YANUMET 50 1000 N56 TABLET
| Dərman forması | Tablet |
|---|---|
| Farmakoloji təsir | Qanda qlükozanın səviyyəsini aşağı salan preparatların kombinasiyası, peroral istifadə üçün |
| İstehsal ölkəsi | Niderland |
Onlayn sifariş zamanı 5% endirim.
Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin
Endirim_5
49,73 ₼
Stokda yoxdur
Stokda yoxdur
-
Filialdan götürmək
Bu gün götürmək
Ödənişsiz
-
Kuryerlə çatdırılma
Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.
Ödənişli
-
Ekspress çatdırılma
Sürətli çatdırılma
Ödənişli
Ödəniş üsulları:
Məhsulun təsviri
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
YANUMET örtüklü tabletlər Beynəlxalq patentləşdirilməmiş adı: Sitagliptin + Metformin
Tərkibi
Təsiredici maddələr:1 örtüklü tabletin tərkibində 50 mq sitaqliptin (fosfat monohidrat şəklində), 500 mq, 850 mq və ya 1000 mq metformin hidroxlorid vardır. Köməkçi maddələr: mikrokristallik sellüloza, polivinilpirrolidon (povidon), natrium stearil fumarat, natrium laurilsulfat. Örtük: çəhrayı opadri® II 85 F94203 (50 mq/500 mq doza üçün); çəhrayı opadrai® II 85 F94182 (50 mq/850 mq doza üçün); qirmızı opadri® II 85 F15464 (50 mq/1000 mq doza üçün), polivinil spirti, titan dioksid (E171), makroqol (polietilenqlikol) 3350, talk, qara dəmir oksidi (E172), qırmızı dəmir oksidi (E172).
Təsviri
Örtüklü tabletlər 50 mq/500 mq: bir tərəfində 575 rəqəmi həkk edilmiş, digər tərəfi isə təmiz olan açıq-çəhrayı rəngdə ikitərəfli qabarıq kapsulabənzər tabletlərdir. Örtüklü tabletlər 50 mq/850 mq: bir tərəfində 515 rəqəmi həkk edilmiş, digər tərəfi isə təmiz olan çəhrayı rəngdə ikitərəfli qabarıq kapsulabənzər tabletlərdir. Örtüklü tabletlər 50 mq/1000 mq: bir tərəfində 577 rəqəmi həkk edilmiş, digər tərəfi isə təmiz olan qırmızı rəngdə ikitərəfli qabarıq kapsulabənzər tabletlərdir.
Farmakoterapevtik qrupu
Qanda qlükozanın səviyyəsini aşağı salan preparatların kombinasiyası, peroral istifadə üçün. ATC kodu: A10BD07.
Farmakoloji xüsusiyyətləri
Farmakodinamikası Yanumet bir-birini tamamlayan təsir mexanizminə malik olan iki hipoqlikemik preparatın kombinasiyasından ibarət olub, 2-ci tip şəkərli diabeti olan xəstələrdə qlikemiyaya nəzarəti yaxşılaşdırmaq üçün nəzərdə tutulmuşdur: sitaqliptin fosfat, dipeptidilpeptidaza 4 (DPP-4) inhibitorunu və metformin hidroxloridi – biquanidlər sinfinin nümayəndəsini. Sitaqliptin fosfat – 2-ci tip şəkərli diabetin müalicəsində peroral istifadə olunan dipeptidilpeptidaza 4 fermentinin aktiv, güclü, yüksək dərəcədə seçici inhibitorudur. DPP-4 inhibitorları – inkretinlərin gücləndiriciləri kimi təsir göstərən preparatlar sinfidir. Sitaqliptin DPP-4 fermentini inhibə etməklə iki aktiv inkretin hormonlarının – qlükaqona bənzər peptid I (QBPI) və qlükozadan asılı insulinotrop polipeptidin (QİP) səviyyəsini artırır. İnkretinlər qlükoza hemostazının fizioloji tənzimlənməsində iştirak edən endogen sistemin bir hissəsidir. Qanda qlükozanın qatılıqları normal və ya yüksək olduqda QBPI və QİP insulinin sintezini və onun mədəaltı vəzinin beta-hüceyrələrindən çıxmasını artırır. QBP-I həmçinin mədəaltı vəzinin alfa-hüceyrələri vasitəsilə qlükaqonun sekresiyasını zəiflədərək, qaraciyər vasitəsilə qlükozanın əmələ gəlməsini aşağı salır. Əgər qlükozanın səviyyəsi aşağı olarsa, insulinin çıxması güclənmir və qlükaqonun sekresiyası aradan qalxmır. Sitaqliptin DPP-4 fermentinin güclü və yüksək dərəcədə seçici inhibitorudur və terapevtik qatılıqlarda yaxın qohum olan DPP-8 və ya DPP-9 fermentlərini inhibə etmir. Sitaqliptin QBP-I analoqlarından, insulindən, sulfanilsidikcövhə- rindən və ya meqlitinidlərdən, biquanidlərdən, proliferator peroksid vasitəsilə aktivləşən reseptor antaqonistlərindən (PPARγ), alfa-qlikozidaza və ya amilin analoqlarından kimyəvi quruluşuna və farmakoloji təsirinə görə fərqlənir. Sağlam könüllü şəxslərin iştirakı ilə aparılan iki həftəlik tədqiqat zamanı yalnız sitaqliptindən istifadə edildikdə aktiv QBP-I-in qatılığı, yalnız metformin qəbul edildikdə isə aktiv və ümumi QBP-I-in qatılıqları bərabər dərəcədə artmışdır. Sitaqliptin və metforminin eyni vaxtda qəbul edilməsi aktiv QBP-I-in qatılığına additiv təsir göstərir. Metformin deyil, sitaqliptin aktiv QİP-in qatılığını artırır. Ümumiyyətlə, sitaqliptin həm monoterapiya kimi, həm də kombinasiyada qəbul edildikdə hipoqlikemik nəzarəti yaxşılaşdırır. Klinik tədqiqatlarda sitaqliptin monoterapiya kimi A1c hemoqlobinin (HbA1c), həmçinin acqarına və ya qida qəbulundan sonra qlükozanın səviyyəsini əhəmiyyətli dərəcədə aşağı salmaqla, qlikemik nəzarəti yaxşılaşdırmışdır. Qan plazmasında qlükozanın səviyyəsinin acqarına azalması 3-cü həftə müşahidə edilmişdir (qanda qlükozanın səviyyəsinin acqarına müəyyən edildiyi müddətin birinci nöqtəsi). Sitaqliptinlə müalicə alan xəstələrdə hipoqlikemiyanın əmələ gəlməsinin müşahidə edilən tezliyi plasebo ilə analoji olmuşdur. Bədən kütləsi sitaqliptinlə müalicə zamanı başlanğıc göstərici ilə müqayisədə yüksəlməmişdir. Beta- hüceyrələrin funksiyalarının nisbətən surroqat markerlərinin, o cümlədən HOMA-β (homeostaz- β-nin qiymətləndirilməsi modeli), proinsulinin insulinə nisbəti və nümunələrin tez-tez götürülməsi zamanı qidanın tolerantlığı testində beta-hüceyrələrin reaktivlik göstəricisinin yaxşılaşması müşahidə edilmişdir. Metformin hidroxlorid Metformin qan plazmasında qlükozanın həm bazal səviyyəsini, həm də yeməkdən sonrakı səviyyəsini aşağı salan antihiperqlikemik təsirli biquaniddir. Preparat insulinin sekresiyasını stimullaşdırmır və buna görə də hipoqlikemiyanın əmələ gəlməsinə gətirib çıxarmır. Metformin üç mexanizm vasitəsilə təsir göstərir: – qlükoneogenezi və qlikogenolizi inhibə edərək qaraciyərdə qlükozanın əmələ gəlməsini aşağı salmaqla; – əzələ toxumasında, insulinə qarşı həssaslığı orta dərəcədə gücləndirməsi yolu ilə, periferik toxumalarda qlükozanın zəbt edilməsini