VIOTICER 10 ML (KAPLI) (HELP SA) (GRECIYA)
| Dərman forması | Damcı |
|---|---|
| Farmakoloji təsir | Yerli antibakterial, iltihabəleyhinə, allergiyaəleyhinə kombinə olunmuş preparat |
| İstehsal ölkəsi | Yunanıstan |
Onlayn sifariş zamanı 5% endirim.
Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin
Endirim_5
19,80 ₼
Stokda yoxdur
Stokda yoxdur
-
Filialdan götürmək
Bu gün götürmək
Ödənişsiz
-
Kuryerlə çatdırılma
Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.
Ödənişli
-
Ekspress çatdırılma
Sürətli çatdırılma
Ödənişli
Ödəniş üsulları:
Məhsulun təsviri
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
VİOTİSER (0,2+1,0)% qulaq damcısı Beynəlxalq patentləşdirilməmiş adı: Ciprofloxacin + Hydrocortisone
Tərkibi
Təsiredici maddələr: 1 ml məhlulun tərkibində 2 mq siprofloksasin (hidroxlorid şəklində), 10 mq hidrokortizon vardır. Köməkçi maddələr: benzil spirti, buzlu sirkə turşusu, lesitin, polisorbat 20, polivinil spirt, natrium asetat trihidrat, natrium xlorid, hidroxlorid turşusu, natrium hidroksid, distillə edilmiş su.
Təsviri
Ağımtıl rəngli məhluldur.
Farmakoterapevtik qrupu
Yerli antibakterial, iltihabəleyhinə, allergiyaəleyhinə kombinə olunmuş preparat. ATC kodu: S02CA03.
Farmakoloji xüsusiyyətləri
Siprofloksasin flüorxinolonlar qrupundan olan antibakterial dərman vasitəsidir. Bakterisid təsir göstərir. Bakterial DNT-giraza fermentini inhibə edərək DNT sintezini pozur, hüceyrənin böyüməsinin və bölünməsinin qarşısını alır, bakteriya hüceyrəsində (hüceyrə divarları və membranları da daxil olmaqla) morfoloji dəyişikliklər yaradaraq onların məhvinə səbəb olur. Qrammənfi mikroorqanizmlərə sakitlik dövründə və bölünmə zamanı, qrammüsbət mikroorqanizmlərə isə yalnız bölünmə zamanı təsir edərək bakterisid təsir göstərir. VİOTİCER təyini zamanı DNT-giraza inhibitorları qrupundan olmayan antibiotiklərə qarşı paralel davamlılıq yaranmadığı üçün digər antibiotiklərə, məs: aminoqlikozidlər, penisillinlər, sefalosporinlər, tetrasiklinlər və s. qarşı davamlı bakteriyalara qarşı yüksək effektivlik göstərir. Qrammənfi aerob bakteriyalar: Escherichia coli, Salmonella spp., Shigella spp., Citrobacter spp., Klebsiella spp., Enterobacter spp., Proteus mirabilis, Proteus vulgaris, Serratia marcescens, Hafnia alvei, Edwardsiella tarda, Providencia spp., Morganella morganii, Vibrio spp., Yersinia spp., Haemophilus spp., Pseudomonas aeruginosa, Moraxella catarrhalis, Aeromonas spp., Pasteurella multocida, Plesiomonas shigelloides, Campylobacter jejuni, Neisseria spp.; Qrammüsbət aerob bakteriyalar: Staphylococcus spp. (Staphylococcus aureus, Staphylococcus haemolyticus, Staphylococcus hominis, Staphylococcus saprophyticus), Streptococcus spp. (Streptococcus pyogenes, Streptococcus agalactiae); Hüceyrədaxili törədicilər: Legionella pneumophila, Brucella spp., Chlamydia trachomatis, Listeria monocytogenes, Mycobacterium tuberculosis, Mycobacterium kansasii, Corynebacterium diphtheriae. Preparata nisbi həssas: Streptococcus pneumoniae, Enterococcus faecalis, Mycobacterium avium (daha yüksək konsentrasiyalar tələb olunur). Hidrokortizon yerli olaraq istifadədə iltihabəleyhinə, allergiyaəleyhinə və antiekssudativ (vazokonstruktor effekti ilə əlaqədar) təsirlər göstərir. İltihabi infiltratları azaldır, leykositlərin və limfositlərin iltihab ocağına miqrasiyasını azaldır. Hüceyrə membranını, həmçinin lizosomal və tosqun hüceyrə membranını stabilləşdirir. Hüceyrənin səthindəki reseptorlarla immunoqlobulinlərin birləşməsini azaldır, limfositlərdən və makrofaqlardan sitokinlərin (interleykinlər və interferon) sintezini tormozlayır. Fosfolipidlərdən araxidon turşusunun və onun metabolitlərinin sintezini (prostaqlandinlər, leykotrienlər, tromboksan) azaldır. Ekssudativ reaksiyanı, kapillyarların keçiriciliyini azaldır. Katabolik effekt göstərir, birləşdirici toxuma və çapıqların inkişafını tormozlayır. İstifadəsinə göstərişləri Eşitmə orqanlarının infeksion-iltihabi və allergik xəstəlikləri Eşitmə orqanlarında aparılmış cərrahi əməliyyatlarla əlaqəli infeksion-iltihabi ağırlaşmalar. Cərrahi əməliyyatdan, travmadan sonrakı dövrdə iltihabi-infeksion prosseslərin profilaktikası və müalicəsi
