YODOMARIN 100 MKG N100 TAB

Təsiredici maddə: POTASSIUM IODIDE
Təsiredici maddəPOTASSIUM IODIDE
Dərman formasıTablet
İstehsal ölkəsiAlmaniya

Onlayn sifariş zamanı 5% endirim.

 Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin

Endirim_5

4,04 ₼

Stokda var

Stokda var

  • Filialdan götürmək

Bu gün götürmək

Ödənişsiz

  • Kuryerlə çatdırılma

Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.

Ödənişli

  • Ekspress çatdırılma

Sürətli çatdırılma

Ödənişli

Ödəniş üsulları:

Məhsulun təsviri

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

Bu dərman preparatının istifadəsinə başlamazdan əvvəl içlik vərəqəni sona qədər diqqətlə oxumaq lazımdır, çünki burada pasiyent üçün mühüm məlumat vardır. Bu preparatı bu içlik vərəqədə qeyd olunan göstərişlərə və ya həkimin və ya əczaçının təyinatlarına ciddi riayət edərək qəbul etmək lazımdır. Bu içlik vərəqəni saxlamaq lazımdır. Onun təkrar oxunması lazım gələ bilər. Əlavə məlumat və ya məsləhət lazım gələrsə, həkimlə və ya əczaçı ilə məsləhətləşmək lazımdır. Hər hansı əlavə təsir meydana çıxarsa, həkimə və ya əczaçıya müraciət etmək lazımdır. Bu, ehtimal edilən istənilən əlavə təsirlərə, o cümlədən bu içlik vərəqədə təsvir olunmayan əlavə təsirlərə aiddir. “Əlavə təsirlər” bölməsinə bax. Pasiyentin vəziyyəti yaxşılaşmazsa və ya xəstəliyin simptomları daha da dərinləşərsə, həkimə müraciət etmək lazımdır. YODOMARİN 100 100 mkq tabletlər Beynəlxalq patentləşdirilməmiş adı: Potassium iodide

Tərkibi

Təsiredici maddə: 1 tabletin tərkibində 131 mkq kalium yodid (100 mkq yoda müvafiq) vardır. Köməkçi maddələr:laktoza monohidrat, əsasi yüngül maqnezium karbonat, jelatin, nişasta qlikolyatın natrium duzu (A tipi), susuz kolloidal silisium, maqnezium stearat.

Təsviri

Yastı-paralel səthli, qıraqları kəsik və bir tərəfində bölmə xətti olan, ağ və ya krem-ağ rəngli tabletlərdir. ATC kodu: H03CA.

Farmakoloji xüsusiyyətləri

Yodomarin 100 preparatı qalxanabənzər vəzi xəstəliklərinin müalicəsi üçün istifadə olunan dərman vasitəsidir.

İstifadəsinə göstərişlər

Yodomarin 100 preparatı aşağıdakı hallarda istifadə olunur: – yod çatışmazlığı nəticəsində meydana çıxan xəstəliklərin profilaktikası (məsələn, torpaqda və suda yod çatışmazlığı müşahidə olunan bölgələrdə zob xəstəliyinin profilaktikası və həmçinin, yod çatışmazlığı nəticəsində zobun rezeksiyasından sonra); – yenidoğulmuşlarda, südəmər körpələrdə, uşaqlarda, yeniyetmələrdə və gənc yaşlı yetkin pasiyentlərdə zob xəstəliyinin müalicəsi.