və utilizasiyasını yaxşılaşdırmaqla; – bağırsaqda qlükozanın absorbsiyasını yavaşıtması yolu ilə. Metformin qlikogen-sintazaya təsir göstərməklə hüceyrələrin daxilində qlikogenin sintezini stimullaşdırır. Metformin qlükozanın membran daşıyıcılarının spesifik tiplərinin (GLUT-1 və GLUT-4) daşınma qabiliyyətini gücləndirir. Metformin insanda, preparatın qlikemiyaya təsirindən asılı olmayaraq, lipidlərin metabolizminə müsbət təsir göstərir. Nəzarət olunan orta və uzunmüddətli klinik tədqiqatlarda terapevtik dozalardan istifadə etdikdə müəyyən olunmuşdur ki, metformin ümumi xolesterinin, ASLP xolesterinin və triqliseridlərin səviyyələrini aşağı salır. Farmakokinetikası Yanumet Sağlam könüllü şəxslərin iştirakı ilə bioekvivalentliyin tədqiqi göstərmişdir ki, kombinəolunmuş Yanumet preparatı (sitaqliptin/metformin hidroxlorid), eyni vaxtda sitaqliptin fosfat və metformin hidroxloridin ayrıca tablet şəklində qəbul edilməsinə ekvivalentdir. Aşağıdakı məlumatlar Yanumet preparatının tərkibinə daxil olan təsiredici maddələrin farmakokinetik xüsusiyyətlərini əks etdirir. Sitaqliptin fosfat Absorbsiyası Sağlam könüllü şəxslər 100 mq dozanı peroral qəbul etdikdən sonra, sitaqliptin sürətlə absorbsiya olunur, qan plazmasında maksimal qatılığa (mediana T ) dozanın qəbulundan 1-4max saat sonra nail olunur, qan plazmasında sitaqliptinin orta AUC göstəricisi 8,52 mkmolsaat, Cmax 950 nmol təşkil edir. Sitaqliptinin mütləq biomənimsənilməsi təxminən 87%-dir. Sitaqliptinin tərkibində yağların miqdarı yüksək olan qida ilə eyni vaxtda qəbul edilməsi preparatın farmakokinetikasına təsir göstərmədiyindən, sitaqliptini qida qəbulundan asılı olmayaraq qəbul etmək olar. Qan plazmasında sitaqliptinin AUC göstəricisi dozaya mütənasib olaraq artır. C və Cmax 24s göstəriciləri üçün dozaya mütənasiblik müəyyən edilməmişdir (C dozaya mütənasibliyəmax nisbətən daha güclü, C göstəricisi isə dozaya mütənasibliyə nisbətən daha zəif artmışdır).24s Paylanması Sitaqliptini sağlam könüllü şəxslərə 100 mq dozada birdəfəlik venadaxilinə yeritdikdən sonra tarazlıq vəziyyətində orta paylanma həcmi təxminən 198 litr təşkil etmişdir. Sitaqliptinin qanın plazma zülalları ilə geridönən birləşən fraksiyası aşağıdır (38%). Metabolizmi Sitaqliptin sidiklə əsasən dəyişilməmiş şəkildə xaric edilir, metabolizmi isə əhəmiyyətsiz dərəcədədir. Sitaqliptinin təxminən 79%-i sidiklə dəyişilməmiş şəkildə xaric edilir. C-nişanlanmış sitaqliptinin peroral qəbulundan sonra radioaktiv preparatın təxminən 16%-i sitaqliptinin metabolitləri şəklində xaric edilmişdir. 6 metabolitin iz səviyyələri aşkar edilmiş və onlar, gözlənildiyi kimi, sitaqliptinin plazma DPP-4 (4-cü tip dipeptidilpeptidaza) inhibitor aktivliyində iştirak etmir. İn vitro tədqiqatlarda müəyyən edilmişdir ki, sitaqliptinin məhdudlaşmış metabolizminə cavabdehlik daşıyan əsas ferment CYP2C8 iştirakı ilə CYP3A4- dür. İn vitro məlumatlar göstərir ki, sitaqliptin CYP izofermentləri CYP3A4, 2C8, 2C9, 2D6, 1A2, 2C19 və ya 2B6 –nın inhibitoru deyil və CYP3A4 və CYP1A2-nin induktoru deyil. Xaric olması C-nişanlanmış sitaqliptinin peroral qəbulundan sonra sağlam könüllü şəxslərdə radioaktiv preparatın təxminən 100%-i preparatın qəbulundan sonra 1 həftə ərzində nəcislə (13%) və sidiklə (87%) xaric edilmişdir. Sitaqliptini 100 mq dozada peroral qəbul etdikdən sonra yarımxaric olmanın görünən son dövrü t½ təxminən 12,4 saat təşkil edir. Sitaqliptin dəfələrlə yeridildikdə yalnız minimal miqdarda toplanır. Böyrək klirensi təxminən 350 ml/dəqiqə təşkil edir. Sitaqliptinin xaric olması böyrəklərlə əsasən aktiv kanal sekresiyası mexanizm ilə həyata keçirilir. Sitaqliptin insanın 3-cü tip üzvi anionlarının (hÜAT-3) daşıyıcıları üçün substrat rolunu oynayır (sonuncu sitaqliptinin böyrəklərlə xaric olma prosesinə cəlb oluna bilər). Sitaqliptinin daşınmasında hÜAT-3-ün klinik əhəmiyyəti müəyyən edilməmişdir. Sitaqliptin həm də p-qlikoproteinin substratıdır (p-qlikoprotein də sitaqliptinin böyrəklərlə xaric edilməsi prosesində iştirak edə bilər). Lakin p-qlikoproteinin inhibitoru olan siklosporin sitaqliptinin böyrək klirensini aşağı salmamışdır. Sitaqliptin daşıyıcıların ÜDS2 və ya ÜAT1 və ya PEPT1/T2 üçün substrat rolunu oynamır. İn vitro, sitaqliptin qan plazmasında terapevtik əhəmiyyətli qatılıqlarda ÜAT3 (IC50=160 mkM) və ya qlikoprotein (250 mkmol-a qədər) vasitəsilə baş verən daşınmanı inhibə etmir. Klinik tədqiqatda sitaqliptinin qan plazmasında diqoksinin qatılığına zəif təsiri aşkar olunmuş və bu, sitaqliptinin p-qlikoprotein üçün zəif inhibitor ola bilməsini göstərir. Xəstələrdə xarakteristikaları Sitaqliptinin farmakokinetikası sağlam könüllü şəxslərdə və 2-ci tip şəkərli diabetli xəstələrdə ümumiyyətlə analoji olmuşdur. Böyrək funksiyalarının pozulması Sağlam pasiyent qrupları ilə müqayisədə böyrək funksiyasının müxtəlif dərəcəli xronik pozğunluğu olan pasiyentlərdə sitaqliptinin aşağı dozası ilə (50 mq) farmakokinetikanı qiymətləndirmək üçün birdəfəlik dozanın istifadə olunması ilə açıq tədqiqat aparılmışdır. Tədqiqatda böyrək funksiyasının yüngül, orta və ağır dərəcəli pozğunluğu olan, həmçinin böyrək xəstəliyinin terminal mərhələsində olan və hemodializ keçirilən pasiyentlər iştirak etmişdir. Əlavə olaraq populyasion farmakokinetik analizdən istifadə edilməklə, böyrək funksiyasının pozulmasının 2-ci tip şəkərli diabeti və böyrək funksiyasının yüngül, orta və ağır dərəcəli pozğunluğu olan (terminal mərhələ daxil olmaqla) pasiyentlərdə sitalaqliptinin farmakokinetikasına təsiri qiymətləndirilmişdir. Sağlam pasiyentlərin kontrol qrupu ilə müqayisədə sitalaqliptinin qan plazmasında AUC göstəricisi böyrək funksiyasının yüngül dərəcəli (YFS ≥ 60-dan < 90 ml/dəq-yə qədər) və ağır dərəcəli pozğunluğu olan (YFS ≥ 45-dən < 60 ml/dəq-yə qədər) pasiyentlərdə müvafiq olaraq təqribən 1,2 və 1,6 dəfə yüksəlmişdir. Belə