VOMIKLON 12.5/25MG N30 TAB

Dərman formasıTablet
Farmakoloji təsirQusma əleyhinə dərman vasitəsi
İstehsal ölkəsiTürkiyə

Onlayn sifariş zamanı 5% endirim.

 Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin

Endirim_5

20,00 ₼

Stokda var

Stokda var

  • Filialdan götürmək

Bu gün götürmək

Ödənişsiz

  • Kuryerlə çatdırılma

Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.

Ödənişli

  • Ekspress çatdırılma

Sürətli çatdırılma

Ödənişli

Ödəniş üsulları:

Məhsulun təsviri

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

Bu dərmanı istifadə etməyə başlamazdan əvvəl bu içlik vərəqəni diqqətlə və axıra qədər oxuyun, belə ki, burada Sizin üçün mühüm məlumat vardır. • Bu içlik vərəqəni saxlayın. Siz onu yenidən oxumalı ola bilərsiniz. • Əgər Sizdə əlavə suallar yaranarsa, lütfən, həkiminizdən və ya əczaçıdan soruşun. • Bu dərman şəxsən Sizin üçün təyin edilmişdir, onu başqalarına verməyin. • Bu dərmandan istifadə müddətində həkimə və ya xəstəxanaya getsəniz, bu dərmandan istifadə etdiyinizi həkimə bildirin. • Bu təlimatda yazılanlara dəqiq əməl edin. Dərmanın Sizə tövsiyə olunan dozasından yüksək və ya aşağı doza istifadə etməyin. VOMİKLON 12,5/25 mq tabletlər Beynəlxalq patentləşdirilməmiş adı: Meclizine hydrochloride/Pyridoxine hydrochloride.

Tərkibi

Təsiredici maddə: 1 tabletin tərkibində 12,5 mq meklizin hidroxlorid və 25 mq piridoksin hidroxlorid vardır. Köməkçi maddələr:susuz laktoza, qarğıdalı nişastası, (HPMS) hidroksipropilmetil sellüloza, natrium lauril sulfat, maqnezium stearat

Təsviri

Ağ və ya ağımtıl rəngli, oval, hər iki tərəfi qabarıq tabletlərdir.

Farmakoterapevtik qrupu

Qusma əleyhinə dərman vasitəsi.

İstifadəsinə göstərişlər

Hamiləlik dövründə (həkim tərəfindən istifadəsi məsləhət görüldükdə), cərrahi əməliyyat sonrası, rentgen çəkilişindən sonra, yaranan ürəkbulanma və qusma əleyhinə istifadə olunur.

Əks göstərişlər

Preparatın təsir edici maddələrinə və ya köməkçi maddələrindən hər hansı birinə qarşı yüksək həssaslıq (allergiya).

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

• Epilepsiya, • Qalxanabənzər vəzinin funksiyasının pozulması (Hipertireoz), • Kəskin ürək çatışmazlığı, • Yüksək qan təzyiqi (Hipertenziya), • Yüksək gözdaxili təzyiq (Qlaukoma), • Prostat vəzinin hipertrofiyası (böyüməsi), • Peptik xora stenozu, • Pilorik stenoz, • Tənəffüs yollarının xəstəlikləri, bronxial astma, • Ekstrapiramidal simptomlar, • Böyrək çatışmazlığı Əgər yuxarıda qeyd edilən xəbərdarlıqlar hətta keçmişdə olsa belə, Sizə aiddirsə, mütləq bu barədə həkiminizə bildirin! VOMİKLON-un tərkibindəki bəzi komponentlər haqda önəmli məlumat Hər bir tabletin tərkibində 267,5 mq laktoza vardır. Əgər əvvələr həkiminiz Sizdə bəzi şəkərlərə qarşı dözümsüzlüyün olduğunu demişdirsə, VOMİKLON-u qəbul etməzdən əvvəl bu barədə həkiminizə bildirin.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