Əks göstərişlər

Aşağıdakı hallarda Yodomarin 100 preparatını istifadə etmək olmaz: – kalium yodidə və ya dərman preparatının tərkibində olan hər hansı digər komponentə (“Tərkibi” bölməsində qeyd olunan) qarşı allergiya müşahidə olunduqda; – qalxanabənzər vəzi funksiyalarının aşkar yüksəlməsi (şikayətlərin mövcudluğu) qeyd olunduqda; – qalxanabənzər vəzi funksiyalarının gizli yüksəlməsi (şikayətlərin olmaması) qeyd olunduqda, sutkada 150 mkq yoddan artıq dozalarda; – pasiyentdə hormon əmələ gətirən xoşxassəli şiş olduqda və həmçinin, qalxanabənzər vəzidə nəzarətolunmayan hormon əmələ gətirən sahələr mövcud olduqda, sutkada 300 mkq-dan 1000 mkq dozaya qədər yod (əməliyyatdan əvvəlki dövrdə aparılan müalicə istisna olmaqla). -dermathitis herpetiformis (During). -hipokomlementemik vaskulit.

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Yodomarin 100 preparatının istifadəsinə başlamazdan əvvəl məsləhət üçün həkimə və ya əczaçıya müraciət etmək lazımdır. Yodomarin 100 preparatının tərkibində laktoza vardır. Pasiyentdə istənilən şəkər növlərinə qarşı dözümsüzlüyün mövcudluğu müəyyən edildiyi halda, göstərilən dərman preparatının istifadəsinə başlamazdan əvvəl, həkimlə məsləhətləşmək lazımdır.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Hazırda və ya az müddət əvvəl qəbul edilən və ya istifadəsi ehtimal edilən istənilən dərman preparatı barədə həkimi və ya əczaçını məlumatlandırmaq lazımdır. Hipertireoz (qalxanabənzər vəzinin funksiyasının yüksəlməsi) zamanı yod çatışmazlığı, orqanizmin dərman müalicəsinə qarşı reaksiyasını gücləndirdiyi halda, yodun artıq olması onu zəiflədir. Bu səbəbdən, hipertireozun müalicəsinə başlamazdan əvvəl və ya müalicə aparıldıqda, yodun istifadəsindən mümkün qədər çəkinmək lazımdır. Qalxanabənzər vəzi tərəfindən yodid (məsələn, perxlorat) kimi eyni mexanizm əsasında mənimsənilən maddələr və həmçinin, özləri mənimsənilməyən dərman maddələri, məsələn, 5 mq/dl-dən yüksək konsentrasiyalarda tiosianat, qalxanabənzər vəzi tərəfindən yodun mənimsənilməsinə mane olur. Qalxanabənzər vəzi tərəfindən yodun mənimsənilməsi və həmin vəzinin daxilində yod metabolizmi, endogen və ekzogen tireotrop hormonlar (TTH) tərəfindən stimullaşdırılır. Qalxanabənzər vəzinin sekresiyasını tormozlayan yodun yüksək dozalarının və bir qayda olaraq, psixi pozğunluqların müalicəsi üçün istifadə edilən litium duzlarının eyni zamanda istifadəsi ilə aparılan müalicə, zob xəstəliyinin və hipotireozun inkişaf etməsinə səbəb ola bilər. Kaliumqoruyucu diuretiklərlə birlikdə istifadə edilən yüksək dozalarda kalium yodid, hiperkali- emiyanın meydana çıxmasına səbəb ola bilər.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik və ya laktasiya dövründə və həmçinin, hamiləlik ehtimal edildikdə və ya planlaşdı- rıldıqda, bu preparatın istifadəsinə başlamazdan əvvəl, məsləhət almaq üçün həkimə və ya əczaçıya müraciət etmək lazımdır. Hamiləlik və laktasiya dövründə orqanizmin yoda olan tələbatı yüksəlir – bu səbəbdən, qeyd olunan dövrlərdə, orqanizmə yodun kifayət qədər daxil olmasını təmin etmək xüsusilə vacibdir. Lakin, yodu və yod-tərkibli preparatları yalnız, “fayda/risk” nisbətini qiymətləndirdikdən sonra və yalnız həkimin bilavasitə təyinatına əsasən istifadə etmək olar. Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri Xüsusi ehtiyat tədbirlərinin görülməsi tələb olunmur.

