Yemişan (Boyarişnik) cövhəri 25 ml Tenofarm
| Dərman forması | Damcı |
|---|---|
| Farmakoloji təsir | Kardiologiyada istifadə edilən vasitələr |
| İstehsal ölkəsi | Ukrayna |
Onlayn sifariş zamanı 5% endirim.
Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin
Endirim_5
1,19 ₼
Stokda var
Stokda var
-
Filialdan götürmək
Bu gün götürmək
Ödənişsiz
-
Kuryerlə çatdırılma
Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.
Ödənişli
-
Ekspress çatdırılma
Sürətli çatdırılma
Ödənişli
Ödəniş üsulları:
Məhsulun təsviri
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
Tərkibi
Təsiredici maddə: 1 flakonda 25 ml yemişan meyvələrinin (Crataegi fructus) (1:10) (ekstragent 70%-li etanol) tinkturası vardır. Köməkçi maddələr: ekstragentdən başqa maddə yoxdur.
Təsviri
Qırmızımtıl-qəhvəyi rəngli mayedir. Saxlanma prosesində çöküntünün yaranması mümkündür.
Farmakoterapevtik qrupu
Kardiologiyada istifadə edilən vasitələr. ATC kodu: C01EB04.
Farmakoloji xüsusiyyətləri
Farmakodinamikası Yemişan meyvələrinin tərkibində olan bioloji aktiv maddələr (flavonoidlər, xolin, asetilxolin, aşı maddələri, fitosterinlər, triterpen turşuları) koronar damarlarda və baş beyin damarlarında qan dövranını gücləndirir, miokardın ürək qlikozidlərinə qarşı həssaslığını artırır və onun oyanıqlığını azaldır ki, bu da, ürək əzələsinin yığılmasının güclənməsinə səbəb olur. Farmakokinetikası Preparat daxilə qəbul zamanı yaxşı sorulur. Effekt 30 dəqiqədən -1 saatdan sonra baş verir.
İstifadəsinə göstərişlər
Ürək-damar sisteminin fəaliyyətinin funksional pozulmaları (neyrosikrulyator distoniya), eləcə də, ürək ritminin pozulmasının (səyrici aritmiya, paroksizmal taxikardiya) yüngül formalarında köməkçi dərman vasitəsi kimi təyin edilir.
Əks göstərişlər
Preparatın istənilən komponentinə qarşı yüksək həssaslıq. Təzahürlü arterial hipotenziya və bradikardiya.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Qida komponentləri ilə qarşılıqlı təsirin qarşısını almaq məqsədilə, preparatı yemək zamanı qəbul etmək olmaz.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Preparat, ürək qlikozidlərinin, yuxugətiricilərin, sedativlərin, hipotenziv vasitələrin təsirini gücləndirə bilər. Mənfi komplekslərin yaranması ilə əlaqədar olaraq, alkaloid duzları ilə eyni vaxtda istifadəsi məsləhət görülmür. Preparatı sizaprid ilə eyni vaxtda istifadə etmək olmaz.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Preparatın tərkibinə etanol daxil olduğu üçün tinkturanı hamilə qadınlarda və laktasiya dövründə istifadə etmək məsləhət görülmür. Pediatriyada istifadəsi Preparatın tərkibinə etanol olduğu üçün 12 yaşa qədər uşaqlarda istifadə etmək məsləhət görülmür. Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarə etməkdən çəkinmək lazımdır.
İstifadə qaydası və dozası
Yeməkdən əvvəl daxilə qəbul edilir. Tinktura böyüklərə 20 damcı, 12 yaşdan yuxarı uşaqlara hər yaşa 1 damcı hesabı ilə gündə 3 dəfə stabil müalicəvi effekt alınana qədər təyin edilir (arterial təzyiqin normallaşması, ürəkdöyünmənin azalması).
Əlavə təsirləri
Nadir hallarda yuxululuq, ürək təzyiqinin əhəmiyyətli dərəcədə ləngiməsi, allergik reaksiyalar (o cümlədən, hiperemiya, səpgi, qaşınma, dərinin ödemi) müşahidə edilir.
Doza həddinin aşılması
Doza həddinin əhəmiyyətli dərəcədə pozulması zamanı yuxululuğun, bradikardiyanın, arterial təzyiqin enməsinin yaranması mümkündür ki, bunlar da, preparatın qəbulunun dayandırılmasını və simptomatik terapiyanın aparılmasını tələb edir.
Buraxılış forması
25 ml məhlul, damcıladıcısı olan flakonda.
Saxlanma şəraiti
25ºС-dən yüksək olmayan temperaturda, işıqdan qorunan və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Yararlılıq müddəti
4 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Reseptsiz buraxılır. İstehsalçı/Ərizəçi “Ternofarm” MMC, Ukrayna Ünvan Ukrayna, Ternopol ş., Fabriçnaya k., 4.
Ən Son Məqalələr
Reseptlə satılır
Müştəri rəyləri
Rəy yazmaq üçün hesabınıza daxil olun.

Rəylər
Filtrləri təmizləBu məhsul üçün rəy yoxdur.