• yuxugətirici (hipnotik) dərmanlar, • sakitləşdırici (sedativ) dərmanlar, • depresiyyaəleyhinə (anksiyolitik) preparatlar. VOMİKLON ilə eyni vaxtda istifadəsi bu dərman vasitələrinin təsirinin güclənməsinə səbəb ola bilər. VOMİKLON yuxarıda qeyd olunmuş dərman vasitələri ilə eyni vaxta istifadəsi tövsiyə olunmur. • Vərəm kimi bəzi infeksiyalara qarşı aktiv olan preparatlar (izoniazid və sikloserin), • revmatizm əleyhinə (penisillamin) preparatlar, • hamiləlikdən qorunmaq üçün preparatlar (oral kontraseptlər). Yuxarıda qeyd olunmuş bu qrup dərman vasitələri VOMİKLON-un tərkibindəki komponentlərdən biri olan Piridoksinin təsirinin zəifləməsinə və ya tamamilə itməsinə səbəb ola bilər. • piridoksin, sidik yollarının infeksion xəstəliklərinə qarşı istifadə olunan nitrofurantoin-in orqanizmdən xaric olmasını sürətləndirir. • Parkinson xəstəliyində istifadə olunan Levodopa. Eyni zamanda qəbulu nəticəsində, Piridoksin Levodopa-nın təsirinin azalmasına səbəb olur. Belə vəziyyətdə həkim dekarboksilaza inhibitoru təyin edə bilər. • 8 tabletdən artıq Piridoksin qəbulu, epilepsiya və aritmiyaya qarşı istifadə edilən fenitoinin təsirini zəiflədir. Əgər resept əsasında və ya reseptsiz buraxılan hər hansı bir dərman istifadə edirsinizsə və ya son zamanlarda istifadə etmisinizsə, bu barədə həkiminizə və ya əczaçıya məlumat verin!

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik dövründə istifadə oluna bilər. Bu preparatı qəbul etməzdən əvvəl, həkiminizlə və ya əczaçı ilə məsləhətləşin! Əgər Siz müalicə dövründə hamilə olduğunuzu bilsəniz, o zaman dərhal həkiminizlə və ya əczaçı ilə məsləhətləşin! Laktasiya dövründə istifadəsi Məlumdur ki, Piridoksin ana südünə keçmir. Meklizinin ana südünə kecib-keçməməsinə dair isə heç bir məlumat yoxdur. Laktasiya dövründə istifadə yalnız həkim tərəfindəm ana üçün preparatın faydası və körpə üçün mümkün təhlükələr nəzərə alınaraq təyin oluna bilər. Bu preparatı qəbul etməzdən əvvəl, həkiminizlə və ya əczaçı ilə məsləhətləşin! Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyə-tinə təsiri VOMİKLON idarəetmə reaksiyasının zəifləməsinə səbəb ola bilər. Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarə edərkən ehtiyatlı olmaq lazımdır!

İstifadə qaydası və dozası

• Hamiləlik dövründə yaranan mədə və ürəkbulanma: – 1 tablet yatmazdan öncə, zərurət olduqda isə səhər daha 1 tablet qəbul edilir. – Adətən preparatın 7- 10 gün müddətində qəbulu simptomların aradan qalxmasına kifayət edir. Şikayətlər təkrarlandıqda və ya davam etdikdə, həkimə müraciət edilərək müalicə kursu yeni təyinata uyğun şəkildə davam etdirilə bilər. – Kəskin simptomlar zamanı, maksimal doza ardıcıl 2 gün olmaqla 4 tablet təşkil edir. Daha uzun müddətə qəbul üçün həkiminizə müraciət edin. Mümkün ən qısa müalicə müddəti gündəlik 2 tablet təşkil edir. • Cərrahi əməliyyat sonrası yaranan ürəkbulanma və qusma – 2 tablet qəbul olunur. Zərurət olduqda eyni qəbul qaydası təkrarlana bilər. – Gündəlik maksimal doza ardıcıl 2 gün olmaqla 4 tabletdir. • Rentgen çəkilişindən sonra yaranan ürəkbulanma və qusma: – Rentgen çəkilişindən bilavasitə öncə və ya dərhal sonra 2 tablet. – Gündəlik maksimal doza 4 tablet təşkil edir. İstifadə qaydası Tabletləri bütöv şəkildə bir qurtum su ilə qəbul edin. Hamiləlik dövründə ürəkbulanma və qusma zamanı VOMİKLON qəbul etməzdən öncə hər hansı bir qida (çörək, meyvə) qəbul edin. Fərqli yaş qrupları Uşaqlarda istifadəsi Kiçik yaşlı uşaqlarda VOMİKLON –un qəbulu əks göstərişdir. Yaşlılarda istifadəsi Məlumat yoxdur. Qaraciyər çatışmazlığı Qaraciyər çatışmazlığı ilə əlaqədar məlumat yoxdur. Böyrək çatışmazlığı Böyrək çatışmazlığı ilə əlaqədar məlumat yoxdur. VOMİKLON tabletinin qida və maye ilə birlikdə qəbulu VOMİKLON alkoqolun təsirinin və ya təsir müddətinin uzanmasına səbəb ola bilər. VOMİKLON ilə müalicə müddətində alkoqol qəbul olunmamalıdır. VOMİKLON-u qəbul etməyi unutmusunuzsa Unudulmuş dozanı əvəz etmək üçün ikiqat doza qəbul etməyin. VOMİKLON-un təsirinin həddindən artıq güclü və ya həddindən artıq zəif olduğunu hiss etsəniz, o zaman məlumat üçün həkiminizə və ya əczaçıya müraciət.