İstifadə qaydası və dozası

Göstərilən dərman preparatını hər zaman, bu içlik vərəqədə qeyd olunan göstərişlərə və ya həkimin və ya əczaçının təyinatlarına ciddi riayət edərək qəbul etmək lazımdır. İstənilən şübhə meydana çıxdığı halda, həkim və ya əczaçı ilə məsləhətləşmək lazımdır. Tövsiyə olunan doza Yod çatışmazlığı zamanı zob xəstəliyinin profilaktikası Yenidoğulmuşlar, südəmər körpələr və uşaqlar: sutkada 1 dəfə ½-1 tablet Yodomarin 100 preparatı (50-100 mkq yoda müvafiqdir). Yeniyetmələr və böyüklər: sutkada 1 dəfə 1-dən 2 tabletə qədər Yodomarin 100 preparatı (100- 200 mkq yoda müvafiqdir). Hamiləlik və laktasiya dövrü: sutkada 1 dəfə 2 tablet Yodomarin 100 preparatı (200 mkq yoda müvafiqdir). Zobun rezeksiyası əməliyyatından sonra və ya yod çatışmazlığı ilə əlaqəli zob xəstəliyinin dərman müalicəsi sona çatdıqdan sonra, zobun təkrar inkişafının profilaktikası: sutkada 1 dəfə 1-dən 2 tabletə qədər Yodomarin 100 preparatı (100-200 mkq yoda müvafiqdir). Yod çatışmazlığı nəticəsində zob xəstəliyinin müalicəsi Yenidoğulmuşlar, südəmər körpələr və uşaqlar: sutkada 1 dəfə 1-dən 2 tabletə qədər Yodomarin 100 preparatı (100-200 mkq yoda müvafiqdir). Gənc yaşlı yetkin pasiyentlər: sutkada 1 dəfə 3-dən 5 tabletə qədər Yodomarin 100 preparatı (300-500 mkq yoda müvafiqdir). İstifadə qaydası Preparatı yeməkdən sonra, kifayət qədər maye (məsələn, bir stəkan su) ilə birlikdə qəbul etmək lazımdır. İstifadə müddəti Profilaktik məqsədlərlə Yodomarin 100 preparatını adətən, bir neçə il müddətində, bəzi hallarda isə hətta bütün ömür boyu istifadə etmək olar. Yenidoğulmuşlarda və südəmər körpələrdə zob xəstəliyinin müalicəsi üçün, bir qayda olaraq, 2-4 həftəlik müalicə yetərli ola bilər. Uşaqlarda, yeniyetmələrdə və böyüklərdə zob xəstəliyinin müalicəsi üçün isə 6 aydan 12 aya qədər müddət tələb olunur. Tabletləri bərabər dozalı 2 hissəyə bölmək olar. Yodomarin 100 preparatının istifadəsinin ötürülməsi Preparatın ötürülmüş dozasını əvəz etmək üçün, tabletləri ikiqat dozada istifadə etmək olmaz. Yodomarin 100 preparatının istifadəsinin dayandırılması Yodomarin 100 preparatının istifadəsinin, məsələn, əlavə effektlərin meydana çıxması səbəbindən dayandırılması barədə, pasiyent həkimi məlumatlandırmalıdır. Gələcəkdə göstərilən preparatın istifadəsi ilə bağlı əlavə suallar meydana çıxdıqda, həkimə və ya əczaçıya müraciət etmək lazımdır.