yüksəlmənin klinik əhəmiyyəti olmadığından, bu qrup pasiyentlərdə dozaya düzəliş edilməsinə ehtiyac yoxdur. Böyrək funksiyasının orta dərəcəli pozğunluğu olan (YFS ≥ 30-dən < 45 ml/dəq-yə qədər) pasiyentlərdə sitalaqliptinin qan plazmasında AUC göstəricisi təqribən 2 dəfə və böyrək xəstəliyinin hemodializ aparılan (dozanın istifadə edilməsindən 4 saat sonra başlayan 3-4 saat hemodializ müddətində 13,5%) terminal mərhələsi də daxil olmaqla, böyrək funksiyasının ağır dərəcəli pozğunluğu olan pasiyentlərdə (YFS < 30 ml/dəq) 4 dəfə yüksəlmişdir. Qaraciyər funksiyalarının pozulması Qaraciyər funksiyaları yüngül və ya orta dərəcədə pozulmuş xəstələrdə sitaqliptinin dozasında düzəlişlərin edilməsinə ehtiyac yoxdur (Çayld-Pyu şkalasına görə ≤9). Qaraciyər funksiyaları ağır dərəcədə pozulmuş xəstələrdə (Çayld-Pyu şkalasına görə 9 baldan çox) preparatdan istifadə edilmənin klinik təcrübəsi yoxdur. Lakin sitaqliptin əsasən böyrəklər vasitəsilə xaric edildiyindən, qaraciyər funksiyalarının ağır dərəcədə pozulması zamanı sitaqliptinin farmakokinetikasına güclü təsirin olması gözlənilmir. Yaşlı xəstələr Yaşdan asılı olaraq preparatın dozasında düzəlişlər etməyə ehtiyac yoxdur. I Faza və II Faza məlumatlarının populyasion farmakokinetik analizinə əsasən xəstələrin yaşı sitaqliptinin farmakokinetikasına klinik əhəmiyyətli təsir göstərmir. Yaşlı xəstələrdə (65-80 yaş) qan plazmasında sitaqliptinin qatılığı daha gənc xəstələrə nisbətən təxminən 19% yüksək olmuşdur. Uşaqlar 2-ci tip şəkərli diabeti olan uşaqlarda (10 yaşdan 17 yaşa qədər) (birdəfəlik doza 50 mq, 100 mq və ya 200 mq) sitaqliptinin farmakokinetikası tədqiq edilirdi. Bu populyasiyada sitaqliptinin dozaya uyğunlaşdırılmış qan plazmasında AUC dəyəri 100 mq dozada 2-ci tip şəkərli diabetli böyüklər ilə müqayisədə təxminən 18% aşağı olmuşdur. Bu, 50 mq və 100 mq dozalar arasında bərabər FK/FD nisbətinə əsaslanaraq, yetkin xəstələrlə müqayisədə klinik cəhətdən əhəmiyyətli fərq hesab edilmir. 10 yaşdan kiçik uşaqlarda sitaqliptinin tədqiqatı keçirilməmişdir. Xəstələrin digər xarakteristikaları Cins, irq və ya bədən kütləsi indeksindən (BKİ) asılı olaraq preparatın dozasında düzəlişlər etməyə ehtiyac yoxdur. Bu xarakteristikalar sitaqliptinin farmakokinetikasına klinik əhəmiyyətli təsir göstərməmiş və bu, I Fazanın farmakokinetik məlumatlarının kompleks analizinə və I Faza və II Faza məlumatlarının populyasion farmakokinetik analizinə əsaslanmışdır. Metformin hidroxlorid Absorbsiyası Metformini peroral qəbul etdikdən sonra T 2,5 saatdan sonra əldə olunur. Metformin 500 mqmax tabletinin mütləq biomənimsənilməsi sağlam könüllü şəxslərdə təxminən 50-60% olmuşdur. Dozanı peroral qəbul etdikdən sonra, nəcislə xaric edilən absorbsiya olunmayan fraksiya 20-30% təşkil etmişdir. Peroral qəbul etdikdən sonra metforminin absorbsiyası doymuş və natamam olur. Metforminin farmakokinetikasının qeyri-xətti olması nəticəsinə gəlinmişdir. Metforminin adi dozalarından və doza rejimindən istifadə etdikdə tarazlıq vəziyyətində qatılığa 24-48 saat ərzində nail olunur və bir qayda olaraq 1 mkq/ml-dən az olur. Nəzarət olunan klinik tədqiqatlarda qan plazmasında metforminin maksimal qatılığı (C ), hətta maksimal dozalardan istifadə etdikdə 4 mkq/ml-dənmax çox olmamışdır. Qida metforminin sorulma dərəcəsini azaldır və bir qədər ləngidir. 850 mq dozanın qəbulundan sonra qan plazmasında maksimal qatılığın 40%, AUC göstəricisinin 25% azalması və qan plazmasında maksimal qatılığın əldə olunmasına qədər müddətin 35 dəqiqə uzanması müşahidə edilmişdir. Bu cür farmakokinetik göstəricilərin azalmasının klinik əhəmiyyəti məlum deyil. Paylanması Qanın plazma zülalları ilə birləşməsi əhəmiyyətsiz dərəcədədir. Metformin eritrositlərdə paylanır. Qanda maksimal qatılığı plazmada olduğundan aşağıdır və təxminən eyni müddətdən sonra əldə olunur. Eritrositlər, çox ehtimalla, paylanmanın ikincili komponentidir. Vd (paylanma həcmi) orta göstərici 63-276 litr arasında dəyişir. Metabolizmi Metformin sidiklə dəyişilməmiş şəkildə xaric edilir. İnsanda metabolitlər aşkar edilməmişdir. Xaric olması Metforminin böyrək klirensi ≥ 400 ml/dəqiqə təşkil edir və bu metforminin yumaqcıq filtrasiyası və tubulyar sekresiya yolu ilə xaric edildiyini göstərir. Peroral qəbul edildikdən sonra yarımxaric olmanın görünən son dövrü təxminən 6,5 saat təşkil edir. Böyrək funksiyalarının pozulması zamanı böyrək klirensi kreatininə mütənasib olaraq azalır və beləliklə, yarımxaric olma dövrü uzanır ki, bu da qan plazmasında metforminin səviyyəsinin artmasına gətirib çıxarır.
İstifadəsinə göstərişlər
2-ci tip şəkərli diabetli xəstələr üçün. Yanumet metforminlə maksimal dözülən dozada monoterapiya fonunda adekvat nəzarətin əldə edilmədiyi xəstələrdə qlikemiyaya nəzarəti yaxşılaşdırmaq üçün pəhrizə və fiziki gərginlik rejiminə əlavə kimi, həmçinin artıq sitaqliptin və metformin kombinasiyası ilə müalicə alan xəstələrə göstərişdir. Yanumet sulfanilsidikcövhəri törəmələrilə kombinasiyada (üç preparatın kombinasiyası) maksimal dözülən dozada metforminlə və sulfanilsidikcövhəri preparatları ilə terapiya zamanı adekvat nəzarətin əldə edilmədiyi xəstələrdə pəhrizə və fiziki gərginlik rejiminə əlavə kimi göstərişdir. Yanumet proliferator peroksidlə (PPAR-γ) (məsələn, tiazolidindionla) aktivləşdirilmiş qamma- reseptorların aqonistləri ilə kombinasiyada (üç preparatın kombinasiyası) metforminin maksimal dözülən dozası və PPAR-γ aqonisti ilə terapiya zamanı adekvat nəzarətin əldə edilmədiyi xəstələrdə pəhrizə və fiziki gərginlik rejiminə əlavə kimi göstərişdir. Yanumet həmçinin insulinlə kombinasiyada (üç preparatın kombinasiyası) insulinlə stabil dozada və metforminlə qlikemiyaya adekvat nəzarətin təmin edilmədiyi xəstələrdə qlikemiyaya nəzarəti yaxşılaşdırmaq üçün pəhrizə və fiziki gərginlik rejiminə əlavə kimi göstərişdir.