Əks göstərişlər
Siprofloksasin və ya digər flüorxinolonlara, həmçinin preparatın digər inqredientlərinə qarşı hiperhəssaslıq Qulaq pərdəsinin perforasiya və ya zədələnməsi Qulaqda virus və ya göbələk infeksiyaları, o cümlədən suçiçəyi və ya herpes simpleks virusu
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
VİOTİCER yalnız yerli olaraq istifadə edilə bilər. İnyeksiya şəklində və ya oral istifadə etmək olmaz. Əgər səpgi, qaşınma kimi hər hansı yerli allergiya simptomları müşahidə olunarsa müalicəni dayandırmaq lazımdır. 2 yaşa qədər uşaqlara VİOTİCER-in istifadəsi tövsiyə olunmur.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
VİOTİCER qulaq damcısının digər dərman vasitələri ilə birgə istifadəsi zərurəti yarandıqda həkimə müraciət edilməlidir. Qulağa eyni vaxtda başqa dərmanların istifadəsi tövsiyə olunmur.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Hamiləlik və laktasiya dövründə istifadəsi yalnız ana üçün nəzərdə tutulan faydanın döl və ya uşaq üçün potensial riskdən üstün olduğu hallarda mümkündür. Nəqliyyat vasitəsini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri VİOTİCER-in istifadəsi nəqliyyat vasitəsini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsir etmir.
İstifadə qaydası və dozası
Xarici qulaq keçəcəyinə gündə 2 dəfə (səhər və axşam) 3 damcı damızdırılır. Müalicə müddəti 7 gün təşkil edir. VİOTİCER-in düzgün istifadəsi üçün aşağıdakı qaydalara riayət etmək lazımdır: 1. Əllər təmiz yuyulmalıdır 2. Soyuq məhlul qulaqlarda narahatlıq hissi doğurmasın deyə istifadədən öncə flakonu bir neçə dəqiqə ovucda saxlayaraq temperaturunu mülayimləşdirmək lazımdır. 3. İstifadədən öncə flakon silkələnməlidir. 4. Flakonun qapağı açılmalıdır. 5. İnfeksiyalı qulağın yuxarıya doğru istiqamətlənməsi şərti ilə başı yana əyərək damcıları infeksiyalı qulağa tökdükdən sonra qulaq seyvanını ehtiyatla irəli-geri hərək etdirmək lazımdır. 6. 5 dəqiqə ərzində başı yana əyilmiş vəziyyətdə saxlamaq lazımdır. 8. Ehtiyac olduqda digər qulağa da eyni qaydada istifadə etmək lazımdır. Dərmanı istifadə edərkən başı düz vəziyyətdə saxlamaq və ya sürətli hərəkət etdirmək tövsiyə olunmur, çünki bəzi damcılar qulaq keçəcəyinə nüfuz etməyib xaricə tökülə bilər.
Əlavə təsirləri
Yerli reaksiyalar: qulaq keçəcəyində qaşınma, göynəmə, qızartı, ağrı, küy. Digər təsirlər: başgicəllənmə, baş ağrısı, ürəkbulanma, dəridə səpgi, qaşınma, dəridə göbələk infeksiyaları.
Doza həddinin aşılması
VİOTİCER-in istifadəsi zamanı doza həddinin aşılmasına rast gəlinməyib. Lazımi dozadan artıq istifadə etdikdə növbəti istifadəyə qədər damcı istifadə olunmamalır. VİOTİCER-in istifadəsi unudulduğu halda bunu xatırlayan zaman bir doza tətbiq edilməli və sonrakı dozaları normal qaydada tətbiq etməyə davam etdirilməlidir. Unudulan dozanı əvəz etmək üçün ikiqat doza istifadə edilməməlidir.
Buraxılış forması
10 ml qulaq damcısı, damcısalanla birlikdə ağ plastik flakonda. 1flakon içlik vərəqə ilə birgə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
25ºС-dən aşağı temperaturda, işıqdan qorunan və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır. Flakon açıldıqdan sonra 28 gün ərzində istifadə edilməlidir.
Yararlılıq müddəti
3 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Resept əsasında buraxılır.
İstehsalçı
HELP S.A Pedini Ioanninon. Yunanıstan. Marketinq üzrə səlahiyyət sahibi VERISFIELD S.M.S.A., 8Vironos str., 1523 1 Halandri, Yunanıstan.
Ən Son Məqalələr
Reseptlə satılır
Müştəri rəyləri
Rəy yazmaq üçün hesabınıza daxil olun.

Rəylər
Filtrləri təmizləBu məhsul üçün rəy yoxdur.