Əlavə təsirləri

Bütün dərman vasitələri kimi bu preparat da əlavə təsirlərin meydana çıxmasına səbəb ola bilər, lakin həmin təsirlər hər pasiyentdə müşahidə olunmur. Yodiddən profilaktik məqsədlə istənilən yaş dövründə istifadə etdikdə və həmçinin, müalicə məqsədi ilə yenidoğulmuşlarda, südəmər körpələrdə, uşaqlarda və yeniyetmələrdə istifadə edildikdə, bir qayda olaraq, arzuolunmayan effektlər müşahidə olunmur. Bununla belə, qalxanabənzər vəzi avtonomiyasının genişmiqyaslı nəzarətolunmayan hormon əmələ gətirən sahələri mövcud olduqda və yodu 150 mkq-dən yüksək sutkalıq dozalarda təyin etdikdə, qalxanabənzər vəzinin funksiyalarının yüksəlməsinin klinik təzahürlərini tamamilə istisna etmək mümkün deyil. Çox nadir hallarda müşahidə olunan əlavə təsirlər (10000 pasiyentdən 1-dən azında qeyd olunur) İmmun sistemdə baş verən pozğunluqlar: yüksək həssaslıq reaksiyaları, məsələn, yod səbəbli zökəm, dəri reaksiyaları (bullyoz və ya tuberoz yododerma, eksfoliativ dermatit), dəri və selikli qişaların ödemi (angionevrotik ödem), qızdırma, sızanaqlar və tüpürcək vəzilərinin şişkinliyi. Hormonal sistemdə baş verən pozğunluqlar: böyüklərdə zob xəstəliyinin müalicəsi üçün istifadə edildikdə (sutkalıq 300 mkq-dən 1000 mkq-ə qədər yod), bəzi hallarda, qalxanabənzər vəzi funksiyasının yod səbəbli yüksəlməsi müşahidə oluna bilər. Əksər hallarda, bunun başlıca şərti qalxanabənzər vəzidə hormon əmələ gətirən ocaqların mövcudluğudur. Riskə adətən, uzun müddət zob xəstəliyindən əziyyət çəkən yaşlı pasiyentlər məruz qalırlar. İstənilən əlavə təsirlər meydana çıxdığı halda, həkimə və ya əczaçıya müraciət etmək lazımdır. Bu, ehtimal edilən hər bir əlavə təsirə, o cümlədən, bu içlik vərəqədə təsvir olunmayan əlavə təsirlərə aiddir. Əlavə təsirlər barədə məlumatlar Hər-hansı əlavə təsir meydana çıxdıqda, həkimə, əczaçıya və ya tibb bacısına müraciət etmək lazımdır. Bu, ehtimal edilən hər bir əlavə təsirə, o cümlədən, bu içlik vərəqədə təsvir olunmayan əlavə təsirlərə aiddir. Əlavə təsirlər barədə məlumat verməklə, göstərilən dərman preparatının təhlükəsizliyi barədə daha çox məlumat əldə etmək mümkündür.

Doza həddinin aşılması

Doza həddinin aşılması baş verdikdə, dərhal həkimə müraciət etmək lazımdır. Həkim, müvafiq tədbirlərin aparılması barədə qərar qəbul etməlidir.

Buraxılış forması

50 və ya 100 tablet qonur rəngli şüşə flakonda. 1 flakon, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

Saxlanma şəraiti

30° C-dən yuxarı olmayan temperaturda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır. Heç bir dərman preparatını çirkab sularına və ya məişət tullantıları ilə birlikdə atmaq olmaz. Lazım olmayan dərman preparatının utilizasiyası barədə əczaçı ilə məsləhətləşmək lazımdır. Bu tədbirlərin aparılması, ətraf mühitin qorunmasına kömək edir.

Yararlılıq müddəti

Yararlılıq müddəti qutunun üzərində göstərilmişdir. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti

Reseptsiz buraxılır. İstehsalçı /Qeydiyyat vəsiqəsinin sahibi Berlin-Hemi AG . Tempelhofer Weq 83, 12347 Berlin, Germany. Leipziger Strabe 7, 01097 Drezden, Germany.

Müştəri rəyləri

Bu məhsul üçün rəy yoxdur.

“YODOMARIN 100 MKG N100 TAB” üçün ilk rəyi siz yazın.

Oxşar məhsullar