Əks göstərişlər
– Təsiredici maddələrə və ya köməkçi maddələrdən istənilən birinə qarşı hiperhəssaslıq; – kəskin metabolik asidozun hər bir növü (məsələn, laktoasidoz, diabetik ketoasidoz); – diabetik komaönü; – böyrək funksiyalarının ağır dərəcəli pozğunluqları (YFS< 30 ml/dəqiqə); – böyrək funksiyalarına təsir göstərə bilən kəskin vəziyyətlər, məsələn, dehidratasiya, ağır infeksiya, şok, yodtərkibli kontrast maddələrin damardaxilinə yeridilməsi; – toxuma hipoksiyasına gətirib çıxara bilən kəskin və xroniki xəstəliklər, məsələn, ürək və ya respirator çatışmazlıq, yaxın zamanlarda keçirilmiş miokard infarktı, şok; – qaraciyər funksiyalarının pozulması; həmçinin: – kəskin alkoqol intoksikasiyası, alkoqolizm; – laktasiya dövrü.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Ümumi Yanumet preparatını 1-ci tip şəkərli diabetli xəstələrə təyin etmək lazım deyil, həmçinin diabetik ketoasidozun müalicəsində qəbul etmək olmaz. Kəskin pankreatit DPP-4 inhibitorlarının istifadəsi kəskin pankreatitin inkişaf riski ilə bağlıdır. Pasiyentə kəskin pankreatitin xarakterik simptomları – qarında daim, intensiv ağrılar barədə məlumat vermək lazımdır. Sitaqliptinin ləğv edilməsindən sonra (dəstəkləyici müalicə ilə/dəstəkləyici müalicəsiz) pankreatitin aradan qalxması müşahidə olunmuşdur, lakin çox nadir hallarda nekrotizləşdirici və ya hemorragik pankreatit və/və ya fatal nəticələnən hallar olmuşdur. Pankreatitə şübhə olduqda Yanumet preparatını və digər potensial şübhəli preparatları ləğv etmək lazımdır; əgər kəskin pankreatit təsdiq olunarsa, Yanumet preparatı ilə müalicə bərpa edilməməlidir. Anamnezində pankreatit olan pasiyentlərdə preparat ehtiyatla istifadə edilməlidir. Laktoasidoz Laktoasidoz nadir, lakin ciddi metabolik ağırlaşma olub, daha çox böyrək funksiyasının kəskin pisləşməsi, kardiorespirator xəstəliklər və ya sepsis zamanı baş verir. Böyrək funksiyasının pisləşməsi zamanı orqanizmdə metforminin toplanması baş verir ki, bu da laktoasidozun inkişaf riskini yüksəldir. Dehidratasiya zamanı (ağır qusma, diareya, qızdırma və ya orqanizmə mayenin daxil olmasının azalması) metforminin istifadəsini müvəqqəti dayandırmaq və həkimə müraciət etmək lazımdır. Böyrək funksiyalarını kəskin şəkildə pisləşdirə bilən preparatları (antihipertenziv vasitələr, diuretiklər və QSİƏP kimi) metforminlə müalicə alan pasiyentlərə ehtiyatla təyin etmək lazpımdır. Laktoasidozun inkişafının digər risk faktorları: alkoqoldan həddindən artıq istifadə, qaraciyər funksiyasının pozulması, kifayət qədər nəzarət olunmayan diabet, ketoz, uzunmüddətli aclıq, hipoksiya ilə bağlı vəziyyət, laktoasidozun inkişafına səbəb ola bilən preparatlarla birlikdə istifadə. Pasiyentlər və/və ya xəstəyə qulluq edən şəxslər laktoasidozun inkişaf riski barədə məlumatlandırılmalıdırlar. Laktoasidoz asidoz dispnoe, qarında ağrı, əzələ qıcolmaları, asteniya, koma ilə nəticələnən hipotermiya ilə xarakterizə olunur. Şübhəli simptomlar meydana çıxarsa, pasiyent qəbulunu dayandırmalı və dərhal tibbi yardım üçün həkimə müraciət etməlidir. Laborator göstəricilərdə qanın pH-nın azalması (< 7,35), qan plazmasında laktatın səviyyəsinin yüksəlməsi (> 5 mmol/l) və anion intervalının və laktat/piruvat nisbətinin yüksəlməsi baş verəcəkdir. Böyrəklərin funksiyaları YFS-i müalicə başlayana qədər və sonra müntəzəm olaraq təyin etmək lazımdır. Yanumet preparatı YFS < 30 ml/dəq olan pasiyentlərə əks göstərişdir və böyrək funksiyasına potensial təsir göstərə bildiyi vəziyyətlərdə müvəqqəti olaraq ləğv edilməlidir («Əks göstərişlər» böl. bax). Hipoqlikemiya Yanumet preparatını sulfanilsidikcövhərilə və ya insulinlə kombinasiyada qəbul edən xəstələrdə hipoqlikemiyanın əmələ gəlmə riski yarana bilər. Buna görə də sulfanilsidikcövhəri preparatlarının və ya insulinin dozasını aşağı salmaq lazım gələ bilər. Hiperhəssaslıq reaksiyaları Marketinqdənsonrakı dövrdə sitaqliptinlə müalicə alan xəstələrdə ciddi hiperhəssaslıq reaksiyaları haqqında məlumatlar alınmışdır. Bu reaksiyalara anafilaksiya, angionevrotik ödem və dərinin eksfoliativ vəziyyəti, o cümlədən Stivens-Conson sindromu daxildir. Bu reaksiyalar sitaqliptinlə müalicənin başlanmasından sonra ilk 3 ay ərzində, bəzi hallarda isə – birinci dozanın qəbulundan sonra əmələ gəlmişdir. Hiperhəssaslıq reaksiyasından şübhələndikdə Yanumet preparatından istifadəni dayandırmaq, reaksiyanın digər mümkün olan səbəblərini qiymətləndirmək və diabet zamanı alternativ müalicə təyin etmək lazımdır. Bullyoz pemfiqoid Postmarketinq dövründə sitaqliptin daxil olmaqla DPP4 inhibitorları ilə müalicə alan pasiyentlərdə bullyoz pemfiqoid barədə məlumat verilmişdir. Əgər bullyoz pemfiqoidə şübhə olarsa, Yanumet preparatının istifadəsini dayandırmaq lazımdır. Cərrahiyə Ümumi, onurğa beyni və ya epidural anesteziya altında keçirilən cərrahi əməliyyat zamanı Yanumet preparatının istifadəsini dayandırmaq lazımdır. Müalicəni cərrahi əməliyyatın aparıl- masından və ya peroral qidalanmanın bərpa olunmasından ən azı 48 saat sonra (böyrək funksiyasının stabil olması şərti ilə) bərpa etmək olar. Yodtərkibli kontrast maddələrdən istifadə Yodtərkibli kontrast preparatların damardaxili yeridilməsi metforminin toplanması və laktoasidozun inkişaf riskinin yüksəlməsi ilə müşayiət olunan kontrast-induksiyalaşmış nefropatiyaya gətirib çıxara bilər. Belə prosedurların keçirilməsi zamanı Yanumet preparatını ləğv etmək və ən azı 48 saatdan sonra bərpa etmək lazımdır (böyrək funksiyasının stabilolması şərti ilə) («Əks göstərişlər» və «Digər dərman vasitələri ilə qarşılıqlı təsiri» böl.bax). Əvvəllər nəzarət olunan 2-ci tip şəkərli diabetli xəstələrdə klinik statusun dəyişilməsi Əvvəllər Yanumet preparatından istifadə zamanı yaxşı nəzarət olunan 2-ci tip şəkərli diabetli xəstələrdə laborator göstəricilərdə patoloji dəyişikliklər və ya klinik xəstəlik (xüsusilə də qeyri- müəyyən və çətin aşkar olunan) baş verdikdə xəstələri ketoasidoz və laktoasidoz əlamətlərinə görə dərhal müayinə etmək lazımdır. Müayinəyə qan zərdabında elektrolitlərin və ketonların, qanda qlükozanın və əgər göstərişdirsə, qanın pH-nı, laktatı, piruvatı və metforminin səviyyəsinin təyin edilməsi daxil edilməlidir. Əgər istənilən formada asidoz əmələ gələrsə, Yanumet preparatından istifadəni dərhal dayandırmaq və müvafiq korreksiyaedici terapiya aparmaq lazımdır.