XONDROZAMIN NEO N60 TAB

Dərman formasıTablet
Farmakoloji təsirQeyri-steroid iltihabəleyhinə və revmatizməleyhinə vasitə. İbuprofen kombinasiyası
İstehsal ölkəsiBelarusiya

Onlayn sifariş zamanı 5% endirim.

 Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin

Endirim_5

17,33 ₼

Stokda var

Stokda var

  • Filialdan götürmək

Bu gün götürmək

Ödənişsiz

  • Kuryerlə çatdırılma

Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.

Ödənişli

  • Ekspress çatdırılma

Sürətli çatdırılma

Ödənişli

Ödəniş üsulları:

Məhsulun təsviri

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

XONDROZAMİN NEO bərk jelatin kapsullar

Tərkibi

Təsiredici maddə: 1 kapsulda 200 mq xondroitin sulfat, 250 mq qlükozamin hidroxlorid, 100 mq ibuprofen vardır. Köməkçi maddələr: krospovidon, kolloidal silisium dioksid, maqnezium stearat, mikrokristallik sellüloza. Kapsulun örtüyüi: jelatin, qliserin, təmizlənmiş su, titan dioksidi Е-171, natrium laurilsulfatı, boya maddələri: al qırmızı Е – 129, xinolin sarısı Е – 104, brilyant mavi Е – 133.

Təsviri

№ 0 ölçülü, silindr formalı, yarımkürə şəkilli başlıqlarla, ağ rəngli gövdəyə və qırmızı – qəhvəyi rəngli qapağa malik bərk jelatin kapsullardır.

Farmakoterapevtik qrupu

Qeyri-steroid iltihabəleyhinə və revmatizməleyhinə vasitə. İbuprofen kombinasiyası. ATC kodu: М01АЕ51.

Farmakoloji xüsusiyyətləri

Farmakodinamikası “Xondrozamin Neo” dərman preparatının farmakoloji təsiri tərkibinə daxil olan aktiv komponentlərin – xondroitin sulfat, qlükozamin hidroxlorid və ibuprofenin hesabına əldə olunur. Xondroitin sulfat sümük və qığırdağın əsas maddəsinin ayırlmaz hissəsidir. Qlükozamin qlükozaminqlikanların sintezi üçün lazım olan heksozaminin sələfi hesab olunur. Xondroitin sulfat və qlükozamin hidroxloridin kombinasiyası daha davamlı və daha güclü klinik effekt almağı təmin edir. İbuprofen propion turşusunun törəməsi olub, SOG-1 və SOG-2-ni qeyri-selektiv inhibə edərək ağrıkəsici, qızdırmasalıcı və iltihabəleyhinə təsir göstərir. Xondroitin sulfat və qlükozamin hidroxlorid ağrı sindromunun azalmasına və oynaqların funksional vəziyyətinin yaxşılaşmasına səbəb olur. İbuprofenin ağrıkəsici effektini artırır. Farmakokinetikası 70% xondroitin sulfat həzm traktından sorulur. Xondroitin sulfatın bioməmimsənilməsi 13%-dir. Birdəfəlik qəbul zamanı orta terapevtik doza plazmada 3-4 saat, sinovial mayedə isə 4-5 saatdan sonra qeyd olunur. MBT-dən absorbsiya olunmuş preparat sinovial mayedə toplanır. Böyrəklər vasitəsilə orqanizmdən xaric olur. Qlükozaminin daxilə qəbulu zamanı biomənimsənilməsi 25%-dir, daha çox konsentrasiyanı qaraciyər, böyrək və oynaq qığırdağında toplayır. Qəbul olunan dozanın 30%-ə qədəri sümük və əzələ toxumasında toplanır. Sidiklə dəyişilməmiş şəkildə xaric olunur, kicik hissəsi isə nəcislə xaric olur.Yarımxaricolma dövrü 6-8 saatdır. İbuprofen mədədə yaxşı absorbsiya olunur. T 1saata yaxındır.max İbuprofen təxminən 99%-i plazma zülalları ilə birləşir. O sinovial mayedə ləng paylanır, plazma ilə müqayisədə oradan gec xaric olur. İbuprofen qaraciyərdə izobutil qrupunun hidroksilləşmə və karboksilləşməsi yolu ilə metabolizmə uğrayır. Onun metabolizmində CYP2C9 izofermenti iştirak edir. 60% absorbsiya olunmuş farmakoloji qeyri aktiv R-forma ibuprofen ləng olaraq aktiv S-formaya transformasiya olunur. İbuprofen iki fazalı eliminasiya kinetikasına malikdir. T plazmadan 2-3 saat təşkil edir. 90% doza sidikdə metabolit və onun½ konyuqatları şəklində aşkar oluna bilər.1%-dən az dəyişilmədən sidik və daha azı ödlə xaric olunur. İbuprofen 24 saat ərzində tamamilə orqanizmdən xaric olur.

