XOLINOSTIM 4ML N5 AMPUL

Dərman formasıİnyeksiya üçün məhlul
Farmakoloji təsirSinir sisteminə təsir göstərən preparatlar. Parasimpatomimetiklər. Xolin alfosserat
İstehsal ölkəsiRusiya

Onlayn sifariş zamanı 5% endirim.

 Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin

Endirim_5

16,61 ₼

Stokda var

Stokda var

  • Filialdan götürmək

Bu gün götürmək

Ödənişsiz

  • Kuryerlə çatdırılma

Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.

Ödənişli

  • Ekspress çatdırılma

Sürətli çatdırılma

Ödənişli

Ödəniş üsulları:

Məhsulun təsviri

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

XOLİNOSTİM venadaxili və əzələdaxili yeridilmə üçün məhlul Beynəlxalq patentləşdirilməmiş adı: Choline alfoscerate

Tərkibi

Təsiredici maddə: 1 ml məhlulun tərkibində 250 mq xolin alfosserat hidrat (susuz maddəyə nəzərən) vardır. Köməkçi maddələr: inyeksiya üçün su.

Təsviri

Rəngsiz şəffaf və ya azca sarımtıl mayedir.

Farmakoterapevtik qrupu

Sinir sisteminə təsir göstərən preparatlar. Parasimpatomimetiklər. Xolin alfosserat. ATC kodu: N07AX02.

Farmakoloji xüsusiyyətləri

Farmakodinamikası Xolin alfosserat əsasən mərkəzi sinir sisteminə təsir göstərən mərkəzi təsirli xolinomimetikdir. Preparatın tərkibinə baş beyində birləşmədən xaric olan 40,5 % xolin daxildir; xolin asetilxolinin (sinir oyanmasının əsas mediatorlarından biri) biosintezində iştrak edir. Alfosserat fosfolipidlərin sələfi olan qliserofosfata qədər biotransformasiyaya uğrayır. Asetilxolin sinir impulsunun ötürülməsinə müsbət təsir edir, qliserofosfat isə fosfoditilxolinin (membran fosfolipidi) sintezində iştrak edir; nəticədə membranların elastikliyi və reseptorların funksiyası yaxşılaşır. Xolin alfosserat metabolik prosesləri gücləndirir və baş beynin retikulyar formasiya strukturunu aktivləşdirir. İnvolyusion psixoorqanik sindromun neyronların membranlarının fosfolipid tərkibininin dəyişməsi və xolinergik aktivliyin azalması kimi faktorlarına profilaktik və korreksiyaedici təsir göstərir. Farmakodinamik tədqiqatlar göstərdi ki, xolin alfosserat sinir impulsunun sinaptik, o cümlədən xolinergik ötürülməsinə (neyrotransmissiya), neyron membranının plastikliyinə və reseptorların funksiyasına təsir edir. Farmakokinetikası Absorbsiya 88 %-dir. Xolinostim hematoensefalik baryerdən asanlıqla keçir, əsasən beyində (beyində konsentrasiya qanda olan miqdarının 45%-i təşkil edir), ağciyərdə və qaraciyərdə toplanır; 85 %-i ağciyərlərlə karbon dioksid şəklində, qalan miqdarı (15%) böyrəklər və bağırsaq vasitəsi ilə xaric olunur.

İstifadəsinə göstərişlər

– Baş beyində involyusion və degenerativ proseslər fonunda psixoorqanik sindromu; – yaşlı xəstələrdə serebrovaskulyar çatışmazlığın ağırlaşmaları və ya yaddaşın pozulması, huşun dumanlanması, dezorientasiya, motivasiya və təşəbbüskarlığın azalması, diqqət konsentrasiyasının azalması ilə xarakterizə olunan birincili və ikincili koqnitiv pozğunluqlar; – ahıl yaşda davranış və affektiv sferanın pozulması: emosional labillik, yüksək dərəcədə qıcıqlanma, marağın azalması; qocalıq psevdodepressiya.

Əks göstərişlər

– preparatın komponentlərinə qarşı yüksək həssaslıq; – hamiləlik; – laktasiya dövrü; – 18 yaşa qədər uşaqlar (məlumat olmadığına görə);

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Ürəkbulanma dopaminergik aktivasiyanın nəticəsi ola bilər. 18 yaşa qədər uşaqlarda effektivlik və təhlükəsizlik öyrənilməyib.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Digər preparatlarla əhəmiyyət kəsb edəcək qarşılıqlı təsiri müəyyən edilməyib.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik və laktasiya dövründə istifadəsi qadağandır. Nəqliyyat vasitəsini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri Müalicə müddətində transport vasitələrini idarə edərkən və xüsusi diqqət və konsentrasiya tələb edən potensial təhlükəli fəaliyyət zamanı ehtiyyatlı olmaq lazımdır.

İstifadə qaydası və dozası

Əzələdaxili və ya venadaxili istifadə olunur. Əzələdaxili (yavaş) və ya venadaxili (damcı üsulu ilə) 1000 mq/sutka dozasında təyin edilir. Venadaxili yeridilmə zamanı bir ampul (4 ml) 0.9%-li 50 ml fizioloji məhlulda həll edilir, infuziyanın sürəti dəqiqədə 60-80 damcı olmalıdır. Müalicə kursu həkim tərəfindən təyin edilir. Xəstənin vəziyyəti stabilləşəndən sonra preparatın peroral formaları ilə müalicəni davam etdirmək olar.

Əlavə təsirləri

Həzm sisteminə: ürəkbulanma (əsasən ikincili dopaminergik aktivasiyanın nəticəsi kimi), qarında ağrı. Sinir sisteminə: huşun qısamüddətli dumanlanması (bu halda preparatın dozasını azaltmaq lazımdır).

Doza həddinin aşılması

Simptomları: ürəkbulanma. Dozadan aslı əlavə təsirlərin güclənməsi mümkündür. Müalicəsi: simptomatik terapiya. Dializin effektivliyi sübut olunmayıb.

Buraxılış forması

Venadaxili və əzələdaxili yeridilmə üçün məhlul 250 mq/ml. 4 ml neytral və ya işıqqoruyucu şüşədən hazırlanmış ampulda. 3 və ya 5 ampul, polivinilxlorid səhfədən konturlu-yuvalı qablaşdırmada. 1 konturlu-yuvalı qablaşdırma, içlik vərəqə ilə birgə karton qutuya qablaşdırılır.

Saxlanma şəraiti

25°C-dən yuxarı olmayan temperaturda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

Yararlılıq müddəti

5 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti

Resept əsasında buraxılır. İstehsalçı/Qeydiyyat vəsiqəsinin sahibi “EkoFarmPlyus” SC. İstehasalat sahəsinin ünvanı Moskva vilayəti, Serpuxovskiy rayonu, Obolensk qəsəbəsi, bina 89. İstehlakçıların iradını qəbul edən təşkilat “EkoFarmPlyus” SC. 142279, Moskva vilayəti, Serpuxov rayonu, Obolensk qəsəbəsi, bina 89, ofis 1. Telefon/Faks: (495) 580-95-98.

Müştəri rəyləri

Bu məhsul üçün rəy yoxdur.

“XOLINOSTIM 4ML N5 AMPUL” üçün ilk rəyi siz yazın.