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Eyni vaxtda sitaqliptinin çoxdəfəlik dozalarının (gündə 2 dəfə 50 mq) və metforminin (gündə 2 dəfə 1000 mq) qəbul edilməsi 2-ci tip şəkərli diabetli xəstələrdə həm sitaqliptinin, həm də metforminin farmakokinetikasına əhəmiyyətli dərəcədə təsir göstərməmişdir. Digər preparatların Yanumet preparatı ilə farmakokinetik qarşılıqlı təsiri tədqiq olunmamışdır; lakin bu cür tədqiqatlar Yanumet preparatının tərkibinə daxil olan təsiredici maddələrdən hər biri üçün (sitaqliptin və metformin) ayrıca həyata keçirilmişdir . Eyni zamanda istifadə tövsiyə olunmur Аlkoqol Аlkoqol intoksikasiyası laktoasidozun inkişaf riskinin yüksəlməsi ilə assosiasiya olunur, xüsusilə aclıq, tam dəyərli qidalanmama və ya qarciyər funksiyasının pozulması hallarında. Yodtərkibli kontrast maddələr Yanumet preparatını kontrast maddədən istifadə etməklə aparılan müayinə zamanı ləğv etmək və ən azı 48 saatdan sonra bərpa etmək lazımdır (böyrək funksiyasının stabil olması şərtilə) (bax: «Əks göstərişlər» və «Ehtiyat tədbirləri»). Ehtiyatla istifadə olunmalı kombinasiyalar Bəzi dərman vasitələri (məsələn, SOG-1-in selektiv inhibitorları, AÇF-in inhibitorları, angiotenzin II reseptorlarının antaqonistləri daxil olmaqla QSİƏP-lər və diuretiklər, xüsusilə ilgək diuretikləri) böyrək funksiyasına mənfi təsir göstərə bilər ki, bu da laktoasidozun inkişaf riskinin yüksəlməsinə səbəb ola bilər. Belə preparatların metforminlə birlikdə istifadəsinin əvvəlində və istifadə müddətində böyrək funksiyasına ciddi nəzarət etmək lazımdır. Metforminin xaric olmasında iştirak edən ümumi böyrək tubulyar nəqledici sistem ilə (məsələn, üzvi kationların/bir çox dərman vasitələrinin və ranolazin, vandetanib, doluteqravir və simetidin kimi toksik maddələrindaşıyıcısı-2) qarşılıqlı təsirdə ola bilən preparatları ilə eyni zamanda istifadə metforminin sistem ekspozisiyasının və laktoasidozun inkişaf riskinin yüksəlməsinə səbəb ola bilər. Birlikdə istifadənin üstünlüyünü və riskini nəzərdən keçirmək lazımdır. Belə preparatların birlikdə istifadəsi zamanı tez-tez qlikemik nəzarət həyata keçirmək, tövsiyə olunan dozalanma çərçivəsində dozaya düzəliş etmək və ya diabet zamanı müalicəni dəyişdirmək lazımdır. Qlükokortikoidlər (sistem və yerli istifadə üçün), beta-2-aqonistlər və diuretiklər özünəməxsus hiperqlikemik aktivliyə malikdir. Pasiyentə qanda qlükozanın səviyyəsinə daha tez-tez nəzarət etməli olduğu barədə məlumat verilməlidir, xüsusilə belə preparatlarla müalicənin əvvəlində. Əgər lazım gələrsə, eyni zamanda digər preparatlardla müalicənin gedişində və onların ləğv edilməsi zamanı antihiperqlikemik preparatların dozasına düzəliş etmək lazımdır. AÇF-in inhibitorları qanda qlükozanın səviyyəsini aşağı sala bilər. Əgər lazım gələrsə, eyni zamanda digər preparatlardla müalicənin gedişində və onların ləğv edilməsi zamanı antihiperqlikemik preparatların dozasına düzəliş etmək lazımdır. Digər preparatların sitaqliptinə təsiri In vitro və aşağıda göstərilən klinik məlumatlar digər preparatlarla birlikdə istifadə zamanı klinik əhəmiyyətli qarşılıqlı təsirlərin başvermə riskinin aşağı olduğunu göstərir. In vitro tədqiqatlar göstərmişdir ki, CYP2C8-in iştirakı ilə sitaqliptinin məhdud metabolizminə məsul olan əsas ferment CYP3A4-dür. Böyrək funksiyası normal olan pasiyentlərdə CYP3A4 vasitəsilə baş verən metabolizm də daxil olmaqla, metabolizm sitaqliptinin klirensində cüzi rol oynayır. Böyrək funksiyasının pozulmasının ağır formalarında və ya böyrək xəstəliklərinin terminal mərhələsində metabolizm daha əhəmiyyətli rol oynaya bilər. Bu səbəbdən CYP3A4-ün güclü inhibitorları (məsələn, ketokonazol, itrakonazol, ritonavir, klaritromisin) böyrək funksiyasının pozulmasının ağır formalarında və ya böyrək xəstəliklərinin terminal mərhələsində sitaqliptinin farmakokinetikasına təsir göstərə bilər. Böyrək funksiasının pozulması zamanı CYP3A4-ün güclü inhibitorlarının təsiri klinik tədqiqatda öyrənilməmişdir. In vitro nəqlolunmanın tədqiqi göstərdi ki, sitaqliptin p-qlikoproteinin və üzvi ion daşıyıcısı-3-ün (ÜİD-3) substratıdır. Sitaqliptinin dolayı nəqledicisi ÜİD-3 in vitro probenesid vasitəsilə tormozlanmışdır, baxmayaraq ki, klinik əhəmiyyətli qarşılıqlı təsirlərin başvermə riskinin aşağı olduğu hesab edilir. ÜİD-3 inhibitorlarının eyni zamanda istifadəsi in vivo öyrənilməmişdir. Siklosporin. Siklosporinin, p-qlikoproteinin güclü inhibitorunun, sitaqliptinin farmakokine- tikasına təsirini qiymətləndirmək üçün tədqiqat aparılmışdır. Sitaqliptini 100 mq birdəfəlik dozada peroral və siklosporinin 600 mq birdəfəlik dozada peroral eyni vaxtda qəbul etdikdə, sitaqliptinin AUC və C göstəriciləri müvafiq olaraq təxminən 29% və 68% artmışdır. Bumax dəyişikliklərə sitaqliptinin farmakokinetikasında klinik əhəmiyyətli hal kimi baxılmır. Sitaqliptinin böyrək klirensi əhəmiyyətli dərəcədə dəyişilməmişdir. Buna görə də p- qlikoproteinin digər inhibitorları ilə əhəmiyyətli dərəcədə qarşılıqlı təsirin baş verməsi gözlənilmir. Sitaqliptinin digər preparatlara təsiri Diqoksin: Sitaqliptin qan plazmasında diqoksinin qatılığına az dərəcədə təsir göstərir. 