Əlavə təsirləri

Bütün digər dərman vasitələrində olduğu kimi, VOMIKLON tərkibində olan maddələrə qarşı həssas olan xəstələrdə müəyyən əlavə təsirlər rast gəlinə bilər. Əlavə təsirlərin rastgəlmə tezliyi aşağıdakı kimi müəyyən edilmişdir: Nadir: 1000 xəstənin 1-10 – da və ya daha az. Çox nadir: 10 000 xəstənin 1-10-da və ya daha az. Mədə bağırsaq sisteminin xəstəlikləri Nadir hallarda: yüksək həssaslıq reaksiyası Sinir sisteminin pozğunluqları Bəzən: yuxulu olmaq Nadir hallarda: uşaqlarda bəzən azacıq qəzəb və yuxululuq Göz xəstəlikləri Nadir hallarda: dumanlı görmə Gastrointestinal xəstəliklər Nadir hallarda: ağızda quruluq Dəri xəstəlikləri Fotohəssaslıq Ümumi Nadir hallarda: yorğunluq VOMİKLON uzun müddət gündə 2 tabletdən çox dozada qəbulu Piridoksinin aşağıdakı əlavə təsirlərinin yaranmasına səbəb ola bilər. Sinir sisteminin xəstəlikləri – koordinasiya pozğunluğu (ataksiya), (məs., sərxoş yürüşü) – periferik nevropatiya pozğunluğu – əllərdə və ayaqlarda dəri xəstəlikləri (dəri altına su yığılması) – yenidoğulmuşlarda yıxılmalar, qıcolmalar (nadi hallarda)

Doza həddinin aşılması

Əlamətləri • Böyüklərdə – Yuxusuzluq, – Koma, – qıcolmalar, – aşağı təzyiq (hipotenziya). • Körpələr və uşaqlar – həyəcan, – mövcud olmayan şeyləri görmə (hallüsinasiyalar), – qıcolmalar, – göz bəbəklərinin genişlənməsi (midriaz) – yüksək hərarət, – qırmızı quru dəri (qızartı). Müalicəsi Preparatdan istifadəni dayandırmaq, həkimə müraciət etmək lazımdır. Zərurət yaranarsa, müalicə xəstəxana şəraitində aparıla bilər. Əmin olun ki, yanınızda lazım gələrsə Sizi xəstəxanaya apara biləcək kimsə var.

Buraxılış forması

10 tablet, PVX/Alüminium folqa blisterdə. 3 blister (30 tablet) içlik vərəqə ilə birgə karton qutuya qablaşdırılır.

Saxlanma şəraiti

25ºC-dən aşağı temperaturda, qaranlıqda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır. Soyuducuda buz dolabında dondurmaq olmaz!

Yararlılıq müddəti

Yararlılıq müddəti qablaşdırmanın üzərində qeyd edilmişdir. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti

Resept əsasında buraxılır. İstehsal sahəsi Vefa İlaç San. ve Tic. Ltd. Şti. Beylikdüzü/İstanbul/Türkiyə. Lisenziya Sahibi Vefa İlaç San. ve Tic. Ltd. Şti. Mermerciler San. Sit. 2. Cadde No:3. Beylikdüzü/İstanbul/Türkiyə. Telefon: (0212) 438 70 85. Faks : (0212) 438 70 87.

Müştəri rəyləri

Bu məhsul üçün rəy yoxdur.

“VOMIKLON 12.5/25MG N30 TAB” üçün ilk rəyi siz yazın.