə təsirlərin ümumi baş vermə tezliyi cinsdən, yaşdan və ya irqdən asılı olmamışdır. Əlavə təsirlər orqan sistem sinfinə müvafiq olaraq, tezliyə əsasən ən çox rast gələn birinci olmaqla aşağıdakı uyğunluqla verilmişdir: çox tez-tez (≥1/10); tez-tez (≥1/100, <1/10); bəzən (≥1/1,000, <1/100); nadir (≥1/10000, <1/1000); çox nadir (<1/10000), tək-tək məlumatlar daxil olmaqla. Hər bir tezlik qrupunda əlavə təsirlər ciddiliyin azalması üzrə qeyd edilib. Cədvəl 1. PARADİGM-HF tədqiqatı zamanı qeyd olunan əlavə təsirlər (YUPERİO-gündə iki dəfə 200mq) Tezlik kateqoriyası Əlavə təsirlər Metabolizm və qidalanmaya Çox tez-tez Hiperkaliemiya Tez-tez Hipokaliemiya Sinir sisteminə Tez-tez Başgicəllənmə, baş ağrısı Bəzən Postural başgicəllənmə Qulaq və eşitmə orqanlarına Tez-tez Vertiqo Vaskulyar pozulmalar Çox tez-tez Hipotenziya Tez-tez Bayılma, ortostatik hipotenziya Tənəffüs sisteminə Tez-tez Öskürək Mədə-bağırsaq sisteminə Tez-tez İshal, ürəkbulanma Dəriyə və dərialtı toxumalara Bəzən Angionevrotik ödem Böyrək və sidik yollarına Çox tez-tez Böyrək funksiyasının pozulması Tez-tez Böyrək çatışmazlığı (böyrək çatışmazlığı, kəskin böyrək çatışmazlığı) Ümumi pozulmalar və yeridilmə yeri ilə əlaqədar reaksiyalar Tez-tez Yorğunluq, asteniya Qana və limfatik sistemə Tez-tez Anemiya İmmun sistemə Bəzən Hiperhəssaslıq Spontan hesabatalar və ədəbiyyat materiallarında əlavə təsirlər (tezlik məlum deyil) Aşağıdakı əlavə təsirlər postmarketinq təcrübədə YUPERİO preparatının istifadəsi zamanı, spontan hesabatlarda və ədəbiyyat məlumatlarında qeyd olunmuşdur. Bu əlavə təsirlər, naməlum sayda populyasiyadan könüllü şəkildə əldə edildiyi üçün, tezliyin hesablanması mümkün olmamışdır və tezlik naməlum kimi göstərilmişdir. Əlavə təsirlər MedDRA orqan sistem sinfinə görə sadalanmışdır. İmmun sistemə Hiperhəssaslıq (səpgi, qaşınma və anafilaksis də daxil olmaqla).

Doza həddinin aşılması

İnsanlarda YUPERİO dərman vasitəsilə doza həddinin aşılmasına dair məlumatlar məhduddur. Sağlam könüllülərdə preparatın birdəfəlik 1200 mq və 900 mq çoxsaylı dozada (14 gün) isifadəsi tədqiq edilmiş və yaxşı mənimsənilmişdir. YUPERİO dərman vasitəsinin arterial təzyiqi azaltması təsirini nəzərə alaraq, doza həddinin aşılması sindromu kimi ən çox ehtimal olunan simptom hipotenziyadır. Simptomatik müalicə tətbiq olunmalıdır. Zülallarla yüksək dərəcədə birləşdiyinə görə YUPERİO dərman vasitəsinin hemodializ yolu ilə xaric edilməsi ehtimalı aşağıdır.

Buraxılış forması

14 tablet, blisterdə. 2 blister içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

Saxlanma şəraiti

30ºC-dən yüksək olmayan temperaturda, rütubətdən qorumaq üçün orijinal qablaşdırmada və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

Yararlılıq müddəti

3 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti

Resept əsasında buraxılır.

İstehsalçı

Novartis Farma S.p.A. Via Provinsiale Skito 131, 80058 Torre Annunziata, İtaliya. Novartis Sinqapur Farmasyutikal Manufakturinq Prayvet Ltd. 10 Tuas Bey Leyn, Sinqapur 63746 Novartis Farma Servises AQ üçün.

Qeydiyyat vəsiqəsinin sahibi

“Novartis Pharma Servises AG, Switzerland”. Lixştrasse 35, CH-4056 Bazel, İsveçrə/Lichtstrasse 35, CH-4056 Basel, Switzerland. Azərbaycan Respublikası ərazisində dərman vasitəsi ilə əlaqədar hər hansı bir məlumat almaq üçün yerli filialla və ya əlavə təsirlərə şübhə olduğu zaman [email protected] elektron ünvanına müraciət edərək əlaqə saxlamağınız xahiş olunur Novartis Farma Servises AQ şirkətinin Azərbaycan Respublikasındakı Filialı. AZ1014, Bakı şəhəri, Rəsul Rza küçəsi 75, “Winter Park Plaza”. Telefon: +994 12 505 5822, +994 12 5055833. Elektron ünvan: [email protected]

Müştəri rəyləri

Bu məhsul üçün rəy yoxdur.

“YUPERIO 97MG/103 MG N28 TAB” üçün ilk rəyi siz yazın.