10 gün ərzində hər gün 0,25 mq diqoksinin 100 mq sitaqliptinlə eyni vaxtda qəbul edilməsindən sonra, qan plazmasında diqoksinin AUC göstəricisi orta hesabla 11%, qan plazmasında C isə ortamax hesabla 18% artmışdır. Diqoksinin dozasında düzəlişlər etməyə ehtiyac yoxdur. Lakin sitaqliptin və diqoksinin eyni vaxtda qəbul edilməsi zamanı diqoksinin toksiklik riski olan xəstələr üzərində müşahidə aparmaq lazımdır. In vitro məlumatlar göstərir ki, sitaqliptin CYP450 izofermentlərini nə inhibə edir, nə də induksiyalaşdırır. Klinik tədqiqatlarda sitaqliptin metforminin, qliburidin, simvastatinin, roziqli- tazonun, varfarinin və ya peroral kontraseptivlərin farmakokinetikasına əhəmiyyətli təsir gös- tərməmişdir ki, bu da in vivo CYP3A4, CYP2C8, CYP2C9 substratları ilə və üzvi kationların daşıyıcıları ilə qarşılıqlı təsirə az meyilli olduğunu nümayiş etdirir. Sitaqliptin in vivo p- qlikoproteinin zəif inhibitoru ola bilər.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Hamilə qadınlarda sitaqliptindən istifadə edilmə haqqında müvafiq məlumatlar yoxdur. Heyvanlar üzərində aparılan tədqiqatlar sitaqliptini yüksək dozalarda yeritdikdə reproduktiv toksikliyin olduğunu göstərmişdir. Məhdud sayda məlumatlar göstərir ki, hamilə qadınlarda metformindən istifadə anadangəlmə qüsurların inkişaf riskinin yüksəlməsi ilə müşayiət olunmur. Heyvanlar üzərində aparılan tədqiqatlar zamanı metformin yeridildikdə hamiləliyə, embrional və fetal inkişafa, doğuşlara və ya postnatal inkişafa münasibətdə mənfi effektlər aşkar edilməmişdir. Hamiləlik dövründə Yanumet preparatından istifadə edilməməlidir. Əgər qadın hamilə qalmağı planlaşdırırsa və ya hamilə qalmışsa, Yanumet preparatı ilə müalicəni dayandırmaq və imkan daxilində tez insulin təyin etmək lazımdır. Yanumet preparatının tərkibinə daxil olan təsiredici maddələrin kombinasiyasından istifadə etməklə südverən heyvanlar üzərində tədqiqatlar aparılmamışdır. Təsiredici maddələrin hər birinin ayrıca istifadə edildiyi tədqiqatda sitaqliptin və metformin laktasiya dövründə siçovulların südü ilə xaric edilmişdir. Metformin insanın südünə az miqdarda daxil olur. Sitaqliptinin insanda südlə xaric edilib-edilməməsi məlum deyil. Bu səbəbdən Yanumet preparatını laktasiya dövründə istifadə etmək olmaz. Pediatriyada istifadəsi 2-ci tip şəkərli diabeti olan və metforminlə insulin müalicəsi fonunda və ya onsuz qlikemiyaya adekvat nəzarət əldə edilməyən 10-17 yaşlı uşaqların müalicəsinə sitaqliptinin əlavə edilməsinin təhlükəsizliyi və effektivliyi 54-həftəlik iki tədqiqatda qiymətləndirilmişdir. Yanumet (sitaqliptin + metformin) plasebonun metforminə əlavəsi ilə müqayisə edilmişdir. Bu iki tədqiqatın birləşdirilmiş analizində 20-ci həftəyə HbA1c –nin daha aydın ifadə olunan azalması metforminlə müqayisədə Yanumet üçün nümayiş etdirildiyi halda, ayrı-ayrı tədqiqat- ların nəticələri təzadlı olmuşdur. Bundan başqa, 54-cü həftəyə metforminlə müqayisədə Yanumet preparatının daha aydın ifadə olunan effektivliyi müşahidə edilməmişdir. Deməli, bu nəticələr Yanumetin 2-ci tip şəkərli diabeti olan uşaqlarda (10-17 yaşlı) istifadəsini dəstəkləmir. 2-ci tip şəkərli diabeti olan 10-17 yaşlı uşaqlarda əlavə təsirlərin profili böyüklərdə müşahidə edilən profillə müqayisə olunan olmuşdur. 10 yaşdan aşağı olan uşaqlarda Yanumet preparatının istifadəsi öyrənilməmişdir. Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri Yanumet preparatı avtonəqliyyat vasitələrini və digər mexanizmləri idarəetmə qabiliyyətinə təsir göstərmir. Lakin avtonəqliyyat vasitələrini idarə edən və mexanizmlərlə işləyən zaman nəzərə almaq lazımdır ki, sitaqliptindən istifadə zamanı başgicəllənmə və yuxululuğun əmələ gəlməsi haqqında məlumat verilmişdir. Bundan başqa, əgər Yanumet preparatı sulfanilsidikcövhərilə və ya insulinlə kombinasiyada qəbul edilərsə, xəstələri hipoqlikemiyanın əmələ gəlmə riski haqqında xəbərdar etmək lazımdır.
İstifadə qaydası və dozası
Dozalar Yanumet preparatı ilə antihiperqlikemik müalicə zamanı dozanı sitaqliptinin maksimal tövsiyə olunan 100 mq dozasından artıq qəbul etməməklə müalicənin cari sxemi, xəstədə effektivliyi və dözümlülükdən asılı olaraq fərdi şəkildə seçmək lazımdır. Вöyrək funksiyası normal olan böyük pasiyentlər (YFS>90 ml/dəq). Metforminlə monoterapiya zamanı maksimal dözülən dozada adekvat nəzarətin əldə edilmədiyi xəstələr üçün Metforminlə monoterapiya zamanı adekvat nəzarətin əldə olunmadığı xəstələr üçün Yanumet preparatının başlanğıc tövsiyə olunan dozası sitaqliptinin gündə 2 dəfə 50 mq dozasını (ümumi gündəlik doza 100 mq) plyus metforminin cari dozasını təmin etməlidir. Sitaqliptin və metformin eyni vaxtda qəbul edən xəstələr üçün Sitaqliptin və metformin monopreparat şəkilində qəbuldan keçid zamanı Yanumet preparatının başlanğıc dozası sitaqliptin və metforminin qəbul edilmiş dozalarına ekvivalent olmalıdır. İki preparatla – maksimal dözülən dozada metforminlə və sulfanilsidikcövhərilə kombinasiya olunmuş terapiya zamanı adekvat nəzarətin əldə olunmadığı xəstələr üçün Yanumet preparatının dozası sitaqliptinin gündə 2 dəfə 50 mq dozasını (ümumi gündəlik doza 100 mq) və metforminin artıq qəbul edilən dozasına müvafiq gələn dozanı təmin etməlidir. Əgər Yanumet sulfanilsidikcövhərilə kombinasiyada qəbul edilərsə, hipoqlikemiyanın əmələ gəlmə riskini aşağı salmaq üçün sulfanilsidikcövhəri preparatlarını daha aşağı dozada qəbul etmək lazımdır. İki preparatla – maksimal dözülən dozada metforminlə və PPAR-γ aqonisti ilə kombinasiya olunmuş terapiya zamanı adekvat nəzarətin əldə olunmadığı xəstələr üçün Yanumet preparatının dozası sitaqliptinin gündə 2 dəfə 50 mq dozasını (ümumi gündəlik doza 100 mq) və metforminin artıq qəbul edilən dozasına müvafiq gələn dozanı təmin etməlidir. İki preparatla – insulinlə və maksimal dözülən dozada metforminlə kombinasiya olunmuş terapiya zamanı adekvat nəzarətin əldə olunmadığı xəstələr üçün Yanumet preparatının dozası sitaqliptinin gündə 2 dəfə 50 mq dozasını (ümumi gündəlik doza 100 mq) və metforminin artıq qəbul edilən dozasına müvafiq gələn dozasını təmin etməlidir. Yanumet preparatını insulinlə kombinasiyada qəbul etdikdə hipoqlikemiyanın inkişaf riskini azaltmaq məqsədilə insulinin dozasını aşağı salmaq lazım gələ bilər. Metforminin müxtəlif dozalarını təmin etmək məqsədilə Yanumet preparatı 50 mq sitaqliptin və 500 mq və ya 850 mq və