İstifadəsinə göstərişlər

Osteoartroz, onurğarası disklərin digər degenerativ-distrofik xəstəliklərinin kəskinləşməsi zamanı ağrı və digər iltihab simptomları.

Əks göstərişlər

− MBT orqanlarının eroziyalı-xoralı xəstəlikləri (o cümlədən mədənin və onikibarmaq bağırsağın kəskinləşmə mərhələsində olan xora xəstəliyi, Kron xəstəliyi, qeyri spesifik xoralı kolit); − fenilketonuriya, böyrək funksiyalarının kəskin pozğunluqları; − “aspirin” astması; − hemofiliya və qan laxtalanmasının pozulması (o cümlədən, hipokoaqulyasiya); − hemorragik diatezlər; − mədə-bağırsaq qanaxmaları və kəllədaxili qansızmalar; − hamiləlik; − süd vermə dövrü; − 18 yaşına qədər uşaqlar; − ağır qaraciyər və ürək çatışmazlığı; − preparatın tərkibinə daxil olan hər hansı maddəyə qarşı yüksəlmiş həssaslıq (allergik reaksiyalar); − anamnezində asetilsalisil turşusuna və ya digər QSİƏP qarşı yüksək həssaslıq.

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Həkim tərəfindən tövsiyə olunan dozadan və qəbul müddətindən artıq istifadə etməyin. Preparatı ürək çatışmazlığı, arterial hipertenziya, portal hipertenziya ilə qaraciyər sirrozu, qaraciyər və/və ya böyrək çatışmazlığı, nefrotik sindrom, hiperbilirubinemiya, mədənin və on iki barmaq bağırsağın xora xəstəliyi (anamnezdə), qastrit, enterit, kolit, naməlum etiologiyalı qan xəstəlikləri (leykopeniya və anemiya), bronxial astma, şəkərli diabet, qlükokortikoidlər ilə eyni zamanda terapiya zamanı, eləcə də, yaşlı pasiyentlərə ehtiyatla təyin etmək lazımdır. Dəniz məhsullarına (krevetka, molyusk) qarşı həssaslıq zamanı preparata qarşı allergiya reaksiyalarının inkişaf etmə ehtimalı artır. Uzunmüddətli müalicə zamanı periferik qanın, qaraciyərin və böyrəklərin funksional vəziyyətinə ciddi nəzarət etmək lazımdır. Preparatın tərkibinə ibuprofen daxil olduğundan tromboz, miokard infarktı və beyin insultu əmələ gəlmə ehtimalı nəzərə alınmalıdır. Xüsusən uzun müddətli və yanaşı kardiovaskulyar pozğunluqları olan xəstələrdə bu risk yüksəkdir. Qastropatiyanın simptomlarının yarandığı zaman ezofaqoqastroduodenoskopiyanı daxil edən ciddi nəzarət, hemoqlobini və hemokriti müəyyən etməklə qan analizi, gizli qanın aşkarlanması üçün nəcis analizi lazımdır. Əlavə QSİƏP-in və analgetik preparatların eyni zamanda təyininə tələb olunan halda həkim preparatın tərkibində ibuprofenin mövcud olmasını nəzərə almalıdır.17-ketosteroidlərinin müəyyən olunması zərurəti zamanı preparatın qəbulunu müayinədən 48 saat əvvəl dayandırmaq lazımdır. Müalicə dövründə alkoqollu içki qəbul etmək tövsiyə olunmur.