ya 1 000 mq metformin hidroxlorid dozalarda buraxılır. Bütün xəstələr gün ərzində karbohidratların qəbulunun adekvat paylandığı pəhrizə əməl etməyi davam etdirməlidirlər. Artıq bədən kütləsinə malik olan xəstələr azkalorili pəhrizə əməl etməyi davam etdirməlidirlər. Bəzi qruplar Böyrək funksiyalarının pozulması Böyrək funksiyasının yüngül dərəcəli pozğunluğu (YFS ≥ 60 ml/dəq) olan pasiyentlərdə preparatın dozasına düzəliş edilməsinə ehtiyac yoxdur. YFS göstəricisini metformin tərkibli preparatlarla müalicəyə başlamazdan əvvəl, sonra isə ən azı ildə 1 dəfə təyin etmək lazımdır. Böyrək xəstəliklərinin sonrakı proqressivləşməsinin yüksək riski olan pasiyentlərdə və ahıl yaşlı pasiyentlərdə böyrək funksiyasını tez-tez, məsələn, hər 3-6 aydan bir qiymətləndirmək lazımdır. Маksimal gündəlik dozanı 2-3 qəbula bölmək lazımdır. YFS < 60 ml/dəq olan pasiyentlərə metformin təyin etməzdən əvvəl laktoasidozun inkişaf riskini yüksəldə bilən faktorları analiz etmək lazımdır. Əgər pasiyent üçün Yanumet preparatının əlverişli dozası yoxdursa, kombinəolunmuş preparatın əvəzinə monokomponent preparatlar istifadə etmək lazımdır. YFS, ml/dəq Metformin Sitaqliptin 60-89 Maksimal gündəlik doza 3000 mq. Maksimal gündəlik doza 100 mq. Böyrəklərin funksional pozğunluğun- dan asılı olaraq dozanın azaldılmasını nəzərdən keçirmək olar 45-59 Maksimal gündəlik doza 2000 mq. Maksimal gündəlik doza 100 mq. Başlanğıc doza maksimal dozanın yarısını təşkil edir. 30-44 Maksimal gündəlik doza 1000 mq. Maksimal gündəlik doza 50 mq. Başlanğıc doza maksimal dozanın yarısını təşkil edir. < 30 Metformin əks göstərişdir. Maksimal gündəlik doza 25 mq. Qaraciyər funksiyalarının pozulması Yanumet preparatını qaraciyər funksiyaları pozulmuş xəstələrə təyin etməmək lazımdır. Yaşlı xəstələr Metformin və sitaqliptin böyrəklər vasitəsilə xaric edildiyindən, Yanumet preparatını yaşlı xəstələrdə ehtiyatla qəbul etmək lazımdır. Metforminin qəbul edilməsilə bağlı olan laktoasidozun inkişafının qarşısını almaq məqsədilə, xüsusilə də yaşlı xəstələrdə, böyrək funksiyalarını yoxlamaq lazımdır. Uşaqlar Effektivliyinin lazımı qədər olmaması səbəbindən 2-ci tip şəkərli diabeti olan 10 yaşdan 17 yaşa qədər uşaqlar və yeniyetmələrdə Yanumet və Yanumet XR istifadə edilməməlidir. Yanumet və Yanumet XR-in 10 yaşdan kiçik uşaqlarda istifadəsi öyrənilməmişdir. İstifadə qaydası Yanumet preparatını gündə 2 dəfə, MBT-də əlavə reaksiyaların əmələ gəlmə riskini (metforminin qəbulu ilə bağlıdır) azaltmaq məqsədilə yemək vaxtı qəbul etmək lazımdır.
Əlavə təsirləri
Təhlükəsizlik profilinin xarakteristikası Yanumet (tabletlər) preparatı üçün terapevtik klinik tədqiqat aparılmamışdır, lakin, preparatın sitaqliptin + metformin eyni vaxtda istifadəsi ilə bioekvivalentliyi təsdiq edilmişdir. Pankreatit və hiperhəssaslıq reaksiyaları daxil olmaqla, ciddi əlavə reaksiyalar barədə məlumat verilmişdir. Sulfonilsidikcövhəri ilə (13,8%) və insulinin (10,9%) birlikdə istifadəsi zamanı hipoqlikemiya barədə məlumat verilmişdir. Sitaqliptin və metformin Əlavə reaksiyaların cədvəli Əlavə reaksiyalar aşağıda MedDRA-nın təsnifatına görə orqan sistemləri və başvermə tezliyinə əsasən göstərilmişdir (Cədvəl 1). Başvermə tezliyi aşağıdakı kimi təsnif edilir: çox tez-tez (≥ 1/10); tez-tez (≥ 1/100-dən < 1/10-ə qədər); bəzən (≥ 1/1 000-dən < 1/100-ə qədər); nadir ( ≥ 1/10 000-dən < 1/1 000-ə qədər); çox nadir (< 1/10 000) və məlum deyil (mövcud məlumatlara əsasən başvermə tezliyini müəyyən etmək olmur). Cədvəl 1. Plasebo-nəzarət olunan klinik tədqiqatlarda və marketinqdənsonrakı dövrdə müşahidə edilən əlavə reaksiyaların tezliyi Əlavə reaksiya Əlavə reaksiyaların tezliyi İmmun sistemdə baş verən pozğunluqlar Anafilaktik reaksiyalar daxil olmaqla, Tezliyi məlum deyil *,† hiperhəssaslıq reaksiyaları Metabolizmdə və qidalanmada baş verən pozğunluqlar † Hipoqlikemiya Tez-tez Sinir sistemində baş verən pozğunluqlar Yuxululuq Bəzən Respirator traktinda, döş qəfəsi və ortadivar orqanlarında baş verən pozğunluqlar * Ağciyərlərin interstisial xəstəlikləri Tezliyi məlum deyil MBT-də baş verən pozğunluqlar Diareya Bəzən Ürəkbulanma Tez-tez Meteorizm Tez-tez Qəbizlik Bəzən Qarının yuxarı hissəsində ağrı Bəzən Qusma Tez-tez *,†,‡ Kəskin pankreatit Tezliyi məlum deyil Fatal və qeyri-fatal hemorragik və nekrotik Tezliyi məlum deyil *† pamkreatit Dəridə və dərialtı toxumada baş verən pozğunluqlar * Qaşınma Bəzən *,† Аngionevrotik ödem Tezliyi məlum deyil *,† Səpgi Tezliyi məlum deyil *,† Övrə Tezliyi məlum deyil *,† Dəri vaskuliti Tezliyi məlum deyil Stivens-Conson sindromu daxil olmaqla, dərinin Tezliyi məlum deyil *,† eksfoliativ xəstəlikləri * Bullyoz pemfiqoid Tezliyi məlum deyil Skelet-əzələ sistemində və birləşdirici toxumada baş verən pozğunluqlar * Аrtralgiya Tezliyi məlum deyil * Мialgiya Tezliyi məlum deyil * Ətraflarda ağrı Tezliyi məlum deyil * Beldə ağrı Tezliyi məlum deyil * Аrtropatiya Tezliyi məlum deyil Böyrəklərdə və sidikçıxarıcı yollarda baş verən pozğunluqlar * Böyrək funksiyasının pisləşməsı Tezliyi məlum deyil * Kəskin böyrək çatışmazlığı Tezliyi məlum deyil * Əlavə reaksiyalar postmarketinq müşahidənin gedişində müşahidə edilmişdir. † bax: bölmə “Ehtiyat tədbirləri”. ‡ Aşağıda TECOS tədqiqatının təsvirinə baxın. Ayrı-ayrı əlavə reaksiyaların təsviri Sitaqliptin və metforminin digər antidiabetik preparatlarla komibnəolunmuş istifadəsi ilə aparılan tədqiqatlarda bəzi əlavə reaksiyalar yalnız sitaqliptinin və metforminin istifadəsi ilə aparılan tədqiqatlara nisbətən daha tez-tez müşahidə edilmişdir. Belə reaksiyalara hipoqlikemiya (sulfonnilsidikcövhəri və ya insulinlə birlikdə istifadə zamanı başvermə tezliyi “çox tez-tez”) , qəbizlik (sulfonnilsidikcövhəri ilə birlikdə istifadə zamanı başvermə tezliyi “tez-tez”), periferik ödemlər (pioqlitazonla birlikdə istifadə zamanı başvermə tezliyi “tez-tez”), baş ağrısı və ağızda quruluq (insulinlə birlikdə istifadə zamanı başvermə tezliyi “bəzən”) aiddir. Sitaqliptin Tədqiqatlarda plasebo ilə müqayisədə sitaqliptinlə monoterapiya (gündə 1 dəfə 100 mq) zamanı aşağıdakı əlavə reaksiyalar barədə məlumat verilmişdir: baş ağrısı, hipoqlikemiya, qəbizlik, başgicəllənmə. Bu pasiyentlərdə preparatın istifadəsi ilə qarşılıqlı əlaqədən asılı olmayaraq, ən azı 5% halda baş verən əlavə reaksiyalara aşağıdakılar aid olmuşdur: tənəffüs sisteminin yuxarı şöbələrinin infeksiyaları və nazofaringit. Əlavə olaraq osteoartrit və ətraflarda ağrılar barədə “bəzən” tezliyi ilə (sitaqliptin qrupunda kontrol qrupu ilə müqayisədə > 0,5% yüksək) məlumat verilmişdir. Metformin Klinik tədqiqatların gedişində və metforminin postmarketinq istifadəsi dövründə çox tez-tez MBT-də yaranan əlavə reaksiyalar barədə məlumat verilmişdir. MBT-də yaranan ürəkbulanma, qusma, diareya, qarında ağrı və iştahanın itməsi kimi simptomlar daha çox müalicənin əvvəlində baş vermiş və əksər hallarda spontan şəkildə aradan qalxmışdır. Metforminin istifadəsi ilə bağlı əlavə arzuolunmaz reaksiyalara aşağıdakılar aid olmuşdur: ağızda metal dadı (tez-tez), laktoasidoz, qaraciyər funksiyasının pozulması, hepatit, övrə, eritema, qaşınma (çox nadir hallarda). Metforminlə uzunmüddətli müalicə В vitamininin absorbsiyasının zəifləməsinə12 səbəb olmuşdur ki, bu da çox nadir hallarda В vitaminin klinik əhəmiyyətli çatışmazlığına12 (məsələn, meqaloblast anemiyaya) gətirib çıxara bilər. Ürək-damar sistemi üçün TECOS təhlükəsizlik tədqiqatı TECOS tədqiqatına 100 mq dozada sitaqliptinlə müalicə alan (və ya YFS-in başlanğıc göstəricisi ≥ 30 və < 50 ml/dəq/1,73 m olarsa, 50 mq) 7 332 pasiyent və tədqiqata daxil edilmiş bütün populyasiyalarda plasebo ilə müalicə alan 7 339 pasiyent daxil edilmişdir. Hər iki növ müalicə HbA və ürək-damar sistemi üçün risk faktorlarına münasibətdə regional stantdartlara yönəlmiş1c standart müalicəyə əlavə edilmişdir. Sitaqliptin alan pasiyentlərdə ciddi əlavə reaksiyaların ümumi tezliyi plasebo alan pasiyentlərdə olan tezliyə oxşar olmuşdur. Tədqiqata daxil edilmiş bütün populyasiyalarda tədqiqata qədər insulin və/və ya sulfonilsidikcövhəri alan pasiyentlər arasında hipoqlikemiyanın ağır formasının tezliyi sitaqliptin qrupunda 2,7% və plasebo qrupunda 2,5% təşkil etmişdir; tədqiqata qədər insulin və/və ya sulfonilsidikcövhəri almayan pasiyentlər arasında hipoqlikemiyanın ağır formasının tezliyi sitaqliptin qrupunda 1,0% və plasebo qrupunda 0,7% təşkil etmişdir. Pankreatitin ekspert təsdiq edilmiş tezliyi sitaqliptin qrupunda 0,3% və plasebo qrupunda 0,2% təşkil etmişdir. Uşaq əhali İki plasebo-nəzarətli klinik tədqiqatın birləşdirilmiş analizində Yanumet preparatının 2-ci tip şəkərli diabeti olan 10-17 yaşlı uşaqlarda istifadəsi zamanı 54-həftəlik müalicə dövründə Yanumet qrupunda (N =107) ≥1% pasiyentdə və daha çox metformin qrupunda (N =113) dərman preparatları ilə bağlı qeyd edilən əlavə reaksiyalar diareya (Yanumet 2,8%; metformin, 0,9%), ürəkbulanma (2,8%, 0,9%) və hipoqlikemiya (6,5%, 3,5%) olmuşdur. Əlavə təsirlərin profili böyüklərdə müşahidə edilən profillə müqayisə olunan olmuşdur. 54-cü həftəyə qədər laborator göstəricilərin təhlükəsizliyinin, həyat fəaliyyəti göstəricilərinin, piylənmə indeksinin son nöqtələrinə və ya böyümə və inkişafın son nöqtələrinə münasibətdə Yanumet preparatı və metformin arasında klinik əhəmiyyətli fərq olmamışdır.
Doza həddinin aşılması
Yanumet preparatının doza həddinin aşılması haqqında məlumatlar yoxdur. Sağlam könüllü şəxslərin iştirakı ilə həyata keçirilən nəzarət olunan klinik tədqiqatların gedişində sitaqliptin 800 mq-a qədər dozalarda yaxşı mənimsənilmişdir. QT intervalının klinikc əhəmiyyətsiz hal kimi baxılan minimal dərəcədə artması, sitaqliptini 800 mq dozada qəbul etdikdə bir tədqiqat zamanı müşahidə edilmişdir. 800 mq-dan yüksək dozalardan klinik istifadə təcrübəsi yoxdur. Çoxdəfəli dozaların istifadəsinin I Fazasının tədqiqi zamanı sitaqliptini gündə 600 mq-a qədər dozada 10 günə qədər müddətdə, həmçinin gündə 400 mq dozada 28 günə qədər müddətdə qəbul etdikdə, dozadanasılı klinik əlavə reaksiyalar müşahidə edilməmişdir. Metforminin doza həddinin böyük aşılması (və ya laktoasidozun inkişafının yanaşı gedən riskləri) laktoasidozun inkişafına gətirib çıxara bilər və bu, təxirəsalınmaz vəziyyət olub, hospitalizasiya tələb edir. Orqanizmdən laktatın və metforminin xaric edilməsinin daha effektiv metodu hemodializdir. Sitaqliptin orta dərəcədə dializə məruz qalır. Klinik tədqiqatlarda dozanın təxminən 13,5%-i hemodializin 3-4 saatlıq seansı ərzində xaric edilmişdir. Əgər klinik baxımdan vacib olarsa, daha uzun müddətli hemodializin aparılması haqqında məsələni nəzərdən keçirmək olar. Peritoneal dializin həyata keçirilməsi zamanı sitaqliptinin orqanizmdən xaric edilib-edilməməsi məlum deyil. Doza həddi aşıldıqda standart dəstəkləyici tədbirlər görmək lazımdır, məsələn, absorbsiya olunmamış materialın mədə-bağırsaq traktından xaric edilməsi, klinik monitorinqin aparılması (o cümlədən EKQ), həmçinin dəstəkləyici terapiyanın təyin edilməsi (əgər lazım gələrsə).
Buraxılış forması
50 mq/500 mq, 50 mq/850 mq və 50 mq/1000 mq örtüklü tabletlər. 14 örtüklü tablet, PVX/Al blisterlərdə. 4 blister içlik vərəqə ilə birgə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
30C-dən aşağı temperaturda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Yararlılıq müddəti
2 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Resept əsasında buraxılır.
İstehsalçı
“Merk Şarp və Doum B.V.”, Niderland (ünvan: Vaarderveq 39, 2031 BN Haarlem, Niderland/ Waarderweg 39, 2031 BN Haarlem, The Netherlands).
Qeydiyyat vəsiqəsinin sahibi
Merk Şarp və Doum İDEA GmbH, İsveçrə/Merck Sharp & Dohme IDEA GmbH, Switzerland. Tribşenştrasse 60, 6005 Lüsern, İsveçrə/Tribschenstrasse 60, 6005 Luzern, Switzerland.
Ən Son Məqalələr
Reseptlə satılır
Müştəri rəyləri
Rəy yazmaq üçün hesabınıza daxil olun.

Rəylər
Filtrləri təmizləBu məhsul üçün rəy yoxdur.