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Mikrosomal oksidləşmə induktorları (fenitoin, etanol, barbituratlar, rifampisin, fenilbutazon, trisiklik antidepressantlar) hidroksilləşən aktiv metabolitlərin sintezini artırır və beləliklə də, ağır hepatotoksik reaksiyaların riskini yüksəldir. Mikrosomal oksidləşmə inhibitorları hepatotoksik təsir riskini azaldır. Preparat vazodilatatorların (o cümlədən zəif kalsium kanallarının blokatorlarının və APF inhibitorlarının) hipotenziv təsirini azaldır. Preparat furasemidin və hidroxlortiazidin natriumuretik və diuretik aktivliyini azaldır. Urikozurik dərman vasitələrinin effektivliyini azaldır. Dolayı antikoaqulyantların, antiaqreqantların, fibrinolitiklərin təsirini gücləndirir (hemorragik ağırlaşmaların2 yaranma riskinin artması). QKS, QSİƏP, kolxisinin, estrogenlərin, etanolun ulserogen təsirini gücləndirir (qanaxmanın inkişafı ilə). Peroral hipoqlikemik dərman vasitələrinin və insulinin effektini gücləndirir. Antasidlər və xolestiramin ibuprofenin absorbsiyasını azaldır. Qanda diqoksinin, litium preparatlarının və metotreksatın konsentrasiyasını artırır. Kofein Xondrozamin Neo preparatının analgetik effektini gücləndirir. Eyni zamanda təyin edən halda ibiprofen asetilsalisil turşusunun iltihabəleyhinə və antiaqreqant təsirini azaldır (ibuprofenin qəbulundan sonra antiaqreqant vasitə kimi asetilsalisil turşusunun kiçik dozalarını qəbul edən xəstələrdə kəskin koronar çatışmazlığın inkişaf tezliyinin artması mümkündür). Antikoaqulyant və trombolitik dərman vasitələri ilə (alteplaza, streptokinaza, urokinaza) birlikdə təyin edən zaman eyni zamanda qanaxmaların inkişaf riski artır. Sefamandol, sefoperazon, sefotetan, valproy turşusu, plikamisin hipoprotrombinemiyanın inkişaf tezliyini yüksəldir. Mielotoksik dərman vasitələri hematotoksikliyin təzahürlərini gücləndirir. Siklosporin və qızıl preparatları ibuprofenin böyrəklərdə prostaqlandinlərin sintezinə təsirini gücləndirir, bu da nefrotoksikliyin baş verməsi ilə təzahür edir. İbuprofen siklosporinin plazmada konsentrasiyasını və onun hepatotoksik effektlərinin inkişaf etmə ehtimalını artırır. Kanal sekresiyasını blokada edən dərman vasitələri ibuprofenin orqanizmdən xaric olmasını azaldır və plazmada konsentrasiyasını artırır. Preparatın tərkibində qlükozaminin mövcudluğu ilə əlaqədar hipoqlikemik preparatların, doksorubisinin, tenipozidin, etopozidin effektivliyinin azalması müşahidə oluna bilər. Qlükozamin tetrasiklinlərin absorbsiyasını artırır, yarı sintetik penisillinlərin, xloramfenikolun təsirini azaldır.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik və laktasiya dövründə istifadəsi əks göstərişdir. Nəqliyyat vasitəsini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri Xəstələr həddindən artıq diqqət, sürətli psixi və hərəki reaksiyalar tələb edən fəaliyyət növləri ilə məşğul olmamalıdırlar.

İstifadə qaydası və dozası

Böyüklərə 1-2 kapsul gündə 2-3 dəfə dəfə qida qəbulundan sonra bir gədər su ilə daxilə gəbul edilir. Həkim məsləhəti olmadan qəbul müddəti 3 həftədən artıq olmamalıdır. Preparatı daha uzun müddət istifadə etmək üçün həkimlə məsləhətləşmək lazımdır.

Əlavə təsirləri

Dozadan artıq istifadə zamanı və ya preparatın inqrediyentlərinə qarşı yüksək fərdi həssaslıq zamanı qeydə alına bilər: MBT funksiyasının pozulması (ürəkbulanma, epiqastral nahiyədə ağrılar, meteorizm, diareya/qəbizlik), başgicəllənmə, dəridə allergik reaksiyalar. Bu reaksiyalar preparatın qəbulunu dayandırdıqdan sonra aradan qalxır. Preparatın tərkibinə daxil olan ibuprofen ilə əlaqədar əlavə reaksiyaların meydana çıxma ehtimalını nəzərə almaq lazımdır. Həzm sistemində baş verən pozğunluqlar: QSİƏP – qastropatiya (abdominal ağrılar, ürəkbulanma, qusma, mədə qıcqırması, iştahanın azalması, diareya, meteorizm, qəbizlik, nadir hallarda – mədə-bağırsaq traktı selikli qişasının bəzi hallarda perforasiya və qanaxmalarla ağırlaşan xorası); ağız boşluğunun selikli qişasının qıcıqlanması və quruluğu, ağızda ağrılar, damaqların selikli qişasının xorası, aftoz stomatit, pankreatit, hepatit, transaminazların aktivliyinin artması; Tənəffüs sistemində baş verən pozğunluqlar: təngnəfəslik, astma, bronxospazm; Mərkəzi sinir sistemində baş verən pozğunluqlar: baş ağrıları, yuxusuzluq, həyəcan, əsəbilik, qıcıqlanma, psixomotor oyanıqlıq, yuxululuq, depressiya, şüurun qarışması, hallüsinasiyalar; nadir hallarda – aseptik meningit (adətən autoimmun xəstəlikləri olan pasiyentlərdə); Duyğu orqanlarında baş verən pozğunluqlar: eşitmə qabiliyyətinin pozulması (eşitmə qabiliyyətinin azalması, qulaqlarda səs və ya cingilti), vertiqo, görmə qabiliyyətinin pozulması (görmə sinirinin toksiki zəhərlənməsi, qeyri aydın görmə və ya ikili görmə, gözlərdə quruluq və qıcıqlanma, göz qapaqları və konyunktivanın allergik mənşəli ödemi); Ürək-damar sistemində baş verən pozğunluqlar: ürək çatışmazlığı, taxikardiya, AT yüksəlməsi; Sidik sistemində baş verən pozuntular: kəskin böyrək çatışmazlığı, allergik nefrit, nefrotik sindrom (ödemlər), poliuriya, sistit; Qan yaranma sistemində baş verən pozğunluqlar: anemiya (o cümlədən hemolitik, aplastik), trombositopeniya, trombositopenik purpura, aqranulositoz, leykopeniya, hemoqlobinin və ya hematokritin azalması mümkündür; Qanın laxtalanma sistemində baş verən pozğunluqlar: qanaxma müddətinin artması mümkündür; Allergik reaksiyalar: dəridə səpmə (adətən eritomatoz), övrə, dəri qaşınması, Kvinke ödemi, anafilaktoid reaksiyalar, anafilaktik şok, bronxospazm və ya dispnoe, titrətməli qızdırma, çoxformalı ekssudativ eritema (o cümlədən Stivens-Conson sindromu), zəhərli epidermal nekroliz (Layell sindromu), eozinofiliya, allergik rinit; Laborator göstəricilər: zərdabda qlükozanın konsentrasiyasının azalması, kreatinin klirensinin azalması, zərdab kreatininin artması.

Doza həddinin aşılması

Simptomları (ibuprofenlə əlaqəlidir): abdominal ağrılar, ürəkbulanma, qusma, tormozlanma, yuxululuq, başağrı, qulaqlarda küy, metabolik asidoz, koma, kəskin qaraciyər catışmazlığı, arterial təzyiqin enməsi, hiperkalsiemiya, bradikardiya, taxikardiya, tənəffüsün dayanması. Müalicəsi: mədə yuyulmalı (dərman qəbulundan sonra 1 saat ərzində effektiv hesab olunur), aktivləşmiş kömür, qələvi içkilər, sürətləndirilmiş diurez, simptomatik müalicə (turşu-qələvi balansını bərpa etməli, AD).

Buraxılış forması

10 kapsul, blisterdə. 6 blister içlik vərəgə ilə birlikdə karton qutuya qablaşdırılır.

Saxlanma şəraiti

15-25ºС temperaturdan yüksək olmayan temperaturda, işıqdan qoruna və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

Yararlılıq müddəti

2 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti

Resept əsasında buraxılır. İstehsalçı/Qeydiyyat vəsiqəsinin sahibi UP «Minskinterkaps». Belarus Respublikası, 220075, Minsk ş., a/q 112, İnjenernaya küçəsi, ev 26.

Müştəri rəyləri

Bu məhsul üçün rəy yoxdur.

“XONDROZAMIN NEO N60 TAB” üçün ilk rəyi siz yazın.